Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-182/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1982-ci ildə Oğuz rayonu, Xalxal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Xalxal kəndində qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, S.Vurğun küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 06 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanın qarşısında bibisi oğlu Şahid2 etibarnamə əsasında idarə etdiyi “Mersedes Viano” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşdiyi zaman həmin ünvanda Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Volkswagen Polo” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun əyləşdiyi avtomobilin önündə saxlaması və tıxac yaratması ilə bağlı Şahid2 Zərərçəkmiş şəxs öz narazılığını bildirdikdən sonra sonuncular arasında yaranmış mübahisəyə müdaxilə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ictimai yer olan Nizami rayonu, “Neftçilər” metrostansiyasının qarşısında digər şəxslərin narahatçılığına səbəb olmaqla, qəsdən, yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs üz nahiyəsindən vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, alt dodağın iç səthinin qansızması ilə müşayiət olunan əzilmiş yarası və alt dodağın şişkinlik halında əzilməsindən ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 06 sentyabr 2022-ci il tarixdə, təxminən saat 22 radələrində Bakı şəhəri, “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında o, bibisi oğlu olan Seymurun idarə etdiyi “Mersedes Viano” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Həmin vaxt avtomobili Seymur idarə etmiş və arxada 4 nəfər ispan vətəndaşı əyləşmişdir. Seymur ispan vətəndaşlarını “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yaşayan bibisi Lətafətgilə aparmışdır. Belə ki, bibisigilin ispanlarla qohumluq əlaqəsi var və ispan vətəndaşları tez-tez onlara qonaq gəlirmişlər. Onlar Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığından “Xalqlar”” metrostansiyası istiqamətində gedərkən Seymurun idarə etdiyi “Mersedes Viano” markalı avtomobilin önündə “Volkswagen Polo” markalı avtomobil hərəkət edirmiş. Biraz irəli getdikdən sonra “Volkswagen Polo” markalı avtomobil “Mersedes Viano” markalı avtomobilin önündə dayanmışdır. Seymur öz avtomobilin işıqlarını yandırıb-söndürməklə və siqnal verməklə “Volkswagen Polo” markalı avtomobilin sürücüsü olan Zərərçəkmiş şəxs yolu kəsməməsini, yəni irəli getməsini bildirmişdir. Təxminən 50-60 saniyə sonra Cahid avtomobilini irəli hərəkət etdirmişdir. Bundan sonra Seymur həmin yerdən çıxaraq irəli getmiş və avtomobili “Volkswagen Polo” markalı avtomobil solunda saxlamışdır. Seymur Cahidə “dədəvin yoludur?” demiş, Cahid də “bəs sənin dədəvin yoludur?” deyərək sual ilə müraciət etmişdir. Bununla bağlı Cahid ilə Seymur arasında sözlə mübahisə olmuşdur. Həmin vaxt o, müdaxilə edərək Cahid ilə mübahisə etməyə başlamışdır. Cahidin nalayiq ifadələr işlətdiyini görüb o, əyləşdiyi oturacaqdan Cahidin üz nahiyəsinə, qəsdən, bir neçə dəfə yumruqla zərbələr endirmişdir. Həmin vaxt polis əməkdaşları avtomobilin yaxınlığına gəlmiş və mübahisələrinin daha da kəskinləşməsinə imkan verməyərək onları ayırmışlar. Arxa oturacaqda əyləşən ispan vətəndaşları da mübahisələrinə müdaxilə etmək istəsələr də, polis əməkdaşları Cahidi onlardan uzaqlaşdırmışlar. Həmçinin həmin vaxt oraya digər tanımadığı şəxslər də gəlmişlər. Bundan sonra polis əməkdaşları onları Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar. O, Zərərçəkmiş şəxs xəsarət yetirərkən hər hansı alət və ya predmetdən istifadə etməmiş, yalnız yumruqla Cahidi vurmuşdur. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödədiyini bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına (habelə istifadəsində olan mobil nömrəsinə elektron qaydada smsbildiriş göndərilməsinə) baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nicat Osmanova 17 dekabr 2022-ci il tarixli ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın Müşfiq Şirinov tərəfindən tam ödənildiyini, buna görə də təqsirləndirilən şəxslə şəxslə barışdığını və sonuncuya qarşı hər hansı iddiasının, tələbinin və şikayətinin olmadığını bildirmiş, ərizədə göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, təxminən 2 ildir ki, Bakı şəhəri ərazisində, son vaxtlar isə Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olur. 06 sentyabr 2022-ci il tarixdə təxminən saat 23 radələrində “Neftçilər” metrostansiyasının yaxınlığında etibarnamə əsasında idarə etdiyi “Volkswagen Polo” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlamaq istəyərkən avtomobilinin arxasında olan “Mersedes Viano” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu görmüşdür. Həmin avtomobil arxadan ön işıqlarını yandırıb-söndürməklə və siqnal verməklə onun irəli hərəkət etməyini istəmişdir. Lakin həmin vaxt önündə avtomobil olmuş, həmçinin o, avtomobili yaxınlıqda saxlamaq üçün yer axtamışdır. Biraz sonra avtomobili irəli hərəkət etdirib arxadakı avtomobilin getməsinə şərait yaratmışdır. Həmin vaxt “Mersedes Viano” markalı avtomobil onun idarə etdiyi “Volkswagen Polo” markalı avtomobilin solunda dayanmışdır. Həmin avtomobilin sürücüsü olan Seymur avtomobilindən ona “dədəvin yoludur?” deyərək sual vermişdir, o da Seymura “bəs sənin dədəvin yoludur?” deyərək sual vermişdir. Bununla bağlı olaraq Cahid ilə aralarında söz mübahisəsi baş vermişdir. Bundan sonra Müşviq əyləşdiyi oturacaqdan sol əli ilə onun üz nahiyəsinə, qəsdən bir neçə dəfə yumruqla vurmuşdur. Həmin vaxt polis əməkdaşları avtomobilin yaxınlığına gəlmiş və onların mübahisələrinin daha da kəskinləşməsinə imkan verməyib onları ayırmışlar. Həmçinin, həmin vaxt digər tanımadığı şəxslər də ora gəlmişlər. Bundan sonra polis əməkdaşları onları Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar. Şahidlər Şahid2, Şahid1 və Şahid3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına (o cümlədən istifadələrində olan mobil nömrələrinə smsbildiriş çatdırılmasına) baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 06 sentyabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında əmisi oğlu olan Təqsirləndirilən şəxs onun xahişi ilə yanına gəlmiş və idarə etdiyi “Mersedes Viano” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Həmin vaxt avtomobilinin arxa oturacaqlarında 4 nəfər ispan vətəndaşı əyləşmişdir. O ispan vətəndaşlarını “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yaşayan xalası Lətafətgilə aparmışdır. Belə ki, xalasıgilin ispanlarla qohumluq əlaqəsi var və ispan vətəndaşları tez-tez onlara qonaq gəlirmişlər. Onlar Nizami rayonu, “Neftçilər” metrostansiyasiyasından “Xalqlar dostluğu” metrostansiyası istiqamətində hərəkətdə olarkən idarə etdiyi “Mersedes Viano” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin önündə “Volkswagen Polo” markalı avtomobil hərəkət etmişdir. Biraz irəli getdikdən sonra “Volkswagen Polo” markalı avtomobil “Mersedes Viano” markalı avtomobilin önündə dayanmışdır. O öz avtomobilinin işıqlarını yandırıb-söndürməklə və siqnal verməklə “Volkswagen Polo” markalı avtomobilin sürücüsü olan Zərərçəkmiş şəxs yolu kəsməməsini, yəni irəli getməsini bildirmişdir. Təxminən 50-60 saniyə sonra Cahid avtomobilini irəli hərəkət etdirmişdir. Bundan sonra o həmin yerdən çıxaraq irəli getmiş və avtomobilini “Volkswagen Polo” markalı avtomobilin solunda saxlamışdır. O Cahidə “dədəvin yoludur?” demiş, Cahid də “bəs sənin dədəvin yoludur?” deyərək sual ilə müraciət etmişdir. Bununla bağlı olaraq Cahid ilə aralarında söz mübahisəsi başlanmışdır. Həmin vaxt Müşviq müdaxilə edərək Cahid ilə söz mübahisəsi etməyə başlamışdır. Cahidin nalayiq ifadələr işlətdiyini görüb Müşviq əyləşdiyi oturacaqdan Cahidin üz nahiyəsinə, qəsdən, bir neçə dəfə yumruqla zərbələr endirmişdir. Müşviq əsəbləşdiyi üçün bir neçə dəfə Cahidi vurmuşdur. O, həmin vaxt Müşviqin qolundan tutaraq onu mübahisədən çəkindirməyə çalışmışdır. Bu zaman polis əməkdaşları avtomobilin yaxınlığına gəlmişdirlər və sözügedən mübahisənin daha da kəskinləşməsinə imkan verməyərək Cahid ilə Müşviqi ayırmışdırlar. Arxa oturacaqda əyləşən ispan vətəndaşları da mübahisəyə müdaxilə etmək istəsələr də, polis əməkdaşları buna imkan verməmişdirlər. Həmçinin həmin vaxt oraya digər tanımadığı şəxslər də gəlmişdirlər. Bundan sonra polis əməkdaşları Müşviq və Cahidi Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar. Şahid X2 Alayının 5-ci Polis Bölməsinin polis nəfəri, polis serjantı Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 06 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində X2 Alayının 5-ci Polis Bölməsinin polis nəfəri, polis serjantı Şahid3 və X2 Alayının 5-ci Polis Bölməsinin polis nəfəri, polis serjantı Mehdi Hüseynzadə ilə birgə ünvan 1 ünvanın qarşısında, yəni “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən Dakar meydanın ətrafında xidmət apararkən iki nəfər kişinin dava etdiklərini görüb onlara yaxınlaşmışlar. Həmin şəxslərdən biri, yəni sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsi üz nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs “Mersedes Viano” markalı avtomobilin ön sərnişin oturacağında əyləşmiş, Zərərçəkmiş şəxs isə ayaqüstə dayanmışdır. “Mersedes Viano” markalı avtomobilin arxa oturacağında bir nəfər kişi olmuş, arxa oturacaqda digər sərnişinlər də olmuşdur. Baş vermiş hadisə ilə bağlı hadisə yerinə başqa vətəndaşlar da gəlmişdirlər. Onlar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs saxlayaraq onları Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışvə 24-cü PŞ-nin Növbətçi Hissəsinə hadisə barədə məlumat vermişlər. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 07 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yer ünvan 1 ünvanının qarşısıdır. İş materiallarında olan canlı şəxsin ekspertizasının 15 sentyabr 2022-ci il tarixli, 830 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş alt dodağın iç səthinin qansızması ilə müşayiət olunan əzilmiş yarası və alt dodağın şişkinlik halında əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, 06 sentyabr 2022-ci il tarixdə yaranması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətin lokalizasiyası və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, şəxsin özü tərəfindən özünə yetirilməsi və ya öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyil. İş materiallarında olan Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə olan “TŞ4-004 1- 2022-09-06_23h00min00s000ms” adlı faylda olan video görüntüyə baxış keçirilən zaman müəyyən olunur ki, 06 sentyabr 2022-ci il tarixdə saat 23:00-dan 45 dəqiqə 03 saniyə ərzində Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında, yəni Nizami rayonu, Q.Qarayev prospekti 74 saylı ünvanın qarşısında avtomobillərin sıxlığı görünür. Həmin diskdə olan “TŞ4-004 2-2022-09- 06_23h00min00s000ms” adlı faylda olan video görüntüyə baxış keçirilən zaman müəyyən olunur ki, həmin videogörüntü 06 sentyabr 2022-ci il tarixdə saat 23:00-dan 45 dəqiqə 01 saniyə ərzində davam edir. Həmin video görüntünün 07-ci dəqiqəsində Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında, yəni Nizami rayonu, Q.Qarayev prospekti 74 saylı ünvanın qarşısında “Mersedes Viano” markalı avtomobilin önündə “Volkswagen Polo” markalı avtomobil hərəkət edir. Biraz irəli getdikdən sonra “Volkswagen Polo” markalı avtomobil “Mersedes Viano” markalı avtomobilin önündə dayanır. “Mersedes Viano” markalı avtomobilin sürücüsü öz avtomobilin işıqlarını yandırıb-söndürməklə “Volkswagen Polo” markalı avtomobilin sürücüsü olan Zərərçəkmiş şəxs işarə edir. Biraz sonra Cahid avtomobilini irəli hərəkət etdirir. Bundan sonra “Mersedes Viano” markalı avtomobilin sürücüsü həmin yerdən çıxaraq irəli gedir və avtomobili “Volkswagen Polo” markalı avtomobil solunda saxlayır. “Mersedes Viano” markalı avtomobilin sürücüsü Cahidə nəyisə deyir və bununla bağlı olaraq hər iki sürücü arasında mübahisə yaranır. Həmin vaxt ön sərnişin oturacağında əyləşən Təqsirləndirilən şəxs da Cahidə nəyisə deyir. Təqsirləndirilən şəxs avtomobildən enmək istəsə də, sürücü onun qolunu tutaraq ona enməyə imkan vermir. Lakin Təqsirləndirilən şəxs avtomobilin qapısını açıq vəziyyətdə saxlayır. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşır. Bu zaman Müşviq sağ əli ilə Cahidin üzərində olan geyimdən tutub sol yumruğu ilə bir neçə dəfə Cahidin üz nahiyəsindən yumruqla vurur. “Mersedes Viano” markalı avtomobilin sürücüsü isə avtomobili irəli hərəkət etdirir. Həmin vaxt “Mersedes Viano” markalı avtomobilin arxa hissəsinin qapısı açılır və oradan olan bir oğlan mübahisəyə müdaxilə etməyə çalışır. Bu zaman kənardan hadisə yerinə adamlar, daha sonra isə polis əməkdaşları gəlir və Təqsirləndirilən şəxs oradan aparırlar. Qeyd olunan diskdə olan “TŞ4-004 3-2022-09- 06_23h00min00s000ms” adlı faylda olan video görüntüyə baxış keçirilən zaman müəyyən olunur ki, həmin videogörüntü 06 sentyabr 2022-ci il tarixdə saat 23:00-dan 45 dəqiqə 01 saniyə ərzində davam edir. Həmin video görüntünün 08-ci dəqiqəsində Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında, yəni Nizami rayonu, Q.Qarayev prospekti 74 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs sağ əli ilə Zərərçəkmiş şəxs üzərində olan geyimdən tutub sol yumruğu ilə bir neçə dəfə Cahidin üz nahiyəsindən yumruqla vurur. “Mersedes Viano” markalı avtomobilin sürücüsü isə avtomobili irəli hərəkət etdirir. Həmin vaxt “Mersedes Viano” markalı avtomobilin arxa hissəsinin qapısı açılır və oradan olan bir oğlan mübahisəyə müdaxilə etməyə çalışır. Bu zaman kənardan hadisə yerinə adamlar, daha sonra isə polis əməkdaşları gəlir və Təqsirləndirilən şəxs oradan aparırlar. İş materiallarında olan 16 dekabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, qeyd olunan tarixdə X1 hadisənin baş verdiyi yeri əyani qaydada göstərərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 06 yanvar 20230cü il tarixli qərardan görünür ki, Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş hadisənin videogörüntülərini əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan AA seriyalı ******* saylı və AA seriyalı ******* saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Şirin Həlimə xx.xx.2009-cu il tarixdə, Şirinova Mehri xx.xx.2007-ci il tarixdə doğulmuşlar, ataları Təqsirləndirilən şəxsdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər etmiş, gediş-gəlişin gur olduğu yerdə, ictimai yer hesab olunan ünvan 1 ünvanın qarşısında, yəni “Neftçilər” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs ilə mübahisə edib, sonuncuya fiziki zor tətbiq etməklə qəsdən yumruq ilə üz nahiyyəsindən vurub Zərərçəkmiş şəxs alt dodağın iç səthinin qansızması ilə müşayiət olunan əzilmiş yarası və alt dodağın şişkinlik halında əzilməsindən ibarət xəsarət yetirməklə, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 10 dekabr 2022-ci il tarixli tutma protokolundan, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında, qətimkan tədbirinin seçilməsi haqqında və tutulmuş şəxsin MSY-dən azad edilməsi barədə 12 dekabr 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra 12 dekabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq, Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət cəmi 70 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 manat (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1000 (min) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq, 900 (doqquz yüz) manat məbləğində cərimə növündə cəza müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-182/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-182/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver