Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-178/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X4, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1981-ci ildə Sabirabad rayonu Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu, Qalağayın kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində Nizami Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 42-də yerləşən "xxxx" MMC-yə məxsus avtomobillərin saxlandığı əraziyə, həmin ərazinin əhatə olunduğu dəmir barmaqlıqlar ilə binanın arasında olan keçiddən keçməklə qanunsuz olaraq saxlanc yerinə daxil olaraq, ilk dəfə 29 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində həmin ərazidə dayanmış vəziyyətdə olan “Uaz Profi” markalı avtombillərdən üçünün kapotunu açmaqla həmin avtomobillərin hər birindən bir ədədinin qiyməti 145 manat olmaqla ümumi qiyməti 435 manat olan 3 ədəd akkumlyatoru, 30 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində eyni üsulla, həmin ərazidə dayanmış vəziyyətdə olan “Uaz Profi” markalı avtombillərdən üçünün kapotunu açmaqla həmin avtomobillərin hər birindən bir ədədinin qiyməti 145 manat olmaqla ümumi qiyməti 435 manat olan 3 ədəd akkumlyatoru, 03 oktyabr 2022-ci il tarixdə eyni üsulla, həmin ərazidə dayanmış vəziyyətdə olan “Uaz Profi” markalı avtomobillərdən üçünün kapotunu açmaqla həmin avtomobillərin hər birindən bir ədədinin qiyməti 145 manat olmaqla ümumi qiyməti 435 manat olan 3 ədəd akkumlyatoru, 04 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində eyni üsulla, həmin ərazidə dayanmış vəziyyətdə olan 01 ədəd “Uaz Profi” markalı avtomobilin kapotunu açmaqla həmin avtombildən 01 ədəd 145 manat qiymətində akkumlyatoru, sonuncu dəfə 05 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində eyni üsulla, həmin ərazidə dayanmış vəziyyətdə olan 01 ədəd “Uaz Profi” markalı avtombilin kapotunu açmaqla həmin avtombildən 01 ədəd 145 manat qiymətində akkumlyatoru, ümumilikdə isə "xxxx" MMC-yə məxsus “Uaz Profi” markalı avtomobillərə aid 1595 manat qiymətində 11 ədəd akkumlyatoru vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talmaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 1595 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə 10 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində, ünvan 1 ünvanın yaxınlığında yolun kənarında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus **-RP-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilin hər birinin qiyməti 200 manat olmaqla ümumi qiyməti 400 manat olan iki ədəd ön farasını, hər birinin qiyməti 200 manat olmaqla ümumi qiyməti 400 manat olan iki ədəd arxa farasını, hər birinin qiyməti 100 manat olmaqla ümumi qiyməti 200 manat olan sağ və sol güzgüsünü, 01 ədəd 200 manat qiymətində qabaq buferini, 01 ədəd 100 manat qiymətində su radiatorunu, 01 ədəd 500 manat qiymətində kondisoner kompressorunu, 550 manat qiymətində monitorun da daxil olduğu şitin orta korpus hissəsi istisna olmaqla ön panelini, 100 manat qiymətində 01 ədəd ehtiyyat təkərini, 01 ədəd 50 manat qiymətində qaldırıcısını və 01 ədəd 60 manat qiymətində sağ arxa şüşəsini, 12 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində həmin avtomobilin 140 manat qiymətində şitin orta korpus hissəsi ilə birlikdə monitorunu və 250 manat qiymətində ön kapotunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 2950 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 1,527 qram çəkidə narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış, 14 oktyabr 2022-ci il tarixdə saat 19:10 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİnin 23-cü Polis bölməsinə gətirilmiş, bölmənin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə 1,527 qram çəkidə, qəhvəyi rəngli, tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.2., 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittahamda özünü təqsirli bilərək bildirmişdir ki, narkotik vasitə almaq üçün Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən "xxxx" adlı avtmobil satış mərkəzinin həyətində, park halında olan 11 ədəd avtomobildən 11 ədəd akkumlyatoru oğurlayaraq müxtəlif yerlərə müxtəlif qiymətlərə satmışdır. Bundan başqa o, 10 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində və 12 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsində küçədə dayanmış vəziyyətdə olan bir ədəd göy rəngli “Kia” markalı avtomobilin ehtiyyat hissələrini oğurlamışdır. 14 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 42 ünvanının yaxınlığında olarkən iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Nizami RPİ-nin 23-cü PB-yə dəvət etmiş, o da öz növbəsində onlarla birlikdə 23-cü PB-nə getmiş, bölmədə xidməti otaqların birində təhiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, öz xahişi əsasında ona müdafiəçi təyin edilmişdir. Daha sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərinə baxış keçirilmiş, ilk öncə ona hüquqları izah edildikdən sonra üzərində daşıdığı qanunsuz əşyaları təhvil verməsi təklif edilmiş, bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd bükümdə olan narkotik vasitəni təqdim etmişdir. Əməlindən səmimi peşman olmasını, himayəsində 2 uşağının olmasını, zərərçəkmişə dəymiş ziyanın qismən ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, **-RP-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobil onun qohumu X2 məxsus olsa da həmin avtomobil ilə bağlı ona baş mülki etibarnamə verilmiş və beləkliklə həmin avtombildən edilmiş oğruluq nəticəsində maddi ziyan ona dəymişdir. **-RP-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilin mühərrikində nasazlıq olması ilə əlaqədar həmin avtombili Oktay Vəliyev küçəsində saxlamışdır. Sonuncu dəfə 09 oktyabr 2022-ci il tarixdə avtomobilə baxış keçiriərkən avtomobildə oğruluq faktı ilə bağlı əlamət hiss etməmişdir. 12 oktyabr 2022-ci il tarixdə ona məlum olmuşdur ki, ona məxsus həmin avtomobildən oğurluq edilmişdir. Belə ki, həmin avtomobildən hər birinin qiyməti 200 manat olmaqla ümumi qiyməti 400 manat olan avtomobilin iki ədəd ön farası, hər birinin qiyməti 200 manat olmaqla ümumi qiyməti 400 manat olan iki ədəd arxa fara, hər birinin qiyməti 100 manat olmaqla ümumi qiyməti 200 manat olan sağ və sol güzgü, 200 manat qiymətində qabaq bufer, 100 manat qiymətində su radiatoru, 500 manat qiymətində kondisoner kompressoru, 550 manat qiymətində monitorun da daxil olduğu şitin orta korpus hissəsi istisna olmaqla ön panel, 140 manat qiymətində şitin orta korpus hissəsi ilə birlikdə monitor, 250 manat qiymətində ön kapot, 100 manat qiymətində 01 ədəd ehtiyat təkər və 50 manat qiymətində 01 ədəd qaldırıcı və 60 manat qiymətində sağ arxa şüşə oğurlanmışdır. Beləliklə, ona 2950 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirlən şəxslə barışmış, hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, "xxxx" MMC- nin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 42-də yerləşən avtosalonunun satış meneceri vəzifəsində çalışır. Burada “Uaz” markalı müxtəlif avtombillərin satışı həyata keçirilir. Həmin salonun əsas binasından əlavə yan tərəfində xüsusi dəmir barmaqlıqlarla mühafizə olunan avtomobillərin saxlandığı meydança vardır. xx.xx.2022-ci il tarixdə həmin avtomobil salonunun həyətində olarkən salonun həyətində saxlanmış vəziyyətdə olan 11 ədəd “Uaz Profi” markalı avtomobili yoxlamaq üçün işə salmağa çalışmışlar, bu zaman avtomobilin işə düşmədiyini görmüşlər, digər avtomobilləri də eyni formada yoxlayarkən həmin avtomobillərin işləmədiyini müəyyən etmişlər, həmin vaxt avtomobillərin bir-bir kapotalarını açıb baxarkən avtomobillərin akkumlyatorlarının yerində olmadığını görmüşlər. Beləliklə, 11 ədəd “Uaz Profi” markalı avtomobilə məxsus akkumlayatorların oğurlandığı ona məlum olmuşdur. O, bildirmişdir ki, hər bir akkumlyatorun qiyməti 145 manat olduğundan 11 ədəd akkumlyatorun oğurlanması nəticəsində "xxxx" MMC-yə 1545 manat maddi ziyan dəymişdir. Hal-hazırda oğurlanmış akkumlyatorların dəyəri işçilərin əmək haqqısından tutulsa da, hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun işlədiyi Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən metal qəbulu məntəqəsinə gəlmiş, Tır qarajında işlədiyini, özündə iki ədəd akkumlyator olduğunu və satmaq istədiyini bildirmiş, o da Təqsirləndirilən şəxs ilə razılaşıb həmin akkumulyatorları baxması üçün gətirməyini bildirmişdir. Təqribən bir saatdan sonra o, adı ona sonradan məlum olan X3 ilə birlikdə, hərəsinin əlində bir akkumlyator olmaqla gəlmişlər. O, həmin akkumlyatorları metal kimi qəbul edəcəyini bildirmiş və onları tərəziyə qoymuş və hər akkumlyatora görə Təqsirləndirilən şəxs xatırlamadığı miqdarda pul ödəmişdir. Daha sonra onlar oranı tərk edib getdilər. Bir müddət sonra polis əməkdaşları gələrək Təqsirləndirilən şəxs adlı şəxsin şəkilini göstərib ondan akkumlyator alıbalmadığını soruşmuş, o da müsbət cavab verib akkumlyatorları polisə təqdim etmişdir. Həmin akkumlyatorların oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, "xxxx" MMC-də fəhlə vəzifəsində işləyir. Onun işi müəyyən fəhlə işlərini görməkdən ibarətdir, bununla yanaşı gecələr həmin müəssisədə qalıb həmin müəssisənin mühafizəsini təşkil edir. Onunla yanaşı, Şahid3 da eyni işləri görürür. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin həyətində saxlanmış vəziyyətdə olan 11 ədəd “UAZ” profi markalı avtomobili işə salarkən onların işə düşmədiyini görmüş, avtomobillərə baxış keçirən zaman məlum olmuşdur ki, həmin 11 ədəd avtomobilin üzərində olan 11 ədəd akkumlyator yerində yoxdur. Bu zaman həmin avtomobillərin üzərində olan akkumlyatorların oğurlanması onlara məlum olmuşdur. Həmçinin, zərərçəkmiş şəxsə dəymiş zərərin onların əmək haqqısından tutulduğunu bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid6 oğlu ifadəsində bildirmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə “Emin” adlı şəxsin narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradıldı. Keçirilən əməliyyat tədbirləri nəticəsində “Emin” adlı şəxsi 14 oktyabr 2022-ci il tarixdə tarixdə saat 19:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 42 ünvanının yaxınlığında saxlayıb ona özlərini təqdim etmiş, bu zaman həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Nizami RPİ-nin 23-cü polis bölməsinə dəvət etmişlər. Bir qədər sonra xidməti otaqda Emin Novruzovun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və predmetləri olduğu təqdirdə təhvil verməsi təklif edilmiş, bu təklifdən sonra o, əynində olan şalvarın cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükümdə olan maddəni Yasamal rayonu ərazisindən 20 manat qarşılığında şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid5 Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təqribən 4-5 aydır ki tanıyır onunla münasibətləri normaldır. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs oğurluq etməsindən məlumatsız olmuşdur. Emin ona hansısa avtomobil şirkətinin qarajında işlədiyini bildirmişdir və hərdən oradan onun əlinə yeni və işlənmiş akkumlyatorlar düşdüyünü qeyd edirmiş, bildirirəm ki, o, bir neçə dəfə Eminin xahişi ilə akkumlyatorarı onunla bilrikdə və tək UPD adlı ərazidə və Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən metal qəbulu məntəqəsinə satmışdır. Emin ona bildirirmiş ki, akkumlyatorları satanda yalandan hardasa işlədiyini deyib akkumlytorları alan şəxsləri inanıdırsın, əks halda alan şəxslər həmin əşyaların oğurluq olduğunu düşünüb almazlar. Bu səbəbdən də o, bəzən akkumlyatorları alan şəxslərə yalandan haradasa işlədiyini deyirmiş. Eminin şəxsiyyəti vəsiqəsi üzərində olmadığından o,öz şəxsiyyət vəsiqəsini təqdim edirmiş. O, Təqsirləndirilən şəxs törətdiyi oğurluqlarda bu və ya digər formada kömək etməmiş, onun oğurluq etməsindən məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs akkumlyatorları oğurluq yolu ilə əldə etdiyini bilmirmiş. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il trixli 6/5959 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdəki təmiz çəkisi – 1,527 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2022-ci il tarixli 7461 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7456 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ədəd göy metalik rəngli, 2007-ci il buraxılışlı, “Kia Rio” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid kapotun qiyməti təxminən 120,00 manat, ədəd monitorun qiyməti isə ( şitin orta korpus hissəsi ilə birlikdə)- 140 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8745 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Rigel 5 12V100Ah 840A” markalanma yazısı olan akkumlyatoun istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 70 manat müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan AA2925261 seriyalı VƏ AA ******* seriyalı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il və xx.xx.2011-ci il təvəllüdlü 2 uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanı ödəməsini və həmin zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi hesab edilən narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə şəxsi axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd göy metalik rəngli, 2007-ci il buraxılışlı, “Kia Rio” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid kapot və 01 ədəd şitin orta korpus hissəsi ilə birlikdə Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalı və 01 ədəd “Uaz Profi” markalı avtomobilə məxsus 01 ədəd akkumlyator zərərçəkmiş şəxs "xxxx" MMC-yə qaytarılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 03 ay (bir il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il (iki il) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 09 ay (iki il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc-cəmi 192 (yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,477 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd göy metalik rəngli, 2007-ci il buraxılışlı, “Kia Rio” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid kapot və 01 ədəd şitin orta korpus hissəsi ilə birlikdə Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Uaz Profi” markalı avtomobilə məxsus 01 ədəd akkumlyator zərərçəkmiş şəxs "xxxx" MMC-yə qaytarılsın. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-178/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-178/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver