Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-189/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə, qəti olaraq 02 il 02 ay azadlıqdan məhrum etmə cəzasına və 1000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum cəzası 6 ay azaldılmış, 08 aprel 2022-ci ildə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 1000 manat cərimə cəzasından azad edilmiş və məhkumluğu üzərindən götürülmüş, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində ünvan 3 ünvanda tanışı Şahid1 qanunsuz olaraq satış məqsədi olmadan 01 bükümdə təmiz çəkisi 1,283 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat pul müqabilində əldə edib, üzərində saxlamaqla daşımış, həmin gün saat 18:30 radələrində Nizami RPİ-nin NMB-in əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbriləri nəticəsində ünvan 4 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən Nizami RPİ-nin 24-cü Polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şaffaf sellofana bükülmüş 1,283 qram çəkidə olan ağ rəngli kristallaran ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 17 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində tanışı Şahid1 yaşadığı ünvan 7 ünvanda ondan 10 manat qarşılığında 01 ədəd psixotrop maddə metamfetamin alaraq evi tərk etmişdir. Təqribən yarım saatdan sonra həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 56 ünvanının yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu polisə dəvət etmişlər, onun üzərində psixotrop maddə olduğundan ilk öncə onlarla birlikdə getməyə tərəddüd etmiş, lakin bunun mənasız olduğunu düşünüb onlarla birlikdə polis şöbəsinə getmişdir, burada onun üzərinə video çəkiliş ilə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmiş, bundan başqa həmin şalvarın cibindən özünə məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Polislər tərəfindən həmin bükümə baxış keçirilmiş və zərfə qoyularaq möhürlənmiş, üzərindən aşkar edilən telefon sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən başqa qeyri-qanuni əşya aşkar edilməmişdir. O, polisə gətirilərkən və ya araşdırmanın digər mərhələlərində ona qarşı hərhansı psixi və ya fiziki təsir edilməmişdir, ifadəsini öz irdasi ilə sərbəst şəkildə vermişdir. Sonda Təqsirləndirilən şəxs, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami Rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında bölmənin əməkdaşı Şahid3 də tərkibinə daxil olduğu əməliyyat qrupu yaradılmış, keçirilən əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs ətrafında bir qədər müşahidələr apardıqdan sonra saat 18:30 radələrində ünvan 4 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq ona özlərini təqdim edib narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Nizami RPİnin 24-cü Polis şöbəsinə gətirib bu barədə raportla məruzə edib onu təhqiqatçı Nəriman Əzizova təhvil vermişlər. Bir qədər sonra Nəriman Əzizov onun və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə həmin şöbənin təhqiqatçısı Murad Mirzəyev tərəfindən aparılan videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşya və maddələri təhvil verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd sellofan bükümü və əynində olan gödkəçənin cibindən 01 ədəd telefonu çıxarıb təqdim etmiş, həmin bükümə baxış keçirilərkən bükümün içərisində ağ rəngli, kristal formada olan, psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixotrop maddəni əvvəllər də psixotrop maddə aldığı “Roma” kimi tanıdığı şəxsdən 10 manat qarşılığında almışdır. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa qeyri-qanuni əşya aşkar edilməmiş, onun üzərindən aşkar edilmiş 01 büküm psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən zərfə qoyular möhürlənmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün işktirakçılar, o cümlədən də onun tərfindən imzalanmışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni “Roma” adlı şəxsdən əldə etməsi ilə bağlı bildirdikləri əməliyyat yolu ilə yoxlanılaraq, Roma adlı şəxsin Şahid1 olduğu müəyyən edilmiş, 17 oktyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Şahid3 ilə birlikdə keçirdikləri əməliyyat tədbiri nəticəsində Şahid1 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 56 ünvanının yaxınlığında saxlayaraq 24-cü Polis şöbəsinə gətirmiş, bu barədə qanuna və təlimatlara müvafiq olaraq məruzə etmiş və onu təhqiqatçı Nəriman Əzizova təhvil vermişlər. Bir qədər sonra təhqiqatçı Nəriman Əzizov onun, Şahid3, vəkil Polad Mehdiyevin və tərcüməçinin iştirakı ilə Şahid1 Aleksandroviçin üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış zamanı Şahid1 edilən təklifdən sonra əynində olan şalvarın ciblərindən 01 ədəd elektron tərəzi, 01 ədəd pulqabı və 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirlərkən onun içərisində ağ rəngli, kristal formada olan, psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Həmin maddəyə baxış keçirildikdən sonra təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş, bundan başqa onun üzərindən aşkar edilmiş 01 ədəd elektron tərəziyə baxış keçirilmiş, Şahid1 bildirmişdir ki, həmin tərəzidən psixotrop maddələrin çəkisini müəyyənləşdirmək üçün istifadə edir. Həmin tərəzi də təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa onun üzərindən aşkar edilmiş pulqabına da baxış keçirilmiş, lakin orada qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərindən qeyd edilənlərdən başqa qeyri-qanuni əşya aşkar edilməmişdir. Sonda təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün iştirakçılar, o cümlədən özü tərəfindən imzlanmışdır. Şahid Nizami RPİ-nin X1 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 məhkəmə iclasında Şahid2 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında 17 oktyabr 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş 01 ədəd diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən Nizami RPİ-nin NMBnin əməkdaşları Şahid3 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilən təklifdən sonra əynində şalvarın sağ yan cibindən 01 ədəd bükümü, əynində olan gödəkçənin sağ yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim edir. Həmin bükümə baxış keçirilən zaman bükümün içərisində ağ rəngli kristal formada olan, psixotrop maddə metamfetaminə bənzər maddə olduğu görünür. Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümü 17 oktyabr 2022-ci il tarixdə “Roma” adlı şəxsdən 10 manat qarşılığında şəxsi istifadəsi üçün əldə etmişdir, o, əvvəllər də həmin şəxsdən psixotrop maddə metamfetamin almışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qanunla qadağan edilmiş əşya, maddə və ya predmet aşkar edilmir. Onun üzərindən aşkar edilmiş 01 ədəd büküm zərfə qoyularaq möhürlənir. - Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında 17 oktyabr 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş 01 ədəd diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən Nizami RPİ-nin NMB-nin əməkdaşları Şahid3 və Şahid2, 06 saylı vəkil bürosunun vəkili Polad Mehdiyevin və tərcüməçinin iştirakı ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 ona edilən təklifdən sonra əynində şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli elektron tərəzini, sol arxa cibindən 01 ədəd pulqabını, sağ yan cibindən 01 ədəd telefonu və sağ yan cibindən 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal formada olan psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmiş, Şahid1 bildirmişdir ki, həmin maddəni Mehdi adlı İran vətəndaşından almışdır. Bundan başqa o, bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd tərəzini psixotrop maddənin çəkisini müəyyən etmək üçün istifadə edir. Həmin 01 ədəd büküm və 01 ədəd tərəzi təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid1 üzərində başqa qanunla qadağan edilmiş əşya, maddə və ya predmet aşkar edilmir. - Məhkəmə-kimyəvi ekspertizasının 18 oktyabr 2022-ci il tarixli 6/6019 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N164” dairəvi əksi olan “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,283 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazrılanmış psixotrop maddə-metamfetamindir. - Məhkəmə-kimyəvi ekspertizasının 18 oktyabr 2022-ci il tarixli 6/6018 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N164” dairəvi əksi, “Şahid1 üzərindən aşkar edilmiş maddə” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,545 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazrılanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün N164” dairəvi əksi, “Şahid1 üzərindən aşkar edilmiş elektron tərəzi” yazısı və imzalar olan zərfdəki bir ədəd arxasında “200g/0.01” yazısı olan “gümüşü” rəngli elektron tərəzinin üzərində metamfetamin izləri vardır. Öz şəkilində olduğu üçün, metamfetaminin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Şahid1 üzərindən aşkar edilmiş metamfetamin və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. - Məhkəmə-narkoloji ekspertizasının 07 yanvar 2023-cü il tarixli 46 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Sübutların qiymətləndirilməsi haqqında 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, 07 yanvar 2023-cü il tarixdə cinayət işi materiallarından ayrıca icraata Şahid1 barəsində Azərabycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayırılaraq icraata qəbul edilmiş, şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə təmiz çəkisi 0,545 qram olan psixotrop maddə metamfetamindən 0,05 qramı tədqiqata sərf edildikdən sonra qalan 0,495 qram metamfetamin və üzərində metamfetamin izləri olan, arxasında “200g/0.01” yazısı olan gümüşü rəngli tərəzi və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,283 qram psixotrop maddə metamfetamindən 0,05 qramı tədqiqata sərf edildikdən sonra qalıq 1,233 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və həmin cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi materiallarına əlavə edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 1(007)- 186/2023 saylı hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesablanmış, o cümlədən həmin iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,495 qram olan psixotrop maddə metamfetamin və üzərində metamfetamin izləri, arxasında “200g/0.01” yazısı olan gümüşü rəngli tərəzinin məhv edilməsi, iki ədəd CD diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılması, məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərcinin Şahid1 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməsi hökm edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 oktyabr 2022-ci il tarixli tələbnaməsindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmünün və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarının surətlərindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə, qəti olaraq 02 il 02 ay azadlıqdan məhrum etmə cəzasına və 1000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum cəzası 6 ay azaldılmış, 08 aprel 2022-ci ildə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarına əsasən, “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş və çəkilməmiş 1000 manat məbləğində cərimə cəzasından azad edilmiş və Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 83.4-1-ci maddəsinə əsasən, əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan əlavə, iş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli tutma protokolundan və qətimkan tədbirinin seçilməsi haqqında 19 oktyabr 2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, 17 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 86 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 516 manat (86x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17 oktyabr 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs 86 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 516 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-189/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-189/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver