Məhkəmə qərarları › İş №1(007)-180/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-180/2021

28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-180/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsi, ev 31-də qeydiyyatda olmaqla yaşamış, hazırkı işlə bağlı 23 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 dekabr 2020-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 02 iyul 2021-ci il tarixdə haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, törətdiyi digər cinayət əməlinə görə 30 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında məhkəmənin 01 avqust 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 1(101)-1721/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 304.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsinin hesabında olub cəza çəkməklə, hazırkı işlə bağlı 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxs - 21 avqust 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, ev 8-də qeydiyyatda olmaqla yaşamış, 23 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 dekabr 2020-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 02 iyul 2021-ci il tarixdə haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 03 avqust 2021-ci il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən anbara qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamağa cəhd etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 dekabr 2020-ci il tarixdə saat 03 radələrində birlikdə ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus anbarın həyətyani sahəsinə gəlib əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs2 niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün anbarın həyətində dayanmış, o isə anbarın pəncərəsinin dəmir barmaqlıqlarını özləri ilə gətirdikləri dəmir linglə sındırmaqla anbara qanunsuz daxil olaraq oradan dəyəri 800 manat təşkil edən 30 metr uzunluğunda mis tərkibli kabeli, bir ədədinin dəyəri 9 manat təşkil edən 400 ədəd rakor latun PG 29 markalı və bir ədədinin dəyəri 8 manat təşkil edən 300 ədəd rakor latun PG 27 markalı latun tərkibli neft sənayesində istifadə olunan birləşdirici qutuların bərkidicilərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6800 manat dəyərində, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 dekabr 2020-ci il tarixdə saat 03 radələrində əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs2 niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün anbarın həyətində dayanmış, o isə ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus anbarın pəncərəsinin dəmir barmaqlıqlarını özləri ilə gətirdikləri dəmir linglə sındırmaqla anbara qanunsuz daxil olaraq oradan dəyəri 200 manat təşkil edən kabeli gizli olaraq talamaq istəyərkən daxil olmuş məlumat əsasında Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən hadisə yerində saxlanılaraq Zərərçəkmiş şəxs əmlakının gizlin talanmasına yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən anbara qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamağa cəhd etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 dekabr 2020-ci il tarixdə saat 03 radələrində birlikdə ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus anbarın həyətyanı sahəsinə gəlib əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən o, niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün anbarın həyətində dayanmış, Təqsirləndirilən şəxs1 isə anbarın pəncərəsinin dəmir barmaqlıqlarını özləri ilə gətirdikləri dəmir linglə sındırmaqla anbara qanunsuz daxil olaraq oradan dəyəri 800 manat təşkil edən 30 metr uzunluğunda mis tərkibli kabeli, bir ədədinin dəyəri 9 manat təşkil edən 400 ədəd rakor latun PG 29 markalı və bir ədədinin dəyəri 8 manat təşkil edən 300 ədəd rakor latun PG 27 markalı latun tərkibli neft sənayesində istifadə olunan birləşdirici qutuların bərkidicilərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6800 manat dəyərində, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 dekabr 2020-ci il larixdə saat 03 radələrində əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən o, niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün anbarın həyətində dayarmış, Təqsirləndirilən şəxs1 isə ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus anbarın pəncərəsinin dəmir barmaqlıqlarını özləri ilə gətirdikləri dəmir linglə sındırmaqla, anbara qanunsuz daxil olaraq oradan dəyəri 200 manat təşkil edən kabeli gizli olaraq talamaq istəyərkən daxil olmuş məlumat əsasında Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən hadisə yerində saxlanılaraq Zərərçəkmiş şəxs əmlakının gizlin talanmasına yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 dekabr 2020-ci il tarixdə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Nizami rayonu, Məktəbli küçəsindən keçərkən orada yerləşən daş hasarın arxasında anbar olduğunu, anbarın daxilində dəmir məmulatlarının olduğunu güman edib həmin yerə daxil olmaqla dəmir məmulatlarını götürərək satıb pul əldə edə biləcəklərini düşünmüşlər. Ona görə ətrafa nəzər yetirmiş, kənar şəxs olmadığından sərbəst halda hər ikisi daş hasardan həmin anbarın yerləşdiyi əraziyə daxil olmuşlar. Həmin əraziyə daxil olduqda hasarın daxilində də kənar şəxs olmadığına əmin olduqdan sonra anbara yaxınlaşıb anbarın pəncərəsinin dəmir barmaqlığı olduğunu görüb o, üzərində gətirdiyi dəmir linglə barmaqlığı aralayıb yerindən çıxararaq anbara sərbəst şəkildə daxil olmuşdur. Ramil anbara daxil olan yerdə dayanmış və onu gözləməklə kənar şəxsin gəlib-gəlmədiyini müşahidə etməli, gəldiyi halda xəbər verməli olmuşdur. Bir neçə dəqiqədən sonra o, əllərində 2 ədəd ağ rəngli kisələrə yığdığı latun materialdan olan təxminən 700 ədəd birləşdirici qutuların bərkidicilərini və 30 metr uzunluğunda kabeli Ramilə tərəf, daxil olduğu pəncərədən çıxmaqla gətirmiş və onlar birlikdə hasardan keçməklə yaxınlıqda olan zibilliyin kənarına gedib orada kabelin üz qatını yandırmışlar və mis hissəsini götürüb səhər açılanadək gözləyib yoldan keçən, markası və dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobillə NZS qəsəbəsinə getmişlər, orada hazırda xatırlamadığı metal qəbulu yerinə dəmir işi ilə məşğul olan usta olduqlarını, həmin dəmir məmulatların artıq qalması səbəbindən satdıqlarını bildirib həmin şəxslə razılaşmaqla Ramilin vəsiqəsinin surətini təqdim etməklə ümumilikdə 250 manat müqabilində satmışlar və həmin yerdən uzaqlaşıb pulu ikisinin arasında bölmüşlər. Əldə etdiyi pulu öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Bir neçə gün sonra, yəni 23 dekabr 2020-ci il tarixdə 03 radələrində Ramillə yenidən həmin ərazidən keçdikdə oradan yenidən oğurluq etmək qərarına gəlmişlər. Həmin əraziyə hasardan baxaraq hər hansı bir kənar şəxsin olmadığına əmin olduqdan sonra hasardan keçib yenidən birinci dəfə daxil olduqları yerdən o, üzərində olan dəmir linglərlə barmaqlığı qırıb pəncərədən içəri daxil olmuş, həmin daxil olduğu yerə yaxın öncədən planlaşdırdıqları 200 manat dəyərində bir qədər qalın mis kabeli oğurlamaq qərarına gəlmişlər. Həmin vaxt Ramil içəri daxil olmadığından bir qədər kənarda dayanıb kənar şəxsin gəlib- gəlmədiyini ona bildirməli olmuşdur. Bu zaman polis əməkdaşlarının Ramili tutduğunu görüb oradan qaçmağa çalışsa da, polis əməkdaşları onu da tutmuşlar və onları 23-cü polis bölməsinə aparmışlar. Bölmədə olarkən əməllərini etiraf etmişlər. Təqsirləndirilən şəxs1 daha sonra əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 dekabr 2020-ci il tarixdə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri, Nizami rayonu, Məktəbli küçəsindən keçərkən orada yerləşən daş hasarın arxasında anbar olduğunu, anbarın daxilində dəmir məmulatlarının olduğunu güman edib həmin yerə daxil olmaqla dəmir məmulatlarını götürərək satıb pul əldə edə biləcəklərini düşünmüşlər. Ona görə ətrafa nəzər yetirmiş, kənar şəxs olmadığından sərbəst halda hər ikisi daş hasardan həmin anbarın yerləşdiyi əraziyə daxil olmuşlar. Həmin əraziyə daxil olduqda hasarın daxilində də kənar şəxs olmadığına əmin olduqdan sonra anbara yaxınlaşıb anbarın pəncərəsinin dəmir barmaqlığı olduğunu görüb Abas üzərində gətirdiyi dəmir linglə barmaqlığı aralayıb yerindən çıxararaq anbara sərbəst şəkildə daxil olmuş, o, orada anbara daxil olan yerdə dayanmış və gözləməklə kənar şəxsin gəlib-gəlmədiyini müşahidə etməli, gəldiyi halda xəbər verməli olmuşdur. Bir neçə dəqiqə sonra Abas əllərində 2 ədəd ağ rəngli kisələrə yığdığı latun materialdan olan təxminən 700 ədəd birləşdirici qutuların bərkidicilərini və 30 metr uzunluğunda kabeli ona tərəf daxil olduğu pəncərədən çıxmaqla gətirmiş və onlar birlikdə hasardan keçməklə yaxınlıqda olan zibilliyin kənarına gedib orada kabelin üz qatını yandırmışlar və mis hissəsini götürüb səhər açılanadək gözləyib yoldan keçən markası və dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobillə NZS qəsəbəsinə getmişlər. Orada yerləşən xatırlamadığı metal qəbulu yerinə dəmir işi ilə məşğul olan usta olduqlarını və həmin dəmir məmulatların artıq qalması səbəbindən satdıqlarını bildirmişlər. Həmin şəxs razılaşmış, onun vəsiqəsinin surətini təqdim edib və üzərində həmin əşyaların özlərinə məxsus olmasını qeyd etməklə ümumilikdə 250 manat müqabilində satmışlar, sonra həmin yerdən uzaqlaşıb pulu ikisinin arasında bölmüşlər. Əldə etdiyi pulu öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Bir neçə gün sonra, yəni 23 dekabr 2020-ci il tarixdə 03 radələrində Abasla yenidən həmin ərazidən keçdikdə əvvəlki yerdən yenidən oğurluq etmək qərarına gəlmişlər. Həmin əraziyə hasardan baxıb hər hansı bir kənar şəxsin olmadığına əmin olduqdan sonra hasardan keçib yenidən birinci dəfə daxil olduqları yerdən Abas üzərində olan dəmir linglərlə barmaqlığı qırıb pəncərədən içəri daxil olmuşdur. Onlar Abasın həmin daxil olduğu yerə yaxın öncədən planlaşdırdıqları 200 manat dəyərində bir qədər qalın mis kabeli oğurlamaq qərarına gəlmişlər. Həmin vaxt o, içəri daxil olmadığından bir qədər kənarda dayanıb kənar şəxsin gəlib- gəlmədiyini Abasa bildirməli olmuşdur. Bu zaman əraziyə gələn polislər qəflətən onu tutmuşlar. Abas polislərin onu tutduğunu görüb oradan qaçmağa çalışsa da, polislər onu da tutmuşlar və birlikdə 23-cü polis bölməsinə aparmışlar. Orada olarkən əməllərini səmimi olaraq etiraf etmişlər. Təqsirləndirilən şəxs2 ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu, bir azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ağır texnikaların, sənayedə istifadə olunan dəzgah və avadanlıqların saxlandığı anbar ona məxsusdur. 08 dekabı 2020-ci il tarixdə işi ilə bağlı anbar ərazisinə gəldikdə oradan pəncərənin dəmir barmaqlığı sındırılmaqla 800 manat dəyərində 30 metr mis kabelin və ümumi dəyəri 6000 manat təşkil edən iki növdə 700 ədəd latun tərkibli neft sənayesində istifadə olunan birləşdirici qutuların bərkidicilərinin oğurlandığını aşkar etmişdir. Lakin həmin tarixdə vaxtı olmadığından ərazi üzrə fəaliyyət göstərən 23-cü polis bölməsinə müraciət edə bilməmişdir. Həmin tarixlə bağlı anbarda quraşdırılmış video kameralara baxdıqda saat 03 radələrində törədilmiş cinayət hadisəsinin iki nəfər şəxs tərəfindən icra edildiyini müəyyən etmişdir. Həmin şəxslər birləşdirici qutuların bərkidicilərini kisələrə yığaraq, kabeli isə yerlə sürüyərək hasardan keçirmişlər. Bundan sonra o, gecələr evdə olan zaman həmin saatlarda kameraya baxıb anbarı müşahidə etmişdir. 23 dekabr 2020-ci il tarixdə saat 03 radələrində yaşadığı mənzildə olduğu zaman video kamerada bir nəfər şəxsin anbarın həyətinə düşdüyünü müşahidə etmişdir. Odur ki, dərhal bu barədə 23-cü polis bölməsinin növbətçi hissəsinə məlumat verərək özü də yaşadığı ünvandan çıxıb anbarın yerləşdiyi əraziyə gəlmişdir. O, qeyd edilən ünvana çatarkən artıq oğurluq etmək üçün anbarın ərazisinə daxil olmuş həmin şəxslər polis tərəfindən saxlanılmışlar. Onlardan biri elə pilləkənlərin yanında, digəri isə polis əməkdaşlarını görüb oradan qaçmaq istəsə də, elə anbarın ərazisində saxlanılmışdır. Baş vermiş faktlarla bağlı elə həmin tarixdə polis bölməsinə ərizə ilə müraciət etmiş və cinayət hadisəsini törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Ona məxsus anbardan rakor latun PG 29 markalı birləşdirici qutuların bərkidicisinin bir ədədinin qiyməti 9 manat olmaqla 400 ədəd oğurlanmış, rakor latun PG 27 markalı birləşdirici qutuların bərkidicisinin bir ədədinin qiyməti 8 manat olmaqla 300 ədəd oğurlanmışdır. Ümumilikdə ona 6800 manat məbləğində maddi ziyan dəymişdir, maddi ziyan ona ödənilməsini təqsirləndirilən şəxslərdən tələb edir. Qərar çıxarılarkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 23 dekabr 2020-ci il tarixdə saat 04 radələrində polis bölməsində növbədə olduğu zaman növbətçi hissədən Keşlə qəsəbəsi, Məktəbli küçəsi, 4A nömrəli ünvanda yerləşən anbara iki nəfər şəxsin daxil olması barədə məlumat əldə edib bölmənin digər əməkdaşı ilə birlikdə həmin ünvana yaxınlaşmışlar. Həmin şəxslərdən birini anbarın ərazisində yerləşən pilləkənlərin yanından, digərini isə qaçmaq istəyərkən elə anbarın ərazisindən tutub 23-cü polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olarkən həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması məlum olmuşdur. Həmin şəxslərin barələrində qanunamüvafiq tədbir görülməsi üçün tərəflərindən raport yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru Şahid1, Şahid2la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 23 dekabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 1) - 23 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən anbardan 23 dekabr 2020-ci il tarixdə oğurluğa cəhd olunması, həmin vaxt pəncərənin dəmir barmaqlığının sındırılması və həmin hadisə yerində iki ədəd dəmir lingin qalması müəyyən edilmiş, linglər qablaşdırılaraq götürülmüşdür. (i.v. 3-11) - 24 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi hadisə yerinin, yəni ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus anbarın müşahidə kameraları ilə 08 və 23 dekabr 2020-ci il tarixlərdə aparılmış və qeydə alınmış görüntülər, bir ədəd qaimə, həmçinin iki növdə iki ədəd birləşdirici qutuların bərkidicilərinin götürülməsi barədə protokol tərtib edilmiş və həmin protokolda 1 ədəd CD diskə baxış zamanı bir nəfər şəxsin anbarın pəncərəsinin yanından kisəni kürəyinə alaraq hasara tərəf getdiyi, digər görüntüdə isə polis əməkdaşlarının bir nəfər şəxsi həmin anbarın yaxınlığında olan pilləkənlərin yanında saxlayaraq apardığı müşahidə olunur. (i.v. 68) - 28 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurluq zamanı sındırıcı alət qismində istifadə edilmiş və sonra hadisə yerindən götürülmüş iki ədəd dəmir ling Təqsirləndirilən şəxs1 tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs1 həmin linglərin materialından, üzərində olan xətt və digər əlamətlərindən onlar tərəfindən anbara daxil olarkən istifadə edilmiş linglər olduğunu bildirmişdir. (i.v. 111-112) - 28 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış və sonra zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş iki növdə iki ədəd birləşdirici qutuların bərkidicilərinin eynisi Təqsirləndirilən şəxs1 tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs1 həmin bərkidicilərin markasından, üzərində olan yazısından, rəng və naxışlarından və digər əlamətlərindən onlar tərəfindən oğurlanmış bərkidicilərin eynisi olduğunu bildirmişdir. (i.v. 113-114) - 28 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurluq zamanı sındırıcı alət qismində istifadə edilmiş və sonra hadisə yerindən götürülmüş iki ədəd dəmir ling Təqsirləndirilən şəxs2 tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs2 həmin linglərin materialından, üzərində olan xətt və digər əlamətlərindən onlar tərəfindən anbara daxil olarkən istifadə edilmiş linglər olduğunu bildirmişdir. (i.v. 115-116) - 28 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış və sonra zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş iki növdə iki ədəd birləşdirici qutuların bərkidicilərinin eynisi Təqsirləndirilən şəxs2 tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs2 həmin bərkidicilərin markasından, üzərində olan yazısından, rəng və naxışlarından və digər əlamətlərindən onlar tərəfindən oğurlanmış bərkidicilərin eynisi olduğunu bildirmişdir. (i.v. 117-118) - 29 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması keçirilmiş, həmin zaman Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə istintaq zamanı vermiş olduğu ifadəsini əyani olaraq təsdiq edib 08 dekabr 2020-ci il tarixdə saat 03 radələrində və 23 dekabr 2020-ci il tarixdə saat 03 radələrində Nizami rayonu, Məktəbli küçəsi, 4A saylı ünvanda yerləşən anbardan, pəncərənin dəmir barmaqlığını sınıdrmaqla qanunsuz daxil olub, kənar şəxslərin olmamasından istifadə edərək ümumilikdə 30 metr mis kabel və 700 ədəd birləşdirici qutuların bərkidicisini oğurladıqları, həmçinin yenidən kabel oğurlamağa cəhd etdikləri yeri göstərmişdir. (i.v. 123-126) - 29 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması keçirilmiş, həmin zaman Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə istintaq zamanı vermiş olduğu ifadəsini əyani olaraq təsdiq edib 08 dekabr 2020-ci il tarixdə saat 03 radələrində və 23 dekabr 2020-ci il tarixdə saat 03 radələrində Nizami rayonu, Məktəbli küçəsi, 4A saylı ünvanda yerləşən anbardan, pəncərənin dəmir barmaqlığını sınıdrmaqla qanunsuz daxil olub, kənar şəxslərin olmamasından istifadə edərək ümumilikdə 30 metr mis kabel və 700 ədəd birləşdirici qutuların bərkidicisini oğurladıqları, həmçinin yenidən kabel oğurlamağa cəhd etdikləri yeri göstərmişdir. (i.v. 127-130) - 30 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məktəbli küçəsi, 4A ünvanında yerləşən anbarda quraşdırılmış videokameraların görüntüsü yazılmış diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı videogörüntüdə hadisənin baş verdiyi zaman, yəni 08 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 anbarın pəncərəsinin yanından kisəni kürəyinə alaraq hasara tərəf getdiyi, daha sonra kabeli sürüyərək eyni istiqamətə aparması, digər görüntüdə isə polis əməkdaşlarının bir nəfər şəxsi həmin anbarın yaxınlığında olan pilləkənlərin yanında saxlayaraq apardığı müşahidə olunur. Baxışda müdafiəçisi ilə iştirak edən Təqsirləndirilən şəxs1 həmin görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. (i.v. 131) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 mart 2021-ci il tarixli 9/428 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “Hawke 501/453 UNİV, M25 və “Hawke 501/453 UNİV, M20” markalanma yazıları olan, paslanmayan sarı rəngli metaldan hazırlanmış, yeddi açılıb-bağlanan hissədən ibarət birləşdiricilər islehlak bazarında satışı olmadığından Mərkəz tərəfindən vəsatət verilmişdir. Mərkəz tərəfindən verilmiş vəsatətə cavab olaraq 18 fevral 2021-ci il tarixdə istintaqdan daxil olmuş 15 fevral 2021-ci il tarixli məktubla birlikdə 15 dekabr 2020ci il tarixdə Bakı şəhəri, 8-ci km bazarı “Sunay” ticarət mərkəzi tərtib edilmiş nömrəsiz, imzasız və möhürsüz qaimədə olan məlumatlarına əsasən, bir ədəd çakor latun PG29 qiyməti 9,00 manat, bir ədəd çakor latun PG27 qiyməti 8.00 manat olması göstərilmişdir. Qeyd edilir ki, həmin tədqiq edilən, üzərində “Hawke 501/453 UNİV, M25” və “Hawke 501/453 UNİV, M20” markalanma yazıları olan, paslanmayan sarı rəngli metaldan hazırlanmış, yeddi açılıb-bağlanan hissədən ibarət birləşdiricilər istehlak bazarında satışı olmadığından onların qiymətlərini müəyyən etmək mümkün olmadı. (i.v. 150-154) - 08 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə yeni məzmunda ittiham elan olunması qərara alınmış, Zərərçəkmiş şəxs əmlakının ələ keçirilməsi cinayəti üzrə təqsirkar şəxslərə ittiham elan edilərkən ittihamın məzmununda zərərçəkmiş şəxsə vurulan ziyanın miqdarının ümumilikdə 6800 manat nəzərə alındığı doğru hesab edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 157 və 180-ci maddələrinin tərkibi olmadığından həmin faktla bağlı barələrində cinayət təqibi üzrə icraatın başlanılması rədd edilmiş, şəxsiyyəti istintaqla araşdırılan dəmir məmulatlarının qəbulu ilə məşğul olan şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 177 və 194-cü maddələrinin bütün tərkib əlamətləri üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurluq zamanı sındırıcı alət qismində istifadə edilmiş və sonra hadisə yerindən götürülmüş iki ədəd dəmir ling və Nizami rayonu, Məktəbli küçəsi, 4A ünvanında yerləşən anbarda quraşdırılmış videokameraların görüntüsü yazılmış 01 ədəd CD disk maddi sübut qismində tanınmış, disk cinayət işinə əlavə edilmiş, linglər məhkəmənin hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. (i.v. 160-167) - 06 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan iki növdə birləşdirici qutuların bərkidicilərini saxlamaq üçün qəbul etmişdir. (i.v. 196) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış və s. protokollar, iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 23 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində həmin tarixdə tutulmuşdur. (i.v. 24) - 23 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində həmin tarixdə tutulmuşdur. (i.v. 43) -AZE seriyalı, 10954714 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 17 yanvar 2011-ci il tarixdə doğulmuşdur. (i.v. 54) - 26 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti və prokurorun təqdimatı təmin edilməmiş, o, məhkəmə iclas zalında azad edilmişdir. (i.v. 101-103) - 26 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti və prokurorun təqdimatı təmin edilməmiş, o, məhkəmə iclas zalında azad edilmişdir. (i.v. 104-106) - 26 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 107) - 26 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 109) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 132) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 yanvar 2021-ci il tarixli tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin may 2017-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən hökmdən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair müddəa çıxarılmış, Bakı Apelyasiya Məhkəməsinin 10 may 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi həmin Məcəllənin 66.2-ci maddəsi ilə əvəz edilmiş, azadlıqdan məhrum etmə cəzasının müddəti 03 il 02 aya endirilmiş, 14 iyun 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 304.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 133-134, 142-147) -Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 1(101)-1721/2021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3 və 304.1-ci maddələri ilə məhkum edilməsinə dair 20 oktyabr 2021-ci il tarixli hökm 20 dekabr 2021-ci il tarixdə qüvvəyə minmişdir. - 02 iyul 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 haqqında axtarış elan edilmiş, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, onların tutulduqda, saxlanılmaları üçün 3 saylı istintaq təcridxanasına yerləşdirilmələri qərara alınmışdır. - 3 saylı istintaq təcridxanasının 05 avqust 2021-ci il tarixli 17/40-3141 nömrəli məktubundan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 03 avqust 2021-ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq, 05 avqust 2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. - 01 avqust 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən müstəntiqin vəsatətinə və onunla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına əsasən Nizami RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 04 ay həddində müəyyən edilmiş, həbetmənin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır, digər Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli hökmü üzrə az ağır cinayətə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sonu ilə 14 iyun 2018-ci il tarixdə azad edildikdən sonra, 08 dekabr 2020-ci il tarixdə ilk dəfə hazırkı iş üzrə cinayət əməlini törədənədək məhkumluğu ödənilmiş olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməlini isə, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə hökm çıxarılmazdan əvvəl törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin təqsirləndirilən şəxsə qəti cəzanın təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə himayəsində azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını və onun azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı 23 dekabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin edildiyindən cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq, hesab edir ki, digər hökmlə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınaraq, əsaslar qalmadığından hazırkı işlə bağlı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini və işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin və CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırkı işlə bağlı 23 dekabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə axtarışda olan şəxs kimi tutulduğu 03 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb etdiyi halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, iki ədəd dəmir ling məhv edilməli; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, dövlət hesabına dəvət olunmuş vəkil Müdafiəçi2 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 90 saat iştirak edərək, Təqsirləndirilən şəxs1 hüquqi yardım göstərmiş, dövlət hesabına dəvət olunmuş digər vəkil Müdafiəçi1 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 90 saat iştirak edərək, Təqsirləndirilən şəxs2 hüquqi yardım göstərmişdir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin olunmuş vəkillərin iş materialları ilə tanış olmaqla birlikdə həmin təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddət üçün, Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən, hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla, əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı 23 dekabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 1(101)-1721/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 1(101)-1721/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınaraq, hazırkı işlə bağlı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı işlə bağlı 23 dekabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın, hadisə yerindən götürülmüş iki ədəd dəmir ling məhv edilsin. Məhkəmə məsrəfi olan 75 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 90 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi2 540 manat əmək haqqı, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 90 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi1 540 manat əmək haqqı "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında protest və şikayət verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar