Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-179/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanında tanışı X3 20 manat pul verib sonuncudan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 0,171 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlayaraq daşımış, Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı 16 fevral 2021-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami RPİ-nə gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən “Rothmans” markalı siqaret qutusunun içərisində 02 ədəd bükümdə tərkibindəki komponentlərinə görə və xarici əlamətlərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,077 qram və 0,094 qram olan ümumi təmiz çəkisi 0,171 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, qanunsuz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə 29 dekabr 2021-ci il tarixdə saat 14 radələrində ünvan 5 ünvanında Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib onun sol əlində olan pul kisəsini dartıb almaqla sonuncunu yerə yıxaraq Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən burnun uc hissəsinin və sol dizin sıyrıqları xəsarətlərini yetirib, içərisində 20 manat pul olan 100 manat dəyərində, üzərində “Prada” yazısı olan qara rəngli pul kisəsini açıq talayaraq Zərərçəkmiş şəxs 120 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Polis əməkdaşları onu təxminən 2021-ci ilin fevral ayında Q.Qarayev prospektində saxlayıb polis idarəsinə aparmışlar. Polis İdarəsində üzərinə baxış keçirilən zaman üzərindən iki büküm narkotik vasitə olan “kokos” aşkar edilmişdir. Bundan başqa 29 dekabr 2021-ci il tarixdə saat 12-13 radələrində Q.Qarayev prospektində “Bazarstore” mağazasının yaxınlığında Zərərçəkmiş şəxs yolu keçərkən əlindən pul kisəsini alaraq qaçmışdır. Zərərçəkmiş şəxsin yıxıldığını görməmişdir. Pul kisəsində 10 manat pul olmuşdur. Hadisədən 2 saat sonra polis əməkdaşları onu saxlamışlar. O, soyğunçuluq cinayətini törədərkən özündə olmamış, ağrıları olmuşdur. Zərərçəkmiş şəxsdən üzr istəyir. Törətdiyi əməllərindən çox peşmandır. Məhkəmədən himayəsində 2 azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “Bazarstore” mağazasının qarşısına çatan zaman bir nəfər şəxs onun arxa hissəsindən əlində olan pul kisəsini dartaraq oradan uzaqlaşmışdır. O, üzü üstə yerə yıxılmış, burun nahiyəsindən və dizlərindən xəsarət almış, burnundan qan açılmışdır. Hadisədən sonra o, iki ay ərzində hərəkət edə bilməmişdir. Ona ümumilikdə 120 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını, onu bağışladığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirmiş, təqsirləndirilən şəxsin uşaqlarını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin sabiq baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nə “Elçin” və “Orxan” adlı şəxslərin narkotik vasitə istifadə etmələri ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Elçin Seyxanov şübhəli şəxs kimi saxlanılaraq Nizami RPİ-yə gətirilmişlər. Nizami RPİ-də X1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Elçin Seyxanova axtarışın videoçəkiliş vasitəsilə aparılması bildirilmiş, o, axtarışın videoçəkiliş vasitəsi ilə aparılmasından imtina etdiyindən üzərində axtarış hal şahidlərinin iştirakı ilə aparılmışdır. Axtarış zamanı Elçin Seyxanovun üzərindən qadağan edilmiş heç nə aşkar olunmamışdır. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən 2 ədəd bükümü çıxardıb təqdim etmiş, içərisində narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün Elçindən aldığını bildirmişdir. İş üzrə Şahid5 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, xidməti iş yerini Xaçmaz RPŞ-yə dəyişdiyi üçün məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid5 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Nizami RPİ-nə “Elçin” və “Orxan” adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələr əldə etmələri, qəbul etmələri və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat RPİ-nin rəhbərliyinə məruzə edilmiş, müvafiq əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. “Elçin” və “Orxan” adlı şəxslərin şəxsiyyəti və ünvanı dəqiqləşdirildikdən sonra 16 fevral 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı həmin gün saat 23 radələrində əməliyyat qrupu tərəfindən X4 və Təqsirləndirilən şəxs ünvan 2 ünvanında şübhəli şəxs kimi saxlanılaraq Nizami RPİ-nə gətirilmişlər. Polis İdarəsinin inzibati binasında əvvəlcə X1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl X3 hüquqları izah edilmiş və ona axtarışın videoçəkiliş vasitəsilə aparılması bildirilmişdir. X4 axtarışın videoçəkiliş vasitəsilə aparılmasından imtina etmiş, bu barədə protokolda müvafiq qeyd edilmişdir. Bundan sonra Elçin Seyxanova üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etməsi təklif olunmuş, Seyxanov Elçin üzərində və bədənində qadağan edilmiş heç nə olmadığını bildirmişdir. Onun üstündə axtarış aparılmış, əynindəki göy rəngli şalvarının arxa cibindən şəxsiyyət vəsiqəsi, Baxşalı Nəsibliyə məxsus “Turan Bank”a aid plastik kart, 110 manat pul, qara rəngli gödəkçəsinin sağ cibindən kibrit qutusu, şalvarının arxa sağ cibindən 35 manat pul, “Samsung” markalı mobil telefon aşkar edilmiş, lakin üzərində qanunla qadağan edilmiş heç bir maddə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Elçin Seyxanov 16 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanında Orxan adlı tanışına 2 ədəd kağız bükümdə narkotik vasitə verdiyini, Orxan adlı tanışının isə əvvəldən ona borclu olduğu 35 manat pul verdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs kimi RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən göy rəngli “Rothmans” siqaret qutusunun içərisində olan 2 ədəd bükümü təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, təqdim etdiyi 2 ədəd bükümdə olan narkotik vasitə heroini 16 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanında Elçin adlı şəxsdən 20 manat pul verib özü istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli, toz halında, spesifik iyə malik olan maddə sübut əhəmiyyətinə malik olduğundan götürülərək zərfə qoyulub qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən sübut əhəmiyyəti ola biləcək heç nə aşkar edilməmiş, bu barədə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 istintaq zamanı Şahid5 ilə oxşar məzmunda ifadə vermişdir. İş üzrə Şahid6 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmiş, işi ilə əlaqədar məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid6 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, 29 dekabr 2021-ci il tarixdə Nizami rayonu, Özbəkistan küçəsi 14 ünvanının yaxınlığındakı kafeyə nahar etmək üçün getmiş, qeyd olunan ünvanda olan zaman bir nəfər qadının qışqırdığını eşitmiş və həmin tərəfə baxdıqda həmin şəxsin yerdə olduğunu, ağzının və burnunun qan içində olduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşaraq nə baş verdiyini soruşduqda qadın ona bir nəfər şəxsin onu itələyib yerə yıxaraq pul kisəsini əlindən aldığını demişdir. Bu zaman o, dərhal DİN-nin 102 xidmətinə özünə məxsus ***-***-**-** saylı mobil nömrədən zəng edərək bu barədə məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəldikdən sonra o çıxıb getmişdir. İş üzrə Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmiş, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 16 fevral 2021-ci il tarixdə saat 23 radələrində Nizami RPİ-nin əməkdaşları onu polis idarəsinə dəvət edərək şübhəli şəxs kimi polis idarəsinə gətirilmiş bir nəfər şəxsin üzərində axtarış aparılmasında hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. Polis idarəsinin inzibati binasında ondan başqa dəvət etdikləri 1 nəfər hal şahidinin də iştirakı ilə əvvəllər tanımadığı sonradan adını bildiyi X1 üzərində axtarış aparılarkən hal şahidi kimi iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl X3 hüquqları izah edilmiş və ona axtarışın videoçəkiliş vasitəsilə aparılması bildirilmişdir. X4 axtarışın videoçəkiliş vasitəsilə aparılmasından imtina etmiş, bu barədə protokolda qeyd edilmişdir. Bundan sonra Elçin Seyxanova üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Seyxanov Elçin üzərində və bədənində qadağan edilmiş heç nə olmadığını bildirmişdir. Bundan sonra onun üstündə axtarış aparılmışdır. Axtarış zamanı Elçin Seyxanovun əynindəki göy rəngli şalvarının arxa cibindən şəxsiyyət vəsiqəsi, Baxşalı Nəsibli adlı şəxsə məxsus “Turan Bank”a aid plastik kart, 110 manat pul, qara rəngli gödəkçəsinin sağ cibindən kibrit qutusu, şalvarının arxa sağ cibindən 35 manat pul, “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Şifahi sorğu zamanı Elçin Seyxanov 16 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanında Orxan adlı tanışına 2 ədəd kağız bükümdə narkotik vasitə verdiyini, Orxan adlı tanışının isə əvvəldən ona borclu olduğu 35 manat pulu verdiyini bildirmişdir. Bundan sonra polis işçiləri müvafiq protokol tərtib etmiş, tərtib edilmiş protokola o da imza etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - cinayət işlərinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin ibtidai istintaqı ********* nömrə altında aparılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - xx.xx.2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Nizami RPİ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən “Rothmans” siqaret qutusunun içərisində olan 2 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümün narkotik vasitə heroin olduğunu, xx.xx.2021-ci il tarixdə Nizami rayonu, M.X.Şərifli küçəsi, döngə 2 ünvanında Elçin adlı şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını bildirmişdir. - xx.xx.2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/688 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddi sübut” yazısı olan zərfdə, üzərində “Rothmans” yazısı olan siqaret qutusundakı 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,077 qr və 0,094 qr ümumi təmiz çəkisi 0,171 qram qəhvəyi rəngli tozşəkilli maddələr tərkiblərindəki komponentlərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Məmmədovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X5-Narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli, 2443 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicənin əks təsiri yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-457/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/294 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd üzərində “X8 1913” yazıları olan, qara rəngli, 19x11 sm ölçülü, süni dəri materialından olan pul kisəsinin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 5 manat müəyyən edilir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2021-ci il tarixli, 1103 saylı rəyin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər – burnun uc hissəsinin və sol diz oynağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə alınmaları istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdi, özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyil, lakin öz boyu hündürlüyündən yıxılması nəticəsində alınması istisna olunmur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan, Bakı şəhəri Nizami RPİ-nin Növbətçi Hissəsinin rəisi, polis polkovnik-leytenantı Vahid Cəfərov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, 01 ədəd üzərində “X8 1913” yazıları olan, qara rəngli, 19x11 ölçülü, süni dəri materialından olan pul kisəsi maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qəbzlə təhvil verilmiş, 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,171 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq hissəsi 0,131 qram Nizami RPİ-nin MSK-na qəbzlə təhvil verilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. - cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs dövriyyəsi qadağan edilən narkotik vasitə satmış X4 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - 01 ədəd “DVD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən göy rəngli siqaret qutusunun içərisində olan 2 ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümlərin içərisində narkotik vasitə “kokos” olduğunu, şəxsi istifadəsi üçün Elçin adlı tanışından 20 manata aldığını bildirmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər... 4. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır...
7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib saxlaması və zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib əmlakını açıq talayaraq soyğunçuluq etməsi özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,131 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd üzərində “X8 1913” yazıları olan, qara rəngli, 19x11 ölçülü, süni dəri materialından olan pul kisəsi Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 164 (bir yüz altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 100 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 600 (altı yüz) manat (100x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,131 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd üzərində “X8 1913” yazıları olan, qara rəngli, 19x11 ölçülü, süni dəri materialından olan pul kisəsi Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 164 (bir yüz altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 100 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 600 (altı yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Mətanət Hacıyeva