Məhkəmə qərarları › İş №1(007)-179/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-179/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-179/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X7 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, subay, işləməyən, İmişli şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2mış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində Baki şəhəri ünvan 3 ünvanda saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus Toyota Prius markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan şüşəsini daşla sındıraraq avtomobilə daxil olub bir ədəd 300 manat dəyərində avtomobilin monitorunu və bir ədəd 1400 manat dəyərində avtomobilin cərəyan blokunu gizli olaraq talayayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Baki şəhəri ünvan 4 ünvanda yerləşən «Oskar» şadlıq sarayında Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 600 manat dəyərində “Xiaomi Poco M3 Pro” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdardan artıq miqdarda, təmiz çəkisi 1.143 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 01 noyabr 2022-cı il tarixdə saat 15:45 radələrində Nizami RPİ-nin 24- cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanın qarşısında rayon ərazisində baş vermiş oğurluq cinayətində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 81B ünvanda yerləşən Nizami RPİ-nin 24cü PŞ-nə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1.143 qram, qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, narkotik vasitələrin aludəçisidir. xx.xx.2022-ci il tarixdə Nizami rayonu B.Çobanzadə küçəsində yerləşən “Oskar” şadlıq sarayına ofisiant kimi işə düzəlmiş, xx.xx.2022-ci il tarixdə işlədiyi şadlıq sarayında keçiriləcək toy məclisinə görə ofisiant yoldaşları ilə birlikdə masaları düzəldən zaman elektrik cərəyanına qoşulu olan “Poco M3 Pro” markalı mobil telefonu görüb hər kəsin başının qarışıq olmasından istifadə edərək həmin telefonu oğurlayıb restorandan çıxıb getmişdir. Həmin tarixdə oğurladığı «Xiaomi Poco M3 Pro» markalı mobil telefonu 20 yanvar metro stansiyasının yaxınlığında telefon mağazasına şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək 120 manata satmış, əldə etdiyi puldan 50 manata Yasamal rayonunda tanımadığı şəxsdən “kokos” deyilən heroin almışdır. Aldığı heroinin az miqdarını istifadə etmiş, xx.xx.2022-ci il tarixdə, saat 15:45 radələrində yaşadığı binanın qarşısında 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim etdikdən sonra polis əməkdaşları onun telefon oğurluğunda şübhəli olduğunu deyib 24-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində olarkən ona hüquq vəzifələri izah olunaraq hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunduqdan sonra üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. O da əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin bükülünün içərisində olan maddənin narkotik vasitə kimi tanınan “kokos” olduğunu qeyd etmişdir. Narkotik vasitələri mütəmadi qəbul edir, heç vaxt onun satışı ilə məşğul olmamışdır. Həmçinin digər epizod üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, “Toyota Prius” markalı maşından oğurluq etməmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X4 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 24 oktyabr 2022-ci il tarixdən etibarən bir həftə müddətində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən «Oskar» şadlıq sarayında ofisiant kimi işləmişdir. xx.xx.2022-ci il tarixdə işə getmiş, həmin gün ona verilmiş masanı hazır etdikdən sonra saat 16 radələrində işləri olduğu üçün özünə məxsus «Xiaomi Poco M3 Pro» markalı mobil telefonu elektrik cərəyanına qoşub işləri ilə məşğul olmuşdur. İşlərini qurtardıqdan sonra saat 17 radələrində mobil telefonunu götürmək istədikdə yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Bir müddət mobil telefonunu axtarsa da, tapa bilməmişdir. Həmin mobil telefon 1 il əvvəl anası tərəfindən 800 manata alınaraq hədiyyə edilmiş, hazırda dəyəri 600 manat təşkil edir. Həmin gün axşam işdən çıxdıqdan sonra evə gedən zaman mobil telefonunun oğurlanması barədə anası X6 məlumat vermiş, o isə bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hal-hazırda ona dəymiş zərər ödənilməmişdir, təqsirləndirlən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Nizami rayonu B.Çobanzadə küçəsində yerləşən «Oskar» şadlıq sarayandan Həmid Məmmədova məxsus «Xiaomi Roco M3 Pro» markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlanmasına dair ona həvalə olunmuş PB-nin baş təhqiqatçısı Coşqun Qədiməliyev tərəfindən verilmiş əməliyyat tapşırığını üzrə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qeyd edilən telefonun həmin şadlıq sarayanda işləmiş Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasına əsaslı şübhələr müəyyən edildiyindən Təqsirləndirilən şəxs Şöbəyə gətirilməsi üçün 01 noyabr 2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3la birlikdə C.ünvan 8 ünvanının qarşısında zahiri görünüşcə «Orxan» adlı şəxsə oxşar şəxsə yaxınlaşıb, özlərini təqdim edib, oğurluqda şübhəli bilindiyi üçün Bakı şəhəri Nizami RPİ- nə 24-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Prosessual sənədləşmə Şöbənin baş təhqiqatçısı, polis mayoru Coşqun Qədiməliyevə həvalə olunmuş, xidməti otaqların birində video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif olunmuş, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü masanın üzərinə qoyaraq təqdim etmiş və həmin bükümün içərisində «kakos» adı ilə tanıdığı narkotik vasitə olmasını, həmin gün Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 50 manata özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində heroinə bənzər kütlə sübut əhəmiyyətinə malik olduğundan götürülərək 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin, baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zaman Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, “Toyota Prius” markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobil ona məxsusdur və həmin avtomobili etibarnamə ilə dostu X3 idarə etməyə vermişdir. xx.xx.2022-ci il tarixdə dostu X8 ona zəng edərək bildirmişdir ki, avtomobili ustaya verdiyi zaman həmin gecəni avtomobil orada qalmış və həmin X8 avtomobilə baxmağa gəldiyi zaman aşkar etmişdir ki, avtomobildən bir ədəd 300 manat dəyərində monitor və 1400 manat dəyərində cərəyən bloku oğurlanmışdır. Həmin oğurluq nəticəsində ona 1700 manat miqdarda maddi ziyan dəymişdir. X8 xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə və ərizə ilə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət edərək, xx.xx.2022-ci il tarixdə saat 13:50- də ünvan 9 ünvanda yerləşən avto təmir yerinə etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avmobilin içərisindən bir ədəd monitor və cərəyan blokunun gizli yolla talanması barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar metrostansiyasıının yaxınlığında yerləşən mobil telefon mağazasında mobil telefonların alışı və satışı ilə məşğul olur. xx.xx.2022-ci ildə işlədiyi mağazaya tanımadığı şəxs gələrək mobil telefonunu satmaq istədiyini bildirmişdir. Həmin şəxsdən mobil telefonun özünə məxsus olmasını soruşan zaman həmin şəxs telefonun özünə məxsus olmasını və oğurluq olmadığını bildirmişdir. O, telefona baxaraq «Xiaomi Poco M3 Pro» markalı olduğunu və 120 manata alacağını söyləmiş, həmin şəxs razılaşmışdır. Bundan sonra həmin şəxsə 120 manat pul ödəyib telefonu almış və həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini də almışdır. Həmin şəxs mobil telefonun özünə aid olmasını qeyd edərək imza etmişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini təhqiqat zamanı izahatına əlavə etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/6342 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdəki təmiz çəkisi – 1,143 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 7756 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8541 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 3 hissəli hibrid batareya hüceyrə modulunun istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 60 manat, 2 ədədi 120 manat müəyyən olunur. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddləri ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR-sı CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinib, 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə vaxtından əvvəl şərti azad edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs əvvəlki cinayət üzrə məhkumluğu ödənilməmiş hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə saat 15:45-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)- 585/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansa da, cəzanın əvvəli şəxsin şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 01 noyabr 2022-ci il tarixdən hsablanmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, “Toyota Prius” markalı **-BG-*** DQN-lı avtomobilə aid 2 ədəd cərəyan blokunun sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay (bir il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc-cəmi 164 (bir yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,093 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 2 ədəd cərəyan blokunun sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X10 ödənilmək üçün 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar