Məhkəmə qərarları › İş №1(007)-172/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-172/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-172/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, təqsirləndirilən şəxs xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində ünvan 3 ünvanının qarşısında arvadı Şahid1 keçmiş əri Zərərçəkmiş şəxs ilə sonuncunun azyaşlı uşaqları ilə görüşməsinə Şahid1 tərəfindən maneələr yaradılması səbəbindən aralarında baş vermiş mübahisə zamanı əl və ayağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq sonuncuya ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid sol əlin V daraq sümüyünün yerdəyişən qapalı sınığı, üst dodağın iç səthinin qansızması ilə müşayiət olunan əzilmiş yarası və sol almacıq sümüyünün şişkinlik halında əzilməsindən ibarət xəsarətlər yetirərək qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin dekabr ayında Şahid1 ilə ailə həyatı qurmuşdur. Onlar ailə həyatı qurduqdan sonra Sevincin boşandığı birinci həyat yoldaşı İbrahim mütəmadi olaraq onları narahat etməyə başlamışdır. İbrahim müxtəlif vaxtlarda onların yaşadığı ünvana gələrək narahat etmişdir. xx.xx.2023-cü il tarixdə o, yaşadığı ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman yan tərəfdə İbrahimin avtomobilində əyləşdiyini görmüş və İbrahim avtomobilin şüşəsini aşağı endirmiş və onunla salamlaşdıqdan sonra söhbət etmək istədiyini və avtomobilə əyləşməyini demişdir. O, İbrahimin avtomobilinə əyləşmiş və İbrahim avtomobili işə salaraq bir qədər irəli sürmüşdir. İbrahim avtomobili saxladıqdan sonra uşaqlarını görmədiyini dedikdə, o, məhkəmə icraçıları tərəfindən görüş verildiyini və uşaqlarını gördüyünü söyləmişdir. Bu zaman İbrahim uşaqlara təsir edildiyini deyən zaman o, İbrahimə uşaqlarına barəsində heç bir fikir bildirmədiklərini demişdir. Orada onlar bir qədər söhbət etdikdən sonra İbrahim onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, o İbrahimə nalayiq ifadə işlətməməsini bildirdikdə İbrahim onun sinəsindən tutaraq əli ilə çənəsindən yumruqla vurmuşdur. Bundan sonra o, avtomobildən aşağı düşərək İbrahimə aşağı düşməsini söyləmiş və bir dəfə yumruqla onun sifət nahiyəsinə vurmuşdur. Bundan sonra o, avtomobilin açarını götürmək istədikdə İbrahim avtomobildən aşağı enmişdir. İbrahim avtomobildən düşdükdən sonra onlar əlbəyaxa olmuş, dava-dalaş zamanı o, təpiklə və yumruqla İbrahimin bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bir qədər keçdikdən sonra ətrafda olan tanımadığı şəxslər gələrək onları ayırmışlar. Halhazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2013-cü ildə Şahid1 ilə ailə həyatı qurmuş, nikahdan iki azyaşlı övladı dünyaya gəlmişdir. 2019-cu ilin mart ayında Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə rəsmi surətdə ayrılmışlar. Onların birgə nikahlarından 2014-cü il təvəllüdlü Zəhra və 2016-cı il təvəllüdül Səmra adlı övladları ilə Nizami Rayon Məhkəməsinin qərarına əsasən o, hər həftənin şənbə günü səhər saat 11-dən axşam saat 18:00 radələrinədək görüş təyin edilmişdir. Keçmiş arvadı Sevinc əvvəllər övladları ilə görüşməyinə mane olmamış, lakin 2022-ci il tarixdə Sevinc başqası ilə evləndikdən sonra övladlarını ona gec-gec göstərdiyindən, o, övladlarını görmək üçün Sevincin yaşadığı ünvanın yaxınlığına getmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində o, övladlarını görmək üçün ünvan 4 ünvanına getmişdir. O, özünə məxsus “Mercedes 180” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib övladını gözləyən zaman keçmiş arvadının əvvəllər bir dəfə üzdən gördüyü, sonradan adının Səbuhi olduğunu öyrəndiyi yeni həyat yoldaşı onun avtomobilinə yaxınlaşaraq, qapını açıb sağ oturacaqda əyləşmiş və ona “bura nəyə gəlmisən” demişdir. Həmin vaxt o, Səbuhiyə övladlarını görmək üçün gəldiyini bildirmiş, onun bu sözündən sonra bir daha məhləyə gəlməməyini, avtomobili irəli sürməyini və söhbət etmək istədiyini demişdir. Buna görə də o, avtomobili bir qədər irəli sürərək yolun kənarında saxlamış və onlar söhbət edən zaman övladlarını görmək istədiyini bildirmişdir. Həmin vaxt Səbuni uşaqlarla bağlı problem olmadığını, arvadının uşaqları göstərmək istəmədiyini demişdir. Bu zaman o, Səbuhiyə düzgün hərəkət etmədiyini bildirdikdə Səbuhi onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Səbuhi onu söyən zaman o, dava etmək istəmədiyini bildirmiş, bundan sonra Səbuhi avtomobildə anidən sifət nahiyəsinə bir dəfə yumruqla vuraraq qapını açıb avtomobildən düşmüşdir. Bundan sonra Səbuhi avtomobilin sağ arxa və ön qapısını açıb onun da avtomobildən düşməyini tələb etmiş, o, düşməyəcəyini bildirdikdə, Səbuhi onun oturduğu tərəfə bir neçə dəfə ayaq zərbəsi atmışdır. Bu zaman o, dava etmək istəmədiyini və sakitləşməyə dəvət edərkən Səbuhi sakitləşməyərək, ayaq zərbələrini atmışdır. Həmin vaxt Səbuhinin ayaq zərbələri onun bədəninin müxtəlif nahiyələrinə, o cümlədən biri sol əlinə dəymişdir. Bundan sonra Səbuhi əyilərək ona avtomobildən aşağı düşməyini söylədikdə o, düşməyəcəyini demişdir. Bu zaman Səbuhi avtomobilin açarını və mobil telefonunu götürərək, aşağı düşməyini yenidən tələb etmişdir. Buna görə də o, avtomobilinin açarını və mobil telefonunu götürmək üçün avtomobildən aşağı düşmüş, Səbuhi yenidən sifətinə bir dəfə yumruqla vurmuşdur. Sonra Səbuhi yenə onu ayaq zərbəsi ilə vuran vaxt o, əlini geri çəkmiş, əlini geri çəkən zaman sonuncunun təpiyi onu əlinə dəymişdir. Sonradan ətrafda olan tanımadığı şəxslər yaxınlaşaraq onları ayırmışlar. Hal-hazırda ona dəymiş ziyan tam ödənilmiş, onlar barışmışlar. Qeyd olunanları nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2019-cu ildə İbrahimlə onun arasında olan nikah rəsmi olaraq pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2019-cu il qərarı ilə övladları onun himayəsinə verilmişdir. Təxminən 1 il sonra İbrahim yenidən məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə hər həftənin şənbə günü səhər saat 11-dən axşam saat 17-yə qədər övladları ilə vaxt keçirməli olmuşlar. Bundan sonra o, hər həftənin şənbə günü övladlarını İbrahimin yanına göndərmişdir. Buna baxmayaraq uşaqlar İbrahim ilə görüşmək istəməmiş, uşaqları İbrahimlə görüşməsinə o, razı salmışdır. Boşandıqdan sonra İbrahim mütəmadi olaraq onunla barışmağa çalışaraq, onu narahat etmişdir. 2023-cü ilin fevral ayında o, Səbuhi ilə evlənmişdir. Bundan sonra İbrahim onun istifadəsində olan mobil telefona nalayiq ifadələr əks olunan smslər yazmışdır. Daha sonra Səbuhi onun mobil nömrəsini ***-***-**-** saylı mobil telefon nömrəsinin sahibi, adını sonradan bildiyi Əsnayə adlı şəxsə vermiş və həmin şəxs onunla əlaqə saxlayaraq, ondan məlumat toplayıb İbrahimə bildirmişdir. 22 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Səbuhi onun istifadəsində olan mobil telefonla əlaqə saxlayaraq, həmin gün saat 18 radələrində İbrahim ilə yaşadığı binanın qarşısında rastlaşdığını, İbrahim onu idarə etdiyi avtomobilə əyləşdirərək bir qədər oradan uzaqlaşdığını və sonra aralarında mübahisə, dava-dalaş olduğunu bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, təxminən 2021-ci ilin yay aylarında o, dırnaq işi kursuna getmək üçün Nizami rayonu, Qara Qarayev prospektində yerləşən qadın salonuna getmişdir. Təxminən 1 həftə həmin kursa getmiş, ora fərqli insanlar gəlmiş, həmin şəxslərdən biri Sevinc adlı xanım olmuşdur. Belə ki, o, Sevinc adlı xanıma pul müqabilində dırnaqlarını düzəltməsini xahiş etmiş, Sevinc isə həmin yerin yaxınlığında yaşadığını, özü ilə birlikdə yaşadığı mənzilə gedib orada dırnağını düzəldəcəyini bildirmişdir. Buna görə də onlar birlikdə Sevincin yaşadığı mənzilə getmiş, orada Sevinc onun dırnağını düzəltmişdir. Bundan sonra onlar bir-birinin əlaqə nömrəsini götürmüş və bir qədər dostyana danışmağa başlamışlar. Belə ki, Sevinc “whatsapp” sosial şəbəkəsində status paylaşan zaman övladlarının və başqa bir kişi cinsindən şəxsin şəklini paylaşmış, o, da uşaqları görən vaxt həmin uşaqların onunla eyni kənddən olan tanıdığı İbrahimin övladlarının olmasını görmüşdir. Bu barədə o, İbrahimdən soruşduqda İbrahim fotolardaki uşaqların onun övladları olduğunu təsdiq etmiş və arvadından boşandığını bildirmişdir. Həmin vaxt o, İbrahimə, Sevinc status paylaşdığını və orada uşaqlarının atası kimi başqa şəxs göstərildiyini bildirmişdir. Bundan sonra İbrahim Sevincin atasının yanına gedərək bu barədə danışmışdır. Daha sonra onun, İbrahimlə Sevinc arasında olan münasibətlərdən xəbəri olmamış, bir müddət sonra isə Sevinc ona təhqir smsləri yazmış, o, isə məcbur olaraq cavab qaytarmışdır. Belə ki, Sevincin nömrəsini ona İbrahim verməmiş, o, Sevinclə eyni “whatsapp” qrupunda olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2023-cü il tarixli, 952 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol əlin V daraq sümüyünün yerdəyişən qapalı sınığı; üst dodağın iç səthinin qansızma ilə müşayiət olunan əzilmiş yarası; sol almacıq sümüyünün şişkinlik halında əzilməsi - bərk küt əşyanın (əşyaların) - təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə sol əldə olan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, üst dodağın iç səthində olan xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol almacıq sümüyündə olan xəsarət isə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aiddirlər. Lokalizasiya və xarakterlərini nəzərə alaraq demək olar ki, qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdi, şəxsin özü tərəfindən özünə yetirilməsi eləcə də, yıxılması zamanı alınması inandırıcı deyildir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim etmiş və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs da məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 29 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 174 (bir yüz yetmiş dörd) manat (29x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs 29 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 174 (bir yüz yetmiş dörd) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar