Məhkəmə qərarları › İş №1(007)-177/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-177/2022

07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-177/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri Nümayəndə və X2, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləmiş, hazırda işləməyən, Naxçıvan MR, Şərur rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 24/25, ev 1, mənzil 17-də yaşayan, 14 mart 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə ona etibar edilmiş özgə əmlakını talamışdır. Belə ki, o, ünvan 1 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs xx.xx.2013-cü il tarixli 292.1/K nömrəli əmri ilə İsti satış şöbəsinin satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 2015-ci ilin oktyabr avının 30-dan 2016-cı ilin mart ayının 18-nə kimi olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifariş əsasında öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün qaimələrlə 55.820 manat 34 qəpik məbləğində, ona təhkim edilmiş ticarət nöqtələrindən isə 30 noyabr 2015-cı il tarixədək 14.227 manat 93 qəpik məbləğində qida mallarını öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 62.825 manat 67 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına ödəmiş, 244 manat 39 qəpik dəyərində malları cəmiyyətin anbarına qaytarmış, 5472 manat 36 qəpik dəyərində mallar ticarət obyektlərində qalıq qalmış, ona təhkim edilmiş 1386 saylı mal anbarında öhdəsində olan 5581 manat 07 qəpik dəyərində mallardan 2984 manat 55 qəpik dəyərində malları MMC-nin satış təmsilçisi Şahid5 təhvil vermiş, həmin malların satışından əldə edilərək ona etibar edilmiş özgə əmlakı olan 4102 manat 37 qəpik məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə icraatı zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia vermiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC ilə əmək müqaviləsi imzalayaraq xx.xx.2013-cü il tarixdən Cəmiyyətdə “Satış təmsilçisi” vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini Cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək, Zərərçəkmiş şəxs MMC-yə məxsus pul vəsaitini mənimsəmiş və bununla da Cəmiyyətə xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs etdiyi əməli istintaq dövründə qismən də olsa, qəbul etmişdir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə toplanmış digər mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs ona etibar edilmiş Zərərçəkmiş şəxs MMC-yə məxsus 4102 manat 37 qəpik məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talamaqla Zərərçəkmiş şəxs MMC-yə maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs mənimsəmə yolu ilə taladığı Zərərçəkmiş şəxs MMC-yə məxsus 4102,37 manat məbləğində vəsaitin, ödənilmiş 62 manat dövlət rüsumunun, ümumilikdə 4164,37 manat miqdarında pulun Təqsirləndirilən şəxs alınaraq Cəmiyyətə ödənilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin 06 oktyabr 2022-ci il tarixli HQ-438675 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs MMC-yə vurduğu 4102,37 manat məbləğində maddi ziyanı könüllü surətdə ödəmədiyindən sözügedən zərərin 677 manat hissəsi onun əmək haqqından tutulmaqla hesabında saxlanılan vəsaitlə qarşılanmışdır. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə vurulmuş zərər üzrə qalıq 3425,37 manat məbləğində vəsait Cəmiyyətə hələ də ödənilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və mülki iddianı qəbul etməyərək ifadəsində göstərmişdir ki, 23 oktyabr 2013-cü il tarixdən ünvan 1 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsinə rəsmi qaydada təyin olunmuş, onunla əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. O, sifarişi ona təhkim edilmiş terminal vasitəsilə MMCnin anbarına vermiş, bundan sonra həmin məhsulları özü gedib qaimələr əsasında MMCnin anbarından qəbul edib ona təhkim olunmuş ticarət obyektlərinə aparıb çatdırmış, ticarət obyektlərinə məhsulları təhvil verərkən tərəfindən hər hansı qeydiyyat aparılmamış, məhsulları təhvil verdikdən sonra satış pullarını mağazalardan toplayıb aparıb MMC-nin xəzinəsinə təhvil vermişdir. MMC-də keçirilmiş 25 yanvar 2017-ci il tarixli audit yoxlaması zamanı onun satış təmsilçisi vəzifəsində işlədiyi dövrdə 30 noyabr 2015-ci il tarixdən 18 mart 2016-cı il tarixədək olan dövrün mal dövriyyəsinin auditi aparılmış və 18 mart 2016-cı il tarixə öhdəsində 5221 manat 29 qəpik məbləğində çatışmazlığın qalması müəyyən olunmuşdur. Təqdim edilən bütün mühasibatlıq sənədlərində olan imzalar ona məxsus olmuşdur, lakin o, həmin dövr ərzində öhdəsində 5221 manat 29 qəpik məbləğində çatışmazlığın qalması və audit aktının nəticəsi ilə razı deyildir. Təqdim edilmiş sənədlərdən həmin borcdan 2624 manat 77 qəpik müştəri borc qalıqlarının təhvil-təslimi nəticəsində, 2596 manat 52 qəpik isə ona təhkim olunmuş anbarın inventarizasiyası zamanı aşkar olunması görünsə də, həmin vaxt öhdəsində təhkim olunduğu müştərilər üzrə 800 manat məbləğində çatışmazlıq olmuş, həmin pulu ticarət obyektlərindən toplayıb kassaya mədaxil etməmiş, maddi problemləri ilə əlaqədar həmin məbləği yaşadığı evin kirayəsinə ödəmişdir. Təhkim olunmuş anbarın invertarizasiyası zamanı öhdəsində yaranmış 2596 manat 52 qəpiklə bağlı invertarizasiya aktına imza çəksə də, sonradan MMC-dən ona həmin borcun yenidən yoxlanılacağı bildirilmişdir. Həmin vaxt o, adına olan satış qaimələrinə baxdıqda bir neçə qaimədə məhsullar toplandıqda nəticədə faktiki məbləğin cəmdən xeyli çox olmasını müəyyən etmiş, bir qaimə üzrə bir neçə növ məhsul verildikdə nəticədə cəm 100 manat olmalı idisə, cəm olaraq 200 manat göstərilmiş, ticarət obyekti də ona faktiki olaraq 100 manatın ödənişini verdiyi üçün qalan 100 manat onun öhdəsinə yazılmışdır. O, bunu təxminən bir həftə ərzində araşdırmış, sonra bu barədə bölgə müdiri vəzifəsində işləyən Şahid3 demiş, o da İT şöbəsinin Saleh adlı əməkdaşına bu problemi bildirmişdir. Saleh cəmləri səhv hesablanmış qaimələr üzrə onun öhdəsinə yazılan məbləğlərdən xəbərdar olduğunu, məbləğlərin sistem səhvi olduğunu bildirmişdir. Lakin həmin artıq olan məbləğlər ona təhkim edilmiş anbarın hesabına yazılmışdır. Buna etiraz etsə də, nəticəsi olmamış, nəticədə həmin məbləğ onun öhdəsində anbarın inventarizasiyası zamanı 2596 manat 52 qəpik çatışmazlıq kimi göstərilmişdir. Hansı ki, həmin məbləğ sistem səhvi nəticəsində yaranmışdır, əslində ona təhkim olunmuş anbar üzrə onun hər hansı borcu olmamış, işlədiyi dövr ərzində onun öhdəsində yalnız 800 manat məbləğdə borc qalmışdır. MMC tərəfindən onun bir aylıq əmək haqqı və məzuniyyət pulu ilə birlikdə cəmi 1800 manat məbləğində pulu kəsilmişdir, belə olan halda 800 manat onun borcuna çıxıldıqda MMC-nin ona 1000 manat verəcəyi vardır. Ona görə ekspertizanın rəyi ilə də razı deyildir. Zərərçəkmiş şəxs MMC-nin elektron sistemində satış fakturalarında hər hansı sistem səhvi aşkar olunmasa da, onun müştərilərə satış edən zaman printerdən çap olunmuş fakturaların əsillərində göstərdiyi sistem səhvləri olmuşdur, həmin fakturaların əsillərini satış etdikdən sonra satış etdiyi gün şirkətə təhvil vermiş, 3 il ərzində həmin satış fakturalarının surətini saxlamışdır. Lakin hazırda həmin satış fakturalarının artıq ona lazım olmadığını düşündüyü üçün atmışdır. Hazırda taksi fəaliyyəti ilə məşğuldur, onun istifadəsində olan “VAZ 21154” markalı avtomobili 2015-ci ildə Şahid3 almışdır, avtomobili etibarnamə əsasında istifadə edir. Lakin MMC tərəfindən belə əsassız cinayət işi qaldırılmaqla, mülki iddia verilməklə həmin avtomobili əlindən almağa cəhd edilir. Hesab edir ki, əməlində cinayət tərkibi yoxdur, MMC-yə məxsus hər hansı əmlakı mənimsəməmişdir, barəsində bəraət hökmü çıxarılmalıdır. Mülki iddia üzrə isə əsassız olmaqla yanaşı iddia müddəti ötürülmüşdür, iddia rədd edilməlidir. Bundan başqa, himayəsində bir azyaşlı uşağının olmasını və kirayədə yaşadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMCnin nümayəndəsi Nümayəndə göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin fəaliyyəti xarici ölkələrdən alınmış müxtəlif növ hazır qida və qeyri-qida məhsullarının ölkə ərazisində satışını aparmaqdan ibarətdir. Məhsullar ticarət obyektlərinə maddi-məsul şəxslər, yəni sürücü-ekspeditorlar və satış təmsilçiləri vasitəsi ilə çatdırılır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2013-cü il tarixli 292.1/K nömrəli əmri ilə İsti satış şöbəsinə satış təmsilçisi vəzifəsinə, xx.xx.2014-cü il tarixli əmrlə Eksklüziv şöbəsinə satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. Təqsirləndirilən şəxsla işə qəbul olunan zaman maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımışdır. Lakin 2016-ci ilin əvvəllərində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs öhdəsində satış pulundan çatışmazlıq vardır. Bu barədə məlumat əsasında əvvəlcə MMC-nin əməkdaşları tərəfindən daxili təftiş aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs öhdəsində satış pulundan 5221 manat 29 qəpik məbləğində çatışmazlıq aşkar olunmuş, bundan sonra MMC-nin İnsan Resursları departamentinin direktoru İqbal Ağayevin əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xilam verilmiş, məsələni araşdırmaq məqsədilə dəvət edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Şahid2 tərəfindən audit yoxlaması keçirilmiş və bu barədə 25 yanvar 2017-ci il tarixli audit aktı və rəyi tərtib edilmişdir. Audit zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 noyabr 2015-ci il tarixdən 18 mart 2016-cı il tarixədək olan dövr ərzində öz dislokasiyasına daxil olan satış nöqtələrinə salmaq üçün Zərərçəkmiş şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifarişlər əsasında qaimələrlə 55.820 manat 34 qəpik dəyərində, ona təhkim edilmiş ticarət nöqtələrindən 1118 manat 92 qəpik dəyərində qida mallarını öhdəliyinə qəbul etmiş, təhkim edilmiş ticarət nöqtələrindən 30 noyabr 2015-cı il tarixədək 14.227 manat 93 qəpik məbləğində qida mallarını öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 62.825 manat 67 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına ödəmiş və 244,39 manatlıq malları cəmiyyətə qaytarmış, faktiki müştərilərdə olan mal qalığı 5472,36 manat olmuş və bu mallar Şahid5 təhvil verilmiş, ümumilikdə anbarındakı-maşınındakı 2596,52 manat, satış nöqtələrindəki 2624,77 manat olmaqla, cəmi Təqsirləndirilən şəxs öhdəsində 5221 manat 29 qəpik məbləğində çatışmazlığın qalması tam təsdiq edilmiş, heç vaxt məhsulların ticarət obyektlərinə çatdırılması, məhsulun keyfiyyəti, miqdarı barədə Təqsirləndirilən şəxs narazılığı və ya şikayəti daxil olmamışdır. Zərərçəkmiş şəxs MMC-də hər hansı sistem səhvi olmamış, MMC beynəlxalq standartlara cavab verən lisenziyalı proqram təminatı istifadə etmişdir. Təqsirləndirilən şəxs auditdən əvvəlki dövrü əhatə edən satış fakturaların əsli qanunvericiliyin tələbinə əsasən saxlama müddəti keçdiyindən həmin fakturaların əsilləri şirkətdə saxlanılmamış, lakin bütün fakturalar şirkət tərəfindən “Tiger” proqram təminatına yüklənərək elektron variantda saxlanılmış, həmin satış fakturalarında heç bir sistem səhvi olmamışdır. xx.xx.2016-cı il tarixli 734 nömrəli aktda əks olunan Təqsirləndirilən şəxs təhkim olunduğu ərazidə fəaliyyət göstərən “Nescafe sadıqov”, “204 saylı məktəb”, “263 saylı məktəb”, “mine m-t sahib” və "xxxx" adlı müştərilərdə ümumilikdə 1118,92 manat məbləğində çatışmazlıq müəyyən olunmuş, lakin qeyd olunan müştərilər bağlı olduğundan və həmin mağazaların sahibləri müəyyən edilmədiyindən MMC-nin elektron sistemində görünən borc əsasında və Təqsirləndirilən şəxs özünün etirafı əsasında qeyd olunan akt tərtib olunaraq Təqsirləndirilən şəxs həmin məhsulları öhdəliyinə qəbul etmiş, bu səbəbdən həmin məbləğ təftiş zamanı Təqsirləndirilən şəxs öhdəsində çatışmamazlıq olması kimi göstərilmişdir. Sonradan ekspertiza təyin olunması yolu ilə həmin hal aradan qaldırılmışdır. Maddi ziyan MMC-yə ödənilmədiyindən tərəflərindən mülki iddia qaldırılmışdır. Təqsirləndirilən şəxs mənimsəmə yolu ilə taladığı Zərərçəkmiş şəxs MMCyə məxsus 4102 manat 37 qəpik məbləğində vəsaitin, ödənilmiş 62 manat dövlət rüsumunun, ümumilikdə 4164 manat 37 qəpik miqdarında pulun Təqsirləndirilən şəxs alınaraq Cəmiyyətə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş edirik. Məhkəmənin sonrakı iclasında zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin digər nümayəndəsi X10 qeyd olunanları təsdiq etməklə yanaşı, əlavə olaraq göstərmişdir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə vurduğu 4102,37 manat məbləğində maddi ziyanı könüllü surətdə ödəmədiyindən sözügedən zərərin 677 manat hissəsi onun əmək haqqından tutulmaqla hesabında saxlanılan vəsaitlə qarşılanmışdır. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə vurulmuş zərər üzrə qalıq 3425,37 manat məbləğində vəsait Cəmiyyətə hələ də ödənilmədiyindən həmin məbləğdə pulun Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Şahid2 ifadəsində göstərmişdir ki, Auditorlar Palatası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 074 saylı icazə əsasında fəaliyyət göstərir. Zərərçəkmiş şəxs MMC-nin baş direktoru X3 ilə bağlanmış xx.xx.2017-ci il tarixli 074/01 saylı müqaviləyə əsasən cəmiyyətdə Eksklüziv satış şöbəsinin satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixə kimi mal dövriyyəsini aparmışdır. Audit yoxlaması MMC tərəfindən təqdim olunan sənədlər əsasında aparılmış, cəmiyyətin təftiş və hüquq departamentinin müdiri Şahid1 və Satışa nəzarət-təftiş şöbəsinin böyük mütəxəssisi X11 audit yoxlaması zamanı iştirak etmiş, audit zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 noyabr 2015-ci il tarixdən 18 mart 2016-cı il tarixədək olan dövr ərzində öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün Zərərçəkmiş şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifarişlər əsasında qaimələrlə 55.820 manat 34 qəpik dəyərində, ona təhkim edilmiş ticarət nöqtələrindən isə 1118 manat 92 qəpik dəyərində qida mallarını öhdəliyinə qəbul etmiş, təhkim edilmiş ticarət nöqtələrindən isə 30 noyabr 2015-cı il tarixədək 14.227 manat 93 qəpik məbləğində qida mallarını öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 62.825 manat 67 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına ödəmiş və 244.39 manatlıq mallar cəmiyyətə qaytarmış, faktiki müştərilərdə olan mal qalığı 5472,36 manat olmuş və bu mallar Şahid5 təhvil verilmiş, ümumilikdə anbarındakımaşınındakı 2596,52 manat, satış nöqtələrindəki 2624,77 manat olmaqla cəmi Təqsirləndirilən şəxs öhdəsində 5221,29 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. Təqsirləndirilən şəxs öhdəsində “Nescafe Sadıqov”, “204 saylı məktəb”, “263 saylı məktəb”, “mine m-t sahib” və "xxxx" adlı müştərilərdə MMC-nin elektron sistemində ümumilikdə 1118,92 manat məbləğində çatışmazlığın olması müəyyən edildiyi göstərilsə də, həmin müştərilər üzrə təftiş zamanı şirkət tərəfindən faktiki borc qalıqları müəyyən edilməmiş, üzləşmə aktları tərtib edilməmişdir. Buna baxmayaraq satış təmsilçisi Təqsirləndirilən şəxs özünün iştirakı ilə tərtib olunmuş xx.xx.2016-cı il tarixli 734 nömrəli akta əsasən sonuncu həmin müştərilərdə olan borc qalıqlarını öhdəsinə götürdüyündən həmin məbləği, yəni 1118,92 manat dəyərində malları audit yoxlaması zamanı audit aktında satış təmsilçisinin öhdəsində çatışmazlıq kimi göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-nin təftiş və hüquq departamentinin müdiri vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2013-cü il tarixli 292.1/K nömrəli əmri ilə İsti satış şöbəsinə satış təmsilçisi vəzifəsinə, xx.xx.2014-cü il tarixli əmri ilə Eksklüziv şöbəsinə satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. Təqsirləndirilən şəxsla işə qəbul olunduqda maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımışdır. Lakin 2016-ci ilin əvvəllərində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs öhdəsində satış pulundan çatışmazlıq vardır. Bu barədə məlumat əsasında, əvvəlcə MMC-nin əməkdaşları tərəfindən daxili təftiş aparılmış, o, təftiş komissiyasının üzvü olaraq həmin yoxlamada iştirak etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs öhdəsində satış pulundan 5221,29 manat məbləğində çatışmazlıq aşkar olunmuşdur. Bundan sonra MMC-nin İnsan Resursları departamentinin direktoru İqbal Ağayevin əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məsələni araşdırmaq məqsədilə dəvət edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Şahid2 tərəfindən audit yoxlaması keçirilmiş və bu barədə 25 vanvar 2017-ci il tarixli audit aktı və rəyi tərtib edilmişdir. Audit zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 noyabr 2015-ci il tarixdən 18 mart 2016-cı il tarixədək olan dövr ərzində öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün Zərərçəkmiş şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifarişlər əsasında qaimələrlə 55.820 manat 34 qəpik dəyərində, ona təhkim edilmiş ticarət nöqtələrindən isə 1118 manat 92 qəpik dəyərində qida mallarını öhdəliyinə qəbul etmiş, təhkim edilmiş ticarət nöqtələrindən isə 30 noyabr 2015-cı il tarixədək 14.227 manat 93 qəpik məbləğində qida mallarını öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 62.825 manat 67 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına ödəmiş və 244.39 manatlıq mallar cəmiyyətə qaytarmış, faktiki müştərilərdə olan mal qalığı 5472,36 manat olmuş və bu mallar Şahid5 təhvil verilmiş, ümumilikdə anbarındakı-maşınındakı 2596,52 manat, satış nöqtələrindəki 2624,77 manat olmaqla cəmi Təqsirləndirilən şəxs öhdəsində 5221 manat 29 qəpik məbləğində çatışmazlığın qalması tam təsdiq edilmişdir. Heç vaxt məhsulların ticarət obyektlərinə çaldırılması, məhsulun keyfiyyəti, miqdarı barədə Təqsirləndirilən şəxs narazılığı və ya şikayəti daxil olmamışdır. Təftiş komisiyyası tərəfindən Təqsirləndirilən şəxs mal dövriyyəsi yoxlanılan zaman “Nescafe Sadıqov”, “204 saylı məktəb”, “263 saylı məktəb”, “mine m-t sahib” və "xxxx" adlı müştərilərdə ümumilikdə 1118.92 məbləğində mal qalığının olması görünsə də, həmin müştərilərlə təhvil-təslim aparılmaqla üzləşmə aktları tərtib olunmamış, lakin Təqsirləndirilən şəxs özünün iştirakı ilə sonuncunun etirafından sonra xx.xx.2016-cı il tarixli 734 nömrəli akt tərtib olunaraq qeyd edilən məbləğ Təqsirləndirilən şəxs öhdəsində çatışmazlıq kimi göslərlmişdir. İstər təftiş zamanı, istərsə də audit yoxlaması zamanı qeyd edilən müştərilərdə görünən 1118,92 manat məbləğində borcun Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsi müəyyən edilməmiş, müştərilərlə üzləşmə aktları tərtib edilməmişdir. Təqsirləndirilən şəxs auditdən əvvəlki dövrü əhatə edən satış fakturalarının əsli qanunvericiliyin tələbinə əsasən saxlama müddəti keçdiyindən əsilləri şirkətdə saxlanılmamış, lakin bütün fakturalar heç bir düzəliş edilmədən şirkət tərəfindən “Tiger” proqram təminatına yüklənərək elektron variantda saxlanılmış, həmin satış fakturalarında heç bir sistem səhvi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-nin bölmə müdiri vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 2009-cu ildən Zərərçəkmiş şəxs MMC-də müxtəlif vəzifələrdə, 2010-cu ildən 2017-ci ilə qədər bölgə müdiri, hazırda isə Eksklüziv ETİ şöbəsində bölmə müdiri vəzifəsində işləyir, MMC-nin fəaliyyəti xarici ölkələrdən alınmış müxtəlif növ hazır qida və qeyri-qida məhsullarının ölkə ərazisində satışını aparmaqdan ibarətdir. Məhsullar ticarət obyektlərinə maddi məsul şəxslər, yəni sürücü-ekspeditorlar və satış təmsilçiləri vasitəsi ilə çatdırılır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2013-cü il tarixli 292.1/K nömrəli əmri ilə İsti satış şöbəsinə satış təmsilçisi vəzifəsinə, xx.xx.2014-cü il tarixli əmri ilə Eksklüziv şöbəsinə satış təmsilçisi vəzifəsinə qəbul edilmiş, işə qəbul olunduqda maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs ona inanılıb tapşırılmış MMC-yə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımışdır. Lakin 2016-cı ilin əvvəllərində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs öhdəsində satış pulundan çatışmazlıq vardır. Bu barədə məlumat əsasında, əvvəlcə MMC-nin əməkdaşları tərəfindən daxili təftiş aparılmış və həmin vaxt Təqsirləndirilən şəxs öhdəsində satış pulundan 5221 manat 29 qəpik məbləğində çatışmazlıq aşkar olunmuşdur. Bundan sonra MMC-nin İnsan Resursları departamentinin direktoru İqbal Ağayevin əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Təqsirləndirilən şəxsla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məsələni araşdırmaq məqsədilə dəvət edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Şahid2 tərəfindən audit yoxlaması keçirilmiş və bu barədə 25 yanvar 2017-ci il tarixli audit aktı və rəyi tərtib edilmişdir. Audit zamanı ümumilikdə anbarındakı-maşınındakı 2596,52 manat, satış nöqtələrindəki 2624,77 manat olmaqla-cəmi Təqsirləndirilən şəxs öhdəsində 5221 manat 29 qəpik məbləğində çatışmazlığın qalması tam təsdiq edilmişdir. Heç vaxt məhsulların ticarət obyektlərinə çatdırılması, məhsulun keyfiyyəti, miqdarı barədə Təqsirləndirilən şəxs narazılığı və ya şikayəti daxil olmamışdır. Təqsirləndirilən şəxs öhdəsində çatışmazlığın yaranmasının səbəbi onun ticarət obyektlərindən topladığı satış pullarını MMC-nin xəzinəsinə tam ödəməməsi olmuşdur. Müştərilər üzrə tərtib edilmiş təhvil-təslim aktları və müştərilər üzrə aparılmış uçot məlumatları, yəni müştərilərin faktiki borc və məhsul qalıqları onun, Gündüzün özünün, satış nöqtələrini təhvil alan Şahid5 və təftiş komissiyasının üzvlərinin iştirakı ilə aparılmış, iştirakçılar tərəfindən aktlar imzalanmışdır. Həmin vaxt satış nöqtələrində xx.xx.2016-cı il tarixə 2624,77 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. Həmin çatışmazlığı Gündüz özü təsdiq edərək şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Gündüzün təhkim olunduğu anbarın inventarizasiyası zamanı yaranan 2596 manat 52 qəpik çatışmazlıq da real olaraq özünün və komissiya üzvlərinin iştirakı ilə hesablanmış və özü həmin çatışmazlığı təsdiq etmişdir. Təqsirləndirilən şəxs, onun öhdəsində 800 manat çatışmazlıq olması, anbarında çatışmazlığın sistem səhvinə görə yaranması, sistem səhvi aşkar olunmuş satış fakturasını Gündüzün ona təqdim etməsi, onun da həmin satış fakturasını İT mütəxəssisi Saleh adlı şəxsə təqdim etməsi barədə göstərdikləri həqiqəti əks etdirmir, həmin vaxt heç bir sistem səhvi olmamışdır. Əgər sistem səhvi olsaydı, digər satış təmsilçilərində də bu, özünü biruzə verərdi. Təqsirləndirilən şəxs bu barədə ona deyibsə də, aradan 5-6 il vaxt keçmişdir, bu barədə xatırlamır. Hətta, belə söz olubsa da, bu, işin faktiki vəziyyətini dəyişmir, çünki qeyd etdiyi kimi MMC-də heç bir sistem səhvi olmamışdır. “VAZ 21154” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili isə o, etibarnamə əsasında almış, Təqsirləndirilən şəxs ona həmin avtomobili almaq istədiyini bildirdiyi üçün o, qeyd olunan avtomobili 7000 manata Gündüzə satmışdır. Avtomobil onun adına qeydiyyatda olmadığı üçün onu etibarnamə əsasında Təqsirləndirilən şəxs satmışdır, onun avtomobil üzərində mülkiyyət hüququ və hər hansı tələbi yoxdur, avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-də informasiya texnologiyaları mütəxəssisi vəzifəsində işləmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid4 ifadəsində göstərmişdir ki, 2005-ci ildən 2018-ci ilədək Zərərçəkmiş şəxs MMCdə İT mütəxəssisi vəzifəsində işləmişdir. MMC-də “Tiger” proqram təminatları mövcud olmuş, şirkətin bütün elektron əməliyyatları həmin proqram təminatı əsasında həyata keçirilmişdir. Belə ki, şirkətin satış təmsilçiləri, müştərilər, depo və anbarlarla olan bütün əməliyyatlar proqram təminatı əsasında həyata keçirilir və həmin əməliyyatlara İT mütəxəssisləri nəzarət edir. İT şöbəsinin mütəxəssisi olaraq işi yalnız nəzarətdən ibarət olmuş, proqram təminatında yaranan bütün problemlərin həlli, aparılan yanlış əməliyyatların düzəldilməsi, yaranan qiymət problemlərinin aradan qaldırılması CRM şöbəsinin səlahiyyətində olmuşdur. Onlar aşkar olunan problemlərə görə dərhal CRM şöbəsinə məlumat vermişlər, həmin məlumat əsasında yaranan problemlər aradan qaldırılmışdır. Zərərçəkmiş şəxs MMC-də isti və soyuq satış şöbələri mövcuddur. Təqsirləndirilən şəxs isti satış şöbəsində satış təmsilçisi vəzifəsində işləmişdir. İsti satış şöbəsinin elektron əməliyyatları “Tiger” proqram təminatı ilə rəsmiləşir və bütün əməliyyatlar sistemin bazasında saxlanılır. İsti satış şöbəsində satış təmsilçisi işləyən şəxs satışı ona təhkim olunmuş anbardan həyata keçirir. Belə ki, satış təmsilçisinə təhkim olunmuş terminal bilavasitə “Tiger” proqram təminatı ilə əlaqəli işləyir. Satış təmsilçisi ərazisindəki müştərilərə mal paylamaq üçün terminal vasitəsi ilə sistemə lazım olan miqdarda təhkim olunduğu terminal vasitəsi ilə mal sifarişi verir. Həmin terminal qeyd olunan məlumatı avtomatik olaraq “Tiger” proqram təminatına ötürür. “Tiger” proqram təminatı satış təmsilçisinin sifarişi əsasında məlumatları şirkətin deposuna yönəldir. Satış təmsilçisi həmin məhsulları depodan qaimə əsasında təhvil aldıqdan sonra “Tiger” avtomatik sifariş verilən məhsulları satış təmsilçisinə məxsus müvafiq anbarına yükləyir. Bundan sonra isti satış təmsilçisi anbarına vurulmuş məhsulları təhkim olunmuş ərazisində olan müştərilərə satır. Satış təmsilçisi satışı ona təhkim olunmuş post terminal vasitəsi ilə həyata keçirilir. Satış təmsilçisi öz anbarından müəyyən miqdarda malı terminal vasitəsi ilə müştəriyə salır və terminal qeyd edilən məlumatı avtomatik “Tiger” proqram təminatına ötürür. “Tiger” həmin malların müqabilində vahid qiymət sisteminə əsasən müştərinin adına borc yazır. Satış təmsilçisi müştəriyə satış elədiyi məhsulların müqabilində aldığı pulu şirkətin xəzinəsinə ödədikdən sonra “Tiger” proqram təminatı avtomatik müştərinin adından həmin borcu silir. Təqsirləndirilən şəxs da isti satış təmsilçisi vəzifəsində işlədiyi üçün qeyd edilən formada işləmişdir. 2016-cı ildə Zərərçəkmiş şəxs MMC-də İT mütəxəssisi işlədiyi dövr ərzində hər hansı sistem səhvinin yaranmasının şahidi olmamışdır, çünki şirkətin işlətdiyi “Tiger” proqram təminatı Türkiyə Respublikasına məxsusdur, beynəlxaq lisenziyalıdır. Təqsirləndirilən şəxs işlədiyi müddət şirkətdə sistem səhvi olması, satış fakturalarının Şahid3 vasitəsilə Gündüzün ona təqdim etməsi barədə göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Gündüzün təhkim olunduğu anbarın inventarizasiyası zamanı yaranan 2596 manat 52 qəpik çatışmazlıq real olaraq özünün və komissiya üzvlərinin iştirakı ilə hesablanmış və özü həmin çatışmazlığı təsdiq etmişdir. Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir, həmin zaman heç bir sistem səhvi olmamışdır. Əgər sistem səhvi olsaydı, digər satış təmsilçilərində də bu özünü büruzə verərdi və digər satış təmsilçiləri bununla bağlı şirkətə müraciət edərdilər. “Tiger” proqram təminatı lisenziyalaşmış proqram təminatıdır. Həmin proqram təminatında Gündüzün göstərdiyi kimi problemlərin yaranması absurddur. Çünki Gündüz isti satış təmsilşisi olaraq terminalı vasitəsi ilə etdiyi sifarişi “Tiger” proqram təminatı depoya yönəldir və depodan ona həmin miqdarda mal ayrılır, həmin zaman “Tiger” proqram təminatı qeyd olunan məhsulun miqdarını Gündüzün anbarına yerləşdirir. Gündüz həmin məhsulları anbardan qaimə əsasında alır. Həmin qaimələrdə problem aşkar olunsa idi, deponun əməkdaşları bunun fərqində olardılar və aidiyyatı şöbəyə müraciət edərdilər. Bundan başqa, Gündüz anbarındakı məhsulu müştəriyə satan zaman terminalı vasitəsi ilə “Tiger” proqram təminatına məlumat ötürür. “Tiger” proqram təminatı onun ötürdüyü məlumat əsasında vahid qiymət sistemi əsasında müştəriyə verdiyi məhsulun qiymətini müəyyən edir və avtomaşınındakı printerdən qaimə çap olunur. Həmin satış qaiməsi 2 nüsxədə olur və nüsxələrin biri müştəriyə təqdim olunur, biri isə satış təmsilçisində qalır. Gündüzün qeyd etdiyi kimi, əgər qaimədə qiymət 100 manat yox, 200 manat göstərilsəydi, müştəri həmin qaimənin surətini götürməzdi. Əgər müştəri həmin qaimənin surətini qəbul etsəydi, öhdəsinə götürdüyü borcu ödəməli olardı. Eyni zamanda Şahid3 Təqsirləndirilən şəxs sistem səhvi ilə bağlı ona heç bir müraciəti olmamışdır, qeyd olunan sistem səhvi ilə əlaqədar hər hansı müraciət edilmiş olsaydı, onlar İT mütəxəssis olaraq dərhal həmin əməliyyatları müəyyən edərək yaranan problemin aradan qadırılması üçün aidiyyəti şöbəyə müraciət edərdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2013-cü ilin yanvar ayından 2018-ci il oktyabr ayına qədər Zərərçəkmiş şəxs MMC-də müxtəlif bölgələrdə satış təmsilçisi vəzifəsində işləmişdir. 2016-cı ilin mart ayı ərzində ona şirkət rəhbərliyindən şirkətin digər satış təmsilçisi Təqsirləndirilən şəxs ərazisində olan müştərilərin ona təhvil veriləcəyi bildirilmiş, bundan sonra təftiş komissiyasının üzvləri və Təqsirləndirilən şəxs iştirakı ilə birlikdə təhvil-təslim aktları tərtib olunmaqla müştərilər üzrə uçot aparılmışdır. Həmin təftişdə Təqsirləndirilən şəxs təhkim olunmuş bütün müştərilər üzrə təhvil-təslim edilməklə onun, təftiş komissiyasının üzvləri və Gündüzün özünün iştirakı ilə təhvil-təslim aktları tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs müştərilərində şirkətin uçotu üzrə göstərilən müştəri borcları ilə müştərilərin özlərinin göstərdiyi borclar arasında fərqlər olmuş, həmin çatışmazlıqlar yoxlana aktlarında öz əksini tapmışdır. Təqsirləndirilən şəxs qeyd olunan əksikləri şəxsi ehtiyyacları üçün sərf etdiyini boynuna alaraq aktları imzalamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş müştərilərinin təhvil-təslim aktları ilə tanış olmuşdur, aktlarda əks olunan adının qarşısında olan bütün imzalar ona məxsusdur və həmin müştərilər onun Təqsirləndirilən şəxs təhvil aldığı müştərilərdir. Təqdim olunan bütün aktlar Gündüzün özünün və təftiş komissiyasının üzvlərinin iştirakı ilə tərtib olunaraq müvafiq qaydada imzalanmışdır. Müştərilər üzrə təhvil-təslim aparılarkən Gündüz və ondan başqa təftiş komissiyasının üzvləri də iştirak etmişlər, həmin vaxt Gündüzün öhdəsində 800 manat əksiklik deyil, daha artıq məbləğdə əskiklik çıxmış, həmin əksikləri Gündüz qəbul edərək öz imzası ilə təsdiq etmişdir. Gündüz satış təmsilçisi işlədiyi müddət ərzində eynilə o da başqa ərazidə satış təmsilçisi işləmiş, həmin vaxt Gündüzün göstərdiyi formada sistem səhvinin olmasının şahidi olmamışdır, satış fakturaları təhkim olunan avtomaşında olan printerdən çap olunmuşdur. Həmin fakturalarda hər hansı səhv olmamış, şirkətdə satış vahid qiymət sistemi əsasında təşkil olunmuşdur, faktura birbaşa sistem tərəfindən satış təmsilçisinin terminalda göstərdiyi məlumatlara əsasən çap olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs göstərdikləri həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs ərazisi ona təhvil veriləndən sonra bölgə müdiri Şahid3 olmuşdur, Şahid3la aralarında sistem səhvinin yaranması məzmununda söhbətlər olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 27 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X14, X12 və Təqsirləndirilən şəxs öhdəliyində xeyli miqdarda çatışmazlıqların aşkar edilməsi faktları üzrə ********* nömrəli cinayət işi ayrıca icraat ayrılmışdır. (İ cild i.v. 1-2) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompleks məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının 25 noyabr 2021-ci il tarixli 4/1639-9/8203 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 14 mart 2016-cı il tarixli inventarizasiyanın aparılması barədə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları qarşısında olan imza, 14 mart 2016-cı il tarixli iltizamnamənin aşağı hissəsində “Maddi məsul şəxsin imzası” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 24 mart 2016-cı il tarixli inventarizasiyanın aparılması barədə aktının aşağı hissəsində “Təsdiq edirəm” qrafasında “Təqsirləndirilən şəxs İsmayıl” yazıları qarşısında olan imza, 24 mart 2016-cı il tarixli inventarizasiyanın aparılması barədə aktının aşağı hissəsində “Təsdiq edirəm” qrafasında “Təqsirləndirilən şəxs İsmayıl” yazıları qarşısında olan imza, 24 mart 2016-cı il tarixli inventarizasiyanın aparılması barədə aktının aşağı hissəsində “Təsdiq edirəm” qrafasında “Təqsirləndirilən şəxs İsmayıl” yazıları qarşısında olan imza, inventarizasiyanın aparılması barədə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin salış təmsilçisi, maddi məsul şəxs” qrafasında “Təqsirləndirilən şəxs” yazıları qarşısında olan imza, 24 mart 2016-cı il tarixli inventarizasiyanın və təhvil-təslim işlərinin aparılması barədə aktının aşağı hissəsində “Təhvil verən” qrafasında “Təqsirləndirilən şəxs” yazıları qarşısında olan imza, 24 mart 2016-cı il tarixli inventarizasiyanın və təhvil-təslim işlərinin aparılması barədə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi, maddi məsul şəxs” qrafasında “Təqsirləndirilən şəxs” yazıları qarşısında olan imza, 24 mart 2016-cı il tarixli hesabların dəyişdirilməsi haqqında aktının aşağı hissəsində “Hesabı dəyişən şəxsin vəzifəsi-satış təmsilçisi” qrafalarında “Təqsirləndirilən şəxs” yazıları önündəki imzalar (02 ədəd), 24 mart 2016-cı il tarixli hesabların dəyişdirilməsi haqqında aktının aşağı hissəsində “Hesabı dəyişən şəxsin vəzifəsi-satış təmsilçisi” qrafalarında “Təqsirləndirilən şəxs” yazıları önündəki imzalar (02 ədəd), 21 yanvar 2016-cı il tarixli hesabların dəyişdirilməsi haqqında aktının aşağı hissəsində “Hesabı dəyişən şəxsin vəzifəsi-satış təmsilçisi” qrafalarında “Təqsirləndirilən şəxs” yazıları önündəki imzalar (02 ədəd), 24 mart 2016-cı il tarixli hesabların dəyişdirilməsi haqqında aktının aşağı hissəsində “Hesabı dəyişən şəxsin vəzifəsi-satış təmsilçisi” qrafalarında “Təqsirləndirilən şəxs” yazıları önündəki imzalar (02 ədəd), 30 noyabr 2015-ci il tarixli 100242 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC-nin Eksklüziv satış şöbəsinin satış təmsilçisi” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 30 noyabr 2015ci il tarixli 100237 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC-nin Eksklüziv salış şöbəsinin satış təmsilçisi” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 30 noyabr 2015-ci il tarixli 100240 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC-nin Eksklüziv satış şöbəsinin satış təmsilçisi” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 30 noyabr 2015-ci il tarixli 100238 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC-nin Eksklüziv satış şöbəsinin satış təmsilçisi” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 30 noyabr 2015ci il tarixli 100232 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC-nin Eksklüziv satış şöbəsinin satış təmsilçisi” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 30 noyabr 2015-ci il tarixli 100235 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC-nin Eksklüziv satış şöbəsinin satış təmsilçisi” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 30 noyabr 2015-ci il tarixli 100245 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC-nin Eksklüziv satış şöbəsinin satış təmsilçisi” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 30 noyabr 2015ci il tarixli 100314 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC-nin Eksklüziv satış şöbəsinin satış təmsilçisi” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 02 dekabr 2015-ci il tarixli 100592 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC-nin Eksklüziv satış şöbəsinin satış təmsilçisi” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 02 dekabr 2015-ci il tarixli 100602 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC-nin Eksklüziv satış şöbəsinin satış təmsilçisi” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 03 dekabr 2015ci il tarixli **********314 nömrəli satış fakturasının aşağı hissəsində “Təhvil verdim” qrafasında olan imza, 14 yanvar 2016-cı il tarixli **********400 nömrəli salış fakturasının aşağı hissəsində “Təhvil verdim” qrafasında olan imza, 30 noyabr 2015-ci il tarixli 100239 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC-nin Eksklüziv salış şöbəsinin satış təmsilçisi” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 05 dekabr 2015-ci il tarixli 101245 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC-nin Eksklüziv satış şöbəsinin satış təmsilçisi” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 16 mart 2016-cı il tarixli 116252 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 30 noyabr 2015-ci il tarixli 100230 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC-nin Eksklüziv satış şöbəsinin satış təmsilçisi” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 15 mart 2016-cı il tarixli 116277 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 09 dekabr 2015-ci il tarixli 100913 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC-nin Eksklüziv satış şöbəsinin satış təmsilçisi” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 30 noyabr 2015-ci il tarixli 100259 saylı üzləşmə aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC-nin Eksklüziv satış şöbəsinin satış təmsilçisi “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 15 mart 2016-cı il tarixli 116486 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən) qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 15 mart 2016-cı il tarixli 116260 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 16 mart 2016-cı il tarixli 116255 saylı təhviltəslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 06 yanvar 2016-cı il tarixli **********000 nömrəli satış fakturasının aşağı hissəsində “Təhvil aldım” qrafasında olan imza, 07 yanvar 2016-cı il tarixli **********167 nömrəli satış fakturasının aşağı hissəsində “Təhvil aldım” qrafasında qarşısında olan imza, 14 yanvar 2016-cı il tarixli **********446 nömrəli satış fakturasının aşağı hissəsində “Təhvil verdim” qrafasında olan imza, 14 yanvar 2016-cı il tarixli **********069 nömrəli satış fakturasının aşağı hissəsində “Təhvil verdim” qrafasında olan imza, 15 mart 2016-cı il tarixli 116554 saylı təhvil-təslim aktının aşağı-hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 15 mart 2016-cı il tarixli 116278 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 15 mart 2016-cı il tarixli 116269 saylı təhviltəslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 15 mart 2016-cı il tarixli 116280 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 15 mart 2016-cı il tarixli 116470 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 15 mart 2016-cı il tarixli 116248 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 15 mart 2016-cı il tarixli 116266 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 15 mart 2016-cı il tarixli 116261 saylı təhviltəslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 15 mart 2016-cı il tarixli 116274 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 15 mart 2016-cı il tarixli 116271 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 15 mart 2016-cı il tarixli 116272 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 15 mart 2016-cı il tarixli 116479 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 16 mart 2016-cı il tarixli 116257 saylı təhviltəslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 16 mart 2016-cı il tarixli 116464 saylı təhvil-təslim aktının aşağı hissəsində Zərərçəkmiş şəxs MMC Eksklüziv satış şöbəsinin satış təmsilçisi (təhvil verən)” qrafasında “Təqsirləndirilən şəxs” yazıları önündəki imza-Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 03 yanvar 2015-ci il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində “İmza” qrafasındakı, 04 yanvar 2015-ci il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində “İmza” qrafasında olan, 04 yanvar 2015-ci il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində “İmza” qrafasında olan, 06 yanvar 2015-ci il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində “İmza” qrafasında olan, 07 yanvar 2015-ci il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində “İmza” qrafasında olan, 01 dekabr 2015-ci il tarixli **********694 nömrəli satış fakturasının aşağı hissəsində “Təhvil verdim” qrafasında olan, 03 dekabr 2015-ci il tarixli **********211 nömrəli satış fakturasının aşağı hissəsində “Təhvil verdim” qrafasında olan imza, 03 dekabr 2015-ci il tarixli **********545 nömrəli satış fakturasının aşağı hissəsində “Təhvil verdim” qrafasında olan, 03 dekabr 2015-ci il tarixli **********906 nömrəli satış fakturasının aşağı hissəsində “Təhvil verdim” qrafasında olan, 05 dekabr 2015-ci il tarixli **********333 nömrəli satış fakturasının aşağı hissəsində “Təhvil verdim” qrafasında olan, 17 dekabr 2015-ci il tarixli **********753 nömrəli satış fakturasının aşağı hissəsində “Təhvil verdim” qrafasında olan, 10 dekabr 2015-ci il tarixli **********134 nömrəli satış fakturasının aşağı hissəsində “Təhvil verdim” qrafasında olan, 03 dekabr 2015-ci il tarixli **********153 nömrəli satış fakturasının aşağı hissəsində “Təhvil verdim” qrafasında olan, 03 dekabr 2015-ci il tarixli **********174 nömrəli satış fakturasının aşağı hissəsində “Təhvil verdim” qrafasında olan, 04 fevral 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində “İmza” qrafasındakı, 25 dekabr 2015-ci il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində “İmza” qrafasındakı, 03 dekabr 2015-ci il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində “İmza” qrafasındakı, 10 dekabr 2015-ci il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində “İmza” qrafasındakı, 14 yanvar 2015-ci il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində “İmza” qrafasında olan, 07 yanvar 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində “İmza” qrafasında olan, 06 yanvar 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində “İmza” qrafasındakı, 07 yanvar 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində “İmza” qrafasında olan, 07 yanvar 2016-cı il tarixli ********* nömrəli kassa mədaxili orderinin aşağı hissəsində “İmza” qrafasında olan, 07 yanvar 2016-cı il tarixli **********566 nömrəli satış fakturasının aşağı hissəsində “Təhvil aldım” qrafasında olan, 10 yanvar 2016-cı il tarixli 00098798 nömrəli kassa mədaxil orderinin aşağı hissəsində “İmza” qrafasında olan, 08 yanvar 2016-cı il tarixli ********* nömrəli kassa mədaxil orderinin aşağı hissəsində “İmza” qrafasında olan imzaların Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə mühasibatlıq ekspertizasının 25 noyabr 2021-ci il tarixli 4/1639-9/8203 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 5221 manat 29 qəpik məbləğində müəyyən edilmişdir. (İ cild i.v. 49-75) - 24 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs MMC-yə məxsus “Tiger Enterprise v2.40.00.01” proqram təminatına Təqsirləndirilən şəxs, eləcə də MMC-nin aidiyyəti şəxslərinin iştirakı ilə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, “Tiger enterprise v2.40.00.01” proqram təminatı 2013-cü ildən Zərərçəkmiş şəxs MMC-də istifadə olunmaqla MMC-də aparılan bütün maliyyə əməliyyatlarını özündə əks etdirir. Həmin proqram təminatında Təqsirləndirilən şəxs Z- 1009 və Z-1113 satış təmsilçisi kodları ilə qeydiyyatdan keçmişdir. Proqram təminatına daxil olduqda yuxarı hissəsində “TİGER ENTERPRİSE v2.40.00.01 (Veysəloğlu MMC) sözləri yazılmışdır. “Menü” bölməsindən “Finance” pəncərəsinə daxil olduqdan sonra “Ana kayıtlar” alt pəncərəsində cari hesablar bölməsinə klikləyəndə Zərərçəkmiş şəxs MMC-də həyata keçirilən bütün maliyyə əməliyyatları əks olunmuş pəncərə açılır. “Cari hesablar” bölməsində axtarış hissəsinə Təqsirləndirilən şəxs məxsus Z-1009 kodları daxil edildikdə Təqsirləndirilən şəxs 2013-cü ilin yanvar ayından 2014-cü ilin fevral ayına kimi, Z-1113 kodu daxil edildikdə isə 2014-cü ilin fevral ayından 2016-cı ilin mart ayına kimi olan mühasibatlıq əməliyyatları, Təqsirləndirilən şəxs satışı, qaytarması, ödəniş, müştəri faizi və endirim əməliyyatlarını əks etdirən satış təmsilçisi Təqsirləndirilən şəxs hərəkətləri əks olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs işlədiyi müddətdə sistem səhvi yaranan müştərilərin adları barədə bildirilməsi təklif edildikdə, sonuncu “Sadıq M-T (Shefiyev Shaban)” və "xxxx" müştərilərin adlarını qeyd edərək həmin müştərilərlə 2015-ci ilin iyun ayından dekabr ayının 31-dək olan əməliyyatlarda sistem səhvi olduğunu bildirmiş, qeyd olunan müştərilərlə Təqsirləndirilən şəxs arasında aparılan əməliyyatların əks olunduğu qaimə-fakturalara baxış zamanı həmin əməliyyatlarda məhsulun qiymətinin vahid qiymət sisteminə uyğun olmaması halları, Təqsirləndirilən şəxs göstərdiyi kimi 100 manat məbləğində satılan məhsulun qaimə-fakturada 200 manat kimi göstərilməsi halları müəyyən olunmamışdır. (İ cild i.v. 119-152) -Zərərçəkmiş şəxs MMC-nin 24 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Cəmiyyətdə işlədiyi dövrdə fəaliyyəti ilə bağlı üzləşmə aparıldığı zaman ona təhkim edilmiş şərti sistem adları “Nescafe Sadıqov”, “204 saylı məktəb”, “263 saylı məktəb”, “Mine m-t sahib” və "xxxx" olan müştərilər artıq fəaliyyət göstərmədiyindən üzləşmə aparılıb akt tərtib edilməsi mümkün olmamışdır. (İ cild i.v. 155) - 05 mart 2022-ci il tarixli protokollardan və fotocədvəllərdən görünür ki, baxış iştirakçısı Təqsirləndirilən şəxs sabiq bölgə müdiri Şahid3 hal şahidlərinin iştirakları ilə Zərərçəkmiş şəxs MMC-nin “263 saylı məktəb” adlı müştərinin fəaliyyət göstərdiyi yerin ünvan 2 ünvanı olduğunu, həmin ünvanda fəaliyyət göstərən bufetə ərzaq malları təhvil verildiyini bildirmişdir. Lakin qeyd olunan ünvana baxış zamanı 263 saylı orla məktəbin kafetariyasında 2015-2016-cı illər ərzində fəaliyyət göstərən müştəri müəyyən edilməmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs MMC-nin “204 saylı məktəb” adlı müştərinin fəaliyyət göstərdiyi yerin ünvan 4 ünvanda fəaliyyət göstərən bufetə ərzaq malları təhvil verildiyini bildirmişdir. Lakin qeyd olunan ünvana baxış zamanı 204 saylı orta məktəbin kafetariyasında 2015-2016-cı illər ərzində fəaliyyət göstərən müştəri müəyyən edilməmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs MMC-nin “Güllü m-t“ adlı müştərisinin fəaliyyət göstərdiyi yerin ünvan 5 ünvanı olduğunu bildirmişdir. Lakin qeyd olunan ünvana baxış zamanı müəyyən edilmişdir ki, həmin ünvanda “Güllü m-t“ adlı müştəri fəaliyyət göstərmir. Həmin ünvanda hazırda “MM” şərab evi adlı mağaza fəaliyyət göstərir. Qeyd edilən mağazada işləyən X4 bildirmişdir ki, “Güllü m-t” adlı mağazanı və sahibini tanımır. 2018-ci il tarixdən həmin ünvanda “MM” şərab evi fəaliyyət göstərir. Bundan başqa, o, “Veysəloğlu“ MMC-nin “Mine m-t“ adlı müştərisinin fəaliyyət göstərdiyi yerin ünvan 7 ünvanı olduğunu bildirmişdir. Qeyd olunan ünvana baxış zamanı müəyyən edilmişdir ki, həmin ünvanda “Mine m-t” adlı müştəri fəaliyyət göstərmir. Həmin ünvanda hazırda adsız meyvə-tərəvəz mağazası fəaliyyət göstərir. Qeyd edilən mağazada işləyən X15 bildirmişdir ki, “Mine m-t” adlı mağazanı və sahibini tanımır. Bundan başqa, o, “Veysəloğlu'' MMC-nin “Sadıqov Nescafe” adlı müştərisinin fəaliyyət göstərdiyi yerin Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski 36 ünvanı olduğunu bildirmişdir. Qeyd olunan ünvana baxış zamanı müəyyən edilmişdir ki, həmin ünvanda “Nescafe market” adlı müştəri fəaliyyət göstərmir. Həmin ünvanda hazırda “Oba” market adlı mağaza fəaliyyət göstərir. Qeyd edilən mağazada administrator vəzifəsində işləyən X13 bildirmişdir ki, “Nescafe Sadıqov” adlı mağazanı və sahibini tanımır, 2019-cu il tarixdən həmin ünvanda “Oba market” fəaliyyət göstərir. (İ cild i.v. 164-178) -Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 21 fevral 2022-ci il tarixli 016-20453-1222 nömrəli məktubundan və ona əlavə edilən məlumatdan görünür ki. X1 məxsus “VAZ 21154 minik” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. (İ cild i.v. 193- 194) -Zərərçəkmiş şəxs MMC-nin 10 mart 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs İbrahim oğlu cəmiyyətə hər hansı ödəniş etməmişdir. (İ cild i.v. 200) -Zərərçəkmiş şəxs MMC-nin 11 mart 2022-ci il tarixli HQ-412293 nömrəli məktubundan görünür ki, cəmiyyətin 2013-2016-cı illər üzrə Təqsirləndirilən şəxs aid satış fakturalarının əsilləri həmin dövr vergi orqanları tərəfindən yoxlanıldığından, o cümlədən həmin sənədlərin saxlama müddəti Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ötdüyündən cəmiyyətdə saxlanılmamışdır. (İ cild i.v. 215) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əlavə məhkəmə-xətşünaslıq ekspertizasının 11 mart 2022-ci il tarixli 9/1661 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixli 734 nömrəli aktla şərti adları “Nescafe Sadıqov”, “204 saylı məktəb”, “263 saylı məktəb”, “mine m-t sahib” və "xxxx" olan müştərilərdən öhdəsinə qəbul etdiyi 1118 manat 92 qəpik məbləğində qida məhsulları sonuncunun öhdəsində çatışmazlıq kimi hesab edilməyərək Təqsirləndirilən şəxs hesabında yaranmış yekun çatışmazlıq 4102 manat 37 qəpik müəyyən edilmişdir. (İ cild i.v. 219-225) - 25 yanvar 2017-ci il tarixli audit aktından görünür ki, Zərərçəkmiş şəxs MMC-nin sabiq satış təmsilçisi Təqsirləndirilən şəxs öhdəsində 5221 manat 29 qəpik məbləğində çatışmazlıq aşkar edilmişdir. (İİ cild i.v. 681-683) -Zərərçəkmiş şəxs MMC-nin 23 oktyabr 2013-cü il tarixli 292.1/K nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə İsti satış şöbəsinə satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. (İİİ cild i.v. 465) -Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 23 oktyabr 2013-cü il tarixli əmək və həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilələrdən görünür ki, Təqsirləndirilən şəxs MMC-dən qəbul etdiyi məhsulları ticarət obyektlərinə təhvil verməyi və satışdan topladığı pulları MMC-nin xəzinəsinə ödəməyi maddi məsul şəxs kimi öhdəsinə götürmüşdür. (İİİ cild i.v. 466-468) -Zərərçəkmiş şəxs MMC-nin 17 iyun 2014-cü il tarixli 185.2/K nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Satış Departamentinin Eksklüziv şöbəsinə satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. (İİİ cild i.v. 464) -Zərərçəkmiş şəxs MMC-nin 11 aprel 2016-cı il tarixli 095/K nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. (İİİ cild i.v. 469) -Zərərçəkmiş şəxs MMC üzrə tərtib olunmuş 28 mart 2016-cı il tarixli aktlardan görünür ki, MMC-nin 14 mart 2016-cı il tarixli 26 saylı əmri ilə satış təmsilçisi Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması, ona etibar edilmiş maddi vəsaitlərin müəyyən edilməsi, həmin maddi vəsaitləri üzrə hesabatın hazırlanması və təhvil-təslim işlərinin aparılması məqsədilə MMC-nin əməkdaşlarından ibarət təftiş komissiyası yaradılmaqla yoxlama aparılmış, həmin təftiş komissiyası tərəfindən Təqsirləndirilən şəxs təhkim edilmiş müştəri borc qalıqlarının 30 noyabr 2015-cı il tarixdən 18 mart 2016-cı il tarixədək dövr ərzində təftişi aparıldıqda sonuncunun öhdəsində 5221 manat 29 qəpik məbləğində çatışmazlıq aşkar edilmişdir. (İİİ cild i.v. 444-463) - 11 mart 2022-ci il tarixli 5(007)-142/2022 nömrəli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən, müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında, ********* nömrəli cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi və xüsusi müsadirəni təmin etmək məqsədi ilə, Təqsirləndirilən şəxs məxsus “VAZ 21154” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş, qərarın icrası Bakı şəhəri Nizami rayon prokurorluğuna və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilmişdir. Belə ki, həmin qərarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 21 fevral 2022-ci il tarixli 20453-1222 saylı məktubuna əsasən X1 məxsus “VAZ 21154” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Təqsirləndirilən şəxs iş üzrə verdiyi ifadəsində qeyd olunan nəqliyyat vasitəsini ümumi etibarnamə əsasında aldığını, qeyd edilən nəqliyyat vasitəsi onun adına qeydiyyatda olmasa da, faktiki onun mülkiyyətində olduğunu, həmin nəqliyyat vasitəsi ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olduğunu göstərmişdir. X7 iş üzrə verdiyi ifadəsində onun adına qeydiyyatda olan “VAZ 21154” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı rayonunda yaşayan X8 ümumi etibarnamə əsasında satdığını, həmin nəqliyyat vasitəsi üzərində heç bir mülkiyyət hüququnun olmadığını göstərmişdir. (İV cild i.v. 321) -Azərbaycan Respublikası Dövlət X6 və təchizat şöbəsinin müdiri, iqtisadiyyat sahəsi üzrə 37 il iş stajına malik X9 tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 15 mart 2022-ci il tarixə “VAZ 21154” markalı, 2007-ci il buraxılışlı, **- ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 4500 manat müəyyyən olunur. (İV cild i.v. 37) - 15 mart 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli 5(007)-142/2022 nömrəli qərarı ilə üzərinə həbs qoyulmuş, Təqsirləndirilən şəxs məxsus “VAZ 21154” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi məhv edilməməsi, zədələnməməsi, korlanmaması, gizlədilməməsi və ya özgəninkiləşdirilməməsi barədə xəbərdarlıq olunmaqla saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. (İV cild i.v. 40-45) - 15 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair 14 mart 2022-ci il tarixli qərar və həmin maddə ilə ona elan olunmuş ittiham əsaslı olduğundan qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs ifadələrində "xxxx" MMC-də işlədiyi müddət ərzində ona təhkim olunduğu müştərilər üzrə 800 manat məbləğində çatışmazlığın olmasını göstərərək təhkim olunmuş 1386 saylı anbarda çatışmazlığın yaranma səbəbi kimi şirkətin elektron sistemində olan sistem səhvini göstərməsi şahid ifadələri, üzləşmə protokolları, ekspertiza rəyləri, baxış protokolu və mühasibatlıq sənədləri və digər istintaq materialları ilə tam təkzib edildiyindən həmin ifadələr məsuliyyətini yüngülləşdirmək məqsədilə özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilmiş, audit aktında Təqsirləndirilən şəxs öhdəsində 5221 manat 29 qəpik məbləğində çatışmamazlıq kimi göstərilmiş əmlakdan 1118 manat 92 qəpik məbləğində əmlakın mənimsənilməsi sübuta yetirilmədiyindən ümumi məbləğdən çıxılmaqla Təqsirləndirilən şəxs 4102 manat 37 qəpik məbləğində özgə əmlakının mənimsənilməsinə görə elan edilmiş ittiham əsaslı hesab edilmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, həmin cinayət işindən Zərərçəkmiş şəxs MMC-nin sabiq satış təmsilçiləri X14 və X5 öhdəliyində xeyli miqlarda çatışmazlıqların aşkar edilməsi faktları üzrə Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılmasına dair qərar qəbul edilmişdir. (İV cild i.v. 46-68) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspertiza rəyi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməyib, Zərərçəkmiş şəxs MMC-də işlədiyi dövrdə öhdəsində hər hansı çatışmazlıq yaranmaması, MMC-yə məxsus ona etibar edilmiş əmlakı mənimsəməməsi və sairlə bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onlarla razılaşmaq olmaz, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əsaslı olması məhkəmə iclasında təkzibolunmaz sübutlarla, müvafiq iş materialları, o cümlədən ekspertiza rəyləri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır, Zərərçəkmiş şəxs MMC üzrə yaradılmış təftiş komissiyası tərəfindən Təqsirləndirilən şəxs özünün iştirakı ilə aparılmış yoxlamanın nəticəsinə dair 28 mart 2016-cı il tarixli akta əsasən ona təhkim edilmiş müştəri borc qalıqlarının 30 noyabr 2015cı il tarixdən 18 mart 2016-cı il tarixədək dövr ərzində təftişi aparıldıqda onun öhdəsində 5221 manat 29 qəpik məbləğində çatışmazlıq aşkar edilmiş, akt Təqsirləndirilən şəxs tərəfindən də imzalanmışdır. Eləcə də, Zərərçəkmiş şəxs MMC-yə məxsus, MMC-də aparılan bütün maliyyə əməliyyatlarını özündə əks etdirən “Tiger” proqram təminatına Təqsirləndirilən şəxs və aidiyyəti məsul şəxslərinin iştirakı ilə baxış keçirilmişdir, lakin müvafiq müştərilərlə Təqsirləndirilən şəxs arasında aparılan əməliyyatların əks olunduğu qaimə-fakturalara baxış zamanı həmin əməliyyatlarda məhsulun qiymətinin vahid qiymət sisteminə uyğun olmaması, Təqsirləndirilən şəxs göstərdiyi qaydada 100 manat məbləğində satılan məhsulun qaimə-fakturada 200 manat kimi göstərilməsi halları müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi isə onun hüququdur. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin ona Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; müvafiq cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 179.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək və məhkəmə icraatları zamanı Zərərçəkmiş şəxs MMC-yə vurduğu maddi ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, şərtlər birlikdə yerinə yetirilmədiyindən, təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Bakı şəhəri Nizami rayon İHB-nın 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyinin 04 noyabr 2021-ci il tarixli 13-20/52 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü İsmayıl adlı uşağı vardır. (İ cild i.v. 28) - 14 mart 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İV cild i.v. 24-25) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs baxılan işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə də cəza müddətinin hesablanması zamanı Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin müddəlarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarına əsasən “...müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir...” Məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmasa da, törədilmiş cinayətin xarakteri əsas götürülməklə, təqsirləndirilən şəxsə əlavə cəza qismində maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia vardır, həmin mülki iddiaya ayrıca hüquqi qiymət veriləcəkdir; cinayət nəticəsində vurulmuş maddi zərərin təmin edilməsi məqsədi ilə üzərinə həbs qoyulmuş əmlakın taleyi də həmin qaydada həll ediləcəkdir; maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilən qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, 25 noyabr 2021-ci il tarixli ekspertiza tədqiqatı Təqsirləndirilən şəxs ilə birlikdə 3 nəfərə münasibətdə aparıldığından tədqiqatın dəyəri olan 250 manat xərcin 83,35 manat hissəsi, 11 mart 2022-ci il tarixli ekspertiza tədqiqatı isə yalnız Təqsirləndirilən şəxs münasibətdə aparıldığından həmin tədqiqatın dəyəri olan 150 manat xərc olmaqla, ümumilikdə 233,35 manat pul ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq verilmiş ittiham daxilində, 4102,37 manat məbləğində maddi ziyanın həmin idarənin xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə ona etibar edilmiş özgə əmlakını talayaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 4102,37 manat məbləğində maddi ziyan vurmuşdur, ona görə maddi ziyanın müəyyən ediləcək məbləği mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutulmalıdır. Lakin məhkəmə mülki iddianın məbləğinə diqqət çəkərək, qeyd edir ki, mülki iddianın verilməsindən sonra, işin məhkəmə baxışı zamanı təqdim edilmiş Zərərçəkmiş şəxs MMC-nin 06 oktyabr 2022-ci il tarixli HQ-438675 nömrəli arayışı, eləcə də həmin mülki iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs MMC-yə vurduğu 4102,37 manat məbləğində maddi ziyanı könüllü surətdə ödəmədiyindən sözügedən zərərin 677 manat hissəsi onun əmək haqqından tutulmaqla hesabında saxlanılan vəsaitlə qarşılanmışdır. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə vurulmuş zərər üzrə qalıq 3425,37 manat məbləğində vəsait Cəmiyyətə hələ də ödənilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, 4102,37 manat məbləğində mülki iddianın ödənilməmiş 3425,37 manat hissəsi mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Cinayət işinin materialları ilə müəyyən olunduğu kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli 5(007)-142/2022 nömrəli qərarı ilə müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında, cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi və xüsusi müsadirəni təmin etmək məqsədi ilə, Təqsirləndirilən şəxs məxsus “VAZ 21154” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş, avtomobil məhv edilməməsi, zədələnməməsi, korlanmaması, gizlədilməməsi və ya özgəninkiləşdirilməməsi barədə xəbərdarlıq olunmaqla saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 248.1.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, mülki iddianı təmin etmək məqsədi ilə üzərinə həbs qoyulmuş “VAZ 21154” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac vasitəsi ilə satılaraq əldə olunacaq pul vəsaiti mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutulmalı olan 3425,37 manat məbləğində ziyanın ödənilməsinə yönəldilməli, mülki iddia üzrə ödənilməmiş pul vəsaiti qaldığı halda onun tutulması ümumi qaydada təmin edilməli, satış yolu ilə əldə olunacaq pul vəsaitindən ziyanın ödənilməsinə yönəldildikdən sonra artıq qaldığı halda isə Təqsirləndirilən şəxs verilməlidir. Mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddianın verilməsi üçün nəzərdə tutulan müddətin ötürülməsi ilə bağlı irəli sürdüyü dəlilə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir, bu baxımdan onun həmin dəlilinin əsası yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri mülki cavabdeh Təqsirləndirilən şəxs aid edilməli, yuxarıda göstərilən qaydada hesablanmaqla, mülki iddianın verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 62 manat pulun əvəzi mülki cavabdehdən alınaraq, mülki iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına təyin olunmuş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 60 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CMnin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. 4102,37 manat məbləğində mülki iddianın ödənilməmiş 3425,37 manat hissəsi və mülki iddianın verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 62 manat pulun əvəzi mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxsnə ödənilsin. Mülki iddianı təmin etmək məqsədi ilə üzərinə həbs qoyulmuş “VAZ 21154” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac vasitəsi ilə satılaraq əldə olunacaq pul vəsaiti mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutulmalı olan 3425,37 manat məbləğində ziyanın ödənilməsinə yönəldilsin, mülki iddia üzrə ödənilməmiş pul vəsaiti qaldığı halda onun tutulması ümumi qaydada təmin edilsin, satış yolu ilə əldə olunacaq pul vəsaitindən ziyanın ödənilməsinə yönəldildikdən sonra artıq qaldığı halda isə Təqsirləndirilən şəxs verilsin. Maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 233,35 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı dövründə ümumilikdə 60 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar