Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-178/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, X2 operator işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, xx xxxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Kafkaz" kafesində şam edən zaman həmin vaxt tanışı Şahid1 kafeyə daxil olaraq onun olduğu masaya əyləşmiş və Şahid1 ona probleminin olduğunu bildirərək birlikdə getmələrini ondan istəmiş və dərhal onlar birlikdə kafeni tərk edərək markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan taksi kimi fəaliyyət göstərən avtomobil ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Anatolia" restoranı istiqamətində hərəkət edərkən Şahid1 yolda olan zaman ona, bir az əvvəl Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsilə danışdığını və Zərərçəkmiş şəxs etdiyi zarafatın qarşılığında Zərərçəkmiş şəxs tərəfindən söyüldüyünü bildirdikdə o, Şahid1 tərəfindən ona deyilən sözlərə heç bir aydınlıq gətirmədən, heç bir əsaslı səbəb olmadan tanışı Şahid1 Zərərçəkmiş şəxs tərəfindən söyülməsini cüzi səbəbdən bəhanə edib xx xxxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Şahid1la birlikdə bir qrup şəxs halında ictimai yer hesab edilən ünvan 2 ünvanında yerləşən yaşayış binasının qarşısına gəlmiş, orada olan Zərərçəkmiş şəxs ilə mübahisə edərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib Şahid1la birlikdə Zərərçəkmiş şəxs zor tətbiq etməklə qəsdən yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək sonuncuya alının qansızması və hər iki çiyin qurşağı nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər və sifətin sağ yarısının şişkinlik halında əzilməsi, hər iki gözətrafı nahiyənin, sağ qulaq seyvanın, hər iki yanaq nahiyəsinin qançırları xəsarətləri ilə müşahidə olunan dərəcələrinə görə həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuraraq xuliqanlıq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1 uşaqlıq vaxtlarından tanıyır. xx.xx.2019-cu il tarixdə saat 22 radələrində o, Səbail rayonu ərazisində yerləşən “Kafkaz” kafesində yemək yeyən zaman Cahangir həmin kafeyə gəlib onun olduğu masaya əyləşmişdir. Həmin vaxt Cahangir çox həyəcanlı və əsəbi olmuşdur. Cahangir ona onunla birlikdə getməsini və problemi olduğunu dedikdə o, Cahangirlə birlikdə kafedən çıxıb taksiyə əyləşmişdir. Cahangir taksi sürücüsünə “Anatolia" restoranının yaxınlığına sürməsini bildirmişdir. Yolda olan zaman o, Cahangirdən hara və nə üçün getdiklərini soruşduqda Cahangir ona Adıgözəl ilə telefonla danışan zaman Adıgözələ həmişə olduğu kimi zarafatyana “nə ağzını əyirsən, gəlib indi sənin ağzını əyəcəm“ dediyini, lakin Adıgözəlin onun bu ifadəsini ciddi qəbul edərək sərt şəkildə ona ağzını əyə bilməyəcəyini bildirərək onun ailə üzvlərini söydüyünü bildirmişdir. “Anatolia” restoranının yaxınlığında taksidən enmişlər, o, Cahangirdən əvvəl taksidən enərək tez restorana yaxınlaşmışdır. Onun ora tez getməkdə məqsədi Cahangir ilə Adıgözəlin arasında olan dava-dalaşın qarşısını almaq olmuşdur. Lakin Cahangir taksidən enərək iti yerişlə “Anatolia” restoranının arxa tərəfinə, yəni Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 43 ünvanının qarşısına getmiş, o da cəld restoranın arxa tərəfinə keçmişdir. Həmin vaxt o, Cahangirin Adıgözəli döydüyünü və yerə yıxıldıqlarını görmüşdür. O, onlara yaxınlaşanadək onlar ayağa qalxmışlar və bir-birilərinin sinəsindən tutub binanın divarına sıxmışlar. Bu zaman o, onları ayırmaq məqsədilə yaxınlaşaraq Cahangiri kənara çəkmiş və Adıgözəlin yaxasından tutub var gücü ilə onu itələmişdir. Adıgözəl arxası üstə yerə yıxılmış və başı yerə dəymişdir. Bu zaman o, Adıgözəlin yerdə çapaladığını görüb yenidən ona yaxınlaşmış və yaxasından tutaraq dartıb ayağa qaldırmış, Adıgözələ “başqa adamların ailə üzvlərini söyməyin sonu budur” deyərək yaxasından buraxmışdır. Bundan sonra həmin yerə Cahangirin tanışları gəlmişlər. O və Cahangir tanımadığı şəxsin idarə etdiyi avtomaşınla həmin yerdən uzaqlaşmışlar. O,“Neftçilər” metrostansiyasında avtomaşından enib yaşadığı ünvana getmişdir. O, Zərərçəkmiş şəxs vurmamışdır. O, Cahangirlə Adıgözəli ayırmış və yalnız Adıgözəlin yaxasından tutaraq Adıgözəli itələmiş, nəticədə Adıgözəl arxası üstə yerə yıxılmış və başı yerə dəymişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Havva adlı qadını təxminən 5-6 aydır ki, tanıyır və Cahangiri Havvanın vasitəsi ilə tanımışdır. Cahangir hər dəfə onu görəndə ona müxtəlif atmacalar ataraq sataşmışdır. Ancaq o, Cahangirə heç vaxt fikir verməmiş və hər dəfə zarafata salaraq Cahangirin atmacalarından yayınmışdır. xx.xx.2019-cu il tarixdə saat 21 radələrində o, tanışı Havva ilə birlikdə “Anatolia” restoranının yaxınlığında dayanıb söhbət edərkən həmin yerə Leyla gəlmişdir. Həmin vaxt İlqar ona zəng etmiş və ondan harada olduğunu soruşduqda o, İlqara öz yerini demiş, bundan bir neçə dəqiqə sonra İlqar qohumu Elşən və Aysunla birlikdə onların yanına gəlmişlər. Bir neçə dəqiqədən sonra İlqarın mobil telefonuna zəng gəlmiş, İlqar telefona cavab verərək bir neçə dəqiqə danışdıqdan sonra mobil telefonu ona tərəf uzadaraq Cahangirin onunla danışmaq istədiyini bildirmişdir. O, İlqardan telefonu götürərək cavab verdikdə Cahangir ona “sən axır vaxtlar yaman qudurmusan, gəlib sənin başını kəsəcəm” demişdir. O, Cahangirə nə üçün onunla belə danışdığını soruşduqda Cahangir ona təkrarən qudurduğunu demişdir. Cahangirə cavab olaraq nalayiq sözlə onu təhqir edib telefonu İlqara qaytarmışdır. İlqar və Aysun ondan nə baş verdiyini və nə üçün Cahangirlə aqressiv danışdığını soruşduqda onlara nə baş verdiyini heç özünün də bilmədiyini və Cahangirin telefonda ona birdən-birə qudurduğunu və onun başını kəsəcəyini dediyini bildirmişdir. O və Aysun “Anatolia” restoranının arxa tərəfinə keçərək ikilikdə söhbət etməyə davam etmişlər. Həmin vaxt, yəni xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 43 ünvanının qarşısında Cahangir və Kamran ona yaxınlaşan kimi yumruqla onun üz nahiyəsindən bir dəfə vurmuşdur. O, cəld Cahangirin əynindəki köynəyindən tutaraq Cahangiri özündən kənarlaşdırmaq istədikdə hər ikisi yerə yıxılmışlar və Cahangirin köynəyi cırılmışdır. O, yerdə olan zaman Kamran təpiklə onun üz nahiyəsinə bir neçə dəfə vurmuşdur. Sonra Cahangir də ayağa qalxıb təpiklə onun üz nahiyəsinə vurmuşdur. Həmin vaxt Aysun onları aralamaq istəmiş, lakin bacara bilmədiyindən qışqıraraq kömək çağırmışdır. Cahangir və Kamran onu döydükdən sonra qaçaraq oradan uzaqlaşmışlar. O, zorla ayağa qalxdıqda Kamran yenidən qayıdaraq onun əynindəki köynəkdən tutaraq onu söyüb yumruqla bir dəfə üz nahiyəsindən vurmuş və qaçaraq oradan uzaqlaşmışdır. Havva onu 3 saylı ŞKX-na aparmışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur, ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 5 aydır ki, tanıyır, o, Adıgözəli Havvanın vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs uşaqlıq vaxtlarından tanıyır. xx.xx.2019-cu il tarixdə saat 21 radələrində o, tanışı İlqara zəng edib onu kiçik bacısının ad günü tədbirinə dəvət etmişdir. Bu zaman o, Adıgözəlin səsini eşidib İlqara uzun müddətdir ki, Adıgözəllə danışmadığını bildirərək telefonu Adıgözələ verməsini xahiş etmişdir. Adıgözəllə danışan zaman ona həmişə olduğu kimi zarafatyana “nə ağzını əyirsən, gəlib indi sənin ağzını əyəcəm” demişdir. Lakin Adıgözəl onun bu ifadəsini ciddi qəbul edərək onu nalayiq sözlə təhqir etmişdir. Bundan sonra o, əsəbləşərək yaşadığı ünvandan çıxmış, Kamranın olduğu kafeyə getmiş və Kamranla birlikdə taksi ilə Adıgözəlin olduğu “Anatolia” restoranının yaxınlığına getmişdir. Yolda olan zaman Kamrana Adıgözəllə aralarında baş vermiş sözsöhbəti danışmışdır. xx.xx.2019-cu il tarixdə saat 22 radələrində o və Kamran “Anatolia” restoranının yaxınlığında taksidən enmiş və o, “Anatolia” restoranının arxa tərəfində, yəni Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 43 ünvanının qarşısında Adıgözələ heç bir söz demədən yumruqla onun üz nahiyəsindən bir dəfə vurmuşdur. Bu zaman Adıgözəl onun əynindəki köynəkdən tutaraq onu özündən kənarlaşdırmaq istədikdə hər ikisi yerə yıxılmışdır. Həmin vaxt onun köynəyi cırılmışdır. O və Kamran Adıgözəli vurmuşlar. Elşən idarə etdiyi avtomaşınla onları həmin yerdən uzaqlaşdırmışdır ki, yenidən dava etməsinlər. Kamran “Neftçilər” metrostansiyasında avtomaşından enmişdir. O, isə “İçəri Şəhər” metrostansiyasının yaxınlığında enərək yaşadığı ünvana getmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xəsarət almasına dair HK1-3036 nömrə ilə qeydiyyata alınmış toplanmış materiallar əsasında fakt üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2019-cu il tarixli, 1070 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sifətin sağ yarısının şişkinlik halında əzilməsi, hər iki gözətrafı nahiyənin, sağ qulaq seyvanı, hər iki yanaq nahiyəsinin qançırları, alnın qansızması, hər iki çiyin qurşağı nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin yıxılma nəticəsində alınmaları inkar olunur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şahid1 və istintaqa məlum olmayan Kamran adlı şəxsin əməlləri Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 06/1070 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sifətin sağ yarısının şişkinlik halında əzilməsi, hər iki gözətrafı nahiyənin, sağ qulaq seyvanı, hər iki yanaq nahiyəsinin qançırları, alnın qansızması, hər iki çiyin qurşağı nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə alınmaları mümkündür. Alnın qansızması və hər iki çiyin qurşağı nahiyəsinin sıyrıqları həm ayrıayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Digər xəsarətlər isə dərəcələrinə görə həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi Abdulla Cəlillinin xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxx 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cü il tarixli 1 №-li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsi vurmamasına, zərərçəkmiş şəxslə Şahid1 ayırmaq məqsədilə araya girməsinə, zərərçəkmiş şəxsi yalnız itələməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması, həbsdə saxlamanın bir gününü islah işləri cəzasının 4 gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı, cəmi 35 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 (iki yüz on) manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü islah işləri cəzasının 4 gününə hesablayaraq üzərində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 210 (iki yüz on) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-178/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-178/2020
14.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver