Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-181/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1996-cı ildə Şirvan (Əli-Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Şirvan Şəhər Məhkəməsinin xx xxx 2012-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəzası şərti hesab edilməklə, barəsində 01 il sınaq müddəti müəyyən edilmiş, məhkumluğu ödənilmiş, Şirvan şəhəri, Xanlar küçəsi, 7 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1997-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 330.3.1-ci maddəsi ilə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəzası şərti hesab edilməklə, barəsində 01 il 06 ay sınaq müddəti müəyyən edilmiş, məhkumluğu ödənilməmiş, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 2 saylı evin 49 saylı mənzilində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olub bir qrup şəxs halında, özgənin əmlakını açıq talama məqsədi ilə, xx xxxxxx 2019-cu il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 53 ünvanında yerləşən “X-Life” adlı barın qarşısında xx xxxxxx 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yaxınlaşaraq danışmaq adı ilə Təqsirləndirilən şəxs1 sonuncunun mobil telefonunu almış, lakin qısa müddət keçmiş zərər çəkmiş şəxsin davamlı olaraq geri istəməsindən, habelə orada olan tanışları Şahid iradı ilə əlaqədar Təqsirləndirilən şəxs1, mobil telefonu Zərərçəkmiş şəxs qaytardıqdan sonra niyyətlərinə nail olmaq üçün əlverişli fürsət əldə etmək məqsədilə, qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs izləmiş, ünvan 3 ünvanında yerləşən ağaclıq sahədə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb badalaqla yerə yıxaraq Zərərçəkmiş şəxs sol-mil bilək oynağının iç səthinin sıyrığı kimi sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət, həmçinin bel nahiyəsindən təpiklə, Təqsirləndirilən şəxs1 isə baş nahiyəsindən yumruqla vuraraq Zərərçəkmiş şəxs fiziki ağrılar yetirib həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, sonuncunun əlindən içərisində 3 manat dəyərində 055 *** ** ** GSM nömrəsi, üzərində 5 manat dəyərində qara rəngli üzlük olan 500 manat dəyərində “Samsung A30” markalı mobil telefonu, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs şalvarının cibindən içərisində 20 manat dəyərində 055 *** ** ** GSM nömrəsi, üzərində 3 manat dəyərində qara rəngli üzlük olan 500 manat dəyərində “Samsung S3” markalı mobil telefonu götürüb açıq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1.031 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 2012-ci ildə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə məhkum olunmuş və sınaq müddəti 3 il sonra başa çatmışdır, Təqsirləndirilən şəxs2 isə onun qardaşıdır. Onlar Şirvan şəhərində yaşamışdır. Şahid isə Şirvan şəhərindən tanımışdır, onunla münasibətləri çox yaxın olmamışdır. O, qardaşı Təqsirləndirilən şəxs2la xx xxxxxx 2019-cu il tarixdən təxminən 1-2 ay öncə Bakı şəhərinə gəlmişdir. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən ünvanını bilmədiyi həyət evində kirayədə yaşamış və “Meridian” şadlıq sarayında ofisiant kimi çalışmışlar. Hadisədən təxminən 15 gün öncə qardaşı İlkinlə birlikdə işdə olan zaman İlkin ona bildirmişdir ki, Xalid Bakıya onların yanına gəlmişdir. O isə İlkindən nə üçün gəldiyini soruşmuşdur. İlkin ona bildirmişdir ki, Xalid işləmək üçün gəlmişdir. Həmin vaxt işdən çıxdıqdan sonra onlar restoranda Xalidlə görüşmüş və Xalid onlardan xahiş etmişdir ki, onu da işə düzəltsinlər. Həmin gecə birlikdə kirayədə yaşadıqları evə getmişlər. O, ev sahibi ilə danışmış və Xalidin evdə qalmağının razılığını almışlar. Xalid onlarla razılaşmışdır ki, kirayə pulunu ödəməyə kömək edəcəkdir. Səhər birlikdə “Meridian” şadlıq sarayına getmiş və orada da Xalidi işə düzəltmişlər. Xalid həmin gündən onlarla birlikdə işləmişdir. Daha sonra təxminən hadisədən 10 gün öncə işlər dayanmış və onlar işsiz qalmışlar. Onlar düşünmüşlər ki, necə pul qazansınlar. Hər üçü belə qərara gəlmişdir ki, telefon oğurlayıb satsınlar. O, Xalid və İlkin birlikdə “Neftçilər” metrosu yaxınlığına avtobusla gəlmişlər. Piyada “Komfort” mebel salonunun yanına pilləkanlarla çıxmışlar. Həmin vaxt orada yerləşən dönərxananın yanında bir nəfər adını sonradan bildiyi Fərid adlı şəxsə yaxınlaşmışdır. Bu zaman Fəridin əlində “Samsung” markalı telefon olmuşdur. O, həmin telefonu ələ keçirmək məqsədilə Fəriddən telefonu danışmaq adı ilə istəmişdir. Fərid telefonu ona vermişdir. Həmin telefonla özünə məxsus olan 055 *** ** ** saylı nömrəyə zəng etmiş və telefonu görünüş yaratmaq məqsədilə qulağına tutmuşdur. Telefon zəngi baş tutmuş, lakin heç bir danışıq etməmişdir. Bundan başqa Şirvan şəhərində yerləşən evlərinin köhnə nömrəsi olan 021 21 5 32 91 nömrəsinə zəng etmiş, yenə də yalandan qulağına tutmuş və yenidən zəngi dayandırmışdır. O, bu hərəkətləri edərək bir qədər kənara çəkilmişdir. Fərid isə onun yanı ilə gəzmişdir. Bu ərəfədə Fərid ondan telefonu istəmişdir. O isə Fəridə səbrli olmasını və danışıb qaytaracağını demişdir. Fərid isə təkrar-təkrar telefonu ondan istəmişdir. Fərid həmin vaxt onun əlindən telefonu almağa çalışmış və o, Fəridə “gözlə” deyib əlini kənara çəkmişdir. Həmin vaxt Xalid də onun yanında olmuşdur. Bir anda Fərid onun əlindən telefonu almış və onlardan uzaqlaşmışdır. Fərid dönərxana ilə üzbəüz tərəfə keçərək oradan uzaqlaşmışdır. Bundan sonra Xalid və o, birlikdə Fəridin arxası ilə getmiş, onların arxası ilə isə İlkin gəlmişdir. Təxminən 500 metr getdikdən sonra ağaclıq olan yerdə Xalid Fəridə yaxınlaşaraq badalaq verib yerə yıxmışdır. Bundan sonra Xalid uşağın əl-qolunu tutaraq ona cibinə girməyi demişdir. O da Fəridin cibinə girib iki ədəd “Samsung” markalı telefonları götürmüşdür. Fərid isə həmin vaxt qışqırmışdır. Bundan sonra o və Xalid qaçaraq hadisə yerindən uzaqlaşmışdır. O, gəldiyi istiqamətdə qaçmışdır. Xalidin isə hara qaçdığını görməmişdir. O, R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospektinin kəsişməsində nömrə nişanını xatırlamadığı taksiyə minmişdir. Taksiyə minən zaman İlkini görmüşdür. İlkin ondan soruşmuşdur ki, “hara gedirsən?”. O isə telefonları götürdüyünü və satmağa getdiyini demişdir. Yolda olan zaman telefonların içərisində olan iki ədəd nömrəni çıxarıb atmışdır. O, “20 Yanvar” dairəsi yaxınlığına getmişdir. Orada tanımadığı şəxsə mobil telefonları 120 manata satmışdır. Bundan sonra 3-cü mikrorayon dairəsi yaxınlığında İlkin, Xalid və o, görüşmüşdür. Görüş zamanı telefonları satdığını demişdir. Əldə edilən pulla ev üçün ərzaq almış, evin kirayə pulunu vermiş və qalan pulu isə birlikdə xərcləmişlər. Həmin gecə tutulacağından narahat olduğu üçün Xalidə rayona getmələrini bildirmişdir. Razılağa əsasən xx xxxxxx 2019-cu il tarixdə o, Xalid və İlkin birlikdə taksi ilə “Lökbatan” dairəsi yaxınlığına getmiş və oradan avtobusla Şirvan şəhərinə qayıtmışlar. Şirvan şəhərində olan zaman bir neçə dəfə Xalidlə görüşmüşlər. Daha sonra eşitmişdir ki, Xalidi narkotik istifadəsinə görə tutublar. Bir müddət sonra İlkin və onu polislər bu hadisəyə görə saxlamışlar. Bundan əlavə, Təqsirləndirilən şəxs1, hadisə baş verən zaman özünün, Xalidin və ya İlkinin başında papaq olduğunu dəqiq xatırlamadığını, Zərərçəkmiş şəxs telefonunu ələ keçirib qaçmazdan öncə onun baş nahiyəsindən Xalidin yumruqla vurduğunu, həmin vaxt Fəridi “bıçağı çıxar!” sözləri ilə heç kəsin hədələmədiyini, sadəcə olaraq telefonu Fəridin əlindən aldığını, digərini isə əynindəki şalvarın sağ cibindən çıxardığını, istintaq zamanı müstəntiq tərəfindən ilk dəfə dindirilən zaman unutduğu üçün səhvən hər iki telefonu Fəridin cibindən çıxarmasını dediyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs1, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Şahid Şirvan şəhərindən olduğu üçün tanımışdır. Təqsirləndirilən şəxs1 isə onun qardaşıdır. Murad və o, 2019-cu ilin noyabr ayının əvvəllərində hadisədən 10-15 gün öncə Bakı şəhərinə gəlmişdir. Onlar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən məscidin yaxınlığında yerləşən həyət evində kirayə ev tutub yaşamışlar. Həmin ev üçün adambaşı günlük 2 manat pul vermişlər və ev 1 otaqdan ibarət olmuşdur. Hadisədən təxminən 1 həftə əvvəl Şahid Bakı şəhərinə gəlmişdir. Onlar Xalidlə təsadüfən “28 May” adlanan yerdəki adını bilmədiyi parkda görüşmüşlər. Görüş zamanı Xalid onlardan qalmağa yer soruşmuşdur. Onlar isə Xalidə qaldığı yeri bildirmişlər. Xalid onlarla birlikdə yaşamaq üçün şərait yaratmalarını xahiş etmişdir. Murad və o, ilk öncə Xalidə etiraz etmişlər. Lakin sonradan Xalid çoxsaylı xahişlər etdiyindən razılaşmışlar və ev sahibi ilə danışıb Xalidi də evə almışlar. Xalid öz pulunu özü ödəməli olmuşdur. Xalid onlarla yaşamağa başlamış və onlardan yenə xahiş etmişdir ki, onlar ofisiant işlədiyi “Meridian” şadlıq sarayında Xalidə də iş tapsınlar. Onlar isə Xalidə işləyə bilməyəcəyini demişlər. Lakin Xalid israr etdiyi üçün Xalidi həmin restorana ofisiant kimi işə düzəltmişlər. Təxminən 2 gün sonra işlər dayanmışdır. xx xxxxxx 2010-cu il tarixdə onlar gəzmək üçün evdən çıxmışlar və üçü birlikdə Qaraçuxur qəsəbəsində yerləşən evlərindən birlikdə marşrutla “Neftçilər” metro stansiyası yaxınlığına gəlmişlər. Orada o, Xalid və Murad birlikdə “Komfort” mebel salonu istiqamətində pilləkanlarla yuxarı qalxmışlar. Orada olan “X-Life” barın yanındakı dönərxanadan dönər alıb yeməyə başlamışlar. Bu zaman Fərid adlı uşaq da orada dönər yemişdir. Həmin vaxt o, arxası Xalid, Murad və Fərid adlı şəxslərə tərəf dayanmışdır. Az sonra Fərid, Xalid və Muradın həmin yerdən təxminən 20- 30 metr uzaqlaşdığını görmüşdür. Daha sonra “qaytar, qaytar” səsini eşidib Muradgilə tərəf getmişdir. O, yaxınlaşan zaman Muradın Fəridin telefonunu götürdüyünü və danışdığını görmüşdür. Fərid isə telefonu geri istəmişdir. Xalid isə Fəridə “gözlə, səbrli ol, verəcək” demişdir. O, yaxınlaşan zaman Murada bildirmişdir ki, “uşağın telefonunu qaytar. Görürsən ki səs küy edir”. Bundan sonra Murad telefonu qaytarmışdır. Fərid isə telefonu almış və onlardan uzaqlaşmışdır. Onlar birlikdə dönərxananın qarşısına qayıtmışlar. Az sonra Xalid və Murad birlikdə oradan uzaqlaşmışlar. O, Xalid və Muraddan hara getdiklərini soruşmuş və ona bildirmişlər ki, “işimiz var, birazdan gələcəyik”. O, bir qədər orada gözləmiş və Muradla Xalidin gəlmədiyini görüb, marşrutla Qaraçuxur qəsəbəsində kirayə yaşadığı evə getmişdir. Təxminən saat 22 radələrində Xalid və Murad evə gəlmişdir. Həmin vaxt Murad və Xalid ev üçün kolbasa, çörək və sair ərzaq məhsulları almışlar. O, bunu necə aldıqlarını soruşmuşdur. Həmin vaxt Murad evdən tualetə getmək üçün çıxmışdır. Xalid bu zaman ona danışmışdır ki, Fərid adlı uşağın ardı ilə gedib yolda onu yerə yıxmış, daha sonra Murad əlindəki telefonları alıb qaçmışdır. Az sonra Murad içəri daxil olmuş və o, Muradı sorğu-sual etməmişdir. Hadisədən sonra onlar yenə də işləməyə başlamışlar. Təxminən 2-3 gün sonra işlər zəif olduğu üçün Murada təklif etmişdir ki, “çıxıb gedək Şirvana evə”. Murad da onunla razılaşmış və bu zaman Xalid bildirmişdir ki, getmək istəmir və işləri vardır. Onlar isə Xalidə öz biləcəyi iş olduğunu və qalmaq istəyirsə qalmasını demişlər. Bir qədər sonra Xalid də onlarla Şirvan şəhərinə qayıtmaq üçün razılıq vermişdir. Beləliklə də razılaşdıqları günün sabahısı günü, saat 13 radələrində birlikdə taksi ilə “Lökbatan” dairəsi adlanan yerə getmiş və oradan avtobusla Şirvan şəhərinə qayıtmışlar. Şirvanda olan zaman təsadüfi görüşlər istisna olmaqla Xalidlə görüşməmişlər. Bir müddət sonra Xalidin narkotikə görə həbs olunduğunu eşitmişlər. Təxminən 2020-ci ilin fevral ayında o və Murad da bu hadisə ilə bağlı saxlanılmışdır. Murad həbs olunmuş və o, buraxılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs2 hadisə zamanı üzərində telefon olmadığını, Xalid və Muradın üzərində hansı mobil nömrənin olduğunu bilmədiyini, **********41 saylı mobil nömrənin Murada məxsus olduğunu, həmin **********91 saylı nömrənin onların əvvəllər Şirvan şəhərində kirayədə yaşadığı evin nömrəsi olduğunu, ola bilsin Muradın **********41 saylı mobil nömrəsini Xalidin bildiyini, **********91 saylı nömrəni isə Xalidin bilmədiyini, Zərərçəkmiş şəxs nə üçün onun Muradla birlikdə telefonlarını ələ keçirməsi barədə dediyinə izah verə bilmədiyini demişdir. Sonda Təqsirləndirilən şəxs2, təqsirinin olmadığını nəzərə alaraq, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onların təqsiri, Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadəni nəzərə almaqla məhkəmə baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, həmçinin təqsirləndirilən şəxslərlə barışdığını və sonunculara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, valideyinləri ilə birlikdə yaşayır. “Samsung A30” markalı və “Samsung S3” markalı mobil telefonlar ona məxsus olmuşdur. Hadisə baş verənədək həmin telefonlardan “Samsung A30” markalı telefonun içərisində 055 *** ** ** saylı mobil nömrə, digər “Samsung S3” markalı mobil telefonda isə 055 *** ** ** saylı mobil nömrə olmuşdur. Hər iki telefonun rəngi və üzərində olan üzlük qara rəngli olmuşdur. “Samsung A30” markalı mobil telefonun qiyməti 500 manat, içərisindəki 055 *** ** ** saylı nömrə 3 manat, üzərindəki üzlük isə 5 manat, digər “Samsung S3” markalı mobil telefon 500 manat, içərisindəki 055 *** ** ** saylı nömrə 20 manat, üzərindəki üzlük isə 3 manat olmuşdur. Həmin telefonları üzərindəki üzlük və içərisindəki nömrələrlə birlikdə atası ona hədiyə almışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində o, Nizami rayonu, Q Qarayev prospektində yerləşən “X life” barın yaxınlığına getmişdir ki, ona məxsus olan “Samsung S3” markalı mobil telefonun enerji daşını (batareyasını) dəyişdirsin. O, işini gördükdən sonra həmin barın yaxınlığında yerləşən obyektdən 1 ədəd dönər alıb yemişdir. Dönəri yeyib qurtaran zaman bir nəfər təxminən 23-25 yaşında şəxs ondan telefonu istəmişdir ki, zəng etsin. xx xxxxxx 2019-cu il tarixdə sonradan adının Təqsirləndirilən şəxs1 olmasını bildiyi şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “X-Life” barın yaxınlığında ona yaxınlaşaraq telefonu danışmaq üçün istəmiş və o, telefonu Murada vermişdir. Murad telefonu ilə bir neçə nömrəyə zəng etmiş və qulağına tutmuşdur. Lakin danışıq etdiyini eşitməmişdir. Bir qədər sonra o, Muraddan telefonu geri istəmiş və evə getməli olduğunu bildirmişdir. Murad ona “bir qədər gözlə telefonunu yemirəm. Qaytaracam.” demişdir. Lakin yenə də israrla Muraddan telefonu geri istəmiş və əlini telefonuna doğru uzatmışdır. Həmin vaxt onun səs-küyünə sonradan adını bildiyi İlkin də yaxınlaşmışdır. İlkin bildirmişdir ki, “gözlə telefonunu verəcək”. Yəni İlkin də Muradın dediklərini təsdiqləmişdir. O, yenə də telefonunu geri istəmişdir. Həmin vaxt Xalid onlara yaxınlaşmış və Murada bildirmişdir ki, “qaytarın telefonu getsin”. Nəticədə Murad bir az hərəkətlərini saxlamış və o, telefonu Muraddan geri almışdır. Evin yaxınlığında, yəni R.Rüstəmov küçəsində olan ağaclıq sahəyə çatan zaman arxadan onu bir nəfər tutub yerə yıxmışdır. O, yerə yıxılan zaman əli yerə dəymiş və xəsarət almışdır. Baxan zaman görmüşdür ki, onu yerə yıxan şəxs İlkindir. Həmçinin həmin vaxt Muradı da qarşısında görmüşdür. Murad onun əlində olan telefona əl atmış və dartışmağa başlamışdır. O isə telefonu buraxmamışdır. Həmin anda İlkin də onun əlini arxadan tutub saxlamağa çalışmışdır. O. qışqırmağa başlamış və bu zaman İlkin onun belinin sağ tərəfindən təpiklə vurmuşdur. Həmçinin telefonu buraxmadığı üçün Murad baş hissəsindən yumruqla vurmuşdur. Lakin başını çəkdiyi üçun zərbə o qədər də güclü dəyməmişdir. Nəticədə eynəyi yerə düşmüşdür. O, telefonunu buraxmadığı üçün Murad İlkinə bir neçə dəfə “bıçağı çıxar” demişdir. O, bu sözləri eşitdikdən sonra onlara müqavimət göstərməmiş və Murad əlindəki telefonu almışdır. Sonra isə İlkin əynində olan şalvarın cibindən digər telefonu götürüb qaçmışlar. Ayağa durmuş və qışqırıb onların ardı ilə qaçmaq istəmişdir. Lakin həmin şəxslər bərk qaçıb oradan uzaqlaşmışlar. Daha sonra o, yaşadığı həyətə getmiş və atasını həyətdə görmüşdür. Bu barədə atasına məlumat vermiş və atası polisə zəng vurub məlumat vermişdir. 2020-ci ilin fevral ayında atası ilə birlikdə Nizami RPİ-nın İŞ-nə dəvət edilmişdir. Polis idarəsində olan zaman iki nəfər şəxsin hər birini ayrılıqda ona bir neçə nəfər şəxsin arasında təqdim etmişlər. Bu zaman o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımış və bildirmişdir ki, xx xxxxxx 2019cu il tarixdə onu yerə yıxaraq iki ədəd telefonunu ələ keçirmiş şəxslər həmin şəxslərdir. Bir müddət sonra polis idarəsinə yenə çağırılmış və ona bir neçə foto şəkil təqdim olunmuşdur. O, həmin fotoşəkillər arasında Şahid foto şəklini görərək tanımış və bildirmişdir ki, hadisə baş verən gün İlkin və Muradın yanında olan şəxsdir. Lakin ona qarşı heç bir pis hərəkət etməmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 tanıyan zaman hazırda ifadəsində qeyd etdiyi kimi İlkinin onu yerə yıxdığını, Muradla birlikdə telefonlarını ələ keçirdiyi barədə dediyini, Şahid ona heç bir təzyiq göstərmədiyini və telefonlarının ələ keçirilməsində iştirak etmədiyini, Murad və İlkinin yalan ifadə verdiklərini, qardaş olduqları üçün günahı Xalidin üzərinə atdıqlarını, hadisə zamanı Murad onu yumruqla vuran zaman başını çəkdiyi üçün zərbənin bərk dəymədiyini, həmin vaxt əynində qalın “balonka” tipli gödəkçənin olduğunu, bu səbəbdən də ola bilsin həmin nahiyədə xəsarətinin qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə həmyerli olduğu üçün onları tanımışdır. Murad və İlkinlə münasibətləri çox yaxın olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə işləmək üçün Bakı şəhərinə getmişdir. İş axtaran zaman “Neftçilər” metrosu yaxınlığında “Komfort” şadlıq sarayı yaxınlığına gəlmişdir. Təsadüfən tanışları Murad və İlkini görmüşdür. Görüş zamanı harada işlədiklərini soruşmuş, İlkin və Murad restoranlarda ofisiant işlədiklərini demişlər. Murad və İlkinin narkotik istifadəçisi olduğunu bildiyi üçün narkotik vasitələri necə aldığını soruşan zaman onlar bəzən hansısa şəxsin əlindən telefon oğurlayıb satmaqla pul qazandıqlarını demişlər. Təxminən saat 17 radələrində qeyd etdiyi yerdə olan dönərxananın qarşısında bir nəfər 15-16 yaşlarında uşaq dayanmışdır. Murad həmin uşağa yaxınlaşaraq telefonu danışmaq üçün istəmiş və həmin uşaq telefonu Murada vermişdir. Murad telefonu qulağına tutaraq onlardan bir qədər uzaqlaşmaq istəmişdir. Lakin həmin uşaq narahat olub telefonunu istəmişdir. Murad ona biraz gözləməsini desə də uşaq əl çəkməyib telefonunu Muraddan dartaraq almışdır. Bundan sonra Murad həmin uşağın ardı ilə piyada getmişdir. O, artıq nə baş verəcəyini başa düşüb oradan uzaqlaşmışdır. O, hadisə yerindən uzaqlaşan zamanı İlkin həmin uşağın arxasınca getməmiş, orada dayanmışdır. Təxminən 20-30 dəqiqə sonra Murad onun nömrəsinə zəng edərək “20 Yanvar” dairəsi yaxınlığına gedəcəyini və orada görüşəcəklərini bildirmişdir. O, Muradın sözü ilə deyilən yerə getmişdir. Adını xatırlamadığı restoranın yanında Murad və İlkinlə görüşmüşdür. Söhbət zamanı Murad və İlkinlə birlikdə adını bilmədiyi kafeyə daxil olmuşlar. Kafedə bir qədər yeyib-içdikdən sonra Muradgilin Qaraçuxur qəsəbəsində yerləşən evlərinə getmiş və orada gecələmişlər. Axşam saatlarınadək xatırlamadığı restoranda ofisiant işləmişlər. Təxminən saat 23 radələrındə yaşadığı Şirvan şəhərinə qayıtmışdır. xx xxxxxx 2019-cu il tarixdə Şirvan polisi tərəfindən narkotik vasitələrin istifadəsinə görə həbs olunmuşdur. 2020-ci ilin fevral ayında televizora baxan zaman görmüşdür ki, həmin hadisə ilə bağlı Murad və İlkin tutulmuşdur. İş materiallarında olan baxış keçirilməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərin surətindən görünür ki, hadisə yeri ünvan 5 ünvanının yaxınlığında yerləşən ağaclıq sahədir. Baxış zamanı hadisə yerindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Benex” markalı qara çərçivəli və şəffaf optik şüşəli eynək, 1 ədəd ağ rəngli naqilli iki qulaqlığı olan və üzərində tənzimləyici bloklu qulaqcıq aşkar edilərək götürülmüş və gündəlik tələbatda istifadəsi zəruri olduğundan sahibinin xahişi ilə ona saxlanca verilmişdir. İş materiallarında olan könüllü təqdim etmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş qaimədən görünür ki, cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxsin iş üzrə qanuni nümayəndəsi qismində tanınmış Qanuni nümayəndə Zərərçəkmiş şəxs ələ keçirilmiş mobil telefonunda olan 055 *** ** ** saylı nömrə ilə xx xxxxxx 2019-cu il tarixdə saat 01:53-dən 28 noyabr saat 19:01-dək olan müddət ərzində aparılan əməliyyatlara dair “xxxxxxx” MMC-dən götürülmüş qaiməni könüllü istintaqa təqdim etmiş, həmin qaiməyə baxış keçirilmiş və bununla əlaqədar protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, könüllü təqdim olunan qaimə 2 vərəqdən ibarətdir. 1-ci vərəqdə olan məlumatlara əsasən müəyyən edimişdir ki, qeyd edilən nömrədən xx xxxxxx 2019-cu il tarixdə saat 17:38-də +**********41 mobil nömrəsinə 9 saniyə, saat 17:41-də +**********91 nömrəsinə 15 saniyə, saat 17:42-də +**********91 nömrəsinə 45 saniyə danışıq müddəti ilə zənglər edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs və Qanuni nümayəndə həmin nömrələri tanımadıqlarını və nömrələrin telefonu danışmaq adı ilə Zərərçəkmiş şəxs almış şəxsin zəng etdiyi nömrələr olduğunu bildirmişlər. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1226 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol mil-bilək oynağının iç səthinin sıyrığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx xxxxxx 2019-cu il tarixdə yarana bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. Lokalizasiya və xarakterinə əsasən demək olar ki, xəsarətin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inkar olunur. İş materiallarında olan şəxsin tanınması haqqında xx xxxxxx 2020-ci il tarixli protokollardan və əlavə edilmiş fotoşəkillərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 4 nəfər arasında Zərərçəkmiş şəxs təqdim edilmiş və Zərərçəkmiş şəxs 4-cü yerdə dayanmış şəxsi, yəni Təqsirləndirilən şəxs1 tanımış və Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə onun telefonlarını ələ keçirmiş şəxs olduğunu bildirmişdir. Bundan başqa, müstəntiq tərəfindən tərtib edilmiş digər xx xxxxxx 2020-ci il tarixli şəxsin tanınması haqqında protokolda olan qeydə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 4 nəfər arasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim edilmiş və Zərərçəkmiş şəxs 2-ci yerdə dayanmış şəxsi, yəni Təqsirləndirilən şəxs2 tanımış və xx xxxxxx 2019-cu il tarixdə ona “Komfort” şadlıq sarayının yanında yaxınlaşan telefonla bağlı narahat olmamağı deyən şəxs olduğunu bildirmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 tanıması xüsusatı üzrə təkrar dindirilərkən həmin protokolda qeyd edilən xüsusatla ifadəsində göstərdiyi xüsusat arasındakı ziddiyyət barədə göstərmişdir ki, tanınma istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 onu yerə yıxdığını, Təqsirləndirilən şəxs1la birlikdə telefonlarını ələ keçirdiyini demiş və ola bilər ki, müstəntiq onu səhv başa düşmüşdür. İş materiallarında olan baxış keçirilməsi barədə protokollardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər Xidmətindən götürülmüş “CD” disklərə ayrı-ayrılıqda Zərərçəkmiş şəxs, Şahid, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, üzərində 1 rəqəmi qeyd olunmuş “CD” diskdə 05 ədəd video görüntü vardır. Həmin görüntülərdən 14 dəqiqə 59 saniyə müddətli “TŞ4-084.3(2)” adlı görüntüyə əsasən müəyyən olunmuşdur ki, 13-cü dəqiqə 02-ci saniyəsində yolun sağ tərəfi ilə səki üzərində Təqsirləndirilən şəxs1 adlı şəxs Zərərçəkmiş şəxsla yanaşı kamera istiqamətində hərəkət edirlər. Təqsirləndirilən şəxs1 sol əlini telefonla danışarcasına qulağında saxlamışdır. 13-cü dəqiqə 12-ci saniyədən başlayaraq Zərərçəkmiş şəxs əlini Muradın qulağına tərəf aparır və mobil telefona bənzər əşyanı götürməyə cəhd edir. Təqsirləndirilən şəxs1 mobil telefona bənzər əşyanı sağ əlinə və sol əlinə keçirməklə sağa və ya sola doğru aparır. Zərərçəkmiş şəxs isə həmin əşyanı götürmək üçün cəhd edir. 13-cü dəqiqə 28-ci saniyədə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs1 başında papaq və əli cibində olan şəxs Təqsirləndirilən şəxs2 yaxınlaşır. Bu zaman Fərid telefona bənzər cihazı Təqsirləndirilən şəxs1 əlindən dartışdırır, Murad isə həmin əşyanı sağa və sola doğru əlində hərəkət etdirməklə verməməyə çalışır. 13-cü dəqiqə 38-ci saniyədə Şahid hər üç şəxsə yaxınlaşır və bundan sonra Zərərçəkmiş şəxs telefonu Təqsirləndirilən şəxs1 alaraq oradan uzaqlaşır. Bundan başqa, üzərində 2 rəqəmi qeyd olunmuş diskdə 2 ədəd video görüntü vardır. Həmin görüntülərdən 8 dəqiqə 24 saniyəlik “TŞ4-084-1(2)-Part 1” adlı görüntüyə əsasən müəyyən olundu ki, 6-cı dəqiqə 32-ci saniyəsində yolun sağ tərəfindən səki ilə Təqsirləndirilən şəxs1 öndə və Şahid solda, Təqsirləndirilən şəxs2 sağda olmaqla hər üç şəxs piyada hərəkət edir. Hər üç şəxs qara rəngli geyinmiş və yalnız Təqsirləndirilən şəxs2 başında papaq olması görünür, 7-ci dəqiqə 12-ci saniyədə Şahid yol kənarında olan obyektin şüşəsinə baxaraq saçlarına əl gəzdirir. Təqsirləndirilən şəxs1 piyada keçidi istiqamətində piyada hərəkət edir və İlkin Təqsirləndirilən şəxs1 arxası ilə baxır. Həmçinin, 6 dəqiqə 35 saniyəlik “TŞ4-084.1(2)-Part 2” adlı görüntüyə əsasən müəyyən olunmuşdur ki, piyada keçidi nişanının arxa hissəsində zərərçəkmiş şəxsin özü Təqsirləndirilən şəxs1la üzbəüz dayanmışdır. Binanın künc hissəsində bir qədər kənarda isə Təqsirləndirilən şəxs2 və Şahid üzbəüz dayanmışdır. 5 dəqiqə 22-ci saniyədə Zərərçəkmiş şəxs Nizami rayon İcra Hakimiyyəti binasının əksi istiqamətində yolun sağ tərəfi ilə hərəkət edir və əlində telefon görünür. Bu zaman onun ardı ilə birinci Təqsirləndirilən şəxs1, ondan bir qədər arxada isə Şahid və Təqsirləndirilən şəxs2 yanaşı hərəkət edirlər. Az sonra Zərərçəkmiş şəxs dayanır və Təqsirləndirilən şəxs1 ona yaxınlaşır. Qısa zamanda Zərərçəkmiş şəxs həmin yerdən uzaqlaşır və daha sonra hər 3 şəxs yenidən dönərxana istiqamətində hərəkət edirlər. Bundan başqa, üzərində 3 rəqəmi qeyd olunmuş 5 ədəd videogörüntünün olması, həmin görüntülər içərisində 2 dəqiqə 59 saniyəlik “TŞ4-029.1” və “TŞ4-029.2” adlı görüntülərin eyni olması müəyyən edilmişdir. Görüntülərdən “TŞ4-029.2” adlı görüntünün 1 dəqiqə 45-ci saniyəsində dayanmış “BakuBus” tipli avtobusun ön sağ tərəfindən birinci Təqsirləndirilən şəxs1, daha sonra Təqsirləndirilən şəxs2 səkidən yolun hərəkət hissəsinə piyada daxil olaraq yolun əks tərəfinə, yəni “X-Life” bar istiqamətində keçməsi görünür. Sol tərəfdə Təqsirləndirilən şəxs1 və sağ tərəfdə başında papaq Təqsirləndirilən şəxs2 hərəkət edir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 nisbətən bir qədər arıq bədən quruluşlu və uzun boylu olması, həmçinin Təqsirləndirilən şəxs2 siqaret çəkməsi görünür. Həmçinin, 2 dəqiqə 59 saniyəlik “TŞ4-029.3” adlı görüntünün 1 dəqiqə 28-ci saniyəsində öndə Təqsirləndirilən şəxs1 və ondan bir qədər geridə Təqsirləndirilən şəxs2 “Neftçilər” metrostansiyasından çıxması və çıxarkən hər iki şəxsin siqaret çəkməsi görünür. “CD” disklərə əlavə olunmuş digər görüntülərdə hadisə ilə bağlı görüntü aşkar olunmamışdır. İş materiallarında olan üzləşdirmə protokollarından görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, təqsirləndirilən şəxslərin üzünə demişdir. İş materiallarında olan məhkəmə-psixoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 965 saylı rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak proseslərinin, əqli və psixi inkişafının, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. İntellektual-mnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə ifadə verə bilər. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Ünsiyətçilik, aktivlik, tənqidə və təhqirə qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Zərərçəkmiş şəxs əqli inkişafı, hadisə zamanı emosional halı nəzərə alınmaqla, törədilmiş cinayət zamanı ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlamaq öz hərəkətlərini və ona qarşı edilən hərəkətləri tam dərk etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 181-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməsi, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 180 və 181-ci maddələri ilə aparılan cinayət təqibinə xitam verilməsi, cinayət işi üzrə videogörüntülərin köçürüldüyü 3 ədəd “CD” diskin maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinə əlavə edilməsi, cinayət işinin istintaqı ilə əlaqədar hadisə yerinə baxış keçirilən zaman götürülmüş Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara çərçivəli və şəffaf optik şüşəli eynəyin, 1 ədəd ağ rəngli naqilli iki qulaqlığı olan və üzərində tənzimləyici bloklu qulaqcığın maddi sübut kimi tanınması və gündəlik tələbatda istifadəsi zəruri olduğundan sahibinin xahişi ilə saxlanca verilməsinin nəzərə alınması və.s qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, hadisə zamanı Zərərçəkmiş şəxs məxsus hər hansı mobil telefonu talamaması, yəni təqsirinin olmaması barədə Təqsirləndirilən şəxs2 ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən və Şirvan Şəhər Məhkəməsinin xx xxx 2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan Şəhər Məhkəməsinin xx xxx 2012-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəzası şərti hesab edilməklə, barəsində 01 il sınaq müddəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən, sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təqsirləndirilən şəxsə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, xx xxxx 2020-ci il tarixli, xx xxxx 2020-ci il tarixli və xx xxxx 2020-ci il tarixli qərarlarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 4 ay həddində, yəni xx xxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmış, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmış, xx xxxx 2020-ci il tarixdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə baxış iclasında baxılanadək təsdiq edilmiş və həmin Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə məhkəməyə verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxsin onu etdiyi əmələ görə bağışlamasını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3, 329.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 329.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CMnin 332.2.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə sınaq müddəti müəyyən edilmiş və sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində onun vəziyyətini yaxşılaşdıran “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli, 68-VİQD saylı Qanunu tətbiq edilmiş, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 329.2.1-ci maddəsi ilə təqsirli bilindiyi əməlinin hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 330.3.1ci maddəsinə tövsif edilməsi və ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) ilə azaldılması, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını zərərçəkmiş şəxs X4 şərəf və ləyaqətini alçaltmaqla və ona qarşı zor tətbiq etməklə pozaraq, sonuncunun 10 manat məbləğində pulunu hədə-qorxu ilə tələb etməsi ilə bağlı əməlləri hədə-qorxu yolu ilə tələb edilən əmlakın dəyəri 100 (yüz) manatdan yuxarı olmadığına və X1 qəsdən yüngül zərər vurulmadığına görə cinayət hesab edilmədiyindən onun Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3 və 332.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmündən Azərbaycan Respublikası CMnin 182.2.1, 182.2.3, 332.2.3 və 66.3-cü maddələrinə dair müddəaların xaric edilməsi və hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd edilən hökmündən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti və ya protesti verilməmiş, qərar qanuni qüvvəyə minmişdir. İşdə olan sübutlarla isə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini sınaq müddəti bitməmiş törətmişdir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plemunun xx xxxx 2002-ci il tarixli, 2 saylı Qərarının 4-cü bəndinə əsasən əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda, azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış (CİM-nin 66-cı maddəsi) və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. İşdə olan sübutlardan isə göründüyü kimi, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli hökmü ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilərək, Təqsirləndirilən şəxs2 barəsində 01 il 06 ay sınaq müddəti müəyyən edildiyindən o, azadlıqdan məhrum etmə növündə cəzasını cəzaçəkmə müəssisələrində çəkməmişdir. Habelə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plemunun xx xxxx 2002-ci il tarixli, 2 saylı Qərarının 4-cü bəndinin “a” yarımbəndinə əsasən əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər anlayışına, o cümlədən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, lakin CM-nin 71.3, 71.4 və 71.5-ci maddələrində nəzərdə tutulmuş qaydada cəza çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərilmiş şəxslər aiddir. İşdə olan sübutlardan Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş Təqsirləndirilən şəxs2 hazırda ona istinad edilən cinayət əməlini törədənədək, Azərbaycan Respublikası CM-nin 71.3, 71.4 və 71.5-ci maddələrində nəzərdə tutulmuş qaydada cəza çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərildiyi müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində şərti məhkum etmə ləğv edilməli və ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə qəti cəza təyin olunmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan və müvəqqəti saxlama yerindən azad edilmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə, müvəqqəti saxlama yerindən azad edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 02 gün müddət Təqsirləndirilən şəxs2 təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2-ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara çərçivəli və şəffaf optik şüşəli eynəyin, 1 ədəd ağ rəngli naqilli iki qulaqlığı olan və üzərində tənzimləyici bloklu qulaqcığın ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 03 (üç) ədəd “CD” disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 barəsində tətbiq edilmiş şərti məhkum etmə və sınaq müddəti ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 03 (üç) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara çərçivəli və şəffaf optik şüşəli eynəyin, 1 ədəd ağ rəngli naqilli iki qulaqlığı olan və üzərində tənzimləyici bloklu qulaqcığın ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-181/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-181/2020
24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver