Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-185/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçiləri - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1994-cü il tarixdə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Nizami rayon X6- Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində, polis sıravisi rütbəsində xidmət etmiş, hazırda fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi ev 75, mənzil 175-də qeydiyyatda olan, Biləsuvar rayonunun Əsgərabad kəndində yaşayan, xx xxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində piyadanı vurub ona ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Belə ki, o, Bakı şəhəri Nizami rayon X6-Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində, polis siravisi rütbəsində xidmət edərkən, xx xxxx 2020-ci il tarixdə saat 00:15 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi, X2 adına olmaqla, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-21214” markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə Bakı Metropoliteninin “Neftçilər” stansiyası istiqamətindən “Xalqlar Dostluğu” stansiyası istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən, ünvan 1 ünvanının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yol hərəkətinin iştirakçısı kimi hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməmiş və yol hərəkəti qaydalarını pozub yolun hərəkət hissəsini sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya sol oturaq sümüyünün qapalı yerdəyişməyən sınığı, tənəffüsün çətinləşməsi, burun qığırdağının deformasiyası və burun belinin sıyrığı ilə müşayiət olunan burun sümüyünün qapalı, yerdəyişən sınığı, alnın ön səthinin əzilmiş yarası, sağ əlin arxa səthinin sıyrıqları ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş və avtomobilin qabaq sol hissəsinin zədələnməsi nəticəsində mülkiyyətçisi Mahal Əfəndiyə 200 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının daxili işlər orqanlarına qəbul olunmuş, həmin ildən etibarən Bakı şəhəri Nizami RPİ-nin PPXB-də polis nəfəri, polis siravisi kimi xidmətə başlamışdır. xx xxxx 2020-ci il tarixdə idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyi üçün xx xxxx 2020-ci il tarixdə daxili işlər orqanlarından xaric olunmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 00:15 radələrində icarəyə götürüb idarə etdiyi ağ rəngli “VAZ-21214” markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə “Neftçilər” metrostansiyasından “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində, 3-cü zolaqla təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən sağ tərəfində, orta zolaqla təxminən 1-2 metr irəlidə hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin Qara Qarayev prospekti 69 nömrəli binanın qarşısında qəflətən əyləcə basıb avtomobili dayanma həddinə çatdırdığını görmüş, ehtiyat üçün o da əyləcə basıb idarə etdiyi avtomobilin sürətini bir qədər azaltmışdır. Avtomobili təxminən 40-50 km/saat sürətlə idarə edərkən bir nəfər piyada sağ tərəfdən sola doğru asta addımlara yoluna çıxmış, təxminən 12-13 metr məsafədən Zərərçəkmiş şəxs görüb əyləcə bassa da, avtomobili dayandıra bilməmiş və avtomobilin qabaq sol tərəfi ilə həmin piyadanı, sonradan tanıyaraq adını bildiyi Zərərçəkmiş şəxs vurmuşdur. Avtomobili saxladıqdan sonra qabaq sağ oturacaqda sərnişin kimi əyləşmiş dostu Şahidla birlikdə düşüb Zərərçəkmiş şəxs yaxınlaşmış, Talehlə köməkli Zərərçəkmiş şəxs avtomobilinə əyləşdirib xəstəxanaya aparmaq istəmişdir. Lakin Zərərçəkmiş şəxs ciddi xəsarət almadığını, 8-ci km bazarının arxasında zirzəmidə qaldığını deyib onu həmin zirzəminin yanına aparmasını tələb etmişdir. O, xəstəxanaya getməyi təkidlə tələb elsə də, Zərərçəkmiş şəxs imtina etmiş, buna görə də onu avtomobillə 8-ci km bazarının arxasına aparıb orada düşürmüşdür. Zərərçəkmiş şəxs yola salarkən ehtiyacı olsa, zəng edə bilməsi üçün öz mobil nömrəsini, ad və soyadını kağız parçasına yazıb ona vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs yolda bir ədəd siqaret almış, 20 və ya 25 manat pul vermişdir. Ağzından spirtli içki qoxusunun gəlməsindən, danışıq və hərəkətlərindən Zərərçəkmiş şəxs ayıq olmaması hiss olunmuşdur. Sonradan xəstəxanada oduğunu bilib bir neçə dəfə Zərərçəkmiş şəxs yanına getmiş, müayinə və müalicəsi üçün pul ödəmiş və maddi yardım göstərmişdir. Zərərçəkmiş şəxs hadisənin ehtiyatsızlıqdan baş verdiyini başa düşüb ondan şikayətçi olmamış, onunla barışmışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda zərərçəkmiş şəxsin müalicə xərclərini, ona vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxsin onunla barışdığını, əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 00:15 radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən 8-ci km bazarına getmək məqsədi ilə Qara Qarayev prospekti 69 nömrəli binanın qarşısında yolu “Piknik” restoranı istiqamətində asta addımlarla keçərkən “Neftçilər” metrostansiyası istiqamətindən “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan ağ rəngli “VAZ-21214” markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil sol qabaq hissəsi ilə onu vurmuşdur. Həmin avtomobilin sonradan adını bildiyi sürücüsü Təqsirləndirilən şəxs bir nəfər tanımadığı sərnişinlə birlikdə avtomobildən düşüb onu yoldan götürərək avtomobilə əyləşdirmişlər. Təqsirləndirilən şəxs təkidlə onu xəstəxanaya aparmaq istədiyini desə də, o, ciddi xəsarət almadığını deyib xəstəxanaya getməkdən imtina etmiş, onu 8-ci km bazarının arxasına aparmasını xahiş etmişdir. Belə ki, o, bazarın arxasında binanın zirzəmisində gecələmişdir. Təqsirləndirilən şəxs xahişi əsasında onu həmin yerə aparmış, getməmişdən öncə ondan dəfələrlə bədənində ağrıların olubolmadığını soruşmuş, onu xəstəxanaya aparmaq istəmişdir. Lakin o, xəstəxanaya getməkdən imtina etdiyi üçün Təqsirləndirilən şəxs kağız parçasında öz mobil nömrəsini, adı və soyadını yazıb ona vermiş, nəyəsə ehtiyacı olarsa əlaqə saxlamasını demişdir. Təqsirləndirilən şəxs çıxıb getdikdən sonra bədənində bir qədər ağrılar hiss etdiyi üçün təcili tibbi yardım çağırmış, həkimlər gəlib onu xəstəxanaya aparmışlar. Sonradan Təqsirləndirilən şəxs xəstəxanaya onun yanına gəlib müayinə və müalicəsi üçün pul ödəmiş, ona maddi yardım göstərmişdir. Hadisə ehtiyatsızlıqdan baş verdiyi üçün Təqsirləndirilən şəxs şikayəti olmamışdır. Zərərçəkmiş şəxs məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmiş, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinə görə onun iştirakı olmadan işə baxılmasını, Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının yekunlaşdırılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və dostudur. xx xxxx 2020-ci il tarixdə saat təxminən 23 radələrində Babəklə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında görüşmüş, təxminən 15-20 dəqiqə söhbət etdikdən sonra Babəkin idarə etdiyi “VAZ-21214” markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağında əyləşmiş, Babəkdən onu yaşadığı evin yaxınlığında düşürməsini xahiş etmişdir. Avtomobildə başqa sərnişin olmamışdır. Babək avtomobili “Qara Qarayev” metrostansiyası istiqamətində idarə etmiş, lakin yaşadığı mənzilin açarı üzərində olmadığına görə bu barədə Babəkə demiş və onlar “Xalqlar Dostluğu” metrostansiyasının yanına gedib qardaşı Xalidi gözləmək qərarına gəlmişlər. Ona görə Babək avtomobili “Dakar” meydanından geri, “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində idarə etmiş, xx xxxx 2020-ci il tarixə keçən gecə saat 00:15 radələrində Babəkin idarə etdiyi avtomobillə Qara Qarayev prospekti ilə “Neftçilər” metrostansiyasından “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində 3-cü zolaqla 50 km/saat sürətlə hərəkətdə olarkən təxminən 1-2 metr irəlidə hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil qəflətən Qara Qarayev prospekti 69 nömrəli binanın qarşısında əyləcə basıb avtomobili dayanma həddinə çatdırmışdır. Babək bunu görüb ehtiyat üçün əyləcə basmış və avtomobilin sürətini bir qədər də azaltmışdır. Avtomobil təxminən 40-50 km/saat sürətlə hərəkətdə olan zaman bir nəfər piyada onun yoluna çıxmışdır. Babək əyləcə bassa da, avtomobili dayandıra bilməyib avtomobilin sol qabaq tərəfi ilə piyadanı vurmuşdur. Avtomobili saxladıqdan sonra Babəklə birlikdə düşüb piyadaya yaxınlaşmış, köməklik edib onu avtomobilə əyləşdirərək xəstəxanaya aparmaq istəsələr də, sonradan adını bildikləri Zərərçəkmiş şəxs ciddi xəsarət almadığını, 8-ci km bazarının arxasında zirzəmidə qaldığını demiş və onu həmin zirzəminin yanına aparmalarını demişdir. Babək Zərərçəkmiş şəxs xəstəxanaya getməyi desə də, o, imtina etmiş, buna görə Zərərçəkmiş şəxs avtomobillə 8-ci km bazarının arxasına aparıb orada düşürmüşlər. Babək Zərərçəkmiş şəxs yola salarkən öz mobil nömrəsini, ad və soyadını kağız parçasına yazıb ona vermiş, habelə, yolda bir ədəd siqaret almış, 20 və ya 25 manat pul da vermişdir. Zərərçəkmiş şəxs ağzından gələn spirtli içkinin qoxusundan, danışıq və hərəkətlərindən onun ayıq olmadığı hiss olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin xx xxxxx 2020-ci il tarixli 274 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol oturaq sümüyünün qapalı yerdəyişməyən sınığı, tənəffüsün çətinləşməsi, burun qığırdağının deformasiyası və burun belinin sıyrığı ilə müşayiət olunan burun sümüyünün qapalı, yerdəyişən sınığı, alnın ön səthinin əzilmiş yarası, sağ əlin arxa səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, zərərçəkənin bildirdiyi şəraitdə və qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx xxxx 2020-ci il tarixdə piyada qismində olarkən baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (i.v. 29-30) -AD seriyalı, 177686 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ME *** dövlət qeydiyyat nişanlı “VAZ-21214 minik” markalı nəqliyyat vasitəsi X4 məxsusdur. (i.v. 34) -Baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən götürülmüş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 69 nömrəli ünvanda quraşdırılmış TŞ 4-070 nömrəli kameraların qeydə aldığı videogörüntülərə baxış keçirilmiş, müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 00:15 radələrində bir nəfər piyada Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 69 ünvanının qarşısında üç zolaqlı hərəkət yolunu asta addımlarla sağdan sola keçərkən 3-cü zolaqla hərəkətdə olan ağ rəngli avtomobil onu vurmuş və piyada yerə yıxılmışdır. Daha sonra piyadanı vurmuş avtomobilin sürücüsü avtomobili saxlayıb avtomobildə olmuş sərnişinlə birlikdə düşərək piyadaya yaxınlaşmış, xəsarət almış piyadanın avtomobilə əyləşdirilib hərəkətə başlayıb görüntüdən uzaqlaşmışdır. Həmin avtomobil hadisədən sonra TŞ kamerası istiqamətində hərəkət etdiyindən avtomobilin ağ rəngli “Niva” markalı olması müəyyən edilmişdir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntülərdə olan avtomobil onun idarə etdiyi “VAZ-21214” markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil, vurduğu piyada isə Zərərçəkmiş şəxs olmuşdur. (i.v. 51-52) -Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx xxxx 2020-ci il tarixli 087-14523-1220 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 Mərkəzi Məlumat bazasına əsasən Təqsirləndirilən şəxs barəsində uyğun məlumat tapılmamışdır. (i.v. 71) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 8/860 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “VAZ-21214” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət elməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs həmin avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 105-108) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264 və 185-ci maddələrinin tərkibi olmadığından həmin hissədə barəsində cinayət təqibi üzrə icraata xitam verilmiş, “VAZ-21214” markalı avtomobilin sahibi X5 tərəfindən həmin avtomobilin nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan Təqsirləndirilən şəxs verilməsi və sonuncu tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsə fiziki və ya maddi zərər vurulması faktı üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün toplanmış materialdan müvafiq sənədlərin rayon prokurorluğuna təqdim edilməsi qərara alınmışdır. (i.v. 109-118) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 60) -Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 140-141) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslə razılıq əldə edərək onunla barışmasını Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Hazırkı halda məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə hər hansı əşya, predmet maddi sübut qismində tanınmamışdır; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkil Müdafiəçi1 ibtidai istintaq zamanı və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında digər vəkil Müdafiəçi2 məhkəmə iclasına buraxılmışdır, məhkəmə hesab edir ki, ona görə həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-185/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-185/2020
19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver