Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-178/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Abdullayev küçəsi, Döngə 2-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 yanvar 2021-ci il tarixdə, saat 06:00 radələrində mühafizəçi işlədiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 5-ci köndələn küçəsində yerləşən Zərərçəkmiş şəxs2 Məhdud Məsliyyətli Cəmiyyətin anbarına qanunsuz daxil olaraq hər bir kiloqramının dəyəri 10 manat olmaqla ümumilikdə 18 kiloqramlıq 16 kisə və 50 kiloqramlıq 1 kisə, cəmi 3380 manat dəyərində 338 kiloqram fındıqları anbardan gizli olaraq talayıb cəmiyyətin həyətində kənara qoyaraq gizlətmiş, qardaşı Şahid1 və tanışı X2 fındıqları anbar rəhbərliyi ilə aralarında olan razılığa əsasən satmaq üçün əldə etməsi barədə yalan məlumat verməklə kisələrin yaşadığı ünvana aparılmasında köməklik göstərilməsi məqsədi ilə sonuncuları iş yerinə çağıraraq 02 yanvar 2021-ci il tarixdə saat 20:10 radələrində 18 kiloqramlıq 10 kisə, 03 yanvar 2021-ci il tarixdə isə saat 20:10 radələrində 18 kiloqramlıq 6 kisə və 50 kiloqramlıq 1 kisə fındıqları Şahid1 idarəetdiyi Lada-Priora markalı ** KP *** qeydiyyat nişanlı avtomobilə Şahid2la birlikdə yığaraq anbarın həyətindən çıxarmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 Məhdud Məsliyyətli Cəmiyyətinə 3380 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd olunan sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-də mühafizəçi işləyərəkən, maddi vəziyyətləri ağır olduğu üçün ailəsi çətinlik çəkmişdir. Belə ki, anasının sağalmaz xəstəliyə tutulması və özünün ağır şəkər xəstəsi olmağı ilə əlaqədar borc yaranmışdır. Belə qərara gəlmişdir ki, işlədiyi yerdən mühafizəsini etdiyi fındıqlardan gizlincə götürüb evə aparsın və boş vaxtlarında satsın. Onun anbara girməyə icazəsi olmamışdır. Lakin anbarın qapısı qıfılsız olduğundan ara-bir anbara girib çıxırmışdır. Qardaşı Ülviyə yalandan demişdir ki, iş yerindən kilosu 5 manat fındıq alaraq 6-7 manata satacaq ki, maddi vəziyyətlərinin düzəlməsinə biraz köməklik etsin. 02 yanvar 2021-ci il tarixdə, gün ərzində iş yerində olan zaman anbara daxil olub 16 kisə, hər kisəsi 18 kq və 1 kisə 50 kq olan fındıq götürüb qırağa yığmışdır ki, hansısa yolla oradan çıxarıb evə aparsın. Sonra qardaşı Ülviyə və tanışı olan Eminə zəng vuraraq fəhlə kimi işləmək istəyib-istəməmələrini soruşmuşdur. Sonuncular razılaşdıqdan sonra onlara yalandan guya anbardardan fındıq aldığını deyərək iş yerinə gəlmələrini demişdir. Həmin gün işdə olmuş, Ülvi ilə Emin iş yerinə gəlmiş, sonunculara fındıqların ərazidə olmasını bildirmişdir. Ülvi qabaq girişdən maşınla əraziyə daxil olmuş və Eminlə birlikdə ərazidən avtomobilin tutduğu qədər 10 kisə 18 kq fındığı avtomaşının yük yerinə yükləyərək getmişlər və onun tapşırığına əsasən kisələri yaşadığı evin həyətinə boşaltmışlar. Daha sonra səhəri gün, yəni 3 yanvar 2021-ci ildə gün ərzində 6 kisə, hər kisəsi 18 kq və 1 kisə 50 kq olan fındığı gəlib aparmışlar. Ülvigilə bildirmişdir ki, hər birinə 2 gün üçün 30 manat pul verəcəkdir. 3 yanvar 2021-ci ildə 10 kisə, hər kisəsi 18 kq fındığı kənara qoymuşdur ki, səhərisi günü gəlib aparmaları üçün Ülvi və Eminə deyər. Lakin sonradan başa düşmüşdür ki, onun hərəkətlərinin üstü açıla bilər. Ona görə də 10 kisə orada qalmış, yəni 10 kisəni oğurlamaq fikrindən daşınmışdır. Həmçinin 10 kisə fındıqları qaytarıb anbara öz yerinə qoymaq üçün münasib vaxt gözləmiş və 10 kisəni oğurlamaq fikrindən daşınmışdır. Sonra, Yaşıl Bazarda 3 kisə 18 kq, 7 kisə 18 kq fındığı qonşuluqda yaşayan Şahid3 və qalan 6 kisə 18 kq və 1 kisə 50 kq fındıqları yaşadığı məhəllədə kilosunu 6-7 manata satmışdır. Yanvar ayının 7-də onun əməli aşkar olunmuş və o hər şeyi etiraf etmişdir. Törətdiyi əməldən səmimi peşmandır, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etmiş, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 Məhdud Məsliyyəlli Cəmiyyətin istehsal bölməsinin rəisi vəzifəsində işləyir. 2021-ci ilin yanvar ayının 5-də onlara məlum olmuşdur ki, Cəmiyyətin anbarından hər kisəsi 18 kiloqram olmaqla 16 kisə 288 kiloqram və 1 kisə 50 kiloqram fındıq yoxdur. Həmçinin hər kisəsi 18 kiloqram olmaqla 180 kiloqram fındıq da anbardan çıxarılıb kənara qoyulmuşdur. Onlar kameralara baxdıqda görmüşlər ki, yanvar ayının 2-də və 3-də Mühafizəçi Yusuf anbardan çıxarıb kənara yığmış və elə həmin günlərdə də sonuncunun yanına gələn avtomobilə yükləyib yola salmışdır. Belə ki, oraya gələn avtomobildə 2 şəxs olmuşdur. Lakin 10 kisə ayrı bir yerdə qalmışdır. Bundan sonra Yusufu çağırıb bunun nə olduğunu soruşduqda, sonuncu bildirmişdir ki, anasının ağır xəstəliyi ilə bağlı cərrahiyyə əməliyyatına ehtiyac olduğundan bu hərəkəti etmişdir. Həmçinin digər 2 nəfərdən birinin qardaşı Ülvi, digərinin isə tanışları Emin adlı şəxs olduğunu demişdir. Belə ki, Yusufun deməsinə görə sonuncu qardaşı və tanışı Eminə demişdir ki, guya həmin fındıqları Cəmiyyətdən alıbmış və gəlib aparsınlar. Yəni qardaşı Ülvi və tanışları Eminin onun oğurluq etməsindən xəbərlərinin olmadığını demişdir. Sonradan Yusuf qardaşı Ülvinin idarə etdiyi avtomobillə Cəmiyyətə gələrək etdiyi hərəkətə görə peşimançılıq keçirdiyini bildirərək Cəmiyyətə dəymiş ziyan olan 3380 manatı tam olaraq ödəmişdir. Həmçinin ifadəsində mühafizəçilərin anbara girmək səlahiyyətlərinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-də mühafizəçi işləmiş qardaşı Təqsirləndirilən şəxs 02 yanvar 2020-ci il tarixdə dəqiq xatırlamadığı saatda ona zəng vuraraq Emin adlı şəxslə də danışdığını, iki nəfər şəxsin ona fəhlə kimi lazım olduğunu və onun iş yerinə gəlmələrini demişdir. Qardaşı Yusuf ona demişdir ki, şirkətdən kilosunu 5 manata fındıq almış, üzərinə bir neçə manat qoyub satacaqdır. Bundan sonra, Əmircan qəsəbəsində yerləşən «Univermaq»ın qarşısında qardaşı Yusufun əvvəlcədən telefon vasitəsi ilə danışdığı Emin adlı şəxsi də idarə etdiyi VAZ-21015 markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomaşına götürərək birlikdə Yusufun işlədiyi şirkətin qarşısına getmişdir. Yusufla görüşdükdə, qardaşı malların həyətin digər tərəfində olan anbarda olmasını göstərmiş o, kisələrin o qədər məsafədə daşınmasını mümkünsüz görüb, avtomaşınla arxa giriş qapısı tərəfdən gəlməyi fikirləşmiş və avtomaşına qayıdaraq arxa girişdən həyətə daxil olan zaman mühafizəçi qardaşı Yusuf onun gələcəyini bildirdiyindən heç nə soruşmadan onu həyətə buraxmışdır. Bundan sonra o, avtomaşınla qapıları açıq olan anbarın qarşısına yaxınlaşaraq Eminlə birlikdə 10 kisə fındıqları avtomaşının yük yerinə yığmışdır. Avtomaşına kisələri yığdıqdan sonra avtomaşınla həyətdən çıxmış, həmin zaman Emində onıınla həyətdən avtomaşınla çıxmışdır. Bundan sonra birlikdə yaşadığı həyətə gələrək avtomaşında olan kisələri Yusufun evinin qarşısına həyətə boşaltmışlar. Səhərisi gün yenə o, Eminlə birlikdə Yusufun zənginə əsasən dəqiq xatırlamadığı axşam saatlarında Yusuf üçün dönər alıb şirkətin qarşısına gələrək həyətə daxil olmuş və açıq hava altında yığılmış 7 kisə fındıqları avtomaşına yükləyərək yenə də həmin yükləri Yusufun evinin qarşısında tapışırığına əsasən həyətə boşaltmışlar. Yusuf ona və Eminə bildirmişdir ki, hər birinə zəhmət haqqı kimi hər dəfə üçün 15 manat, yəni hərəsinə 30 manat verəcəkdir. Lakin sonradan məlum olmuşdur ki, Yusuf oradan malı icazəsiz götürmüş, buna görə də əlində qalan malları və satdığı malların pullarını fabrikə qaytardığı üçün onların pulunu verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, ailəsini dolandırmaq üçün fəhləlik ilə məşqul olmuşdur. 02 yanvar 2021-ci il tarixdə Yusuf ona zəng edərək fəhlə kimi iş olmasını və pul qazanmaq istəyib-istəməməsini soruşmuşdur. Sonuncu ilə razılaşmış və saat təxminən 20-21 radələrində Ülvi ilə Əmircan qəsəbəsində görüşmüş və Yusufun iş yerinə getmişlər. Yolda Ülvi ona bildirmişdir ki, anbarda fındıq var, guya qardaşı almış və həmin fındıqları yükləmək lazımdır. Onar Yusufun iş yerinə gəlmişlər, Ülvi maşınla arxa girişdən həyətə daxil olmuş və o fəhlə kimi 10 kisəni avtomaşına yüklədikdən sonra Ülvi ilə birlikdə həyətdən çıxaraq kisələri gətirib Yusufun evinin qarşısına boşaltmışlar. 3 yanvar 2021-ci il tarixdə yenə də Ülvinin zənginə əsasən sonuncu ilə birlikdə anbarın həyətinə gelərək 6 kisəni avtomaşına yükləmiş və həmin kisələri də Yusufun evinin qarşısına boşaltmışdır.Yusuf ona və Eminə bildirmişdir ki, hər birinə zəhmət haqqı kimi hər dəfə üçün 15 manat, yəni hərəsinə 30 manat verəcəkdir. Lakin sonradan məlum olmuşdur ki, Yusuf fındığı icazəsiz götürmüş və buna görə də qalan fındığı və satdığı fındığın pullarını fabrikə qaytardığı üçün onların pulunu verməmişdir. İşdə olan «CD» diskində olan «Videogörüntüyə baxış keçirilməsi haqqında» 21 mart 2021-ci il tarixli protokoldan görünür ki, diskdə olan görüntü 02 yanvar 2021-ci il tarixdə saat 20.07-dən 20.16-dək olan müddət kəsiyini əks etdirir. Həmin görüntülərə əsasən Zərərçəkmiş şəxs2 Məhdud Məsliyyətli Cəmiyyətinə məxsus anbarın ərazisinə avtomobilin daxil olması, daxil olma saatının 20.07-də və anbarın ərazisini tərk etməsi isə saat 20.16nı əhatə edir. Bununla da əraziyə daxil olan avtomobil Təqsirləndirilən şəxs tərəfindən gizli talama yolu ilə ələ keçirdiyi fındıqların təşkil edərək ərazidən avtomobillə çıxarılması anı öz əksini tapır. İşdə olan «Hadisə yerinə baxış keçirilməsi barədə» 11 mart 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 5ci köndələn küçəsində yerləşən Zərərçəkmiş şəxs2 Məhdud Məsliyyətli Cəmiyyətinin anbarıdır. İşdə olan 11 yanvar 2021-ci il tarixli (ifadənin yerində yoxlanılması haqqında) Protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 5-ci köndələn küçəsində yerləşən Zərərçəkmiş şəxs2 Məhdud Məsliyyətli Cəmiyyətin anbarından 2 yanvar 2021-ci ildə, səhər saat 6.00da oradan 17 kisə fındıq oğurlayıb, anbarla üzbə-üz istifadəsiz yerə yığdığını və sonradan həmin günü və 3 yanvar 2021-ci ildə qardaşı Ülvi və tanışı Eminə zəng edib həmin fındıqları Cəmiyyətdən aldığını bildirib həyətlərinə apatdırmışdır. 3 yanvar 2021-ci ildə, axşam saat 22 radələrində yenə də həmin anbardan 10 kisə fındıq oğurlayıb yuxarıda qeyd etdiyi istifadəsiz yerə qoymuş, lakin əvvəlki cinayətlərinin üstünün açılmasından şübhələnmiş və fikrindən daşınmışdır. Lakin sonrakı vaxtlarda növbədə olan zaman imkan tapıb 10 kisə fındıqları yerinə qoya bilməmişdir. 7 yanvar 2021-ci ildə 2-ci günü növbədə olan zaman həqiqətən cinayətlərinin üstü açılmış və o da hər şeyi etiraf etmişdir. İşdə olan 23 mart 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə bir ədəd «CD» diski maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. İşdə olan Zərərçəkmiş şəxs2 Məhdud Məsliyyətli Cəmiyyətinin direktoru tərəfindən verilmiş ərizədən görünür ki, X3 tərəfindən MMC-yə vurulmuş maddi ziyanın əvəzi tam olaraq ödənilmiş, sonuncuya qarşı şikayət və tələb yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri aradan qaldıraraq barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut bir ədəd «CD» disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 42 iş saatı, cəmi 25 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 402 (dörd yüz iki) manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X1 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut bir ədəd «CD» disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs 67 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 402 (dörd yüz iki) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-178/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-178/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver