Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-182/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 12 avqust 1986-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşağı olan, işləməyən, Yevlax şəhəri Neftkəməri ünvanında qeydiyyatda olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CMnin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 11 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 20 yanvar 2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, hazırkı işlə bağlı 07 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 avqust 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 30 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 oktyabr 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 14 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 oktyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini və satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,392 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 07 avqust 2024-cü il tarixdə saat 18:20 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Nizami rayonu Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü polis bölməsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,392 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,558 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 30 sentyabr 2024-cü il tarixdə saat 12:45 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən ünvan 6 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Nizami rayonu Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü polis bölməsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,558 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 03 ədəd bükümdə, ümumi təmiz çəkisi 1,049 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 14 oktyabr 2024-cü il tarixdə saat 12:45 dəqiqədə Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Nizami rayonu Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİnin 24-cü polis şöbəsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qısaqol üst gödəkçəsinin sol yan cibindən xeyli miqdarda, 03 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,552 qram, 0,319 qram, 0,178 qram, ümumi təmiz çəkisi 1,049 qram ağ rəngli, kristalşəkilli kütlələr kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda isə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci və 234-cü maddələri ilə məhkum olunmuşdur, bir neçə il əvvəldən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 07 avqust 2024-cü il tarixində saat 10 radələrində öz istifadəsi üçün Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi ərazində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata bir ədəd bükümdə “kakos” kimi tanıdığı heroini alıb əynində olan qara rəngli şalvarının sol yan cibində saxlamışdır. Həmin gün saat 18:20 radələrində Keşlə qəsəbəsi Yenikənd küçəsi, 22 nömrəli ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş, üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu bildirilərək, 23-cü polis bölməsinə dəvət etmişlər, o, etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqların birində hüquqlarının müdafiə olunması üçün ona dövlət hesabına müdafiəçi təyin olunaraq, hüquq və vəzifələri izah olunmuş, sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman ona üzərində qanunla qadağan edilmiş əşya olduğu halda təqdim etməyi təklif olunduğuna görə əynində olan qara rəngli şalvarının sol yan cibindən içərisində “kakos” adı ilə tanınan heroin olan bir ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları tərəfindən həmin büküm açılaraq içərisinə baxılmış və ekspertizaya təqdim edilməsi üçün kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, o və iştirakçılar tərəfindən kağız zərf imzalarla təsdiqlənmişdir. 30 sentyabr 2024-cü il tarixdə polislər tərəfindən saxlanılarkən üzərindən heç nə çıxmamışdır. 14 oktyabr 2024-cü il tarixdə isə, polis əməkdaşları onu “Neftçilər” metrosu ərazisində saxlamış, onu 24-cü polis şöbəsinə aparmışlar. Orada polis əməkdaşları metamfetamini onun qabağına qoymuş, təzyiqlə boynuna qoymuşlar. Polis əməkdaşları ona o qədər “patı”dan, “kola”dan çəkdirmişlər ki, heç özündə olmamışdır. Polislərdən Şahid5 ona narkotik vasitə vermiş, o da çəkmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 24 dekabr 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi müvafiq hissədə elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində özünü təqsirli bilərək, göstərmişdir ki, ... 30 sentyabr 2024-cü il tarixdə saat 09:00 radələrində şəxsi istifadəsi üçün Bakı şəhəri Nəsimi rayonu ərazində tanımadığı şəxsdən 10 manat verib bir ədəd bükümdə narkotik vasitə heroini alıb əynində olan tünd göy rəngli idman şalvarının sağ cibində saxlamışdır. Həmin günü saat 12:45 radələrində ünvan 11 ünvanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra polis əməkdaşları ona sual verdikdə həyəcanlanmış və ziddiyətli cavablar vermiş, özünü şübhəli apardığını görən polis əməkdaşları onu 23-cü polis bölməsinə dəvət etmiş, o, etiraz etmədən onlarla birlikdə bölməyə getmiş, polis bölməsinə gedən zaman polis əməkdaşlarının suallarına cavab olaraq narkotik vasitələrin istifadəçisi olduğunu bildirmiş, polis bölməsində xidməti otaqların birində iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilməsi təklif olunmuş, üzərinə vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə baxış keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarının sağ cibindən özü istifadə etmək üçün üzərində gəzdirdiyi, içərisində “kakos” kimi tanınan narkotik vasitə heroin olan bir ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş, sonra üzərinə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmamış, polis əməkdaşlarına üzrərindən aşkar olunmuş bir ədəd bükümdə olan heroinin özünə məxsus olmasını, 10 manata almasını, özü istifadə etmək üçün üzərində gəzdirməsini, satmaq məqsədinin olmamasını bildirmiş, sonra həmin narkotik vasitə onun və iştirakçıların iştirakı ilə içərisi boş zərfə qoyularaq qablaşdırılmış, o və iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini aldığı şəxsi tammamasını, anket məlumatlarını bilməməsini, narkotik vasitələrin satışı ilə məşğul olmamasını, özü istifadə etmək üçün alıb əldə etməsini, üzərindən aşkar edilmiş heroindən başqa heç yerdə narkotik vasitə saxlamamasını, saxlanılan və polis şöbəsinə gətirilən vaxtı ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməməsini bildirmişdir. 13 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisində “Binə bazarı” kimi tanınan yerdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxs ilə görüşərək ona 40 manat pul verib 1 ədəd bükümdə “patı” kimi tanıdığı psixotrop maddəni alıb özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 14 oktyabr 2024-cü il tarixdə saat 12:45 radələrində Bakı şəhəri, Nizamı rayonu, Qara Qarayev prospekti, 74 nömrəli ünvanda 2 nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmasını bildirərək, Nizamı rayon polis idarəsinin 24-cü polis şöbəsinə dəvət etmiş, o, etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində xidməti otaqların birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində axtarış aparılacağı, üzərində qanunsuz narkotik vasitə və ya psixotrop maddə, əşya varsa, təqdim etməsi bildirilməsinə görə üzərində saxladığı psixotrop maddəni gizlətməyin mənasız olduğunu, axtarış zamanı tapılacağını başa düşdüyü üçün əynin olan qara rəngli üst gödəkçəsinin sol yan cibindən 3 ədəd şəffaf rəngli sellofan bükümü və 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, təqdim etdiyi hər 3 büküm ayrı-ayrılıqda açılmış və həmin bükümlərin içərisində ağ rəngli kristalşəkilli şüşə kimi tanıdığı psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuş, sonra üzərində axtarış aparılmış, lakin başqa hər hansı bir qanunsuz əşya, predmet aşkar olunmamış, sonra üzərindən aşkar edilmiş 3 ədəd büküm və tərəzi zərfə qoyularaq möhürlənmiş, bununla bağlı protokol tərtib olunaraq, zərf və protokol onun, eləcə də iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitə və ya psixotrop maddəni hər dəfə müxtəlif ünvanlardan alıb əldə etməsini, həmçinin narkotik vasitə və ya psixotrop maddəni ona satan şəxsləri tanımamasmı, eləcə də anket məlumatları barədə heç bir məlumatının olmamasını, psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün alıb əldə edərək üzərində daşımasını, üzərindən aşkar edilmiş 3 ədəd bükümdə olan psixotrop maddəni şəxsi istifadəsi üçün 40 manata alıb əldə etməsini, həmin psixotrop maddəni satmaq məqsədi ilə kiməsə təklif etməməsini, həmçinin aralarında əvvəlcədən kiminləsə sövdələşmə olmamasını, mobil telefonu olmadığına görə mobil nömrəsinin olmamasını, üzərindən aşkar edilmiş 3 ədəd bükümdə olan psixotrop maddə metamfetamini 1 ədəd bükümdə almasını və həmin bükümü kirayə yaşadığı ünvanda 3 ədəd hissəyə bölüb özü istifadə etmək məqsədi ilə üzərində daşımasını, üzərindən aşkar edilən tərəzini isə həmişə narkotik alanda aldanılmaması üçün tərəzidə çəkmək üçün istifadə etməsini və həmin tərəzinin həmişə üzərində olmasını, saxlanılan və polis şöbəsinə aparılan vaxtı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor və ya təzyiq olunmamasını bildirmişdir... Təqsirləndirilən şəxs ifadəsinin həmin hissədə elan olunmasından sonra göstərmişdir ki, o, qeyd olunan ifadəni deyil, məhkəmədə verdiyi ifadəni təsdiq edir, üzərində yalnız bir dəfə öz istifadə üçün narkotik vasitə olarkən saxlanılmışdır, digər hallarda üzərində narkotik vasitə olmamış, kiməsə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə azyaşlı uşaqlarının olmasını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 07 avqust 2024-cü il tarixdə saat 18:20 radələrində 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olan vaxtı ünvan 13 ünvanının qarşısında bir nəfər şəxsin zahiri görünüşünə və əlamətlərinə görə narkotik vasitələrin istifadəsində və saxlanılmasında özünü şübhəli kimi aparmasına görə ona yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirmiş, həmin şəxsin özünü qeyri-səmimi aparmasına, həmçinin üzərində daşınması qadağan olunan hər hansı bir qeyri-qanuni əşya və ya vasitənin olması ehtimalına görə onu 23-cü polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə bölməyə getmişdir. Polis bölməsində bu barədə raport tərtib olunmuş və həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, dəvət olunmuş vəkilin və onların iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Bundan əvvəl həmin şəxsə üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olub-olmaması soruşulmuş, olduğy halda təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən siqaretin sarı rəngli falqasına bükülü bir ədəd bükümü çıxardaraq təqdim etmişdir. Şəxsi axtarış aparılsa da, onun üzərindən başqa heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını, onu Keşlə qəsəbəsi ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata alaraq, özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunaraq, protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan və polis bölməsinə aparılan vaxt ona qarşı heç bir fiziki zor və təzyiq olunmamış, şübhəli şəxs də özünü səmimi apararaq əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2, şahid N.M.Süleymanovla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin kiber cinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 30 sentyabr 2024-cü il tarixdə saat 12:45 radələrində 23-cü PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4 ilə birlikdə inzibati ərazidə xidmətdə olan vaxt ünvan 14 ünvanının qarşısında bir nəfər şəxsin zahiri görünüşünə və əlamətlərinə görə narkotik vasitələrin istifadəsində və saxlanılmasında özünü şübhəli kimi aparmasına görə ona yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirmiş, həmin şəxsin özünü qeyri-səmimi aparmasına, həmçinin üzərində daşınması qadağan olunan hər hansı bir qeyri-qanuni əşya və ya vasitənin olması ehtimalına görə onu 23-cü polis bölməsinə dəvət etmişlər, həmin şəxs etiraz etmədən onlarla birlikdə bölməyə getmişdir. Polis bölməsində bu barədə raport tərtib olunmuş və həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, dəvət olunmuş vəkilin və onların iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Bundan əvvəl həmin şəxsə üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olub-olmaması soruşulmuş, olduğy halda təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ cibindən qızılı rəngli kağıza bükülmüş bir ədəd bükümü çıxardaraq təqdim etmişdir. Bundan sonra şübhəli şəxsin üzərində axtarış davam etdirilmiş, lakin heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə “heroin” olmasını, onu həmin gün saat 09:00 radələrində Nəsimi rayonu ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat verib alaraq, özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunaraq, protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan və polis bölməsinə aparılan vaxtı ona qarşı heç bir fiziki zor və təzyiq olunmamış, onun özü qeyd olunanlarla yanaşı əməlini səmimi etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4, şahid R.B.Xaliqovla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhəri Nizami rayonu ərazisində “Fikrət” adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 14 oktyabr 2024-cü il tarixdə saat 12:45-də əvvəlcədən daxil olmuş əməliyyat məlumatına əsasən təşkil olunmuş əməliyyat qrupunun tərkibində onunla birlikdə olan 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid6 ilə Nizami rayonu Q.Qarayev prospekti, 74 ünvanında sonradan şəxsiyyəti onlara Təqsirləndirilən şəxs kimi məlum olan şəxs müəyyən edilmişdir. Özlərini təqdim etdikdən sonra həmin şəxsi 24-cü polis şöbəsinin inzibati binasına dəvət etmişılər, o da etiraz etmədən onlarla birlikdə 24-cü PŞ-nə getmişdir. Şöbənin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra onların və dəvət olunmuş müdafiəçinin iştirakları ilə videoçəkiliş aparılaraq, Təqsirləndirilən şəxs üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, maddə olub-olmaması soruşulmuş, varsa təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol gödəkçəsinin sol yan cibindən şəffaf sellofana bükülmüş 03 ədəd bükümü və 01 ədəd elektron tərəzini çıxardıb təqdim etmişdir. Şəxsi axtarış davam etdirilsə də, onun üzərində heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərdə adını “şüşə” kimi bildiyi narkotik vasitə olmasını, 13 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu “Binə bazarı” kimi adlanan yerdən tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 40 manat verib alaraq üzərində saxlamasını bildirmişdir. Aşkar olunmuş həmin 03 ədəd bükülü və 01 ədəd tərəzi zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan və polis şöbəsinə aparılan vaxtı ona qarşı heç bir fiziki zor və təzyiq olunmamış, şübhəli şəxs də özünü səmimi apararaq əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs, onun üzərinə narkotik vasitə qoyulması barədə qeyd etdikləri əsassızdır, polislərdə bu məqsədlə narkotik vasitə olmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid6, Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 147) - 07 avqust 2024-cü il və 09 avqust 2024-cü il tarixli protokollardan görünür ki, 07 avqust 2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı tərəfindən 23-cü PB-nin əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, videoçəkilişlə, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İstintaq hərəkəti zamanı müvafiq prosessual hərəkətlər həyata keçirilməklə üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər olduğu halda təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən sarı rəngli falqaya bükülmüş bir ədəd bükümdə deməsinə görə narkotik maddə olan “kakos” adlandırdığı maddəni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı başqa əşya, maddə və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümdə narkotik vasitəyə bənzər maddə kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd diskə 09 avqust 2024-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild, i.v. 178-179, 234-235) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 avqust 2024-cü il tarixli 6/4026 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Zərflər üçün № 163” möhür əksi, “İştirak etdilər Nizami RPİ-nin 23-cü PB-nin ə/müv. pol.leyt: /imza/ Şahid2; /imza/ Nihad Süleymanov; Şübhəli şəxs /imza/ Təqsirləndirilən şəxs; Vəkil /imza/ Müdafiəçi; Tərtib etdi: təhqiqatçı /imza/ Urman Ağayev” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,392 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,392 qram olmuş, tədqiqata 0,1 qram sərf olunmuş, 0,292 qram qalıq qalmışdır. (İ cild, i.v. 193-196) - 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 98) - 30 sentyabr 2024-cü il və 02 oktyabr 2024-cü il tarixli protokollardan görünür ki, 30 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı tərəfindən 23-cü PB-nin əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, videoçəkilişlə, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İstintaq hərəkəti zamanı müvafiq prosessual hərəkətlər həyata keçirilməklə üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər olduğu halda təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ cibindən qızılı rəngli kağıza bükülmüş bir ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd bükümün içərisindəki narkotik vasitə olan heroindir, həmin narkotik vasitəni o, 30 sentyabr 2024-cü il tarixdə saat 09:00 radələrində Nəsimi rayonunda tanımadığı şəxsdən bükümü 10 manata almışdır. Həmin narkotik vasitəni əynindəki tünd göy rəngli idman şalvarının sağ cibində öz istifadəsi üçün saxlamışdır. 30 sentyabr 2024-cü il tarixdə saat 12:45-də Keşlə qəsəbəsi Z.Məmmədov küçəsi 4 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə bütün iştirakçıların yanında qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı iştirakçıılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmamışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd diskə 02 oktyabr 2024-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild, i.v. 120, İİ cild, i.v. 11) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 oktyabr 2024-cü il tarixli 6/4751 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs..” yazıları olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,558 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,558 qram olmuş, tədqiqata 0,05 qram sərf olunmuş, 0,508 qram qalıq qalmışdır. (İ cild, i.v. 128-131) - 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 1) - 14 oktyabr 2024-cü il və 15 oktyabr 2024-cü il tarixli protokollardan görünür ki, 18 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən 24-cü PŞ-nin əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, videoçəkilişlə, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İstintaq hərəkəti zamanı müvafiq prosessual hərəkətlər həyata keçirilməklə üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər olduğu halda təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli üst gödəkçəsinin sol yan cibindən 03 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristalşəkilli spesifik iyə malik olan maddə, 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlənin “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu, onu 13 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Sabunçu rayonu “Binə bazarı” adlanan bazarda tanımadığı şəxsdən 40 manat müqabilində aldığını, satış məqsədi olmadan üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 03 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə və 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib olunmuş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bu zaman hər hansı iştirakçı tərəfindən şikayət, təklif daxil olmamış, protokola qeyd aparılmamışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd diskə 15 oktyabr 2024-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (İ cild, i.v. 36-37, 66) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş fiziki-kimyəvi ekspertizasının 15 oktyabr 2024-cü il tarixli 6/4888 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 164” möhür əksi olan, “...İsmayılov...” və s. soyadlar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,552 qram; 0,319 qram; 0,178 qram, ümumi təmiz çəkiləri 1,049 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 03 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd elektron tərəzinin üzərində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tətqiqatın aparılması mümkün olmamışdır. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 1,049 qram olmuş, tədqiqata 0,12 qram sərf olunmuş, 0,929 qram qalıq qalmışdır. (İ cild, i.v. 45-48) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 08 avqust 2024-cü il tarixli 5412 nömrəli, 15 oktyabr 2024-cü il tarixli 6830 nömrəli rəylərinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 54-55, 198-199) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 07 dekabr 2024-cü il tarixli 3590 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild, i.v. 50-52) - 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid5 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin aparılması barədə 15 oktyabr 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (İİ cild, i.v. 56-57) - 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 67-68) - 02 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi altında aparılmışdır. (İ cild, i.v. 142-143) - 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi altında aparılmış, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 92-95) - 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndi tətbiq edilməmiş, 07 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,392 qram olan qəhvəyi maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsinə dair videoçəkiliş aparılaraq, “DVD”-yə köçürülmüş disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, 07 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,392 qram (tədqiqata 0,1 qram sərf edildikdən, sonra qalıq çəkisi 0,292 qram) olan qəhvəyi maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 30 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,558 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsinə dair videoçəkiliş aparılaraq, “DVD”-yə köçürülmüş disk maddi sübut tanınaraq cinayət işinə əlavə edilmiş, 30 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,558 qram (tədqiqata 0,05 qram sərf edildikdən, sonra qalıq çəkisi 0,508 qram) olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 14 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,552 qram; 0,319 qram; 0,178 qram, ümumi təmiz çəkiləri 1,049 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetaminin, həmçinin üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsinə dair videoçəkiliş aparılaraq, “DVD”-yə köçürülmüş disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, 14 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,552 qram; 0,319 qram; 0,178 qram, ümumi təmiz çəkiləri 1,049 qram (tədqiqata 0,12 qram sərf edildikdən sonra qalıq çəkisi 0,929 qram) ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamin, həmçinin üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs Huseynqulu oğlunun narkotik vasitə heroini və psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsinin müəyyən edilərək istintaqa təqdim edilməsi məqsədi ilə cinayət işindən ayrıca icraata material ayrılmış və araşdırma aparılması üçün Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə və Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinə göndərilmişdir. (İİ cild, i.v. 58-72) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddənin mənbələrinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham ümumilikdə qanuni və əsaslıdır, toplanaraq tədqiq edilmiş sübutların məcmusu, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini və satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşıması barədə qənaətə gəlməyə kifayət qədər əsas verir, təqsirləndirilən şəxsə məhz bununla bağlı ittiham verilmişdir. Hansı ki, həmin ittiham təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır, müdafiə tərəfinin irəli sürdüyü dəlillər isə əsasızdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı üzərində aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olduğunu etiraf etmiş, onları hansı qaydada və məqsədlə əldə etdiyini bildirmişdir, hansı ki, bu, qeydə alınmış videogörüntülərlə də öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs hazırda, əməliyyat-axtarış tədbirləri zamanı ona təzyiq göstərildiyi qeyd etsə də, ibtidai istintaq mərhələsində belə təzyiqlər olması, onların davam etməsi barədə bildirməmiş, cinayət işi müstəntiqin icraatında olarkən istər şübhəli şəxs qismində, istərsə də təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra həmin statuslarda verdiyi ifadələrində özünü təqsirli bilmiş və işin halları ilə uyğunluq təşkil edən ifadələr vermişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və s. barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 07 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild, i.v. 165) - 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (İ cild, i.v. 227-229) - 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 230-231) - 30 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild, i.v. 113) -02 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (İİ cild, i.v. 17-19) - 02 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 20-21) - 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild, i.v. 25) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 14 oktyabr 2024cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 87-90) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 avqust 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 23 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilərək cinayət məsuliyyətindən azad edilmiş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 11 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 20 yanvar 2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. (İ cild, i.v. 239-241, İİ cild, i.v. 96-101) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Ona görə məhkəmə cinayətlərin təkrar törədilməsini və cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 07 avqust 2024-cü il tarixdən 09 avqust 2024-cü il tarixədək və 30 sentyabr 2024-cü il tarixdən 02 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 04 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə sonuncu dəfə tutulduğu 14 oktyabr 2024-cü il tarixindən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroinlər, psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülər olan 03 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 07 avqust 2024-cü il tarixdən 09 avqust 2024-cü il tarixədək və 30 sentyabr 2024-cü il tarixdən 02 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 04 (dörd) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra qalan 0,508 qram və 0,292 qram narkotik vasitə heroinlər, 0,929 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsinlər, içərisində şəxsi axtarış və götürmələr zamanı qeydə alınmış videogörüntülər olan 03 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsınlar. Məhkəmə məsrəfi olan cəmi 250 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 27 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 162 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-182/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-182/2025
25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver