Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-172/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-mülki iddiaçı Damırov İlkhamın (X3), müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – mülki cavabdeh xx.xx.1957-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 140.1, 310 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Damırov İlkhama (X6) özbaşına özünü ədliyyə polkovnikleytenantı rütbəsində Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin həkim-cərrahı tibb elmləri doktoru kimi təqdim edərək, tibbi təhsili, təcrübəsi müalicə işlərinin aparılmasına səlahiyyəti olmadığı halda sonuncunun insan immunçatışmazlığı virusu xəstəliyinə yoluxmuş əvvəllər faktiki nikahda olduğu X4 həmin xəstəlikdən müalicə edəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla İlkham Damırovdan 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 1 saylı xəstəxananın kafesində həmin dövrün rəsmi məzənnəsi ilə 1149 manat 20 qəpik təşkil edən 676 ABŞ dolları məbləğində pul vəsaitini alıb Polina Koleqovaya immunçatışmazlığı sindromunun birbaşa müalicəsi üçün istifadə olunmayan dərman preparatları verərək guya müalicə etməsi görüntüsünü yaratmaqla müalicənin davam etdirilməsi adı ilə İlkham Damırovdan 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Şamaxinka” adlanan yerdə həmin dövrün rəsmi məzənnəsi ilə 433 manat 50 qəpik təşkil edən 200 ABŞ dolları və 5000 rus rublu, 2024-cü ilin yanvar ayının əvvəllərində ünvan 2 ünvanında həmin dövrün rəsmi məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları, 2024-cü ilin yanvar ayının 02-dən 07-nə kimi olan müddətdə ayrı-ayrılıqda olmaqla həmin dövrün rəsmi məzənnəsi ilə 2159 manat təşkil edən cəmi 1270 ABŞ dolları və 2024-cü ilin iyun ayının ortalarında 1 həftə ərzində ayrı-ayrılıqda olmaqla ünvan 3 ünvanında həmin dövrün rəsmi məzənnəsi ilə 5100 manat təşkil edən cəmi 3000 ABŞ dolları ümumilikdə isə həmin dövrün rəsmi məzənnəsi ilə 9691 manat 70 qəpik təşkil edən 5701 ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək İlkham Damırova (X6) xeyli miqdarda əmlak xarakterli ziyan vurmaqla dələduzluq edib Polina Koleqovanın insan immunçatışmazlığı virusu xəstəliyindən əziyyət çəkdiyini və həmin virusa yoluxmanın üsullarından biri cinsi əlaqə olduğunu bildiyi halda inam yaratmaq üçün İlkham Damırova nikah münasibətində olduğu Polina Koleqovanın guya tam sağalması barədə yalan məlumat verib sonuncu ilə cinsi əlaqədə ola biləcəyini bildirməklə buna inandıraraq İlkham Damırovu bilə-bilə insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoymaqla dövlət orqanlarının nüfuzunu ləkələyərək onların hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Damırov İlkham (X10) məhkəməyə mülki iddia və mülki iddiaya əlavə təqdim edərək vurulmuş zərərin əvəzi olaraq 5700 ABŞ dollarının, vəkilə ödədiyi 1000 manatın və aviabiletlərin alınması üçün ödənilmiş 239703 Rus rublu miqdarında pulun, eləcə də dövlət rüsumuna görə ödənilmiş 133 manat pulun, mənəvi zərərə görə 3000 manat pulun təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 140.1, 310 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Damırov llkhamı (X7) Rusiya Federasiyasında yaşayan qardaşı vasitəsilə tanımışdır. O, Ermənistan Respublikasında tibb təhsili almış, lakin diplom almamışdır. Bu səbəbdən özünü İlham Dəmirova və sonuncunun qardaşına cəzaçəkmə müəssisələrinin birində işləyən həkim kimi tanıtmışdır. 2023-cü ilin dekabr ayında İlham onunla əlaqə saxlayıb Rusiya Federasiyasında yaşayan keçmiş arvadı Polinanın insan immunçatışmazlığı xəstəliyinə tutulduğunu bildirmiş və keçmiş arvadına köməklik etməsini xahiş etmiş, o da qoyulan diaqnoz sənədlərinə və şəxsin özünə baxdıqdan sonra konkret müalicə edə biləcəyini demişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində Polina Rusiya Federasiyasından İlhamın yaşadığı mənzilə gəldiyi üçün onların yaşadığı ünvana getmiş, orada Polinanın xəstəliyi ilə bağlı verilmiş sənədlərə baxdıqda sonuncunun sənədlərində insan immunçatışmazlığı xəstəliyinə tutulması diaqnozunu görmüşdür. O, Polinanın xəstəliyini müalicə edəcəyini, bunun üçün Türkiyə Respublikasının Ankara şəhərindən müəyyən dərmanlar sifariş edəcəyini, bu səbəbdən ilkin 600 manat pula ehtiyac olduğunu demişdir. İlham 600 manat pulu ona vermiş, həmin ərəfədə o, Bakı və Sumqayıt şəhərində müxtəlif apteklərdən almış olduğu həmin vitamin dərmanları ilə Polinanı guya müalicə etmişdir. Yanvar ayında müalicə gedən müddətdə İlhama əlavə olaraq Türkiyədən dərmanlar sifariş edəcəyini bildirib əlavə 600 manat pula ehtiyac olacağını demişdir, İlham bu səbəbdən yanvar ayında 600 manat pulu yaşadığı ünvanda ona vermişdir. 2024-cü ilin yanvar ayının ortalarında Polina yaşadığı Rusiya Federasiyasına getmiş, altı aydan sonra isə onun yenidən müalicə lazım olduğunu bildirdiyi üçün cari ilin iyun ayında Polina yenidən Bakı şəhərinə geri qayıtmışdır. Polina Bakı şəhərinə gəldiyi uçün İlham onunla telefon əlaqəsi yaradıb yanvar ayında etdiyi müalicənin Polinaya yaxşı təsir etdiyini və yenidən sonuncunu bir kurs da müalicə etməsini istəmiş, o da bu səbəbdən cari ilin iyun ayında İlhamdan 600 manat pul almışdır. Müalicənin 7-8-ci günündə müalicənin davamı üçün əlavə iynə-dərmanların lazım olduğunu, lakin həmin dərmanların Bakı şəhərində Alman aptekində satıldığını bildirmiş, İlham yaşadığı ünvanda 600 manat pulu Polinanın müalicəsi üçün dərmanları alması ilə əlaqədar ona vermişdir. Polinanı 10 gün müddətinə müalicə etmişdir. Müalicəni bitirdiyindən bir neçə gün sonra Polina yaşadığı Rusiya Federasiyasına getmişdir. 2024-cü ilin təxminən sentyabr ayında İlham ona zəng edib bir tanışının qohumunun da spid xəstəliyinə tutulduğunu və sonuncunu da həyat yoldaşı kimi müalicə etmək lazım olduğunu, hətta müalicə xərcini bir qədər artıq deməsini və əldə etdiyi puldan İlhama da pul verməsini bildirmiş və o, razılaşmışdır. 2024-cü ilin noyabr ayının əvvəllərində isə İlhamın həmin tanışı ilə birlikdə bir restoranda görüşmüş və orada o, həmin şəxsə spidi müalicə etdiyini və bunun üçün təxminən 5500 ABŞ dolları pul lazım olduğunu demişdir. Lakin həmin şəxsdən sonradan pul almamış və heç bir müalicə tədbiri görməmişdir. Həmin günün axşamı İlham telefon əlaqəsi yaradıb onu aldatdığını, arvadını müalicə etmədiyini və spidin ümumiyyətlə müalicəsinin olmadığını bildirib ona vermiş olduğu pulları geri qaytarmasını və aldatdığı üçün onun barəsində polisə müraciət edəcəyini demişdir. O, sonradan Polis Şöbəsində bilmişdir ki, İlhamın tanışı əslində vəkili olmuş, ortada hər hansı xəstə olmamış, onlar görüntü yaradıb onun səsini yazmış, o da həmin görüş zamanı spid xəstəliyini müalicə etdiyini etiraf etmişdir. İlhama Polinanın tam sağalması və münasibətdə ola biləcəyi barədə söz deməmişdir. O, İlhamdan 5700 ABŞ dolları deyil, cəmi 2600 manat pul almışdır. İlham ona gətirəcəyi adama müalicə xərcini çox deməsini həmin puldan özünə də verməsini bildirmişdir. Bu səbəbdən də o, İlhamın vəkili ilə görüşdükdə həmin şəxsin vəkil olduğunu bilmədiyi üçun İlhamın arvadının müalicəsi üçün 5700 ABŞ dolları xərcinin çıxdığını demişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Damırov İlkham (X10) ifadəsində bildirmişdir ki, Rusiya Federasiyası vətəndaşı olan X9 ilə ailə həyatı qurmuş, birgə nikahdan 2003-cü il təvəllüdlü qızı dünyaya gəlmişdir. Polina Koleqova ilə 2006-ci ildə ayrılmışdır. 2023-cü ilin dekabr ayında qızı Elmira telefon əlaqəsi zamanı ona anasının spid xəstəliyinə tutulduğunu bildirib kömək etməsini istəmişdir. O da Elmiraya anasının xəstəlik sənədlərini ona göndərməsini və Azərbaycan Respublikasında həkimlərə baxdırıb köməklik edəcəyini bildirmişdir. 2023-cü ilin dekabr ayında qızı keçmiş arvadına məxsus xəstəlik sənədlərini ona göndərmişdir. Bu səbəbdən Rusiya Federasiyasında yaşayan qardaşı Sərvan Dəmirovun vasitəsilə tanıdığı və özünü onun ailəsinə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində polkovnik-leytenant rütbəsində professor cərrah-həkim kimi tanıdan Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi yaradıb bu barədə köməklik etməsini xahiş etmişdir. Belə ki, 2020-ci ildə Telman İsmayıllı rayonuna onun rəhmətə getmiş qardaşı İmranın yas mərasiminə gəlmişdir. Onun qardaşı Sərvan və Telmanın qızı Kazanda yaşayır, X14 tanış olmuşlar. Sonrakı müddətdə də Telmanla bir neçə dəfə görüşləri olmuş və sonuncu özünü həmişə bacarıqlı həkim kimi tanıtmışdır. Təqsirləndirilən şəxs ondan keçmiş arvadına məxsus sənədlərini və Rusiya Federasiyasından verilmiş xəstəlik sənədlərini göndərməsini istəmişdir. O, keçmiş arvadına məxsus olan xəstəliyi ilə bağlı verilmiş sənədləri 2023-cü ilin dekabr ayının sonlarında Telmanla görüşüb vermiş, Telman xəstəlik sənədlərinə baxdıqda keçmiş arvadının “spid" xəstəliyinə tutulduğunu, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində işlədiyi üçün spid xəstəliyinə tutulmuş məhbusları müalicə etdiyini və keçmiş arvadını yüz faizlik təminatla müalicə edəcəyini bildirmişdir. O da Telmana inandığı üçün keçmiş arvadını müalicə etməsinə razılıq vermişdir. Telman ilkin müalicə üçün dərmanları Türkiyə Respublikasının Ankara şəhərindən sifariş edəcəyini və bu səbəbdən də ilkin olaraq 930 ABŞ dolları pula ehtiyac olduğunu bildirmiş, o da 2023-cü ilin dekabr ayının sonlarında Nəsimi rayonu ərazisində yerləşən 1 saylı xəstəxananın (keçmiş Semaşko adına xəstəxana) kafesində Telmana 676 ABŞ dolları hesabı ilə 1150 manat pul vermişdir. Həmin vaxt Telman guya həmin xəstəxanada dəvət əsasında iki əməliyyat etdiyini, ona görə hazırda orada olduğunu demişdir. O, hətta Telmana qida məhsullarından ibarət pay da gətirmişdir. Bundan bir neçə gün sonra, yenə 2023-cü ilin dekabr ayının sonlarında Nəsimi rayonu Şamaxinka adlanan ərazidə Telmanla görüşüb sonuncuya 255 ABŞ dolları hesabı ilə 200 ABŞ dolları və 5000 Rus rublu vermişdir. Bununla da Telmana 930 ABŞ dolları vermişdir. Pulları Telmana verdikdə sonuncu dərmanları Türkiyə Respublikasından sifariş verəcəyini bildirmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində keçmiş arvadı Rusiya Federasiyasından Bakı şəhərinə gəldiyi gün Telman onun yaşadığı mənzilə keçmiş arvadına vizual baxış keçirdikdən sonra damarından özü qan götürüb qanı əkdirəcəyini və bu səbəbdən 500 ABŞ dolları pulun lazım olduğunu dedikdə Telmana 500 ABŞ dolları pul vermişdir. 2024-cü ilin yanvar ayının birinci ongünlüyündə Telman yaşadığı ünvana 5-6 gün müddətində yanında tibb bacısı kimi təqdim etdiyi qadınla davamlı gəlib ona məlum olmayan özü ilə gətirdiyi dərmanlarla keçmiş həyat yoldaşına verməklə müalicələr etməsi görüntüsü yaratmışdır. Həmin tibb bacısının adı Gülnarə olmuş, özünün deməsinə görə “Neftçilər” metrosu yaxınlığında hansısa klinikada işləmişdir. Həmin 5-6 gün müddətində Telman ondan hissə-hissə olmaqla yaşadığı ünvanda 1270 ABŞ dolları pulunu Ankara şəhərində olan professorlara analizlərin cavabını almaq üçün göndərmək adı ilə almışdır. Yanvar ayının ortalarında Telman onunla telefon əlaqəsi yaradaraq Türkiyədən analizlərin cavablarının gəldiyini və hər şeyin qaydasında olduğunu bildirmişdir. Bu səbəbdən yanvar ayının ortalarında o, Telmanla görüşüb Nizami rayonu, B.Çobanzadə küçəsində restoranların birində qonaqlıq vermişdir. Telman müalicələrin qaydasında olduğunu bir daha bildirib keçmiş arvadının Rusiya Federasiyasına gedə biləcəyini, lakin altı aydan sonra Bakı şəhərinə qayıdıb yenidən müalicəni davam etdirəcəyini bildirmişdir. 2024-cü ilin iyun ayında Polina müalicəni davam etdirmək üçün yaşadığı Rusiya Federasiyasından Bakı şəhərinə yaşadığı ünvana gəlmişdir. Polina gəldikdən sonra Telman 2024-cü ilin iyun ayının ortalarında bir həftə ərzində yaşadığı ünvana gəlib eyni ilə Polinadan qanının əkilməsini və müalicələr üçün hissə-hissə olmaqla ümumilikdə ondan 3000 ABŞ dolları pulu yaşadığı В.Çobanzadə küçəsi 53A, mənzil 44 ünvanında almışdır. Həmin bir həftə ərzində də Telman onun evinə gəlib özü ilə gətirdiyi dərmanlarla Polinanı guya müalicə etmiş, Polinaya sistem qoşulması üçün bu dəfə Telman ondan tibb bacısı tapmasını istəmiş o da qonşuluqda yaşayan Məlahət adlı tibb bacısını çağırmışdır. İyun ayının sonlarında Telman yaşadığı ünvana gələrək analizlərin cavabının Türkiyə Respublikasından gəldiyini, hər şeyin əla olduğunu, keçmiş arvadında olan spid xəstəliyini tam olaraq müalicə etdiyini və hətta bundan sonra onunla ər-arvad münasibətində olaraq cinsi əlaqədə ola biləcəyini demişdir. Bu səbəbdən arvadı iyun ayının sonlarında Rusiya Federasiyasına getmiş, lakin buna baxmayaraq Polinanın xəstəlikdən vəziyyəti ağırlaşmış, orada həkimlər xəstəliyin artaraq ağırlaşdığını bildirmişlər. Bundan sonra Telmanla bu barədə telefon əlaqəsi yaratdıqda sonuncu hər dəfəsində müxtəlif bəhanələr gətirdiyindən Telmanın həkim olması onda şübhə yaratmışdır. O, bu səbəbdən hüquqlarını müdafiə etmək üçün vəkil Şahid ilə tanış olmuş, Şahid Telmanın həkim olub-olmamasını müəyyən etmək üçün ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması, hər hansı bir tibb təhsilinin olmaması, Ədliyyə Nazirliyində və digər tibb idarələrində işləməməsi müəyyən olunmuşdur. Bu səbəbdən Telmanın onu aldadaraq pul almasını sübuta yetirmək məqsədi ilə vəkili Şahid təklifi ilə Telmanla görüşüb sonuncuya yeni spid xəstəsinin olmasını və müalicə etməkdə köməklik etməsi barədə söhbət edən zaman Telmanı gizli videoya çəkəcəkləri barədə razılaşmışlar. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə Yasamal rayonu ərazisində Telman, o və vəkili restoranların birində görüşmüşlər. Söhbət zamanı vəkil özünü onun qohumu kimi təqdim edib yaxın bir qohumunun spid xəstəliyinə tutulduğunu bildirdikdə, Telman onun arvadını spid xəstəliyindən necə sağaltdığını, ondan nə qədər məbləğdə pulları aldığını və özünün də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində polkovnik-leytenant rütbəsində cərrah-həkim işlədiyini, tibb elmləri doktoru olduğunu bildirmiş və onlar həmin söhbətləri gizlicə telefonda videoçəkilişlə qeydə almışlar. Təqsirləndirilən şəxs onu aldadaraq 5700 ABŞ dolları pulunu ələ keçirdiyi üçün ona həmin məbləğdə maddi ziyan dəymişdir. Onun Telmana müalicə xərcini çox deməsini, pulu aldıqdan sonra isə ona da həmin puldan verməsini deməsi mümkün deyildir. Çünki o, Telmanla Şahid təklifi ilə sonuncunun yanında danışmış, həmin görüş zamanı Telman Elçini də aldatmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimi-cərrahı işlədiyini, Elçinin də guya immunçatışmazlığı virusuna yoluxmuş qohumunu müalicə edə biləcəyini, onun arvadı Polinanı da özünün müalicə etdiyini və onun Telmana 5700 ABŞ dolları verdiyini demişdir. Məhkəmədən mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Damırov llkham (X10) 9 saylı Vəkil Bürosuna gəlmiş və hüquqi yardım istədiyini bildirərək ona müraciət etmişdir. O, İlhamla söhbət edərkən sonuncu ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimi Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını demişdir. Belə ki, İlham ona əvvəllər faktiki nikahda olduğu və birlikdə yaşadığı X2 yoluxduğu immunçatışmazlığı xəstəliyindən əziyyət çəkdiyi üçün qardaşı vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimi, tibb elmi üzrə fəlsəfə doktoru kimi tanıdığı Allahverdiyev Теlman Allahyar oğluna Polinanı müalicə etməsi üçün müraciət etdiyini, Təqsirləndirilən şəxs də Polinanı müalicə edəcəyini İlhama dediyini, bu səbəbdən də sonuncunun Polinanı müalicə olunması üçün Rusiya Federasiyasından Bakı şəhərinə gətirdiyini, Təqsirləndirilən şəxs isə Polinanı müalicə etmək üçün İlhamdan müxtəlif tarixlərdə ümumilikdə 5700 ABŞ dolları pul aldığını, daha sonra isə Polinanı müalicə edib tam sağaldığını bildirdiyini, lakın sonradan Polinanın sağalmadığını, vəziyyətinin daha da pisləşdiyini öyrəndiyini bildirmişdir. Bu səbəbdən o, İlhama hüquqi yardım göstərmək üçün sonuncu ilə müqavilə bağlayaraq vəkil xidməti göstərmiş, bundan sonra isə Təqsirləndirilən şəxs şəxsiyyətini araşdırarkən sonuncunun ümumiyyətlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində işləmədiyini, əvvəllər bir neçə dəfə məhkum olunduğunu öyrənmişdir. Daha sonra isə o, Telmanın İlhamı aldatdığını sübut etmək üçün İlhama Telmanla danışmasını, Telmana guya onun qohumunun da immunçatışmazlığı xəstəliyindən əziyyət çəkməsini deyərək həmin qohumunu da müalicə etməsini istədiyini deməsini bildirmiş, İlham da onunla razılaşaraq Telmana zəng etmiş və danışdıqları qaydada Telmana guya onun immunçatışmazlığı virusuna yoluxmuş qohumunu müalicə edə bilib-bilməyəcəyini soruşmuş, həmin vaxt Telman müalicə edəcəyini demiş və onlar Bakı şəhəri Yasamal rayonunda adını xatırlamadığı bir kafedə görüş təyin etmişlər. Bundan sonra isə xx.xx.2024-cü il tarixdə o, Telman və İlham təyin etdikləri yerdə görüşmüşlər, görüş zamanı isə Telman onu da aldatmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimi-cərrahı işlədiyini, onun immunçatışmazlığı virusuna yoluxmuş qohumunu da müalicə edə biləcəyini, İlhamın arvadı Polinanın da özünün müalicə etdiyini, onun qohumunun müalicəsi üçün İlhamın verdiyi qədər, yəni 5700 ABŞ dolları xərci çıxacağını demişdir. O da Telmanın bütün dediklərini mobil telefon vasitəsi ilə qeydə almış, həmin video və səs yazılarını İlham istintaq orqanına təqdim etmişdir. İlhamın Telmana müalicə xərcini çox deməsini, pulu aldıqdan sonra isə İlhama da həmin puldan verməsini deməsi mümkün deyildir. X13 yanında danışmış, həmçinin İlhamın Telmana zəng etməsi fikrini o, demişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Damırov llkham Baloğlan oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. - Damırov llkham Baloğlan oğlunun təqdim etdiyi “DVD” diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “DVD” diskdə olan görüntülərdə üç nəfər şəxsin bir-birləri ilə söhbət etmələri, söhbətlər zamanı bir nəfər şəxsin özünü Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin hospitalında həkim işlədiyini, İlham adlı şəxsin arvadının adı çəkilməyən xəstəliyini müalicə edəcəyi istiqamətində müzakirələr aparıldığı, həmin müalicənin qarşılığında, eyni zamanda digər şəxsləri də müalicə edəcəyi qarşılığında 2500-4000-dən çox xərcinin çıxacağını bildirməsi, vəsaitin bir hissəsinin Türkiyə Respublikasının Ankara şəhərindən dərmanlarının gətiriləcəyi, "spid” sentirdə müalicə olunacağı barədə danışıqlar aparıldığı müəyyən edilmiş, baxış iştirakçısı Təqsirləndirilən şəxs qeyd olunan səs yazısında olan şəxslər onun özü, X8 və vəkil olduğunu, özünü həkim kimi təqdim edən şəxsin onun özü olduğunu bildirmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-323/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X8 tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd rəngli formada çap olunmuş fotoşəklə baxış keçirən zaman Təqsirləndirilən şəxs masa arxasında oturduğu, ağ rəngli həkim xalatı geyindiyi və boynundan tibbi avadanlıq olan stetoskop asdığı müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-16/1-4-12527/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Çaybasar kəndində anadan olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində fəaliyyət göstərməmişdir. - X11 Nazirliyi "Krasnoyarsk diyar QİÇS ilə profilaktika və mübarizə mərkəzi” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 "HlV-infeksıya, 4-cü mərhələ, ARS. xx.xx.2023-cü ildən vəziyyəti yaxşılaşmağa başlamışdır, ARS buraxmışdır xx.xx.2024-cü ildən 2024-cü ilin avqust ayına kimi. Bərpa edilib xx.xx.2024-cü ildə. ARS sxem üzrə alınıb, Lamivudi, tenoxover, elsulfavirin. ARS fasiləsiz olaraq ömürlük tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X18 iş materialları üzrə komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, KEŞ- 1085 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, qeyd olunan dərman preparatlarının annotasiyasında göstərilənlərə əsasən “C”, “В6" “B12", "AE" vitaminləri immun sisteminin gücləndirilməsində, “Essensiale forte” qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında, “Kardiomaqnil” ürək-damar sistemi xəstəliklərində, trombozun tromboflebitin profilaktikasında, "Ringer" plazmaəvəzedici, “Natrium xlorid” intoksikasiya əleyhinə, “Bonasept” dezinfeksiyaedici və "Reamberin” isə dezintoksikasiyaedici məhlul kimi istifadə olunur. “C”, “В6”, ”B12", “AE” vitaminləri, “Essensiale forte”, “Ringer”, "Natrium xlorid", “Kardiomaqnil”, "Bonasept" və “Reamberin” dərman preparatları immunçatışmazlığı sindromunun birbaşa müalicəsi məqsədi ilə istifadə olunmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X18 məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 4224/K nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqat üçün göndərilmiş hər iki naməlum maye nümunəsinin (“4" yazılmış ağ rəngli plastik qabda olan naməlum maye nümunəsi və "5 yazılmış ağ rəngli plastik qabda olan naməlum maye nümunəsi) tərkibində etil spirti aşkar edilmişdir. Tədqiqat üçün göndərilmiş üzərində "5” yazılmış ağ rəngli plastik qabda olan naməlum maye nümunəsinin tərkibində Qliserin və 1.2-oktandiol aşkar edilmişdir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 140.1, 310 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə İlkham Damırov tərəfindən təqdim edilmiş içərisində Təqsirləndirilən şəxs səs yazıları olan 2 ədəd disk, 1 ədəd fotoşəkil və İlkham Damırov tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfınden guya dərman preparatı kimi hazırlanmış 2 ədəd predmet maddi sübut kimi tanınmış, 2 ədəd disk və 1 ədəd fotoşəkil cinayət işinin materiallarında, 2 ədəd predmet Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 140.1, 310 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etməklə bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyaraq zərərçəkmiş şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs İlkham Damırovdan (X1) əvvəllər faktiki nikahda olduğu X4 həmin xəstəlikdən müalicə edəcəyinə görə 9691 manat 70 qəpik təşkil edən 5701 ABŞ dolları məbləğində deyil, ümumilikdə 2600 manat pulunu ələ keçirməsi barədə ifadəsində göstərdiyi xüsusatlar iş uzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyləri və səs yazıları və digər sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2.-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 178.2.2-ci maddəsi ittihamdan xaric edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli qanunu tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi CM-nin 178.1-ci maddəsinə tövsif edilərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2016-cı il tarixdə cəzadan azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi cinayətlərin hər birinə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan dərman preparatı kimi hazırlanmış iki ədəd predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; cinayət işi üzrə maddi sübut olan iki ədəd disk və bir ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 140.1, 310 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Damırov İlkham (X10) tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyana görə 5700 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), dövlət rüsumu olaraq ödənilmiş 133 manat, mənəvi ziyana görə 500 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Damırov İlkhama (X6) ödənilməli, vəkilə ödənilmiş 1000 manatın və aviabiletlərin alınması üçün ödənilmiş 239703 Rus rublu miqdarında pulun ödənilməsi məsələsi xüsusi araşdırma tələb etdiyindən mülki iddia həmin hissədə baxılmamış saxlanılmalı, cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs məxsus “Hyundaı Tucson” minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil müsadirə edilərək, zərərçəkmiş şəxs-mülki iddiaçı Damırov İlkhama (X6) ödəniləcək vəsaitə yönəldilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 40 iş saatı müddətinə bərabər olmaqla, 28 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 168 (bir yüz altmış səkkiz) manat (28x6) məbləğində, 12 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 132 (bir yüz otuz iki) manat (12x11) məbləğində, cəmi 300 (üç yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 140.1-cı maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 310-cu maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza –2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı Damırov İlkhamın (X3) mülki iddiası qismən təmin edilsin, Təqsirləndirilən şəxs 5700 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), dövlət rüsumu olaraq ödənilmiş 133 manat, mənəvi ziyana görə 500 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Damırov İlkhama (X6) ödənilsin, qalan hissədə mülki iddia baxılmamış saxlanılsın. Cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs məxsus “Hyundaı Tucson” minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil müsadirə edilərək, zərərçəkmiş şəxs-mülki iddiaçı Damırov İlkhama (X6) ödəniləcək vəsaitə yönəldilsin. Cinayət işi üzrə maddi sübut olan iki ədəd disk və bir ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan dərman preparatı kimi hazırlanmış iki ədəd predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 300 (üç yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-172/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-172/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver