Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-183/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: 04 avqust 2002-ci ildə Xaçmaz şəhərində doğulmuş, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Xaçmaz şəhəri, Sabir küçəsi, ev 77-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 06 iyul 2022-ci ildə saat 23:30 radələrində ünvan 2 ünvanın qarşısında Şahid2 10 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,373 qram psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 07 iyul 2022-ci ildə saat 18:30 radələrində ünvan 3 ünvanın qarşısında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami Rayon Polis idarəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,373 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirdi ki, o, təxminən 1 aydır ki, narkotik vasitələrdən istifadə edir. 07 iyul 2022-ci il tarixdə Nizami RPİ-də şəxsi axtarış keçirilən zaman üzərində aşkar edilmiş bir ədəd sellofan bükümdə psixotrop maddə mertamfetamini xx.xx.2022-ci il tarixdə Şahid2 sonuncunun yaşadığı ünvan 7 ünvanının qarşısında 10 manata şəxsi istifadəsi üçün almışdır. Həmin psixotrop maddəni üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində Nizami rayonu, Ə.Kürçaylı küçəsində olan zaman üç nəfər mülki geyimli polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilərək Nizami RPİ-nə dəvət etdikdən sonra polis idarəsinə gəlmiş, xidməti otaqlardan birində video çəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılmağa başlamazdan əvvəl ona üzərində olan qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və maddənin təqdim olunması təklif olunmuş, o da əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan bir büküm şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini təqdim etmişdir. Üzərində aşkar edilmiş narkotik vasitəni Şahid2 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Əməlindən səmimi peşman olmasını, törətdiyi əməli etiraf etməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-də əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin TŞ-dən daxil olmuş əməliyyat tapşırığına əsasən 07 iyul 2022-ci il tarixdə Nizami RPİ-nin NMB-nun əməkdaşları polis kapitanı Şahid3 və polis leytenantı Şahid1 ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilmiş və həmin tarixdə saat 18:30-da ünvan 8 ünvanda tərəflərindən saxlanlılaraq Nizami RPİ-nə gətirilmişdir. Nizami RPİ-də Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra inizibati otaqların birində video çəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparmağa başlamazdan əvvəl ona paltarında, əşyalarında, bədənində olan narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selllofana bükülmüş bükümü təqdim edərək kristalşəkilli maddənin metamfetamin olduğunu, 06 iyul 2022-ci il tarixdə ünvan 10 ünvanında Şahid2 10 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 ilə yaxın müddətdir ki, tanımasına baxmayaraq o, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə satmamışdır və Təqsirləndirilən şəxs ondan narkotik vasitə alması barədə dedikləri yalandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik maddə aludəçisidir. Qardaşı Təqsirləndirilən şəxs isə tamamilə narkotik vasitələrdən istifadə etmir. xx.xx.2022-ci il tarixdə qardaşı ilk dəfə, üzərində narkotik vasitə daşıyarkən, saat 13:20 radələrində, Nizami rayonu, Qara Qarayev prospektində üç nəfər polis əməkdaşı onlara yaxınlaşaraq onları Nizami RPİ-nə dəvət etmiş, polis idarəsinə gəldikdən sonra xidməti otaqlardan birində videoçəkiliş vasitəsilə üzərlərinə şəxsi axtarış aparılmış, onun üzərindən daşınması qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, qardaşı Təqsirləndirilən şəxs üzərində isə metamfetamin aşkar edilmiş və qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-də əməliyyat müvəkkili Şahid1 və ibtidai istintaqa verdiyi ifadəsi elan edilmiş şahid Nizami RPİ-nin NMB-də baş əməliyyat müvəkkili Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş X7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 07 iyul 2022-ci il tarixdə Nizami RPİ-də şəxsi axtarış keçirilən zaman üzərində aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə içərisində qəhvəyi rəngli tozşəkill narkotik vasitə hesab edilən heroini və 1 ədəd şəffaf selofan kükümdə kristalşıəkilli psixotrop maddə metamfetamini 06.07. 2022-ci il tarixdə Şahid2 sonuncunun yaşadığı ünvan 7 ünvanının qarşısında 20 (iyirmi) manata şəxsi istifadəsi üçün almışdır. Həmin heroini və psixotrop maddəni üzərimdə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 13:20 radələrində Nizami rayonu, Qara Qarayev prospektində qohumu X12 ilə piyada gəzərkən üç nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmiş, şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməyimi xahiş etmişlər. Polis əməkdaşllarına Nizami rayonu, 8-ci km bazarının yaxınlığında kirayədə yaşadıqlarını, şəxsiyyət vəsiqəsinin üzərlələrində olmadığını bildirmişlər. Üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğundan polis əməkdaşlarından yayınmaq istəyərkən, polis əməkdaşlarının təklifi ilə Nizami RPİ-nə dəvət gəlmişlər. Polis idarəsində xidməti otaqlardan birində üzərində video çəkilişlə şəxsi axtarışa başlamazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini və bir büküm şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini təqdim etmişdir. Üzəridən aşkar edilən narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin ekspertizaya göndərilməsi üçün onun yanında iştirakı zərfə qablaşdırılaraq möhürlənmişdir, sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, axtarışda iştirak edən şəxslər həmçinin özü protokola imza etmişdir. xx.xx.2022-ci il tarixdə polois əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilərkən Nizami RPİ-də üstündə şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilmədiyini,2 ildir narkotik vasitələrdən istifadə etdiyini,üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni Şahid2dan 20 manat pul verib şəxsi istifadəsi üçün aldığını,narkotik vasitələrin satış ilə məşğul olmadığını, narkotik vasitələr qəbul etməsi barədə heç kimə demədiyini,bundan heç kimin xəbəri olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Nizami RPİ-nin PPXB-nin manqa komandiri polis baş serjantı Şahid6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, X7 və X8 tanımamış, sonuncularla heç bir münasibəti olmamışdır. 07 iyul 2022-ci il tarixdə Nizami RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid5 və Nizami RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid7la birlikdə 2 sektor üzrə xidmət apararkən saat 13:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanının qarşısında iki nəfər şəxsin ətrafa diqqətlə baxaraq gəzdiyini görmüşlər. Onların həmin şəxslərin hər hansı bri cinayəti törədəcəyindən şübhələnərək və həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş, bundan sonra həmin şəxslərə şəxsiyyətlərini təstiq edən sənədi təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər Nizami rayonu 8-ci KM bazarının yaxınlığında olan günlük kirayə evlərdə yaşadıqlarını və həmçinin şəxsiyyət vəsiqlərinin üzərlərində olmamasını bildirmişlər. Onlar həmin şəxslərə vermiş olduğu suallara dolğun cavablar vermədiklərindən, müxtəlif bəhanələr gətirərək onlardan yayınmaq istədiklərindən, həmçinin üzlərində narkotik vasitə istifadəçisində olan əlamətlər olduğundan sonuncuları Nizami RPİ-nə dəvət etmişlər. Nizami RPİ-də tərflərindən müvafiq raport yazılmışdır. Nizami RPİ-də onlara məlum olmuşdur ki, həmin şəxslərdən biri xx.xx.1985-ci ildə Rusiya Federasiyası Krosnadar şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 12 ünvanında qeydiyyatda olmaqla Nizami rayonu ərazisində yerləşən 8-ci KM bazarının yaxınlığında günlük kirayə evdə yaşayan X7 və digəri xx.xx.2000-ci ildə Xaçmaz şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 12 ünvanında qeydiyyatda olmaqla Nizami rayonu ərazisində yerləşən 8-ci KM bazarının yaxınlığında günlük kirayə evdə yaşayan X9r. Bundan sonra Nizami RPİ-nin xidməti otaqların birində X3 videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan edilmiş, videoçəkilişin aparılmasına etirazının olub-olmaması soruşulmuş, X7 heç bir etirazının olmamasını bildirmişdir. X7 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş qəhvəyi rəngli tozşəkilli narkotik vasitə olan heroinə bənzər maddəni və bir ədəd şəffaf sellofona bükülmüş kristal şəkilli psixotrop maddə metamfetamenə bənzər maddəni çıxararaq təqdim etmiş və qeyd olunan maddələri 06 iyul 2022-ci il tarixdə Şahid2 ünvan 14 ünvanının qarşısında 20 manata özü istifadəsi üçün aldığını demişdir. Bundan sonra həmin maddələr zərflə yerləşdirilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Nizami RPİ-nin xidməti otaqların birində X10 videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan edilmiş, videoçəkilişin aparılmasına etirazının olub-olmaması soruşulmuşdur. X12 heç bir etirazının olmamsını bildirmişdir. X4 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və predmet müəyyən olunmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Nizami RPİ-ninin PPX-nin polis nəfəri Şahid5 oğlu və Nizami RPİ-ninin PPX-nin polis nəfəri Şahid7 ibtidai istintaqa Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 08 iyul 2022-ci il tarixli 6/3721 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,373 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2022-ci il tarixli 7407 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, ilk dəfə cinayət törətməsini və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci tarixdə, saat 18:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxs və Qabil Əmirxanovun üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutularkən “həbsdə” saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,323 qram olan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs və X4 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-183/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-183/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver