Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-175/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1989-cu il tarixdə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, bir uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonunun Nərimankənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Anaplı küçəsi ev 55də yaşayan, 26 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 oktyabr 2023-cü il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşların üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 28 iyun 2023-cü il tarixdə saat 23 radələrində sərxoş vəziyyətdə, ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”ndakı “Vosmoy kafe” adlı kafedə xalası qızı Şahid1 ilə birlikdə olan zaman həmin vaxt kafeyə gələn, sonuncunun qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs Şahid1 kafedən aparmaq istəməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai yer olan həmin kafedə digər şəxslərin narahatçılığına səbəb olmaqla kafenin normal iş rejimini pozub Zərərçəkmiş şəxs ilə mübahisə edərək, sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə kafedə masanın üzərində olan qəndqabının şüşə qapağını silah qismində istifadə edib həmin şüşə qapaqla Zərərçəkmiş şəxs qulaq nahiyəsindən qəsdən bir dəfə vuraraq, sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid sol qulaq seyvanının, sol qulaq qıvırcığının, sol gicgah nahiyəsinin kəsilmiş-cırılmış yaralarından ibarət xəsarətlər yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilsə də, bundan fərqli olaraq ifadəsində göstərmişdir ki, himayəsində yetkinlik yaşına çatmayan bir qızı vardır, müxtəlif fərdi işlərdə işləyərək övladını təkbaşına saxlayır. Onun xalası qızı Aytən bir müddət əvvəl Zərərçəkmiş şəxs ilə tanış olaraq onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlamışdır. Lakin sonradan onların münasibətləri pozulmuşdur. Ayrıldıqdan sonra Qüdrət Aytən barəsində onların qohumlarına nalayiq ifadələrlə smslər göndərmiş və ondan ayrılmaq istəmədiyini bildirmişdir. 28 iyun 2023-cü il tarixdə axşam saat 20 radələrində Aytən Bakıxanov qəsəbəsində onun yaşadığı evdə olan zaman tanışı Səməd onunla əlaqə saxlayaraq, onun iş yerinə getmək istədiyini, amma iş yerini tanımadığını demişdir. O, Səmədə bildirmişdir ki, hazırda yaşadığı mənzildədir və o da işə gedir, gəlsin bir yerdə getsinlər. Təxminən 10-15 dəqiqə sonra Səməd taksi ilə onun yaşadığı yerə gəlmiş, o və Aytən mənzildən çıxaraq Səmədin gəldiyi avtomobilə tərəf getmişlər. Avtomobilə əyləşən zaman Səməd və sürücüdən başqa iki nəfər əvvəllər tanımadığı iki kişinin də olduğunu görmüşlər. Səməd həmin şəxslərin dostları olduğunu bildirmişdir. Onlar birlikdə onun işlədiyi Nizami rayonu, C.Naxçıvanski küçəsi 49 ünvanında yerləşən “8-ci km bazarı”nın içindəki kafeyə getmişlər. Həmin vaxt o, kafedə ofisiant işləmişdir. Aytən, Səməd və Səmədin iki nəfər dostu kafenin eyvanında əyləşmiş, müxtəlif kabablar, araq və pivə sifariş etmişlər. Aytən həmin şəxslərlə əyləşmiş, o isə işdə olduğundan arabir onlara yaxınlaşmışdır. Təxminən saat 23 radələrində Qüdrət kafeyə gəlmiş və Aytənin üzərinə gələrək onu aparmaq istəmişdir. Aytən isə Qüdrətə ayrıldıqlarını deyib onunla getmək istəməmişdir. Həmin vaxt o, Aytənin getmək istəmədiyini, buna görə çıxıb getməsini Qüdrətə demişdir. Bundan sonra kafeni işlədən Rahim yaxınlaşıb Qüdrəti oradan uzaqlaşdırmışdır. Qüdrət bayırda onun və Aytənin ünvanına söyüşlər söydüyündən və Aytən Qüdrətin aşağıdan onların şəkillərini çəkdiyini dediyindən mansardda oturduqları yerdən durub kafenin zalına keçmişlər. Lakin Qüdrət yenidən kafeyə qayıtmış və Aytəni zorla aparmaq istəmişdir. Aytən Qüdrətin ona yazmış olduğu smsləri xatırladaraq, onun ünvanına nalayiq ifadələr işlətdiyini demiş və getməkdən imtina etmişdir. Səməd və dostları Aytəni sakitləşdirmək üçün ona yaxınlaşmış və onu sakitləşdirməyə çalışmışlar. Bu zaman Qüdrət Aytəni qucaqlayaraq kafenin otaqlarından birinə aparmaq istəyəndə Aytənin ürəyi getmiş və yerə yıxılmışdır. O, Aytənə yardım etməyə çalımış və Qüdrətə bunu istədiyini soruşmuşdur. Qüdrət isə onun ünvanına, yaxın qohumlarının ünvanına nalayiq ifadələr işlətmişdir. O, bundan əsəbləşərək masanın üzərində olan qəndqabının qapağını götürüb onun sol tərəf qulağının üzərindən bir dəfə vurmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, o, Qüdrətin hərəkətlərinə qarşı özünü müdafiə etmişdir. Qüdrət birinci dəfə kafeyə gəlib onlara mane olanda o və obyektin sahibi ondan uzaqlaşmasını xahiş etmişlər, Qüdrət həmin vaxt getsə də, yenə qayıtmış, söyüş söymüş, təhqir etmişdir. Onlar yalnız Qüdrəti kənarlaşdırmağa çalışmışlar. Qüdrətin o cür təhqirlərinin qarşısında onu vurmamaq mümkün deyildi. Hadisədən sonra onları 24cü polis şöbəsinə aparmışlar, şöbədə elə təhqiqatçının otağında Qüdrətlə barışmışlar. Qüdrətlə Aytən də barışmışlar və qalmağa yerləri olmadığına görə onun evinə getmişlər. O, Qüdrətə dəymiş maddi ziyanı ödəyərək onunla barışmışdır. Məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmə çıxışını müdafiə edərək onun əməlinin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilməsini, Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 11 ildir ki, Bakı şəhərində müxtəlif ünvanlarda günlük kirayə yaşayıb fərdi əməklə məşğul olaraq öz maddi tələbatlarını ödəmişdir. Şahid1 təxminən bir il altı aydan artıqdır ki, tanıyır, bu müddətin təxminən bir ili ərzində onlar qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar. Aytənin xalası qızı Təqsirləndirilən şəxs da həmin müddətdən tanımışdır. 28 iyul 2023-cü il tarixdə axşam saat təxminən 23 radələrində Nizami rayonu, C.Naxçıvanski küçəsi 49 ünvanında yerləşən “8-ci km bazarı”nda “2-ci bazar” və “3-cü bazar” deyilən bazarların aralığında yerləşən kafeyə dostu Ehtiramı görmək üçün getmişdir. Belə ki, Ehtiram həmin kafedə müğənnilik etmişdir. İçəriyə daxil olan zaman kafedə musiqinin dayandığını görmüş və Aytənin səsi eşitmişdir. Aytən qışqıraraq “Mən Qüdrəti sevirəm” demiş, həmin vaxt Firuzə Aytənin ünvanına “sən qələt edirsən, mən səni kimə verirəm, gedib onunla yatassan” kimi sözlər işlətmişdir. O, həmin şəxslərə yaxınlaşmış, orada Aytənin, Firuzənin, Firuzənin sevgilisinin və iki nəfər tanımadığı şəxsin olduqlarını görmüşdür. O, Aytənə yaxınlaşaraq onun əlindən tutmuş və orada olan şəxslərdən çıxıb getmələri barədə icazə istəmişdir. Həmin oğlanlar ona Aytənin getməsinə icazə verməyəcəklərini bildirmiş və onunla sözlü mübahisə edə-edə kafenin otağına getmişlər. Kafenin otağında mübahisə zamanı Aytən hüşunu itirmiş və yerə yıxılmış, Firuzə də Aytənin üzünə su vurmuşdur. Həmin vaxt orada olan şəxslərdən biri və Firuzənin sevgilisi onun bədəninin müxtəlif yerlərinə əl və ayaq zərbələri ilə vurmuşlar. Firuzə də həmin vaxt yaxınlaşaraq sağ əli ilə masanın üzərində olan şüşə qəndqabının qapağını barmaqları arasına keçirərək onun sol qulaq nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən o, sol qulağından xəsarət almış və qəndqabının qapağı isə qırılmışdır. Bu zaman Aytən yerdən qalxmış, ona yaxınlaşaraq Firuzəyə və orada olan şəxslərə onunla işlərinin olmamasını demiş və əlindən tutaraq kafedən bayıra çıxarmışdır. Həmin vaxt onun sol qulağından qan gəlmişdir. Kafedən bayırda onlara polis əməkdaşları yaxınlaşaraq Nizami RPİ-nin 24-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu təcili yardımın həkimləri “M.Əfəndiyev” adına xəstəxanaya apararaq orada qulağında cərahiyyə əməliyyatı keçirmiş və yenidən polis şöbəsinə qaytarmışlar. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmişdir və o, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə dini nikahla qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar, xasiyyətləri tutmadığından sonradan ayrılmışlar. Bundan sonra Qüdrət onu narahat etməyə başlamış, hara getsə izləmiş, anasına və yaxın ətrafına onun barəsində həqiqətə uyğun olmayan məlumatlar vermişdir. 28 iyun 2023-cü il tarixdə axşam saat 20 radələrində xalası qızı Firuzə ilə birlikdə Firuzənin yaşadığı Bakıxanov qəsəbəsində yerləşən mənzildə olan zaman Firuzənin tanışı Səməd onları şam yeməyinə dəvət etmiş və onlar razılaşmışlar. Təxminən 10-15 dəqiqə sonra Səməd taksi ilə Firuzənin yaşadığı mənzilin yaxınlığına gəlmiş, onlar avtomobilə əyləşən zaman avtomobildə Səməd və sürücüdən başqa iki nəfər tanımadığı kişi olduğunu görmüşlər. Onlar avtomobilə əyləşərək Nizami rayonu, C.Naxçıvanski küçəsi 49 ünvanında yerləşən “8-ci km bazarı”nın içində olan kafeyə getmişlər. Onlar kafenin mansard hissəsində yerləşən masalardan birində əyləşmişlər, təxminən 4 saat birlikdə yeyib-içmişlər. Bir qədər sonra Qüdrət həmin kafeyə gəlmiş və masaya yaxınlaşaraq “sən burda nə gəzirsən” demişdir. O, Qüdrətə ayrıldıqlarını xatırlatmış və ondan kafeni tərk etməyini xahiş etmişdir. Lakin Qüdrət kafenin qapısına qədər gedib sonra geri qayıtmışdır. O, spirtli içkinin təsiri altında olduğundan bundan sonra olan hadisələri bilməmiş, özünə gələndə 24-cü polis şöbəsində olduqlarını görmüşdür. Orada Qüdrət hüşunu itirmiş, həmin vaxt Qüdrətin qulağında xəsarət olduğunu görmüş və bu barədə Firuzədən soruşarkən Firuzə əlində olan qəndqabının qapağı ilə Qüdrətin qulağına vurduğunu demişdir. Şahid1 əlavə sualları cavablandırarkən göstərmişdir ki, Qüdrət oturduqları yerə gəlib onları narahat etmiş, Qüdrətə həmin yeri tərk etməsini desələr də, getməmişdir. Qüdrət gəlib üstlərinə hücum çəkdiyi üçün xalası qızı Firuzə Qüdrətə əl qaldırmışdır. O, Qüdrətlə qeyri-rəsmi yaşamışdır, dini nikahla evli olmuşlar. Hadisə vaxtı Qüdrətlə ayrı yaşamışlar, onunla barışmaq istəməmişdir. O, Qüdrəti çox sevmişdir, lakin Qüdrət onun şəxsiyyətini alçaldacaq çox şey etmiş, ailəsinin yanında onu incitmiş, döymüş, tez-tez ayrılıb barışmışlar. Həmin davadan sonra Qüdrətlə barışmışdır, lakin hazırda yenə ayrılmışlar. Firuzə ilə məclisə onu öz razılığı ilə aparmışlar. Keçmiş yoldaşı Qüdrətə oraya getdiyini deməmişdir. Onlar açıq balkonda oturmuşlar, Qüdrət yaxınlaşıb qışqıraraq əmr etmiş, oradan qalxmasını tələb etmiş, “sənin burada nə işin var” demişdir. Sonra Qüdrəti oradan uzaqlaşdırmışlar. Özü içkili vəziyyətdə olmuşdur, sonrasını tam xatırlamır, həmin yerdə ürəyi getmiş, yıxılmışdır. Onun sərxoşluqdan ürəyi getmiş və yıxılmışdır. Onun söhbəti üstündə Qüdrətin sağlamlığına zərər dəydiyinə görə hadisənin səhəri günü Qüdrətlə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin may ayının ortalarında Nizami rayonu, C.Naxçıvanski küçəsi 49 ünvanında yerləşən “8-ci km bazarı”nın 2-ci və 3-cü bazarları arasında yerləşən kafeni aylıq 600 manata icarəyə götürərək işlətmişdir. Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə onun işlətdiyi kafedə öz yaxın dostları və rəfiqələri ilə ad gününü qeyd etmişdir. 28 iyun 2023-cü il tarixdə axşam saatlarında Firuzə onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, ad gününə gəlməyə qonaqları olduğunu və həmin qonaqlarla gəlib kafedə yeyib-içmək istədiyini bildirmiş, o da razılıq vermişdir. Təxminən bir saat sonra Firuzə sonradan adının Aytən olduğunu bildiyi xalası qızı və onlarla birlikdə 3 nəfər oğlan kafeyə gəlmişlər. Onlar kafenin mansard hissəsində yerləşən masalardan birində əyləşmişlər, təxminən 4 saat birlikdə yeyib-içmiş, yemək yeyərkən araq və pivə içmişlər. Bu müddət ərzində onlar təxminən 3 litr araq və hər birinə 4-5 bakal pivə qəbul etmişlər. Bir qədər sonra adını sonradan bildiyi Qüdrət kafeyə gəlmiş və masaya yaxınlaşaraq Aytənə “sən burda nə gəzirsən” ifadəsini işlətmişdir. Həmin vaxt Aytən Qüdrətə ayrıldıqlarını xatırlatmış və ondan kafeni tərk etməyi xahiş etmişdir. Qüdrət kafenin qapısına qədər gedib sonra geri qayıtmışdır. Həmin vaxt Firuzə Qüdrətə kafeni tərk etməsini söyləmiş, Qüdrət getmədikdə Firuzə sağ əli Qüdrətin sifətinin sol tərəfinə iki dəfə sillə vurmuş və Qüdrəti kafedən bayıra çıxarmışlar. Bir neçə dəqiqə sonra Qüdrət yenidən kafeyə gəlmişdir. Həmin vaxt Aytən Qüdrətin ona yazmış olduğu smsləri xatırlayaraq onun ünvanına nalayiq ifadələr işlətmişdir. O və Firuzəgilin yanında olan üç nəfər oğlan Aytənə yaxınlaşaraq onu sakitləşdirməyə çalışmışlar. Bu zaman Qüdrət Aytəni qucaqlayaraq kafenin otaqlarından birinə aparmışdır. Onlar da həmin otağa keçmişlər, həmin vaxt otağın qarşısında Aytən hüşunu itirərək yerə yıxılmışdır. Firuzə buna görə Qüdrətə irad bildirdikdə Qüdrət Firuzənin ünvanına, nəslinə-kökünə nalayiq ifadələr işlətmişdir. Bundan sonra Firuzə masanın üzərində olan qəndqabının qapağını götürüb Qüdrətin sol tərəf qulağının üzərindən zərbə ilə vurmuşdur. Zərbənin təsirindən Qüdrətin qulağından qan gəlmişdir. Bundan sonra Qüdrət və orada olanlar kafenin dəhlizinə gəlmişlər. Oradan isə Qüdrət və Aytən kafedən çıxıb getmişlər. Şahid2 əlavə sualları cavablandırarkən göstərmişdir ki, kafedə dava-dalaş düşəndə artıq ifaçılar çıxıb getmişlər, başqa müştərilər isə olmamışdır. Kafenin işçiləri oturub çay içmişlər. Baş vermiş hadisə nəticəsində fəaliyyətləri pozulmuş, 20 gün kafe bağlı qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 28 iyun 2023-cü il tarixdə axşam radələrində tanışı Səmədlə zəngləşmişlər, Səməd yeyibiçməyi təklif etmiş, o, razılıq verdikdən sonra Bakıxanov qəsəbəsində qardaşı Salehlə birlikdə üçü görüşmüşlər. Həmin vaxt Səməd, tanışı Firuzəyə zəng edərək onu yeyibiçməyə dəvət etmişdir. Firuzə razılıq verəndən sonra üçü birlikdə taksidə Firuzənin yaşadığı ünvana getmişlər. Firuzə xalası qızı Aytənlə birlikdə gəlmiş və onlar beşi birikdə taksidə Nizami rayonu, C.Naxçıvanski küçəsi 49 ünvanında yerləşən “8-ci km bazarı”nın içində olan kafeyə getmişlər. Onlar kafenin mansard hissəsində yerləşən masalardan birində əyləşmişlər. Masada yeməklə bərabər spirtli içki olan araq və pivə içmişlər, təxminən 4 saat birlikdə yeyib-içmişlər. Bir qədər sonra adını sonradan bildiyi, Aytənin keçmiş sevgilisi olan Qüdrət kafeyə gəlmişdir. Qüdrət Aytənlə söhbət etməyə başlamış, bir azdan kafenin müdiri onlara yaxınlaşıb Qüdrətin kafedən çıxıb getməsini tələb etmiş, Qüdrət də kafedən çıxmışdır. Sonra onlar kafenin mansard hissəsindən zala keçmiş və orada yeyib-içməyə başlamışlar. Bir müddət sonra Qüdrət sərxoş vəziyyətdə yenə də yanlarına qayıtmış və Aytəni kafedən aparmaq istəmişlər. Aytən razı olmadıqda onlar sözlü mübahisə etmişlər. Bu zaman məsələyə Firuzə qarışmış və Qüdrəti sakitləşdiməyə çalışmışdır. Lakin Qüdrət sakitləşməmiş və X4 arasında mübahisə başlamışdır. Firuzə iki dəfə sillə ilə Qüdrəti vurmuş, kafedə səs-küy yaranmışdır. Bundan sonra məsələyə onlar da qarışmış, Qüdrəti sakitləşdirməyə çalışmış, ona iradlarını bildirmişlər, nə qədər üstünə qışqırsalar da nəticə olmamışdır. Daha sonra Firuzə masanın üstündə olan qəndqabının qabağı ilə Qüdrətin qulaq nahiyyəsindən bir dəfə vurmuş və Qüdrətin qulağından qan gəlmişdir. Şahid3 əlavə sualları cavablandırarkən göstərmişdir ki, hadisə zamanı kafedə onlardan başqa müştəri olmamışdır, həmin vaxt nə o, nə qardaşı Saleh və Səməd, Qüdrəti döyməmişlər, onlar yalnız Qüdrətə kəskin formada iradlarını və narazılıqlarını bildirmiş, Aytənin onunla getməsinə etiraz etmişlər. Yəqin ki, buna görə Qüdrət acığa düşüb onların Qüdrəti döyməsi barədə ifadə vermişdir. Hadisəyə qədər o, Qüdrəti tanımamış, Aytənlə Qüdrətin əlaqəsi barədə məlumatı olmamışdır. Sonra bilmişlər ki, Qüdrət Aytənin əri olub, heç nə deməmişlər. Qüdrət kafeyə gələrkən Aytənlə Firuzəyə yaxınlaşmış, sonra restoranın müdiri onu uzaqlaşdırmış, Qüdrət çıxıb getdikdən sonra onlar yerlərini dəyişdirmişlər. Qüdrət ikinci dəfə bir saat sonra gəlmiş, həmin vaxt onlar zalda olmuşlar. Zala keçmələrinin səbəbi orada canlı musiqinin olması olmuşdur. Qüdrət gələndən sonra Aytən çıxıb getməmış, onlarla oturmağa davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin aprel ayından başlayaraq tanımış, kafelərin birində tanış olmuşlar, Firuzə orada ofisiant işləmiş, həmin vaxtdan münasibətləri yaranmışdır. Münasibətləri olan vaxt bəzən Firuzə ilə birlikdə kafeyə gedib yemək yemişlər. 28 iyun 2023-cü il tarixdə axşam saat 20 radələrində dostları Rauf və Salehlə kafedə yemək yeməyə qərara gəlmişlər və o, Firuzəni də dəvət etmək fikrinə düşmüşdir. Buna görə Firuzəyə zəng etmiş və fikrini bildirmiş, Firuzə razılıq verəndən sonra üçü birlikdə taksidə Firuzənin yaşadığı ünvana getmişlər. Firuzə xalası qızı Aytənlə gəlmiş və onlar beşi birikdə taksidə Nizami rayonu, C.Naxçıvanski küçəsi 49 ünvanında yerləşən “8ci km bazarı”nın içində olan kafeyə getmişlər. Onlar kafenin mansard hissəsində yerləşən masalardan birində əyləşmişlər, yeməklə bərabər spirtli içki olan araq və pivə içmişlər. Məclis təxminən 4 saat davam etmiş, bir qədər sonra adını sonradan bildiyi, Aytənin keçmiş sevgilisi olan Qüdrət adlı şəxs həmin kafeyə gəlmiş və Aytənlə söhbət etməyə başlamışdlr. Bir azdan kafenin müdiri onlara yaxınlaşaraq Qüdrətin kafedən çıxıb getməsini tələb etmiş, Qüdrət də kafedən çıxmışdır. Sonra onlar kafenin mansard hissəsindən zala keçmişlər və orada yeyib-içməyə başlamışlar. Bir müddət sonra Qüdrət sərxoş vəziyyətdə yenə də onların masasına yaxınlaşmış və Aytəni kafedən aparmaq istəmişdir. Aytən razı olmadıqda Qüdrətlə söz mübahisəsi başlamışdır. Bu zaman məsələyə Firuzə qarışmış və Qüdrəti sakitləşdiməyə çalışmış, lakin Qüdrət sakitləşməmişdir. X4 arasında mübahisə başlamış, Firuzə iki dəfə sillə ilə Qüdrəti vurmuşdur. Daha sonra məsələyə onunla dostları qarışıb Qüdrəti sakitləşdirməyə çalışmışlar, Qüdrətə iradlarını bildirmiş, nə qədər üstünə qışqırsalar da nəticə olmamışdır. Bundan sonra Firuzə yaxınlaşıb masanın üstündə olan qəndqabının şüşə qapağı ilə Qüdrəti qulaq nahiyyəsindən bir dəfə vurmuş, Qüdrətin qulağından qan gəlmişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və mübahisə edənləri polis şöbəsinə aparmışlar. Şahid5 sualları cavablandırarkən göstərmişdir ki, hadisə təxminən 5-10 dəqiqə davam etmiş, hadisə zamanı kafedə başqa müştərilər olmamış, nə o, nə də dostları Qüdrəti döyməmişlər, hesab edir ki, onlar Qüdrətə kəskin formada iradlarını və narazılıqlarını bildirdiklərinə, Aytənin onunla getməsinə etiraz etdiklərinə görə Qüdrət onlardan acıqlı qalmış və onların Qüdrəti döymələri barədə yalan ifadə vermişdir. Hadisəyə qədər o, Qüdrəti tanımamış, Aytənlə Qüdrətin əlaqəsi barədə məlumatı olmamışdır. Sonra bilmişlər ki, Qüdrətlə Aytən sevgili olublar, birlikdə yaşayıblar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından, onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq olunmuşdur. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Şahid5 qardaşı Rauf vasitəsi ilə tanımışdır. 28 iyun 2023-cü il tarixdə axşam radələrində Səmədlə zəngləşmişlər. Səməd yeyib-içməyi təklif etmiş, o, razılıq verdikdən sonra Bakıxanov qəsəbəsində qardaşı Raufla birlikdə üçü görüşmüşlər. Həmin vaxt Səməd, tanışı Firuzə adlı qadına zəng edib yeyib-içməyə dəvət etmişdir. Firuzə razılıq verəndən sonra üçü birlikdə taksidə Firuzənin yaşadığı ünvana getmişlər. Daha sonra Firuzə xalası qızı Aytənlə birlikdə gəlmiş və beşi birikdə taksidə Nizami rayonu, C.Naxçıvanski küçəsi 49 ünvanında yerləşən “8-ci km bazarı”nın içində olan kafeyə getmişlər. Beşi də kafenin mansard hissəsində yerləşən masalardan birində əyləşmişlər. Masada yeməklə bərabər spirtli içki olan araq və pivə içmişlər. Təxminən 4 saat birlikdə yeyib içmişlər. Bir qədər sonra adını sonradan bildiyi, Aytənin keçmiş sevgilisi olan Qüdrət həmin kafeyə gəlmişdir. Qüdrət Aytənlə söhbət etməyə başlamış, bir azdan kafenin müdiri onlara yaxınlaşaraq, Qüdrətin kafedən çıxıb getməsini tələb etmiş, Qüdrət də kafedən çıxmışdır. Sonra onlar kafenin mansard hissəsindən zala keçmiş və orada yeyib-içməyə başlamışlar. Bir müddət sonra Qüdrət sərxoş vəziyyətdə yenə də yanlarına qayıtmış və Aytəni kafedən aparmaq istəmişdir. Aytən razı olmadıqda onunla söz mübahisəsi başlamışdır. Bu zaman məsələyə Firuzə qarışmış və Qüdrəti sakitləşdiməyə çalışmışdır. Lakin Qüdrət sakitləşməmiş və X4 arasında mübahisə başlamışdır. Firuzə 2 dəfə sillə ilə Qüdrəti vurmuş, kafedə səs-küy yaranmışdır. Daha sonra məsələyə onlar da qarışmışlar. Qüdrəti sakitləşdirməyə çalışmışlar, ona iradlarını bildirmişlər, nə qədər üstünə qışqırsalar da nəticə olmamışdır. Daha sonra Firuzə masanın üstündə olan qəndqabının qapağı ilə Qüdrətin qulaq nahiyyəsindən bir dəfə vurmuş, Qüdrətin qulağından qan gəlmişdir. Bundan sonra o, artıq oradan çıxıb gedən vaxt kafeyə polis əməkdaşları gəlmiş və mübahisə edənləri polis şöbəsinə aparmışlar. Hadisə zamanı kafedə onlardan başqa müştəri olmamışdır, həmin vaxt nə o, nə qardaşı, nə də ki, Səməd, Qüdrəti döyməmişlər, Qüdrət bu barədə yalan danışır. Onlar Qüdrətə kəskin formada iradlarını və narazılıqlarını bildirmişlər, özü Qüdrəti çiynindən tutub sakitləşdirmişdir, Aytənin onunla getməsinə etiraz etmişlər. Yəqin ki, buna görə də Qüdrət onlardan acığa düşüb belə bir ifadə vermişdir, onlar birlikdə Qüdrəti döysəydilər, ondan hal qalmazdı. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -“Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair 24 iyun 2023-cü il tarixli 2/20473 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:50-də tibbi müayinəsi aparılarkən onun yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. (i.v. 5) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 31 iyul 2023cü il tarixli 710 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol qulaq seyvanının, sol qulaq qıvırcığının, sol gicgah nahiyəsinin kəsilmiş cırılmış yaraları olmuşdur. Qeyd olunan xəsarətlər iti kənara malik bərk küt əşyanın (əşyaların, ola bilsin sınmış şüşə qəndqabı) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd edilən xəsarətlər vaxt keçdikdə kosmetik cərrahi müdaxiləyə ehtiyac olmadan izi silinəndir, sifətdə hər hansı bir assimmetriya qeyd olunmur. (i.v. 37-39) - 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, 28 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nın 2-ci və 3-cü bazarlar arasında yerləşən kafedə 28 iyun 2023-cü il tarixdə qeydə alınmış videogörüntülərə müstəntiq tərəfindən Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı CD diskdə olan 1.MP4 saylı fayl açılarkən zərərçəkmiş şəxs videogörüntüdə olan görüntünün 28 iyun 2023-cü il tarixdə Nizami rayonu, C.Naxçıvanski küçəsi 49 ünvanında yerləşən “8-ci km bazarı”nın 2-ci və 3cü bazarlar arasında yerləşən kafedə onun döyülməsinin görüntüsü olduğunu bildirmişdir. (i.v. 51) - 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. (i.v. 89-90) - 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs, Şahid3, Şahid4 və Şahid5 barələrində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, 28 iyun 2023-cü il tarixli hadisənin görüntüsünü əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 165-171) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 9-cu bəndində də izah edilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət əməli ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”ndakı kafedə baş vermişdir, hadisə zamanı Təqsirləndirilən şəxs alkoqollu içki qəbul edərək sərxoş halda həmin kafedə xalası qızı Şahid1 ilə birlikdə olan zaman həmin vaxt kafeyə gələn, sonuncunun qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs Şahid1 kafedən aparmaq istəməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai yer olan həmin kafedə digər şəxslərin narahatçılığına səbəb olmaqla kafenin normal iş rejimini pozub Zərərçəkmiş şəxs ilə mübahisə edərək, sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə kafedə masanın üzərində olan qəndqabının şüşə qapağını silah qismində istifadə edib həmin şüşə qapaqla Zərərçəkmiş şəxs qulaq nahiyəsindən qəsdən bir dəfə vuraraq, sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid sol qulaq seyvanının, sol qulaq qıvırcığının, sol gicgah nahiyəsinin kəsilmiş-cırılmış yaralarından ibarət xəsarətlər yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri törətməsi tam təsdiq edilir və təqsirləndirilən şəxsin istinad olunan əməli məhz Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə tövsif edilməli olması Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin anoloji işlərlə bağlı gəldikləri hüquqi nəticələrdə müəyyən olunmuş faktiki hallarla uyğunluq təşkil edir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, istər məhkəmə icraatında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin dispoziyasında nəzərdə tutulan silah qismində istifadə edilən əşya (qəndqabının şüşə qapağı) tətbiq etməklə xuliqanlıq əməlinin törədilməsində təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, canlı şəxsin məhkəmə-tibbi ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq ittihamı üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlığın tərkib əlamətlərinin olmaması, hadisə zamanı Zərərçəkmiş şəxs hərəkətlərinin davam etdiyi müddətdə Təqsirləndirilən şəxs ona qarşı qanunsuz hərəkət etmədiyi, əlsinə, sakitçilik yaratmaq istədiyi, axırda Təqsirləndirilən şəxs qarşı ağır söyüş işlətdiyi üçün onun Zərərçəkmiş şəxs bir dəfə qulağının üstündən qəndqabının qapağı ilə vurması nəzərə alındıqda, hadisənin heç də xuliqanlıq niyyəti ilə törədilmədiyi, hadisənin Zərərçəkmiş şəxs “təhrikedici” hərəkətləri, yəni Təqsirləndirilən şəxs təhqir etməsi nəticəsində baş verməsi, hadisənin əsaslı səbəblərinin olması, yəni hadisənin şəxsi münasibətlər zəminində baş verməsi, ona görə təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi deyil, işin hallarından asılı olaraq Cinayət Məsəlləsinin şəxsiyyət əleyhinə cinayətlərə görə məsuliyyət nəzərdə tutan normasına tövsif edilməli olması barədə irəli sürdükləri dəlilləri əsassız hesab edir. Belə ki, hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Azərbaycan Respublikası CMnin 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə yönəlməklə, ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkətlərdə təzahür etmişdir, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən hadisə anının videogörüntüsü ilə öz təsdiqini tapmışdır ki, Zərərçəkmiş şəxs əvvəllər ər-arvad münasibətində yaşadığı Şahid1 kafedən aparmağa cəhd edərkən Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq, kafedə masanın üzərində olan qəndqabının şüşə qapağını silah qismində istifadə edib həmin şüşə qapaqla Zərərçəkmiş şəxs qulaq nahiyəsindən qəsdən bir dəfə vuraraq ona xəsarətlər yetirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin hərəkət bilavasitə Təqsirləndirilən şəxs qarşı yönəlmədiyindən mübahisənin Zərərçəkmiş şəxs ona qarşı, məhz öz təşəbüsü ilə başlatdığı mübahisə kimi yanaşılması və bu mübahisənin gedişində zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasının xuliqanlıq kimi qiymətləndirilməli olmaması, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunması üçün hüquqi əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Bununla da, məhkəmə hesab edir ki, müdafiə tərəfinin irəli sürdüyü dəlillərin hüquqi əsası yoxdur, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) və ya 221.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: - 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 67) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinin və onunla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatının təmin olunmasından imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal azad olunmuşdur. (i.v. 110-117) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 28 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 118-119) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 121-122) -AZ-İV seriyalı, 898027 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 02 iyul 2006-cı il tarixdə doğulmuşdur, atası X3, anası Təqsirləndirilən şəxsdır. (i.v. 154) -Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurduğu maddi ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, habelə cinayətin törədilməsindən sonra halhazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin (onun himayəsində olan yetkinlik yaşına çatmayan qızının) həyat şəraitinə təsirini nəzərə alır, onun təyin olunacaq cəzanı çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin olunması nəzərdə tutulan, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini məqsədəuyğun hesab edir, belə qənaətə gəlir ki, bu, cəzanın məqsədini təmin edir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmalı, sınaq müddəti ərzində davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməli, üzərinə müvafiq vəzifələr qoyulmalı, təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 2.21-ci bəndinin 5-ci abzasına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin ediləcək qəti cəza müddətinə hesablanmamalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin dispoziyasında əlavə cəza nəzərdə tutulmamışdır; onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış içərisində hadisənin qeydə alınmış videogörüntüləri olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə, barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış içərisində hadisənin qeydə alınmış videogörüntüsü olan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-175/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-175/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver