Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-177/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1997-ci ildə Sabirabad rayonunun Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qaraxanbəyli kəndində qeydiyyatda olan, xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.4 və 133.2.6-cı maddələri ilə ittiham elan olunmuşdur ondan ötrü ki, o, xx xxxx 2019-cu il tarixdən qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə ünvan 1 ünvanında yerləşən evdə birgə kirayədə yaşadıqları müddət ərzində sonuncunun başqa kişilər ilə telefon əlaqəsi saxlamasına görə qısqanclıq zəminində güclü fiziki ağrı və psixi iztirablar vermək məqsədi ilə 2019-cu ilin avqust-sentyabr aylarında mütəmadi olaraq yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə döyüb bıçaqla kürək nahiyəsinə vurmaqla əynində olan paltarın zədələnməsi ilə müşayiət olunan xəsarət yetirmiş, bundan əlavə 22 və xx xxxxxx 2019-cu il tarixlərdə yenidən yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə döymüş, xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində isə həmin mənzildə sonuncuya məxsus “notebook” tipli kompüteri gözü qarşısında yerə çırpmaqla sındırmış və bundan sonra tələb edib Zərərçəkmiş şəxs stulda əyləşdirərək müqavimət göstərməsinin, zərbələrindən yayınmasının qarşısını almaq və uzunmüddətli ağrılar yetirmək üçün Zərərçəkmiş şəxs iradəsi əleyhinə əllərini mobil telefonun adapterinin naqili, ayaqlarını isə yük çantasının kəməri ilə bağlayaraq, müqavimət göstərmək imkanını tamamilə itirməsinə nail olub, köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs əl çantasının kəməri ilə sol qol və sağ ayaq nahiyələrindən, sonra isə daha da şiddətli ağrılar vermək üçün taxta oxlov, eləcə də yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək intensiv və davamlı təsir göstərən güclü fiziki ağrı və psixi iztirablar verməklə sonuncuya sol qaş nahiyəsinin əzilmiş yarası, sol gözün ağlı qişasına qansızma, sol gözaltı, hər iki bazu, sağ kürək, sağ bazu oynağı, bel nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablarla işgəncə verməklə əzab vermişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 133.2.4 və 133.2.6-cı maddələrində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində tanış olmuş, həmin gün bir-birilərinə telefon nömrələrini vermişlər və bir neçə gün telefonla əlaqə saxlayıb danışmışlar, şəhərdə görüşmüşlər, kafedə görüşüb çay içmişlər. Növbəti 3-4 ay ərzində Nərminlə həm görüşmüşlər, həm də telefonla danışmışlar. Hər ikisi bir-birini sevmiş, yəni münasibətləri ciddi olmuşdur. Nərmin ona ailəsinin onu başqa biri ilə evləndirəcəklərini bildirmişdir. Ailələri Nərminlə evlənməklərinə razı olmadığından Nərminlə qaçıb birlikdə yaşamağa başlamışlar. Evlənəndən sonra Nərminlə Sabirabad rayonunda yaşamışlar, bir müddət sonra Bakı şəhərinə gəlib kirayədə qalmışlar. Onlar təxminən 8 ay birlikdə yaşamışlar. Toy etmədikləri üçün daim aralarında dava-dalaş olmuşdur. O, Nərmini oxlovla, kəmərlə döyməmiş, ona işgəncə verməmişdir. Nərmini bir dəfə sillə ilə vurmuşdur. Dəqiq xatırlamadığı bir gündə ayağı kompüterin kabelinə ilişmiş kompüter sınmışdır. Nərmin kompüterin sındığını görüb tez kompüteri götürərək atasının aldığını bildirmiş, bu zaman Nərmin yıxılmış, kompüterin şüşəsi Nərminin alnına batmışdır. Bu hadisədən sonra Nərmin ailəsi ilə görüntülü danışmış, atası Nərmini gəlib aparacağını bildirmişdir. Nərminin atası onlara gəldikdə Nərminin gözünə nə olduğunu soruşduqda o, Nərminin yıxıldığını demişdir. O, xx xxxxxx 2019-cu il tarixdə işdən evə gəldikdə Nərminin evdə olmadığını, paltarlarını yığıb getdiyini görmüşdür. Nərminin qardaşına və bacısına zəng edib Nərminin harada olmasını soruşduqda ona “ailə sənin ailəndir, sən bilmirsənsə biz hardan bilək” demişlər. Aralarındakı münasibətlər ailə münaqişəsi zəminində olmuşdur. Zərərçəkmiş şəxslə barışmışlar. Məhkəmədən əməlinin Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinə tövsif edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 1 il bundan əvvəl Təqsirləndirilən şəxs ilə tanış olmuş və tanışlıqlarından 6 ay sonra onlar ailə qurmaq qərarına gəlmişlər, Təqsirləndirilən şəxs ilə bir-birlərini sevmişlər, evlənmişlər. Onların fikirləri ciddi olmuş həmçinin rəsmi evlənmək üçün analiz də vermişlər. Ailələri evlənməklərinə razı olmadığı üçün Əliqismət onu götürüb öz ailəsinin yanına Sabirabada aparmış, lakin sonra Əliqismət Bakıda işləməli olmuş Bakıya gələrək kirayədə yaşamışdır. Əliqismət Bakıda olduğu üçün ona Bakıya gəlməsini bildirmiş, lakin Əliqismətin ailəsi onun Bakıya getməsinə razı olmamışlar, bundan sonra onun Əliqismətin ailəsi ilə münasibətləri pisləşmiş və o, Bakıya Əliqismətin yanına gəlmiş, onlar birlikdə Bakıda kirayədə qalmışlar. Təqsirləndirilən şəxs qısqanc olduğu üçün aralarında söz-söhbət olmuşdur. Bundan əlavə onun ailəsi tez-tez ondan Əliqismətin ailəsinin niyə barışığa gəlməməsinin səbəbini soruşmuşlar. Əliqismətin ailəsi ilə arası soyuq olmuş, o, hər dəfə bu barədə söhbət açdıqda Əliqismət əsəbləşmiş, “üzümə vurma” demişdir. Buna görə də Əliqismətlə aralarında söz-söhbət yaranmış və Əliqismət onu vurmuşdur. O, mətbəxdə yemək bişirib otağa keçdikdə kompüterinin qırıldığını görmüş, bu barədə Əliqismətdən soruşduqda Əliqismət ayağının kompüterin kabelinə ilişdiyini demişdir. O, kompüteri düzəltməyin mümkün olub-olmamasını aydınlaşdırmaq üçün kompüterə yaxınlaşan zaman yıxılmış, başı kompüterə dəyərək xəsarət almış, alnı qanamışdır. O, Əliqismətlə birlikdə kirayədə qalanda bacısı və atası yanına gəlmişlər, atası gözünün göyərdiyini, şişdiyini görüb nə olduğunu soruşduqda o, yıxıldığını demişdir. Əliqismət onu bıçaqla hədələməmiş, vurmamış, kəmərlə, oxlovla döyməmiş, onu kabellə bağlamamışdır. Əliqismət işə gedərkən bəzən qapını açarla bağlamış, bəzi hallarda isə qapını açıq qoyub işə getmişdir. Əliqismət ona heç vaxt evdən çıx get deməmiş, o özü Əliqismətlə aralarında münasibətlərin pis olması səbəbindən əsəbiləşərək evdən çıxıb getmişdir. O, evdən çıxıb getdiyindən Əliqismət ona dəfələrlə zəng etdiyinə və 102 xidməti vasitəsilə ilə onu axtarışa verdiyinə görə əsəbləşib ondan şikayət etmişdir. Əliqismətə əsəbləşdiyi üçün istintaq zamanı Əliqismətin kəmərlə, oxlovla onu döydüyünü, şunur və kəmərlə stula bağladığını, ona işgəncə verdiyini bildirmişdir. Onun köynəyini Əliqismət cırmamış, köynəyi çox yuduğuna görə cırılmışdır. O, bölmədə ifadəsini oxuyub imzalamış, istintaq zamanı isə ifadəsinin bölmədə verdiyi ifadə ilə eyni olduğunu zənn edib oxumadan imzalamışdır. O, ekspertizaya gedəndə bədənində xəsarət olmamış, yalnız ayağında, qolunda göyərtilər olmuşdur. Əliqismətlə aralarındakı mübahisələr hər ailədə olduğu kimi ailə münaqişəsi zəminində olmuşdur. O və ailəsi Əliqismətlə barışmışlar. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onlar birlikdə ailələrini bərpa edib yaşayacaqlar. Ona görə də əvvəllər Təqsirləndirilən şəxs qarşı əsəbi şəkildə verdiyi şikayət və izahatlarının nəzərə alınmamasını və Təqsirləndirilən şəxs azadlığa buraxılmasını xahiş etmişdir. Məhkəmə baxışında dindirilmiş məhkəmə-tibb eksperti X4 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 02 nömrəli rəyi müdafiə edərək bildirmişdir ki, təhqiqatçının qərarı əsasında xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinədən keçirilmişdir. Zərərçəkmiş şəxs hadisənin necə olduğunu soruşduqda o, Keşlə qəsəbəsində kirayədə yaşadıqları evdə Təqsirləndirilən şəxs onu əllə, təpiklə, kəmərlə, oxlovla mütəmadi olaraq döydüyünü, zorla cinsi əlaqədə olduğunu bildirmişdir. Müayinə zamanı Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin əzilmiş yarası, sol gözün ağlı qişasına qansızma, sol gözaltı, hər iki bazu, sağ kürək, sağ bazu oynağı, bel nahiyələrinin qançırları aşkar edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müddəti müayinədən 8-12 gün əvvəl əmələ gəlmişlər, 22, 23 və xx xxxxxx 2019-cu il tarixlərdə əmələ gələ bilərlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə baxışında dindirilmiş məhkəmə-tibb eksperti X3 maddi sübutların ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 166-MTKŞ/2020 nömrəli rəyi müdafiə edərək bildirmişdir ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd kombinə olunmuş deşilmiş-kəsilmişcırılmış zədə aşkar olunmuşdur. Bu zədə kafi itilikli ülgücü, ucu və özünü kafi biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsiri və sonrakı küt mexanizmdən dartılma nəticəsində cırılmasından əmələ gəlməyə uyğun gəlir. Ekspertizaya təqdim olunmuş yorğan üzünün bir səthi üzərində yorğan üzünün müvafiq hissəsinin kəskin gərilibdartılması nəticəsində əmələ gəlmiş, küt yaranma mexanizminə malik və müxtəlif şəraitlərdə əmələ gəlməyə xarakterik üç ədəd cırılma zədələri aşkar olunmuşdur. Ekspertizaya təqdim olunmuş bir ədəd yastıq üzünün üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol qaş nahiyəsinin əzilmiş yarası, sol gözün ağlı qişasına qansızma, sol gözaltı, hər iki bazu, sağ kürək, sağ bazu oynağı və bel nahiyələrinin qançırları bərk küt əşyanın, o cümlədən oxlov və çanta kəmərinin təsirindən törənmişlər, fiziki zor işlətməklə cinsi əlaqə zamanı əmələ gəlmələri də inkar edilmir. Xəsarətlərin bədənin müxtəlif nahiyələrində yerləşməsinə əsasən zərərçəkmiş xəsarət yetirənə münasibətdə müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə məhkəmə tibbi müayinəsi zamanı bədən səthində bıçaqla yetirilməyə xarakterik olan xəsarət aşkar edilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mütəmadi olaraq döyüb, güclü fiziki ağrı və psixi iztirablarla işgəncə verməklə əzab verməsi faktı üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsi ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-1/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 02 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin əzilmiş yarası, sol gözün ağlı qişasına qansızma, sol gözaltı, hər iki bazu, sağ kürək, sağ bazu oynağı, bel nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti müayinədən 8-12 gün əvvəl əmələ gəlmişlər, Zərərçəkmiş şəxs göstərdiyi 22-xx xxxxxx 2019-cu il tarixlərdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2-3 həftədən artıqdır. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 137 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 maddi sübutların ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 166-MTKŞ/2020 saylı rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd kombinə olunmuş deşilmişkəsilmiş-cırılmış zədə aşkar olunmuşdur. Bu zədə kafi itilikli ülgücü, ucu və özünü kafi biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsiri və sonrakı küt mexanizmdən dartılma nəticəsində cırılmasından əmələ gəlməyə uyğun gəlir. Ekspertizaya təqdim olunmuş yorğan üzünün bir səthi üzərində yorğan üzünün müvafiq hissəsinin kəskin gərilib-dartılması nəticəsində əmələ gəlmiş, küt yaranma mexanizminə malik və müxtəlif şəraitlərdə əmələ gəlməyə xarakterik üç ədəd cırılma zədələri aşkar olunmuşdur. Ekspertizaya təqdim olunmuş bir ədəd yastıq üzünün üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol qaş nahiyəsinin əzilmiş yarası, sol gözün ağlı qişasına qansızma, sol gözaltı, hər iki bazu, sağ kürək, sağ bazu oynağı və bel nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların), o cümlədən də oxlov və çanta kəmərinin təsirindən törənmişlər, fiziki zor işlətməklə cinsi əlaqə zamanı əmələ gəlmələri də inkar edilmir. Xəsarətlərin bədənin müxtəlif nahiyələrində yerləşməsinə əsasən zərərçəkmiş xəsarət yetirənə münasibətdə müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə məhkəmə tibbi müayinəsi zamanı bədən səthində bıçaqla yetirilməyə xarakterik olan xəsarət aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 3/362 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş “DELL” markalı netbukun (kompüterin) üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələr fiziki qüvvə tətbiq etməklə kənar bərk predmetin təsiri nəticəsində yarana bilən sınma, çatlama zədəsidir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/715 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, aparılmış kompüter-texniki ekspertizası tədqiqatın nəticələrinə görə, Bakı şəhərində yerləşən köhnə kompüter avadanlıqların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş, zavod üsulu ilə Çində istehsal olunmuş “Dell” markalı, “İnspiron Mini 10” modelli, “09017” seriya nömrəli “netbook” tipli bir ədəd kompüter halhazırda işlək vəziyyətdə deyil, istifadə üçün yararsızdır və onun hazırkı vəziyyətdə ehtiyat hissəsi kimi dəyəri təxminən 20,00 manat müəyyən edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompüter texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 5/182 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd zavod üsulu ilə Çində istehsal olunmuş “Dell” markalı, “İnspiron Mini 10” modelli, “09017” seriya nömrəli “netbook” tipli kompüter hal-hazırda işlək vəziyyətdə deyil, istifadə üçün yararsızdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, mobil telefonun ağ rəngli naqili, çantanın qara rəngli kəməri, sınmış vəziyyətdə olan kompüter, oxlov, mələfə, balış üzü, dəftər və kofta maddi sübut kimi tanınmış və Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. - təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. - Sabirabad rayon İHB-nın Şəhriyar kəndindəki köçkün düşərgəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmiş və həmin cinayət əməlini törətməsi məhkəmə iclasında tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsi Təqsirləndirilən şəxsla barışdıqlarından onu müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Belə ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Əliqismət ilə yaşadığı 6 ay ərzində sonuncu onu dəfələrlə döymüş, işgəncələr vermişdir. O, Əliqismətin ona qarşı etdikləri barədə valideynlərinə və polisə məlumat vermək istədiyini dedikdə sonuncu onu bıçaqla hədələyərək döymüşdür. O, Əliqismətdən ayrılmaq istəmiş və bunu dedikdə Əliqismət ona bildirmişdir ki, əgər ondan ayrılsa və ya evdən çıxıb getsə atasıgil yaşayan evi yandıracaq və bacısını öldürəcək, o da bu səbəbdən Əliqismətdən ayrıla və polisə şikayət edə bilməmişdir. Bundan əlavə Əliqismət onun şəxsiyyət vəsiqəsini və mobil telefonunu əlindən alaraq onun evdən çölə çıxmasına da mane olmuşdur. Döyülməyi nəticəsində bədəninin müxtəlif hissələrində göyərtilər və şişkinliklər vardır. Əliqismət onu kəmərlə, oxlovla, təpiklə, yumruqla döymüşdür. Bundan əlavə Əliqismət sentyabr ayında bıçaqla onun kürək nahiyəsinə xəsarət yetirmiş və bu səbəbdən bıçağın yeri çirk etmiş, onu həkimə getməyə qoymamışdır. Əliqismət sonuncu dəfə onu təxminən 10 gün əvvəl döymüşdür. Əliqismət ilk dəfə onu xx xxxxxx 2019-cu il tarixdə saat 12-13 radələrində kirayədə yaşadıqları evdə sifət nahiyəsinə bir dəfə yumruqla vurduqdan sonra o, yerə yıxılmışdır. Yerdə olan zaman Əliqismət təpiklə bir dəfə onun bel nahiyəsindən zərbə vurmuşdur. Sonra onu telefonda videoçəkiliş edərək şunurla və kəmərlə stula bağlayıb bildirmişdir ki, çəkdiyi videonu “youtube” qoyacaqdır. Sonradan Əliqismət çəkdiyi videonu silmişdir. xx xxxxxx 2019-cu il tarixdə axşam 23-24 radələrdə Əliqismət onu döyüb halsız vəziyyətə gətirmişdir. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində kirayədə yaşadıqları evdə yenidən onu sağ qolundan bir dəfə zərbə ilə vurduqdan sonra, əl çantasının kəməri ilə sol qoluna və sağ ayağına zərbə vurmuşdur. O, bədəninin müxtəlif yerlərindən bədən xəsarətləri almışdır. Əliqismət onu vuran zaman yanlarında heç kim olmamış, aralarında mübahisə olmamış, Əliqismət səbəbsiz olaraq onu döymüş, daha sonra stula bağlayıb təzədən sillələmişdir. Belə hallar müxtəlif vaxtlarda bir neçə dəfə olmuşdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə toplanılmış digər sübutlarla qarşılıqlı müqayisə edilən zaman verilmiş ittihamın mahiyyətini təsdiq etdiyindən və mötəbərliliyi şübhə doğurmadığından məhkəmə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı deyil, ibtidai istintaq zamanı verdiyi ifadəni mötəbər sübut növü kimi qəbul edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin heç bir şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan mobil telefonun ağ rəngli naqili, çantanın qara rəngli kəməri, oxlov, mələfə, balış üzü, dəftər və kofta hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; “Dell” markalı, “İnspiron Mini 10” modelli netbook Zərərçəkmiş şəxs qaytarılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 194,94 (bir yüz doxsan dörd manat, doxsan dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 40 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.4 və 133.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan mobil telefonun ağ rəngli naqili, çantanın qara rəngli kəməri, oxlov, mələfə, balış üzü, dəftər və kofta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Dell” markalı, “İnspiron Mini 10” modelli netbook Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan 194,94 (bir yüz doxsan dörd manat, doxsan dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-177/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-177/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver