Məhkəmə qərarları › İş №1(007)-182/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-182/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-182/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx xxxxx 1992-ci ildə Goranboy rayonunun Cinliboluslu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də merçindazer işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 59, mənzil 21 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 19.01.2021-ci il larixdə saat 21 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, "xxxx" MMC-yə məxsus etibarnamə əsasında idarə etdiyi “Fiat Doblo” markalı, H 017628 dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ilə Rüstəm Rüstəmov küçəsi istiqamətində hərəkətdə olan zaman Çobanzadə küçəsi 75 ünvanının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmaması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, avtomobilinin qabaq sol hissəsi ilə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs1 vuraraq, ehtiyatsızlıqdan sonuncuya canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş beyin toxumasının hər iki ənsə, gicgah və təpə paylarına, qişalarına, sol gicgah əzələsinə və kəllənin dərialtı yumşaq toxumasına qansızma sol təpə-ənsə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan ənsə sağ gicgah sümüyünün kəllə əsasına keçən sınıqları, sağ əlin arxa səthinin iri ölçülü şişkinlik halında əzilməsi, sağ qulaq arxası nahiyə, sol çənə bucağı nahiyəsi, boyunun sol yan səthi, sol bazu oynağının yuxarı və arxa səthlərinin sıyrıqlarından ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən baş beyin toxumasına və qişalara qansızma Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuş və “Fiat Doblo“ markalı, H 017628 dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsi nəticəsində “Türk-Yapı Sənaye“ MMC-yə ümumilikdə 570 manat maddi ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “X6” MMC-nin baş ofisində “Merçindazer”, yəni satış nəzarətçisi işləyir. Şirkət tərəfindən etibarnamə yolu ilə həvalə edilmiş “Fiat Doblo" markalı, H017628 nömrə nişanlı avtomaşınla şirkətə məxsus məhsulların satışının həyata keçirildiyi mağazalarda məhsullara nəzarət edir. 19 yanvar 2021-ci il tarixdə saat 21 radələrində etibarnamə ilə idarə etdiyi “Fiat Doblo” markalı, H 017628 nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi istiqamətindən Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi istiqamətinə 50 km/saat sürətlə hərəkət edən zaman Bəkir Çobanzadə 75 ünvanında bir anda səs-küy eşitmiş, bu zaman avtomaşının sol yan güzgüsünün sındığını bilmişdir. O, dərhal narahat halda maşını yolun həmin istiqamətdə sağ hissəsinə sürüb saxlamış və maşından düşüb səs eşitdiyi tərəfə gedib yaxınlaşdıqda yerdə naməlum şəxsi uzanıqlı vəziyyətdə görmüşdür. O, həmin an avtomaşını ilə naməlum şəxsi vurduğunu bilmişdir. O, hadisə vaxtı yolda piyadanı görməmişdir. O, dərhal dostu Şirinə zəng edib tanımadığı bir şəxsi avtomaşınla vurduğunu demişdir. Şirin isə ona hadisə yerində gözləməyini və təcili tibbi yardıma zəng etməyini tövsiyə edərək, oraya gələcəyini bildirmişdir. Bundan sonra ətrafa çoxlu adamlar toplaşmışlar. Bir az keçmiş hadisə yerinə Nizami RPİ-nin əməkdaşları gəlmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş “X6” MMC-yə dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmədən evli olmasının, himayəsində azyaşlı uşağının olmasının, ailənin yeganə qazanc gətirəni olmasının, hadisənin qarşısını almağa texniki imkanının olmamasının nəzərə alınmasını və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi ona dəymiş ziyan tam ödənilib, Təqsirləndirilən şəxs nə bu gün, nə də gələcəkdə hər hansı şikayəti yoxdur və olmayacaq, onu bağışlayır. Məhkəmə iclaslarında iştirak etmək istəmir, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 istintaqda bildirmişdir ki, Zərərçəkmiş şəxs1 doğma övladıdır. 2017-ci ildən şəxsi işləri ilə bağlı Ukrayna Respublikasında yaşayır. Övladı Zərərçəkmiş şəxs1 isə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində nömrəsiz evdə xalası ilə birlikdə kirayə yaşayırdı. 19.01.2021-ci il tarixdə səhər saatlarında baldızı qızı ona sms yazaraq oğlu Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində ölməsini bildirmişdir. Dərhal Bakı şəhərinə aviabilet almış və 21.01.2021-ci il tarixdə növbəti reyslə Bakıya gəlmişdir. O, Bakıya gəldikdə oğlu dəfn edilmişdir. Sonradan ona məlum olmuşdur ki, 19.01.2021-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs ayıq vəziyyətdə, texniki cəhətdən saz vəziyyətdə olan “X6” MMC-yə məxsus etibarnamə ilə idarə etdiyi “Fiat Doblo” markalı, H 017628 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ilə Rüstəm Rüstəmov küçəsi istiqamətində hərəkət etdirmiş və Çobanzadə küçəsi 75 ünvanının qarşısına çatdıqda yolu sağdan sola keçən 22.05.2003-cu il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs1 vurması nəticəsində hadisə yerində ölmüşdür. İş üzrə zərərçəkmiş şəxs “X6” MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək 570 manat məbləğində zərərin Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, ona qarşı şikayət və tələblərinin olmadığını, Təqsirləndirilən şəxs qarşı heç bir iddiaları olmadığından məhkəmə iclaslarında iştirak etmək istəmədiklərinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs “X6” MMC-nin nümayəndəsi istintaqda bildirmişdir ki, 15.12.2020ci il tarixdə “X7” MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış müqaviləyə əsasən sonuncuya “Fiat Doblo” markalı, H 017628 qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmək hüququ verilmişdir. 19.01.2021-ci il tarixdə saat 21 radələrində vətəndaş Təqsirləndirilən şəxs ayıq vəziyyətdə, texniki cəhətdən saz vəziyyətdə olan “X6” MMC-yə məxsus etibarnamə ilə idarə etdiyi “Fiat Doblo” markalı, H 017628 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ilə Rüstəm Rüstəmov küçəsi istiqamətində hərəkət etdirmiş və Çobanzadə küçəsi 75 ünvanının qarşısına çatdıqda yolu sağdan sola keçən 22.05.2003-cü il təvəllüdlü piyada Zərərçəkmiş şəxs1 vurması nəticəsində sonuncu hadisə verində ölmüşdür. Avtomobilin ön və sol hissəsinin əzilməsi nəticəsində avtomobilə 570 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “X6” MMC-nin baş ofisində “Marketinq mütəxəssisi" vəzifəsində işləyir. Təqsirləndirilən şəxs iş yoldaşıdır. Onunla münasibətləri yaxşı olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Şirkətə məxsus “Fiat Doblo” markalı, H017628 nömrə nişanlı avtomaşını etibarnamə ilə iş yoldaşı Təqsirləndirilən şəxs idarə etmişdir. 19 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Abdurəhim ona zəng edərək həyəcanlı səslə ünvan 2 ünvanında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Abdurəhimə telefonda sakitləşməsini, tez təcili tibbi yardıma zəng etməsini, oradan uzaqlaşmamasını bildirərək hadisə yerinə getmişdir. Hadisə yerində Abdurəhimin etibarnamə ilə idarə eldiyi ”Fiat Doblo" markalı, HO17628 nömrə nişanlı avtomaşınla şəxsiyyəti məlum olmayan şəxsi vurduğunu və həmin şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Bir az keçmiş hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmişlər. Orada həkimlər həmin şəxsin nəbzini yoxladıqda onun öldüyünü bilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 19 yanvar 2021-ci il tarixdə axşam vaxtı idarə etdiyi “Mercedes-Benz 190" markalı, **-TR- *** dövlət qeydiyyat nişanlı avtomaşınla Nizami rayonu, Bəkir Çobanzadə küçəsindən ünvan 3 ünvanına çatdıqda qarşıda cavan bir şəxsin yolu hər iki tərəfə ayıran qırıq-qırıq xəttin üzərində dayanaraq avtoservis tərəfə keçmək istədiyini görmüşdür. O, həmin şəxsi təxminən 100-150 metr məsafədən görmüşdür. Bu zaman Babək prospektindən Rüstəm Rüstəmov küçəsi istiqamətinə doğru yolun əks tərəfindən gələn hazırda markasını xatırlamadığı, ağ rəngli avtomaşın həmin yolda olan qırıq-qırıq xəttin üzərində dayanan piyadanı avtomaşının sol tərəfi ilə vurmuş və həmin şəxs yerə yıxılmışdır. O, dərhal maşını sağa çəkib saxlamış və maşından düşərək DİN-nin 102 zəng mərkəzinə piyadanın vurulması ilə nəticələnən hadisə haqqında məlumat vermişdir. Bundan sonra yerdə uzanıqlı vəziyyətdə olan şəxsə yaxınlaşaraq onun yerdə hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. Həmin piyadanı vuran ağ rəngli avtomobilin sürücüsü qarşıda maşını saxlayaraq həmin yerdə uzanıqlı vəziyyətdə olan şəxsin yanına gəlmişdir. Hadisə yerinə Nizami RPİ-nin əməkdaşları gəldikdən sonra o, çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında 19.01.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 2/738 saylı, 09.01.2021-ci il tarixli protokoldan görünür ki, 19.01.2021-ci il tarixdə saat 22:20 radələrində müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - “X6” MMC tərəfindən verilmiş 15.12.2020-ci il tarixli, 20201215/03 nömrəli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs “X6” MMC-yə məxsus olan “X8 1,4 Premio”, rəngi ağ, mühərrik nömrəsi 1718060, şassi nömrəsi 9175076, ban nömrəsi ZFA**********5076 və dövlət qeydiyyat nişanı H017628 olan avtomobili Azərbaycan Respublikası ərazisində idarə etmək etibar edilmişdir. - maddi sübut kimi tanıma haqqında 22.01.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə bir ədəd "CD" disk maddi sübut kimi tanınmışdır. - zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanımaq haqqında 22.01.2021-ci il tarixli qərardan görünür ki, “X6” MMC zərərçəkmiş şəxs qismində tanınmış, Nümayəndə oğlu zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. - “X6” MMC tərəfindən verilmiş 25.01.2021-ci il tarixli qüsur aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “X6” MMC-yə məxsus H017628 dövlət qeydiyyat nişanlı, “X8 1” markalı avtomobilə dəyən maddi ziyanın dəyəri 570 azn-dır. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş 28.01.2021-ci il tarixli, 016-10278-1221 nömrəli məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 08.05.2014-cü il tarixdə AE 108056 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 meyitin ekspertizasına dair 19.01.2021-ci il tarixli, 7 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 baş beyin toxumasının hər iki ənsə, gicgah və təpə paylarına, qişalarına, sol gicgah əzələsinə və kəllənin dərialtı yumşaq toxumasına qansızma, sol təpə-ənsə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan ənsə, sağ gicgah sümüyünün kəllə əsasına keçən sınıqları, sağ əlin arxa səthinin iri ölçülü şişkinlik halında əzilməsi, sağ qulaqarxası nahiyə, sol çənə bucağı nahiyəsi, boynun sol yan səthi, sol bazu oynağının yuxarı və arxa səthlərinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər həyatidir, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 11.09.2020-ci il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyır və ənsə, sağ gicgah sümüyünün kəllə əsasına keçən sınıqları baş vermiş ölümlə səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb baş beyin toxumasına və qişalara qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən 4-6 saat əvvələ uyğun gələ bilər. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. - zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanımaq haqqında 16.02.2021-ci il tarixli qərardan görünür ki, X3 yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş oğlu Zərərçəkmiş şəxs1 hüquqi varisi kimi tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19.03.2021-ci il tarixli, 8/608 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən ‘‘Fiat Doblo'’markalı, H017628 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında 02.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 03.04.2021-ci tarixli qərardan görünür ki, ‘‘Fiat Doblo'’markalı, H017628 dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahibinə təhvil verilməsi nəzərə alınmışdır. Bir ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmışdır. - “X6” MMC tərəfindən verilmiş 12.04.2021-ci il tarixli, 20210412/02 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. - nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 06.10.2017-ci il təvəllüdlü Abduyev Rəhman Abdurəhim oğlu adlı uşağı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 08.05.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, 19.01.2021-ci il tarixdə axşam vaxtı ‘‘Fiat Doblo'’markalı avtomobil ünvan 4 ünvanında küçədə qırıq-qırıq xəttin üzərində dayanmış vəziyyətdə olan piyadanı vurmuşdur. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində Zərərçəkmiş şəxs1 canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmiş bədən xəsarəti yetirməsi, zərərçəkmiş şəxsin aldığı xəsarətlərdən hadisə yerində ölməsi və ‘‘Fiat Doblo'’ markalı, H017628 dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinin əzilməsi nəticəsində “X6” MMCyə 570 manat maddi ziyan dəyməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxs “X6” MMC-yə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin heç bir şikayətinin və tələbinin olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və dəymiş ziyanı ödəməsini, iş yeri üzrə müsbət xarakterizə olunmasını, evli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, cinayətin obyektini yol hərəkəti və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs “X6” MMC-yə və zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tam ödədiyindən və barışdığından ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Ona görə də Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasına əsasən əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan “Fiat Doblo” markalı, H017628 dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmış hesab edilməli, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” və 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan “Fiat Doblo” markalı, H017628 dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” və 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar