Məhkəmə qərarları › İş №1(007)-19/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-19/2022

21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-19/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, təqsirləndirilən şəxs - 08 avqust 1991-ci il tarixdə Lerik rayonunun Laman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi, ev 40B-də qeydiyyatda olmaqla yaşayan, 08 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 iyun 2021-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1990-cı il tarixdə Lerik rayonunun Laman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində 09 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən həmin cəzanın çəkilməmiş 01 ay 17 gün hissəsindən azad edilmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi, ev 40B-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan, 08 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 iyun 2021-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə və ictimai qaydanın pozulmasının qaışısını alan şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmişdir. Belə ki, o, qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 21 fevral 2021-ci tarixdə saat 21:30 radələrində kürəkənləri Zərərçəkmiş şəxs1 həmin gün saat 20 radələrində bacıları Şahid4 döyməsini bəhanə edərək, cüzi səbəbdən ictimai yer hesab edilən ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs1la mübahisə edib, orada yaşayan və hərəkət edən digər şəxslərin narahatçılığına səbəb olub, insanların sıx olduğu həmin ərazidə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq mənəviyyat normalarını tapdalayaraq, özünü digər şəxslərin fövqündə üstünlüyünü nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə ətrafda yaşayan vətəndaşların dincliyini pozaraq, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yerə yıxaraq qəsdən əli ilə sonuncunun üz nahiyyəsinə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ gözətrafı nahiyənin hematoması xəsarətini yetirdikdən sonra Təqsirləndirilən şəxs2 təyinatı istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçaq və əli ilə qəsdən Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol əlin arxa səthinin İİİ barmağın orta-distal falanqa oynağı proyeksiyasının şişkinlik halında əzilməsi ilə müşayiət olunan sol əlin İİİ barmağının orta falanqasının distal hissəsinin oynaqdaxili yerdəyişməsiz sınığı, alının ön səthinin bir ədəd kəsilmiş yarası və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bir ədəd alının ön səthinin səthi kəsilmiş yarası, sağ əlin arxa səthinin V barmağın proksimal-orta falanqa oynağı proyeksiyasının şişkinlik halında əzilməsi, sağ yanaq nahiyəsi, sağ əlin arxa səthində İİİ barmağın orta falanqa sümüyü proyeksiyası, İV barmağın orta falanqa sümüyü proyeksiyası və V barmağın orta falanqa proyeksiyasının sıyrıqları xəsarətlərini yetirmiş və həmin vaxt Təqsirləndirilən şəxs2 özünün və Təqsirləndirilən şəxs1 qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 da müqavimət göstərərək ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirib əlində olan həmin bıçaqla qəsdən sonuncunun qol nahiyəsinə vurub Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol bazunun bayır səthinin kəsilmiş yarası xəsarətini yetirərək qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə xuliqanlıq törətmişdir. Belə ki, o, qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 21 fevral 2021-ci il tarixdə saat 21:30 radələrində kürəkəni Zərərçəkmiş şəxs1 həmin gün saat 20 radələrində bacısı Şahid4 döyməsini bəhanə edərək, cüzi səbəbdən ictimai yer hesab edilən ünvan 1 ünvanının qarşısında mübahisə edib, orada yaşayan və hərəkət edən digər şəxslərin narahatçılığına səbəb olub, insanların sıx olduğu həmin ərazidə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq mənəviyyat normalarını tapdalayaraq, özünü digər şəxslərin fövqündə üstünlüyünü nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə ətrafda yaşayan vətəndaşların dincliyini pozaraq Zərərçəkmiş şəxs1 yerə yıxaraq qəsdən əli ilə sonuncunun üz nahiyyəsinə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ gözətrafı nahiyənin hemotoması xəsarətini yetirdikdən sonra Təqsirləndirilən şəxs2 təyinatı istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçaq və əli ilə qəsdən Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol əlin arxa səthinin İİİ barmağın orta-distal falanqa oynağı proyeksiyasının şişkinlik halında əzilməsi ilə müşayiət olunan sol əlin İİİ barmağının orta falanqasının distal hissəsinin oynaqdaxili yerdəyişməsiz sınığı, alının ön səthinin bir ədəd kəsilmiş yarası və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bir ədəd alının ön səthinin səthi kəsilmiş yarası, sağ əlin arxa səthinin V barmağın proksimal-orta falanqa oynağı proyeksiyasının şişkinlik halında əzilməsi, sağ yanaq nahiyəsi, sağ əlin arxa səthində İİİ barmağın orta falanqa sümüyü proyeksiyası, İV barmağın orta falanqa sümüyü proyeksiyası və V barmağın orta falanqa proyeksiyasının sıyrıqları xəsarətlərini yetirərək qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 fevral 2021-ci il tarixdə saat 21 radələrində bacısı Zeynəb ona zəng edib əri Şücaətin onu döydüyünü demişdir. O, həmin vaxt Ramana qəsəbəsində yerləşən evində olmuş və anasını işdən götürmək üçün getməyə hazırlaşmışdır. Zeynəb ona zəng etdikdən sonra o, anasını işdən götürərək bacısının yaşadığı Keşlə qəsəbəsinə getmişdir. Onlar bacısının evinə getdikdə orada bacısının burnundan xəsarət aldığını və evdə olan televizorun sındırıldığını görmüşlər. Zeynəb bunları Şücaətin etdiyini onlara bildirmişdir. Sonra polislər gələrək hadisə yerinə baxış keçirmiş, Zeynəbin izahatını almışlar, bundan sonra polislər və orada olan atası evi tərk etmişlər. Şücaət isə qohumu Rakifin evində olmuşdur. O, həmin vaxt həyətdə olan tanımadığı qonşu ilə mübahisə etmiş, qardaşı Abdulla isə onu sakitləşdirməyə çalışmışdır. Zeynəb gedərək Şücaəti evə çağırmışdır. Həmin vaxt bayırda onun Nadirlə və digər şəxslərlə mübahisəsi baş vermişdir. Həmin yerə Şücaət də gəlmiş, gələn kimi Abdullanı söyərək üstünə hücum çəkmiş və onu vurmaq istəmişdir. Abdulla isə özünü qorumaq məqsədilə Şücaətlə dalaşmışdır. Həmin vaxt Nadir qardaşı Abdullanı vurduğuna görə onunla mübahisə etmiş və üzərində olan bıçaqla onu qorxutmuşdur. Sonra o, Abdullanı Şücaətin üzərindən itələyərək özü Şücaətin üzərinə getmiş və onu bir dəfə vurmuşdur. Bu zaman ətrafda olan şəxslər onu Şücaətdən ayırmışlar və Nadir onun əlindən bıçağı alaraq götürmüşdür. Bıçaq əlində olsa da, o, Şücaəti və ya Nadiri bıçaqla vurmamışdır, bıçağı onları qorxutmaq üçün çıxarmışdır. Şücaət hadisə yerindən qaçaraq uzaqlaşmış, bundan sonra Şücaətlə söhbət etmək üçün onu axtarmağa başlamışdır. O, özünə məxsus “VAZ 2106” markalı avtomobilinə əyləşmiş, Rakif, Nadir və Abdulla ilə birlikdə Şücaəti məhəllədə axtarmağa başlamışlar. O, Şücaəti küçənin baş tərəfində görmüş və avtomobilini saxlayaraq onunla söhbət etmək istəmişdir. Lakin Şücaət onunla mübahisə etmiş və mübahisə zamanı yerə yıxılmışdır. Həmin vaxt Şücaət cibindən çıxardığı bıçaqla vurub ona xəsarət yetirmişdir. Bundan sonra hadisə yerinə polislər və təcili yardımın həkimləri gəlmişlər və onu xəstəxanaya aparmışlar. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs2 cəhd etməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 onunla barışmadığını, özünün əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 fevral 2021-ci il tarixdə saat 21 radələrində Buzovna qəsəbəsində öz işləri ilə məşğul olduğu vaxt qardaşı Vüsal zəng edərək bacısı Zeynəbin əri Şücaət tərəfindən döyüldüyünü demişdir. O, taksi ilə bacısı Zeynəbin yaşadığı evə getmiş, orada görmüşdür ki, qapının qarşısına bir çox insan yığışmışdır. X7 mübahisə etdiklərini görüb onları ayırmışdır. Bu zaman Şücaət həmin yerə gəlmiş, gələn kimi də söyüş söyərək üstünə hücum çəkmiş və onu vurmaq istəmişdir. O da özünü qorumaq məqsədilə Şücaətlə dalaşmağa başlamışdır. Bir neçə saniyə sonra Vüsal onu kənara itələyərək özü Şücaətlə dalaşmışdır. Bundan sonra o, Şücaətə yaxınlaşmamış və onu vurmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 göstərmişdir ki, o, hadisə zaman Şücaətlə dalaşsa da, bunu xuliqanlıq niyyəti ilə deyil, yalnız Şücaətin söyüş söyməklə onun üzərinə hücum edərək vurmaq istəməsindən sonra etmişdir. Eyni zamanda hadisə zamanı başqa heç kimi söyməmiş, təhqir etməmiş və xəsarət yetirməmişdir. Ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Lerik rayonu, Gürdəsər kəndində qeydiyyatda olsa da, 10 ilə yaxındır ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, həyat yoldaşı Şahid4 ilə 13 ildir ki, ailə həyatı qurmuşdur, bu evlilikdən iki oğlan və bir qız övladları vardır. Ailələli olduqları müddət ərzində bir neçə dəfə aralarında mübahisələri olmuşdur. Sonuncu dəfə Zeynəblə aralarında baş vermiş mübahisə ilə əlaqədar Zeynəb ondan boşanmaq üçün məhkəməyə müraciət etmişdir və atası X6 məhkəmə işlərində Zeynəbin hüquqlarını müdafiə etmək məqsədilə vəkil xərcləri üçün 600 manat ödəniş etdiyini bildirmişdir. Bundan əlavə Zeynəbin böyük qardaşı Şükür onun qardaşı qızı Arzu ilə ailə həyatı qurub, daha sonra boşanmışdır və alimentlə əlaqədar Şükürün təxminən 5000 manat aliment borcu yaranmışdır. Qaynatası Elşad ona həm aliment borcu ilə əlaqədar qardaşına aliment borcundan imtina etməsini deməyi, həm də vəkilə verdiyi 600 manatı ödəməyi üçün təzyiq etmişdir. O isə qardaşının onun işlərinə qarışmağına icazə vermədiyini, hazırda pulunun olmadığını, gələcəcəkdə yavaş-yavaş ödəcəyini Elşada demişdir. Qayınatası Elşad dəfələrlə ona bu cır təzyiqlər etmiş və bu səbəbdən yoldaşı Zeynəblə aralarında mübahisələr yaranmışdır. Sonuncu dəfə 21 fevral 2021-ci il tarixdə saat 17 radələrində işdən evə gəldikdə Zeynəbin atası Zeynəbə zəng edərək təkrarən vəkilə verdiyi pulu istəmişdir. Bir neçə saat keçdikdən sonra saat 20 radələrində onların yenidən sözlə mübahisələri yaranmışdır. O, əsəbləşib televizora yumruq vurmuş, daha sonra əli ilə Zeynəbi vurmuşdur. Zeynəb isə bu barədə atasına bildirmişdir. Bundan sonra o, evdən çıxıb qonşuluqda yaşayan dayısı oğlu Rakifin yaşadığı evə getmişdir. Orada bir müddət oturmuş və Rakifə bu barədə söhbət etmişdir. Saat 21:30 radələrində qayınatası Elşad, oğlu Vüsal və qayınanası Vilanaz Rakifin evinə gəlmişlər. Qapıya o, çıxdığına görə həmin şəxslər onunla mübahisə etməyə başlamışlar. 15 dəqiqə sonra həmin yerə gələn Elşadın böyük oğlu Abdulla da onunla mübahisə etməyə başlamışdır. O, həmin vaxt Vüsalın Nadirlə mübahisə etdiyini görmüş, Vüsala yaxınlaşanda Abdulla üzərinə düşüb onu döyməyə başlamışdır. Təxminən 1-2 dəqiqə ərzində Abdulla yumruqla onun baş, sifət, yanaq nahiyələrindən vurmuşdur. Bundan sonra Vüsal Abdullanı onun üzərindən itələmiş və üzərinə düşüb yenə də onu yumruqla vurmuşdur. Həmin vaxt Vüsalın əlində bıçaq olmuş və Vüsal bıçaqla vuraraq onun alın nahiyəsini kəsmişdir. Sonra Vüsalı ondan aralaşdırmışlar və o, hadisə yerindən qaçıb getmişdir. O, məhəllənin digər tərəfinə gedib özünə gəlmiş və təxminən 3-5 dəqiqə sonra Vüsal özünə məxsus “VAZ 2106” markalı avtomobillə gəlib onun olduğu yerdə avtomobildən düşüb üzərinə hücum etmiş, yumruqla sifət nahiyəsinə vuraraq onu yerə yıxmış və əlindəki bıçaqla üzərinə gəldikdə o, Vüsalın əlindən bıçağı almış və Vüsalın onu vurmasından ehtiyat edib ondan əl çəkməsi üçün Vüsalı bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs1 daha sonra ifadəsində göstərmişdir ki, ilk əvvəl onu Abdulla yumruq zərbələri ilə vurub ona baş, göz və alın nahiyələrindən xəsarət yetirmişdir. Sağ və sol əlində, barmaqlarında olan xəsarətləri isə Vüsal yetirmişdir. Vüsal əlində olan bıçaqla onun alın nahiyəsindən vurmuşdur. Hadisə zamanı Vüsalla Abdulla onu vurub xəsarət yetirməklə yanaşı təhqir də etmişlər. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmamışdır, ona vurulmuş maddi ziyan ödənilsə də, onlarla barışmaq fikri yoxdur. Qərar qəbul edilərkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun bibisi oğludur. Şücaət ailəsi ilə birlikdə yaxınlıqda, yəni P.Fərzəliyev küçəsi 184Z ünvanında yaşayır. Bundan başqa Şahid2 onun əmisi oğludur və o da qonşuluqda, yəni P.Fərzəliyev küçəsi 199R ünvanında ailəsi ilə birlikdə yaşayır. Şücaət evlidir və nikahından 3 uşağı vardır. Təqsirləndirilən şəxs2 və Liftiyev X2 qayınlarıdır. 21 fevral 2021-ci il tarixdə saat 19 radələrində əmisi oğlu Rakif ona zəng edərək Şücaətin evində mübahisənin baş verdiyini demiş və o, Şücaətin yaşadığı evə gedərkən orada Şücaətin həyat yoldaşı Zeynəbi gömüşdür. Zeynəb Şücaətin onu döydüyünü, içkili vəziyyətdə olduğunu demişdir. O, Zeynəbin burun nahiyəsində xəsarət olduğunu görmüşdür. Bu zaman 23-cü polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək Zeynəbdən ərizə və izahat almış, hadisə yerinə baxış keçirmiş və çıxıb getmişlər. Bundan sonra o, Rakifin yaşadığı evə getmiş və Şücaəti axtarmağa başlamışdır. 20 dəqiqə sonra Şücaət Rakifin yaşadığı evə gəlmişdir. O və Rakif Şücaətə həyat yoldaşını vurması ilə bağlı iradlarını bildirmişlər. Təxminən 5-10 dəqiqə sonra Zeynəb həmin ünvana gəlmiş və Şücaəti nəyə görə gizlətdiklərini demişdir. Onlar da Zeynəbə Şücaətin 5-10 dəqiqə qabaq gəldiyini, Şücaəti gizlətmədiklərini demişlər. Zeynəb Şücaətlə sözlə mübahisə etmiş, o, Zeynəbi sakitləşdirib özü Şücaətlə danışacağını demişdir. Bu zaman Zeynəb evi tərk edib getmişdir. 2 dəqiqə keçdikdən sonra Şücaət Rakifin evinndən çıxıb getmişdir. O Şücaətin arxası ilə çölə çıxdıqda Şücaəti görməmişdir, lakin küçədə, Şücaətin yaşadığı evin qarşısında Zeynəbin atası Elşadı görmüş və Elşadın da Şücaəti axtardığını başa düşmüşdür. O, oradan yaşadığı evə getmişdir. 15 dəqiqə sonra Rakif ona zəng etmiş və qapısında Şücaətin qohumlarının olduğunu deyib gəlməyini xahiş etmişdir. O da dərhal yaşadığı evdən çıxaraq Rakifin yaşadığı evə doğru getmiş və orada Şücaətin qayını Vüsalın Rakiflə mübahisə etdiyini görüb onları aralaşdırmağa başlamışdır. Bundan sonra həmin yerə Zeynəb, anası Vilənaz gəlmişlər. Əvvəl Vüsal cibində olan bıçağı çıxarıb Rakifi vurmaqla hədələmiş, lakin onlar Vüsalı sakitləşdirmişlər. Bir qədər sonra hadisə yerinə Vüsalın qardaşı Abdulla gəlmişdir. Həmin vaxt Vüsal onunla sözlə mübahisə etmişdir. Vüsal ona nəyə görə Şücaətin tərəfini saxladığını, Şücaətin Zeynəbi vurduğunu deyərək Şücaəti belə şeylər etməyə öyrətdiyini demişdir. O, Vüsalın sözləri ilə razılaşmayaraq dediklərinin yalan olduğunu, əksinə Şücaəti danladığını və belə hərəkətlər etməməsi ilə bağlı iradlarını bildirdiyini demişdir. P.Fərzəliyev küçəsi 184Z ünvanının qarşısında Şücaətin qayınanası Vilənaz, həyat yoldaşı Zeynəb, qayınları Abdulla və Vüsal, onun əmisi oğlu Rakif və 1-2 nəfər tanımadığı qonşular orada olmuşlar. Sonra Şücaət də hadisə yerinə gəlmişdir. Vüsal onunla mübahisə etdiyi vaxt Abdulla Şücaətlə dava etməyə başlamış, onu yerə yıxmış və təxminən 1 dəqiqə ərzində yerdə ola-ola Şücaəti döymüşdür. Abdulla Şücaətin baş və sifət nahiyələrinə yumruqla vurmuşdur. Həmin vaxt Vüsalın da Şücaətin üzərinə getmək istədiyini görüb onu aralaşdırmaq istəmişdir. Lakin Vüsal cibindən çıxardığı bıçaqla onun sol çiyin nahiyəsindən bir dəfə vurmuşdur. O, çiynindən xəsarət aldığını görüb arxaya çəkilmiş, Vüsal Abdullanı itələyərək Şücaətin üzərinə düşüb bir iki dəfə yumruqla baş nahiyəsindən zərbə yetirmiş, daha sonra bıçaqla Şücaətin alın nahiyəsindən vurmuşdur. Həmin vaxt o, Zeynəb, Rakif və oğlu Elvin Vüsalın əlindən yapışaraq bıçağı almışlar. O, bıçağı cibinə qoyub üzərində saxlamışdır ki, Vüsal yenidən həmin bıçaqla heç kimə xəsarət yetirməsin. Bundan sonra Şücaət oradan çıxıb getmiş, Vüsal da onlardan aralaşmışdır. Hadisə zamanı Vüsalla Abdulla nalayiq ifadələr işlətmişlər. Ara sakitləşdikdən 5 dəqiqə sonra Abdulla ona yaxınlaşaraq Vüsalın Şücaəti bıçaqla vurduğunu deyib qan itirməyindən qorxduğunu və yıxılacağını güman edib getdiyi yeri bildiyi üçün Şücaətin yanına getməyi təklif etmişdir. O və Rakif razılaşmışlar, birlikdə Vüsalın idarə etdiyi “VAZ 2106” markalı qırmızı rəngli avtomobilə əyləşmişlər. Vüsal Abdullanın göstərdiyi istiqamətdə avtomobili sürmüş, bir qədər məhəllədə avtomobillə gəzdikdən sonra Vüsal yaxınlıqda yerləşən cəzaçəkmə müəssisəsinin yanında saxlayıb avtomobilində gəzdirdiyi, əl əyləcinin yanında qoyduğu bıçağı Vüsal onun üzərinə çıxarıb nəyə görə Şücaətin tərəfini saxladığını demişdir. O, Vüsalı sakitləşdirib Şücaətin yanına getmək istədikləri üçün avtomobilinə əyləşdiyini demişdir. Bu zaman Vüsal sakitləşmiş və avtomobili idarə etməyə başlamışdır. Onlar məhəllənin digər tərəfində gəlib çıxdıqda orada Vüsal Şücaəti görmüş və dərhal avtomobili saxlayaraq avtomobildən düşüb Şücaətin üzərinə hücum etmişdir. Həmin vaxt o, arxa sol oturacaqda, Rakif sağ arxa, Abdulla isə qabaq sərnişin oturacağında oturmuş vəziyyətdə olmuşdur. Vüsal Şücaətə hücum edən zaman onlar avtomobili tərk etmişlər və Abdulla anası səs-küy saldığı üçün qaçaraq getmişdir. Vüsal Şücaəti vurub yerə yıxaraq həmin yerdə olan ara dalana salmışdır. O, Rakiflə birlikdə Vüsalla Şücaətin olduğu yerə yaxınlaşdıqda Vüsal Şücaətin bıçaqla vurduğunu deyib həmin yerdən qaçmışdır. Vüsalın avtomobili yolun ortasında qalmışdır. Şücaət yerdən duraraq Vüsalın arxası ilə qaçmaq istədikdə o, Şücaəti tutaraq imkan verməmişdir. Şücaət ona demişdir ki, Vüsalın əlində olan bıçağı alaraq vurub ona xəsarət yetirmişdir. Bundan sonra hadisə yerinə polis və təcili yardım əməkdaşları gəlmiş və Vüsalı xəstəxanaya aparmışlar. Hadisə nəticəsində o, sol çiynindən xəsarət almışdır. Təqsirləndirilən şəxs2 əlindən aldığı bıçağı nə etdiyini bilmir. Hadisədən sonra cibinə baxsa da bıçağın yerində olmadığını görmüşdür. Vüsalın idarə etdiyi avtomobilin salon hissəsində, əl əyləci olan yerdə ortada bıçaq olmuşdur. Həmin bıçağı Vüsal ona yaxınlıqda yerləşən cəzaçəkmə müəssisəsinin yaxınlığında göstərmişdir. Zərərçəkmiş şəxs2 daha sonra ifadəsində göstərmişdir ki, onu bıçaqla vurub xəsarət yetirmiş Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Qərar qəbul edilərkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 21 fevral 2021-ci il tarixdə saat 21 radələrində oğlu Vüsal onu işdən götürməyə gəlmiş, həmin vaxt kürəkəni Şücaətin qızı Zeynəbi döydüyünü bildirmişdir. Onlar qızının evinə getdikdə orada Zeynəbin burnundan xəsarət aldığını və evdə olan televizorun sındırıldığını aşkar etmişlər. Həmin vaxt həyat yoldaşı Elşad da orada olmuş və o, 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirib qızının izahatını almışlar. Bundan sonra polis əməkdaşları və həyat yoldaşı həmin yeri tərk etmişlər. Şücaət isə qohumu Rakifin evində olmuşdur. Oğlu Vüsalın həmin vaxtı Nadirlə və digər şəxslərlə çöldə mübahisəsi baş vermişdir. Oğlanları Vüsal və Abdulla Şücaəti və Nadiri bıçaqla vurmamış və onlara xəsarət yetirməmişlər, mübahisə yalnız sözlü olmuşdur. Şücaət həmin vaxt içkili vəziyyətdə olmuş, onun özünü söyərək təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bibisi oğludur. Şücaət ailəsi ilə birlikdə yaxınlıqda, yəni P.Fərzəliyev küçəsi 184Z ünvanında yaşayır. Bundan başqa Zərərçəkmiş şəxs2 onun əmisi oğludur və Nadir də qonşuluqda, yəni P.Fərzəliyev küçəsi 158 ünvanında ailəsi ilə birlikdə yaşayır. Şücaət evlidir və nikahından 3 uşağı vardır. Təqsirləndirilən şəxs2 və Liftiyev X2 qayınıdır. 21 fevral 2021-ci il tarixdə saat 19 radələrində o, Şücaətin evinin qarşısında olan zaman Şücaətin oğlu onun yaşadığı evə gələrək Şücaətlə Zeynəbin mübahisə etdiklərini demiş və getməyini istəmişdir. O, Şücaətin evinə daxil olduqda orada Zeynəbi görmüş və nə baş verməsini soruşduqda Zeynəb ona Şücaətin içkili vəziyyətdə evə gəldiyini demişdir. O da mübahisə etməmələrini tövsiyyə edib evinə qayıtmışdır. Bir neçə dəqiqə sonra Zeynəb onun yaşadığı evə gəlmiş və qapını döymüşdür. O, qapını açdıqda Zeynəb ona Şücaətin vurduğunu demişdir. O, yaşadığı evə getmiş və evdə olan televizorun sınıq vəziyyətdə olduğunu gördüyü üçün bu barədə Şücaətdən soruşduqda sonuncu ona əsəbindən televizoru sındırdığını demişdir. Eyni zamanda o, Zeynəbin burun nahiyəsində xəsarət görmüşdür. Bundan sonra o, Zeynəbə Şücaəti dindirməməsini tövsiyyə edib Nadirə də bu barədə demişdir. Bu zaman 23-cü PB-nin əməkdaşları hadisə yerinə gələrək Zeynəbdən ərizə və izahat almış, hadisə yerinə baxış keçirmişlər. Həmin vaxt o, evinə qayıtmışdır. Bundan sonra Nadir onun yaşadığı evə gəlmiş və Şücaəti axtarmağa başlamışdır. 20 dəqiqə sonra Şücaət onun yaşadığı evə gəlmişdir. O və Nadir Şücaətə həyat yoldaşını vurması ilə bağlı iradlarını bildirmişlər. Təxminən 5-10 dəqiqə sonra Zeynəb həmin ünvana gəlmiş və Şücaəti nəyə görə gizlətdiklərini demişdir. Onlar da Zeynəbə Şücaətin 5-10 dəqiqə qabaq gəldiyini, gizlətmədiklərini demişlər. Zeynəb Şücaətlə sözlə mübahisə etmiş, Nadir Zeynəbi sakitləşdirib özü Şücaətlə danışacağını demişdir. Bu zaman Zeynəb evi tərk edib getmişdir. 2 dəqiqə keçdikdən sonra Şücaət onun evini tərk edib getmişdir. Nadir də Şücaətin arxası ilə çölə çıxmışdır. 15 dəqiqə keçdikdən sonra onun evinə Şücaətin qayını və həyat yoldaşı gəlmişlər və Şücaəti axtarmağa başlamışlar. O, Şücaətin təxminən 15 dəqiqə qabaq evindən çıxıb harasa getdiyini demişdir. Təxminən 2 dəqiqə sonra Nadir onun yaşadığı evin qarşısına gəlmişdir. Həmin vaxt Vüsal onunla sözlə mübahisə etmişdir. Nadir hadisə yerinə gələn zaman Vüsalı aralaşdırmış və sakitləşdirməyə başlamışdır. Vüsal ona guya Şücaəti gizlətdiyini deyərək nəyə görə belə etdiyini irad tutmuşdur. Bundan sonra həmin yerə Zeynəb, anası Vilanaz, bir qədər sonra isə Vüsalın qardaşı Abdulla gəlmişlər. Bu zaman Vüsal Nadirlə sözlə mübahisə etmişdir. Vüsal Nadirə nəyə görə Şücaətin tərəfini saxladığını, Şücaətin bacısını vurduğunu deyərək Şücaəti belə şeyləri etməyə öyrətdiyini demişdir. Nadir də Vüsalın sözləri ilə razılaşmayaraq dediklərinin yalan olduğunu, əksinə Şücaəti onunla birlikdə danladıqlarını və Şücaətə belə hərəkətlər etməməsi ilə bağlı iradlarını bildirdiyini demişdir. Anidən dayandıqları yerə Şücaət də gəlmişdir. Həmin vaxt orada, yəni P.Fərzəliyev küçəsi 184Z ünvanının qarşısında Şücaətin qayınanası Vilənaz, həyat yoldaşı Zeynəb, qayınları Abdulla və Vüsal, onun əmisi oğlu Nadir və 1-2 nəfər tanımadığı qonşular olmuşdur. Şücaət hadisə yerinə gələn zaman Vüsalla Nadirin mübahisə etdiyini görüb onların yanına yaxınlaşmışdır. Bu an Abdulla Şücaətlə dava etməyə başlayıb onu yerə yıxaraq döymüşdür. Təxminən 1 dəqiqə ərzində Abdulla Şücaəti yerdə ola-ola döymüşdür. Abdulla Şücaətin baş və sifət nahiyələrinə yumruqla vurmuşdur. Həmin vaxt Nadir Vüsalın da Şücaətin üzərinə getmək istədiyini görüb Vüsalı Şücaətdən aralaşdırmaq istəmişdir. O, Vüsalın Nadirlə dava etmək istədiyini görüb aralaşdırmağa başlamışdır. Anidən Vüsal cibindən çıxardığı bıçaqla Nadirin sol çiyin nahiyəsindən bir dəfə vurmuşdur. Nadir çiynindən xəsarət aldığını görüb arxaya çəkilmiş, Vüsal isə qardaşı Abdullanı itələyərək Şücaətin üzərinə düşüb ona bir-iki dəfə yumruqla baş nahiyəsindən zərbə yetirib daha sonra bıçaqla alın nahiyəsindən vurmuşdur. Ona görə o, Zeynəb, Nadir və Nadirin oğlu Elvin Vüsalın əlindən yapışaraq bıçağı almışlar. Nadir bıçağı cibinə qoyub üzərində saxlamışdır ki, Vüsal yenidən həmin bıçaqla heç kimə xəsarət yetirməsin. Həmin vaxt Şücaət çıxıb getmiş və Vüsal da onlardan aralaşmışdır. Hadisə zamanı Vüsalla Abdulla nalayiq ifadələr işlətmişlər. Ara sakitləşdikdən 5 dəqiqə sonra Abdulla ona və Nadirə yaxınlaşaraq Vüsalın Şücaəti bıçaqla vurduğunu deyib qan itirməyindən qorxduğunu və yıxılacağını güman edib getdiyi yeri bildiyi üçün Şücaətin yanına getməyi təklif etmişdir. O və Nadir razılaşmışlar və Vüsalın idarə etdiyi “VAZ 2106” markalı avtomobilə əyləşmişlər. Vüsal Abdullanın göstərdiyi istiqamətdə avtomobili idarə etməyə başlamış, bir qədər məhəllədə avtomobillə gəzdikdən sonra Vüsal yaxınlıqda yerləşən cəzaçəkmə müəssisəsinin yanında saxlayıb avtomobilində gəzdirdiyi, əl əyləcinin yanında qoyduğu bıçağı Nadirin və onun üzərinə çıxarıb nəyə görə Şücaətin tərəfini saxladıqlarını demişdir. O, Vüsalı sakitləşdirib Şücaətin yanına getmək istədiyini dediyi üçün avtomobilinə əyləşdiklərini demişdir. Bu zaman Vüsal sakitləşmiş və avtomobili idarə etməyə başlamışdır. Onlar məhəllənin digər tərəfinə gəlib çıxdıqda, Vüsal orada Şücaəti görmüş və dərhal avtomobili saxlayaraq düşüb Şücaətin üzərinə hücum etmişdir. Həmin vaxt Nadir arxa sol oturacaqda, o, sağ arxa, Abdulla isə qabaq sərnişin oturacağında oturmuşlar. Vüsal Şücaətə hücum edən zaman onlar avtomobili tərk etmişlər və Abdulla anası səs-küy saldığı üçün qaçaraq getmişdir. Vüsal Şücaəti vurub yerə yıxaraq həmin yerdə olan ara dalana salmışdır. Nadirlə o, həmin yerə yaxınlaşdıqda Vüsal Şücaətin onu bıçaqla vurduğunu deyib oradan qaçmışdır. Vüsalın idarə etdiyi avtomobil yolun ortasında olmuşdur. Şücaət yerdən duraraq Vüsalın arxası ilə qaçmaq istədikdə Nadir Şücaəti tutaraq buna imkan verməmişdir. Şücaət ona demişdir ki, Vüsalın əlində olan bıçağı alıb Vüsalı vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra hadisə yerinə polis və təcili yardım əməkdaşları gəlib Vüsalı xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, 21 fevral 2021-ci il tarixdə saat 18 radələrində Şücaət içkili vəziyyətdə evə gəlmiş, onun və 2 yaşlı Rəvan adlı övladlarının geyinməsini demişdir. O, Şücaətə içkili olduğunu, ayaq üstə güclə dayandığını, uşağı heç yerə aparmamağını demişdir. Saat 20 radələrində onların arasında mübahisə yaranmış və Şücaət yumruqla vuraraq televizoru sındırmışdır. O, Şücaətin yaxınlıqda olan dayısı oğlu Rakifı çağırıb, Şücaətin içkili olduğunu və evdə mübahisə yaratdığını demişdir. Rakif onların evində olan zaman Şücaətlə aralarında mübahisələri davam etmişdir. Şücaət yumruqla onun burun nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Hadisə yaşadıqları evin mətbəxdə baş vermişdir və hadisənin şahidi Rakif olmuşdur. Şücaət onu vurduqdan sonra Rakiflə birlikdə çıxıb getmişlər. O, dərhal DİN-nin 102 xidmətinə zəng edib bu barədə xəbər vermişdir. Bundan sonra da qardaşı Vüsala və atası Elşada zəng vurub hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə Nadir və Rakif evə gəlmişlər və ondan nə olduğunu soruşmuşlar, o, Şücaətin içkili halda evə gəlib dava saldığını və onu vurduğunu bildirmişdir. Nadirlə Rakif ona heç bir söz deməyib çıxıb getmişlər. Daha sonra atası və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polislər ondan ərizə və izahat almışlar və o, Şücaəti tapmalarını xahiş etmişdir. Bundan sonra polislər çıxıb getmişlər. Sonradan qardaşı Vüsal və anası Vilənaz onların evinə gəlmişlər. O, atasına Şücaətin iş yerində olacağını güman etdiyini dedikdə atası Şücaətin iş yerinə getmiş, lakin Şücaət orada olmamışdır. Bundan sonra Vüsal ona Şücaətin Rakifin evində olacağını demişdir. O da evdən çıxıb Rakifin evinə getmişdir. Orada Rakifin həyat yoldaşı qapının qarşısında qonşusu ilə söhbət etdiyi üçün o, Rakiflə salamlaşıb Şücaətin onların evində olub-olmamasını soruşduqda Rakif Şücaətin evində olduğunu demişdir. O, içəri daxil olduqda orada Şücaət, Rakif və Nadir olmuşlar. O, Şücaətə evdən çıxmasını tələb etmişdir. Şücaət, Nadir və Rakif evdən çıxmışlar. Şücaət, Nadir və Rakif əks tərəfə getmişlər, o da evə getmişdir. O, evə daxil olan zaman orada anasını görmüşdür. Vüsalı soruşduqda isə ona demişdir ki, harasa gedib. Bundan sonra Şücaət Vüsalın hara getməsini soruşub evdən çıxıb getmişdir. Bir neçə dəqiqə sonra o, evdən çıxıb Rakifin evinin yaxınlığında bir neçə adam olduğunu, Vüsalla Rakifin mübahisə etdiklərini görmüşdür. Həmin vaxt digər qardaşı Abdulla oraya gəlmiş və Vüsalla Rakifi aralamışdır. Bu zaman Şücaət həmin yerə gəlmiş, söyüş söyərək Abdullanın üzərinə hücum çəkmişdir. Abdulla buna görə Şücaətlə dalaşaraq onu yerə yıxmışdır. Vüsal isə Nadirlə mübahisə etmiş, sonra Abdullanı kənara itələyərək Şücaəti vurmuşdur. Bundan sonra Nadir və X8 ayırmışlar və Şücaət çıxıb hadisə yerindən getmişdir. Lakin hadisə zamanı Vüsal və Abdulla Şücaətı bıçaqla vurmamış və ona xəsarət yetirməmişlər. Təxminən 15-20 dədiqə sonra hadisə olan yerdən təxminən 50 metr məsafədə Vüsalın idarə etdiyi avtomobillə gəldiyini görmüşdür. Vüsal gələn zaman Şücaətin onu bıçaqla vurduğunu demişdir və onlar Vüsalın əlində qan izlərinin olduğunu görmüşlər. Bundan sonra Vüsalı evə gətirmiş və təcili tibbi yardım gələnədək ona ilkin yardım göstərmişdir. Sonradan hadisə yerinə polis əməkdaşları və təcili yardımın həkimləri gəlmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir, o, həmin ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 onun atasıdır. 21.02.2021-ci il tarixdə saat 21- 22 radələrində o, atası ilə birlikdə atasının əmisi oğlu Rakifın yaşadığı evə getmiş və orada atasının bibisi oğlu Zərərçəkmiş şəxs1 qayını Təqsirləndirilən şəxs2 Rakiflə mübahisə etdiyini görmüşdür. O, kənardan dayanıb söhbətlərə qulaq asmışdır. Bir qədər sonra hadisə yerinə Vüsalın qardaşı Abdulla gəlmişdir. Bu zaman Vüsal atası ilə sözlə mübahisə etmişdir. Vüsal atasına nəyə görə Şücaətin tərəfini saxladığını, Şücaətin Zeynəbi vurduğunu deyərək Şücaəti belə şeyləri etməyə öyrətdiyini demişdir. Atası da Vüsalın sözləri ilə razılaşmayaraq dediklərinin yalan olduğunu, əksinə Şücaəti danladığını və belə hərəkətlər etməməsi ilə bağlı iradlarını bildirdiyini demişdir. Həmin vaxt anidən onların dayandıqları yerə Şücaət gəlmişdir. Şücaət hadisə yerinə gələn zaman Vüsalla atasının dayandığı yerə yaxınlaşmış və bu an Vüsalın qardaşı Abdulla Şücaətlə dava etməyə başlayıb yerə yıxıb döymüşdür. Təxminən 1 dəqiqə ərzində Abdulla Şücaəti yerdə ola-ola döymüşdür. Abdulla Şücaətin baş və sifət nahiyələrinə yumruqla vurmuşdur. Həmin vaxt atası Vüsalın da Şücaətin üzərinə getmək istədiyini görüb Vüsalı aralaşdırmaq istəmişdir. Təqsirləndirilən şəxs2 atasını, cibindən çıxardığı bıçaqla sol çiyin nahiyəsindən bir dəfə vurmuşdur. Atası çiynindən xəsarət aldığını görüb arxaya çəkilmişdir. Həmin vaxt o və Rakif aralaşdırmağa çalışmışlar. Vüsal atasından aralaşıb qardaşı Abdullanı itələyərək Şücaətin üzərinə düşüb Şücaətə bir iki dəfə yumruqla baş nahiyəsindən zərbə yetirib daha soma bıçaqla Şücaətin alın nahiyəsindən vuran zaman onlar, yəni o, atası Zərərçəkmiş şəxs2, Şücaətin həyat yoldaşı Zeynəb və Rakif Vüsalın əlindən yapışaraq bıçağı almışlar. Atası bıçağı cibinə qoyub üzərində saxlamışdır ki, Vüsal yenidən həmin bıçaqla heç kimə xəsarət yetirməsin. Həmin vaxt Şücaət çıxıb getmiş və Vüsal da onlardan aralaşmışdır. Daha sonra atası ona çıxıb evə getməyini tələb etdiyi üçün o, yaşadığı evə getmişdir. O, hadisə zamanı xəsarət almadığı üçün məhkəmə tibbi ekspertizası müayinəsindən keçməkdən imtina etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 22 may 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 21 fevral 2021-ci il tarixdə xəsarət yetirməsi və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 21 fevral 2021-ci il tarixdə xəsarət yetirməsi faktları ilə bağlı Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmış və cinayət işinə ********* nömrəsi verilmişdir. (İ cild i.v. 1-2) - 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 4) - 21 fevral 2021-ci il tarixli protokoldan və fotocəvəldən görünür ki, hadisənin baş verdiyi ünvana Şahid4, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə baxış keçirilmişdir. (İ cild i.v. 13-15) - 23 fevral 2021-ci il, 10 mart 2021-ci il və 29 may 2021-ci il tarixli protokollardan görünür ki, hadisənin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk Zərərçəkmiş şəxs2 götürülmüş və həmin videogörüntülərə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, X1 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı videogörüntüdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2 və digər şəxslərin hadisə yerinin qarşısında olmaları, daha sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 yanına gəldikdə dava-dalaş baş verməsi, X5 Əzimovu yerə yıxıb döyməsi, bu zaman Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2lə mübahisə edərək bıçaqla sağ çiynindən vurması, daha sonra Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 üzərindən itələyərək Şücaəti vurması, həmin vaxt Zərərçəkmiş şəxs2 və ətrafda olan şəxslərin dava hadisəsini ayırdıqdan sonra Zərərçəkmiş şəxs2 və Şahid4 Təqsirləndirilən şəxs2 əlindən bıçağı almaları, Zərərçəkmiş şəxs1 həmin zaman hadisə yerindən uzaqlaşması və Təqsirləndirilən şəxs2 qəhvəyi rəngli “VAZ” markalı avtomobilə minərək hadisə yerindən uzaqlaşıb daha sonra küçənin qarşı tərəfində olan Şücaəti gördükdə avtomobildən düşərək Şücaəti vurub yerə yıxaraq üzərinə düşməsi aşkar edilmişdir. (İ cild i.v. 95, 150, 189) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 24 fevral 2021-ci il tarixli 153 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 sol bazunun bayır səthinin kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarət kəsici kənara malik əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 21.02.2021-ci il tarixdə yarana bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. (İ cild i.v. 105-106) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 17 mart 2021-ci il tarixli 148 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 sol əlin arxa səthinin İİİ barmağın orta-distal falanqa oynağı proyeksiyasının şişkinlik halında əzilməsi ilə müşayiət olunan, sol əlin İİİ barmağının orta falanqasının distal hissəsinin oynaqdaxili yerdəyişməsiz sınığı, alının ön səthinin bir ədəd kəsilmiş və bir ədəd səthi kəsilmiş yarası, sağ gözətrafı nahiyənin hematoması, sağ əlin arxa səthinin V barmağın proksimal-orta falanqa oynağı proyeksiyasının şişkinlik halında əzilməsi, sağ yanaq nahiyəsi, sağ əlin arxa səthində İİİ barmağın orta falanqa sümüyü proyeksiyası, İV barmağın orta falanqa sümüyü proyeksiyası və V barmağın orta falanqa proyeksiyasının sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 21.02.2021-ci il tarixdə yarana bilir, dərəcəsinə görə şişkinlik halında əzilmə ilə müşayiət olunan sınıq, kəsilmiş yara və hematoma həm ayrı-ayrılıqda həm də ümumillikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə həm ayrı-ayrılıqda həm də ümumillikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Lokalizasiya və xüsusiyyətlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması və özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyil. (İ cild i.v. 152-153) - 26 aprel 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 müdafiəçisinin və ekspert-kriminalistin iştirakları ilə hadisə yerini əyani olaraq göstərmiş və baş vermiş hadisəni ifadəsinə uyğun təsvir etmişdir. (İ cild i.v. 172-176) - 26 aprel 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 ekspert-kriminalistin iştirakı ilə hadisə yerini əyani olaraq göstərmiş və baş vermiş hadisəni ifadəsinə uyğun təsvir etmişdir. (İ cild i.v. 177-180) - 26 aprel 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 ekspert-kriminalistin iştirakı ilə hadisə yerini əyani olaraq göstərmiş və baş vermiş hadisəni ifadəsinə uyğun təsvir etmişdir. (İ cild i.v. 181-182) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs Şahid4 ilə barışdığından Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. (İ cild i.v. 191-192) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Zərərçəkmiş şəxs1 21 fevral 2021-ci il tarixdə zərərçəkmiş şəxs Şahid4 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirdiyindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - 29 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 ekspert-kriminalistin iştirakı ilə hadisə yerini əyani olaraq göstərmiş və baş vermiş hadisəni ifadəsinə uyğun təsvir etmişdir. (İ cild i.v. 235) - 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, hadisənin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (İİ cild i.v. 79-88) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmədə son sözündə əməlindən səmimi peşman olduğunu bildirmiş və müvafiq halları nəzərə alaraq ona köməklik göstərilməsini xahiş etmişdir. Ona görə məhkəmə həmin halları Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olduğunu bildirməklə müvafiq halların nəzərə alınaraq ona köməklik göstərilməsi barədə xahişindən fərqli olaraq müdafiəçisinin ona bəraət verilməsi barədə çıxışına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 xuliqanlıq ittihamı üzrə özünü təqsirli bilməməsini isə onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Halbuki, məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aidiyyətləri olmuşdur və onların bu cinayət hadisəsində təqsirlilikləri sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə şahidlər Şahid1 və Şahid4 məhkəmə iclasında verdikləri ifadələrə münasibətdə qeyd edir ki, həmin şahidlər təqsirləndirilən şəxslərin yaxın ailə üzvləri, yəni müvafiq olaraq anası və bacısıdır, ona görə həmin şahidlərin ifadələri təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunmalarına nail olmağa yönəlmiş ifadələr kimi qiymətləndirilməklə məhkəmə tərəfindən nəzərə alınmır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq olaraq 221.3-cü və 221.2.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. (İ cild i.v. 171) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 may 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 09 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (İ cild i.v. 205, 208-212) - 08 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 239) - 08 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İİ cild i.v. 1) - 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual prokuror tərəfindən imtina edilmişdir. (İİ cild i.v. 68-70) - 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual prokuror tərəfindən imtina edilmişdir. (İİ cild i.v. 71-72) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin 10 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİ cild i.v. 73-74) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin 10 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİ cild i.v. 76-77) -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs1 həmin məhkəmənin 29 iyul 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 09 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 ay 17 gün hissəsindən azad edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 barəsində tətbiq edilən Amnistiya Qərarının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs hesab edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 221.3 və 221.2.1ci maddələri ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətin bilavasitə obyektinin ictimai qayda ilə bağlı münasibətlər təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətin bilavasitə obyektinin ictimai qayda ilə bağlı münasibətlər təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı 08 iyun 2021-ci il tarixdən 10 iyun 2021ci il tarixədək şübhəli şəxs qismində tutulmuşlar. Ona görə məhkəmə hesab edir ki, həmin iki gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin müddəalarına müvafiq qaydada hesablanmaqla təyin olunacaq cəza müddətlərindən çıxılmalı, onların üzərində qəti müddətə cəzalar saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, digər Təqsirləndirilən şəxs1 isə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxslər məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişlər; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; iş üzrə məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 221.3-cü və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, dövlət hesabına dəvət olunmuş vəkillər Müdafiəçi1 və Müdafiəçi2 məhkəməyədək icraatda iştirak edərək iş materialları ilə tanış olmaqla birlikdə, müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqi yardım göstərmişlər, iş materiallarına əsasən həmin müddət vəkillərin hər birinə münasibətdə 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) müdafiəçilərə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İşin məhkəmə icraatı dövründə Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi3 müqavilə əsasında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 isə dövlət hesabına vəkil təyin edilmiş, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iş materialları ilə tanış olub və məhkəmə iclasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. İş materiallarına əsasən vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 50 iş saatı müddətində olmuşdur, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun hesablanmaqla həmin müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı işlə bağlı 08 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı 08 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 80 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi1 "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsilə 480 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi2 yuxarıda qeyd edilən hesab üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar