Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-187/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2, onun nümayəndəsi-Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 Əli qızının, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ikinci qrup əlil, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi ev 51-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, İ.Hacıyev küçəsi, döngə 1, ev 10-da yaşamış, 16 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 avqust 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hüquqverən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla və qanunsuz hazırlayaraq istifadə etmiş və etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs5 mülki iş üzrə məhkəmə tərəfindən onun lehinə qərar qəbul edilməsinə köməklik edəcəyi barədə yalan vəd verib, aldadaraq niyyətinə nail olmaq üçün istifadə etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən kargüzarlıq xidmətləri göstərilən zirzəmidə “HP” markalı kompüter dəstində elektrofotoqrafik çap üsulu ilə guya Zərərçəkmiş şəxs5 adına ünvanlanmış, həqiqi məlumatları özündə əks etdirməyən rəsmi sənəd hesab edilən Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 195№ ******* nömrəli məktubu, həmin məktubun üzərindəki möhür əksini isə şırnaklı çap üsulu ilə qanunsuz hazırlamaqla Zərərçəkmiş şəxs5 təqdim edib bilə-bilə həmin saxta sənəddən istifadə edərək sonuncunu aldatmaqla yaranmış etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs5 15 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 1 saylı notariat ofisində 2000 manat, Zərərçəkmiş şəxs5 tərəfindən 30 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi “Araz market”də yerləşən ödəmə terminalı vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid 68150550 saylı hesaba köçürülmüş 400 manat, 17 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi “Araz market”də yerləşən ödəmə terminalı vasitəsi ilə həmin bank hesabına köçürülmüş 200 manat, 25 dekabr 2022-ci il tarixdə eyni ünvanda həmin bank hesabına köçürülmüş 600 manat, 28 dekabr 2022-ci il tarixdə eyni ünvanda həmin bank hesabına köçürülmüş 200 manat, 30 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi “Optimal market”də yerləşən ödəmə terminalı vasitəsi ilə həmin bank hesabına köçürülmüş 200 manat, 30 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, İstiqlaliyyət küçəsi yeraltı keçiddə yerləşən ödəmə terminalı vasitəsi ilə həmin bank hesabına köçürülmüş 1500 manat, 03 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 tapşırığı ilə sonuncunun oğlu Nurlan Mahmudlu tərəfindən yaşadığı ünvan 3 ünvanında mobil tətbiq vasitəsi ilə həmin bank hesabına köçürülmüş 200 manat, Zərərçəkmiş şəxs5 tərəfindən 06 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi “Araz market”də yerləşən ödəmə terminalı vasitəsi ilə həmin bank hesabına köçürülmüş 300 manat, 12 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi “Araz market”də yerləşən ödəmə terminalı vasitəsi ilə həmin bank hesabına köçürülmüş 2000 manat, 28 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti ilə Z.Əliyeva küçəsinin kəsişməsində yerləşən ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid 412720****1477 saylı bank hesabına köçürülmüş 200 manat, 03 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi “Optimal market”də yerləşən ödəmə terminalı vasitəsi ilə həmin bank hesabına köçürülmüş 600 manat, 08 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 tapşırığı ilə sonuncunun oğlu Nurlan Mahmudlu tərəfindən yaşadığı ünvan 3 ünvanında mobil tətbiq vasitəsi ilə həmin bank hesabına köçürülmüş 200 manat, 22 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 tapşırığı ilə sonuncunun oğlu Nurlan Mahmudlu tərəfindən yaşadığı ünvan 3 ünvanında mobil tətbiq vasitəsi ilə həmin bank hesabına köçürülmüş 200 manat, 2022-ci ilin dekabr ayından 2023-cü ilin fevral ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs5 sonuncunun yaşadığı ünvan 4 ünvanında cəmi 17332 manat, ümumilikdə 26132 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 sonuncunun anası X2 ailə başçısını itirməsinə görə əmək pensiyasının təyin olunmasına kömək edəcəyinə dair yalan vəd verib, aldadaraq niyyətinə nail olmaq üçün istifadə etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən kargüzarlıq xidmətləri göstərilən zirzəmidə “HP” markalı kompüter dəstində elektrofotoqrafik çap üsulu ilə guya X1 adına ünvanlanmış, həqiqi məlumatları özündə əks etdirməyən rəsmi sənəd hesab edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 18 aprel 2023-cü il tarixli 17/51 №00181 nömrəli məktubunu və həmin idarənin 19 aprel 2023-cü il tarixli arayışını qanunsuz hazırlamaqla Zərərçəkmiş şəxs1 təqdim edib bilə-bilə həmin saxta sənədlərdən istifadə edərək sonuncunu aldatmaqla yaranmış etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs1 tərəfindən yaşadığı ünvan 5 ünvanında mobil tətbiq vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid 409558****1052 saylı hesaba 03 mart 2023-cü il tarixdə köçürülmüş 200 manat, 16 mart 2023-cü il tarixdə köçürülmüş 200 manat, 17 mart 2023-cü il tarixdə köçürülümüş 50 manat, 20 mart 2023cü il tarixdə köçürülmüş 15 manat, 24 mart 2023-cü il tarixdə köçürülmüş 35 manat, 29 mart 2023-cü il tarixdə köçürülmüş 50 manat, 05 aprel 2023-cü il tarixdə köçürülmüş 200 manat, 06 aprel 2023-cü il tarixdə köçürülmüş 50 manat, 17 aprel 2023-cü il tarixdə köçürülmüş 150 manat, 23 aprel 2023-cü il tarixdə köçürülmüş 120 manat, 01 may 2023cü il tarixdə köçürülmüş 70 manat, 17 may 2023-cü il tarixdə köçürülmüş 130 manat, 31 may 2023-cü il tarixdə 60 manat və 60 manat olmaqla ümumilikdə köçürülmüş 120 manat, 2023-cü ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ünvan 5 ünvanında 234 manat, ünvan 5 ünvanında Zərərçəkmiş şəxs1 tərəfindən mobil tətbiq vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid 416973****1096 saylı hesaba 12 iyun 2023-cü il tarixdə köçürülmüş 26 manat, 15 iyun 2023-cü il tarixdə köçürülmüş 38 manat, 17 iyun 2023-cü il tarixdə köçürülmüş 30 manat, 18 iyun 2023-cü il tarixdə köçürülmüş 32 manat, 04 iyul 2023-cü il tarixdə köçürülmüş 100 manat, 09 iyul 2023-cü il tarixdə köçürülmüş 150 manat, ümumilikdə 2000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs3 Əli qızına mülki iş üzrə məhkəmə tərəfindən onun lehinə qərar qəbul edilməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs3 05 may 2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən 7 saylı “Asan Xidmət” mərkəzində 1000 manat, Zərərçəkmiş şəxs3 tərəfindən 10 may 2023-cü tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 157 ünvanında yerləşən “Araz market”də quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid 409558****1052 saylı hesaba köçürülmüş 150 manat, 19 may 2023-cü il tarixdə həmin ünvanda eyni bank hesabına köçürülmüş 500 manat, 2023-cü ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs3 tapşırığı ilə sonuncunun qohumu X23 tərəfindən İmişli rayonunda ödəmə terminalı vasitəsi ilə həmin bank hesabına köçürülmüş 350 manat, ümumilikdə 2000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs3 Əli qızına maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda ünvan 8 ünvanında yerləşən 31/32 nömrəli evlə bağlı Bakı Apellyasiya Məhkəməsində baxılan mülki iş üzrə maraqlı üçüncü şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs4 məhkəmə tərəfindən onun lehinə qərar qəbul edilməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs4 11 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 115 ünvanda yerləşən 5 saylı “Asan Xidmət” Mərkəzində 3000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 ünvan 8 ünvanında yerləşən 31/32 nömrəli evlə bağlı Bakı Apellyasiya Məhkəməsində baxılan mülki iş üzrə məhkəmə tərəfindən onun lehinə qərar qəbul edilməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq niyyətinə nail olmaq üçün istifadə etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən kargüzarlıq xidmətləri göstərilən zirzəmidə “HP” markalı kompüter dəstində elektrofotoqrafik çap üsulu ilə guya Zərərçəkmiş şəxs2 adına ünvanlanmış, həqiqi məlumatları özündə əks etdirməyən rəsmi sənəd hesab edilən Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 17 iyul 2023-cü il tarixli 17/***-*******96 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(103)-964/2023 nömrəli məktublarını qanunsuz hazırlamaqla Zərərçəkmiş şəxs1 təqdim edib bilə-bilə həmin saxta sənədlərdən istifadə edərək sonuncunu aldatmaqla yaranmış etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs2 12 iyul 2023-cü il tarixdə ünvan 11 ünvanının qarşısında 3000 manat, 18 iyul 2023-cü il tarixdə həmin ünvanda 2000 manat, 22 iyul 2023-cü il tarixdə həmin ünvanda 1500 manat alıb, 23 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən ünvan 12 ünvanında yerləşən terminaldan ona məxsus "xxxx" ASC-nin 5239 1517 6554 4310 nömrəli kart hesabına köçürülmüş 400 manat, 24 iyul 2023-cü il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs2 tərəfindən eyni kart hesabına köçürülmüş 1500 manat, ümumilikdə 8400 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs eyni zamanda, bilə-bilə saxta sənəddən istifadə etməyə görə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ittiham verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 1(007)-187/2024 nömrəli qərarı ilə, dövlət ittihamçısının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən imtina etməsi nəzərə alınmaqla, cinayət işi üzrə icraata həmin hissədə xitam verilmişdir. Məhkəmə icraatı zamanı zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddia vermişlər, mülki iddialar məhkəmənin icraatına qəbul edilmiş, həmin zərərçəkmiş şəxslər mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışlar. Zərərçəkmiş şəxs5 mülki iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh Təqsirləndirilən şəxs məhkəmədə mülki işi onun lehinə həll edəcəyi adı ilə 15 noyabr 2022-ci il tarixdən başlayaraq ayrı-ayrı vaxtlarda ondan 26132 manat məbləğində pul almışdır, o, həmin məbləğin bir hissəsini bankdan götürmüş, əlavə olaraq 5000 manat məbləğində faiz borcu olmaqla ona 31132 manat məbləğində maddi və mənəvi ziyan vurmuşdur. Pulun ona verilməsini təsdiq edən göndərmə qəbzləri cinayət işinin materiallarında öz əksini tapmışdır. Cavabdeh Təqsirləndirilən şəxs 31132 manat pulun və məhkəməyə ödənilən 183 manat məbləğində dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 mülki iddiasını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı törədilən cinayət əməli nəticəsində 8400 manat məbləğində maddi ziyan dəymişdir. Dələduzluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işinin istintaqı zamanı öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən vurulmuş zərərin ödənilməsi istiqamətində hər hansı bir addım atılmamış, ziyan bu günə kimi ödənilməmişdir. Cinayət işi üzrə hökm çıxarılarkən Təqsirləndirilən şəxs 8400 manat vurulmuş ziyanın və 104 manat dövlət rüsumunun onun hesabına ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, mülki iddiaları qismən qəbul edərək ifadəsində göstərmişdir ki, o, pul qazanmaq üçün 2022-ci ilin noyabr ayında məhkəmə sahəsində çəkişmələri olan vətəndaşlara saxta sənədlər hazırlayaraq onları aldatma yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirmək qərarına gəldiyindən həmin vaxtdan Bakı Apellyasiya Məhkəməsinin qarşısında olarkən Zərərçəkmiş şəxs5 yaxınlaşaraq özünü “Asan Xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edib onun məhkəməyə gəlməsinin səbəbi ilə maraqlandıqda əhvalı pis olduğunu başa düşərək ona köməklik etmə etimalının olduğunu bildirib, problemləri haqqında danışmasını təklif etdikdən sonra Zərərçəkmiş şəxs5 Bakı şəhəri Qaradağ rayonu ərazisində yaşayış yeri ilə bağlı məhkəmə tərəfindən mülki işə baxıldığını bldirmişdir. O, məhkəmədə tanışlarının olduğunu bildirib pul vəsaiti qarşılığında onun lehinə məhkəmə qətnaməsinin çıxarılmasına kömək edə biləcəyinə inandıraraq, həmin məqsədlə ilkin olaraq 2000 manat məbləğində və iş prosesində əlavə pul vəsaitlərinin lazım olacağını demişdir. Zərərçəkmiş şəxs5 onun təklifi ilə razılaşdıqdan sonra birlikdə 15 noyabr 2022-ci il tarixdə Bakı şəhəri 1 saylı notariat ofisinə gedərək borc müqaviləsi bağlayıb, həmin müqavilə əsasında Zərərçəkmiş şəxs5 tərəfindən bank vasitəsilə ödənilmiş 2000 manat məbləğində pul vəsaitini götürmüşdür. 2022-ci ilin dekabr ayında mülki iş üzrə mübahisənin həll edilməsi ilə məşğul olduğuna inandırmaq üçün Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən kargüzarlıq xidmətlərinin göstərildiyi zirzəmidə özünü “Asan Xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edib qanunsuz hazırladığı Bakı Apellyasiya Məhkəməsinin adından Zərərçəkmiş şəxs5 ünvanlanmış saxta məktubu Zərərçəkmiş şəxs5 təqdim etmişdir. Daha sonra Zərərçəkmiş şəxs5 onun istifadəsində olan bank kartına hissə-hissə 6800 manat məbləğində pul vəsaitini köçürmüş, əlavə olaraq yaşadığı ünvan 4 ünvanının qarşısında 2023-cü ilin yanvar ayının əvvəllərindən həmin ilin fevral ayının sonuna kimi olan müddət ərzində 17332 manat pul vəsaitini hissə-hissə məbləğində pul vəsaitini əldə etmişdir. Ümumilikdə Zərərçəkmiş şəxs5 26132 manat məbləğində pul vəsaitini əldə etmişdir. Bundan başqa, 2023-cü ilin mart ayında tanışı Zərərçəkmiş şəxs1 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasına kömək edəcəyini vəd edərək onu inandırmaq məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən kargüzarlıq xidmətlərinin göstərildiyi zirzəmidə özünü “Asan Xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edib qanunsuz hazırladığı rəsmi sənədlərin, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 14 ünvanlanmış saxta məktubun və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın mövcudluğu barədə arayışın alınması haqqında sənədin fotoşəklini mobil telefonun “WhatsApp” tətbiqi vasitəsilə göndərərək Mərhəmətin ümumilikdə 2000 manat məbləğində pul vəsaitini Bakı şəhərində ələ keçirmişdir. Bundan başqa, 2023-cü ilin iyul ayının əvvəllərində Bakı Apellyasiya Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 yaxınlaşaraq özünü Əmlak Xidmətləri Məkanının hüquqşünası kimi təqdim edib problemləri ilə maraqlanmış, həmin vaxt onlar Bakı Apellyasiya Məhkəməsi tərəfindən əmlakla bağlı mübahisələrinə baxıldığını bildirdikdə o, 12000 manat qarşılığında onların lehinə məhkəmə qətnaməsinin çıxarılmasına kömək edə biləcəyinə inandırmışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 həmin təkliflə razılaşdıqdan sonra onlarla birlikdə 11 iyul 2023-cü il tarixdə Bakı şəhəri 5 saylı “Asan Xidmət” mərkəzinə gedərək Zərərçəkmiş şəxs4 ilə borc müqaviləsi bağlamış və həmin müqavilə əsasında Zərərçəkmiş şəxs4nm bank vasitəsilə ödədiyi 3000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. 12 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 işləri barədə Məhkəmə-Hüquq Şürasına müraciət ünvanladığını deyərək onun yaşadığı ünvan 11 ünvanının qarşısında görüşüb 3000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. 18 iyul 2023-cü il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs2 ilə yenidən görüşərək hazırladığı Məhkəmə-Hüquq Şurası tərəfindən ünvanlanmış saxta cavab məktubunu təqdim edərək işlərin görülməsi adı altında əlavə olaraq 2000 manat məbləğində pul vəsaitini ondan alaraq ələ keçirmişdir. 22 iyul 2023-cü il tarixdə yenidən həmin ünvanda Zərərçəkmiş şəxs2 ilə görüşərək ünvan 15nvanına qeydiyyata düşməsinə kömək edəcəyinə dair yalandan vəd verərək 1500 manat məbləğində pul vəsaitini, 23 iyul 2023-cü il tarixdə həmin ünvanda yenidən Zərərçəkmiş şəxs2 ilə görüşərək məhkəmədə araşdırılan mülki iş üzrə mübahisəli mənzilin kommunal xidmətlərinin adına rəsmiləşdirilməsinə kömək edəcəyi barədə yalan vəd verib özünə məxsus "xxxx" ASC-nin 5239 1517 6554 4310 nömrəli kartına köçürülmüş 400 manat məbləğində pul vəsaitini, 24 iyul 2023-cü il tarixdə həmin ünvanda yenidən Zərərçəkmiş şəxs2 ilə görüşərək məhkəmədə araşdırılan mülki iş üzrə qarşı tərəfin 13 saylı vəkil bürosunun vəkili ilə bağladığı müqaviləni göstərib Ali Məhkəməyə verilməsi adı altında özünə nəxsus "xxxx" ASC-nin 5239 1517 6554 4310 nömrəli kartına köçürülmüş 1500 manat məbləğində pul vəsaitini, ümumilikdə Zərərçəkmiş şəxs2 8400 manat məbləğində, Zərərçəkmiş şəxs4 isə 3000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Bundan başqa 05 may 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonunun ərazisində yerləşən Əmlak Xidmətləri məkanında Zərərçəkmiş şəxs3 ilə tanış olmuş, söhbət əsnasında Zərərçəkmiş şəxs3 onun əmlakının özəlləşdirilməsi məsələsini 2000 manat pul vəsaiti müqabilində həll edəcəyinə yalandan vəd edərək inandırdığı üçün Zərərçəkmiş şəxs3 təklifi ilə razılaşmışdır. Birlikdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 7 saylı “Asan Xidmət” mərkəzinə getmişlər, Zərərçəkmiş şəxs3 öz adından ona etibarnamə vermiş və 1000 manat vəsaiti bank yolu ilə həmin yerdə ödəmişdir. Bir müddət sonra yenidən işin gedişatında müxtəlif problemlərin olduğunu Zərərçəkmiş şəxs3 bildirib inandıraraq ondan "xxxx" ASC olan 5239 1517 6554 4310 nömrəli bank kartına və "xxxx" ASC-nin "xxxx" sistemində olan 4098 5844 9215 6292 saylı kartına hissə-hissə ümumilikdə 1000 manat vəsaitin köçürülməsinə nail olmuşdur. Həmin pulları bankomat vasitəsilə nağdlaşdıraraq cari xərcləri üçün istifadə etmiş və yekunda Zərərçəkmiş şəxs3 aldadaraq 2000 manat məbləğində vəsaitini ələ keçirmişdir. Əlavə olaraq işin gedişatı zamanı əmlak məsələsinə dair çəkişmədə qarşı tərəfin adından yalançı şikayət ərizəsini əlyazma ilə şəxsən yazaraq Zərərçəkmiş şəxs3 vermişdir. “Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurası” sözləri həkk edilmiş blank təsviri olan vətəndaş Zərərçəkmiş şəxs2 və Bakı Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının sədri cənab Namiq Cəfərova ünvanlanması əks olunan 17 iyul 2023-cü il tarixli 17/***-*******96 saylı məktubun tərtib edilməsinə görə 100 manat və üzərində “Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi” sözləri həkk edilmiş blank təsviri olan vətəndaş Zərərçəkmiş şəxs2 ünvanlanması əks olunan 24 iyul 2023-cü il tarixli 2(103)-9641/2023 saylı məktubun tərtib edilməsinə görə 40 manat kargüzarlıq xidmətində işləyən xanımlara verməsi barədə ifadələri həqiqətə uyğun deyil. Belə ki, əsl həqiqətdə kargüzarlıq xidmətləri üçün orada işləyən xanımlara verdiyi pul vəsaitinin yuxarı həddi 10 manat, aşağı həddi isə 1 manat olmuşdur. Hətta “Asan Xidmət” mərkəzində işlədiyinə inandırmaq üçün həmin xanımlara “Asan Xidmət” mərkəzinin loqosunu arxası yapışqan olan rəngli materiala çap etdirmiş və yaxaya taxmaq üçün satılan loqo nişanına yapışdırmışdır. “Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi” sözləri həkk edilmiş blank təsviri olan vətəndaş Zərərçəkmiş şəxs2 ünvanlanması əks olunan 24 iyul 2023-cü il tarixli 2(103)-9641/2023 saylı məktubun və üzərində “Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurası” sözləri həkk edilmiş blank təsviri olan vətəndaş Zərərçəkmiş şəxs2 və Bakı Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının sədri cənab Namiq Cəfərova ünvanlanması əks olunan 17 iyul 2023-cü il tarixli 17/***-*******96 saylı saxta məktubun elektron variantlarını o, həmin kargüzarlıq yerində tərtib etdirmişdir. Üzərində 1 saylı notariat ofisinin möhür əksi olan reyestrdə 3M- 301 nömrə ilə qeyd edilmiş 115 manat haqq tutulması ilə bağlı notarial müqavilənin arxa səhifəsində xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs5 2000 manat pul vəsaitini almasına dair borc müqaviləsinin arxa tərəfidir. Məhkəmə Hüquq Şurasının adından tərtib edilmiş məktuba QR kod əks etdirmək üçün notarial müqavilənin həmin səhifəsini kargüzarlıq xidməti yerində skan etdirmişdir. Üzərində müxtəlif qızların fotoşəkilləri əks edilmiş A4 kağızından hər hansı məlumatı yoxdur. Üzərində “Arxivin direktoru” sözləri və “Milli Arxiv İdarəsi ASAN 3” sözləri həkk edilmiş dairəvi möhür əksi olan sənəd, anasının doğum haqqında şəhadətnaməsini arayış şəklində Milli Arxiv İdarəsinə müraciət edərək götürmüşdür. Həmin sənədin “Arxivin direktoru” sözləri və “Milli Arxiv İdarəsi ASAN 3” sözləri həkk edilmiş dairəvi möhür əksi olan hissəsini kargüzarlıq xidməti göstərilən yerdə skan etmiş və gələcəkdə kiməsə arxiv sənədi lazım olduğu halda istifadə etməsi üçün saxlamış, lakin istifadə etməmişdir. Zərərçəkmiş şəxs2 inandırmaq üçün onun mülki mübahisəsi olmuş X4 guya yeni vəkil X8 ilə xidməti müqavilə bağlaması barədə sənəd tərtib etmişdir. Lakin vəkil adını internetdən götürmüşdür. Həmin vəkili tanımır, hər hansı münasibəti olmayıb. Zərərçəkmiş şəxs2 aldadaraq pul vəsaitini ələ keçirtdiyi üçün özünü ona işləri nəzarətdə saxladığı kimi göstərmişdir. Məhkəmə iclasında daha sonra verdiyi ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 26132 manat deyil, 17132 manat pulunu, Zərərçəkmiş şəxs1 2000 manat deyil, 1700 manat pulunu ələ keçirdiyini qeyd etsə də, zərərçəkmiş şəxslərin dindirilməsi zamanı adı çəkilən zərərçəkmiş şəxslərə münasibətdə onların müvafiq olaraq 26132 manat və 2000 manat pullarını ələ keçirdiyini etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs2 8400 manat pulunu ələ keçirdiyini etiraf etsə də, həmin zərərçəkmiş şəxsin dindirilməsi zamanı məbləğin 8400 manat deyil, 5400 manat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında isə dəymiş maddi ziyan məbləğlərini mübahisələndirməyərək ümumilikdə törətdiyi əməllərdən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəyə bilmədiyini, böyrək xəstəsi, ikinci qrup əlil olduğunu göstərmiş, həmin halları nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin qarşısında tanımışdır. Belə ki, Sahil qəsəbəsində yerləşən ərazidə onun özünə məxsus 1 sot yarım torpaq ərazisi mövcuddur. Həmin torpaqla bağlı mülki mübahisəsi olmuş və bununla əlaqədar 14 noyabr 2022-ci il tarixdə günorta nahara yaxın saatlarda Bakı Apellyasiya Məhkəməsində olarkən məhkəmənin çıxışında qarşı tərəflə mübahisə etdiyi zaman Təqsirləndirilən şəxs hadisələrin şahidi olmuşdur. Məhkəmə mübahisəsindən sonra Zöhrab ona yaxınlaşaraq qeyd olunan məsələ ilə bağlı köməklik göstərə biləcəyini və əmlak mübahisənin həll edilməsi ilə bağlı onun lehinə qətnamə çıxara biləcəyini demişdir. Təqsirləndirilən şəxs ilk olaraq Daşınmaz Əmlak üzrə Dövlət Reyestr Komitəsində arxiv rəisi vəzifəsində çalışdığını və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdiyini demişdir. Həmçinin Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənova və Ali Məhkəmənin hakimi, soyadını xatırlamadığı Mehbarə adlı xanımın qrup yoldaşı olduğunu və bu məsələ ilə bağlı ona rahat şəkildə kömək göstərə biləcəyini qeyd etmişdir. Zöhrabın sərbəst və savadlı danışmasına, həmçinin vəzifəli şəxslərin adlarını çəkdiyinə görə onun da özünün qeyd etdiyi kimi vəzifədə işlədiyinə inanmışdır. Torpaq məsələsinin həll olunması üçün çalışsa da, həll edə bilmədiyi üçün çarəsiz qalıb, Zöhrabı ona Allahın qismət etdiyini düşünmüşdür. Həmin gün, yəni 15 noyabr 2022-ci il tarixdə Zöhrab ondan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov 43 ünvanda yerləşən 1 saylı notariat ofisində 2000 manat, 30 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi “Araz market”də yerləşən ödəmə terminalı vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid 68150550 saylı hesaba köçürdüyü 400 manat, 17 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi “Araz market”də yerləşən ödəmə terminalı vasitəsi ilə həmin bank hesabına köçürdüyü 200 manat, 25 dekabr 2022-ci il tarixdə eyni ünvanda həmin bank hesabına köçürdüyü 600 manat, 28 dekabr 2022-ci il tarixdə eyni ünvanda həmin bank hesabına köçürdüyü 200 manat, 30 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi “Optimal market”də yerləşən ödəmə terminalı vasitəsi ilə həmin bank hesabına köçürdüyü 200 manat, 30 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, İstiqlaliyyət küçəsi yeraltı keçiddə yerləşən ödəmə terminalı vasitəsi ilə həmin bank hesabına köçürdüyü 1500 manat, 03 yanvar 2023-cü il tarixdə onun tapşırığı ilə oğlu Nurlan Mahmudlunun yaşadığı ünvan 3 ünvanında mobil tətbiq vasitəsi ilə həmin bank hesabına köçürdüyü 200 manat, 06 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi “Araz market”də yerləşən ödəmə terminalı vasitəsi ilə həmin bank hesabına köçürdüyü 300 manat, 12 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi “Araz market”də yerləşən ödəmə terminalı vasitəsi ilə həmin bank hesabına köçürdüyü 2000 manat, 28 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti ilə Z.Əliyeva küçəsinin kəsişməsində yerləşən ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə aid 412720****1477 saylı bank hesabına köçürdüyü 200 manat, 03 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi “Optimal market”də yerləşən ödəmə terminalı vasitəsi ilə həmin bank hesabına köçürdüyü 600 manat, 08 fevral 2023-cü il tarixdə onun tapşırığı ilə oğlu Nurlan Mahmudlunun yaşadığı ünvan 3 ünvanında mobil tətbiq vasitəsi ilə həmin bank hesabına köçürdüyü 200 manat, 22 fevral 2023-cü il tarixdə onun tapşırığı ilə oğlu Nurlan Mahmudlunun yaşadığı ünvan 3 ünvanında mobil tətbiq vasitəsi ilə həmin bank hesabına köçürdüyü 200 manat, 2022-ci ilin dekabr ayından 2023-cü ilin fevral ayınadək olan müddət ərzində ondan yaşadığı ünvan 4 ünvanında cəmi 17332 manat, ümumilikdə 26132 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. İşinin uzandığını görüb Təqsirləndirilən şəxs onu aldatmasından şübhələnməyə başladıqdan sonra dəfələrlə pulun qaytarılması ilə bağlı ona müraciət etsə də, Zöhrab telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs5 ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs vəzifədə işlədiyinə, məhkəmələrdə işləyən vəzifələi şəxslərin adlarını çəkib onlarla yaxınlığı olduğunu bildirdiyinə görə ona inanmış, notariusda müqavilə də bağlamışdır. Lakin Zöhrab hər dəfə “pul ver, pul ver” demiş, axırda o, bezmiş, demişdir ki, “siz maşın alırsınız, nə edirsiniz?”. Onun bu hərəkətlərindən çox əsəbləşmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs onun 26132 manat pulunu ələ keçirmişdir. O, qızıllarını da bu yolda qoymuş, bankdan kredit götürmüş, 5000 manat faiz borcu yaranmışdır. Ona dəymiş ümumilikdə 31132 manat pul ödənilmədiyinə görə şikayətçidir, həmin məbləğin Təqsirləndirilən şəxs onun xeyrinə tutulması ilə bağlı mülki iddia qaldırmışdır. Təqsirləndirilən şəxs qanuna müvafiq cəzalandırılmasını və mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hazırda yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev döngə 1 ünvanına 2 ilə yaxındır ki, köçmüşdür. Həmin ünvana köçdükdən sonra Təqsirləndirilən şəxs da yaxınlıqda yaşadığı üçün onu tanımışdır. Bir müddət onunla qonşuluq münasibətləri saxlasa da, daha sonralar aralarında səmimiyyət yaranmışdır. Təqsirləndirilən şəxs özünü “Asan Xidmət” mərkəzində Əmlak məsələləri üzrə şöbə rəisi kimi təqdim etmiş və hərdən vəkillik fəaliyyəti ilə məşğul olduğunu da qeyd etmişdir. Həmçinin Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdiyini də deyərək ona və digər qonşulara hüquq sahəsi ilə bağlı məsləhətlər vermiş, bu yolla həm onda, həm də digər qonşularda özünə qarşı inam hissi yaratmışdır. 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs ilə yaşadıqları yerin məhəlləsində söhbət edərkən anası X2 ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsində nə kimi köməklik göstərə biləcəyini Zöhrabdan soruşmuş, o isə bu məsələ ilə bağlı ona köməklik göstərə biləcəyini, lakin bunun müqabilində ondan 1000 manat pul vəsaiti alacağını bildirmişdir. O da 1000 manat pul vəsaitini vermək imkanının olmadığını deyib yalnız hissə-hissə olaraq ödəyə biləcəyini demişdir. Zöhrab həmin təkliflə razılaşdıqdan sonra öhdəsinə götürdüyü işi düzəltmək üçün ondan anasının nikah haqqında şəhadətnaməsini, atasının ölüm kağızını, bacısının və onun özünün doğum haqqında şəhadətnamələrini və anasının şəxsiyyətini təsdiq edən sənədini istədiyi üçün tələb olunan sənədləri hazırlayaraq Zöhraba təqdim etmişdir. Zöhrab isə həmin sənədləri notariat qaydasında təsdiq etdirəcəyini ona bildirmişdir. Zöhrabın iş görən adam olduğuna artıq əmin olub 03 mart 2023-cü il tarixdən başlayaraq 09 iyul 2023-cü il tarixə kimi olan müddət ərzində müxtəlif vaxtlarda ümumilikdə 1766 manat pulu özünə məxsus olan "xxxx" tərəfindən verilmiş kart vasitəsi ilə Zöhrabın "xxxx" və digər kartlarına köçürtmüş, 234 manat pulu isə kirayə yaşadığı ünvan 18 ünvanında onun özünə nağd şəkildə vermişdir. Həmin ərəfədə Zöhrab artıq məsələni həll etməyə başladığını bildirmiş və 15 gün sonra ona notariat qaydasında təsdiq olunmuş müqavilə təqdim etmişdir. Həmin müqavilənin məzmunundan onun Təqsirləndirilən şəxs ilə Aidə adlı xanım arasında bağlandığını görmüşdür. Bunun nə olduğunu soruşduqda Zöhrab ona cavab olaraq pensiya işini Aidə xanım həll etdiyi üçün müqavilənin də onunla bağlandığını demişdir. 2023-cü ilin aprel ayında Zöhrab ona pensiya təmin edilməsi ilə bağlı məsələdə TƏBİB tərəfindən imtina verildiyini, işin alınmadığını deyərək, imtina məktubu əsasında işi məhkəməyə göndərəcəyini və orada həll olunacağını bildirmişdir. 2023-cü ilin iyul ayının axırları, avqust ayının əvvəllərində Zöhrabla onun kirayə qaldığı mənzildə görüşüb söhbət edərkən, Zöhrab ona məsələnin alınmadığını demiş, səbəbini isə işi düzüb-qoşan şəxsin ondan vaxt istəməsi ilə izah etmişdir. Həmin vaxtdan bir müddət sonra Zöhrabdan məsələnin nə yerdə olduğunu soruşduqda o, məsələnin 01 sentyabr 2023-cü il tarixdə həll olunacağını demişdir. Onun, yaşadığı ünvan 19 ünvanında mobil tətbiq vasitəsi ilə "xxxx" ASC-yə aid 409558****1052 saylı hesaba 03 mart 2023-cü il tarixdə köçürdüyü 200 manat, 16 mart 2023-cü il tarixdə köçürdüyü 200 manat, 17 mart 2023-cü il tarixdə köçürdüyü 50 manat, 20 mart 2023-cü il tarixdə köçürdüyü 15 manat, 24 mart 2023-cü il tarixdə köçürdüyü 35 manat, 29 mart 2023-cü il tarixdə köçürdüyü 50 manat, 05 aprel 2023-cü il tarixdə köçürdüyü 200 manat, 06 aprel 2023-cü il tarixdə köçürdüyü 50 manat, 17 aprel 2023-cü il tarixdə köçürdüyü 150 manat, 23 aprel 2023-cü il tarixdə köçürdüyü 120 manat, 01 may 2023-cü il tarixdə köçürdüyü 70 manat, 17 may 2023-cü il tarixdə köçürdüyü 130 manat, 31 may 2023-cü il tarixdə 60 manat və 60 manat olmaqla ümumilikdə köçürdüyü 120 manat, 2023-cü ilin iyun ayının əvvəllərində ünvan 19 ünvanında nağd verdiyi 234 manat, eyni ünvanda mobil tətbiq vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid 416973****1096 saylı hesaba 12 iyun 2023-cü il tarixdə köçürdüyü 26 manat, 15 iyun 2023-cü il tarixdə köçürdüyü 38 manat, 17 iyun 2023-cü il tarixdə köçürdüyü 30 manat, 18 iyun 2023-cü il tarixdə köçürdüyü 32 manat, 04 iyul 2023-cü il tarixdə köçürdüyü 100 manat, 09 iyul 2023-cü il tarixdə köçürdüyü 150 manat, ümumilikdə 2000 manat pul vəsaitini Təqsirləndirilən şəxs dələduzluqla ələ keçirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Ona dəymiş ümumilikdə 2000 manat məbləğində maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2019-cu ildə ünvan 20 ünvanında yerləşən 31/32 nömrəli evi Zərərçəkmiş şəxs2 30000 manata almış, 2020-ci ildə aldığı evin sahibi Zərərçəkmiş şəxs2 ilə X10 arasında həmin mənzillə bağlı məhkəmə çəkişməsi olmasını öyrənmişdir. Həmin müddət ərzində o da üçüncü tərəf kimi müxtəlif məhkəmə proseslərində iştirak etmişdir. Sonuncu dəfə 2023-cü ilin 8-9 iyul tarixlərində Bakı Apellyasiya Məhkəməsinin önündə həmin evi aldığı Zərərçəkmiş şəxs2 və Nazim adlı tanışları ilə oturduqları zaman əvvəllər tanımadığı bir şəxs yaxınlaşaraq Sevil xanımın niyə kövrəldiyini, hansı problemlərinin olduğunu soruşmuş, söhbət əsnasında sonradan adını bildiyi Zöhrab adlı şəxsə baş verən hadisələri danışmışlar. Özünü Əmlak komitəsinin hüquqşünası və Arxiv rəisi kimi təqdim edən Təqsirləndirilən şəxs həmin işdə kömək edə biləcəyini söyləmişdir. Zöhrabın inandırıcı danışmasına görə ona inanaraq, 11 iyul 2023-cü il tarixdə öz adından metronun “Koroğlu” stansiyasının yanında yerləşən “Asan Xidmət” mərkəzində Təqsirləndirilən şəxs etibarnamə vermiş və Zöhrabın istəyi ilə ona həmin işləri görməsi üçün 3000 manat pulu bank yolu ilə həmin yerdə ödəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlavə olaraq 3000 manat da verməli olduğunu ona dedikdə Zöhrabla razılaşmışdır. Ümumilikdə isə qeyd olunan məsələnin həll olunması üçün Zöhrab 12000 manat pul istəmişdir, yəni 7000 manat ondan, 5000 manat isə Zərərçəkmiş şəxs2 istəmişdir. Zərərçəkmiş şəxs2 bir hissəsini satın aldığı ünvan 20 ünvanında yerləşən 31/32 nömrəli mənzil ümumi həyətdə yerləşdiyindən, mənzil çıxarışsız olduğundan və mənzilin Zərərçəkmiş şəxs2 əvvəlki sahibi olmuş X10 onu qeydiyyatdan çıxartdığından, Təqsirləndirilən şəxs ona həmin məsələdə köməklik edəcəyinə vəd etdiyi üçün başqa çıxış yolu olmadığını düşünüb onunla razılaşmışdır. 12 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bildirmişdir ki, artıq həmin işlə bağlı Məhkəmə-Hüquq Şürasına müraciətlər ünvanlayıb və onu qəbula yazdırıb. Bundan sonra Zərərçəkmiş şəxs2 onunla Nizami rayonu ərazisində qızının yaşadığı evin yanında görüşmüş və Zöhrab ondan 3000 manat pulu almışdır. 17 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə görüşərək Məhkəmə- X16 adına ünvanlanan cavab məktubunu vermiş və söhbət zamanı pulun çatmadığını, əlavə pul lazım olduğunu bildirərək Sevildən 2000 manat pul almış və bu barədə öz əlyazması ilə həmin faktı təsdiq edən kağız yazaraq Sevilə vermişdir. Bundan sonra 22 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 əlavə 1500 manat pulu həmin ünvanda alaraq, Sevilin qeydiyyat məsələsini həll edəcəyini bildirmişdir. Növbəti gün Təqsirləndirilən şəxs Sevillə görüşərək kommunal məsələlərini həll etməsi üçün əlavə 400 manat pul istəmiş və Sevil o pulları Zöhraba məxsus "xxxx" kartına göndərmişdir. 24 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs növbəti dəfə Sevil xanımın yaşadığı evə gedərək ona qarşı tərəfin 13 saylı vəkil bürosunun vəkili ilə bağladığı müqaviləni göstərmiş, bundan sonra Təqsirləndirilən şəxs Ali Məhkəməyə az pul çatdığını və əlavə pul lazım olduğunu bildirərək, sonuncu dəfə 1500 manat pul verilməsini demişdir. Sevil də 1500 manatı yenidən Zöhrabın kartına göndərmişdir. 25 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs səhər saatlarında Sevillə əlaqə saxlayaraq işlərini həll etdiyini demiş, Sevil də öz növbəsində ona məlumat vermişdir. Həmin danışıqdan sonra bir də Təqsirləndirilən şəxs telefonuna zəng çatmadığı üçün əlaqə saxlaya bilməmişlər. Bundan sonra Sevil Məhkəmə-Hüquq Şürasına müraciət etmiş, orada ona verilən məktubun saxta olduğu bildirildikdən sonra dələduzluğun qurbanı olduqlarını başa düşmüşlər. Təqsirləndirilən şəxs onun və Zərərçəkmiş şəxs2 etibarlarından sui-istifadə edərək pullarını ələ keçirmişdir. Qeyd etdiyi etibarnaməni, kredit müqaviləsini, pul köçürmələrinə dair qəbzləri istintaq zamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs ona məxsus 3000 manat pulu, Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 8400 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs4 əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə Bakı Apellyasiya Məhkəməsinin yanında söhbət etdikləri vaxt Təqsirləndirilən şəxs onlara yaxınlaşmış, icazə alıb oturmuşdur. Həmin vaxt onlar çarəsiz halda danışmışlar, Zöhrab da söhbətlərinə qulaq asmışdır. Həmin vaxt Zöhrab demişdir ki, o, bu işi həll edər. Zöhrab kostyum-şalvar geyinmiş, elə danışmışdır ki, onları hipnoz etmiş, çox inandırmışdır. Ona dəymiş ümumilikdə 3000 manat məbləğində maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən əvvəllər yaşadığı özünə məxsus və özü tərəfindən tikilmiş ünvan 20 ünvanında yerləşən 31/32 nömrəli mənzil ilə bağlı məhkəmə proseslərində X6 qarşı çəkişməyə başlamışdır. Sonuncu dəfə 2023-cü ilin 8-9 iyul tarixlərində Bakı Apellyasiya Məhkəməsinin önündə həmin evi ondan alan Zərərçəkmiş şəxs4 və Nazim adlı tanışları ilə oturduqları zaman əvvəllər tanımadıqları, sonradan özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs yaxınlaşaraq onun niyə kövrəldiyini, hansı problemlərinin olduğunu soruşmuşdur. Söhbət əsnasında Zöhraba baş verən hadisələri danışmış, Zöhrab isə isə özünü Əmlak komitəsinin hüquqşünası və Arxiv rəisi kimi təqdim edib adının Təqsirləndirilən şəxs olduğunu bildirərək həmin işdə kömək edə biləcəyini söyləmişqdir. Zöhrabın savadlı danışıqlarına inanıb onunla razılaşmışlar. Zərərçəkmiş şəxs4 11 iyul 2023-cü il tarixində Zöhraba öz adından “Koroğlu” metrostansiyasının yanında yerləşən “Asan Xidmət” mərkəzində etibarnamə vermiş və həmin işləri görməsi üçün Zöhrabın istəyi ilə 3000 manat pulu ona bank yolu ilə həmin yerdə ödəmişdir. Təqsirləndirilən şəxs onlardan ümumilikdə 12000 manat pul istəmiş, yəni 7000 manat Zərərçəkmiş şəxs4, 5000 manat isə ondan istəmişdir. Sözügedən ümumi həyətdə yerləşən ünvan 20 ünvanındakı 31/32 nömrəli çıxarışsız mənzilin bir hissəsini Zərərçəkmiş şəxs4 ondan satın almışdır. 2023-cü ilin iyul ayının 11-də 5 saylı “Asan Xidmət” mərkəzində olarkən X5 onu həmin ünvandan qeydiyyatdan çıxartdığını öyrənmişdir. Təqsirləndirilən şəxs də həmin evi X3 məhkəmə yolu ilə alıb ona və Zərərçəkmiş şəxs4 geri qaytarılmasına köməklik edəcəyini və çıxarış alınmasına köməklik edəcəyini vəd vermişdir. Təqsirləndirilən şəxs mütəmadi zənglər edərək işin gedişatı barədə məlumat vermişdir. 12 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona artıq Məhkəmə-Hüquq Şürasına müraciət ünvanladığını və onu qəbula yazdırdığını bildirmişdir. Həmin vaxtdan sonra Zöhrabla Nizami rayonu ərazisində yaşayan qızının evinin yanında, yəni Cəmşid Naxçıvanski küçəsi ev 99H ünvanında görüşmüş, orada Zöhraba 3000 manat pul vermişdir. 17 iyul 2023-cü il tarixdə Zöhrab onun yaşadığı ünvan 22 ünvanına gələrək Məhkəmə-Hüquq Şürasından onun adına ünvanlanan cavab məktubunu ona vermiş və söhbət zamanı pulun çatmadığını, əlavə pul lazım olduğunu deyərək, əlavə 2000 manat istədiyindən həmin pulu ona vermiş, Zöhrab da öz əlyazması ilə həmin faktı təsdiq edən kağızı yazıb ona vermişdir. Bundan sonra 22 iyul 2023-cü il tarixdə Zöhrab ondan əlavə 1500 manat pulu həmin ünvanda alaraq, qeydiyyat məsələsini həll edəcəyini bildirmişdir. Növbəti gün Zöhrab yaşadığı evə gələrək kommunal məsələlərini həll edəcəyini deyib əlavə 400 manat pul istədiyindən o, həmin məbləği Zöhrabın "xxxx" kartına göndərmişdir. 24 iyul 2023-cü il tarixdə Zöhrab növbəti dəfə onun ünvanına gələrək qarşı tərəfin 13 saylı vəkil bürosunun vəkili ilə bağladığı müqaviləni göstərmişdir. Daha sonra Zöhrab Ali Məhkəməyə az pul çatdığını və əlavə pul lazım olduğunu bildirərək, sonuncu dəfə 1500 manat pul istədiyindən o həmin məbləğdə pulu yenidən Zöhrabın kartına göndərmişdir. 25 iyul 2023-cü il tarixdə Zöhrab səhər saatlarında əlaqə saxlayaraq işlərinin qısa zamanda həll olunacağını dedikdən sonra bir də onun telefonuna zəng çatmadığı üçün əlaqə saxlaya bilməmişdir. Həmin hadisədən sonra Məhkəmə-Hüquq Şürasına müraciət etdikdə, orada Zöhrab tərəfindən verilən məktubun saxta olduğu bildirildikdən sonra dələduzluğun qurbanı olduğunu başa düşmüşdür. Zöhrab onun və Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edərək pullarını ələ keçirmişdir. Qeyd etdiyi pul köçürmələrinə dair qəbzləri, Təqsirləndirilən şəxs əlyazmasını, onun verdiyi məktubları istintaq zamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 məxsus 3000 manat, ona məxsus isə ümumilikdə 8400 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Ona dəymiş ümumilikdə 8400 manat pul ödənilmədiyinə görə şikayətçidir, həmin məbləğin Təqsirləndirilən şəxs onun xeyrinə tutulması ilə bağlı mülki iddia qaldırmışdır. Təqsirləndirilən şəxs qanuna müvafiq cəzalandırılmasını və mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs2, onun nümayəndəsi (vəkil) Nümayəndə təmsil etdiyi şəxsin dəlillərini müdafiə edərək mülki iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Əli qızı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində tanımışdır. Belə ki, özünə məxsus torpaq sahəsi ilə bağlı mülki mübahisəyə görə davamlı olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə getmiş, bir gün orada həmin xidmətin işçisi ilə söhbət edərkən ona həmin məsələnin yalnız mülki məhkəmədə həll olunacağını deyərkən Təqsirləndirilən şəxs orada divanda əyləşmişdir. Həmin vaxt Zöhrab ona yaxınlaşaraq qeyd olunan məsələ ilə bağlı köməklik göstərə biləcəyini deyərək özünü Bakı Apellyasiya Məhkəməsində vəkil olaraq təqdim etmişdir. Bundan əlavə orada olan hakimləri tanıdığını və ona həmin məsələ ilə bağlı rahatlıqla yardım edəcəyini bildirmişdir. Söhbət zamanı Zöhrab həmçinin Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdiyini də qeyd etmişdir. Zöhrabın zahirən normal bir insan olduğuna, səliqəli geyiminə və səlist danışığına inanıb, məsələnin həll olunmasında hər hansı vasitə axtardığı üçün ona inanıb problemi haqqında danışmış və telefon nömrəsini də vermişdir. Tanışlıqdan sonra, yəni 05 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun telefon nömrəsinə zəng edərək görüşməyin vacibliyini vurğuladığından, həmin gün onunla görüşmüşdür. Zöhrab ona mülki mübahisənin məhkəmədə həll olunması üçün 2000 manat pul vəsaitinin lazım olacağını deyərək aralarında müqavilənin rəsmiləşdirilməsi üçün “Asan Xidmət” mərkəzinə getməli olduqlarını bildirmişdir. “Asan Xidmət” mərkəzinə getdikdən sonra onunla birlikdə olan bacısı oğlu X13 2000 manat pul vəsaitinin hamısını Zöhraba verməkdən boyun qaçıraraq ondan şübhələndiyini deyib ilk olaraq Zöhraba 1000 manat pul vəsaiti vermiş və “Asan Xidmət” mərkəzində “Kredit müqaviləsi” imzalamışlar. Bir neçə gün sonra Təqsirləndirilən şəxs yenidən əlaqə saxlayaraq 150 manat pul vəsaitinin məhkəmə işləri üçün lazım olduğunu bildirdiyi üçün o, yaşadığı ünvan 24 ünvanında 150 manat pul vəsaitini mobil tətbiq vasitəsi ilə Zöhraba məxsus olan "xxxx" kartına göndərmişdir. 10-12 gün sonra Zöhrab yenidən əlaqə saxlayaraq təcili pul lazım olduğunu, məsələnin həlli ilə bağlı nəticə hissəsinin qaldığını bildirdiyindən Zöhrabın istəyi ilə ona məxsus "xxxx" kartına 500 manat pul vəsaitini 19 may 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 157 ünvanda yerləşən “Araz market”dəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Daha sonra əlaqə saxlayan vaxt Zöhrab ona məhkəmədə işlərin bir qədər gecikdiyini və həll olan zaman məlumat verəcəyini bildirmişdir. Həmin ilin iyun ayının əvvəllərində əlaqə saxlayıb işləri ilə maraqlandıqda Zöhrab ona sənədin hazır olduğunu, lakin 200 manat pul vəsaitinin tələb olunduğunu dediyi üçün üzərində həmin məbləğdə pul olmaması səbəbindən qardaşı oğlu X17 zəng edib Zöhraba pul göndərməsini xahiş etmiş və Kənan da Zöhrabm "xxxx" kartına 200 manat pul vəsaitini İmişli rayonunda olarkən ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Daha sonra Zöhrabla əlaqəyə keçməyə çalışsa da, Zöhrab onun telefon zənglərinə cavab verməmiş, daha sonra isə telefonu söndürmüşdür. O, Təqsirləndirilən şəxs məxsus bank kartına 19 may 2023-cü il tarixdə “MilliÖn” terminalı vasitəsi ilə gösdərdiyi pul vəsaitinin qəbzinin fotoşəklini, 05 may 2023-cü il tarixdə 7 saylı “Asan Xidmət” mərkəzində bağladıqları borc müqaviləsini, 05 may 2023cü il tarixdə 7 saylı “Asan Xidmət” mərkəzində ona verdiyi etibarnamənin surətini və 05 may 2023-cü il tarixdə “Asan Xidmət” mərkəzində ödədiyi 1000 manat pul vəsaitinin qəbzini istintaq zamanı təqdim etmişdir. Qardaşı oğlu X14 və bacısı oğlu X7 onun əvəzində pul vermələri ilə bağlı şikayətləri yoxdur, belə ki, həmin pulları onlardan özü borc olaraq almış və onlara geri qaytarmışdır. 05 may 2023-cü il tarixdə ünvan 6 ünvanda yerləşən 7 saylı “Asan Xidmət” mərkəzində verilən 1000 manat, 10 may 2023-cü tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 157 ünvanında yerləşən “Araz market”də quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Zöhraba məxsus "xxxx" ASC-yə aid 409558****1052 saylı hesaba köçürdüyü 150 manat, 19 may 2023-cü il tarixdə həmin ünvanda eyni bank hesabına köçürdüyü 500 manat, 2023-cü ilin iyun ayının ortalarında onun tapşırığı ilə qohumu X23 tərəfindən İmişli rayonunda ödəmə terminalı vasitəsi ilə həmin bank hesabına köçürülmüş 350 manat, ümumilikdə 2000 manat pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmişdir. Ona dəymiş ümumilikdə 2000 manat məbləğində maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir, pulunu tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, “28 May” metrostansiyasının yaxınlığında, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən mağazada çalışmış, orada icarəyə yer götürərək Şahid2 Həmzət qızı ilə birlikdə foto və video montaj, çap xidmətləri, sənədlərin kserosurətlərinin çıxarılması işləri ilə məşğul olmuşlar. Təqsirləndirilən şəxs onların daimi müştərilərindən olmuş, işlədiyi mağazanın xidmətlərindən istifadə etmişdir. Təqsirləndirilən şəxslə ilk tanışlığında o, özünü “Asan Xidmət” mərkəzinin arxiv rəisi olduğunu bildirərək təqdim etmişdir. Təqsirləndirilən şəxs əsasən əl yazma üsulu ilə yazılmış mətnləri gətirərək onları kompüter vasitəsi ilə elektron sənədə (“word” fayla) yığmalarını, həmçinin “WhatsApp” mobil tətbiqi vasitəsi ilə göndərdiyi, eləcə də şəxsən sərt yaddaş daşıyıcısında (fləşka) gətirdiyi “PDF” və digər formatlı elektron fayllarda olan sənədləri çap etdirmişdir. Həmin işlərin görülməsi üçün zəhmət haqqı olaraq müəyyən məbləğdə pul vəsaitləri də ödəmişdir. Həmin vaxtlar iş masasında olan kompüterdə “Zöhrab mwellim” adlı qovluq Təqsirləndirilən şəxs üçün yaradılmış və içərisində olan müxtəlif formatlarda olan foto və sənədlər ona məxsus olmuşdur. Qovluqda olanlardan adı “İMG (1)” kimi qeyd edilmiş PDF formatlı faylda olan başlığında “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi” qeyd olunmuş sənədi Təqsirləndirilən şəxs onlara çap olunması üçün gətirmiş və həmin fotoşəkil olduğu kimi, dəyişdirilmədən çap edilərək ona verilmişdir. “img463” kimi qeyd edilmiş PDF formatlı faylda olan məzmununda 1 saylı notariat ofisinin QR kod, möhür və imzası olan sənədi Təqsirləndirilən şəxs onlara “WhatsApp” mobil tətbiqi vasitəsi ilə göndərmiş və rəngli formada çap olunduqdan sonra şəxsən götürmüşdür, “lisenziya” adlı faylda olan sənədi Təqsirləndirilən şəxs ofislərində həm kserosürətini çıxarıb, həm də skan edərək kompüterdə gələcəkdə ona lazım olacağı üçün saxlamaqlarını xahiş etmişdir, “nazsss” adlı faylda olan fotoşəkillər həmin qovluğa səhvən düşmüş və Təqsirləndirilən şəxs heç bir aidiyyəti olmamışdır, “send” adı ilə qeyd edilmiş PDF formatlı faylda olan məzmununda 1 saylı notariat ofisinin QR kod, möhür və imzası olan sənədi Təqsirləndirilən şəxs ona yenə də “WhatsApp” mobil tətbiqi vasitəsi ilə göndərmiş və rəngli formada çap olunduqdan sonra şəxsən götürmüşdür. Məzmununda “Asan Xidmət”in möhürü olan “SKM_C224e**********0” adlı sənədi xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs özü ilə ofislərinə gətirmiş, tərəfindən sənədin həm surəti çıxarılmış, həm də skan edilərək kompüterdə saxlanılmışdır. “XİDMƏTİ MÜQAVİLƏ” və “XİDMƏTİ MÜQAVİLƏ.docx xetti” başlıqlı və eyni adlı sənədləri o, Təqsirləndirilən şəxs tərəfindən gətirilmiş əl yazma üsulu ilə yazılmış sənəddən onun xahişi ilə “word” formatlı fayla yığaraq ona çap edərək təhvil vermişdir. Əl yazmadan elektron qaydada sənədin yığılması üçün zəhmət haqqı 2 manat təşkil etmişdir. Çap işləri isə rəngli olub-olmamasından asılı olaraq zəhmət haqqı 10-20 qəpik arasında dəyişmişdir. Bir dəfə də Təqsirləndirilən şəxs “Asan Xidmət”in loqosunu internetdə olan nümunədən istifadə etməklə 5x5 ölçüdə 4 dənə stiker, yəni arxası yapışqanlı kağız parçaları rəngli olaraq çap olunmasını xahiş etdiyi üçün onu icra etmiş və bunun müqabilində Təqsirləndirilən şəxs zəhmət haqqı kimi 10 manat pul almışdır. Həmin stikerləri Zöhrab yaxalıqların içərisinə vuraraq işçilərə xidməti yerlərində taxmaları üçün verəcəyini bildirmişdir. Rəsmi möhür olan sənədlərin surətini çıxaran zaman çox hallarda arxasına “surət” sözü yazılmış möhür vurmuşdur. Təqsirləndirilən şəxs hazır gətirdiyi və onun çap etdiyi Azərbaycan Respublikası Məhkəmə X25 Resursları və Analitik sektorun müdiri Reyhan Quliyevanın adından surəti vətəndaş Zərərçəkmiş şəxs2, əsli Bakı Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının sədri Namiq Cəfərova ünvanlanan, vərəqin arxa fonunda “Femida” rəsmi əks olunmuş sənədi və Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərovun adından vətəndaş Zərərçəkmiş şəxs2 göndərilən məktubu o, tərtib etməmiş və sənəddə olan QR kodu ora yerləşdirməmişdir. Təqsirləndirilən şəxs heç bir vaxt 100 və 40 manat məbləğində pul vəsaiti almamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona iş gördürməyə gələndə hər dəfə onu təhqir etmiş, “bu nə yaşayışdır, yaşayırsınız, 20 qəpiyə işləyirsən, naharı bulka ilə edirsən” demişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 Həmzət qızının iştirakının təmin edilməsi mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilərkən onun, Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 320.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1-2) - 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 320.1-ci maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.4 və 320.1-ci maddələrin tövsif edilmişdir. (İİ cild i.v. 126-127) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 01 dekabr 2023-cü il tarixli 4/1784-5/1591 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş, 15 mart 2023-cü il tarixli xidməti müqavilənin əlyazma mətni və “Vəsait alan” qrafasındakı imza, 7 iyun 2023-cü il tarixli xidməti müqavilənin əlyazma mətni və “Vəsait verən” qrafasındakı imza, 2 dekabr 2022-ci il tarixli 415 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin kserosurətinin 2-ci vərəqində “Müraciət edən:” qrafasında “Təqsirləndirilən şəxs” yazıları - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 15 mart 2023-cü il tarixli xidmət müqaviləsində “Vəsait verən” qrafasındakı imzanın, 7 iyun 2023-cü il tarixli xidməti müqavilədə “Vəsait alan:” qrafasındakı imzanın, 2 dekabr 2022-ci il tarixli 415 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin kserosurətinin 2-ci vərəqində “Vəkil:” qrafasındakı imzanın, üzərində “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi” yazılmış 1 ədəd, üzərində “Azərbaycan Respublikasının Ali Məhkəməsi” yazılmış 1 ədəd, üzərində “Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi” yazılmış 1 ədəd, üzərində “Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurası” yazılmış 1 ədəd, üzərində ““Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi” yazılmış 1 ədəd sənədlərdəki imzaların Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxş (şəxslər) tərəfindən icra olunubolunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 8 ədəd üzərində “Xidməti müqavilə” və s. yazıları olan boş blankları, 15 mart 2023-cü il tarixli Xidməti müqavilənin blankı ofset çap üsulu ilə hazırlanmışdır. Tədqiqata təqdim edilmiş Hüquqi yardımının göstərilməsi haqında 2 dekabr 2022-ci il tarixli 415 nömrəli müqavilə və üzərindəki əlyazısı və imza, Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli ******* nömrəli məktub (2 rəqəmi ilə işarə edildi), Məhkəmə Hüquq Şurasının 17 iyul 2023cü il tarixli 17/***-*******96 nömrəli məktubu və üzərindəki imza, Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(103)-9641/2023 nömrəli məktubu, Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli arayışı elektrofotoqrafik çap üsulu ilə hazırlanmışdır. Tədqiqata təqdim edilmiş 8 ədəd üzərində “Xidməti müqavilə” və s. yazıları olan boş blanklarının arxa tərəfindəki möhür əksi və imza, Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli ******* nömrəli məktub (1 rəqəmi ilə işarə edildi), Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2 (103)-7034/2022 nömrəli qərardad, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 17 noyabr 2022-ci il tarixli DYP-545000491 nömrəli məktubu, Ali Məhkəmənin 09 dekabr 2022-ci il tarixli ********* nömrəli məktubu, Milli Arxiv İdarəsinin 17 noyabr 2022ci il tarixli DA-02094-2022 nömrəli məktubu və üzərindəki möhür əksi 15 mart 2023-cü il tarixli Xidməti müqavilənin arxa tərəfindəki möhür əksi və imza şırnakı çap üsulu ilə hazırlanmışdır. Tədqiqata təqdim edilmiş Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 17 noyabr 2022-ci il tarixli DYP-545000491 nömrəli məktubda, Ali Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli ********* nömrəli məktubda, Milli Arxiv İdarəsinin 17 noyabr 2022-ci il tarixli DA-02094-2022 nömrəli məktubda, Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(103)-9641/2023 nömrəli məktubda olan imzalar hər hansı texniki qurğu vasitəsi ilə deyil, birbaşa qələmlə icra edilmişdir. (İİİ cild i.v. 169-174) - 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.4, 320.1. və 320.2-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona yenidən ittiham elan edilmiş, cinayət işi üzrə X18 ilə bağlı epizoda hüquqi qiymət verilməsi üçün həmin xüsusatla bağlı ayrıca material ayrılmış, X9 qarşı törədilmiş dələduzluq cinayəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsində həyata keçirilən prosesdə onun xeyrinə qərar çıxarılacağına köməklik göstərəcəyini vəd edən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 və Şahid2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin disposiziyasında göstərilən hərəkətlərə Təqsirləndirilən şəxslə qabaqçadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi halları müəyyən edilmədiyindən həmin xüsusatla bağlı cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs adları qeyd olunan zərərçəkmiş şəxslərə qarşı dələduzluq əməlini törədərkən Azərbaycan Respublikası CMnin 178.2.1-ci maddəsinin disposiziyasında göstərilən hərəkətlərə, yəni öz cinayət əməlini qabaqçadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi halları müəyyən edilmədiyindən həmin xüsusatla bağlı cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinin tərkibi yaranmadığından barəsində Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalov tərəfindən 05 sentyabr 2023-cü il tarixli qərarla hüquqi qiymət verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 32.4,312-ci maddələrinin tərkibi yaranmadığından barəsində həmin xüsusatla bağlı cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxslərin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddələrinin tərkibi yaranmadığından barəsində həmin xüsusatla bağlı cinayət təqbinin başlanması rədd edilmiş, ekspertiza tədqiqatına təqdim edilmiş və Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş sənədlər cinayətin predmeti olduğu üçün maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs məxsus ******* saylı hərbi bilet, ******* saylı hərbi bilet, C00225463 saylı pasport, ******* saylı əmək kitabçası, 003732 saylı doğum haqqında şəhadətnamə, 016649 saylı attestat, **********745117, **********338094, **********309703, **********4350, **********461127, **********544310 və **********156292 saylı plastik kartları, **********02 saylı tibbi müayinə kartı, 4J5V9PK saylı şəxsiyyət vəsiqəsi, 1 ədəd peyvənd sertifikatı, 1 ədəd “Ketel” markalı mobil telefon, 1 ədəd “Vivo” markalı mobil telefon, 1 ədəd üzərində “Fab” yazılmış kitabça və 1 ədəd portmanat maddi sübut əhəmiyyət kəsb etmədiyindən saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, 4J5V9PK saylı şəxsiyyət vəsiqəsi cinayət işinin materiallarına əlavə edilmişdir. (İİİ cild i.v. 175-191) - 26 aprel 2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 1(007)-187/2024 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, evində axtarış aparılarkən götürülmüş və Nizami rayon polis idarəsində saxlanılan müvafiq əşyaların ona qaytarılmasını xahiş etmişdir. Qeyd olunan ərizə aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon polis idarəsinə göndərilməklə, cinayət işi üzrə maddi sübut qismində tanınmamış və məhkəmənin yekun aktı ilə taleyi həll edilməyəcək əşyaların Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs qaytarılmasının mümkünlüyü məsələsinin həlli xahiş edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı götürülmüş, lakin maddi sübut hesab edilməyən şəxsi əşyalar özünə qaytarılması üçün, Bakı şəhəri Nizami rayon polis idarəsinin 22 aprel 2024-cü il tarixli 52/2-14276/24 nömrəli məktubu ilə, məhkəməyə göndərilmişdir. Odur ki, aşağıda qeyd olunan əşyalar, məhkəmə iclasında iştirak etməsi üçün 26 aprel 2024-cü il tarixdə Bakı istintaq təcridxanasından gətirilmiş Təqsirləndirilən şəxs təhvil verilmişdir: 1. Təqsirləndirilən şəxs məxsus SX ******* nömrəli hərbi bilet 01 ədəd; 2. Təqsirləndirilən şəxs məxsus AO ******* nömrəli hərbi bilet 01 ədəd; 3. Təqsirləndirilən şəxs məxsus C00225463 nömrəli pasport 01 ədəd; 4. Təqsirləndirilən şəxs məxsus ******* nömrəli əmək kitabçası 01 ədəd; 5. Təqsirləndirilən şəxs məxsus AZ- İİİ 003732 nömrəli doğum haqqında şəhadətnamə 01 ədəd; 6. Təqsirləndirilən şəxs məxsus BB 016649 nömrəli attestat 01 ədəd; 7. Təqsirləndirilən şəxs məxsus 5239-1517- 8974-5117, 4169-7385-1833-8094, 4127-2044-4130-9703, 4127-2211-1411-4350, 4127- 2141-2446-1127, 5239-1517-6554-4310 və 4098-5844-9215-6292 nömrəli plastik kartlar - 07 ədəd; 8. Təqsirləndirilən şəxs məxsus 3574-4289-4002 nömrəli tibbi müayinə kartı 01 ədəd; 9. Təqsirləndirilən şəxs məxsus peyvənd sertifikatı 01 ədəd; 10. Üzərində “Fab” sözü yazılmış kitabça 01 ədəd; 11. Portmanat 01 ədəd; 12. X15 aid 325214 nömrəli ölüm haqqında şəhadətnamə 01 ədəd; 13. X11 aid ölüm haqqında 637 nömrəli arayış 01 ədəd. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli, 4J5V9PK FİN kodlu şəxsiyyət vəsiqəsi 01 ədəd yekun məhkəmə aktının icrasınadək cinayət işinin materiallarında saxlanılmış; 01 ədəd “Kgtel” markalı və 01 ədəd “Vivo” markalı mobil telefonlar sübut əhəmiyyətinə malik ola biləcəyi ehtimalına görə yekun məhkəmə aktı ilə taleyi həll olunanadək cinayət işinin materiallarında saxlanılmış; AH07076781 nömrəli və BC13561269 nömrəli 02 ədəd özəlləşdirmə çeki maddi dəyərli olduğundan, Təqsirləndirilən şəxs hazırda istintaq təcridxanasında saxlanıldığından, yekun məhkəmə aktı ilə taleyi həll olunanadək cinayət işinin materiallarında saxlanılmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertizanın rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsləri aldadaraq onların pullarını əvəzsiz və qanunsuz olaraq ələ keçirməyə yönəlmiş niyyəti onlara qarşı dələduzluq cinayətini törətməzdən əvvəl yaranmış və həmin niyyəti həyata keçirmək üçün həqiqəti özündə əks etdirməyən, müvafiq orqanların məktublarını, sənədlərini qanunsuz hazırlamaqla onlardan istifadə edib zərərçəkmiş şəxsləri inandıqmaqla pullarını ələ keçirmiş, niyyətinə nail olmaq üçün zərərçəkmiş şəxslərin iradəsinə məhz aldatma yolu ilə təsir göstərmişdir. Hansı ki, bu hal, özgə pullarını ələ keçirməyin üsulu olmaqla bu hərəkətləri etməkdə təqsirləndirilən şəxsin niyyəti məhz zərərçəkmiş şəxsləri aldatmaqla pullarını ələ keçirməyə yönəlmişdir. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrar; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanları ödəməmiş, zərərçəkmiş şəxslərlə barışmamış, bundan irəli gələrək cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin həmin əməllərə münasibətdə Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi 16 avqust 2023-cü il tarixdə saat 19:30-da tutulmuşdur. (İ cild i.v. 90-91) - 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 222-226) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 fevral 2024-cü il tarixli tələbnamədən, 17 saylı cəzaçəkmə müəssisəsinin 21 fevral 2024-cü il tarixli 3-16-17/33/2-620/2024 nömrəli məktubundan və həmin müəssə rəisinin müvafiq orqanlarla razılaşdırılmış 02 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 yanvar 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 oktyabr 2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 sentyabr 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 320.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş 04 ay 06 gün hissəsindən azad edilmişdir. -Tibbi-Sosial Ekspert Komissiyasının “Forma 88” üzrə məlumatından görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə məhkumluğu ödənilmişdir, sonuncu, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmünə münasibətdə, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərin cəzadan azad edilmələri, həmin Qanunun 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad olunan hökmlə az ağır cinayət hesab olunan əmələ görə azadlıqdan məhrum etmə növündə çəkdiyi cəzanın çəkilməmiş 04 ay 06 gün hissəsindən Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən azad edildiyindən o, məhkumluğu olmayan şəxs hesab olunur, əməlində cinayətlərin residivi yaranmır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması və bu halın məsuliyyəti ağırlaşdıran hal hesab edilməsi barədə müddəalar ittiham aktından xaric edilməklə nəzərə alınmamalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən və az ağır cinayət əməlləri törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərinə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə əsaslar yoxdur. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə ona qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia məsələsinə ayrıca qiymət veriləcəkdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bank sənədləri və məhkəmə-xətşünaslıq ekspertizasının predmeti olmuş sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “Kgtel” markalı mobil telefon, 01 ədəd “Vivo” markalı mobil telefon, AH07076781 nömrəli və BC13561269 nömrəli 02 ədəd özəlləşdirmə çeki Təqsirləndirilən şəxs azadlığa buraxılmasından sonra müraciəti əsasında özünə və ya ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) qaytarılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə mülki iddiaların həlli ilə bağlı məsələlər üzrə qeyd edir ki, iş üzrə müvafiq zərərçəkmiş şəxslər məhkəmə baxışı zamanı mülki iddia vermişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs hüquqverən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla və qanunsuz hazırlayaraq istifadə etmiş və etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, bununla da mülki iddiaların həmin hissədə faktiki olaraq əsaslı olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs, mülki iddiaçı Təqsirləndirilən şəxs cinayət əməllərini tam olaraq etiraf etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə mülki iddiaların maddi ziyanın tutulması ilə bağlı hissələrinə münasibətdə qeyd edir ki, belə mülki iddiaları zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 qaldırmışlar. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs5 26132 manat, Zərərçəkmiş şəxs2 8400 manat məbləğlərində maddi ziyan dəyməsi, həmin hissələrdə mülki iddiaların verilmiş ittiham daxilində olması öz təsdiqini tapmışdır, ona görə məhkəmə hesab edir ki, mülki iddialar həmin hissələrdə əsaslı hesab olunaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki iddiaçılardan Zərərçəkmiş şəxs5 həmçinin, mülki cavabdehdən onun xeyrinə 5000 manat faiz borcunun tutulmasını tələb etmişdir. Lakin mülki iddiaçı, burada, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, mülki cavabdehin ona məxsus pull vəsaitindən qanunsuz istifadə etməsi nəticəsində faiz borcunun yaranmasının əsaslarını göstərməmişdir, faiz borcunun hesablanma mexanizmi aydın deyil, ümumiyyətlə fiziki şəxs olaraq mülki iddiaçının belə növdə pul tələb etməsinin hüquqi əsasları da yoxdur. Ona görə məhkəmə hesab edir ki, mülki iddia həmin hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə mülki iddiaçıların iddia ərizələrinin verilməsi üçün müvafiq qaydada hesablanmaqla ödədikləri dövlət rüsumlarının əvəzi mülki cavabdehdən onların xeyrinə tutulmalıdır. Məhkəmə diqqətə çatdırır ki, cinayət işi üzrə digər zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb edən həmin zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçilərin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından dövlət hesabına təyin olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddət üçün (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatına 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs5 mülki iddiası qismən təmin edilsin. Maddi ziyana görə 26132.00 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 183 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs5 ödənilsin. Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin. Maddi ziyana görə 8400.00 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 104 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdikləri halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ iş üzrə digər zərərçəkmiş şəxslərə izah edilsin. Məhkəmə məsrəfi olan 127 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Maddi sübut qismində tanınmış bank sənədləri və məhkəmə-xətşünaslıq ekspertizasının predmeti olmuş sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “Kgtel” markalı mobil telefon, 01 ədəd “Vivo” markalı mobil telefon, AH07076781 nömrəli və BC13561269 nömrəli 02 ədəd özəlləşdirmə çeki Təqsirləndirilən şəxs azadlığa buraxılmasından sonra müraciəti əsasında özünə və ya ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-187/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-187/2024
14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver