Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-185/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə, təqsirləndirilən şəxs, mülki cavabdeh-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, V.Xuluflu küçəsi ev 29-da qeydiyyatda olmaqla yaşayan, 09 mart 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talamışdır. Belə ki, o, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 106 nömrəli ünvanda fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.01.2012-ci il tarixli 02 nömrəli əmri ilə cəmiyyətin satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, cəmiyyətlə onun arasında bağlanmış 16.01.2012-ci il tarixli əmək müqaviləsi və həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona inanılıb tapşırılmış maddi qiymətli əmlakın satış üçün götürməsi, daşıması və təhtəl hesabla MMC-nin xəzinəsinə gündəlik satışdan topladığı pulu təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməllərini həyata keçirərək 16.01.2012-ci il tarixdən 30.04.2014-cü il tarixədək olan müddət ərzində öhdəsində olan 4183,95 manat dəyərində şirniyyat və ərzaq məhsullarından əlavə olaraq "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən anbarından 04.02.2012-ci il tarixli 2847 nömrəli qaimə əsasında 1968,61 manat, 04.02.2012-ci il tarixli 2851 nömrəli qaimə əsasında 52,35 manat, 06.02.2012-ci il tarixli 2864 nömrəli qaimə əsasında 110,25 manat, 06.02.2012-ci il tarixli 2876 nömrəli qaimə əsasında 1190,27 manat, 07.02.2012-ci il tarixli 2886 nömrəli qaimə əsasında 29,4 manat, 09.02.2012-ci il tarixli 2902 nömrəli qaimə əsasında 947,69 manat, 10.02.2012-ci il tarixli 2916 nömrəli qaimə əsasında 446,46 manat, 13.02.2012-ci il tarixli 2946 nömrəli qaimə əsasında 662.556 manat, 15.02.2012-ci il tarixli 2963 nömrəli qaimə əsasında 614.879 manat, 11.02.2012-ci il tarixli 2928 nömrəli qaimə əsasında 598,9 manat, 13.02.2012-ci il tarixli 2936 nömrəli qaimə əsasında 246.151 manat, 15.02.2012-ci il tarixli 2975 nömrəli qaimə əsasında 438,5 manat, 16.02.2012-ci il tarixli 2982 nömrəli qaimə əsasında 378,63 manat, 17.02.2012-ci il tarixli 2992 nömrəli qaimə əsasında 323,3 manat, 20.02.2012-ci il tarixli 3016 nömrəli qaimə əsasında 267.139 manat, 22.02.2021-ci il tarixli 3033 nömrəli qaimə əsasında 251,9 manat, 25.02.2012-ci il tarixli 3055 nömrəli qaimə əsasında 186.951 manat, 23.02.2012-ci il tarixli 3069 nömrəli qaimə əsasında 351.041 manat, 03.03.2012-ci il tarixli 3091 nömrəli qaimə əsasında 713.841 manat, 03.03.2012-ci il tarixli 3102 nömrəli qaimə əsasında 180,25 manat, 05.03.2012-ci il tarixli 3112 nömrəli qaimə əsasında 297,32 manat, 06.03.2012-ci il tarixli 3126 nömrəli qaimə əsasında 274,2 manat, 08.03.2012-ci il tarixli 3141 nömrəli qaimə əsasında 799,41 manat, 09.03.2012-ci il tarixli 3145 nömrəli qaimə əsasında 148.675 manat, 10.03.2012-ci il tarixli 3163 nömrəli qaimə əsasında 419,98 manat, 10.03.2012-ci il tarixli 3176 nömrəli qaimə əsasında 266.675 manat, 12.03.2012-ci il tarixli 3185 nömrəli qaimə əsasında 701.657 manat, 13.03.2012-ci il tarixli 3208 nömrəli qaimə əsasında 203,34 manat, 14.03.2012-ci il tarixli 3216 nömrəli qaimə əsasında 65,04 manat, 15.03.2012-ci il tarixli 3233 nömrəli qaimə əsasında 141.794 manat, 16.03.2012-ci il tarixli 3241 nömrəli qaimə əsasında 430,64 manat, 21.03.2012-ci il tarixli 3163 nömrəli qaimə əsasında 170,41 manat, 27.03.2012-ci il tarixli 3304 nömrəli qaimə əsasında 101,1 manat, 03.04.2012-ci il tarixli 3333 nömrəli qaimə əsasında 478,66 manat, 04.04.2012-ci il tarixli 3338 nömrəli qaimə əsasında 2250.59 manat, 05.04.2012-ci il tarixli 3348 nömrəli qaimə əsasında 96,4 manat, 06.04.2012-ci il tarixli 3370 nömrəli qaimə əsasında 730,54 manat, 07.04.2012-ci il tarixli 3383 nömrəli qaimə əsasında 209,3 manat, 09.04.2012-ci il tarixli 3387 nömrəli qaimə əsasında 3187.072 manat, 09.04.2012-ci il tarixli 3397 nömrəli qaimə əsasında 138.149 manat, 10.04.2012-ci il tarixli 3414 nömrəli qaimə əsasında 787.529 manat, 11.04.2012-ci il tarixli 3417 nömrəli qaimə əsasında 183,29 manat, 12.04.2012-ci il tarixli 3437 nömrəli qaimə əsasında 106,42 manat, 13.04.2012-ci il tarixli 3441 nömrəli qaimə əsasında 443.895 manat, 14.04.2012-ci il tarixli 3449 nömrəli qaimə əsasında 265.923 manat, 16.04.2012-ci il tarixli 3464 nömrəli qaimə əsasında 1030.939 manat, 17.04.2012-ci il tarixli 3475 nömrəli qaimə əsasında 232,03 manat, 19.04.2012-ci il tarixli 3501 nömrəli qaimə əsasında 340,09 manat, 20.04.2012-ci il tarixli 3504 nömrəli qaimə əsasında 934,61 manat, 20.04.2012-ci il tarixli 3505 nömrəli qaimə əsasında 115,9 manat, 21.04.2012-ci il tarixli 3522 nömrəli qaimə əsasında 186,89 manat, 23.04.2012-ci il tarixli 3525 nömrəli qaimə əsasında 872,2 manat, 23.04.2012-ci il tarixli 3527 nömrəli qaimə əsasında 409,93 manat, 25.04.2012-ci il tarixli 3541 nömrəli qaimə əsasında 533,33 manat, 26.04.2012-ci il tarixli 3552 nömrəli qaimə əsasında 403,94 manat, 28.04.2012-ci il tarixli 3565 nömrəli qaimə əsasında 191.006 manat, 30.04.2012-ci il tarixli 3571 nömrəli qaimə əsasında 26,7 manat, 03.05.2012-ci il tarixli 3585 nömrəli qaimə əsasında 513.526 manat, 03.05.2012-ci il tarixli 3592 nömrəli qaimə əsasında 208 manat, 04.05.2012-ci il tarixli 3594 nömrəli qaimə əsasında 1474.497 manat, 05.05.2012-ci il tarixli 3609 nömrəli qaimə əsasında 389,56 manat, 07.05.2012-ci il tarixli 3616 nömrəli qaimə əsasında 397,52 manat, 07.05.2012-ci il tarixli 3622 nömrəli qaimə əsasında 241.672 manat, 09.05.2012-ci il tarixli 3644 nömrəli qaimə əsasında 668.717 manat, 09.05.2012-ci il tarixli 3657 nömrəli qaimə əsasında 335.889 manat, 11.05.2012-ci il tarixli 3666 nömrəli qaimə əsasında 464.104 manat, 14.05.2012-ci il tarixli 3681 nömrəli qaimə əsasında 833.196 manat, 15.05.2012-ci il tarixli 3689 nömrəli qaimə əsasında 214.89 manat, 18.05.2012-ci il tarixli 3712 nömrəli qaimə əsasında 234.015 manat, 18.05.2012-ci il tarixli 3720 nömrəli qaimə əsasında 163,2 manat, 19.05.2012-ci il tarixli 3723 nömrəli qaimə əsasında 173,64 manat, 22.05.2012-ci il tarixli 3738 nömrəli qaimə əsasında 1580.014 manat, 22.05.2012-ci il tarixli 3739 nömrəli qaimə əsasında 147,06 manat, 22.05.2012-ci il tarixli 3742 nömrəli qaimə əsasında 390.876 manat, 23.05.2012-ci il tarixli 3754 nömrəli qaimə əsasında 205,79 manat, 24.05.2012-ci il tarixli 3757 nömrəli qaimə əsasında 113,84 manat,26.05.2012-ci il tarixli 3769 nömrəli qaimə əsasında 287.952 manat, 02.06.2012-ci il tarixli 3794 nömrəli qaimə əsasında 47.880 manat, 04.06.2012-ci il tarixli 3797 nömrəli qaimə əsasında 642, 39 manat, 05.03.2012-ci il tarixli 3810 nömrəli qaimə əsasında 502.751 manat, 06.06.2012-ci il tarixli 3817 nömrəli qaimə əsasında 412.719 manat, 07.06.2012-ci il tarixli 3827 nömrəli qaimə əsasında 435.92 manat, 08.06.2012-ci il tarixli 3839 nömrəli qaimə əsasında 304,13 manat, 09.06.2012-ci il tarixli 3844 nömrəli qaimə əsasında 222,7 manat, 11.06.2012-ci il tarixli 3854 nömrəli qaimə əsasında 235,44 manat, 12.06.2012-ci il tarixli 3862 nömrəli qaimə əsasında 35,6 manat, 12.06.2012-ci il tarixli 3867 nömrəli qaimə əsasında 311.308 manat, 13.06.2012-ci il tarixli 3881 nömrəli qaimə əsasında 657.540 manat, 14.06.2012-ci il tarixli 3885 nömrəli qaimə əsasında 381,2 manat, 16.06.2012-ci il tarixli 3896 nömrəli qaimə əsasında 302,75 manat, 18.06.2012-ci il tarixli 3901 nömrəli qaimə əsasında 425,79 manat, 19.06.2012-ci il tarixli 3906 nömrəli qaimə əsasında 21,12 manat, 19.06.2012-ci il tarixli 3910 nömrəli qaimə əsasında 590,83 manat, 20.06.2012-ci il tarixli 3923 nömrəli qaimə əsasında 196,36 manat, 21.06.2012-ci il tarixli 3926 nömrəli qaimə əsasında 81,6 manat, 22.06.2012-ci il tarixli 3936 nömrəli qaimə əsasında 780.672 manat, 25.06.2012-ci il tarixli 3943 nömrəli qaimə əsasında 332,02 manat, 26.06.2012-ci il tarixli 3950 nömrəli qaimə əsasında 186.865 manat, 16.01.2012-ci il tarixi 108 nömrəli qaimə əsasında 4730,09 manat, 16.01.2012-ci il tarixli 109 nömrəli qaimə əsasında 176,38 manat, 16.01.2012-ci il tarixli 116 nömrəli qaimə əsasında 1034,05 manat, 17.01.2012-ci il tarixli 120 nömrəli qaimə əsasında 85,28 manat, 19.01.2012-ci il tarixli 149 nömrəli qaimə əsasında 2503,2 manat, 21.01.2012-ci il tarixli 173 nömrəli qaimə əsasında 262,6 manat, 23.01.2012-ci il tarixli 175 nömrəli qaimə əsasında 605,35 manat, 23.01.2012-ci il tarixli 198 nömrəli qaimə əsasında 464,2 manat, 25.01.2012-ci il tarixli 220 nömrəli qaimə əsasında 220,3 manat, 04.02.2012-ci il tarixli 262 nömrəli qaimə əsasında 31,68 manat, 22.02.2012-ci il tarixli 434 nömrəli qaimə əsasında 20,1 manat, 23.02.2012ci il tarixli 449 nömrəli qaimə əsasında 4 manat, 03.07.2012-ci il tarixli 1521 nömrəli qaimə əsasında 1052 manat, 03.07.2012-ci il tarixli 1523 nömrəli qaimə əsasında 1054,8 manat, 04.07.2012-ci il tarixli 1537 nömrəli qaimə əsasında 429,3 manat, 04.07.2012-ci il tarixli 1554 nömrəli qaimə əsasında 916 manat, 05.07.2012-ci il tarixli 1558 nömrəli qaimə əsasında 654,9 manat, 06.07.2012-ci il tarixli 1573 nömrəli qaimə əsasında 539,78 manat, 07.07.2012-ci il tarixli 1578 nömrəli qaimə əsasında 256,5 manat, 07.07.2012-ci il tarixli 1588 nömrəli qaimə əsasında 324,6 manat, 07.07.2012-ci il tarixli 1589 nömrəli qaimə əsasında 496,05 manat, 09.07.2012-ci il tarixli 1603 nömrəli qaimə əsasında 4476,5 manat, 09.07.2012-ci il tarixli 1607 nömrəli qaimə əsasında 42,12 manat, 10.07.2012-ci il tarixli 1633 nömrəli qaimə əsasında 103,8 manat, 11.07.2012-ci il tarixli 1639 nömrəli qaimə əsasında 12,6 manat, 11.07.2012-ci il tarixli 1648 nömrəli qaimə əsasında 87,5 manat, 11.07.2012-ci il tarixli 1651 nömrəli qaimə əsasında 129,6 manat, 12.07.2012-ci il tarixli 1658 nömrəli qaimə əsasında 656,8 manat, 14.07.2012-ci il tarixli 1679 nömrəli qaimə əsasında 859,15 manat, 17.07.2012-ci il tarixli 1709 nömrəli qaimə əsasında 190,3 manat, 18.07.2012-ci il tarixli 1723 nömrəli qaimə əsasında 70 manat, 19.07.2012-ci il tarixli 1739 nömrəli qaimə əsasında 678,1 manat, 20.07.2012-ci il tarixli 1742 nömrəli qaimə əsasında 1175,8 manat, 21.07.2012-ci il tarixli 1754 nömrəli qaimə əsasında 946,5 manat, 23.07.2012-ci il tarixli 1759 nömrəli qaimə əsasında 102 manat, 23.07.2012-ci il tarixli 1762 nömrəli qaimə əsasında 43,2 manat, 27.07.2012-ci il tarixli 1777 nömrəli qaimə əsasında 341,65 manat, 28.07.2012-ci il tarixli 1781 nömrəli qaimə əsasında 644,1 manat, 03.08.2012-ci il tarixli 1804 nömrəli qaimə əsasında 4236,05 manat, 04.08.2012-ci il tarixli 1822 nömrəli qaimə əsasında 686,63 manat, 04.08.2012-ci il tarixli 1835 nömrəli qaimə əsasında 203,43 manat, 08.08.2012-ci il tarixli 1871 nömrəli qaimə əsasında 5243,13 manat, 09.08.2012-ci il tarixli 1879 nömrəli qaimə əsasında 169,3 manat, 09.08.2012-ci il tarixli 1887 nömrəli qaimə əsasında 543,4 manat, 13.08.2012-ci il tarixli 1903 nömrəli qaimə əsasında 3844,33 manat, 14.08.2012-ci il tarixli 1916 nömrəli qaimə əsasında 64 manat, 14.08.2012-ci il tarixli 1920 nömrəli qaimə əsasında 238,2 manat, 15.08.2012-ci il tarixli 1933 nömrəli qaimə əsasında 748 manat, 15.08.2012-ci il tarixli 1934 nömrəli qaimə əsasında 435,6 manat, 16.08.2012-ci il tarixli 1946 nömrəli qaimə əsasında 47,5 manat, 21.08.2012-ci il tarixli 1965 nömrəli qaimə əsasında 276 manat, 22.08.2012-ci il tarixli 1983 nömrəli qaimə əsasında 1084,8 manat, 22.08.2012-ci il tarixli 1984 nömrəli qaimə əsasında 2461,23 manat, 22.08.2012-ci il tarixli 1986 nömrəli qaimə əsasında 284 manat, 23.08.2012-ci il tarixli 1991 nömrəli qaimə əsasında 146,04 manat, 24.08.2012-ci il tarixli 2005 nömrəli qaimə əsasında 254,8 manat, 04.09.2012-ci il tarixli 2039 nömrəli qaimə əsasında 495,48 manat, 05.09.2012-ci il tarixli 2053 nömrəli qaimə əsasında 475,5 manat, 05.09.2012-ci il tarixli 2063 nömrəli qaimə əsasında 303 manat, 06.09.2012-ci il tarixli 2069 nömrəli qaimə əsasında 1960,2 manat, 11.09.2012-ci il tarixli 2137 nömrəli qaimə əsasında 313,2 manat, 12.09.2012-ci il tarixli 2140 nömrəli qaimə əsasında 722 manat, 12.09.2012-ci il tarixli 2144 nömrəli qaimə əsasında 1566,5 manat, 12.09.2012-ci il tarixli 2150 nömrəli qaimə əsasında 218,2 manat, 13.09.2012-ci il tarixli 2152 nömrəli qaimə əsasında 1229,2 manat, 13.09.2012-ci il tarixli 2166 nömrəli qaimə əsasında 938,78 manat, 14.09.2012-ci il tarixli 2172 nömrəli qaimə əsasında 66 manat, 14.09.2012-ci il tarixli 2179 nömrəli qaimə əsasında 216 manat, 14.09.2012-ci il tarixli 2180 nömrəli qaimə əsasında 72 manat, 15.09.2012-ci il tarixli 2203 nömrəli qaimə əsasında 85,8 manat, 15.09.2012-ci il tarixli 2207 nömrəli qaimə əsasında 156 manat, 15.09.2012-ci il tarixli 2208 nömrəli qaimə əsasında 27 manat, 18.09.2012-ci il tarixli 2228 nömrəli qaimə əsasında 149,4 manat, 21.09.2012-ci il tarixli 2251 nömrəli qaimə əsasında 201,6 manat, 24.09.2012-ci il tarixli 2262 nömrəli qaimə əsasında 670,5 manat, 03.10.2012-ci il tarixli 2306 nömrəli qaimə əsasında 75,6 manat, 04.10.2012-ci il tarixli 2325 nömrəli qaimə əsasında 195 manat, 09.10.2012-ci il tarixli 2370 nömrəli qaimə əsasında 1335 manat, 10.10.2012-ci il tarixli 2384 nömrəli qaimə əsasında 84,49 manat, 12.10.2012-ci il tarixli 2424 nömrəli qaimə əsasında 2848,51 manal, 13.10.2012-ci il tarixli 2433 nömrəli qaimə əsasında 528,14 manat, 13.10.2012-ci il tarixli 2441 nömrəli qaimə əsasında 286,4 manat, 01.11.2012-ci il tarixli 2539 nömrəli qaimə əsasında 271,03 manat, 17.12.2012-ci il tarixli 2795 nömrəli qaimə əsasında 128,6 manat, 21.12.2012-ci il tarixli 2832 nömrəli qaimə əsasında 107,7 manat, 04.01.2013-cü il tarixli 7 nömrəli qaimə əsasında 12,3 manat olmaqla, cəmi 107.726,91 manat dəyərində satış məqsədi üçün şirniyyat və ərzaq məhsullarını qəbul etmiş və öhdəsində ümumilikdə olan 111.910,86 manat dəyərində şirniyyat və ərzaq məhsullarının satışından əldə etdiyi 85.887,23 manat satış pulunu cəmiyyətin ünvan 3 ünvanda yerləşən xəzinəsinə, istifadə müddəti keçmiş və satılmamış 8041,22 manat dəyərində məhsulları MMC-nin anbarına, habelə, işdən azad olunarkən ona təhkim olunmuş ərazidə yerləşən ticarət obyektlərindən təhvil-təslim aktlarına əsasən cəmi 2071,69 manat dəyərində məhsulları MMC-yə təhvil vermiş, Gəncə şəhərində satışını həyata keçirmək üçün cəmiyyətin razılığı ilə 10.000 manat məbləğində şirniyyat və ərzaq məhsullarını Şahid4 təhvil verərək sonradan satış pulunu toplaya bilməmiş, ona etibar edilmiş öhdəsində qalan "xxxx" MMC-nin 5910,72 manat pul vəsaitini isə öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talayıb cəmiyyətə xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, öz ərizəsi əsasında verilmiş 16 yanvar 2012-ci il tarixli əmrlə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 106 ünvanında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış təmsilçisi vəzifəsinə qəbul edilmiş, onunla həmin tarixdə əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında öhdəlik və tam fərdi maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. 16 yanvar 2012-ci il tarixdən 30 aprel 2014-cü il tarixədək olan müddət ərzində o, həmin MMC-də işləmiş, işlədiyi müddətdə müxtəlif növ şirniyyat məhsullarının isti satışını həyata keçirmiş, yəni cəmiyyətin anbarından gündəlik olaraq satış qaimələri əsasında öhdəliyinə qəbul edib ona təhkim olunan avtomaşına yüklədiyi məhsulları xidməti ərazisinə aid olan Bakı şəhəri Nizami rayonunda yerləşən satış nöqtələrində nağd və nisyə yol ilə satışını həyata keçirmişdir. Həmçinin, işlədiyi dövrdə malı anbardan təhvil alanda iki nüsxədə qaimə tərtib edilmiş, qaimənin “Təhvil verdi” qrafasına şirkətin xatırlamadığı anbardarı, “Təhvil aldı” qrafasına isə özü imza atmış, bir nüsxəni özündə saxlayıb aylıq üzləşmələr həyata keçiriləndən sonra məhv etmiş, sonradan satış pullarını da özü toplayaraq MMC-nin kassasına mədaxil etmişdir. İşə götürüləndə onun öhdəliyinə əvvəlki satış təmsilçisinin öhdəsində olmuş təxminən 4-5 min manat dəyərində satış məhsulları keçmiş, işlədiyi dövrdə təxminən 2500 manat cəmiyyətə məxsus satdığı məhsulların satış pulunu öz şəxsi ehtiyacı üçün istifadə etmiş, lakin cəmiyyətdə audit yoxlaması keçirilməsi nəticəsində öhdəliyində təxminən 19.000 manat çatışmazlıq yaranmışdır. Həmin puldan təxminən 4000-5000 manatı avtomaşında qalan malın dəyəri olmuşdur ki, iki dəfə hesablanmış, qalan pulun böyük qismi, təxminən 10.000 manat hissəsi Gəncə şəhərində fəaliyyət göstərən Araz adlı tanışına satmaq üçün verib sonradan satış pulunu ala bilmədiyi üçün, bir qismi isə xarab olmuş malları şirkət təhvil götürmədiyi üçün yaranmışdır. Araz Gəncə şəhərində semiçka tumlarının satışı ilə məşğul olmuşdur, o, aylıq satış faizini artırmaq məqsədilə Araza işlədiyi şirkətə məxsus şirniyyat məhsullarının Gəncə şəhəri ərazisində satışını həyata keçirməyi təklif etmiş, Araz da razılaşdıqdan sonra bu barədə şirkətə bildirmiş, şirkətdə əvvəlcə ondan Arazın barəsində ətraflı soruşulduqdan sonra ona mal verməsinə razılıq verilmiş, bundan sonra beş ay ərzində o, adına tərtib edilən satış qaimələri ilə şirkətin anbarından qəbul etdiyi malları Araza göndərmiş, Araz da malı satdıqca pulunu ona göndərmiş və o, həmin pulu şirkətin kassasına mədaxil etmişdir. Lakin sonuncu dəfə Araza onun adına rəsmiləşmiş satış qaimələri əsasında 10.000 manat məbləğdə mal verilməsinə baxmayaraq, ödəniş istəniləndə Araz yayınmağa, maddi vəziyyətinin ağır olduğunu deməyə başlamış, o, həmin ərəfələrdə özü də Arazın yaşadığı ünvana gedərək ona problem yaranmaması üçün ödəniş etməsini xahiş etsə də, nəticə olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, vurulmuş maddi ziyanla bağlı məsələni "xxxx" MMC ilə məhkəmədən kənar həll etdiyini, buna görə MMC-nin ona qarşı mülki iddiasından imtina etdiyini göstərmiş, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 106 nömrəli ünvanda fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 yanvar 2012-ci il tarixli 02 nömrəli əmri ilə cəmiyyətin satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, cəmiyyətlə onun arasında bağlanmış 16 yanvar 2012-ci il tarixli əmək müqaviləsi və həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona inanılıb tapşırılmış maddi qiymətli əmlakın satış üçün götürməsi, daşıması və təhtəl hesabla MMC-nin xəzinəsinə gündəlik satışdan topladığı pulu təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını mənimsəyərək, işə başladığı 16 yanvar 2012-ci il tarixdən işdən azad edildiyi 30 aprel 2014-cü il tarixədək olan müddət ərzində ona etibar edilmiş öhdəsində qalan "xxxx" MMC-nin 5910,72 manat pul vəsaitini talamaqla, cəmiyyətə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı “vurulmuş maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” ilə bağlı mülki iddia qaldırmışlar. Mülki iddiaçı "xxxx" MMC-nin direktoru Şahid1 12 avqust 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, mülki cavabdeh Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisənin məhkəmədən kənar həllini tapdığını, ona görə həmin şəxsə qarşı iddia tələbindən imtina etdiklərini, ona qarşı şikayət və tələblərinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda fəaliyyət göstərən "xxxx" MMC-nin 16 yanvar 2012ci il tarixli əmri ilə cəmiyyətin satış təmsilçisi vəzifəsinə qəbul edilib işləmiş, cəmiyyətlə onun arasında bağlanmış 16 yanvar 2012-ci il il tarixli əmək müqaviləsi və eyni tarixli tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən həmin tarixdən 30 aprel 2014-cü il tarixədək olan müddət ərzində ərazini təhvil götürəndə öhdəliyinə avtomatik olaraq 4183,95 manat dəyərində şirniyyat və ərzaq məhsulları keçmiş, bundan əlavə Təqsirləndirilən şəxs işlədiyi dövrdə "xxxx" MMC-nin ünvan 3 ünvanda yerləşən anbarından satış qaimələri əsasında müxtəlif məbləğlərdə, cəmi 107.726,91 manat dəyərində satış məqsədi üçün şirniyyat və ərzaq məhsullarını qəbul etmiş və öhdəsində ümumilikdə 111.910,96 manat dəyərində satış öhdəliyi yaranmışdır. O, həmin şirniyyat və ərzaq məhsullarının satışından əldə etdiyi 85.887,23 manat satış pulunu cəmiyyətin xəzinəsinə, istifadə müddəti keçmiş və satılmamış 8041,22 manat dəyərində məhsulları MMC-nin anbarına geri qaytarmış, həmçinin işdən azad olunarkən ona təhkim olunmuş ərazidə yerləşən ticarət obyektlərindən təhvil-təslim aktlarına əsasən cəmi 2071,69 manat dəyərində satılmamış məhsul olması təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs təhkim edilmiş avtomaşında qalmalı olan malın miqdarında da 3463,39 manat çatışmazlıq aşkar edilmiş və nəticədə 02 dekabr 2014-cü il tarixdə keçirilmiş audit yoxlaması zamanı Təqsirləndirilən şəxs öhdəsində ümumilikdə 19.374,11 manat satış pulunun çatışmazlığı aşkar edilmişdir. İşlədiyi dövrdə Təqsirləndirilən şəxs ilə mütəmadi olaraq hər cari ayın sonunda çatışmamazlığın olması haqqında üzləşmə aktı tərtib olunmuş və Təqsirləndirilən şəxs həmin aktların, o cümlədən satış qaimələrinin düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Şahid4 əvvəllər şəxsən tanımamış, şirkətlə heç bir əlaqəsi, əməkdaşlığı olmamışdır. Həmin şəxs Gəncə şəhər sakini kimi Elmarın tanışı olmuş və Elmarın təklifi ilə şirkət Araza Gəncə şəhərində satmaq üçün mal verməyə razı olmuşdur. Lakin Arazın özü ilə birbaşa şirkət arasında hər hansı razılaşma, şərtləşmə olmamış, Araza göndərilən bütün mallar Elmarın adına tərtib edilən satış qaimələri ilə anbardan buraxılmış, ödəmələr də Elmarın vasitəsilə və adına tərtib edilən kassa mədaxil orderləri ilə həyata keçirilmişdir. Bütün sənədləşmə Elmarın adına həyata keçirildiyi üçün Arazın hansı məbləğdə mal qəbul etməsinin və hansı məbləğdə ödəmələr etməsinin, nə qədər borcu qalmasının şirkət tərəfindən müəyyən edilməsi mümkün deyil, lakin yoxlamalar zamanı Elmarın öhdəliyində çatışmazlıq müəyyən edildikdə Elmar həmin məbləğin təxminən on min manatının Araza satdığı, lakin toplaya bilmədiyi satış pulları olduğunu bildirmiş, sonda Elmar işdən çıxanda öhdəliyində olan mal qalığının təhvil-təslimi prosesində Arazla da üzləşmə aparılması üçün Elmarın iştirakı ilə Gəncə şəhərinə gedilsə də, Arazı yaşadığı ünvanda tapa bilməmişlər və Arazla əlaqə saxlaya bilmədikləri üçün bu, baş tutmamışdır. Ona görə də Elmarın öhdəliyində olan çatışmazlığın hansı miqdarının Araza aid olması barədə məlumatsızdır, həmçinin malların anbardan buraxılması Elmarın avtomobilinə yükləndikdən sonra oradan hansı qaydada Araza çatdırılması şirkətin maraq dairəsində olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmadığından onun istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər sakini kimi tanımış, aralarında normal münasibət olmuşdur. 2012-ci ildə Elmarın vasitəsilə onun satış təmsilçisi kimi işlədiyi "xxxx" MMC-dən şirniyyat məhsulları götürüb Gəncə şəhərində satmaq barədə şirkətdə razılaşmış, lakin aralarında hər hansı rəsmi müqavilə bağlanmamış, razılaşmaya əsasən onun Gəncə şəhərində satmaq üçün şirkətdən təhvil alacağı mallar Elmarın adına tərtib olunan satış qaimələri vasitəsilə anbardan buraxılmalı, əməkdaşlıq dövründə onun istifadəsində olan və bu fəaliyyətə cəlb etdiyi, icarədə olan iki ədəd “Ford” markalı avtomobillərin bütün icarə və sərfiyyat xərcləri, habelə qarşıya çıxacaq bütün xərclər şirkət tərəfindən qarşılanmalı, o isə öz növbəsində qəbul etdiyi malların satış qiymətini tənzimləyib anbardan götürdüyü məbləği kassaya mədaxil etməli, yerdə qalan pul isə onun qazancı olmalı idi. Təxminən beş ay ərzində işləyib "xxxx" MMC-nin anbarından qəbul etdiyi malların satış dəyərini Elmarın adına tərtib edilən kassa mədaxil orderləri vasitəsilə ödəmiş, hər dəfə də eyni qaydada mallar Elmarın adına tərtib edilmiş qaimələr vasitəsilə çıxıb birbaşa onun fəaliyyət göstərdiyi Gəncə şəhərində yerləşən anbara yerləşdirilmişdir. Razılaşmaya baxmayaraq şirkət tərəfindən onun beş ay ərzində çəkdiyi təxminən 13.800 manat məbləğdə zərər ödənilməmiş, o da şirkətlə münasibətlər pozulduğuna görə sonuncu ay ərzində anbardan Təqsirləndirilən şəxs adına buraxılan təxminən 9500-10.000 manat məbləğdə şirniyyat məhsullarının dəyərini ödəməmiş və şirkətin onu saldığı xərclərin qarşılığı kimi ödəməyəcəyini şirkətə çatdırmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 16 yanvar 2012 - 04 yanvar 2013-cü il tarixli satış qaimələrindən (“anbara sifariş sənədləri) görünür ki, "xxxx" MMC-də satış təmsilçisi işlədiyi dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında şirkətin anbarından 107.726,91 manat dəyərində mal buraxılmışdır. (İ cild i.v. 61-259) -Kassa qəbzlərindən görünür ki, "xxxx" MMC-də satış təmsilçisi işlədiyi dövrdə Təqsirləndirilən şəxs adına 85.887,23 manat satış pulu şirkətin kassasına mədaxil edilmişdir. (İ cild i.v. 266-316) - 01 mart 2012 - 29 yanvar 2013-cü il tarixləri əhatə edən qaytarma qaimələrindən görünür ki, "xxxx" MMC-də satış təmsilçisi işlədiyi dövrdə Təqsirləndirilən şəxs adına buraxılmış 8041,22 manat məbləğində istifadə müddəti keçmiş və satılmamış mal şirkətin anbarına geri qaytarılmışdır. (İ cild i.v. 1-60) -Təhvil-təslim aktlarından görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də satış təmsilçisi kimi işdən çıxarkən xidməti ərazisində fəaliyyət göstərən mağazalarda olan 2071,62 manat məbləğində borcu təhvil vermişdir. (İ cild i.v. 260-265) - 08 may 2020-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin satış təmsilçiləri barəsindəki ********* nömrəli cinayət işinin materiallarından X1, X4, X2 və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və ayrı icraatda istintaq edilməsi üçün icraata qəbul edilmişdir. (İİ cild i.v. 3) - 01 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və ayrı icraatda istintaq edilməsi üçün icraata qəbul edilmişdir. (İİ cild i.v. 1) - 02 dekabr 2014-cü il tarixli audit aktından görünür ki, "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs hesabında 16 yanvar 2012-ci il tarixdən 30 aprel 2014-cü il tarixədək olan dövr ərzində 19.374,11 manat satış pulu çatışmazlığı müəyyən edilmişdir. (İİ cild i.v. 102-106) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 iyul 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (İİ cild i.v. 148) - 02 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. (İİ cild i.v. 167-168) - 02 dekabr 2020-ci il tarixli qərarlardan görünür ki, Azərbaycan Respublikası CMnin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham elan edilməsi üçün Təqsirləndirilən şəxs tutulması qərara alınmış, axtarışı elan edilmiş və işin icraatı dayandırılmışdır. (İİ cild i.v. 169, 170) -Tam fərdi maddi məsuliyyət haqqında 16 yanvar 2012-ci il tarixli müqavilədən və həmin tarixli əlavə müqavilədən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus malları anbardan qəbul etdikdən sonra onların dəyərinin müəssisənin xəzinəsinə ödənilməsi ilə əlaqədar tam məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. (İİ cild i.v. 180- 181) - 16 yanvar 2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. (İİ cild i.v. 182-183) -Tam maddi məsuliyyət haqqında 16 yanvar 2012-ci il tarixli öhdəlikdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də işə götürülən zaman satış məqsədilə MMC-nin anbarından götürülmüş ümumi dəyəri 4183,95 manat olan malların dəyərini MMC-nin xəzinəsinə ödəməyi öz üzərinə götürüb maddi məsuliyyət daşıdığını bəyan etmişdir. (İİ cild i.v. 184) -"xxxx" MMC-nin rəhbərinin 16 yanvar 2012-ci il tarixli 02 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən MMC-yə satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. (İİ cild i.v. 189) -"xxxx" MMC-nin rəhbərinin 30 aprel 2014-cü il tarixli 02 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs öz xahişi ilə həmin tarixdən tutduğu vəzifədən azad edilmişdir. (İİ cild i.v. 190) -Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin 09 mart 2021-ci il tarixli 088-3681-1221 nömrəli məktubundan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 08 mart 2021-ci il tarixdə yaxalanaraq Nizami RPİ-nin MSY-nə təhvil verilmişdir. (İİ cild i.v. 192) - 09 mart 2021-ci il tarixli qərardan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs tutulduğundan işin icraatı təzələnmişdir. (İİ cild i.v. 192) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair 18 mart 2021-ci il tarixli 9/1512 nömrəli rəyin nəticə hissəsindən görünür ki, "xxxx" MMC-nin sabiq satış təmsilçisi Təqsirləndirilən şəxs hesabında 16 yanvar 2014-cü il tarixdən 30 aprel 2014-cü il tarixədək olan dövr ərzində 15.910,72 manat satış pulu çatışmazlığı müəyyən edilmişdir. Audit rəyində göstərilənlərə əsasən maşında olan malların çatışmazlığı 3463,39 manat məbləğində müəyyən edilmişdir ki, həmin mal çatışmazlığı anbardan satış üçün buraxılan mallar hesab edilir, yəni satış üçün buraxılan malların tərkibindədir. Ona görə də həmin epizod üzrə qeyd olunan mal çatışmazlığı ekspertiza tədqiqatı tərəfindən nəzərə alınmamışdır. (İİ cild i.v. 220-224) - 29 mart 2021 və 11 aprel 2021-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə vurduğu maddi ziyandan cəmi 1500 manat hissəsini ödəmişdir. (İİ cild i.v. 230) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasına dair 07 aprel 2021-ci il tarixli 9/1913 nömrəli rəyin nəticə hissəsindən görünür ki, "xxxx" MMC-nin satış təmsilçisi işləyərkən Təqsirləndirilən şəxs adına buraxılmış satış qaimələri əsasında anbardan buraxılan on min manat malın satış pulu Şahid4 tərəfindən ödənilmədiyi halda Təqsirləndirilən şəxs öhdəliyində yaranmış 15.910,72 manat məbləğində satış pulu çatışmazlığının yaranması səbəbləri ilə əlaqədar kim və kimlərin maddi məsuliyyət daşıması hüquqi xarakter olduğundan istintaq orqanı tərəfindən qiymətləndirilməlidir. (İİ cild i.v. 238-243) - 08 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş satış qaimələri, qaytarma qaimələri, kassa ödəniş qəbzləri, təhviltəslim aktları cinayət işi üzrə maddi sübut qismində qəbul olunaraq qiymətləndirilmiş və cinayət işində saxlanılmışdır. (İİ cild i.v. 245-251) Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdadiəçisini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də 16 yanvar 2012-ci il tarixdən 30 aprel 2014-cü il tarixədək işləmiş, həmin dövrdə onun hesabında ona etibar edilmiş özgə əmlakı olan 5910,72 manat məbləğində xeyli miqdarda satış pulunun çatışmazlığı, öz qulluq mövqeyindən istifadə edilməklə mənimsənildiyi aşkar olunmuşdur. Cinayət qanunvericiliyinə görə, mənimsəmə cinayəti davam edən cinayətdir, şəxsin son iş günü həmin cinayət başa çatmış hesab olunur, belə olan halda 30 aprel 2014-cü il tarixdə "xxxx" MMC-nin satış təmsilçisi vəzifəsindən azad edilən Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsi həmin tarixdə də başa çatmaqla, artıq cinayət əməlinin törədildiyi gündən yeddi ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.2-ci maddələrinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət əməlinin törədildiyi gündən, təqsirləndirilən şəxsin barəsində axtarış elan edilərək tutulanadək işin icraatının dayandırıldığı vaxtdan tutulması ilə əlaqədar işin icraatının təzələndiyi vaxt nəzərə alınmaqla, hal-hazırdək yeddi ildən artıq müddət keçmişdir, bu müddətdə isə təqsirləndirilən şəxsin yeni cinayət törətməsi barədə məlumat qeydə alınmamışdır. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin haqqındakı cinayət işi üzrə icraata xitam verilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış müvafiq sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Bundan başqa, məlum olduğu kimi, məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmiş, vurulmuş maddi zərərin və əldən çıxmış faydanın mülki cavabdeh kimi ondan tutularaq, mülki iddiaçı "xxxx" MMC-yə ödənilməsi xahiş edilmişdir. Hansı ki, hazırda zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" MMC-nin direktoru məhkəməyə ərizə ilə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisənin məhkəmədən kənar həllini tapdığını, ona görə ona qarşı iddia tələbindən imtina etdiklərini, ona qarşı şikayət və tələblərinin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Belə olan halda, məhkəmə hesab edir ki, mülki iddia vermiş "xxxx" MMC tərəfindən (direktor Şahid1) məhkəmənin hökm çıxarmaq üçün müşavirə otağına gedənədək mülki iddiadan imtina etməsi digər şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur, ona görə mülki iddiadan imtina qəbul edilərək həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, müvafiq qərar əsasında dəvət olunmuş vəkilin iş materialları ilə tanış olmaqla birlikdə, ibtidai istintaqda təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İşin məhkəmə icraatı dövründə isə Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müqavilə əsasında iştirak edib Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiasından imtinası qəbul edilsin və həmin MMC-nin “vurulmuş ziyanın əvəzi qismində 5910,79 manat, məzənnə arası fərqlə əlaqədar vurulmuş ziyanın əvəzi qismində 3156 manat, əldən çıxmış faydaya görə 4390,80 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq, Cəmiyyətin hesabına ödənilməsi” tələbinə dair mülki iddiası üzrə işin icraatına xitam verilsin. Maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş satış qaimələri, qaytarma qaimələri, kassa ödəniş qəbzləri, təhvil-təslim aktları cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 300 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-185/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-185/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver