Məhkəmə qərarları › İş №1(007)-19/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-19/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-19/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1988-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 320.2-ci maddələri ilə və xx xxxx 1972-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Ağsu rayonu, Ülgüc kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi dalan 2, nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmiş, bundan başqa təkrarən dələduzluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları X4, şəxsiyyəti istintaqa məlum olmayan “Anar” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əvvəlcədən aralarında olan razılığa əsasən istintaqa məlum olmayan mənbədə hazırlanaraq “Anar” adlı qrup üzvünün vasitəsi ilə istifadə etmək məqsədilə əldə etmiş Edman İslamovun hərbi qulluqçu kimi xidmət etmədiyi halda guya 1070,60 manat məbləğində pensiya alması barədə hüquq verən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının adından qanunsuz hazırlanaraq istintaqa məlum olmayan şəxs tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli ********* nömrəli rəsmi sənəd hesab edilən saxta arayışı, “Kapital Bank”-a məxsus 5103 0714 0763 3785 saylı pensiya kartınının kserosurətini və həmin ödəniş kartı üzrə bank çıxarışını qrup üzvü Edman İslamova verib, həmin saxta sənədlərdən istifadə edərək bankdan kredit adı ilə pul ələ keçirmək üçün 18 oktyabr 2021-ci il tarixdə birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ünvan 2 ünvanında yerləşən Mərkəzi filialına gedərək, orada aralarında olan razılığa əsasən o, bank filialının çölündə gözləmiş, Edman İslamov isə bilə-bilə qeyd edilən saxta arayışdan və “Kapital Bank”-a məxsus 5103 0714 0763 3785 saylı pensiya kartınının kserosurətindən və həmin ödəniş kartı üzrə bank çıxarışından istifadə edərək banka təqdim edib guya 1070,69 manat məbləğində pensiya almasını bildirməklə bank əməkdaşlarını aldadaraq 10000 manat kredit götürmək istəyini bəyan etməklə yaranmış etibardan sui-istifadə edib "xxxx" ASC-nin Mərkəzi filialından 10000 manat məbləğində nağd pul vəsaitini kredit kimi alıb birlikdə ələ keçirərək onunla və cinayətkar qrupun digər üzvləri ilə öz aralarında bölməklə "xxxx" ASC-yə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2, X4, şəxsiyyəti istintaqa məlum olmayan “Anar” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əvvəlcədən aralarında olan razılığa əsasən istintaqa məlum olmayan mənbədə hazırlanaraq “Anar” adlı qrup üzvünün vasitəsi ilə istifadə etmək məqsədilə əldə etmiş Təqsirləndirilən şəxs2 hərbi qulluqçu kimi xidmət etmədiyi halda guya 961,40 manat məbləğində pensiya alması barədə hüquq verən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının adından qanunsuz hazırlanaraq istintaqa məlum olmayan şəxs tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli ********* nömrəli rəsmi sənəd hesab edilən saxta arayışı, “Kapital Bank”-dan ödəniş kartı üzrə çıxarışı qrup üzvü Təqsirləndirilən şəxs2 verib, həmin saxta sənədlərdən istifadə edərək bankdan kredit adı ilə pul ələ keçirmək üçün o, Təqsirləndirilən şəxs2 və Edman İslamov ilə birlikdə 20 oktyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin ünvan 2 ünvanında yerləşən Mərkəzi filialına gedərək, orada aralarında olan razılığa əsasən o, bank filialının çölündə gözləmiş, Təqsirləndirilən şəxs2 və Edman İslamov etibar qazanmaq üçün biləbilə qeyd edilən saxta arayışdan və “Kapital Bank”-dan ödəniş kartı üzrə çıxarışdan istifadə edərək banka təqdim edib guya Təqsirləndirilən şəxs2 961,40 manat məbləğində pensiya aldığını bildirməklə bank əməkdaşlarını aldadaraq 10000 manat kredit götürmək istədiklərini bəyan etmişlər, lakin təqdim edilmiş sənədlərin bank əməkdaşları tərəfindən saxta olması müəyyən edildiyi üçün iradələrindən asılı olmayan səbəblərə görə cinayətin törədilməsinə yönəldilmiş qəsdən edilən əməllərini başa çatdıra bilməyərək saxta sənəddən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməyə cəhd etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, X4, şəxsiyyəti istintaqa məlum olmayan “Anar” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əvvəlcədən aralarında olan razılığa əsasən qrupun üzvü Təqsirləndirilən şəxs1 tərəfindən istintaqa məlum olmayan mənbədə hazırlanaraq “Anar” adlı qrup üzvünün vasitəsi ilə istifadə etmək məqsədilə əldə edilmiş onun hərbi qulluqçu kimi xidmət etmədiyi halda guya 961,40 manat məbləğində pensiya alması barədə hüquq verən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının adından qanunsuz hazırlanaraq istintaqa məlum olmayan şəxs tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli ********* nömrəli rəsmi sənəd hesab edilən saxta arayışı, “Kapital Bank”-dan ödəniş kartı üzrə çıxarışı ona verilmiş, o da öz növbəsində həmin saxta sənədlərdən istifadə edərək bankdan kredit adı ilə pul ələ keçirmək üçün Təqsirləndirilən şəxs1 və Edman İslamov ilə birlikdə 20 oktyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin ünvan 2 ünvanında yerləşən Mərkəzi filialına gedərək, orada aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 bank filialının çölündə gözləmiş, o isə Edman İslamovla birlikdə etibar qazanmaq üçün bilə-bilə qeyd edilən saxta arayışdan və “Kapital Bank”-dan ödəniş kartı üzrə çıxarışdan istifadə edərək banka təqdim edib guya onun 961,40 manat məbləğində pensiya aldığını bildirməklə bank əməkdaşlarını aldadaraq 10000 manat kredit götürmək istədiklərini bəyan etmişlər, lakin təqdim edilmiş sənədlərin bank əməkdaşları tərəfindən saxta olması müəyyən edildiyi üçün iradələrindən asılı olmayan səbəblərə görə cinayətin törədilməsinə yönəldilmiş qəsdən edilən əməllərini başa çatdıra bilməyərək saxta sənəddən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməyə cəhd etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ittihamın mahiyyətinə uyğun ifadə vermiş, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbi, şikayəti və iddiası olmadığını, o cümlədən başa çatmış cinayət əməlinə görə dəymiş ziyanın iyirmi beş faizini, başa çatmamış cinayət əməlinə görə qəsdin yönəldiyi əmlakın müəyyən edilmiş pay üzrə beş faizini dövlət büdcəsinə ödədiyini göstərmiş, barəsində olan cinayət işi üzrə icraata həmin hissədə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ittihamın mahiyyətinə uyğun ifadə vermiş, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbi, şikayəti və iddiası olmadığını, o cümlədən qəsdin yönəldiyi əmlakın müəyyən edilmiş pay üzrə beş faizini dövlət büdcəsinə ödədiyini göstərmiş, barəsində olan cinayət işi üzrə icraata həmin hissədə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən banka dəymiş ziyanın hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə aid hissədə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 tərəfindən isə Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsini tam təsdiq edir, təqsirləndirilən şəxslərin əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələri ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edib və proses iştirakçılarını dinləyərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata həmin hissələrdə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən, bu Məcəllənin 73-1.2, 73- 1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş materiallarında olan Zərərçəkmiş şəxs ASC-nin xx.xx.2021-ci il tarixli, M/11-9547 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs ASC-nin Mərkəz X1 tərəfindən xx.xx.2021-ci il tarixində saxta arayış təqdim etməklə aldığı 10000 manat məbləğində pensiya kreditinin sonuncunun ifadəsinə əsasən X4 6300 manat hissəsini Təqsirləndirilən şəxs1 vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs1 ona verilmiş 6300 manat məbləğində vəsaiti X2 xx.xx.2021-ci il tarixli kredit hesabına ödəmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs ASC-nin qeyd edilən kreditlə əlaqədar gələcəkdə Təqsirləndirilən şəxs1 qarşı heç bir tələbi olmayacaqdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, BPM**********27 nömrəli və xx.xx.2023-cü il tarixli, BPM**********50 nömrəli ödəniş tapşırıqlarından görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən müvafiq olaraq dövlət büdcəsinə xx.xx.2023-cü il tarixdə 835 manat, xx.xx.2023-cü il tarixdə isə 1240 manat olmaqla, ümumilikdə 2075 (iki min yetmiş beş) manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, BPM**********83 nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2023-cü il tarixdə dövlət büdcəsinə 10000 manat məbləğində ziyanın 5%-i məbləğində, yəni 500 (beş yüz) manat pul vəsaiti ödənilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir, o cümlədən dövlət büdcəsinə dəymiş ziyanın iyirmi beş faizini və başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın müəyyən edilmiş pay üzrə beş faizini ödəmişdir, belə olan halda CM-nin 72 və 73-1.2-ci maddələrinə uyğun olaraq onun cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin sonuncudan şikayəti və tələbi yoxdur, həmçinin başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın müəyyən edilmiş pay üzrə beş faizini dövlət büdcəsinə ödəmişdir, belə olan halda CM-nin 72 və 73-1.2-ci maddələrinə uyğun olaraq onun cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməli, onların barəsində olan cinayət işinin icraatına həmin hissələrdə xitam verilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin barələrində seçilmiş qətimkan tədbiri və məhkəmə xərclərinin tutulması ilə bağlı məsələlərin onlara qarşı Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun məhkəmə aktı çıxarılarkən həll edilməli olduğu nəzərə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 72, 73, 43.1.2, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxslə barışdığına, zərərçəkmiş şəxsə dəymiş ziyanı, dəymiş ziyanın iyirmi beş faizini və başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın müəyyən edilmiş pay üzrə beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxslə barışdığına, başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın müəyyən edilmiş pay üzrə beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş qətimkan tədbiri və məhkəmə xərclərinin tutulması ilə bağlı məsələlərin onlara qarşı Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun məhkəmə aktı çıxarılarkən həll edilməli olduğu nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar