Məhkəmə qərarları › İş №1(007)-174/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-174/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-174/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxx 1970-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, subay, işləməyən, Ağdam rayonu, Ağdam şəhəri, Füzuli küçəsi, ev 10\2də qeydiyyatda olan və Abşeron rayonu Müşviqabad qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 iyun 2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 1 ünvanda yerləşən “Dadlı” adlı kafedə müştəri qismində olan zaman, masanın üzərindəki kassa aparatının yanında olan həmin kafedə nəzarətçi işləyən Zərərçəkmiş şəxs məxsus üzərində 10 manat dəyərində 077 *** ** ** mobil nömrə olan, ağ rəngli, 3576 8811 0792 414 İMEİ kodlu, 2590 manat dəyərində “İphone 13” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 2600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasınm yaxınlığında, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.391 qram olan narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 30 iyun 2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 1 ünvanda yerləşən “Dadlı” adlı kafedən Zərərçəkmiş şəxs məxsus “İphone 13” markalı mobil telefonu oğurlamaqda şübhəli olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə 13:20 radələrində Abşeron rayonu, Müşfiqabad qəsəbəsi 2-ci məhəllə adlanan ərazidə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 A ünvanında yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, Şöbədə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarın sol yan cibindən sellofan paketin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 1.391 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış nakrotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təxminən 6-7 ay öncə həbsdən azad olunmuş və xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Dadlı” adlanan kafedə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra, kafedə yanında olan masanın üzərində sahibsiz “İphone 13” markalı mobil telefon aparatının olduğunu görmüş və mobil telefonu gizli şəkildə götürərək oradan uzaqlaşmış, mobil telefonu isə həmin gün 20 yanvar metrostansiyasımn yaxınlığında yerləşən telefon mağazasına qiyabi tanıdığı, adının Vüsal olduğunu bildiyi şəxsə 230 manata satmışdır. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Müşfiqabad qəsəbəsi 2-ci məhəllə adlanan ərazinin yaxınlığında hərəkətdə olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş, onun xx.xx.2022-ci il tarixdə “Dadlı” adlanan kafedən “İphone 13” markalı mobil telefonu oğurlamaqda şübhəli olduğunu bildirib, hüquqlarını izah edərək onu saxlayıb 24-cü PŞ-nə gətirmişlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə olub-olmamasını soruşarkən, o üzərində narkotik vasitə heroin olduğunu bildirmiş, polis şöbəsində otaqların birində olarkən ona hüquq vəzifələri izah olunduqdan və vəkil dəvət olunduqdan sonra hər kəsin iştirakı ilə ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, o da əynindəki qara rəngli idman şalvarının sol yan cibində saxladığı, sellofana bükülmüş vəziyyətdə olan bir ədəd bükülünü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisində olan maddənin narkotik vasitə, yəni “kakos” olduğunu qeyd etmişdir. Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində daşımışdır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nizami rayonu, Q.Qarayev prospekti 104 ünvanında yerləşən “Dadlı” kafesində nəzarətçi işləmişdir. xx.xx.2022-ci il tarixdə, saat 20:15 radələrində işdə olan zaman özünə məxsus olan ağ rəngli “İphone 13” markalı **********92414 İMEİ kodlu mobil telefonunu kafenin içərisində masanın üzərində olan kassanın yanına qoyaraq kafenin həyətinə müştəriyə nəzarət etməyə çıxmışdır. Təxminən 15 dəqiqədən sonra geri qayıtdıqda masanın üzərinə qoyduğu mobil telefonunun yerində olmadığını aşkar etmiş, kafenin video müşahidə kamerasına baxdıqda o, həyətdə olan zaman bir nəfər naməlum şəxsin kafeyə gələrək birinci masada əyləşdikdən sonra saat 20:32-də masadan qalxıb kassaya yaxınlaşaraq masanın üzərinə qoyduğu ağ rəngli “İphone 13” markalı mobil telefonunu oğurlayaraq getdiyini aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona mobil telefonun qiyməti 2590 manat olmaqla və üzərindəki 10 manatlıq 077 *** ** ** mobil nömrə ilə birlikdə ümumilikdə 2600 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş zərərin ödənilmədiyini və bu səbəbdən təqsirləndirlən şəxsdən şikayətçi olduğunu qeyd edərək onun cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, 20 yanvar metrosunun yanında “El telekom” adlı mobil telefon mağazasını icarə əsasında işlədir. xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrində mağazada işçi kimi fəaliyyət göstərən Firudin ona zəng edərək bir nəfər şəxsin “İphone” markalı mobil telefon satmaq istədiyini bildirmiş, o bir qədər sonra o mağazaya gəlmiş, orada adının Bakir olduğunu bildiyi şəxs əlində ekranının üst hissəsində kiçik çat olan, kodunu itirdiyi bir ədəd “İphone 13” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Telefonu 250 manata ala biləcəyini bildirdikdə, Bakir ilk öncə tərəddüd etsə də, sonda onunla razılaşmışdır. O və iş yoldaşı Firudin həmin telefonun oğurluq olması barədə məlumatsız olmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanda yerləşən “Dadlı” adlı kafedən Zərərçəkmiş şəxs məxsus “iphone 13” markalı mobil telefon aparatı naməlum şəxs tərəfindən oğurlanması ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmişdir. xx.xx.2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin oğurluq hadisəsini törətməkdə Təqsirləndirilən şəxs şübhəli olması məlumatının yoxlanılması üçün saat 13:20 radələrində Abşeron rayonu Müşfiqabad qəsəbəsi 2-ci məhəllə adlanan əraziyə gələrkən, məhəllədə xarici əlamətləri Təqsirləndirilən şəxs xarici əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək, həmin şəxsə xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanda yerləşən “Dadlı” adlı kafedən Zərərçəkmiş şəxs məxsus “İphone 13” markalı mobil telefon aparatını oğurlamaqda şübhəli olması barədə izah verib onu 24cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsinə gələkən o, hadisəni törətməsini etiraf etmiş, məqsədi isə telefonu satıb, narkotik vasitə almaq olduğunu bildirmişdir. Həmçinin hazırda da üzərində narkotik vasitə olduğunu, özünün narkotik vasitə asılılığından əziyyət çəkdiyini bildirmişdir. PŞ-nə sonra xidməti otaqlardan birində videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sol yan cibindən sellofan paketin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 1.391 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış nakrotik vasitə “Heroin”i çıxararaq təqdim etmişdir. Həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində 20 Yanvar metrosunun yaxınlığında yerdən tapmasını, şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Bakı şəhəri Nizami RPİ-nin 24cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/6139 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdəki təmiz çəkisi – 1,391 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 6556 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddləri ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR-sı CM-nin 228.1-ci, 177.2.2, 66.2-ci maddələri ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai RM-nin xx.xx.2022ci il tarixli qərarı ilə 05 ay 03 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2022-ci il tarixdə isə cəzasını çəkib qurtarmışdır. Beləliklə, təqsirləndirilən şəxs hazırkı cinayət əməlini cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş dövrü ərzində qəsdən az ağır cinayət törətdiyindən Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə çəkilməmiş 05 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan cəzaya müvafiq qaydada birləşdirilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə, saat 13:20-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)- 570/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və Zərərçəkmiş şəxs təqdim etdiyi hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 il 02 ay (iki il iki ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CMnin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə çəkilməmiş 05 (beş) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc-cəmi 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,341 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və Zərərçəkmiş şəxs təqdim etdiyi hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar