Məhkəmə qərarları › İş №1(007)-184/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-184/2021

26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-184/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs14, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ev 35, mənzil 6-da qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, 10 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 oktyabr 2020-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 07 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 yanvar 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, qanunsuz olaraq saxlanc yerinə və ya yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 25 nömrəli evin 22 nömrəli mənzilinin giriş qapısının açıq olmasından istifadə edib qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, mənzilin qonaq otağında elektrik cərəyanına qoşulmuş vəziyyətdə olan Zərərçəkmiş şəxs6 məxsus üzərində 5 manat dəyərində “Bakcell” operatoruna aid simkart olan 500 manat dəyərində “İphone 7+” markalı mobil telefon aparatını, 20 manat dəyərində elektrik naqili ilə birlikdə gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs6 525 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 04 oktyabr 2020-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 58 nömrəli evin 55 nömrəli mənzilinin qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs1 məxsus içərisində 5 manat dəyərində ***-***-**-** nömrəli simkart olan 650 manat dəyərində 01 ədəd “Samsung A30” markalı mobil telefon aparatını, 01 ədəd 55 manat dəyərində boz rəngli kişi isti gödəkcəsini, 1 ədəd 30 manat dəyərində qara rəngli kişi əl çantasını, 1 ədəd içərisində 60 manat nağd pul olan 18 manat dəyərində qara rəngli kişi pul qabını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs1 818 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2020ci ilin oktyabr ayının ortalarında gecə saat 02 radələrində Zərərçəkmiş şəxs14 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 5-ci döngə, 38 nömrəli evin həyətyanı sahəsinə hasardan keçməklə qanunsuz daxil olduqdan sonra, özü ilə gəzdirdiyi vintaçanla yaşayış evinin pəncərəsini çərçivədən aralayıb pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan 2000 manat dəyərində bir ədəd “Samsung” markalı televizoru, 50 manat dəyərində bir ədəd “WiFi” modemini, 100 manat dəyərində bir ədəd elektrik çay samovarını, 50 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan çarpayı örtüyünü, 500 manat dəyərində xrustal qab dəstini, 10 manat dəyərində bir ədəd termosu, 20 manat dəyərində bir ədəd köhnə modeldə, işlənmiş vəziyyətdə olan “Samsung” markalı mobil telefonu, 30 manat dəyərində bir ədəd saçqırxan aparatı, 220 manat dəyərində dörd dəst kompot stəkanını, 100 manat dəyərində iki dəst çay stəkanını, 100 manat dəyərində bir dəst “Bogema” bakalını, 100 manat dəyərində işlənmiş vəziyyətdə yataq dəstini, 50 manat dəyərində bir ədəd Fransa istehsalı olan ətiri, 50 manat dəyərində Türkiyə istehsalı olan quru çayı, 50 manat dəyərində 15 ədəd 800 qramlıq bankada olan müxtəlif meyvələrdən hazırlanmış mürəbbələri, 80 manat dəyərində dörd ədəd mürəbbə qabını, 20 manat dəyərində bir ədəd çaydanı, 300 manat dəyərində işlənmiş vəziyyətdə olan qadın geyimləri və ayaqqabılarını, yaşayış evinin həyətyanı sahəsindən isə 50 manat dəyərində bir ədəd işlənmiş vəziyyətdə olan laqonda aparatını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs14 3880 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 noyabr 2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 9 nömrəli ünvanın qarşısına gələrək həmin binanın birinci mərtəbəsində yerləşən gözəllik salonunun pilləkəninin altında yerləşən, Zərərçəkmiş şəxs11 icarəyə götürüb işlətdiyi yarımzirzəmi kimi olan köşkün plastik pəncərəsini əli vurub açaraq köşkə qanunsuz daxil olub, oradan hər birinin dəyəri 36 manat olan, ümumilikdə 108 manat dəyərində 03 qutu “Kent” markalı, hər birinin dəyəri 36 manat olan, ümumilikdə 468 manat dəyərində 13 qutu “Sobranie” markalı, hər birinin dəyəri 31 manat olan, ümumilikdə 62 manat dəyərində 02 qutu “Winston” markalı, hər birinin dəyəri 20 manat olan, ümumilikdə 400 manat dəyərində 20 qutu “Viceroy” markalı siqaretləri, cəmi dəyəri 100 manat olan alışqanları və 160 manat dəyərində müxtəlif növ enerji içkilərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs11 ümumilikdə 1298 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2020ci ilin noyabr ayının əvvəlində gecə saat 03 radələrində Zərərçəkmiş şəxs15 yaşadığı ünvan 2 ünvanında yerləşən evin plastik pəncərəsini açmaqla, pəncərədən qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oradan bir ədəd 400 manat dəyərində “Samsung” markalı planşet, bir ədəd 700 manat dəyərində “LG” markalı televizor, 200 manat dəyərində, üzərində gül formalı kulon olan boyunbağı, bir ədəd 50 manat dəyərində göy rəngli cins şalvarı, bir ədəd 30 manat dəyərində qara rəngli cins şalvarı, bir ədəd 5 manat dəyərində qırmızı rəngli pul kisəsini və bir ədəd 10 manat dəyərində qadın gün eynəyini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs15 ümumilikdə 1395 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 noyabr 2020-ci il tarixdə saat 07:30 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 41 nömrəli binanın 83 nömrəli mənzilinin bayır qapısının açıq olmasından istifadə edərək, yaşayış sahəsinə qanunsuz daxil olub, qonaq otağında masanın üzərində olan Zərərçəkmiş şəxs5 məxsus bir ədəd 300 manat dəyərində “Acer” markalı nootbuk kompüterini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 dekabr 2020-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 25 nömrəli evin 40 nömrəli mənzilinin giriş qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub, yataq otağındakı masanın üzərindən içərisində 3 manat dəyərində ***-***-**-** nömrəli simkart olan 1 ədəd 2400 manat dəyərində “X25 20” markalı mobil telefon aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs10 ümumilikdə 2403 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 dekabr 2020-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 10 nömrəli evin 68 nömrəli mənzilinin giriş qapısının açıq olmasından istifadə edərək, yaşayış sahəsinə qanunsuz daxil olub, oradan içərisində 3 manat dəyərində ***-***-**-** nömrəli simkart olan bir ədəd 200 manat dəyərində “X29 7” markalı, içərisində 3 manat dəyərində ***-***-**-** nömrəli simkart olan bir ədəd 200 manat dəyərində “Xiomi Redmi 7” markalı mobil telefon aparatlarını və içərisində 3 manat dəyərində ***-***-**-** nömrəli simkart olan bir ədəd 100 manat dəyərində “X26 4” modelli planşeti gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 509 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 dekabr 2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 10 nömrəli evin 5 nömrəli mənzilinin giriş qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub, qonaq otağından 300 manat dəyrində “Toshiba” markalı kompüteri, 70 manat dəyərində markası məlum olmayan qol saatını, 30 manat dəyərində “Mikromaks” markalı mobil telefon aparatını və 30 manat nağd pul vəsaitini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 ümumilikdə 430 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 dekabr 2020-ci il tarixdə saat 07:30 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 77/1 nömrəli binanın 52 nömrəli mənzilinin bayır qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub, yataq otağında Zərərçəkmiş şəxs4 məxsus içərisində 720 manat nağd pul olan 15 manat dəyərində pul kisəsini, içərisində 75 manat dəyərində ***-***-**-** nömrəli simkart olan 350 manat dəyərində “Samsung A10” markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 1160 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 dekabr 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 30 nömrəli evin 48 nömrəli mənzilinin giriş qapısının açıq saxlanılmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub, mənzilin dəhlizindəki dolabın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus, içərisində 5 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***-**-** nömrəli simkartlarla işləyən 550 manat dəyərində **********98043 və **********98050 imei kodlu “Redmi Note 8” modelli mobil telefon aparatı, 3 manat dəyərində bir ədəd qara rəngli mobil telefona enerji dolduran cihaz, 30 manat dəyərində bir ədəd “Healithy Mix” və 10 manat dəyərində bir ədəd “Collagen” markalı üz üçün tonal kremləri, 6 manat dəyərində bir ədəd “Faberli SPA” saç üçün maska, 10 manat dəyərində bir ədəd “Sesut” markalı yapışqanlı tük təmizləyən, 15 manat dəyərində bir ədəd “Primer” markalı nəmləndirici kremi, 5 manat dəyərində bir ədəd “Essence” markalı kiprik tuşu, 20 manat dəyərində bir ədəd “1001 Qold” markalı yanaq boyası, 5 manat dəyərində bir ədəd kosmetik kisti, 3 manat dəyərində bir ədəd üz üçün qubka, 5 manat dəyərində bir ədəd “Mak” markalı dodaq konturu, 10 manat dəyərində bir ədəd markası olmayan göz laneri, 10 manat dəyərində bir ədəd markası olmayan göz laneri, 5 manat dəyərində bir ədəd göz üçün karandaş, hər biri 5 manat dəyərində dörd ədəd “Color”, “Beige Etrusque”, “Ever beuty” və “Belor Desinq” markalı dodaq boyaları, 5 manat dəyərində bir ədəd “Paradise” markalı və 10 manat dəyərində bir ədəd “Kattan Talk” markalı göz üçün boyalar və 100 manat nağd pul vəsaiti olan 20 manat dəyərində əl çantasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 852 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 dekabr 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs13 icarə əsasında işlətdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanında yerləşən “X27” adlı çay evinin plastik pəncərəsini açaraq qanunsuz çay evinə daxil olub, oradan 600 manat dəyərində bir ədəd “Samsung” markalı televizoru, 1000 manat dəyərində bir ədəd “LG” markalı karaoke aparatını, 240 manat dəyərində dörd ədəd səsgücləndiricini, 400 manat dəyərində bir ədəd “Zummer” markalı televizoru, cəmi 240 manat dəyərində üç ədəd qəlyan aparatını, 30 manat dəyərində bir ədəd “TP-Link” markalı moderni, 100 manat dəyərində stol üstü örtüklərini və cəmi 300 manat dəyərində 3 ədəd 0,5 litrlik və 07 ədəd 0,250 litrlik viskiləri, 02 ədəd şampan içkilərini, 50 ədəd “Bizon” və “Hell” markalı enerji içkilərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs13 ümumilikdə 2910 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 dekabr 2020-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Nizami rayonu, C.ünvan 9 nömrəli evin 55 nömrəli mənzilinin qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq sonuncuya məxsus içərisində 10 manat dəyərində ***-***-**-** və 10 manat dəyərində ***-***-**-** nömrəli simkartlar olan 450 manat dəyərində “HTC Pro” markalı mobil telefon aparatını, 80 manat dəyərində televizor üçün peyk aparatını, içərisində 30 manat nağd pul, 10 manat dəyərində “ASB” və 10 manat dəyərində "xxxx"a aid plastik kartlar və şəxsiyyət vəsiqəsi olan 20 manat dəyərində pul kisəsini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs9 ümumilikdə 620 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 31 dekabr 2020-ci il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 112 nömrəli evin 76 nömrəli mənzilinin qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq sonuncuya məxsus olan gödəkçənin cibindən 200 manat nağd pul vəsaiti, içərisində 3 manat dəyərində ***-***-**-** nömrəli simkart olan 400 manat dəyərində “Redmi Note 8” markalı mobil telefon aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 603 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 yanvar 2021-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 105A ünvanında yerləşən “Orxan” kafesinin giriş qapısını dəmir alətlə açıb kafeyə qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus bir ədəd 350 manat dəyərində “LG” markalı televizoru, bir ədəd 50 manat dəyərində modem aparatını, kafenin həyətində olan otaqdan isə bir ədəd 1300 manat dəyərində “Toshiba” markalı nootbuku və 350 manat dəyərində “LG” markalı televizoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs12 ümumiikdə 2050 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz halda çəkisi 0,340 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üstündə saxlamaqla daşımış, 07 yanvar 2021-ci il tarixdə saat 10:30 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı ünvan 5 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24cü PŞ-nə gətirilib orada üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, ümumi çəkisi 0,340 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 yanvar 2021-ci il tarixdə saat 10:30 radələrində Nizami rayonu, C.Naxçıvanski, 18 ünvanında yerləşən binanın arxa tərəfində olan zaman polis əməkdaşları onu saxlayaraq şübhəli şəxs qismində polis şöbəsinə aparmışlar. Orada üzərinə baxış keçirilmiş və ona məxsus olan əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı siqaretin qızılı rəngli kağızına bükülmüş halda qəhvəyi rəngli toz halında “kakos” olaraq adlandırılan narkotik vasitə heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı o, səmimi etiraf etmişdir ki, həmin narkotik vasitə özünə məxsusdur, 05 yanvar 2021-ci il tarixdə həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün 20 manat qarşılığında “Neftçilər” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən almışdır. o, narkotik vasitə aludəçisi olduğu üçün həmin narkotik vasitəni əldə edə bilmək məqsədi ilə Bakı şəhəri Nizami rayonu ərazisində müxtəlif mənzillərə qanunsuz daxil olub həmin mənzillərdən nağd pul və ya qiymətli əşyalar oğurlamışdır. Həmin mənzillərdən oğurladığı qiymətli əşyaları ünvan 8 ünvanda yaşayan, narkotik vasitələrin satışı ilə məşğul olan X13 vermişdir. Həmin əşyaların qarşılığında Faiq ona istifadə etməyi üçün narkotik vasitələr vermişdir. 04 oktyabr 2020-ci il tarixdə saat təxminən 09-10 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 58 nömrəli evin 5 nömrəli mənzilində yaşayan faizə pul verən Sona adlı qadının yaşadığı evə getmiş, qapını döysə də, açan olmamışdır. Binanın 5-ci mərtəbəsindən aşağı düşdükdə 4-cü mərtəbədə olan mənzillərin birində qapının açıq olduğunu görmüş və həmin mənzildən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də mənzilə daxil olaraq orada olan “Samsung” markalı mobil telefon aparatını, qara rəngli çantanı və boz rəngli gödəkcəni götürərək mənzili tərk etmişdir. Çantanın içərisində olan pulu xərcləyərək içərisində olan şəxsiyyət vəsiqəsini atmış, mobil telefonu və çantanı Bül-Bülə qəsəbəsində yaşayan Cavid adlı şəxsə girov kimi verərək əvəzində 1 qram narkotik vasitə almış, razılığa əsasən 40 manat verib telefon və çantanı götürməli olmuşdur. Lakin 10 oktyabr 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa 21 dekabr 2020-ci il tarixdə saat 19:40 radələrində Nizami rayonu, C.Naxçıvanski küçəsi 30 nömrəli evin mənzillərinin qapılarını yoxlamış, saat 20 radələrində həmin binanın 1-ci mərtəbəsində yerləşən 48 nömrəli mənzilinin qapısının açıq olduğunu görmüşdür. Giriş qapısı qara rəngli olmuşdur. Çox ehtiyatla qapını açmışdır ki, səs olmasın, çünki məqsədi gizli olaraq oğurluq etmək olmuş və çalışmışdır ki, kimsə onu görməsin və eşitməsin. Mənzilin girişində, dəhlizdə mebel materialından olan kiçik dolabın üzərində qırmızı rəngli ev telefonu olmuş, onun yanında, dolabın üzərində qara rəngli süni dəridən olan əl çantasını sakitcə götürüb oğurlayaraq qapını bağlayıb oradan uzaqlaşmışdır. Onu heç kim görməmiş və ya arxasınca səsləməmişdir. Sonra sakit bir yerə gedərək təklikdə həmin əl çantasına baxmışdır. Çanta qara rəngli olmuş, təxminən 30x25 sm ölçüdə olarmış, içərisi həcmli olmuş, balaca dəstəyi olmuş, işlənmiş, üstündə bağlanan cibləri olmuşdur. Əl çantasının içində “Xiaomi” markalı, “Redmi Note 8” modelli mobil telefonu, “Beynəlxalq bank” və “Kapital bankın” bank kartları, nəqliyyatda istifadə üçün “Bakı kartı”, “Unibank”ın kartı, 100 manat nağd pul, 1 ədəd qara rəngli mobil telefona enerji dolduran cihazı, 01 ədəd “Healitlıy Mix” və 01 ədəd “Collagen” markalı kremlər, 01 ədəd qəvhəyi rəngli dairəvi iri həcmli qutuda olan saç üçün maska, 01 ədəd qırmızı qapaqlı orta ölçülü qabda olan “Sesut” markalı yapışqanlı tük təmizləyən, 01 ədəd “Primer” markalı krem, 01 ədəd “Essence” markalı kiprik tuşu, 01 ədəd “1001 Qold” markalı yanaq boyası, 01 ədəd kosmetik kist, 01 ədəd üz üçün qubka, 01 ədəd “Mak” markalı dodaq konturu, 01 ədəd tünd göy rəngli flakonda markası olmayan göz laneri, 01 ədəd qara flakonda markası olmayan göz laneri, 01 ədəd göz üçün karandaş, 04 ədəd dəyərində “Color”, “Beige Etrusque”, “Ever beuty” və “Belor Desinq” markalı dodaq boyaları, 01 ədəd dəyərində “Paradise” markalı və 01 ədəd “Kattan Talk” markalı göz üçün boyalar (tenlər), ümumilikdə 19 ədəd kosmetik əşyalar olmuşdur. Oğurladığı əl çantasınin içərisinə baxaraq orada olmuş mobil telefonu və 100 manat nağd pulu götürmüş, “Xiomi” markalı “Redmi Note 8” modelli mobil telefon mavi rəngli olmuş, üstündə koburası və müdafiə plyonkası olmuş, sınığı olmamış, istifadə edilmişdir. O, həmin telefonu söndürmüş və daxilində olan 02 ədəd nömrələri çıxardıb atmışdır. Əl çantasını isə içərisində olmuş kosmetik sadaladığı əşyalar və kartlar ilə birlikdə Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 57 saylı binanın qarşısındakı hasarlanmış və nəzarətsiz olan sahənin bir kənarında olmuş torbalar və qutuların arasında qoymuşdur. Kartlardan istifadə etmək və ya kartları oğurlamaq məqsədi olmamış, fikirləşmişdir ki, sonra lazım olsa kosmetik əşyaları götürüb narkotik vasitə ilə dəyişər. Mobil telefonu sonra Nizami rayon ərazisində xatırlamadığı yerdə tanımadığı şəxslə narkotik vasitə olan heroinlə dəyişdirmişdir. 100 manat pulu isə öz ehtiyaclarına xərcləmişdir. Yaxalandıqdan sonra o, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarına öz cinayətini etiraf edərək həmin çantanı qoyduğu yeri göstərmiş və çanta içərisindəki əşyalarla birlikdə oradan tapılıb götürülmüşdür. Oğurluq etdiyi mənzili könüllü olaraq göstərə bilər. Bundan başqa, təxminən 2020-ci ilin dekabr ayının sonlarında səhər saatlarında Nizami rayonu, C.ünvan 9 ünvanına binanın blokuna daxil olmuşdur. Orada 2ci mərtəbədə yerləşən ağ rəngli qapının açıq olmasını və mənzilin içində də sakitçilik olmasını görmüşdür. Mənzilə daxil olmuş, otaqlardan birində bir nəfər cavan oğlan yerdə yatmışdır. Oğlanın yatdığı həmin otaqda stolun üzərindən içərisində 30 manat pul, şəxsiyyət vəsiqəsi və plastik kartlar olan pul kisəsi, televizorun peyk aparatı və oğlanın yatdığı yerdə baş tərəfində yerə qoyduğu HTC markalı mobil telefonu götürüb, digər otaqlara da baxmışdır. Lakin evin digər otaqlarından heç nə tapmayıb pul kisəsini, peyk aparatını və mobil telefonu götürüb evdən çıxıb getmişdir. Daha sonra isə elə həmin gün mobil telefonu “Neftçilər” metrosunun yaxınlığında tanımadığı bir nəfər şəxsə 30 manata, peyk aparatını isə “8 km bazarı”nda yenə də tanımadığı bir nəfərə 10 manata satmışdır. Pul kisəsinin içərisindən isə 30 manat pulu götürüb içərisində olan kartlar və şəxsiyyət vəsiqəsi ilə birlikdə zibil yeşiyinə atmışdır. O, bu oğurluq əməllərini törətdiyini etiraf edir, lakin digər epizodlar üzrə oğurluqları o, törətməmişdir, həmin epizodlar üzrə verilmiş ittihamda özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 11 mart 2021-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, məhkəmə iclasında ifadə verərəkən oğurluq əməllərini etiraf etmədiyi hissələrdə, elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, narkotik vasitə aludəçisi olduğu üçün həmin narkotik vasitəni əldə edə bilmək məqsədi ilə Bakı şəhəri Nizami rayonu ərazisində müxtəlif mənzillərə qanunsuz daxil olub həmin mənzillərdən nağd pul və ya qiymətli əşyalar oğurlamışdır. Həmin mənzillərdən oğurlamış olduğu qiymətli əşyaları ünvan 8 ünvanda yaşayan, narkotik vasitələrin satışı ilə məşğul olan X13 vermişdir. Həmin əşyaların qarşılığında Faiq ona istifadə etməyi üçün narkotik vasitələr vermişdir. Oğurluq etdiyi mənzillərin ünvanlarını dəqiq olaraq bilməsə də, mənzilləri polis əməkdaşlarına göstərə bilər. 31 dekabr 2020-ci il tarixdə saat 07 radələrində ünvan 10 ünvanın qarşısında olan zaman mənzilin ikinci mərtəbəsində yerləşən ev 76-nın qapısını təsadüfən yoxlamışdır. Yoxlayan zaman qapının açıq olmasının şahidi olmuşdur və ünvana daxil olmuşdur. Əlində olan alışqanın fanarı ilə mənzilə baxış keçirmiş və mənzildə olan stolun üzərində olan gödəkçəni gördükdən sonra dərhal ora yaxınlaşmış və gödəkçənin sol yan cibində olan əşyaları götürdükdən sonra mənzilin digər hissələrinə baxış keçirtmədən dərhal oranı tərk etmişdir. Bundan sonra isə oğurladığı əşyalara baxdıqda oradan bilmədən götürmüş olduğu şəxsiyyət vəsiqəsini yolda atmışdır. Mobil telefonu isə Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 100 manata satmışdır. 03 dekabr 2020-ci il tarixdə təxminən saat 06:20 radələrində qonşuluqda yerləşən binaların mənzillərini gəzərək mənzillərin qapılarına qulağını söykəyib mənzildən səs gəlib-gəlməməsini, bundan sonra mənzilin qapısının açıq olub-olmamasını yoxlamışdır. Bu məqsədlə də o, qonşuluqda, yəni Çobanzadə küçəsi 25 saylı ünvanda yerləşən binanın mənzillərini yoxlayaraq yuxarıya doğru qalxmağa başlamışdır. Səhv etmirsə 40 saylı mənzilin qapısından qulaq asdıqda mənzildən səs gəlməməsini eşidib evdə heç kimin olmamasından əmin olduqdan sonra qapının əl-tutmasını yoxladıqda mənzilin giriş qapısının açıq olmasını görmüşdür. Bundan sonra o, mənzilə daxil olaraq mənzilin otaqlarına baxmağa başlamış və yataq otağına baxan zaman masanın üzərində “Samsung” markalı mobil telefonun olmasını görüb telefonu götürərək mənzildən bayıra çıxmış və bundan sonra binadan aralaşaraq avtobusla “20 Yanvar” metrostansiyası yaxınlığına gələrək mobil telefon aparatını yol ilə keçən tanımadığı şəxsə hazırda xatırlamadığı məbləğə satmış və bundan sonra həmin pulun bir qisminə özü üçün narkotik vasitə alaraq istifadə etmiş, qalan qismini isə digər ehtiyaclarına sərf etmişdir. 2020-ci sentyabr ayında saat təxminən 18 radələrində o, yaşadığı küçədə evlərindən bir qədər aralıda gəzib oğurluq etməyə yer axtararkən 5 mərtəbəli binının 2-ci mərtəbəsində yerləşən mənzildən səs gəlmədiyini görüb mənzilin qapısını açıb içəri baxmışdır. Qapı açarla və ya içəridən bağlı olmamış, mənzilə keçdikdə qonaq otağına baxmış, heç kimin olmadığını görüb otağa daxil olduqda divardan enerji xəttinə şarj olunması üçün taxılmış 1 ədəd qırmızı rəngli mobil telefonu görüb onu adaptoru ilə birlikdə götürüb mənzildən getmişdir. Telefonun “İphone” markalı olmasını yolda baxanda bilmişdir. Mobil telefonu simkartını çıxarıb tulladıqdan sonra şarj aparatı ilə birlikdə “Neftçilər” mertosu yaxınlığında özünə məxsus olması və pula ehtiyacı olduğunu bildirərək tanımadığı şəxsə 150 manata satmışdır. Əldə etdiyi pulunu gündəlik ehtiyaclarına sərf etmişdir. 09 dekabr 2020-ci il tarixdə səhər saatlarında Nizami rayonu, C.Naxçıvanski küçəsi 10 saylı binanın yaxınlığına gələrək həmin binanın blokuna daxil olub açıq qapı axtarmışdır. O, həmin binada 68-ci mənzilin qapısının açıq olduğunu görmüş və mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra yataq otağında bir nəfərin yatdığını görmüşdür. Həmin şəxsin yatdığı çarpayının yanındakı tumbuçka üzərində markasını və modelini xatırlamadığı bir ədəd mobil telefon olduğunu görmüşdür. Həmin mobil telefonu götürmüşdür. Bundan sonra o, qonaq otağına daxil olmuş, otaqda divanın üzərində bir ədəd planşet və mobil telefon olduğunu görmüş və həmin mobil telefon və planşeti də götürmüşdür. Daha sonra həmin mənzildən çıxıb getmişdir. Cinayət yolu ilə əldə etdiyi mobil telefonları və planşeti tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulu şəxsi tələbatlarına xərcləmişdir. 10 dekabr 2020-ci il tarixdə səhər saat 07 radələrində ünvan 11 ünvanına yaxınlaşıb qapının açıq və bağlı olduğunu yoxlayan zaman qapının açıq vəziyyətdə olduğunu görüb mənzilə daxil olmuşdur. Mənzildə heç kəs olmamışdır. Otaqları gəzib qiymətli nə varsa oğurlamaq qərarına gəlmişdir. Mənzildən “Toşiba” markalı kompüter götürərək mənzili tərk etmişdir. Oğurladığı notbuk kompüteri tanımadığı şəxsə xatırlamadığı ərazidə satıb əldə etdiyi 80 manat pulu öz ehtiyaclarına xərcləmişdir. 11 dekabr 2020-ci il tarixdə səhər saat 07 radələrində tək piyada Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 77/1 saylı binanın mənzillərinin bayır qapılarının açıq, yaxud da bağlı olmasını yoxlayan zaman 2-ci mərtəbədə yerləşən 52-ci mənzilin qapısının açıq olduğunu görmüşdür. Adətən elə vaxtlar mənzildə yaşayanlardan biri işə gedir və bayır qapını bağlamağı unudurmuşlar. Odur ki, ehtiyatla həmin mənzilin bayır qapısından içəri girmiş, dəhlizin sağ tərəfindən yataq otağının qapısı açıq olmuşdur. Görmüşdür ki, həmin yataq otağında orta yaşda bir qadın çarpayıda yatıb. Astaca otağa daxil olub sol tərəfdə yerləşən güzgülü dolabın üzərindən “Samsung” markalı mobil telefonu gizlincə götürmüşdür. Həmin otaqdan çıxıb qarşı istiqamətdə yerləşən qonaq otağına daxil olmuşdur. Qonaq otağında olan dolabın siyirmələrini yoxlamış, lakin qiymətli bir əşya, yaxud da pul tapa bilməyib mənzildən çıxmışdır. Ona təcili pul lazım olduğundan həmin gün mobil telefonu satmaq qərarına gəlmişdir. Bunun üçün Bakı şəhəri, “20 Yanvar” dairəsi deyilən yerə getmiş, orada avtobus dayanacağında tanımadığı şəxsə 60 manata satmışdır. Həmin pul ilə narkotik vasitə alıb qəbul etmişdir. 30 noyabr 2020-ci il tarixdə səhər saat 07 radələrində tək piyada Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki 41 saylı binanın mənzillərinin bayır qapılarının açıq, yaxud da bağlı olmasını yoxlayan zaman 83-cü mənzilin qapısının açıq olduğunu görmüşdür. Adətən elə vaxtlar mənzildə yaşayanlardan biri işə gedir və bayır qapını bağlamağı unudur. Odur ki, ehtiyatla həmin mənzilin bayır qapısından içəri girmiş, dəhlizin sağ tərəfindən yataq otaqlarında yatanlar olmuşdur. O, ehtiyatla dəhlizin sol tərəfindən olan qonaq otağına daxil olmuş və orada masanın üzərində “Azer” markalı notbuk kompüterini götürmüşdür. Mənzildə yatanların oyanacağından ehtiyat edib təcili mənzildən çıxmışdır. Ona təcili pul lazım olmuş, odur ki, həmin gün kompüteri Faiq adlı tanışına verib əvəzində 1 qram narkotik vasitə olan heroin almışdır. 06 yanvar 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində ünvanını bilmədiyi “Orxan” adlanan çay evinin qarşısından keçmişdir. Həmin vaxt çay evindən oğurluq etmək qərarına gəlmiş və oraya haradan daxil olacağını fikirləşmişdir. Səhər saatları olduğu üçün hava açılmamış və heç kəs olmamışdır. Həmin vaxt onun üzərində bir ədəd vintaçan olmuşdur. O, vintaçanı çay evinin plastikdən olan giriş qapısının kilidinə salaraq açıb içəri daxil olmuşdur. İçəri qaranlıq olmuş, üzərində olan alışqanın arxasındakı işıqla çay evinin içərisini axtarmışdır. İçəridən pul tapa bilməmişdir. Buna görə də çay evinin kabinetlərinin içərisindən iki ədəd televizor, bir ədəd modem aparatı və bir ədəd notebook kompüterini götürmüşdür. Həmin əşyaları kisənin içərisinə qoyaraq çölə çıxarmış, əşyaları götürüb oradan uzaqlaşmışdır. Həmin gün səhər saatlarında qeyd edilən əşyaları “8-ci km bazarı”na gətirmiş və 220 manata tanımadığı şəxsə satmışdır. 23 dekabr 2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektinə gələrək piyada gəzərək oğurluq etmək üçün mənzil və ya mağaza axtarmağa başlamışdır. Həmin vaxt qeyd olunan ünvanda piyada gəzərək “Palladium” adlı çay evinin qarşısından keçən zaman həmin çay evi onun diqqətini cəlb etmiş və həmin çay evindən qiymətli əşyalar oğurlayaraq satıb pul əldə etmək qərarına gəlmişdir. Bundan sonra bir qədər kənarda dayanaraq ətrafa göz gəzdirmiş və ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra çay evinə birləşik olan mağazanın damına çıxmışdır. Bundan sonra çay evinin yan hissəsində olan pəncərəni açaraq içəri keçib çay evinin içərisini gəzib içəridə olan əşyaları gözdən keçirtməyə başlamışdır. Həmin vaxt çay evində bar hissədə müxtəlif markalı içkilərin olduğunu görüb ilk olaraq bardan müxtəlif markalı içkilərin bir hissəsini götürüb çay evindən tapdığı sellofan paketə yığaraq ağzını bağlayıb daşınması üçün hazır vəziyyətə gətirmişdir. Bundan sonra o, çay evində olan 2 ədəd markasını xatırlamadığı televizoru, 1 ədəd karaoke aparatını və müxtəlif markalı içkiləri götürüb çay evinə daxil olduğu pəncərədən hissə-hissə olmaqla ehtiyatla çıxarıb bir qədər kənara aparıb yığmışdır. Sonra yoldan keçən dövlət qeydiyyat nişanını xatırlamadığı taksi fəaliyyəti ilə məşğul olan “Mercedes Benz” markalı avtomobili saxlatdırmış və oğurladığı əşyaları həmin avtomobilə qoyaraq yaşadığı evin yaxınlığına aparıb gizlətmişdir. Səhəri gün oğurladığı 1 ədəd televizoru Sabunçu bazarında 150 manata Murad adlı şəxsə, qalan əşyaları isə Faiq adlı şəxsə 200 manata satmış və əldə etdiyi pula özünə narkotik vasitə alaraq istifadə etmişdir. Oğurladığı müxtəlif markalı içkiləri isə özü istifadə etmişdir. Təxminən 2020-ci oktyabr ayının ortalarında saat 02 radələrində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ətrafında gəzmişdir. Belə ki, o, oğurluq etmək üçün yaxınlıqdakı evləri nəzərdən keçirmişdir. Evlərin əksəriyyətində işıqları yanmış, yəni yaşayış olmuşdur. Sonra bir dalandan sağa dönüb yuxarı qalxmış, həmin küçədə bir neçə ev olmuşdur. Həmin evlərin bəzilərində işıqları yanmamışdır. O, hasarı çox hündür olmayan evin həyətyanı sahəsinin giriş qapısına yaxınlaşmış və hər ehtimala qarşı qapını döymüşdür ki, birdən evdə kimsə olar. Lakin qapını açan olmamış, başa düşmüşdür ki, evdə heç kim yoxdur. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan evin həyətinə tullanmışdır. Həyətə nəzər yetirdikdən sonra evin giriş qapısına yaxınlaşıb qapını yoxlamış, qapı bağlı olmuşdur. Evin içərisinə necə daxil ola biləcəyini fikirləşib evə pəncərədən keçməyə qərara almışdır. Belə ki, pəncərənin birinə qalxmaq rahat olmuşdur. Həmin pəncərənin üzərində tor olduğundan, həmin toru özü ilə gəzdirdiyi vintaçanla cırmış və həmin vintaçanla pəncərəni çərçivədən aralayıb açmışdır. Pəncərə nisbətən hündürlükdə olduğu üçün pəncərəyə qalxmaqdan ötrü ayaqlarının altına həyətdə olan boş bir yeşiyi qoymuş, həmin yeşiyi nisəbətən çəpinə divara söykəmişdir. İz qoymamaq üçün tikintidə istifadə edilən əlcəklərdən istifadə etmiş, həmin əlcəkləri məhz oğurluq etmək məqsədi ilə “8-ci km bazarı”nda almışdır. Pəncərəni çərçivədən aralayandan sonra oradan otağa keçmiş və otaqları gəzməyə başlamışdır. Böyük otaqda “Samsung” markalı televizoru görüb götürmüş və televizoru evə daxil olduğu pəncərədən çıxardıb ehtiyatla yerə qoyaraq divara söykəmişdir ki, sınmasın. Sonra otaqlarda olan dolabları axtarmağa başlamış və əlinə keçən qiymətli əşyaları bir-bir gətirib pəncərədən yerə qoymuş, sınmayan əşyaları isə pəncərədən yerə atmışdır. Evin otaqlarından televizordan başqa bir ədəd elektrik çay samovarı, bir ədəd modem, bir ədəd termos, qutularda olan qablar, stəkanlar, yataq dəsti, ətir, köhnə vəziyyətdə olan bir ədəd “Samsung” markalı telefon, bir ədəd üzqırxan və qadın geyimlərini götürmüşdür. Evin birinci mərtəbəsində yerləşən mətbəxdən isə bir neçə banka mürəbbə, quru çay və çaydan götürmüşdür. Evdən çölə çıxandan sonra evin həyətini gəzmiş və həyətdə olan yeşiklərin birində bir ədəd laqonda alətini görüb onu da götürmüşdür. Oğurladığı əşyaları hissə-hissə aparıb hasarın üzərinə yığmış, sonra isə özü hasarın üzərinə qalxıb oğurladığı əşyaları bir-bir yerə düşürtmüş və həyətin giriş qapısından 7-8 metr solda şam ağaclarının altına aparıb yığmışdır. Hətta bəzi əşyaları çala kimi yerə qoyub üstünü şam ağacının budaqları ilə örtmüşdür. Sonradan həmin əşyaları oradan götürməyi unutmuş və qorxduğu üçün ora bir daha qayıtmamışdır. Əşyaların hamısını həyətdən çıxardandan sonra özü ilə bir ədəd “Samsung” markalı televizoru götürüb yola tərəf getmiş və yoldan keçən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı bir taksi saxladıb televizoru həmin taksiyə yükləmiş və taksi ilə yaşadığı “8-ci km” qəsəbəsinə getmişdir. Televizoru yaşadığı mənzilə gətirmiş, anası həmin vaxt yatmışdır. O, televizoru yatdığı çarpayının altında gizlətmişdir. Sonra isə evdən bir nəçə iri tutumlu torba götürüb həyətə düşmüşdür. Yoldan keçən bir taksi tutub Hərbi Liseyin yaxınlığına gəlmişdir. Orada taksini buraxıb piyada oğurluq etdiyi evə tərəf getmiş və evin yaxınlığında gizlətdiyi əşyaları özü ilə gətirdiyi iri tutumlu torbalara yığıb yola tərəf qayıtmışdır. Yoldan keçən bir taksi tutub torbaları taksiyə yükləmiş və taksi ilə yaşadığı evə gəlmişdir. İkinci dəfə gətirdiyi əşyaları da otağına yığıb orada gizlətmişdir ki, anası onları görməsin. Artıq səhər açılmışdır. Oğurladığı bir neçə əşyanı özü ilə götürə bilmədiyi üçün həmin əşyalar orada qalmışdır, o, qorxudan təkrar ora qayıtmaq istəməmiş və uzanıb yatmışdır. Səhər açılandan sonra isə oğurladığı “Samsung” markalı televizoru anasından xəbərsiz evdən çıxardıb “8-ci km bazarı”na aparmış və həmin televizoru tanımadığı bir şəxsə 100 manata satmışdır. Oğurladığı digər əşyaları, həmçinin mürəbbələri də hissəhissə “8-ci km bazarı”na gətirib tanımadığı ayrı-ayrı şəxslərə dəyər-dəyməzə satmışdır. Əldə olunmuş pulları şəxsi ehtiyaclarına xərcləmişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində saat 03 radələrində Bakı şəhəri, Xətai rayonu, Naximov qəsəbəsi, Dənizçi küçəsinə gələrək orada oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Həmin vaxt o, qeyd olunan ünvanda olan evlərdən birinin işığının yanmadığı və qapının üzərinə asma kilid olduğunu görüb həmin evdə heç kimin olmadığına əmin olmuşdur. Buna görə də həmin evdən oğurluq etmək qərarına gəlmiş və bir qədər kənarda dayanaraq ətrafa göz gəzdirmiş, ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra evin giriş qapısına yaxınlaşıb qapının üzərində olan asma kilidi qırıb qapını açaraq həyətə daxil olmuşdur. Bundan sonra evin plastik pəncərəsini özü ilə götürdüyü vintaçan alətin vasitəsi ilə açaraq evə daxil olaraq qiymətli əşya axtarmağa başlamışdır. Həmin vaxt evdə axtarış aparan zaman oradan 1 ədəd markasını bilmədiyi planşet, 1 ədəd “LG” markalı televizoru, 1 ədəd üzərində kulon olan boyunbağını, 2 ədəd cins şalvarı, 1 ədəd pul kisəsini və 1 ədəd qadın gün eynəyini aşkar edərək götürmüşdür. Sonra evə daxil olduğu pəncərədən həyətə çıxmış və oğurladığı əşyaları götürüb oradan uzaqlaşıb çıxıb getmişdir. Oğurladığı əşyaları Faiq adlı şəxsə 120 manata satmışdır. Əldə etdiyi pulları şəxsi işlərinə xərcləmişdir. Təxminən noyabr ayında “Ruslan 93” adlı marketin yanında yolun sol tərəfi ilə üzü “Neftçilər” metrosuna tərəf getmişdir. Bu zaman yolun sol tərəfində üstü gözəllik salonu, altı zirzəmi kimi olan köşk görmüşdür. Həmin köşkün qapısına yaxınlaşmış, qapı bağlı olduğundan köşkün pəncərəsinə yaxınlaşmış və pəncərənin plastik materialdan olduğunu görmüşdür. Həmin pəncərəni əli ilə və təpik zərbəsi ilə vuraraq açıb içəri girmişdir. İçəridə olarkən müşahidə kamerasını görüb dərhal kameranı əli ilə yuxarı qaldırmışdır. Daha sonra yerdə olan tütün məmulatlarını, energetik içkiləri, digər içkiləri götürərək özü ilə gətirdiyi böyük torbaya yığaraq oradan çıxmışdır. Həmin kökdən çıxdıqdan sonra özünə lazım olan qədər siqaret və içkiləri ayırıb kənara qoyduqdan sonra qalan hissəsini “20 Yanvar” metrosu tərəfdə tanımadığı bir nəfər şəxsə satmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsinin həmin hissələri ilə razılaşmayaraq, göstərmişdir ki, polislər tərəfindən saxlanıldıqdan sonra ona bildirmişlər ki, 3 epizod oğuluqla 15 epizod oğurluq arasında heç bir fərq yoxdur, maddəsi artırılmayacaq, bütün oğurluqları boynuna götürsün. Ona görə razılaşaraq ifadəsini oxuduğu, təsdiq etdiyi, özünü təqsirli bildiyi barədə qeyd yazmışdır. Buna görə ona hər hansı təzyiq olmamışdır, həmin sözləri ona deyən şəxsi tanımır. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışı zamanı törətdiyi əməllərdən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 21 dekabr 2020-ci il tarixdə təxminən saat 19:40 radələrində o, yaşadığı mənzildən küçəyə mağazaya çıxaraq saat 19:55-də geri qayıtmış, əlindəki əl çantasını içərisində olan mobil telefon və digər əşyalarla dəhlizdəki dolabın üstünə qoymuş, lakin qapını arxadan bağlamağı unutmuşdur. 5 dəqiqə sonra qapının bağlanma səsini eşitmiş, dəhlizə çıxanda görmüşdür ki, əl çantası yerində yoxdur, başa düşmüşdür ki, çantası oğurlanmışdır. Ümumi dəhlizə baxsa da, heç kimi görməmişdir. Mənzilin dəhlizində videokamera olmamışdır. Oğurluq nəticəsində onun içərisində 550 manat dəyərində, imei kodları **********98043 və **********98050 olan “Xiaomi” markalı “Redmi Note 8” modelli mobil telefonu, onunla birlikdə yaşayan anası Hacıyeva Ruqiyyənin adına olan “Beynəlxalq Bank”a aid, daxilində pul olmayan təqaüd və "xxxx" a aid, daxilində pul olmayan köhnə əməkhaqqı bank kartları, nəqliyyatda istifadə üçün daxilində pul olmayan “Bakıkart”ı, daxilində pul olmayan “Unibank”ın kredit kartı, 100 manat pul, 1 ədəd 3 manat dəyərində qara rəngli mobil telefona enerji dolduran cihazı, 19 növdə kosmetik əşyalar, onlardan 1 ədəd 30 manat dəyərində “Healithy Mix” və 1 ədəd 10 manat dəyərində “Collagen” markalı üz üçün tonal kremlər, 1 ədəd qəvhəyi rəngli dairəvi iri həcmli qutuda olan 6 manat dəyərində “Faberli SPA” saç üçün maska, 1 ədəd qırmızı qapaqlı orta ölçülü qabda olan 10 manat dəyərində “Sesut” markalı yapışqanlı tük təmizləyən, 1 ədəd 15 manat dəyərində “Primer” markalı nəmləndirici krem, 1 ədəd 5 manat dəyərində “Essence” markalı kiprik tuşu, 1 ədəd 20 manat dəyərində “1001 Qold” markalı yanaq boyası, 1 ədəd 5 manat dəyərində kosmetik kist, 01 ədəd 3 manat dəyərində üz üçün qubka, 1 ədəd 5 manat dəyərində “Mak” markalı dodaq konturu, 1 ədəd 10 manat dəyərində tünd göy rəngli flakonda markası olmayan göz laneri, 1 ədəd 10 manat dəyərində qara flakonda markası olmayan göz laneri, 1 ədəd 5 manat dəyərində göz üçün karandaş, 4 ədəd hər biri 5 manat dəyərində “Color”, “Beige Etrusque”, “Ever beuty” və “Belor Desinq” markalı dodaq boyaları, 1 ədəd 5 manat dəyərində “Paradise” markalı və 1 ədəd 10 manat dəyərində “Kattan Talk” markalı göz üçün boyalar (tenlər), ümumilikdə 19 ədəd kosmetik əşyalar olan 20 manat dəyərində əl çantası gizli yolla talanmışdır. Oğurlanmış ona məxsus “Xiaomi” markalı “Redmi Note 8” modelli mobil telefon mavi rəngli olmuş, özünün üstündə verilən koburası və müdafiə plyonkasında olmuş, sınığı və cızığı olmamış, 1 il istifadə etmişdir. Telefonun daxilində 5 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***- **-** nömrələr olmuş, danışıq konturu olmamışdır. Əl çantası qara süni dəridən olmuş, təxminən 30x25 sm ölçüdə olmuş, içərisi həcmli, balaca dəstəyi, köhnə olmuş, üstündə bağlanan cibləri olmuşdur. Hadisə barədə ilkin məlumat və ərizə verərkən həyəcanlı olduğundan və tələsdiyindən əl çantasında olaraq oğurlanmış əmlakının tam adlarını və sayını göstərməmiş, ona dəymiş ziyanı dərhal düz hesablamamışdır. Bundan başqa, ilkin araşdırma zamanı o, telefonunda olmuş mobil nömrələrin dəyərini deməyi unutmuş, əksinə, əl çantasında olmayan şəxsiyyət vəsiqəsinin oğurlandığını səhvən bildirmiş, lakin sonra vəsiqəsi evdə tapılmışdır. Ona ümumilikdə 852 manat məbləğində maddi ziyan dəymişdir. Həmin maddi ziyan hal-hazıradək ödənilməmişdir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 09 dekabr 2020-ci il tarixdə səhər saat 08 radələrində şəxsi işi ilə əlaqədar olaraq yaşadığı mənzildən çıxmışdır. Mənzildən çıxanda qızı və oğlu evdə yatdıqlarından qapını bağlamaq üçün onları oyatmamış, özü də qapını açarla bağlamayaraq mənzildən çıxıb getmişdir. O, getdikdən sonra qızı işə getmək üçün hazırlaşan zaman içərisində 3 manat dəyərində ***-***-**-** nömrəli simkart olan 1 ədəd 200 manat dəyərində “X29 7” modelli mobil telefonun, içərisində 3 manat dəyərində ***- ***-**-** nömrəli simkart olan 1 ədəd 200 manat dəyərində “X29 7” modelli mobil telefonun və dəyəri 100 manat olan 1 ədəd “X28 4” modelli planşetin üzərlərində olan mobil telefon nömrələri ilə birlikdə mənzildə olmadığını aşkar etmişdir. Qızı başa düşmüşdür ki, o, evdən çıxanda evin giriş qapısını bağlamamış, naməlum şəxs və ya şəxslər qızı və oğlu evdə yatan zaman qapının açıq olmasından istifadə edərək mənzilə daxil olmuş, mənzildən oğurluq etmişlər. O, evə qayıdan zaman oğlu ona bu barədə bildirdikdən sonra DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Polislər Təqsirləndirilən şəxs 3 dəfə onun mənzilinə gətirsələr də, o, oğurluq etdiyi yeri tanıyıb göstərə bilməmişdir. Ona görə şübhələnir ki, mənzilindən oğurluq Təqsirləndirilən şəxs tərəfindən törədilməmişdir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 11 dekabr 2020-ci il tarixdə səhər saat 07:30 radələrində həyat yoldaşı Əmrah Məmmədov evdən çıxıb işə getmişdir. Həmin gün saat 09 radələrində yuxudan oyanmış və mənzilin qonaq otağında dolabın siyirmələrinin açıq olduğunu görmüş, fikirləşmişdir ki, Əmrah nə isə axtarmışdır. Lakin sonradan yataq otağında güzgülü dolabın üzərində saxladığı pul kisəsinin və mobil telefonun yerində olmadığını aşkar etmişdir. Şübhələnib bayır qapıya baxan zaman qapının açıq və bir qədər aralı olduğunu aşkar etmişdir. Bəzən Əmrah işə gedərkən qapını açıq saxlamışdır. Odur ki, Əmraha zəng edib baş verənlər barədə soruşanda, o, xəbəri olmadığını bildirmişdir. Ona görə başa düşmüşdür ki, kimsə mənzilin qapısının açıq olmasından istifadə edərək mənzilə qanunsuz daxil olub mənzilin qonaq otağındakı siyirmələri yoxlamış və onun yatdığı yataq otağındakı güzgülü dolabın üzərində saxladığı pul kisəsini və mobil telefonunu oğurlamışdır. Hadisə barədə dərhal DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək məlumat vermişdir. Oğurluq zamanı içərisində ona məxsus 720 manat nağd pul olan 15 manat dəyərində pul kisəsi, üzərində 75 manat dəyərində ***-***-**-** nömrəsi ilə istifadə etdiyi 350 manat dəyərində “Samsung A10” markalı mobil telefonu oğurlanmış, nəticədə ona 1160 manat maddi ziyan dəymişdir. Həmin maddi ziyan indiyədək ödənilməmişdir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 30 noyabr 2020-ci il tarixdə qaynanası Ziyarət həmişəki kimi saat 07 radələrində işlədiyi şirniyyat sexinə getmişdir. Qaynanası bəzən tezdən evdən çıxanda bayır qapısını bağlamamışdır ki, səs onları yuxudan ayıltmasın. O da öz yatağında mobil telefonuna baxmışdır. Həmin vaxt dəhlizin döşəməsinin səsi gəlmişdir, onların yataq otağının qapısı bağlı olduğu üçün fikirləşmişdir ki, yəqin qızı İlahədir. Hətta bir neçə dəfə onu səsləmişdir. Lakin İlahə onun səsinə cavab verməmişdir. Bir azdan o, yerindən qalxıb qızının yataq otağına keçəndə görmüşdür ki, İlahə yatmışdır. İlahəni ayıldıb bir qədər əvvəl qonaq otağına keçib-keçmədiyini soruşmuş, İlahə bildirmişdir ki, yerindən qalxmamışdır. O, qonaq otağına baxmış, görmüşdür ki, qonaq otağında masanın üzərində olan noutbuk kompüter yerində yoxdur, fikirləşmişdir ki, yəqin İlhahənin otağındadır. Odur ki, nədənsə şübhələnməyib mənzilin bayır qapısını bağlayaraq yataq otağına keçmişdir. Saat 09 radələrində İlahə onlayn dərsi ilə əlaqədar notbukunun harada olduğunu ondan soruşan zaman başa düşmüşdür ki, səhər mənzilin bayır qapısının açıq olmasından kimsə, kənar şəxs istifadə edərək mənzilə qanunsuz daxil olub və onlara məxsus “Aser” markalı noutbuk kompüteri oğurlamışdır. O, dərhal hadisə barədə DİN-nin 102 xidməti zəng mərkəzinə telefonla zəng edərək məlumat vermişdir. Həmin noutbuk kompüteri 7 il əvvəl 800 manata almışdır, hesab edir ki, hazırkı dəyəri 300 manatdır. Oğurluq nəticəsində ona dəymiş maddi ziyanı 300 manat miqdarında dəyərləndirir. Maddi ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 30 dekabr 2020-cu il tarixdə saat 21 radələrində yaşadığı mənzilə gəlmiş, bir qədər televizora baxdıqdan sonra mənzilin yataq otağı hissəsində olan çarpayıda yatmışdır. Mənzilə daxil olan zaman özünə məxsus olan gödəkçəni əynindən çıxardaraq qonaq otağı hissədə yerləşən stolun üzərində qoymuşdur. Həmin gödəkçənin sol yan cibində 200 manat nağd pul, özünə məxsus olan şəxsiyyət vəsiqəsi və dəyəri 400 manat olan “Redmi Note 8” markalı mobil telefon olmuşdur. 31 dekabr 2020-ci il tarixdə saat 09 radələrində yuxudan qalxan zaman mənizlin giriş qapısının açıq olmasını görmüş, cəld stolun üzərinə qoyduğu gödəkçəni əlinə götürərək baxanda 200 manat nağd pulunun, şəxsiyyət vəsiqəsinin və dəyəri 400 manat olan “Redmi Note 8” markalı mobil telefonunun heç birinin olmamasını görmüş, başa düşmüşdür ki, mənizlin qapısını naməlum şəxs və ya şəxslər zor tətbiq edərək açmış və ona məxsus olan əmlakları oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 600 manat məbləğində maddi ziyan dəymişdir. Maddi ziyan ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, qardaşı Kərim Rüstəmov, qohumları Toğrul Cəfərzadə, Rüfət Nadirovla birlikdə kirayədə yaşayır. Mənzilin 3 açarı olmuş, onlar işə gedəndə açarlardan birini blokda olan su sayğacının üzərinə qoymuşlar. 10 dekabr 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evə gələrkən açarın birinin su sayğacının üzərində olduğunu, evə daxil olan zaman otaqların dağıntılı olduğunu, mənzilə diqqətlə göz gəzdirən zaman mənzildən markasını bilmədiyi 60-70 manat dəyərində qol saatının, 70-80 manat dəyərində “Makromaks” markalı mobil telefonunun, 300-400 manat dəyərində “Toşiba” markalı noutbukunun, qonaq otağında plastik qabın içərisində olan 25-30 manat xırda pulunun oğurlandığını görmüşdür. Hadisə nəticəsində ona ümumilikdə 430 manat maddi ziyan dəymişdir. Maddi ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdfən şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 30 dekabr 2020-ci il tarixdə səhər saat 07:15 radələrində bacısı işə gedərkən o, evdə yatmışdır. Bacısı evdən çıxanda ona səslənib qapını bağlamasını bildirmiş, o, isə yuxulu vəziyyətdə ona getməsini və qalxıb qapını bağlayacağını bildirmişdir. Lakin bacısı getdikdən sonra yatıb qalmış və durub qapını bağlamamışdır. Saat 10 radələrində yuxudan oyanarkən yanında qoyduğu “HTC Pro 10” markalı mobil telefonunun yanında olmamasını görmüşdür. Yerindən qalxmış və otaqda əlavə olaraq pul qabısının içərisindən 30 manat nağd pulunun, şəxsiyyət vəsiqəsinin, “ASB” banka məxsus maaş kartının, "xxxx"a məxsus fermer kartının və iş yerinin giriş-çıxış kartının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Buna görə polis şöbəsinə gedib məlumat vermişdir. Polis əməkdaşları evdə müayinə apardıqdan sonra o, evdən əlavə olaraq televizorun peyk aparatının da oğurlanmasını aşkar etmişdir. Onun mobil telefonunun qiyməti 450 manat, üzərində olan ***-***-**-** və ***-***-**-** sim kartlarının qiyməti ikisi birlikdə 20 manat, olmuş, kartlarını bağlatdırdığı üçün onlardan pul çıxarılmamışdır. Lakin hər karta görə 10 manat cərimə, yəni 20 manat pul xərcləmişdir. Şəxsiyyət vəsiqəsinin yenidən çıxarılması üçün 15 manat pul xərcləmişdir. Televizorun peyk aparatının qiyməti 80 manat, pul qabısının dəyəri isə 20 manat təşkil etmişdir. Ümumilikdə ona 600 manat məbləğində maddi ziyan dəymişdir, həmin maddi ziyanı ödənilməmişdir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 03 dekabr 2020-ci il tarixdə yaşadığı mənzildən çıxanda mənzilin giriş qapısını bağlamaq yadından çıxmışdır. Ona görə geriə qayıdan zaman mənzilin yataq otağında olan masanın üzərinə qoyduğu özünə məxsus üzərində ***-***-**- ** mobil telefon nömrəsi ilə işlətdiyi 2400 manat dəyərində “X25 20” markalı mobil telefon aparatının naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmiş, dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 9 ünvanında yerləşən, işlətdiyi köşkdə energetik içkilər, tütün məmulatları və sərin sular satılır. Həmin köşkdə ondan başqa X1 kimi işləmişdir. 02 noyabr 2020-ci il tarixdə işlətdiyi köşkə 2000 manatlıq tütün məmulatları, sərin sular və energetik içkilər gətirmişdir. 03 noyabr 2020-ci il tarixdə səhər saat 09:00 radələrində Teymur ona zəng vuraraq köşkdən oğurluq edilməsi barədə məlumat verdikdən sonra saat 10:00 radələrində işlətdiyi köşkə yaxınlaşdıqda, köşkün pəncərəsinin açıq olduğunu görmüşdür. Dərhal içəri daxil olmuş, köşkdə olan tütün məmulatlarının və alışqanların hamısının, içkilərin isə əksər hissəsinin oğurlandığını aşkar etmişdir. Köşkün pəncərəsi içəri açılan olmuşdur. Pəncərəyə yaxınlaşdıqda pəncərənin zorlanaraq açıldığını görmüşdür. Bundan dərhal sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Oğurluq nəticəsində ona 1300 manat maddi ziyan dəymişdir. Belə ki, köşkdən qutusu 36 manat olan 03 qutu “Kent” markalı, qutusu 36 manat olan 13 qutu “Sobranie” markalı, qutusu 31 manat olan 02 qutu “Winston” markalı siqaretlər və 400 manat dəyərində digər adlarını xatırlamadığı siqaretlər, 100 manat dəyərində müxtəlif növ alışqanlar və 160 manat məbləğində “Hell” və “Bizon” enerji içkiləri oğurlanmışdır. Dəymiş maddi ziyan ödənilməmişdir, ona görə təqsirləndirilən şəxsdən şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 06 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 105A ünvanda yerləşən “Orxan” kefesinə nəzər yetirmək üçün gedərkən kafenin giriş qapısının açıq olduğunu görmüşdür. Kafeyə daxil olduqda görmüşdür ki, kafenin içərsində olan otaqların birində bir ədəd dəyəri 350 olan “LC” markalı televizor, bir ədəd dəyəri 50 manat olan modem aparatı, kafenin həyətində olan otaqdan isə bir ədəd dəyəri 1300 manat olan “Toshibo” markalı noutbukun, eyni zamanda həmin otaqdan dəyəri 350 manat olan “LG” markalı televizorun oğurlandığını aşkar etmişdir. Dərhal bu barədə DİN-nin 102 xidmətinə məlumat verib polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 2050 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan ödənilməmişdir, ona görə təqsirləndirilən şəxsdən şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanında yerləşən “X27” adlı çay evini icarə əsasında tanışı Vüsalla birlikdə şərikli olaraq işlətmişdir. Həmin çay evi iki mərtəbədən ibarətdir. Çay evinin alt hissəsində karate zalı, üst hissəsində isə çay evi yerləşmişdir. Respublikada “Covid-19” pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi ilə bağlı 14 dekabr 2020-ci il tarixdə işlər dayandırıldığı üçün çay evini bağlayaraq yaşadıqları evə getmişlər. 28 dekabr 2020-ci il tarixdə saat 10 radələrində işlədiyi çay evinə baş çəkmək üçün getmiş, çay evinə daxil olan zaman ümumi zalda divara bərkidilmiş vəziyyətdə 600 manat dəyərində olan 1 ədəd “Samsung” markalı televizorun yerində olmadığını görmüşdür. O, bundan şübhələnib tez çay evində olan bar hissəyə yaxınlaşıb baxanda barda ümumilikdə 300 manat dəyərində olan 3 ədəd 0,5 və 7 ədəd 0,250 litlik viskilərin, 2 ədəd şampanın, 50 ədəd “Bizon” və “Hell” markalı enerji içkilərinin yerində olmadığını görmüşdür. Sonra o, “Karaoke” otağına daxil olan zaman pəncərənin açıq olduğunu və orada olan 1 ədəd 1000 manat dəyərində “LG” markalı karaoke aparatının, 4 ədəd 240 manat dəyərində səsgücləndiricilərin, 1 ədəd 400 manat dəyərində “Zimmer” markalı televizorun, 1 ədədi 80 manat olmaqla 240 manat dəyərində qəlyan aparatının, 1 ədəd 30 manat dəyərində “TP-Link” markalı modemin, eyni zamanda çay evində masaların üzərində olan örtüklərin yerində olmadığnı görmüşdür. Başa düşmüşdür ki, naməlum şəxslər işlətdiyi çay evindən 1 ədəd 600 manat dəyərində “Samsung” markalı televizoru, ümumilikdə 300 manat dəyərində 3 ədəd 0,5 və 07 ədəd 0,250 litlik viskiləri, 2 ədəd şampanı, 50 ədəd “Bizon” və “Hell” markalı enerji içkilərini, 1 ədəd 1000 manat dəyərində “LG” markalı karaoke aparatını, 4 ədəd 240 manat dəyərində səsgücləndiricini, 1 ədəd 400 manat dəyərində “Zimmer” markalı televizoru, 1 ədədi 80 manat olmaqla 240 manat dəyərində qəlyan aparatını, 1 ədəd 30 manat dəyərində “TP- Link” markalı modemi, 100 manat dəyərində stol üstü örtükləri oğurlamışlar. Buna görə də DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermiş və bir qədər sonra polis əməkdaşları hadisə yerinə baş keçirmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 2910 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan ödənilməmişdir, ona görə təqsirləndirilən şəxsdən şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, ailəsi ilə birlikdə ünvan 14 ünvanda yaşayır. Ev sənədlə qardaşının adınadır. Ev ikimərtəbəli olmaqla üç yataq, bir qonaq otağı, bir mətbəx və sanitar qovşağından ibarətdir. Evin həyətyanı sahəsi təxminən 400 kv.metrdir. Əri Türkiyədə olduğu üçün qızı ilə ailələrinə məxsus olan Bakı şəhəri, Rəsulzadə qəsəbəsində yerləşən evdə yaşayırlar. Buna baxmayaraq tez-tez Zığ şossesində yerləşən evə gedib baş çəkir. Sonuncu dəfə həmin evdə oğurluqdan təxminən 4-5 gün öncə olmuşdur. 21 oktyabr 2020-ci il tarixdə axşam saatlarında Zığ şossesindəki evə gedib açarla evin dəmirdən olan qapısını açmış və içəri daxil olmuşdur. Girişlə üzbə-üz yerləşən mətbəxdə olan soyuducunun qapısının açıq vəziyyətdə olduğunu görüb təəccüblənmişdir. Sonra evin ikinci mərtəbəsinə qalxmış və görmüşdür ki, qonaq otağındakı qiyməti 2000 manat olan bir ədəd “Samsung” markalı televizor yerində yoxdur. Digər üç otağa nəzər saldıqda orada əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Başa düşmüşdür ki, evdən oğurluq edilmişdir, hadisə ilə bağlı qardaşı Mürsəl Zeynalova məlumat vermişdir. Mürsəl isə oğurluq barədə DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Polis əməkdaşları evə gəlib müayinə aparmışlar. Həmin vaxt evdən dəqiq hansı əşyaların oğurlandığını bilmədiyi üçün yazdığı ərizədə evdən qiyməti 2000 manat olan bir ədəd “Samsung” markalı televizor və ümumi qiyməti 700 manat olan qabların və digər xırda əşyaların oğurlandığını göstərmişdir. Polis əməkdaşları gedəndən sonra isə otaqlarda olan əşyalara nəzər salıb müəyyən etmişdir ki, evdən qiyməti 2000 manat olan bir ədəd “Samsung” markalı televizordan başqa qiyməti 50 manat olan bir ədəd “WiFi” modemi, qiyməti 100 manat olan bir ədəd elektrik çay samovarı, qiyməti 50 manat olan bir ədəd Türkiyə istehsallı çarpayı örtüyü, qiyməti 500 manat olan bir ədəd xrustal qab dəsti, qiyməti 10 manat olan bir ədəd termos, qiyməti 20 manat olan bir ədəd köhnə modeldə, işlənmiş vəziyyətdə olan “Samsung” markalı mobil telefon, qiyməti 30 manat olan bir ədəd saçqırxan aparatı, ümumi qiyməti 220 manat olan dörd dəst kompot stəkanı, ümumi qiyməti 100 manat olan iki dəst çay stəkanı, qiyməti 100 manat olan bir dəst “Bogema” bakalı, qiyməti 100 manat olan işlənmiş vəziyyətdə olan bir yataq dəsti, qiyməti 50 manat olan bir ədəd Fransa istehsallı ətir, qiyməti 50 manat olan Türkiyə istehsallı quru çay, ümumi qiyməti 50 manat olan 15 ədəd 800 qramlıq bankada olan müxtəlif meyvələrdən hazırlanmış mürəbbələr, ümumi qiyməti 80 manat olan dörd ədəd mürəbbə qabı, qiyməti 20 manat olan bir ədəd çaydan, ümumi qiyməti 300 manat olan işlənmiş vəziyyətdə olan qadın geyimləri və ayaqqabıları, evin həyətindən isə qiyməti 50 manat olan bir ədəd işlənmiş vəziyyətdə olan laqonda aləti oğurlanmışdır. Oğurluq nəticəsində ona 3880 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan ödənilməsə də, təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanı tam şəkildə tələb etdiyini göstərmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 04 oktyabr 2020-ci il tarixdə saat 08 radələrində evdə yatan zaman evin qapısının kilidi açıq vəziyyətdə olmuşdur. O, yuxudan oyandıqda mobil telefonunun yerində olmamasını görmüş və nə qədər axtarsa da, mobil telefonunu tapa bilməmişdir. Bundan sonra evə baxış keçirən zaman içərisində 60 manat nağd pul və şəxsiyyət vəsiqəsi olan 18 manat dəyərində pul kisəsinin, 55 manat dəyərində boz rəngli gödəkcəsinin də oğurlanmasını aşkar etmişdir. Oğurlanmış “Samsung A30” markalı mobil telefon aparatının dəyəri 650 manat, üzərində olan ***-***-**-** mobil telefon nömrəsinin isə dəyəri 5 manat təşkil etmişdir ki, ümumilikdə ona 818 manat maddi ziyan vurulmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə ilə müraciət edərək, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını göstərmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 13 sentyabr 2020-ci il tarixdə saat təxminən 19 radələrində mənzildə özünə məxsus, anasının da istifadə etdiyi “İphone 7+” markalı mobil telefonu cərəyana dolması üçün qonaq otağında qoyub qonşuya getmişdir. Təxminən 1 saat sonra qonşudan evə gəldikdə anası gedərkən mobil telefonu aparmasını ondan soruşduqda, o, gedərkən telefonu şarjası üçün qonaq otağında qoyub getməyini bildirmişdir, anası isə telefonun orada olmadığını demişdir. O, evdən qonşuya gedərkən evin giriş qapısını açarla bağlamadığını və evə oğru girib oğurluq etməsini başa düşmüşdür. Belə ki, anası ona demişdir ki, gedəndən sonra mətbəx otağında iş görüb və mənbəxin qapısı bağlı olub, evə kimsə girməsini və oğurluq etməsini bilməmişdir. Ona görə də anası bu barədə 102 xidmətinə məlumat vermişdir. O, sonra polisə gələ bilmədiyi üçün anası polisə onun xahişi ilə gedib oğurluq barədə ərizə vermiş, lakin ərizədə telefonun dəyərini bilmədiyi üçün səhvən 80 manat göstərmişdir. Ona görə də o, sonra polisə bu barədə təkrar ərizə vermiş və telefonu 2 il əvvəl 1600 manata almasını, hazırkı vaxt 500 manat dəyəri olmasını təkrar ərizədə göstərmişdir. Oğurlanmış mobil telefonun imei kodu **********84354 olmuşdur. Ona görə də oğurluqla faktiki ona ziyan vurulmuşdur. Oğurlanmış enerji dolducucusu lap təzə, ağ rəngdə olmuş, dəyəri 20 manat, mobil CSM nömrə isə 5 manat dəyərdə olmuşdur. Telefon qırmızı rəngdə olmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs15 məhkəməyə poçt vasitəsi ilə teleqram göndərərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, ona dəymiş 1500 manat məbləğində maddi ziyanın ödənilməsini Təqsirləndirilən şəxs tələb etdiyini, ona dəymiş ziyan ödənilməsə təqsirləndirilən şəxsin cəzalanmasını tələb etdiyini göstərmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olsa da, ünvan 15 ünvanında anası Xoşqədəm və qızı Aysu ilə birlikdə kirayədə yaşayır. Həmin ev Samir adlı şəxsə məxsusdur. Onun yaşadığı ev 1 mərtəbəli, 2 otaqdan ibarət evdir. 15 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində atası Aydın xəstə olduğundan Lənkəran rayonu, Göyşaban kəndinə getmişdir. O, kənddə olan zaman Samirdən xahiş etmişdir ki, hərdən gəlib evə baş çəksin. 09 noyabr 2020-ci il tarixdə saat 17 radələrində Samir ona zəng edərək evdə olub-olmadığını soruşmuş, o da Samirə evdə olmadığını bildirmişdir. Samir ona evin qapısının açıq olduğunu demiş, o da keçib evə baxmasını xahiş etmişdir. Bundan sonra Samir ona evdən oğurluq olduğunu bildirmişdir. O, dərhal DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və səhəri gün, yəni 10 noyabr 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı evə gəlmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, evdə olmadığı zaman, yəni 15 oktyabr 2020-ci il tarixdən 09 noyabr 2020-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər evin həyətinə açılan plastik pəncərəni sındırıb, mənzilə qanunsuz daxil olaraq evdə axtarış aparmaqla oradan qonaq otağından 1 ədəd dəyəri 400 manat olan “Samsung” markalı planşeti, 1 ədəd dəyəri 700 manat olan “LG” markalı televizoru, 1 ədəd qızı üçün aldığı 200 manat dəyərində nazik boyunbağı və üzərində gül formalı klonu, 1 ədəd göy rəngli 50 manat dəyərində cins şalvarı və 1 ədəd qara rəngli 30 manat dəyərində cins şalvarı oğurlamışlar. Ev həmin vaxt çox dağınıq halda olmuşdur. Daha sonra 35-ci PB-nin əməkdaşları gəlmişlər və o, hadisə barədə ərizə yazaraq izahat vermişdir. Oğurluq ona ümumilikdə 1395 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 yanvar 2021-ci il tarixdə Rəşad adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat şöbə rəisinə raportla məruzə olunaraq, sonuncunun ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edildikdən sonra yaradılmış əməliyyat qrupu tərkibində keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 10:30 radələrində ünvan 16 ünvanının arxa tərəfində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. PŞ-də şəxsiyyəti müəyyənləşdirilən Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman ona təklif edilmişdir ki, üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən, könüllü olaraq əynində olan geyim əşyalarına baxışın keçirilməsi üçün şərait yaratmış və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş halda içərisində qəhvəyi rəngli, toz halında spesifik iyə malik olan maddə “kakos” kimi tanıdığı narkotik vasitəni təqdim etmiş, sorğu zamanı həmin narkotik vasitəni iki gün əvvəl “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İçərisində narkotik vasitəyə bənzər maddə olan bir ədəd siqaretin qızılı rəngli kağız bükülü içərisində olan maddə ilə birlikdə qablaşdırılıb ekspertiza mərkəzinə göndərilməsi üçün möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Şahidlər Şahid3 və Şahid4 məhkəməyə məcburi gətirilmələrinə dair qərarın icrası mümkün olmadığından onların ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid3 sözügedən ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs2 ilə birgə yaşayır. Mənzil beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir, 2 otaq, dəhliz və mətbəxdən ibarətdir. Mənzilin açarları onda və qızında olmuşdur. 21 dekabr 2020-ci il tarixdə təxminən saat 19:40 radələrində evdə mətbəxdə olmuş, qızı küçəyə mağazaya çıxaraq saat 19:55-də ev qayıtmış, əlindəki əl çantasını içərisində olan mobil telefon və digər əşyalarla dəhlizdəki dolabın üstünə qoymuş, lakin qapını arxadan bağlamağı unutmuşdur. 5 dəqiqə sonra qapının bağlanma səsini eşitmiş, dəhlizə çıxanda görmüşlər ki, qızının əl çantası yerində yoxdur və oğurlanmışdır. Onlar ümumi dəhlizə baxsalar da, heç kimi görməmişlər. Mənzilin dəhlizində videokamera olmamışdır. Oğurluq nəticəsində qızının əl çantasında olmuş 100 manat nağd pulu, 550 manat dəyərində, imei kodları **********98043 və **********98050 olan “Xiaomi” markalı, “Redmi Note 8” modelli mobil telefonları, içərisində onun adına olan təqaüd və əmək haqqı bank kartları, digər kartlar, 19 növdə markalarını və dəqiq dəyərlərini bilmədiyi müxtəlif kosmetik əşyaları, 20 manat dəyərində əl çantası gizli yolla talanmışdır. Oğurlanmış qızına məxsus “Xiomi” markalı, “Redmi Note 8” modelli mobil telefon mavi rəngli olmuş, özünün üstündə verilən koburası və müdafiə plyonkasında olmuş, sınığı və cızığı olmamış, 1 il istifadə edilmişdir. Telefonun daxilində dəyəri 5 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***-**-** nömrələr olmuş, danışıq konturu olmuşdur. Əl çantası qara süni dəridən olmuş, təxminən 30x25 sm ölçüdə olmuş, balaca dəstəyi olmuş, işlənmiş olmuş, üstündə cibləri olmuşdur. Beləliklə qızı Aytənə ümumilikdə 852 manat məbləğində maddi ziyan dəymişdir. Şahid4 sözügedən ifadəsində göstərmişdir ki, müxtəlif növ məişət əşyalarının alış və satışı ilə məşğul olur. Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Sabunçu” adlı bazara gedərək məişət əşyalarının alqı-satqısını həyata keçirir. Belə ki, o, müxtəlif şəxslərdən aldığı məişət əşyalarını Sabunçu bazarında aparıb satır. Eyni zamanda müştərilərin bazara satmaq üçün gətirdikləri məişət əşyalarını ucuz qiymətə alıb bir az baha qiymətə sataraq pul əldə edir. 2020-ci ilin dekabr ayının sonlarında Sabunçu bazarında olan zaman adının sonradan Rəşad olduğunu öyrəndiyi şəxsin bazara satmaq üçün bir ədəd televizor gətirdiyini görmüşdür. O, Rəşada yaxınlaşan zaman həmin televizorun “Zimmer” markalı televizor olduğunu görmüşdür. O, Rəşaddan televizoru neçəyə satdığını soruşan zaman Rəşad televizoru 150 manata satdığını bildirmişdir. O, sonuncudan televizorun oğurluq olub-olmadığını soruşduqda, Rəşad ona televizorun özünə məxsus oluduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. O da Rəşada inandığı üçün razılaşaraq ona 150 manat pul verib “Zimmer” markalı televizoru ondan almışdır. Bundan sonra aldığı “Zimmer” markalı televizoru Sabunçu bazarında 200 manata tanımadığı şəxsə satmışdır. Daha sonra onu 35-ci PB-nə dəvət etmişlər və o, orada Rəşadın ona satdığı televizorun oğurluq olduğunu öyrənmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 07 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 1) - 07 yanvar 2021-ci il və 08 yanvar 2021-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən 07 yanvar 2021-ci il tarixdə saat 10:30-da ünvan 17 ünvanının arxa tərəfində saxlanılaraq 24-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilmişdir. Baxış zamanı üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etməis təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara idman şalvarının sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş halda içərisində qəhvəyi rəngli, toz halında spesifik iyə malik olan maddə “kakos” kimi tanıdığı narkotik vasitəni təqdim etmiş, həmin narkotik vasitəni iki gün əvvəl “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Videoçəkilişin köçürüldüyü diskə təqsirləndirilən şəxsin və onun müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. (İ cild i.v. 15-16) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2021-ci il tarixli 6/70 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,340 qram tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,340 qram, tədqiqata 0,050 qram sərf edilmiş, 0,290 qram qalıq qalmışdır. (İ cild i.v. 34-37) - 08 yanvar 2021-ci il tarixli qərardan görünür ki, narkotik vasitənin aşkar olunması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd CD disk iş üzrə maddi sübut qismində tanınmışdır. (İ cild i.v 50) - 10 oktyabr 2020-ci il və 10 yanvar 2021-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs1 mənzilindən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İ cild i.v. 75, 78) - 04 oktyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs1 məxsus, oğurluq hadisəsinin baş verdiyi mənzilə baxış keçirilmişdir. Mənzilin yerləşdiyi binanın qarşısındakı “Al Market” ərzaq mağazasının kamerası vasitəsi ilə qeydə alınmış videogörüntülərdə oğurluq törətmiş naməlum şəxs aşkar edildiyi üçün diskə köçürülərək götürülmüşdür. (İ cild i.v. 79-84) - 10 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, 04 oktyabr 2020-ci il tarixdə götürülmüş diskə baxış zamanı müəyyən edilmişdir ki, 04 oktyabr 2020-ci il tarixdə əynində qara rəngli şalvar, qara ayaqqabı, qara gödəkcə olan naməlum şəxs binanın yanından keçərək Zərərçəkmiş şəxs1 Əlibaba oğlunun yaşadığı mənzilin blokuna daxil olmuş, sonra bir nəfər naməlum şəxs əynində qara şalvar, qara ayaqqabı, boz rəngli gödəkcə ilə blokdan çıxaraq iti yerişlə, əlində qara rəngli pul qabına baxaraq hadisə yerindən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs1 Əlibaba oğlu videogörüntüyə baxaraq həmin şəxsin əynində olan boz rəngli gödəkcənin ona məxsus olduğunu bildirmişdir. (İ cild i.v. 99) - 10 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Əlibaba oğlunun mənzilindən oğurladığı “Samsung A30” markalı mobil telefon aparatı Cavid adlı şəxsin anası X4 tərəfindən təqdim edilmiş və 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən götürülmüşdür. (İ cild i.v. 102) - 11 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin vaxt o, oğurluq etdiyi Zərərçəkmiş şəxs1 Əlibaba oğlunun mənzilini əyani olaraq göstərib oğurluğu hansı qaydada törətdiyini izah etmişdir. (İ cild i.v. 126-128) - 11 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə bildirmişdir ki, 04 oktyabr 2020-ci il tarixli oğurluq hadisəsini özündə əks etdirən videogörüntüdə olan şəxs özüdür. (İ cild i.v. 129) - 11 oktyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş mobil telefonlar arasından özünə məxsus mobil telefon aparatını tanımışdır. (İ cild i.v. 130-132) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 noyabr 2020-ci il tarixli 9/4481 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı “SM-A305FN/DS” modeli molbil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 240 manat müəyyən edilir. (İ cild i.v. 176-179) -Zərərçəkmiş şəxs1 qəbzindən görünür ki, o, özünə məxsus “Samsung A30” markalı mobil telefonu qəbul etmişdir. (İ cild i.v. 182) -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 08 yanvar 2021-ci il tarixli 089-293-1221 nömrəli məktubundan görünür ki, 07 yanvar 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış və onun üzərindən 0,340 qram narkotik maddə hesab olunan, kustar üsulla hazırlanmış heroin aşkar olunaraq barəsində həmin tarixdə ********* nömrəli cinayət işi başlanmışdır. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, o, 13 sentyabr 2020-ci il tarixdə X5 məxsus mənzildən (Cİ №2********); 30 noyabr 2020-ci il tarixdə X8 məxsus mənzildən (Cİ №2********); 09 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus mənzildən (Cİ №2********); 10 dekabr 2020-ci il tarixdə X12 məxsus mənzildən (Cİ №2********); 11 dekabr 2020-ci il tarixdə X6 məxsus mənzildən (Cİ №2********); 18 dekabr 2020-ci il tarixdə X10 məxsus mənzildən (Cİ №2********); 21 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus mənzildən (Cİ №2********); 30 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs10 məxsus mənzildən (Cİ №2********); 30 dekabr 2020ci il tarixdə Zərərçəkmiş şəxs9 məxsus mənzildən edilmiş oğurluqla bağlı Nizami RPİ-nin İŞ-də toplanmış material; 31 dekabr 2020-ci il tarixdə X3 məxsus mənzildən edilmiş oğurluqla bağlı Nizami RPİ-nin İŞ-də toplanmış material üzrə oğurluq cinayətlərini törətmişdir, Təqsirləndirilən şəxs əməlini etiraf etmişdir. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs dindirilməsi və müvafiq istintaq hərəkətlərinin keçirilməsi Nizami RPİnin istintaq şöbəsindən xahiş edilmişdir. (İ cild i.v. 189-190) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 14 yanvar 2021-ci il tarixli 100 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 201-202) - 29 dekabr 2020-ci il və 14 fevral 2021-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs2 mənzilindən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İ cild i.v. 210-211, 214) - 21 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs2 məxsus, oğurluq hadisəsinin baş verdiyi mənzilə baxış keçirilmişdir. (İ cild i.v. 218-220) - 07 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən göstərilmiş ünvan 18 ünvanın qarşısında hasarlanmış və nəzarətsiz olan torpaq sahəsinə baxış keçirilərkən aşkar edilmiş bir ədəd qadın çantasından 19 ədəd kosmetik əşyalar, bir ədəd qara rəngli mobil telefonun enerji cihazı, bir ədəd üzərində “Rugiyyat Hajiyeva” yazılmış “Beynəlxalq Bank”a aid kart, bir ədəd “Rugiyyat Hajiyeva” yazılmış "xxxx"a aid kart, bir ədəd “Bir Kart” kartı, bir ədəd “Unibank”a aid kart aşkar edilərək götürülmüşdür. (İ cild i.v. 251-252) - 14 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş əşyaları tanımaqla mənzilindən oğurlanmış əmlaklar olduğunu bildirmişdir. (İ cild i.v. 258-260) - 10 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin vaxt o, oğurluq etdiyi Zərərçəkmiş şəxs2 mənzilini əyani olaraq göstərib oğurluğu hansı qaydada törətdiyini izah etmişdir. (İİ cild i.v. 8-11) - 17 dekabr 2020-ci il və 14 fevral 2021-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs3 mənzilindən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İİ cild i.v. 33, 34) - 09 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs3 məxsus, oğurluq hadisəsinin baş verdiyi mənzilə baxış keçirilmişdir. (İİ cild i.v. 45-52) - 10 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin vaxt o, oğurluq etdiyi Zərərçəkmiş şəxs3 mənzilini əyani olaraq göstərib oğurluğu hansı qaydada törətdiyini izah etmişdir. (İİ cild i.v. 70-73) - 10 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə bir ədəd diskə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, həmin diskdə 09 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 10 nömrəli binanın bloku əks olunmuşdur. Təqsirləndirilən şəxs həmin bloka daxil olması və pilləkənlərə yuxarı qalxması kamera görüntülərində əks olunmuş, onun əynində qara rəngli gödəkcə və qara şalvar olmuş, qara rəngli gödəkcənin arxa hissəsində VLTN hərfləri qeyd olunmuşdur. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özünün olduğunu, görüntünün 09 dekabr 2020-ci il tarixdə törətdiyi hadisə zamanı çəkilmiş görüntü olduğunu, həmin görüntüdə olan gödəkcənin əyində olan gödəkcə olduğunu bildirmişdir. (İİ cild i.v. 74-75) - 12 dekabr 2020-ci il və 14 fevral 2021-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs4 mənzilindən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İİ cild i.v. 94, 98) - 11 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs4 məxsus, oğurluq hadisəsinin baş verdiyi mənzilə baxış keçirilmişdir. (İİ cild i.v. 103-107) - 13 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin vaxt o, oğurluq etdiyi Zərərçəkmiş şəxs4 mənzilini əyani olaraq göstərib oğurluğu hansı qaydada törətdiyini izah etmişdir. (İİ cild i.v. 138-140) - 16 dekabr 2020-ci il və 14 fevral 2021-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs5 mənzilindən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İİ cild i.v. 144, 148) - 30 noyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs5 məxsus, oğurluq hadisəsinin baş verdiyi mənzilə baxış keçirilmişdir. (İİ cild i.v. 153-155) - 12 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin vaxt o, oğurluq etdiyi Zərərçəkmiş şəxs5 mənzilini əyani olaraq göstərib oğurluğu hansı qaydada törətdiyini izah etmişdir. (İİ cild i.v. 186-188) - 02 oktyabr 2020-ci il və 15 fevral 2021-ci il tarixli qərarlardan görünür ki, X7 (sonradan təqdim edilmiş ərizələrə əsasən zərərçəkmiş şəxs qismində onun qızı Zərərçəkmiş şəxs6 tanınmışdır) mənzilindən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İİ cild i.v. 189, 192) - 13 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə zərərçəkmiş şəxs X9 məxsus, oğurluq hadisəsinin baş verdiyi mənzilə baxış keçirilmişdir. (İİ cild i.v. 198) - 08 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə bir ədəd diskə baxış keçirilmişdir. Diskə əlavə olunmuş videogörüntülərə baxan Təqsirləndirilən şəxs oğurluq hadisəsinin baş verdiyi 13 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində görüntüdə zərərçəkmiş şəxsin (Zərərçəkmiş şəxs6) yaşadığı ünvan 19 ünvandakı binanın qarşısından keçən şəxsin özü olduğunu, mobil telefonu oğurladıqdan sonra kameraya düşdüyünü bildirmişdir. (İİ cild i.v. 248) - 20 yanvar 2021-ci il və 18 fevral 2021-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs7 mənzilindən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İİİ cild i.v. 1, 4) - 31 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs7 məxsus, oğurluq hadisəsinin baş verdiyi mənzilə baxış keçirilmişdir. (İİİ cild i.v. 12-13) - 08 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin vaxt o, oğurluq etdiyi Zərərçəkmiş şəxs7 mənzilini əyani olaraq göstərib oğurluğu hansı qaydada törətdiyini izah etmişdir. (İİİ cild i.v. 37-39) - 30 dekabr 2020-ci il və 18 fevral 2021-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs8 mənzilindən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İİİ cild i.v. 56, 59) - 10 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs8 məxsus, oğurluq hadisəsinin baş verdiyi mənzilə baxış keçirilmişdir. (İİİ cild i.v. 64-65) - 09 yanvar 2021-ci il və 18 fevral 2021-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs9 mənzilindən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 326.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İİİ cild i.v. 93, 96) - 30 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs9 məxsus, oğurluq hadisəsinin baş verdiyi mənzilə baxış keçirilmişdir. (İİİ cild i.v. 99-102) - 11 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin vaxt o, oğurluq etdiyi Zərərçəkmiş şəxs9 mənzilini əyani olaraq göstərib oğurluğu hansı qaydada törətdiyini izah etmişdir. (İİİ cild i.v. 129-132) - 14 dekabr 2020-ci il və 19 fevral 2021-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs10 mənzilindən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İİİ cild i.v. 135, 138) - 09 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə bir ədəd diskə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, bir nəfər kişi cinsli şəxs pilləkənlə qalxaraq mənzilin giriş qapısını yoxladıqdan sonra pilləkənlə növbəti mərtəbəyə doğru hərəkət etməsi müşahidə olunmuşdur. Videogörüntülərə baxan Təqsirləndirilən şəxs oğurluq hadisəsinin baş verdiyi 03 dekabr 2020-ci il tarixdə qeydə alınmış görüntüdə olan şəxsin özünün olduğunu, həmin görüntünün ünvan 19 ünvandakı binanın mərtəbəsini gəzişən zaman çəkildiyini bildirmişdir. (İİİ cild i.v. 169) - 11 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin vaxt o, 03 dekabr 2020-ci il tarixdə oğurluq etdiyi Zərərçəkmiş şəxs10 mənzilini əyani olaraq göstərib oğurluğu hansı qaydada törətdiyini izah etmişdir. (İİİ cild i.v. 180) - 28 noyabr 2020-ci il və 20 fevral 2021-ci il tarixli qərarlardan görünür ki, X11 işlətdiyi köşkdən (sonradan köşkün Zərərçəkmiş şəxs11 məxsus olması və ona ziyan dəyməsi müəyyən edildiyindən zərərçəkmiş qismində o, tanınmışdır) oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İİİ cild i.v. 188, 191) - 03 noyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs11 məxsus, oğurluq hadisəsinin baş verdiyi köşkə baxış keçirilmişdir. (İİİ cild i.v. 198-201) - 09 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin vaxt o, 03 noyabr 2020-ci il tarixdə oğurluq etdiyi Zərərçəkmiş şəxs11 məxsus köşkü əyani olaraq göstərib oğurluğu hansı qaydada törətdiyini izah etmişdir. (İİİ cild i.v. 218-219) - 15 yanvar 2021-ci il və 03 mart 2021-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs12 məxsus kafedən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İV cild i.v. 1-2, 5) - 06 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs12 məxsus, oğurluq hadisəsinin baş verdiyi kafeyə baxış keçirilmişdir. (İV cild i.v. 8-10) - 01 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin vaxt o, 06 yanvar 2021-ci il tarixdə oğurluq etdiyi Zərərçəkmiş şəxs12 məxsus kafeni əyani olaraq göstərib oğurluğu hansı qaydada törətdiyini izah etmişdir. (İV cild i.v. 25-27) - 01 fevral 2021-ci il tarixli protokoldan görünür ki, 06 yanvar 2021-ci il tarixdə saat 02:13 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 99 ünvanında qeydə alınmış görüntüyə əsasən bir nəfər başında papaq olan şəxsin Gəncə prospekti, 105A ünvana qarşı tərəfə getməsi və saat 02:40 radələrində bir ədəd kisə ilə geri qayıtması, kisəyə bükülmüş iri həcmli ensiz əşyanı aparması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin şəxsin özünün olduğunu bildirmişdir. (İV cild i.v. 28) - 31 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs13 məxsus çay evindən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İV cild i.v. 49) - 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata birləşdirilmiş və istintaqın həmin nömrə altında davam etdirilməsi qərara alınmışdır. (İV cild i.v. 46-47) - 28 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs13 məxsus, oğurluq hadisəsinin baş verdiyi çay evinə baxış keçirilmişdir. (İV cild i.v. 56-61) - 29 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin vaxt o, 23 dekabr 2020-ci il tarixdə oğurluq etdiyi Zərərçəkmiş şəxs13 məxsus çay evini əyani olaraq göstərib oğurluğu hansı qaydada törətdiyini izah etmişdir. (İV cild i.v. 95-99) - 03 fevral 2021-ci il tarixli qərardan görünür ki, məhkəmənin qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayş massivində yerləşən fərdi yaşayış sahəsində aparılmış axtarış zamanı heç bir qanunsuz əşya müəyyən edilməmiş, ünvan 22 ünvanında 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd səsgücləndirici, 1 ədəd saat, 2 ədəd fotoaparat, 1 ədəd planşet, 1 ədəd alışqan, 1 ədəd təsbeh, 1 ədəd suvenir gəmi, 1 ədəd TV apparat pult, 1 ədəd qadın pul kisəsi, 1 ədəd qadın gün eynəyi aşkar edilərək götürülmüşdür. (İV cild i.v. 131-136, 138-145) - 24 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs14 məxsus evdən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İV cild i.v. 157) - 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata birləşdirilmiş və istintaqın həmin nömrə altında davam etdirilməsi qərara alınmış, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (İV cild i.v. 154-155) - 21 oktyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs14 məxsus, oğurluq hadisəsinin baş verdiyi evə baxış keçirilmişdir. (İV cild i.v. 161-169) - 30 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin vaxt o, 2020-ci ilin oktyabr ayında oğurluq etdiyi Zərərçəkmiş şəxs14 məxsus evi əyani olaraq göstərib oğurluğu hansı qaydada törətdiyini izah etmişdir. (İV cild i.v. 193-198) - 30 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, 5-ci döngə, 38 nömrəli evdən təxminən 8 metr aralıda yerləşən xırda ölçülü çaladan 1 ədəd laqonda aparatı, 1 ədəd “Samsung” mobil telefon aparatı və saçqırxan aparatı aşkar edilərək götürülmüşdür. (İV cild i.v. 199-202) - 31 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs14 ona təqdim edilmiş 1 ədəd laqonda aparatını, 1 ədəd “Samsung” markalı mobil telefon aparatını və saçqırxan aparatını tanıyaraq həmin əşyaların onun evindən oğurlanmış əşyalar olmasını bildirmişdir. (İV cild i.v. 204-209) - 12 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs15 məxsus evdən oğurluq edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (V cild i.v. 4) - 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata birləşdirilmiş və istintaqın həmin nömrə altında davam etdirilməsi qərara alınmışdır. (V cild i.v. 1-2) - 14 noyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs15 məxsus, oğurluq hadisəsinin baş verdiyi evə baxış keçirilmişdir. (V cild i.v. 22-32) - 02 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin vaxt o, 2020-ci ilin noyabr ayında oğurluq etdiyi Zərərçəkmiş şəxs15 məxsus evi əyani olaraq göstərib oğurluğu hansı qaydada törətdiyini izah etmişdir. (V cild i.v. 59-61) - 04 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs15 ona təqdim edilmiş bir ədəd qırmızı rəngli pul qabını və bir ədəd eynəyi tanıyaraq həmin əşyaların onun evindən oğurlanmış əşyalar olmasını bildirmişdir. (V cild i.v. 87-88) -Azərbaycan Respublikası "xxxx" tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 fevral 2021-ci il tarixli 34 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan əşyaların işlənmə dərəcəsi nəzərə alınmaqla 2020-ci ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri 100 manat müəyyən edilir. (V cild i.v. 99-102) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 fevral 2021-ci il tarixli 9/2018 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 15 adda malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin dekabr ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 55,80 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 5 adda mallar istifadəyə yararsız olduğu üçün gigiyenik nöqteyi nəzərdən başqa şəxs tərəfindən istifadədə olması məqsədəuyğun olmadığı üçün qiymətsiz müəyyən edilir. (V cild i.v. 128-132) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 mart 2021-ci il tarixli 9/865 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3 manat müəyyən edilir. (V cild i.v. 133-136) - 10 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş, ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilməklə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunması qərara alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1 və 326.1-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, cinayət işinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1 və 326.2-ci maddələri ilə olan hissəsinə hissəvi xitam verilmiş, Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş 0,340 qram narkotik vasitə heroin, Zərərçəkmiş şəxs2 məxsus 19 adda kosmetik əşyalar, 3 ədəd bank kartları, 1 ədəd “Bakı Kart” kartı, 1 ədəd “Samsung” markalı “SM-A305FN/DS” modelli mobil telefon aparatı, 03 dekabr 2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD disk, 09 dekabr 2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD disk, 13 sentyabr 2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD disk, 09 oktyabr 2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD disk, 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd laqonda aparatı, 1 ədəd saçqırxan aparatı, 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd qırmızı rəngli pul qabı və 1 ədəd eynək maddi sübut kimi tanınmış, narkotik vasitənin tədqiqatdan sonrakı qalıq çəkisi 0,290 qramı, 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd laqonda aparatı, 1 ədəd saçqırxan aparatı, 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd qırmızı rəngli pul qabı və 1 ədəd eynək maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 4 ədəd CD disk cinayət işinə əlavə edilmiş, ibtidai istintaq zamanı keçirilmiş istintaq əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi naməlum mənbənin müəyyən edilməsi mümkün olmadığından, cinayət işinin materiallarından naməlum mənbəyə dair material ayrılmış, məhkəmənin 03 fevral 2021-ci il tarixli qərarına əsasən ünvan 22 ünvanından götürülmüş 1 ədəd səsgücləndirici, 1 ədəd saat, 2 ədəd fotoaparat, 1 ədəd planşet, 1 ədəd alışqan, 1 ədəd təsbeh, 1 ədəd suvenir gəmi, 1 ədəd TV apparat pult iş üçün əhəmiyyət kəsb etmədiyindən X2 qaytarılmış, cinayət işinin materiallarından Faiq adlı şəxsə dair material ayrılaraq yoxlanılması üçün ərazi polis şöbəsinə göndərilmişdir. (V cild i.v. 157-187) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özlərinin qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə 12 epizod oğurluqda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz, ona qarşı irəli sürülmüş ittihamın əsaslı olması məhkəmə iclasında təkzibolunmaz sübutlarla, hadisə yerlərinə baxış, ifadələrin yerində yoxlanılması protokolları və digər iş materialları, o cümlədən zərərçəkmiş şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 onun mənzilindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasından şübhəli olduğuna dair ifadəsində göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, həmin zərərçəkmiş şəxsin mənzilində Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolu və bu zaman qeydə alınmış videogörüntülərlə müəyyən edilir ki, təqsirləndirilən şəxs oğurluq etdiyi Nizami rayonu, C.Naxçıvanski küçəsi 10 nömrəli evin 68 nömrəli mənzilini, oğurluq etdiyi yeri özü şəxsən göstərmişdir, eyni zamanda oğurluq baş verən vaxtda onun həmin binaya daxil olması kamera ilə qeydə alınmışdır. Ona görə məhkəmə təqsirləndirilən şəxslə yanaşı, zərərçəkmiş şəxsin də ifadəsinin istinad edilən iş materialları və işin faktiki halları ilə təkzib olunduğu qənaətinə gəlir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 07 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 25) - 09 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 07 yanvar 2021-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 68-71) - 10 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 109) - 12 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual prokuror tərəfindən imtina edilmişdir. (İ cild i.v. 147-149) - 12 oktyabr 2020-ci il tarixli qərarlardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞnin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 150-151, 153) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 yanvar 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 noyabr 2006cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 iyun 2008-ci il tarixdə vaxtından əvvəl şərti azad olunmuşdur, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İ cild i.v. 194-196, İİİ cild i.v. 184-187) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki iki hökm üzrə məhkumluğu ödənilmiş olsa da, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkərək 26 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Qanunvericiliyin yuxarıda istinad edilən tələbləri baxımından məhkəmə hesab edir ki, əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi cəzanı çəkib qurtardığı gündən iki il keçmədən, 13 sentyabr 2020-ci il tarixdən başlayaraq 07 yanvar 2021-ci il tarixədək olan müddətdə yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur, onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslərin bəzisinin Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmamasını, oğurlanmış əşyaların bəzisinin qaytarılmasını Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzaların müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin hər birinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzalarının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 10 oktyabr 2020-ci il tarixdən 12 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı sonuncu dəfə tutulduğu 07 yanvar 2021-ci il tarixindən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış 0,290 qram narkotik vasitə heroin məhv olunmalı, 04 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, aşkar olunmuş əşyaların müvafiq olaraq zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 100 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 10 oktyabr 2020-ci il tarixdən 12 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,290 qram olan narkotik vasitə - heroin məhv edilsin, 4 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, 19 adda kosmetik əşyaların, 3 ədəd bank kartlarının, 1 ədəd “Bakı Kart” kartının, 1 ədəd “Samsung” markalı “SM- A305FN/DS” modelli mobil telefon aparatının, 1 ədəd “Samsung” markalı televizorun, 1 ədəd laqonda aparatının, 1 ədəd saçqırxan aparatının, 1 ədəd “Samsung” markalı mobil telefon aparatının, 1 ədəd qırmızı rəngli pul qabının və 1 ədəd eynəyin ibtidai istintaq zamanı müvafiq olaraq zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan cəmi 231,82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, "xxxx" MMC, VÖEN **********, hesab AZ53AİİB******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 100 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 600 manat əmək haqqı "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB**********1300204114, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar