Məhkəmə qərarları › İş №1(007)-179/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-179/2024

26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-179/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Qanuni nümayəndə, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – mülki cavabdeh xx xxxxx 1992-ci ildə Cəbrayıl rayonunun Qərər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Cəbrayıl rayonu, Qərər kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 20 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs oğluna guya Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətində tanışı olması barədə yalan məlumat verib Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə hasar çəkilməsi üçün icazə alınmasına kömək edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla 6 fevral 2023-cü il tarixdə, saat 10 radələrində ünvan 2 ünvanda yerləşən Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısında Zərərçəkmiş şəxs qohumu Şahid1 ilə göndərdiyi 2500 manat nağd pulu, həmin tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 5/6 nömrəli ünvanda yerləşən “Cəliloğlu” mağazasının qarşısında yenidən Zərərçəkmiş şəxs 500 manat, 11 fevral 2023-cü il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 5/6 nömrəli ünvanda yerləşən “Cəliloğlu” mağazasının qarşısında 1000 manat, 13 fevral 2023-cü il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 5/6 nömrəli ünvanda yerləşən “Cəliloğlu” mağazasının qarşısında 500 manat, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 4500 manat nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Zərərçəkmiş - mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia təqdim edərək ona vurulmuş 4500 manat məbləğində pulun və 66 manat dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, 2023-cü ilin fevral ayında Elçin ona müraciət edərək Zərərçəkmiş şəxs Binə qəsəbəsində olan torpaq sahəsində ev tikmək üçün icazə almağa köməklik etmək lazım olduğunu bildirmişdir. O da özünün Suraxanı Rayon İcra Hakimiyyətində tanışının olduğunu və bu işə kömək göstərə biləcəyini demişdir. Beləliklə o, Elçin və Vasif görüşərək ətraflı söhbət etdikdən sonra vaxt təyin edib birlikdə Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısına getmişlər. X3 İcra Hakimiyyətinin inzibati binasının qarşısında dayanmış, o isə binaya daxil olub bir azdan qayıdaraq tanışının işdə olmadığını bildirmişdir. Bundan 3-4 gün sonra o, Vasiflə əlaqə saxlamış və tanışı ilə razılaşdığını, 2500 manat pul müqabilində İcra Hakimiyyətindən razılıq arayışı alıb verəcəyini demişdir. Həmin vaxt Vasif onunla görüşməyə vaxtının olmadığını, lakin yeznəsi Şahid1 vasitəsi ilə pulu göndərəcəyini bildirmişdir. 06 fevral 2023-cü ildə Vasifin yeznəsi Əfqanla Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısında görüşmüş və o, Əfqandan 2500 manat pulu almışdır. Həmin vaxt müharibədən təzə çıxdığı üçün anlaqsız olmuş və pula ehtiyacı olmuşdur. Maştağada xəstəxanada qəbul etdiyi dərmanların təsiri altında olmuşdur. O, Elçin və Vasif gedib torpağa baxmışlar. İcra Hakimiyyətindən torpağın ona məxsus olmasını və adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmin torpaq onun adına olmuşdur, sonradan onun adından çıxartmışlar. Ev tikilib qurtardıqdan sonra onu məhkəməyə vermişlər. Zərərçəkmiş şəxs 2500 manatdan əlavə pul almamış, 2500 manatdan 1000 manat məbləğində pul İcra Hakimiyyətinin Azər adlı əməkdaşı tərəfindən Vasifin anasının kartına köçürülərək qaytarılmışdır. Göstərilənlərə əsasən, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi ərazisində sənədləri öz adına olan 8 sot torpaq sahəsi vardır. 2023-cü ilin fevral ayının əvvəlində həmin torpaq sahəsinə hasar çəkdirmək qərarına gəlmişdir. Həmin torpaq sahəsində tikinti aparmaq üçün rayon İcra Hakimiyyətindən müvafiq icazə almaq lazım olduğundan bununla bağlı o, qonşuluqda yaşayan X2 məlumat vermişdir. Elçin də Qoxmaz adlı tanışının olduğunu və Qorxmazın onun üçün icazə sənədi almaqda kömək edə biləcəyini demişdir. Beləliklə, onun xahişi ilə Elçin onu Qorxmazla tanış etmişdir. O, Elçin və Qorxmazla birlikdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısına getmişlər. İcra Hakimiyyətinin qarşısında Qorxmaz onlara gözləməyi bildirib, özü tək İcra Hakimiyyətinin inzibati binasına daxil olub bir neçə dəqiqədən sonra onların yanına qayıdaraq tanışının işdə olmadığını bildirmişdir. Təxminən 3-4 gün sonra Qorxmaz onunla əlaqə saxlayıb tanışı ilə danışdığını, 3000 manat pul müqabilində ona İcra Hakimiyyətindən müvafiq razılıq arayışı alıb verəcəyini bildirmişdir. Həmin vaxt onun Qorxmazla görüşməyə vaxtı olmadığından 06 fevral 2023-cü ildə yeznəsi Şahid1 2500 manat pul verib Qorxmaza çatdırmasını xahiş etmişdir. Əfqan da həmin gün, yəni 06 fevral 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısında Qorxmazla görüşüb orada Qorxmaza 2500 manat pul vermişdir. Bundan sonra 500, 1000, 500 manat olmaqla əlavə 2000 manat vermişdir. Pulu verəndə Qorxmaz və Elçin bir yerdə olmuşlar. Ona məxsus torpaq sahəsində tikinti aparmaq üçün İcra Hakimiyyətindən müvafiq icazə arayışı alıb verməsi üçün Qorxmaza ümumilikdə 4500 manat pul vermişdir. O, Qorxmaza 4500 manat pulu verdikdən sonra, yəni 2023-cü ilin fevral ayının ortalarında Qorxmaz onu arxayın etmişdir ki, tikintiyə başlaya bilər. O da həmin torpaq sahəsinin hasar tikintisinə başlamışdır. Lakin təxminən iki gün sonra Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən hasar sökülmüşdür. Bundan sonra o, Qorxmaza verdiyi 4500 manat pulu qaytarmasını tələb etmiş, lakin Qorxmaz müxtəlif bəhanələr gətirərək bu günə qədər də pulunu qaytarmamışdır. Məhkəmədən mülki iddianın təmin edilməsini, 4500 manat məbləğində pulun və 66 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdır. 06 fevral 2023-cü il tarixdə qaynı Vasif ona 2500 manat pul verib Təqsirləndirilən şəxs verməyini xahiş etmişdir. O, 06 fevral 2023-cü il tarixdə Elçin Ağayev və Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına getmişdir. Qorxmaz mobil telefonla kiməsə zəng etmiş və danışıb qurtardıqdan sonra tanışının iclasda olduğunu demişdir. Bundan sonra o, Elçin və Qorxmaz ilə birlikdə Suraxanı Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən kafelərin birində əyləşmişdir. Bir neçə dəqiqədən sonra Qorxmaz iclasın qurtardığını demiş və yenidən Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısına gəlmişlər. O, orada Vasifin ona verdiyi 2500 manat pulu Qorxmaza vermişdir. Qorxmaz pulu götürüb Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati binasına daxil olmuşdur. Təxminən yarım saatdan sonra Qorxmaz İcra Hakimiyyətindən çıxıb pulu lazım olan şəxsə verdiyini demişdir. Sonradan ona məlum olmuşdur ki, Qorxmaz bu məqsədlə Vasifdən ümumilikdə 4500 manat pul almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs dedikləri yalandır. Belə ki, onun istifadəsində yalnız pensiya kartı vardır. Pensiya kartlarına da məlum olduğu kimi hər hansı bir məbləğdə pul göndərilməsi mümkün deyildir. Bununla da Təqsirləndirilən şəxs yalan danışması məlum olur. Çünki Qorxmaz oğluna qarşı dələduzluq edərək oğlunun pulunu qaytarmaq istəmədiyindən bu cür yalan ifadə vermişdir. Qorxmaz onun oğluna məxsus torpaq sahəsinə hasar çəkdirmək üçün icazə sənədi alacağına vəd verib oğlundan ümumilikdə 4500 manat pul alaraq dələduzluq etmişdir. Həmin danışıqları Qorxmaz onun oğlu ilə aparmışdır. Belə ki, onun Qorxmazla heç bir danışığı olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata götürülmüşdür. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 1 ədəd yaddaş kartına baxış keçirilərkən müəyyən edilmişdir ki, Qorxmaz adlı şəxs tərəfindən Zərərçəkmiş şəxs göndərilmiş səs yazılarında və mesajlarda Qorxmazın torpaq məsələsi ilə əlaqədar sənədləşmə üçün pul almasını etiraf etməsi öz əksini tapmışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 1 ədəd yaddaş kartı sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən 2500 manatdan əlavə pul almamasına və 2500 manatdan 1000 manat məbləğində pulun zərərçəkmiş şəxsin anasının kartına köçürülərək qaytarılmasına dair ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 09 sentyabr 2023cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, 2500 manat miqdarında cərimə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmiş, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsinə əsasən 600 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. İş materiallarında olan hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Xocavənd, Füzuli və Cəbrayıl rayonu istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, döyüşlərdə yaralanmış və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs orqanizmin funksiyalarının 40% pozulmasına görə üçüncü qrup əlildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs Xocavənd, Füzuli və Cəbrayıl rayonu istiqamətlərində gedən döyüşlərdə iştirak etməsini, üçüncü qrup əlil olmasını və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla, onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 20 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cinayət işi üzrə sübut növü kimi tanınmış 1 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs 4500 manat və ödənilmiş 66 manat dövlət rüsumu, cəmi 4566 manat tutularaq zərərçəkmiş -mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 92 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 552 manat (92x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Qanuni nümayəndə dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 20 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 4500 manat, dövlət rüsumuna görə ödənilən 66 manat, cəmi 4566 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Cinayət işi üzrə maddi sübut olan bir ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmədə 92 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Qanuni nümayəndə 552 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar