Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-184/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1965-ci il tarixdə Ermənistan Respublikası, Tumanyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi qaydada işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi, ev 42də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 100, mənzil 81-də yaşamış, 20 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 yanvar 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 17 mart 2022-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 18 mart 2022-ci il tarixdə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmaqla tutmadan azad olunmuş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 03 iyun 2022-ci il tarixdə haqqında axtarış elan edilmiş və qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 14 avqust 2022-ci il tarixdə tutulmuş, həmin vaxtdan həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə, real imkanlara və səlahiyyətlərə malik olmadığı halda, Zərərçəkmiş şəxs bacısı oğlu Şahid3 Rəfail oğlunu 2500 manat pul müqabilində müddətdən artıq hərbi qulluqçu kimin işə düzəltmək üçün verilən imtahanlardan keçməsinə köməklik edəcəyini vəd verib aldadaraq, bu məqsədlə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X11 Filialından 02 mart 2021-ci il tarixdə Ref- 27386057 saylı pul köçürməsi ilə göndərdiyi 800 manat nağd pulu 02 mart 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 3 saylı poçt filialının 96 saylı poçt şöbəsindən, 27 mart 2021-ci il tarixdə Ref-7942013 saylı pul köçürməsi ilə göndərdiyi 400 manat nağd pulu 29 mart 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 3 saylı poçt filialının 96 saylı poçt şöbəsindən, 05 aprel 2021-ci il tarixdə Ref-50869275 saylı pul köçürməsi ilə göndərdiyi 300 manat nağd pulu 08 aprel 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 3 saylı poçt filialının 96 saylı poçt şöbəsindən, 14 aprel 2021-ci il tarixdə Ref-144690021 saylı pul köçürülməsi ilə göndərdiyi 500 manat nağd pulu 19 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 51/57 ünvanında yerləşən 3 saylı poçt filialının 118 saylı poçt şöbəsindən, 13 may 2021-ci il tarixdə Ref-34955602 saylı pul köçürməsi ilə göndərdiyi 500 manat nağd pulu 17 may 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 3 saylı poçt filialının 96 saylı poçt şöbəsindən nağd qaydada əldə edərək ümumilikdə Zərərçəkmiş şəxs məxsus 2500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək sonuncuya qarşı dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci il ilin fevral ayında dəqiq yadında qalmayan tarixdə əmisi oğlu İlyasın arvadı Yetər və əmisinin nəvəsi Seymur ona zəng edərək Şahid3 müddətdən artıq hərbi qulluqçu kimi xidmətə düzətmək üçün onlara köməklik etməsini xahiş etmişlər. Belə ki, həmin şəxslər onun Müdafiə Nazirliyində Şahid2 adlı dayısı oğlunun işlədiyini bilmişlər və onun köməyindən istifadə etməsini nəzərdə tutmuşlar. Onlar eyni zamanda həmin işlə bağlı başqa tanışlarına müraciət etdiklərini, bu işin müqabilində onlardan 6000-7000 manat pul istədiklərini bildirmişlər. O, dayısı oğlu Elmara zəng edib həmin şəxslərin sözlərini ona çatdırmış, lakin Elmar işə düzəlmək üçün imtahan verilməli olduğunu və tiziki hazır olması üçün idmanla məşğul olmalı olduğunu, bütün normativləri verdikdən sonra xidmətə qəbul olacağını ona bildirmişdir. Buna baxmayaraq özünə istifadə etmək üçün pul lazım olduğundan Seymura zəng edərək məsələni həll edə biləcəyini demiş, həmin məsələnin həlli adı ilə ilkin olaraq 800 manat göndərməsini xahiş etmişdir. 2021-ci ilin mart ayının əvvəlində Seymur Gəncə şəhərindən poçt vasitəsi ilə həmin 800 manat pulu ona göndərmiş, o, Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Maklerlər parkı” adlanan ərazinin yaxınlığında yerləşən poçtdan həmin 800 manat pulu əldə edərək götürmüşdür. Bir müddət sonra Seymura zəng edərək Rəşadı müddətdən artıq hərbi qulluqçu kimi işə düzəltmək adı ilə ondan yenidən 400 manat pul istəmiş, Seymur yenidən Gəncə şəhərindən poçt vasitəsi ilə 2021-ci ilin mart ayında ona 400 manat pulu göndərmişdir. O, həmin pulu Nizami rayonu ərazisində yerləşən “Maklerlər parkı” adlanan ərazinin yaxınlığında yerləşən poçtdan götürmüşdür. Yenidən özünə pul lazım olduğundan Seymura zəng edərək Rəşadın imtahandan keçməsi üçün məsul şəxsə verilməsi adı ilə pul istəmiş, Seymur ona 2021-ci ilin aprel və may aylarında dəqiq yadında qalmadığı tarixlərində yenidən 300 manat, sonra 500 manat, sonuncu dəfə həmin ilin may ayında 500 manat pulu poçt vasitəsi ilə göndərmişdir. O, sonuncu 500 manat istisna olmaqla digər pulları da eyni poçtdan almış, sonuncu 500 manatı isə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə gedən yolda yerləşən nömrəsini bilmədiyi poçtdan əldə etmişdir. Beləliklə, o, Seymurun bacısı oğlu Rəşadı müddətdən aıtıq hərbi qulluqçu kimi işə düzəltmək adı ilə Seymurdan ümumilikdə 2500 manat pul almışdır. Əslində o, işi düzəltməmiş, həmin pulları isə heç bir şəxsə verməmiş, özünün şəxsi ehtiyaclarını ödəmək üçün əldə edərək xərcləmişdir. Hazırda dəymiş ziyanı tam şəkildə ödəmiş, Zərərçəkmiş şəxs ilə barışmışdır. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bacısı İlahənin oğlu Şahid3 44 günlük ikinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Müharibə bitdikdən sonra evə qayıtdıqda Rəşad ona hərbçi olmaq istədiyini bildirmiş və müddətdən artıq hərbi qulluqçu kimi işə düzəlmək üçün sənədlərini toplayıb 2021-ci ilin fevral ayında Şəmkir rayonu, Seyfəli kəndində yerləşən təlim meydanında digər namizədlər kimi imtahan vermiş, lakin imtahandan kəsilərək keçə bilmədiyi üçün qəbul edilməmişdir. 2021-ci ilin mart ayında o, Rəşada imtahandan keçmək üçün kömək etmək məqsədilə atasının əmisi oğlu Təqsirləndirilən şəxs ********** və ********** mobil nömrələrinə zəng etmişdir. Rüstəmə zəng etməyinin səbəbi isə bir çox qohumlardan Rüstəmin buna bənzər məsələləri həll etdiyini, onun Müdafiə Nazirliyində yüksək rütbəli vəzifədə işləyən dayısı oğlu X8 vasitəsilə işlər görməsini eşitməsi olmuşdur. Rüstəmlə danışıq zamanı ona iş barəsində məlumat vermiş, Rüstəm heç bir çətinlik olmadan Rəşadı müddətdən artıq hərbi qulluqçu kimi xidmətə cəlb edəcəyini bildirmişdir. Rüstəm Rəşadı imtahanlardan keçirəcəyini dedikdən sonra ona inanmışdır. Rüstəm Rəşada edəcəyi kömək müqabilində telefon vasitəsi ilə ondan 800 manat pul istəmişdir. O, Rüstəmin istəyi ilə 800 manat pulu 02 mart 2021-ci il tarixdə X11 Filialı vasitəsi ilə Rüstəmin adına göndərmiş, pulu göndərdikdən sonra zəng edib bu barədə Rüstəmə bildirmişdir. Rüstəm növbəti çağırışda Rəşadın imtahana gedəcəyini və heç bir narahatçılıq olmadan imtahandan keçəcəyini, bir neçə gün sonra imtahan olacağını demişdir. Sonra Rüstəm ona zəng edərək işin həlli üçün əlavə 400 manatın lazım olduğunu söylədiyindən 27 mart 2021-ci il tarixdə 400 manatı X11 Filialı vasitəsi ilə Rüstəmin adına göndərmiş, pulu göndərdikdən sonra zəng edib bu barədə Rüstəmə bildirmişdir. Bir müddət imtahanın olacağını gözləmişlər, Rüstəm ona təkrar zəng edərək imtahanın yaxınlaşdığını, Rəşadın imtahandan keçməsi üçün əlavə 300 manat lazım olduğunu demişdir. O, eyni qaydada poçt vasitəsi ilə 300 manat pulu Rüstəmə göndərmiş və zəng edərək bu barədə ona demişdir. Rüstəm də az qaldığını, tezliklə Rəşadın işinin alınacağını deyərək onu bu barədə inandırmışdır. Təxminən bir həftə sonra Rüstəm ona yenidən zəng edərək imtahanda digər səlahiyyətli şəxslərin də pul istədiklərini demiş, buna görə ondan əlavə 500 manat pul istəmişdir. O, yenə də Rüstəmə inanaraq Gəncə şəhərində yerləşən poçtdan Rüstəmin adına 500 manat göndərmiş və zəng edərək bu barədə ona demişdir. 500 manatı göndərdikdən bir neçə gün sonra Şəmkir rayonu, Seyfəli kəndində yerləşən təlim meydanında imtahan olmuş, bacısı oğlu Rəşad həmin imtahana getmişdir. Lakin Rəşad imtahandan keçə bilmədiyi üçün hərbi xidmətə qəbul edilməmişdir. Rüstəmə zəng edərək Rəşadın təkrar qəbul edilmədiyini demişdir. Rüstəm isə Rəşadın növbəti imtahanda qəbul ediləcəyini bildirərək onu aldatmışdır. Təqribən bir ay sonra Rüstəmdən işi maraqlanan zaman Rüstəm əlavə 500 manat lazım olduğunu, həmin 500 manatın ödənişindən sonra işin həll olunacağını demişdir. Buna görə Rüstəmə inanmağa davam edərək Gəncə şəhərində yerləşən poçt vasitəsilə Rüstəmin adına 500 manat göndərmişdir. Sonradan Rüstəmin işin alınacağını deyib onu aldadaraq vaxtı uzatmağa başladığını hiss etmişdir, həm də verdiyi ümumilikdə 2500 manatı tələb edən zaman Rüstəm işinin alınacağını deyib dəfələrlə onu aldatmışdır. 2021-ci ilin yay aylarında isə Rəşadın işə düzəlmək üçün verdiyi sənədləri geri qaytarılmış, idman imtahanından keçə bilmədiyindən qəbul edilmədiyi bildirilmişdir. Təkrar Rüstəmə zəng etdikdə isə o, yalan danışdığını, sənədləri özünün qəsdən gedib götürdüyünü ona demişdir. Buna görə şikayət vermiş, polisdə araşdırmalar zamanı Rüstəmin törətdiyi əməl sübuta yetirilmişdir. Hazırda ona vurulmuş 2500 manat maddi ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Buna görə işin icraatına xitam verilməsinə etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hərbçi kimi fəaliyyət göstərir, indiyədək heç kimə pul müqabilində heç bir iş görməmişdir. Təqsirləndirilən şəxs onun bibisi oğludur, Zərərçəkmiş şəxs bacısı oğlu Şahid3 isə tanımamışdır. Rüstəm vaxtı yadında qalmayan tarixdə ona zəng edərək qohumu Yetər adlı xanımın nəvəsi Şahid3 müddətdən artıq hərbi qulluqçu kimin işə düzəlmək istədiyini, bu işdə ona köməklik etmək lazım olduğunu bildirmişdir. O, belə işə düzəlmək üçün imtahan verilməli olduğunu, fiziki hazırlıqdan keçdikdən sonra onu müddətdən artıq hərbi qulluqçu kimin işə götürəcəklərini bildirmişdir. Bir müddət sonra Rüstəm ona zəng edərək Rəşadın imtahandan keçmədiyini demişdir. Buna görə həmin şəxsin növbəli imtahana hazırlaşmalı olduğunu, imtahanlardan keçsə işə düzələ biləcəyini bildirmişdir. Bu iş üçün Təqsirləndirilən şəxslə aralarında ümumiyyətlə pul söhbəti olmamışdır və Təqsirləndirilən şəxs ona pul təklif etməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 11 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -"xxxx" MMC-nin X11 filialının 27 iyul 2021-ci il tarixli 6/349 nömrəli məktubundan və poçt qəbzlərindən görünür ki, Gəncə şəhəri MXŞ şöbəsindən Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə göndərdiyi 400 manat məbləğində nağd pul Ref-79424013 saylı pul köçürməsi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri PŞ-96-da, xx.xx.2021-ci il tarixdə göndərdiyi 300 manat məbləğində nağd pul Ref-50869275 saylı pul köçürməsi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri PŞ-96-da, xx.xx.2021-ci il tarixdə göndərdiyi 500 manat məbləğində nağd pul Ref-144690021 saylı pul köçürməsi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri PŞ-118-də, xx.xx.2021-ci il tarixdə göndərdiyi 500 manat məbləğində nağd pul Ref-34955602 saylı pul köçürməsi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri PŞ-96-da Təqsirləndirilən şəxs ödənilmişdir. (i.v. 19-21) -"xxxx" MMC-nin X11 filialının 18 yanvar 2022-ci il tarixli 6/17 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri MXŞ şöbəsindən Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə göndərdiyi 800 manat məbləğində nağd pul Ref-27386057 saylı pul köçürməsi Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri PŞ-96-da ödənilmişdir. (i.v. 62) - 22 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi, Şahid1 Ziyaddin qızı ilə Təqsirləndirilən şəxs arasında aparılan telefon danışıqlarının səs yazılarının köçürüldüyü bir ədəd DVD diskə Şahid1 iştirakı ilə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, səs yazısı 05:20 dəqiqə davamlıdır, səs yazısında Şahid1 oğlu Seymurun sonuncu 500 manat pulu borca tapdığını, oğlunun ümumilikdə 2500 manat pulu Təqsirləndirilən şəxs verdiyini bildirir və hansı tarixdə 500 manatı göndərmək lazım olduğunu Təqsirləndirilən şəxs soruşur. Təqsirləndirilən şəxs isə sonuncu 500 manatın ayın 17-dək göndərilməsini Şahid1 bildirir, əlavə olaraq ona inanmasını deyir, müxtəlif bəhanələr gətirərək guya ki, adını danışıqlarda çəkmədiyi şəxslər tərəfindən işin həll olunmasını bildirir. Baxışda iştirak edən X1 yazılarının ona və Təqsirləndirilən şəxs aid olduğunu təsdiq edir. (i.v. 115) - 22 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, eyni səs yazılarının köçürüldüyü bir ədəd DVD diskə Təqsirləndirilən şəxs və müdafiıəçisinin iştirakları ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin səs yazısında olan danışıqların ona və Şahid1 məxsus olduğunu, Şahid3 işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs pul aldığını və Şahid1 verilən pulları geri istədiyini, lakin onun pulu şəxsi ehtiyaclarına xərcləməsi səbəbindən səs yazısında müxtəlif bəhanələr irəli sürdüyünü, pulları səs yazısında kimlərəsə verdiyini və işi kimlərinsə görməyini bildirməsini Şahid1 aldatmaq üçün dediyini bildirmişdir. (i.v. 123) - 22 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş 2500 manat maddi ziyanın 1500 manatı təqsirləndirilən şəxs X4 qardaşı X6 tərəfindən ödənilmişdir. (i.v. 124) - 18 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, onun əməli Azərbaycan Respublikası CM-nin 32.4,312-ci maddəsində nəzərdə tutulan rüşvət verməyə təhrik etmə cinayəti kimi qiymətləndirilmədiyindən həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2500 manat pulu almaqda niyyəti dələduzluq olduğundan onun əməli rüşvət alma kimi qiymətləndirilə bilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 311-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2 Təqsirləndirilən şəxs İlyas oğluna qarşı dələduzluq etməsindən xəbərləri olmadığı üçün onun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddəsində göstərilən rüşvət verməyə cəhd cinayətinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla barəsində cinayət təqibinin başlanması rədd edilmiş, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxsun Təqsirləndirilən şəxs pul köçürməsi faktını təsdiq edən "xxxx" MMCnin 04 ədəd qəbzi və şahid X3 ilə Təqsirləndirilən şəxs arasında olan danışıqların köçürüldüyü bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 157-163) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 46) -Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 02 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu 2500 manat məbləğində maddi ziyanı tam ödəmişdir, onunla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəyərək onunla barışdığını göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödədiyini və onunla barışdığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanunun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə məhkəmə iclas zalında dərhal azad olunmalıdır; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd DVD disk və pul köçürülməsi faktını təsdiq edən "xxxx" MMC-nin 04 ədəd qəbzinin surətləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin olunmuş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 58 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Maddi sübut qismində tanınmış bir ədəd DVD disk və pul köçürülməsi faktını təsdiq edən "xxxx" MMC-nin 04 ədəd qəbzin surətləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 58 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 348 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-184/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-184/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver