Məhkəmə qərarları › İş №1(007)-177/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-177/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-177/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1980-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan şəhəri H.Əliyev küçəsi, ev 135-də qeydiyyatda olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə və 3500 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, təyin olunmuş həmin cəza 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 3500 manat məbləğində cərimə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən həmin qərarla təyin olunan azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilib üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzaları saxlanılmış, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 27 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 31 mart 2023-cü il tarixdə cəzası sona çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, 07 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 oktyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda, ümumi təmiz çəkisi 0,533 qram olan psixotrop maddə metamfetamini əldə edib hissələrə bölüb üzərində saxlayaraq daşımış, 07 oktyabr 2024-cü il tarixdə saat 15:45 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Nizami rayonu, T.Abbasov küçəsi, 120A ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon polis idarəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,234 qram, 0,172 qram və 0,127 qram, ümumi təmiz çəkisi 0,533 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi kompanent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində metamfetamin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 07 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, T.Abbasov küçəsi, 120A ünvanının yaxınlığında tanışı Şahid1 ilə birlikdə piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs onları saxlamış, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib üstlərini yoxlayacaqlarını demişlər, onlar da etiraz etməmişlər. Bundan sonra onları Nizami rayon polis idarəsinə aparmışlar, orada üstləri yoxlanılmışdır. Onların üzərinə baxış ayrı-ayrılıqda keçirilmişdir. Həmin vaxt onun üzərində 1 büküm metamfetamin olmuşdur. Polis idarəsində olarkən polislər həmin 1 büküm psixotrop maddəni üç yerə bölmüşlər və tərəzi ilə birlikdə cibinə qoymuşlar. Onun üzərində tərəzi olmamışdır. O, ancaq şəxsi istifadəsi üçün 1 büküm psixotrop maddə almışdır. Polis idarəsində 10-15 nəfər tanımadığı polis əməkdaşı onu saat 8-dən gecə 1-ə kimi döymüşlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 09 oktyabr 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. 07 oktyabr 2024-cü il tarixdə, saat 15:45-də ünvan 3 ünvanın yaxınlığında tanışı Şahid1 ilə birlikdə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Nizami RPİ-nin inzibati binasına dəvət etmişlər. Daha sonra həmin şəxslərlə birlikdə Nizami RPİ-nə getmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş hər hansı əşya varsa, onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, kristal formasında olan, spesifik iyə malik, “patı” və ya “şüşə” kimi tanıdığı maddəni və elektron tərəzini, sol yan cibindən qara rəngli “Xiaomi” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, zərfin üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni saxlandığı gündən bir gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə üzdən tanımadığı, sosial şəbəkə vasitəsilə tanış olduğu “Nasir” adlı İran İslam Respublikası vətəndaşının bank kartına 45 manat pul köçürdükdən sonra “Nasir”in bildirdiyi Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığından götürdüyünü qeyd etmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Əlavə sualları cavablandırarkən qeyd etmişdir ki, 3 büküm psixotrop maddə və tərəzi onun üzərində olmamış, polis bölməsində cibinə qoyulmuşdur. Polis əməkdaşları ona təzyiq göstərərək döymüşlər. Bununla bağlı prokurorluğa şikayət vermiş, lakin sonra şikayətini geri götürmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmədiyini, narkotik vasitə satmadığını nəzərə alaraq, narkotik istifadəçisi kimi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun məhəllədən tanışıdır. O, 07 oktyabr 2024-cü il tarixdə Qara Qarayev prospektinə gedən zaman Bəhruz onu görmüş və hara getdiyini soruşmuşdur. O da Qara Qarayev prospektinə “mal” almağa getdiyini bildirmişdir. Bəhruz da mal almağa getmək istədiyini və birlikdə getmələrini söyləmişdir. Daha sonra onlar “Araz” marketin qarşısında evə gedən zaman iki nəfər mülki geyimli polis əməkdaşı onları saxlamışdır. O, “kakos” və “patı”dan istifadə etmişdir. Bəhruz da özünə “kakos” almışdır. Amma onların üzəriində tərəzi olmamışdır. Tərəzini polis idarəsində onların üzərinə qoymuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 oktyabr 2024-cü il tarixdə NMB-nə Bakı şəhəri Nizami rayonu ərazisində “Tofiq” və “Bəhruz” adlı şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Aparılmış araşdırmalarla həmin şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs oduğu müəyyən edilmişdir. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs və Şahid1 olduğu yerin müəyyən edilib ifşa olunmaları istiqamətində Bakı şəhəri Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Rəhbərlik tərəfindən verilmiş əmrə əsasən Nizami RPİ-nin NMB-nin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə 07 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 olması ehtimal edilən ünvan 4 ünvanının yaxınlığına yollanmışlar. Oraya getdikdə əməliyyat mövqeyi seçilmişdir. Qeyd olunan ünvanın yaxınlığında özlərini şübhəli aparan, xarici görünüşcə Bəhruz və Tofiqə oxşar şəxslərin piyada gəldikləri müəyyən edilmişdir. Həmin şəxslər özlərini Şahid1 və Təqsirləndirilən şəxs kimi təqdim etmişlər. Qeyd olunan şəxslər əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami RPİ-nə gətirilmişdir. Nizami RPİ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bundan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qara rəngli elektron tərəzini, 03 ədəd şəffaf sellofon bükümü və həmin şalvarın sol yan cibindən bir ədəd “Xiaomi” markalı mobil telefonu çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələri sosial şəbəkə vasitəsilə tanış olduğu, üzdən tanımadığı “Nasir” adlı İran vətəndaşının kart hesabına pul köçürdükdən sonra 06 oktyabr 2024-cü il tarixdə metronun “Qara Qarayev” stansiyasının yaxınlığından götürdüyünü, 3-4 ilə yaxındır narkotik qəbul etdiyini, tərəzini isə aldığı malın miqdarını ölçmək üçün istifadə etdiyini qeyd etmişdir. Həmin bükümlər açılıb içərisinə baxılan zaman orada ağ rəngli, kristal formasında, spesifik iyə malik olan psixotrop maddəyə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin bükümlər sübut əhəmiyyəti kəsb etdiyindən içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bir ədəd “Xiaomi” markalı mobil telefon götürülmüşdür. Şahid2 sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs döyən, incidən olmamış, qanunsuz hərəkətə yol verilməmişdir. Onun özü və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs döyülməmiş, incidilməmişdir. Təqsirləndirilən şəxs üzərində olan 03 ədəd ayrı-ayrı bükümdə psixotrop maddəni və tərəzini könüllü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 barələrində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 07 oktyabr 2024-cü il və 15 oktyabr 2024-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu, T.Abbasov küçəsi, 120A ünvanının qarşısından şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami RPİnin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, kristal formasında olan, spesifik iyə malik olan narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütləni və qara rəngli elektron tərəzini, sol yan cibindən qara rəngli “Xiaomi” markalı mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 162 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələri 06 oktyabr 2024-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu, üzdən tanımadığı “Nasir” adlı İran vətəndaşından kartına pul atmaqla “Q.Qarayev” metrostansiyasının yaxınlığından götürdüyünü, 3-4 ilə yaxındır narkotik istifadə etdiyini, tərəzini isə aldığı malın miqdarını ölçmək üçün istifadə etdiyini qeyd etmişdir. Şəxsi axtarış və götürmə Nizami RPİ-nin inzibatı binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 01 ədəd DVD əlavə olunmuşdur. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 15 oktyabr 2024-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 43-44, 147) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 08 oktyabr 2024-cü il tarixli 6/4825 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №162” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar olunan maddə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 03(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,234qram, 0,172qram, 0,127qram, ümumi təmiz çəkisi 0,533qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin zərfdəki bir ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, metamfetaminin təmiz çəkisini və bükümlərdə olan metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 0,533 qram olmuş, tədqiqata ümumi 0,09 qram sərf edilmiş, 0,443 qram qalıq qalmışdır. (i.v. 57- 60) - 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMBnin baş əməliyyat müvəkkili Şahid2 rəhbərliyi ilə “Bəhruz” və “Tofiq” adlı şəxslərlə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 07 oktyabr 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 158) - 13 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, məhkəmə qərarına əsasən "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli AZF/LGL-11574/24 nömrəli məktubla istintaqa təqdim edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM mobil telefon nömrəsinə 08 iyul 2024-cü il tarixdən 08 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, qeyd olunan GSM nömrəsinin həmin tarixlərdə anten dairələri, mesajlar (məzmunla), zəngləri qəbul edən və zəng edən şəxslərin anketləri barədə məlumatların qeyd olunduğu 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı CD diskdə olan məlumatlarda aşağıdakı məlumatların yazıldığı göstərilmişdir: “Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdə saat 18:45:30 ***-***-**-** GSM mobil telefon nömrəsinə “Ay bırat senen artıq derecede xais edirem. temaya qore ylqma meni, mende tema olmur menim kanalım baqlıdır”, xx.xx.2024-cü il tarixdə saat 20:08:21-də ***-***-**-** GSM mobil nömrəsindən Təqsirləndirilən şəxs “Bəhruz sen Allah sabah onun mehkemesidi onu o vəziyyətdə qoyma”, xx.xx.2024-cü il tarixdə saat 07:56:44-də ***-***- **-** GSM mobil nömrəsindən Təqsirləndirilən şəxs “Nolube sene imkan vermdin 1 söz deyim ay Behruz mende 50 pul var o götrdyün yerdn mende götrüb vererdinde ay Behruz dünyanın ardı qaqa” mesajlarının yazıldığı müəyyən edilmişdir. (i.v. 199-201) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 25 oktyabr 2024-cü il tarixli 6985 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 205-206) - 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, ********* nömrəli cinayət işinin materiallarından Şahid1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair yeni cinayət işi ayrıca icraata ayrılmış, 07 oktyabr 2024-cü il tarixdə Nizami RPİ-nin inzibati binasında yerləşən xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş üç ədəd bükümdə, ümumi təmiz çəkisi 0,533 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, tədqiqata 0,09 qram sərf edildikdən sonra 0,524 qram metamfetaminin qalığı və elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Xiaomi” markalı mobil telefon sübut növü kimi qəbul edilməmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şəxsiyyəti istintaqa məlum olmayan “Nasir” adlı İran İslam Respublikasının vətəndaşı ilə əlbir olmaları müəyyən edilmədiyindən barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs psixotrop maddəni təqdim etməsi könüllü surətdə təhvil vermə kimi qəbul edilməmiş, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxs barəsində material ayrılmış və araşdırma aparılması üçün Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmiş, "xxxx" MMC-dən istintaqa təqdim olunmuş 1 ədəd CD disk və iş üzrə toplanmış digər istintaq materialları mötəbər sübut növü kimi qəbul edilmişdir. (i.v. 209-221) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır, toplanaraq tədqiq edilmiş sübutların məcmusu ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,234 qram, 0,172 qram və 0,127 qram, ümumi təmiz çəkisi 0,533 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi kompanent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək, üzərində metamfetamin izləri olan 01 ədəd elektron tərəzi ilə birlikdə daşıyaraq saxlaması, öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin onun üzərində olan 01 ədəd bükümdə olan metamfetamini polis əməkdaşlarının ayrı bükümlərə bölmələri, həmin bükümləri bölünmüş halda elektron tərəzi ilə birlikdə üzərinə qoymaları barədə irəli sürdüyü dəlillər öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır, müdafiə tərəfinin irəli sürdüyü dəlillər isə əsasızdır. Şahid1 məhkəmədə verdiyi ifadəsində onunla Təqsirləndirilən şəxs üzərində polis idarəsində tərəzi qoyulması barədə göstərdiyi ilə bağlı qeyd edilməlidir ki, o, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etməmişdir, həmçinin onun özü təqsirləndirilən şəxs statusunda olmaqla Təqsirləndirilən şəxsla yaxın münasibətdədir, ona görə onun bu barədə ifadəsi işin faktiki halları ilə uyğunluq təşkil etməməklə yanaşı təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə cəhd etməsi kimi qiymətləndirilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və s. barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar idarəsinin 23 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmişdir. Toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Hansı ki, həmin qərar yuxarı prokurora şikayət verilməklə və ya məhkəmə nəzarəti qaydasında şikayət veriməklə mübahisələndirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 07 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 36) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 111-115) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 oktyabr 2024-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə və 3500 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, 07 fevral 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, təyin olunmuş həmin cəza 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 3500 manat məbləğində cərimə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən həmin qərarla təyin olunan azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilib üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzaları saxlanılmış, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 27 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş. (i.v. 149- 154, 180-195) -Bakı şəhər probasiya idarəsinin 30 may 2025-ci il tarixli, 3-16-21-1/2-35693/2025 nömrəli, 15 saylı cəzaçəkmə müəssisəsinin 18 fevral 2025-ci il tarixli 3-16-17/31/2- 541/2025 nömrəli və Salyan rayon icra və probasiya şöbəsinin 25 iyun 2025-ci il tarixli 3- 16-35-73/2-46048/2025 nömrəli məktublarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 3500 manat məbləğində cərimə cəzası üzrə heç bir tutulma aparılmamış, qərar icra edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin residivi və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətlərin residivini yaradır. Bununla da, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzaları çəkdikdən sonra, həmin hökm və qərarla azadlıqdan məhrum etmə cəzaları ilə yanaşı təyin edilmiş cərimə növündə əsas cəzanı çəkmədən və məhkumluğu ödənilmədən, 07 oktyabr 2024-cü il tarixdə hazırkı cinayət əməlini törətmişdir, ona görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır, bu əsasla cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza, ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və həmçinin müstəqil qaydada icra olunan cərimə növündə cəzanı çəkərkən hazırkı cinayət əməlini törətmişdir, ona görə təqsirləndirilən şəxsə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına əvvəlki məhkəmə qərarları üzrə təyin edilmiş və çəkilməmiş cərimə cəzasını tamamilə birləşdirmək yolu ilə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, cərimə növündə cəza müstəqil icra olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə metamfetamin məhv edilməli, içərisində videogörüntü və müvafiq operator məlumatları olan 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; eyni zamanda “Xiaomi” markalı 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs müraciəti əsasında özünə (cəzaçəkmə yerindən azad edilməsindən sonra) və ya ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) qaytarılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş və ödənilməmiş qalan 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə və 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunsun, cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkməsinin başlanğıcı 07 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,443 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin, içərisində videogörüntü olan 01 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş içərisində müvafiq məlumatlar olan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan “Xiaomi” markalı 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs müraciəti əsasında özünə (cəzaçəkmə yerindən azad edilməsindən sonra) və ya ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) qaytarılsın. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 227 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar