Məhkəmə qərarları › İş №1(007)-178/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-178/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-178/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda barəsində Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 03 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,281 qram, 0,196 qram və 0,213 qram, ümumi təmiz çəkisi 0,690 qram psixotrop maddə metanfetamini əldə etmiş, özündə saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 oktyabr 2024-cü il tarixdə saat 01:20 radələrində ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə gətirilmiş və həmin idarədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən kimyəvi tərkiblərinə görə aralarında eynilik təşkil edən 03 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,281 qram, 0,196 qram və 0,213 qram ümumi təmiz çəkisi 0,690 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs oğlu ona qarşı elan edilmiş ittiham ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, müxtəlif narkotik vasitələrdən istifadə etsə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hadisə baş verən gün polis əməkdaşları ona yaşadığı evin həyətində yaxınlaşmış, polis şöbəsinə təmin edilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən qeyd olunan narkotik vasitələr və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Lakin üzərindən aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi ona məxsus olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona məxsus telefon və mobil nömrəyə daxil olan zənglər və mesajlar barədə heç bir məlumatı yoxdur, heç kim ondan narkotik maddə almamış və o da narkotik maddənin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Nizami RPİ-nin X2 əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Nizami RPİ-nə "Məzahir” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı Məzahir adlı şəxsin tutulması istiqamətində əməliyyat qrupu təşkil olunmuşdur. Qəbul edilmiş qərara əsasən əməliyyat qrupunun üzvləri o və Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 təyin edilmişdir. Bundan sonra, xx.xx.2024-cü il tarixdə saat 01:20-də Nizami rayonu, R.Rüstəmov küçəsi 27 saylı ünvanın qarşısında "Məzahir” adlı şəxsə oxşayan bir nəfər kişini müşahidə edib, ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini ona təqdim edib, Nizami RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs özləri ilə birlikdə Nizami RPİ-nə gəlməli olduğu deyilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyib polsis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getməyə razılaşmışdır. Daha sonra Polis İdarəsinin xidməti otaqlarının birində baş təhqiqatçı, polis mayoru Tufan Şükürov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə edilməsindən ötrü özünün maddi imkanının olmadığını bildirdiyindən dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs dəvət edilərək ona təqdim edilmiş müdafiəçiyə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, o, vəkilinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılmasına etirazının olmadığını bildirmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və narkotik varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, kristal formasında, spesifik iyə malik olan psixotrop maddəyə bənzər kütləni və kiçik ölçülü, gümüşü rəngli elektron tərəzini, sol yan cibindən ağ rəngli "Xiaomi" markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əyşa aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş içərisində narkotik vasitəyə bənzər maddə olan bükümlə bağlı sual verdikdə sonuncu üzərində aşkar olunmuş maddəni "patı” kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2024cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu, üzdən tanımadığı İran İslam Respublikası vətəndaşından kartına pul köçürməklə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisindən götürdüyünü, üç ilə yaxındır ki narkotik vasitə istidadə etdiyini, və aldığı psixotrop maddəni isə öz pulunu çıxartmaq üçün başqa şəxslərə də satdığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə təhqiqatçı tərəfindən bir ədəd bükümdə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun özünün, onun vəkili və axtarışda iştirak edən polis əməkdaşları tərəfindən imzalanaraq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami Rayon Polis İdarəsinin X2 baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Şahid1 verdiyi ifadələr ilə eyni məzmunlu ifadə vermişdirlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 02 oktyabr 2024-cü il tarixli 3-16-16/2-6/4764 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün №162” möhür əksi, "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut...” və s. soyadlar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.281 qram; 0.196 qram; 0.213 qram; ümumi təmiz çəkiləri 0.690 qram (1-3 №-li oby.) ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 03 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd elektorn tərəzinin üzərinə psixotrop maddə - metamfetaminin izləri müəyyən edilmişdir. Tərəzinin üzərində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 14 noyabr 2024-cü il tarixli 7271 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs PSİXOSİMULYATORLARİN qəbulu edilməsi nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclası zamanı cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefon nömrəsinin 01 yanvar 2024-cü il tarixdən 03 oktyabr 2024-cü il tarixədək zənglər, abunəçilər siyahısı, əhatə dairəsi, SMS mətnləri məlumatlar əks olnumuş "Bakcell” MMC-dən 24 oktyabr 2024-cü il tarixli, BKC/LGL- 13298/24 nömrəli müşayiət məktubu əsasında alınmış bir ədəd diskə baxış keçirilərkən həmin mobil nömrəyə "Bratka 2 dene 10 kol varsa 1 damci pat vere bilersen ??” "Mezi 2 dene 10 kola. Birdamci pati qoy onun yanina bratka 5 deq catira" "gelirem men 20 fanta 20 kola" "Kola var 30 lazimdı" "Nefcilerdeyem sene bir karopka sey verecem mene biraz kola birazda das ver ac teleni senol ciddiyem...." və sair narkotik vasitənin satışla bağlı mesajlar aşkar edilmişdir. Məhkəmə iclası zamanı cinayət işi materiallarına əlavə edilmiş CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən üç ədəd bükümü və bir ədəd elektron tərəzini, həmiş şalvarın sol yan cibindən ağ rəngli "Xiaomi” markalı mobil telefonu təqdim etməsi müəyyən olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi, iş materiallarına əlavə edilmiş mesaj mətnləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarına əlavə edilmiş AR DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu müəyyən edilməmişdir. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə saat 01:20-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlbetmə barədə qərar saat 10:40-da ona elan edilmişdir. xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam”qətimkan tədbiri seçilmişdir. Beləliklə 2 gün müddətində şübhəli şəxs qismində saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs axtarışda olan şəxs qismində tutulmuş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin qalığı və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və "xxxx"MMC-dən əldə olunmuş 1 ədəd CD cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs ilə bağlı aparılmış ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 04 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc – 110 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 3 ədəd bükümdə ümumi qalıq çəkisi 0,690 qram psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və "xxxx"MMC-dən əldə olunmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar