Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-186/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs3, zərərçəkmiş - “Zeytun Pharmaceuticals" MMC-nin nümayəndəsi Kərimov Aydın Məmməd oğlunun, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 dekabr 2020-ci il tarixdə gecə vaxtı Zərərçəkmiş şəxs3 icarə şərtləri əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “Miray” gözəllik salonunun giriş qapısının kilidini özü ilə gətirdiyi dəmir linglə sındıraraq, həmin salona qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs3 məxsus dəyəri 500 manat təşkil edən 01 ədəd qızıl üzüyü, dəyəri 50 manat təşkil edən 01 ədəd gümüş üzüyü və 500 manat nağd pul vəsaitini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 1050 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 18 dekabr 2020-ci il tarixdə, gecə vaxtı Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39 ünvanında yerləşən “Praqa” restoranının 1-ci mərtəbəsində yerləşən şərab evinin giriş qapısının kilidini özü ilə gətirdiyi dəmir linglə sındıraraq, qanunsuz həmin şərab evinə daxil olmaqla Zərərçəkmiş şəxs4 məxsus 850 manat nağd pul vəsaitini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs4 Ələsgər oğluna ümumilikdə 850 manat miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 25 dekabr 2020-ci il tarixdə gecə vaxtı Zərərçəkmiş şəxs1 icarə şərtləri əsasında işlətdiyi ünvan 4 ünvanında yerləşən telefon aksessuarları mağazasının giriş qapısının kilidini özü ilə gətirdiyi dəmir linglə sındıraraq həmin mağazaya qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs1 məxsus 385 manat dəyərində telefon aksessuarlarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 385 manat miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 25 dekabr 2020-ci il tarixdə, gecə vaxtı Zərərçəkmiş şəxs2 icarə şərtləri əsasında işlətdiyi ünvan 5 ünvanında yerləşən “Günəşim” dəftərxana ləvazimatları satışı mağazasının giriş qapısının kilidini özü ilə gətirdiyi dəmir linglə sındıraraq həmin mağazaya qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus 190 manat nağd pul vəsaitini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 190 manat miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 29 dekabr 2020-ci il tarixdə saat 05:00 radələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus ünvan 6 ünvanında yerləşən “Sfera” adlı aptekin pəncərəsini sındıraraq həmin aptekə qanunsuz daxil olmaqla aptekdəki saxlanc yeri olan kassa aparatından 375 manat nağd pul vəsaitini gizli olaraq talamaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə 375 manat miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, 09 dekabr 2020-ci il tarixdən 10 dekabr 2020-ci ilə keçən gecə saat 03:00 radələrində Nizami rayonu ərazisində “Laçın” ticarət mərkəzinin yaxınlığındakı mebel mağazalarının yerləşdiyi küçənin yaxınlığında yerləşən hazırda adını xatırlamadığı gözəllik salonunun qapısının kilidini vintaçanla açıb içəri daxil olmuş və salondan bir ədəd qızıl üzük, bir ədəd gümüş üzük və 400 manat nağd pul götürmüşdür. 18 dekabr 2020-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39 ünvanına gəlmişdir. Həmin ünvanda yerləşən “Praqa” restoranının 1-ci mərtəbəsində yerləşən şərab evinin giriş qapısını dəmir linglə açıb daxil olmuş və kassada olan 240 manat nağd pulu və 10-15 manat məbləğində qəpikləri götürüb şərab evindən çıxmışdır. 25 dekabr 2020-ci ildə gecə saatlarında Nizami rayonu, Cəmşid ünvan 8 ünvanında yerləşən telefon aksessuarlarının satışı ilə məşğul olan mağazanın giriş qapısının qarşısına gəlib, ətrafda heç kəsin olmadığından əmin olduqdan sonra vintaçanla mağazanın giriş qapısını açmışdır. Mağazada olan müxtəlif növ mobil telefonlara məxsus mobil telefon aksessuarlarını sellofan torbaya yığıb oradan uzaqlaşmışdır. Həmin əşyaları “Neftçilər” metrostansiyasının çıxışına yaxın yerdə, səhər saatlarında tanımadığı şəxsə ucuz qiymətə satmışdır. O, 25 dekabr 2020-ci ildə gecə saatlarında Nizami rayonu ərazisində yerləşən “Günəşim” dəftərxana ləvazimatları mağazasına daxil olub oradan pul götürmüşdür. 29 dekabr 2020-ci il tarixdə səhər saat 05:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 48B ünvanında yerləşən “Sfera” aptekinin pəncərəsini sındıraraq içəri daxil olmş, kassa aparatında olan 325 manat nağd pulu götürərək aptekdən çıxmışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş “Zeytun Pharmaceuticals" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs5 bildirmişdir ki, ünvan 6 ünvanında yerləşən “Sfera” aptek “Zeytun Pharmaceuticals" MMC-nin tərkibində fəaliyyət göstərmişdir. 29 dekabr 2020-ci il tarixdə səhər saatlarında “Sfera” aptekin pəncərəsini sındırmaqla içəriyə daxil olmuş şəxs tərəfindən kassa aparatından 375 manat pul oğurlanmışdır. "xxxx" MMC-yə dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti vardır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında yerləşən “Miray” gözəllik salonunu icarəyə götürüb işlədir. 10 dekabr 2020-ci il tarixdə səhər saatlarında salona gəldikdə salonunun qapısının kilidinin sınıq olduğunu, həmçinin qapıların açıq vəziyyətdə olduğunu görmüşdür. İçəriyə baxdıqda dolabda olan 500 manat dəyərində bir ədəd qızıl üzüyün, 50 manat dəyərində bir ədəd gümüş üzüyün və 500 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti vardır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39 ünvanında müxtəlif içki və tütün məmulatları satışını həyata keçirən şərab evini icarəyə götürərək işlətmişdir. 18 dekabr 2020-ci il tarixdə saat 12:00 radələrində şərab evinə gəldikdə giriş qapısının kilidinin sındırıldığını və qapının açıq vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olduqda kassa aparatında olan 850 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti vardır. İş üzrə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Ona dəymiş ziyan ödənilməyib. Təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. İşi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinə görə məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında mobil telefon aksessuarları mağazasını icarə şərtləri əsasında işlətmişdir. 25 dekabr 2020ci il tarixdə saat 10:00 radələrində mağazaya gəldikdə giriş qapısının açıq olduğunu görmüş və içəri daxil olduqda naməlum şəxs və ya şəxslər tərəfindən ümumi dəyəri 385 manat olan müxtəlif növ telefon aksessuarlarının gizli olaraq oğurlandığını aşkar etmişdir. Bu hadisə nəticəsində ona ümumilikdə 385 manat maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Xəstəliyi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ildən ünvan 5 ünvanında yerləşən “Günəşim" dəftərxana ləvazimatları mağazasını icarə şərtləri əsasında işlətmişdir. 25 dekabr 2020-ci il tarixdə saat 17:00 radələrində həmin mağazaya gəldiyi zaman giriş qapısının açıq olduğunu müşahidə etmiş, içəri daxil olduqda siyirtmədə olan 190 manat nağd pul vəsaitinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bu nağd pul vəsaitindən başqa mağazadan bir şey oğurlanmamış, hadisə nəticəsində ona ümumilikdə 190 manat maddi ziyan dəymişdir. İş üzrə Şahid Fəxrəddin oğlu ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid Fəxrəddin oğlu istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayından "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən “Sfera” aptekində satıcı işləmişdir. 29 dekabr 2020-ci il tarixdə səhər saat 09 radələrində hər zaman olduğu kimi aptekə gəldikdə aptekin şüşəsinin sındırıldığını və kassadan 375 manat pulun oğurlandığını aşkar etmişdir. Oğurlanmış vəsait "xxxx" MMC dərman şirkətinin dərmanlarının satışından əldə edilən vəsait olmuşdur. Həmin cinayət nəticəsində "xxxx" MMC-yə 375 manat maddi ziyan dəymişdir. Cinayətin kimin, hansı şəraitdə və nə vaxt törətməsi ilə bağlı heç bir fikri olmamışdır. O, aptekdən oğurluq olduğunu aşkar edən kimi Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmiş və dərhal hadisə yerinə istintaqəməliyyat qrupu gəlmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 31.12.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 05.01.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 07.01.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 16.01.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. - əməlin tövsif edilməsi haqqında 02.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 02.01.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanımaq haqqında 17.01.2021-ci il tarixli qərardan görünür ki, "xxxx" zərərçəkmiş şəxs qismində, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində yenidən cəlb etmək və ittiham elan etmək haqqında 10.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının 12.03.2021-ci il tarixli, 3/406 saylı rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş 2, 3, 6 saylı daktilolentlərin səthlərindəki ovuc izləri, 4, 7 saylı daktilolentin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1, 4, 5, 6, 7, 8 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri tam, aydın əks olunmadığından, həmçinin, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 2 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sağ ovucunun hipotenar hissəsindən, 3 saylı daktilolentin səthindəki ovuc izi onun sol ovucunun hipotenar hissəsindən, 4 saylı daktilolentin səthindəki əl-barmaq izi isə onun sol əlinin adsız barmağından toxunma nəticəsində qalmışdır. Təqdim edilmiş 6 saylı daktilolentin səthindəki ovuc izi, 7 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs əlbarmaqlarından qalmamışdır. - sübutların qiymətləndirilməsi haqqında 12.03.2021-ci il tarixli qərardan görünür ki, cinayət hadisəsi yerindən götürülmüş 5 ədəd əl-barmaq və 3 ədəd ovuc izindən ekspertiza tədqiqatı nəticəsində cinayəti törətmiş Təqsirləndirilən şəxs məxsus olduğu müvafiq ekspertiza rəyi ilə müəyyən edilmiş 2 ədəd ovuc izi və 1 ədəd əl-barmaq izi, eləcə də 3 ədəd diskdəki videogörüntülər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilmiş, məhkəmənin hökmü və yekun qərarı ilə təyinat məsələsi həll edilənədək cinayət işinin materiallarında saxlanıldığı nəzərə alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 18. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 1050 manat məbləğində əmlakını, Zərərçəkmiş şəxs4 Ələsgər oğlunun 850 manat məbləğində əmlakını, Zərərçəkmiş şəxs1 385 manat məbləğində əmlakını, Zərərçəkmiş şəxs2 190 manat məbləğində əmlakını və “Zeytun Pharmaceuticals" MMC-nin 375 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş şəxslərin ifadələri ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə ona irəli sürülmüş ittihamda göstərilən məbləğdə deyil, az məbləğdə ziyan vurmasına dair ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29.04.2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.05.2018-ci il tarixli, 1(006)-50/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12.09.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(011)-181/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(011)-181/2021 saylı hökmü ilə təyin edilmiş 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökm üzrə cəzaçəkmə müddətinin başlanğıcından, yəni 29 dekabr 2020-ci il tarixdən hesablanmalıdır; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan hadisə yerindən götürülmüş əl-barmaq və ovuc izləri, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 150,16 (bir yüz əlli manat, on altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 35 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(011)-181/2021 saylı hökmü ilə təyin edilmiş 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan hadisə yerindən götürülmüş əl-barmaq və ovuc izləri, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 150,16 (bir yüz əlli manat, on altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda 35 saat, məhkəmədə 25 saat, cəmi 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-186/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-186/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver