Məhkəmə qərarları › İş №1(007)-18/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-18/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-18/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 (Eıubov Alı), Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 nümayəndəsi X4, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 20 avqust 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, işləməyən, ikinci qrup əlil, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ev 24, mənzil 14-də qeydiyyatda olmaqla yaşamış, 23 iyul 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 iyul 2019cu il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən haqqında axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş, 03 avqust 2021-ci il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 mart 2019-cu il tarixdə saat 20:22 radələrində ünvan 1 ünvanında yerləşən “Planet” şadlıq sarayında toy mərasimi keçirilən zala daxil olaraq, orada masa üzərində olan Gürcüstan Respublikasının vətəndaşı Eıubov Alıya (Zərərçəkmiş şəxs5) məxsus 1 ədəd, üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 1800 manat dəyərində **********71885 İMEİ kodlu “Samsung S9 Plus” markalı və 1 ədəd, üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 500 manat dəyərində **********13739 İMEİ kodlu “Samsung S7 Edge” markalı mobil telefonları gizli olaraq talayıb, zərərçəkmiş şəxs Alı Eıubova ümumillikdə 2310 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 12 mart 2019-cu il tarixdə saat 20 radələrində ünvan 2 ünvanda yerləşən “Xarı-Bülbül” şadlıq sarayında toy mərasimi keçirilən zala daxil olaraq, orada masa üzərində olan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd, üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 650 manat dəyərində **********30995 və **********31001 İMEİ kodlu “MİA 2” markalı və Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 520 manat dəyərində **********37647 İMEİ kodlu “LG” markalı mobil telefonları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 655 manat və Zərərçəkmiş şəxs2 ümumilikdə 525 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 26 mart 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişmələrində yerləşən “Ay işığı” şadlıq sarayında toy mərasiminin keçirildiyi zala daxil olaraq, orada masa üzərində olan Zərərçəkmiş şəxs6 məxsus 1 ədəd, üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 3000 manat dəyərində **********92372 və **********58755 İMEİ kodlu “iPhone XS Max” markalı və 1 ədəd, üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 300 manat dəyərində **********59359 və **********59367 İMEİ kodlu “Redmi 4X” markalı mobil telefonları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 ümumillikdə 3310 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 07 aprel 2019-cu il tarixdə saat 21:30 radələrində ünvan 3 ünvanında yerləşən “Hissa” şadlıq sarayında toy mərasiminin keçirildiyi zala daxil olaraq, orada masa üzərində olan Zərərçəkmiş şəxs10 məxsus içərisində 150 manat nağd pul vəsaiti, “Mak” firmasının 150 manat dəyərində kosmetik əşyaları və 200 manat dəyərində “Hyundai” markalı avtomobilə məxsus elektron açarı olan 100 manat dəyərində “LV” modelli qara parıltılı rəngli əl çantasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs10 ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 27 aprel 2019-cu il tarixdə saat 21 radələrində ünvan 4 ünvanda yerləşən “Sultan” şadlıq sarayında toy mərasimi keçirilən zala daxil olaraq, orada eyni masa üzərində olan Zərərçəkmiş şəxs8 məxsus 1 ədəd, üzərində hər birinin dəyəri 10 manat təşkil edən ***- ***-**-**, ***-***-**-** saylı mobil nömrələri olan 500 manat dəyərində **********60920 və **********35920 İMEİ kodlu “Nokia 5.1 Plus TA-1105 DS” markalı, Zərərçəkmiş şəxs9 məxsus 1 ədəd, üzərində dəyəri 10 manat təşkil edən ***-***-**-** saylı mobil telefon nömrəsi olan 300 manat dəyərində **********14249 İMEİ kodlu “Samsung A3” markalı, Zərərçəkmiş şəxs7 məxsus 1 ədəd, üzərində dəyəri 5 manat təşkil edən ***-***-**-** saylı mobil telefon nömrəsi olan 500 manat dəyərində **********74072 İMEİ kodlu “Samsung A3” markalı mobil telefonları gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs8 520 manat, Zərərçəkmiş şəxs9 310 manat və Zərərçəkmiş şəxs7 505 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 iyul 2019-cu il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında yerləşən “Planet” şadlıq sarayında toy mərasimi keçirilən zala daxil olaraq, orada masa üzərində olan Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd, üzərində hər birinin dəyəri 5 manat təşkil edən ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələr olan 1350 manat dəyərində **********3270/1 İMEİ kodlu “Samsung S7” markalı, Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd, üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 2381 manat dəyərində **********61168 İMEİ kodlu “İphone XS” markalı mobil telefonları gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs3 1360 manat və Zərərçəkmiş şəxs4 2386 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, himayəsində iki azyaşlı övladı var, onların hər ikisi qan azlığı xəstəliyindən əziyyət çəkir. Özü isə ürəyində yaranan xəstəlikdən ürək əməliyyatı keçirmişdir. Əvvələr işləsə də, sonradan işdən çıxmış və başqa iş tapa bilməmişdir. Maddi çətinlikləri olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 06 mart 2019-cu il tarixdə saat 20 radələrində o, Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən “Planet” şadlıq sarayına getmiş, orada olan masalara baxaraq masaların birində əyləşmiş kişinin masadan qalxaraq rəqs etməyə getdiyini görüb ətrafa baxaraq ona heç kimin nəzər salmamasını görüb masanın üzərində olan iki ədəd mobil telefon aparatlarını oğurlayaraq oradan çıxıb getmiş, yolda olarkən oğurladığı mobil telefon aparatlarının hər ikisinin “Samsung” markalı olduğunu görmüşdür. O, aparatların üzərindəki mobil nömrələri çıxararaq atmış, mobil telefon aparatlarını isə metronun “Neftçilər” stansiyasının yaxınlığında tanımadığı şəxslərə satmış, pulu ehtiyaclarına sərf etmişdir. 12 mart 2019-cu il tarixdə saat 20 radələrində o, Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən “Xarı-Bülbül” restoranına getmiş, orada olan masalara baxaraq masaların birində əyləşmiş iki qızın rəqs etmək üçün masanın arxasından qalxaraq getmələrini görüb ətrafa baxaraq ona heç kimin nəzər salmamasını görüb masanın üzərində olan bir ədəd “MİA” və bir ədəd “LG” markalı mobil telefon aparatlarını oğurlayaraq oradan çıxıb getmiş və mobil telefon aparatlarını metronun “28 May” stansiyasının yaxınlığında tanımadığı şəxslərə satmış, pulu ehtiyaclarına sərf etmişdir. O, 26 mart 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Ay işığı” şadlıq sarayına getmiş, şadlıq sarayına daxil olaraq bir müddət orada olan şəxsləri müşahidə etmiş, saat 21 radələrində masaların birinin arxasında əyləşmiş şəxsin masanın üzərində mobil telefon aparatlarını qoyub oradan ayrılmasını görüb öz mobil telefon aparatını qulağına tutaraq guya kiminləsə danışırmış kimi özünü apararaq masaya yaxınlaşmışdır. O, telefonunu qulağına tutmaqla ətrafda olan şəxslərin diqqətindən kənarda qalmaq istəmiş və masaya yaxınlaşaraq ətrafda olan şəxslərin, yəni istər həmin masa arxasında əyləşmiş və istərsə də digər masalar arxasında əyləşmiş şəxslərin başlarının qarışıq olmasından istifadə edərək masanın üzərində olan iki ədəd mobil telefon aparatlarını götürərək oradan çıxıb getmişdir. Sonradan mobil telefon aparatlarının “iPhone XS” və “Redmi” markalı olmasını bilmişdir. O, mobil telefon aparatlarının üzərlərindəki telefon nömrələrini çıxarıb sındıraraq atmış və həmin mobil telefon aparatlarını metronun “Neftçilər” stansiyasının yaxınlığında tanımadığı şəxslərə müəyyən məbləğə satmışdır. 07 aprel 2019-cu il tarixdə o, oğurluq etmək niyyəti ilə “Hissa” şadlıq sarayına getmiş və orada keçirilən toy mərasimi zalında bir nəfər qadının masadan qalxaraq uzaqlaşmasını görüb masaya yaxınlaşmış, qadının masasının yanında mobil telefon aparatı görməsə də, əl çantasının olmasını görmüş və çantanı heç kim görmədən götürərək oradan uzaqlaşmışdır. Çantada olan 150 manat pulunu götürmüş, qalan əşyaları isə çanta ilə birlikdə atmışdır. 27 aprel 2019-cu il tarixdə o, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki “Sultan” şadlıq sarayında keçirilən toy mərasiminə getmiş və saraya daxil olaraq masalar arxasında əyləşmiş şəxslərə nəzər saldıqda orada olan masaların birinin arxasında əyləşmiş şəxslərin yerindən qalxaraq masadan ayrılmalarını görüb yaxınlaşaraq ətrafa nəzər saldıqdan sonra, ətrafdan heç kimin ona baxmamasını görüb masanın üzərində olan “Nokia” və “Samsung” markalı mobil telefon aparatlarını götürmüş və saraydan çıxmışdır. O, həmin mobil telefon aparatlarını metronun “28 May” stansiyası yaxınlığında tanımadığı şəxsə sataraq əldə etdiyi pulu özünə sərf etmişdir. Bundan başqa, 14 iyul 2019-cu il tarixdə telefon oğurlamaq məqsədi ilə Nizami rayonu ərazisində yerləşən “Planet” şadlıq sarayına getmiş, saat 20:00 radələrində şadlıq sarayına daxil olmuş, içəridə foyedə dayanmış və ətrafa baxaraq vəziyyətlə əyani tanış olduqda orada toy məclisi təşkil edildiyini görmüşdür. Bir qədər sonra restorana daxil olmuş, toyun gedişinə baxan zaman görmüşdür ki, bəy və gəlin masasına yaxın stolda əyləşmiş tanımadığı adamlar əyləşdikləri masadan qalxıb rəqsə getmişlər. O, özünə məxsus mobil telefonu guya danışırmış kimi qulağına qoyub boş masaya yaxınlaşmış, heç kimin görmədiyinə əmin olmaq üçün sağa və sola baxıb masanın üzərində olan “iPhone XS” və “Samsunq S7” markalı mobil telefonları oğurlayıb şalvarının cibinə qoymuş, mobil telefonunu danışırmış kimi qulağına qoyub restoranın zalını tərk edib yaşadığı ünvana getmişdir. Təxminən 5-6 gün o, oğurladığı mobil telefonları evində saxlamışdır. 20 iyul 2019-cu il tarixdə günorta saatlarında polis əməkdaşları onu saxlayaraq 25-ci polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində o, oğurlamış olduğu həmin mobil telefonları könüllü təhvil vermişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, törətdiyi bütün oğurluq əməllərindən səmimi peşmandır, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın əksər hissəsini ödəmiş, maddi imkanı olmadığına görə ödəyə bilmədiyi digər hissələri zərərçəkmiş şəxslər ondan tələb etməmişlər. Özü ürək xəstəliyindən əziyyət çəkir, ikinci qrup əlildir, himayəsində iki azyaşlıı uşağı var, onlar da xəstədirlər. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 12 mart 2019-cu il tarixdə “Xarı-Bülbül” restoranında bacısı Zərnigarla birlikdə toy məclisində olarkən oynamaq üçün əyləşdikləri masadan qalxaraq səhnəyə tərəf getmişlər. Onlar oynamağa gedərkən o, özünə məxsus içərisində ***-***-**- ** saylı, 5 manat dəyərində mobil nömrə olan 650 manat dəyərində “MİA 2” markalı mobil telefon aparatını masanın üzərinə qoymuş və rəqs edib qayıtdıqda mobil telefon aparatının oğurlanmasını aşkar edib bu barədə şikayət etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 12 mart 2019-cu il tarixdə “Xarı Bülbül” restoranında bacısı Növrəstə ilə birlikdə toy məclisində olarkən oynamaq üçün əyləşdikləri masadan qalxaraq səhnəyə tərəf getmişlər, onlar oynamağa gedərkən o, özünə məxsus içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 520 manat dəyərində “LG” markalı mobil telefon aparatını masanın üzərinə qoymuş və rəqs edib qayıtdıqda mobil telefon aparatının oğurlanmasını aşkar edib bu barədə şikayət etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 (Eıubov Alı) ifadəsində göstərmişdir ki, 06 mart 2019-cu il tarixdə saat 20:22-də Nizami rayonunda yerləşən “Planet” şadlıq evinə toy məclisinə getmişdir. Bir qədər masa arxasında oturduqdan sonra duraraq rəqs etməyə getmişdir. O, rəqs edərək qayıtdıqda masanın üzərində qoyduğu, ona məxsus dəyəri 1800 manat olan, 5 manat dəyərində ***- ***-**-** saylı nömrə altında istifadə etdiyi “Samsung S9 Plus” markalı **********71885 İMEİ kodlu və dəyəri 500 manat olan “Samsung S7 Edge” markalı **********13739 İMEİ kodlu, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi mobil telefonlarının yerində olmadığını aşkar etmişdir. Qardaşının həyat yoldaşından kimin mobil telefonları götürdüyünü soruşduqda, o, digər şəxslərlə söhbət etdiyindən görmədiyini bildirmişdir. O, toy məclisində olduğu “Planet” şadlıq sarayının kamera otağına, kamera görüntülərinə baxmaq üçün müraciət etmiş, kamera görüntülərinə baxdıqda telefonları bir nəfər toyda iştirak etməyən qırmızı gödəkcə geyinmiş şəxsin oğurladığı görünmüşdür. Bundan sonra DİN-nin 102 xidməti ilə əlaqə saxlayaraq hadisə ilə bağlı məlumat vermişdir. Zərərçəkmiş şəxs5 (Eıubov Alı) məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir, ailə vəziyyətini nəzərə alaraq, dəymiş ziyanı ondan tələb etmir, barışmışdır, ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 27 aprel 2019-cu il tarixdə Nizami rayonunda yerləşən “Sultan” şadlıq sarayında keçirilən toy mərasimində iştirak etmişdir. Toyda rəqsə dəvət olunduğundan masadan qalxdıqda özünə məxsus, üzərində hər birinin dəyəri 10 manat olan ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələri olan bir ədəd 500 manat dəyərində “Nokia 5.1 Plus TA-1105 DS” markalı mobil telefon aparatını masanın üzərinə qoymuşdur. Rəqs edib qurtardıqdan sonra masaya yaxınlaşan zaman mobil telefon aparatının masanın üzərindən oğurlanmasını aşkar etmiş və bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Zərərçəkmiş şəxs8 məhkəməyə təqdim etdiyi və elektron kabinetə yerləşdirdiyi ərizələrində göstərmişdir ki, ona vurulmuş 520 manat məbləğində maddi ziyanın 300 manat hissəsi ödənilmişdir, Təqsirləndirilən şəxs anasının xahişini nəzərə alaraq, maddi ziyanın ödənilməyən hissəsini təqsirləndirilən şəxsə güzəşt edir, ona qarşı şikayəti və tələbi yoxdur, cinayət işinin ona aid olan hissədə barışıq yolu ilə öz həllini tapdığını və ona dəymiş ziyanın ödənildiyini nəzərə almağı xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 nümayəndəsi X6 göstərmişdir ki, oğlu Azər 27 aprel 2019-cu il tarixdə saat 18 radələrində Nizami rayonunda yerləşən “Sultan” şadlıq evində keçirilən toy məclisinə getmiş, saat 21 radələrində rəqs etmək üçün qalxan zaman özünə məxsus, içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 500 manat dəyərində “iPhone 6” markalı **********74072 İMEİ kodlu mobil telefonu masada qalmışdir. 10 dəqiqə sonra Azər masaya qayıdanda, mobil telefonunun oğurlandığını aşkar etmişdir. Azər hadisə ilə bağlı polisə şikayət vermişdir. Zərərçəkmiş şəxs7 məhkəməyə poçt vasitəsi ilə göndərdiyi və elektron kabinetə yerləşdirdiyi ərizələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs anasının xahişini nəzərə alaraq, ona dəymiş 505 manat məbləğində maddi ziyanı təqsirləndirilən şəxsə güzəşt edir, ona qarşı şikayəti və maddi tələbi yoxdur, cinayət işinin ona aid olan hissədə barışıq yolu ilə öz həllini tapdığını nəzərə almağı xahiş edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona məxsus və oğurlanmış mobil telefonu Təqsirləndirilən şəxs götürülərək özünə təhvil verilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, onun iştirakı olmadan işə baxılmasını xahiş edir. Məhkəmə ərizəni nəzərə alaraq, həmin zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş və onun istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, gəlini Zərərçəkmiş şəxs4 2018-ci ilin oktyabr ayında 1401 ABŞ dollarına “İphone XS 256 GB” mobil telefon almışdır. 14 iyul 2019-cu il tarixdə qaynı Bəxtiyar Xıdırovun qız övladının Nizami rayonu ərazisində yerləşən “Planet” şadlıq sarayında toy məclisi keçirilmişdir. Həmin toy məclisində ailə üzvləri ilə birgə iştirak etmişlər. Saat 20:00 radələrində toy sahibi Bəxtiyar tərəfindən ona söz verilmişdir. 2017-ci ilin dekabr ayında 1350 manata aldığı, üzərində “Bakcel” şirkətinə aid 5 manat dəyərində ***-***-**-** və “Azercell” şirkətinə məxsus 5 manat dəyərində ***-***-**-** sim kartlar olan “Samsung S7” markalı **********32701 İMEİ kodlu mobil telefonunu əyləşdiyi masanın üstünə qoyaraq mikrofona yaxınlaşmışdır. O, toyu olan hər iki cütlüyü təbrik edərək ailə üzvlərini və qohumlarını rəqsə dəvət etmişdir. Gəlini Sevil də özünə məxsus “iPhone XS 256 GB” İMEİ kodu 2**********61168 kodlu, üzərində Bakcell şirkətinə məxsus 5 manat dəyərində ***-***-**-** sim kart olan mobil telefonu əyləşdiyi masanın üzərində qoyaraq yaxınlaşıb onlarla rəqs etməyə başlamışdır. Təxminən 20 dəqiqə qohumlarla rəqs etdikdən sonra yenidən əyləşdikləri masaya qayıtmışlar. O və gəlini bu vaxtı masanın üzərində mobil telefonları görmədikdə oğurlanmasını bilmişlər. Ətrafdakılara bu barədə bildirmiş, masaya qulluq edən ofisiantları və restoranın administratoru Telmanı dəvət edərək baş vermiş oğurluq hadisəsi barədə onlara bildirmişdir. Sonuncular demişlər ki, narahat olmasınlar, tapıb qaytara bilərlər. Lakin aradan 5-10 dəqiqə keçmiş mobil telefonları tapılmamış, ona görə Telmana demişdir ki, təcili polisə məlumat versin. Onlar birlikdə Telmanın otağına videogörüntülərə baxmaq üçün getmişlər. Telman monitoru birləşdirmiş və videogörüntülərə baxmışlar, bu vaxt Nizami RPİ-in 25-ci polis şöbəsində növbədə olan əməliyyatçılar da oraya gəlmişlər və onlar birlikdə görüntülərə baxmışlar. Videogörüntülərdən aşkar olunmuşdur ki, onlar rəqs edən zaman bir nəfər ağ köynəkli əvvəlcədən tanımadığı cavan bir şəxs zala daxil olaraq onların əyləşdikləri 23-cü masaya tərəf getmiş və bir qədər sağa sola baxaraq masaya yaxınlaşmış, ona məxsus mobil telefonu və masanın ətrafında hərəkət edərək gəlini Sevilə məxsus mobil telefonu götürərək zalı tərk etmiş və pilləkənlərlə düşüb restorandan çıxmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona məxsus və oğurlanmış mobil telefonu Təqsirləndirilən şəxs götürülərək özünə təhvil verilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, onun iştirakı olmadan işə baxılmasını xahiş edir. Məhkəmə ərizəni nəzərə alaraq, həmin zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş və onun istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun qayınatasıdır. Həyat yoldaşı ona 2018-ci ilin oktyabr ayında 1401 ABŞ dollarına “iPhone XS 256 GB” markalı mobil telefon almışdır. 14 iyul 2019-cu il tarixdə qayınatası Əlinin qaynı Bəxtiyar Xıdırovun qız övladının Nizami rayonu ərazisində yerləşən “Planet” şadlıq sarayında toy məclisi keçirilmişdir. Həmin toy məclisində ailə üzvləri ilə birgə iştirak etmişlər. Restoranın toy keçirilən zalında 23-cü masada əyləşmişlər. Saat 20:00 radələrində toy sahibi Bəxtiyar tərəfindən qayınatasına çıxış üçün söz verilmişdir. Qayınatası 2017-ci ilin dekabr ayında 1350 manata aldığı üzərində “Bakcell” şirkətinə aid ***-***-**-** və “Azercell” şirkətinə məxsus ***-***-**-** sim kartlar olan “Samsung S7” markalı **********32701 İMEİ kodlu mobil telefonunu əyləşdiyi stolda masanın üstünə qoyaraq mikrofona yaxınlaşmışdır. Qayınatası bəy və gəlini təbrik edərək ailə üzvlərini və qohumlarını rəqsə dəvət etmişdir. O da həmçinin özünə məxsus “iPhone XS 256 GB” markalı, üzərində “Bakcell” şirkətinə məxsus ***-***-**-** sim kart olan mobil telefonunu əyləşdiyi masanın üzərində qoyaraq qohumları ilə rəqs etməyə getmişdir. Təxminən 20 dəqiqə qohumlarla rəqs etdikdən sonra yenidən əyləşdikləri masaya qayıtmışlar. Onun və qayınatasının mobil telefonları masanın üzərində olmamışdır, onlar ətrafı axtarmışlar, lakin tapa bilmədikdə bilmişlər ki, telefonları naməlum şəxs tərəfindən oğurlanmışdır. Qayınatası masaya qulluq edən ofisiantları və restoranın administratorunu dəvət edərək baş vermiş oğurluq hadisəsi barədə onlara bildirmişdir. Mobil telefonlar tapılmadığına görə qayınatası administratora demişdir ki, təcili polisə məlumat versin. Onlar birlikdə administratorun otağına zalın videogörüntülərinə baxmaq üçün getmişlər, həmin vaxt 25-ci polis şöbəsinin növbədə olan əməliyyatçıları da oraya gəlmişlər, birlikdə baxarkən videogörüntülərdən aşkar olunmuşdur ki, onlar rəqs edən zaman bir nəfər ağ köynəkli əvvəlcədən tanımadıqları bir şəxs zala daxil olaraq onların əyləşdikləri 23-cü masaya tərəf getmiş və bir qədər sağa-sola baxaraq masaya yaxınlaşmış, qayınatasına məxsus mobil telefonu və masanın ətrafında hərəkət edərək ona məxsus mobil telefonu götürərək zalı tərk etmiş və pilləkənlərlə düşüb restorandan çıxmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyini, ona qarşı heç bir şikayəti və maddi tələbi olmadığını göstəmişdir. Məhkəmə ərizəni nəzərə alaraq, həmin zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş və onun istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 26 mart 2019-cu il tarixdə o, qohumunun toy mərasimi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Ay işığı” şadlıq sarayına dəvət olunmuşdur. Həmin gün şadlıq sarayına gələrək ona ayrılmış masa arxasında əyləşmiş və özünə məxsus 2**********92372 İMEİ kodlu “iPhone XS” markalı və **********59359 İMEİ kodlu “Redmi 4X” markalı mobil telefon aparatlarını masanın üzərinə qoymuşdur. Toy məclisində rəqs etmək üçün dəvət olunduqda masanın arxasından qalxmış, həmin zaman özünə məxsus qeyd edilən mobil telefon aparatları masanın üzərində qalmışdır. Rəqs etdikdən sonra masanın yanına qayıtdıqda mobil telefon aparatlarının yerində olmamasını, oğurlanmasını aşkar etmişdir. Ona “iPhone XS” markalı mobil telefon aparatının oğurlanmasına görə 3000 manat, “Redmi 4X” markalı mobil telefon aparatının oğurlanmasına görə 300 manat ziyan dəymiş, “iPhone XS” markalı mobil telefonda olan ***-***-**-** saylı mobil nömrənin surətini 5 manata, “Redmi 4X” markalı mobil telefonda olan ***-***-**-** saylı mobil nömrənin surətini 5 manata çıxardığı üçün ona ümumilikdə 3310 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, ona qarşı şikayəti və tələbi yoxdur, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmir. Məhkəmə ərizəni nəzərə alaraq, həmin zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş və onun istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 07 aprel 2019-cu il tarixdə saat 20 radələrində ailəsi ilə birlikdə qohumu Abbasın qızının toy marasiminə çağırılmağı ilə əlaqədar Bakı şəhəri, Nizami rayonunda yerləşən “Hissa” şadlıq sarayına gəlmişdir. Toyda bir qədər oturduqdan sonra bir neçə dəfə qohumları ilə birlikdə rəqs etmişdir. Həmin gün saat 21:30 radələrində yenidən rəqs edib oturduğu masaya qayıdanda özünə məxsus, oturacağın üzərinə qoyduğu 100 manat dəyərində “LV” modelli qara rəngli laklı əl çantasının oturacağın üzərində olmadığını aşkar etmişdir. Əl çantasının içərisində 150 manat pul, “Mak” firmasına məxsus 150 manat dəyərində kosmetik əşyaları və 200 manat dəyərində “Hyundai” markalı avtomobilinə məxsus elektron açarı olmuşdur. O, əri Rəşadla birlikdə ətrafa və masadan oturan şəxslərdən maraqlandıqda sonuncuların da onun əl çantasının götürülməsi barədə məlumatlarının olmadıqlarını bildirmişlər. Onlar şadlıq sarayının müdiriyyətinə yaxınlaşıb kamera görüntülərinə baxmaq istədikləri bildirmişlər. Kamera görüntülərinə baxdıqda görmüşlər ki, tanımadığı şəxs kənardan onun oturduğu masanın üzərindən durub rəqs etməyə getməyini görüb, masaya yaxınlaşıb əynində olan pencəyi onun oturacağının söykənəcək hissəsinə qoyub aralanır. Daha sonra həmin şəxs mobil telefonla masanın yaxınlığında kiminləsə danışmaq görüntüsü yaradaraq yenidən onun oturacağına yaxınlaşır və öz pencəyini stulun üzərindən götürüb sürüşdürərək oturacaq üzərində qoyduğu əl çantasının üstünə atır. Daha sonra çantanı götürüb pencəyi ilə çantanı örtərək əli ilə bükülmüş şəkildə toy zalını rahat bir addımlarla tərk edir. O, bu görüntünü görəndən sonra bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 elektron kabinetə yerləşdirdiyi ərizəsində göstərmişdir ki, ona vurulmuş 310 manat məbləğində maddi ziyanın 150 manat hissəsi ödənilmişdir, Təqsirləndirilən şəxs anasının xahişini nəzərə alaraq, maddi ziyanın ödənilməyən hissəsini təqsirləndirilən şəxsə güzəşt edir, ona qarşı şikayəti və tələbi yoxdur, cinayət işinin ona aid olan hissədə barışıq yolu ilə öz həllini tapdığını və ona dəymiş ziyanın ödənildiyini nəzərə almağı xahiş edir. Məhkəmə ərizəni nəzərə alaraq, həmin zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş və onun istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 27 aprel 2019-cu il tarixdə o, Bakı şəhəri, Nizami rayonundakı “Sultan” şadlıq sarayında keçirilən toy mərasimində iştirak etmiş, toy mərasimində iştirak edən zaman rəqsə dəvət olunduğundan masadan qalxdıqda özünə məxsus üzərində dəyəri 10 manat olan ***-***-**-** saylı mobil telefon nömrəsi olan bir ədəd 300 manat dəyərində “Samsung A3” markalı mobil telefon aparatını masanın üzərinə qoymuşdur. Rəqs edib qurtardıqdan sonra masaya yaxınlaşan zaman mobil telefon aparatının masanın üzərindən oğurlanmasını aşkar etmiş və bu barədə DİNnin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 23 iyul 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus mobil telefonların şadlıq sarayında masa üzərindən oğurlanması faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 1) - 16 iyul 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 9-10) - 22 iyul 2019-cu il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung S7 edge” markalı və “iPhone xsmax 256gb” markalı mobil telefonlar hal şahidlərinin iştirakı ilə götürülmüşdür. (İ cild i.v. 23) - 10 aprel 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus mobil telefonların şadlıq sarayında masa üzərindən oğurlanması faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 68) - 25 iyul 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. (İ cild i.v. 129) - 01 avqust 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 məxsus mobil telefonun şadlıq sarayında masa üzərindən oğurlanması faktı üzrə toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İ cild i.v. 161) - 28 aprel 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs8 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 171-173) - 01 avqust 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 məxsus mobil telefonun şadlıq sarayında masa üzərindən oğurlanması faktı üzrə toplanmış material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İ cild i.v. 194) - 28 aprel 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs9 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 203-204) - 02 aprel 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus mobil telefonun şadlıq sarayında masa üzərindən oğurlanması faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 241) - 07 avqust 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət işi üzrə istintaqın Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə davam etdirilməsi qərara alınmışdır. (İ cild i.v. 238-239) - 06 mart 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs5 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 250-251) - 28 may 2019-cu il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaqa təqdim edilmiş, “Planet” şadlıq sarayının videomüşahidə kamerası vasitəsi ilə çəkilərək DVD diskə köçürülmüş görüntülərə Zərərçəkmiş şəxs5 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı 06 mart 2019-cu il tarixdə saat 20:26-da Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Planet” şadlıq evinin müşahidə kameralarında çox sayda toyda iştirak edən şəxslərin dəhlizdə dayanaraq söhbət etdiyi, bir nəfər qırmızı rəngli gödəkçə, qara rəngli şalvar geyinmiş və sağ əlində bir ədəd ağ rəngli naməlum əşya olan şəxsin iti yerişlə pilləkənlərlə müşahidə kamerası olan dəhlizə düşüb ətrafa baxdıqdan dərhal sonra aşağı mərtəbəyə düşüb oradan uzaqlaşması aşkar olunmuşdur. (İİ cild i.v. 4) - 24 iyul 2019-cu il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaqa təqdim edilmiş, “Planet” şadlıq sarayına məxsus avtobusun kamerası ilə qeydə alınaraq DVD diskə köçürülmüş görüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı 06 mart 2019-cu il tarixdə saat 20:25-də əynində qırmızı köynək, əlində qara gödəkçə olan şəxsin mərasim zalında masanın arxasından nə isə götürməsi və daha sonra həmin toy məclisi zalından çıxaraq foyedə əlində salfetə bükülmüş mobil telefonla birlikdə çıxması aşkar olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin onun özünün olmasını və həqiqətən də oğurluq hadisəsi törədərkən çəkilmiş görüntü olmasını bildirmişdir. (İİ cild i.v. 24) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 avqust 2019-cu il tarixli 19566 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş GSM nömrələrin və mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2019-cu ilin iyul ayına olan orta bazar qiyməti 1892 manat müəyyən olunur. (İİ cild i.v. 37-40) - 18 aprel 2019-cu il tarixli qərardan görünür ki, X2 məxsus mobil telefonların şadlıq sarayında masa üzərindən oğurlanması faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İİ cild i.v. 57) - 27 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İİ cild i.v. 54) - 26 mart 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs6 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İ cild i.v. 66-67) - 02 may 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 məxsus mobil telefonun şadlıq sarayında masa üzərindən oğurlanması faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İİ cild i.v. 105) - 27 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İİ cild i.v. 102) - 30 aprel 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs7 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (İİ cild i.v. 204-206) - 13 aprel 2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaqa təqdim edilmiş, “Sultan” şadlıq sarayının videomüşahidə kamerası ilə qeydə alınaraq DVD diskə köçürülmüş görüntülərə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı şadlıq sarayında toy keçirilən zaman Təqsirləndirilən şəxs qırmızı koftada toy zalında mobil telefonla danışa-danışa masanın yanında gəzdiyi və daha sonra çıxıb getdiyi, bundan başqa həmin vaxt onun müşahidə kameralarında qeydə alınmış iki ədəd fotoşəkili aşkar olunmuşdur. (İİ cild i.v. 240) - 13 aprel 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, hadisə yerlərini əyani olaraq göstərib, oğurluq əməllərini hansı qaydada törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (İİ cild i.v. 241-244) - 13 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb olunmuş, bir ədəd “iPhone XS” markalı, bir ədəd “Samsung SM-G935” markalı mobil telefon aparatları, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri, üç ədəd CD disk maddi sübut kimi tanınmış, mobil telefon aparatlarının və nömrələrinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qaytarılması, üç ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. (İİ cild i.v. 245-253) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 23 iyul 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 63) - 25 iyul 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti və onunla bağlı prokurorun təqdimatı təmin edilməmişdir. (İ cild i.v. 151-153) - 26 iyul 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 154) -Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X1 07 oktyabr 2017-ci il tarixdə, X3 15 aprel 2019-cu il tarixdə doğulmuşlar. (İİ cild i.v. 147-148) - 4 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş elektron bildirişin və arayışların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ümumi səbəbdən ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. (İİ cild i.v. 177-181) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 yanvar 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı 02 gün müddət islah işləri cəzasının 06 gününə bərabər tutulmuş və üzərində qəti olaraq aylıq qazancının 10% dövlət nəfinə tutulmaq şərti ilə 11 ay 24 gün islah işləri cəzası saxlanılmışdır. Sabunçu rayon icra şöbəsinin 10 iyun 2015-ci il tarixli 15212-32 nömrəli məktubuna əsasən cəzasını çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. (İİ cild i.v. 186-190) - 16 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzürlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyərək gizləndiyindən və olduğu yer məlum olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən haqqında axtarış elan olunmuş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 03 avqust 2021-ci il tarixli ***-**** nömrəli məktubundan, ona əlavə edilən protokoldan və 3 saylı istintaq təcridxanasının 09 avqust 2021-ci il tarixli 17/40-3169 nömrəli məktubundan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdə 25-ci PŞ-nə könüllü gələrək özünü təqdim etmiş, 25-ci PŞ-nin əməkdaşları tərəfindən qərar icra olunaraq o, RPİ-nin MSY-nə təhvil verilmiş, 06 avqust 2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.3.2 və 83.6-cı maddələrinin tələblərinə uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə cinayət əməlini ilk dəfə 06 mart 2019-cu il tarixdə törədərkən istinad edilən hökmə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş olmuşdur, ona görə cəza təyin edilərkən həmin məhkumluq nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətin törədilməsindən sonrakı və məhkəmə iclasındakı davranışını, o cümlədən işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 23 iyul 2019-cu il tarixdən 25 iyul 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbiri seçildikdən sonra tutulduğu 03 avqust 2021-ci il tarixindən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslər məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunvericilikdə müəyyən olunmuş qaydada mülki iddia verməmişlər; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd “iPhone XS” markalı, bir ədəd “Samsung SM-G935” markalı mobil telefon aparatlarının, ***-***-**-**, ***-***-**-**, ***-***- **-** mobil telefon nömrələrinin müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalı, üç ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 160 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 23 iyul 2019-cu il tarixdən 25 iyul 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd “iPhone XS” markalı, bir ədəd “Samsung SM-G935” markalı mobil telefon aparatlarının, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələrinin ibtidai istintaq zamanı müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın, üç ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 160 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 960 manat əmək haqqı "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar