Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-19/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, xüsusi ittihamçı X11, onun nümayəndəsi (əri) Nümayəndə, təqsirləndirilən şəxs X13, onun müdafiəçiləri Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X20 iştirakları ilə, təqsirləndirilən şəxs - 28 fevral 1977-ci il tarixdə Ermənistan Respublikası, Zəngibasar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, bir uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri 201 saylı tam orta məktəbdə Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində işləyən, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan - X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərək, həmin maddələrlə onun azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 1(007)-290/2024 nömrəli qərarı ilə həmin xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilmişdir. Qərardan xüsusi ittiham qaydasında şikayət vermiş X14 tərəfindən apellyasiya şikayəti verilmiş, həmin qərarın ləğv edilərək X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi və azadlıqdan məhrum edilməsinə dair şikayətin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 may 2024-cü il tarixli 1(103)-1339/2024 nömrəli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 1(007)- 290/2024 nömrəli qərarı ləğv edilmiş və xüsusi ittiham qaydasında şikayət üzrə materiallar birinci instansiya məhkəməsinə, məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Qərardan barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X13 müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 1(102)- 2125/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 27 may 2024-cü il tarixli 1(103)-1339/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Yuxarı instansiya məhkəmələrinin gəldiyi qənaətə görə, xüsusi ittihamçı tərəfindən verilmiş şikayətin qanunvericiliyin tələblərinə cavab verməsinə baxmayaraq, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etmişdir. Bundan sonra xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən şikayətin məzmunu dəqiqləşdirməklə yenidən verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 1(007)-19/2025 nömrəli qərarı ilə X11, X13 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmiş, X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrlə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmiş, X14 iş üzrə xüsusi ittihamçı qismində tanınmışdır. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, 19 sentyabr 2023cü ildə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 201 saylı məktəbdə, bütün məktəb kollektivinin iştirak etdiyi Pedoqoji şurada məktəbin direktor müavini X18 çıxış edərkən qəsdlə onun ünvanına şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan və böhtan məlumatlar söyləmişdir. O, iclasda məktəbin direktoru Afaq Əliyevanın onu göstərərək “Adam kimdir?” deyərək zala müraciətinə cavab olaraq onu “şərəfsiz” adlandırmış və “adam yediyi qaba tüpürməz” deyərək təhqir etmiş və sonra onunla mübahisə zəminində “sən valideynlərdən pul almısan” və “2018-ci ildə bələdiyyə sədrinin oğlunun “2” qiymətini düzəltmək üçün rüşvət almısan” ifadələrini ünvanına söyləyərək şərəf və ləyaqətini nalayiq formada alçaltmış, ictimai və işgüzar nüfuzuna zərər yetirmişdir. Göründüyü kimi X8 içərisində etdiyi çıxışında bilərəkdən onu şərəfsiz adlandırmaqla onu təhqir etmiş, şərəf və ləyaqətini nalayiq formada alçaldıb, onu müəllim kollektivinin gözündə nüfuzdan salmağa çalışmışdır. X5 həmin iclasda onu rüşvət almaqda təqsirləndirərək böhtan da atmışdır. Elnurə Ramazanovanın söylədiyi böhtan xarakterli ifadəsindən belə nəticəyə gəlinir ki, o, bələdiyyənin sədrindən rüşvət almaqla Azərbaycan Respublikası CM-nin 311-ci maddəsi ilə (rüşvət alma) cinayət törətmişdir. Göründüyü kimi X18 bütün məktəb kollektivinin iştirak etdiyi Pedoqoji şurada müəllim kollektivinin qarşısında onu ağır cinayətdə ittiham etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, yəni X14 1985-ci ildən əmək fəaliyyəti ilə məşğul olmuş, onun 29 ilini Nizami rayonu 201 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini və riyaziyyat müəllimi vəzifəsində işləmişdir. Məktəbdə müəllim-şagird kollektivi, valideynlər və yaşadığı Keşlə qəsəbə sakinləri arasında, müəyyən hörmətə və nüfuza malikdir. Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində qeyd edilmişdir ki, “Ağır cinayətdə ittiham etməklə böhtan atma, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları (konkret olaraq bələdiyyə sədrinin oğlunun qiymətini düzəltmək üçün rüşvət alma) kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma” deməkdir və iki ilədək müddətə islah işləri və ya üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində isə deyilir “Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyəti (konkret olaraq onu “şərəfsiz” adlandırmaqla “adam yediyi qaba tüpürməz” deyərək, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmiş, işgüzar nüfuzuna zərər yetirmişdir) təhqir etmə deməkdir ki, min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi X6 çıxışda həm onu təhqir etmiş, həm də onu ağır cinayət törətməkdə ittiham edən böhtanı kütlə içərisində yaymışdır. Bununla da X18 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cəzalandırılmalıdır. X3 çıxışda ona qarşı dediklərini təsdiq edən 2 şahidi vardır: 1. Nizami rayonu Keşlə qəsəbəsi, X39 küçəsi, ev 12 ünvanında yaşayan, 201 nömrəli məktəbdə coğrafiya müəllimi işləyən X28; 2. ünvan 3 ünvanında yaşayan, 201 nömrəli məktəbdə tarix müəllimi işləyən X22. Qeyd olunanlara əsasən X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərək həmin maddələr əsasında onun azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X14 şikayət ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Nizami rayonu 201 nömrəli orta məktəbdə təhsil və maliyyə sahəsində yol verilmiş qanunsuzluqlar nəticəsində külli məbləğdə dövlət vəsaitinin mənimsənilməsi, israf edilməsi ilə əlaqədar coğrafiya müəllimi Hüseynova Rasimə və tarix müəllimi Əsgərova Cəmalə ilə birlikdə xx.xx.2023-cü ildən başlayaraq cənab Prezidentə, Respublika Prokurorluğuna, Elm və Təhsil Nazirliyinə çoxlu sayda müraciətlər etmişlər. Bundan qəzəblənən məktəbin direktoru və müavinlər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ətraflarına topladıqları bir qrup müəllimlərlə bərabər onları təqibə məruz qoyaraq, dərs yüklərini azaltmaqla kollektivin gözündən salmaq, böhtan atmaq, şərəf və ləyaqətlərini alçaltmaq kimi hərəkətlərlə barələrində müxtəlif təşkilat və orqanlara müraciətlər etməyə başlamışlar. Həmin qaralama kompaniyasını bu gün də davam etdirirlər. Təhsil sahəsində bilərəkdən yol verilmiş cinayətlərin əsas günahkarlarından biri olan Ramazanova Elnurə tərəfindən, qanunsuz əməllərinin ifşa olunduğunu gördükdən sonra qərəzlə ondan qisas və intiqam almağı qarşısına məqsəd qoymuşdur. 19 sentyabr 2023-cü ildə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 201 saylı məktəbdə, bütün məktəb kollektivinin iştirak etdiyi Pedoqoji şurada məktəbin direktor müavini X18 çıxış edərkən qəsdlə onun ünvanına şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan və böhtan məlumatlar söyləmişdir. Elnurə Ramazanova iclasda məktəbin direktoru Afaq Əliyevanın onu göstərərək “Adam kimdir?” deyərək zala müraciətinə cavab olaraq onu “şərəfsiz” adlandırmış, onun “sən mənə deyirsən?” sualına “bəli, sizə deyirəm, adam yediyi qaba tüpürməz” deyərək təhqir etmiş və sonra onunla mübahisə zəminində “sən valideynlərdən pul almısan” və “2018-ci ildə bələdiyyə sədrinin oğlunun “2” qiymətini düzəltmək üçün rüşvət almısan”, “bu gün də pul alırsan” ifadələrini ünvanına söyləyərək şərəf və ləyaqətini nalayiq formada alçaltmış, ictimai və işgüzar nüfuzuna zərər yetirmişdir. Göründüyü kimi X8 içərisində etdiyi çıxışında bilərəkdən onu şərəfsiz adlandırmaqla təhqir etmiş, şərəf və ləyaqətini nalayiq formada alçaldıb, onu müəllim kollektivinin gözündə nüfuzdan salmağa çalışmışdır. X5 həmin iclasda onu rüşvət almaqda təqsirləndirərək böhtan da atmışdır. X2 böhtan xarakterli ifadəsindən belə nəticəyə gəlinir ki, o, bələdiyyənin oğlundan, valideynlərindən rüşvət almaqla Azərbaycan Respublikası CM-nin 311-ci maddəsi ilə (rüşvət alma) cinayət törətmişdir. Göründüyü kimi X18 bütün məktəb kollektivinin iştirak etdiyi Pedoqoji şurada müəllim kollektivinin qarşısında onu ağır cinayətdə ittiham etmişdir. Ramazanova Elnurə əlinə imkan düşən kimi yazılı və ya şifahi şəkildə olmasından asılı olmayaraq şərəf və ləyaqətini, nüfuzunu ləkələməyə, alçaltmağa çalışır. Bakı şəhər Təhsil İdarəsinə, məktəbin direktoruna barəsində böhtan xarakterli müraciətlər etmiş, valideynlər və müəllimlər arasında şayiələr yaymış, barəsində mənfi rəy formalaşdırmışdır. xx.xx.2024-cü il tarixdə elektron kabinetə daxil etdiyi xx.xx.2024-cü il tarixdə tərtib edib imzaladığı “Hüseynova Svetlananın məktəb rəhbərliyinə şər-böhtan atması, rüşvət tələb etməsi və s.” barəsindəki akt da X13 ona qarşı qərəz, qisas və intiqam almaq istəyinin sübutudur. Həmin akt iş materiallarında vardır. Məlumat üçün bildirir ki, şikayət etdikləri yalan, şər-böhtan deyil, həqiqət olduğu üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 201 nömrəli orta məktəbin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanılmış, istintaqla cinayətkarların dairəsi müəyyən olunmuş, cinayətkarlardan dövlətə vurulmuş ziyan tutularaq dövlətə qaytarılmış, cinayət işinə CPM-nin 40.3-cü və CM-nin 73-1.2-ci maddələri ilə xitam verilmişdir. Arayış iş materiallarında vardır. Ramazanova Elnurə və digərlərinin Hüseynova Svetlana barəsində prokurorluğa ünvanlanmış yalan və böhtan xarakterli məlumatları da öz təsdiqini tapmamışdır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəkilinə göndərdiyi arayışməktubda bu barədə aşağıdakı məlumat qeyd edilmişdir: “Cinayət işinin istintaqı zamanı nümayəndəsi qismində iştirak etdiyiniz X11 əməllərində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət təqibinin başlanılması rədd edilmişdir”. Məhkəmənin nəzərinə çatdırır ki, o, yəni X14 1985-ci ildən əmək fəaliyyəti ilə məşğul olmuşdur, onun 29 ilini Nizami rayonu 201 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini və riyaziyyat müəllimi vəzifəsində işləmişdir. Məktəbdə müəllim-şagird kollektivi, valideynlər və yaşadığı Keşlə qəsəbə sakinləri arasında, müəyyən hörmətə və nüfuza malikdir. Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində qeyd edilmişdir ki, “Ağır cinayətdə ittiham etməklə böhtan atma, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları (konkret olaraq bələdiyyə sədrinin oğlunun qiymətini düzəltmək üçün rüşvət alma) kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma” deməkdir və iki ilədək müddətə islah işləri və ya üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində isə deyilir ki, “Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyəti (konkret olaraq onu “şərəfsiz” adlandırmaqla “adam yediyi qaba tüpürməz” deyərək, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmiş, işgüzar nüfuzuna zərər yetirmişdir) təhqir etmə deməkdir ki, min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 3-cü maddəsinin tələblərinə uyğun olaraq X13 törətdiyi cinayət əməllərində CM-nin 147.2 və 148-ci maddələrinin cinayət tərkibinin bütün elementləri mövcuddur. Cinayətin obyekti – Hüseynova Svetlananın şərəf və ləyaqəti, nüfuzudur, cinayətin obyektiv cəhəti – Hüseynova Svetlananın şərəf və ləyaqətinin “şərəfsiz” adlandırılaraq təhqir olunmasıdır, “rüşvət alması, tələb etməsi” böhtanı atılmaqla ağır cinayətdə ittiham olunmasıdır, cinayətin subyekti – bu cinayəti törədən şəxsin varlığıdır ki, bu şəxs Ramazanova Elnurədir, səsinin audio yazısı olan CD disk bunun sübutudur, cinayətin subyektiv cəhəti – bu cinayət əməlini törətməkdə Ramazanova Elnurənin məqsədinin olmasıdır – onun qisas və intiqam almaq istəyidir, yəni cinayətin motivi qəsddir. X6 çıxışda həm onu təhqir etmiş, həm də onu ağır cinayət törətməkdə ittiham edən böhtanı kütlə içərisində yaymışdır. Bununla da X18 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cəzalandırılmalıdır. Ramazanova Elnurənin kütləvi çıxışda ona qarşı dediklərini təsdiq edən 2 şahidi vardır: 1. Nizami rayonu Keşlə qəsəbəsi, X39 küçəsi, ev 12 ünvanında yaşayan, 201 nömrəli məktəbdə coğrafiya müəllimi işləyən X28; 2. ünvan 3 ünvanında yaşayan, 201 nömrəli məktəbdə tarix müəllimi işləyən X22. Qeyd etdiklərini nəzərə alaraq X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərək, CM-nin 148-ci maddəsinə əsasən 1500 manat cərimə cəzasının, CM-nin 147.2-ci maddəsinə əsasən 02 il müddətində islah işləri cəzasının, CM-nin 66.2-ci maddəsinə əsasən əmək haqqından 15% tutulmaqla 02 il müddətinə islah işləri cəzası təyin olunması barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında xüsusi ittihamçı X14 şikayətini elan edərək eyni məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib işə qayıtdıqdan sonra barəsində böhtan xarakterli məlumatlar verilmişdir. Onun çəklişi var idi, çəklilişi paylaşmışdır. X41 Pedoqoji şura təşkil etmiş, orada onları təhqir etmişdir. Elnurə şurada ona “şərəfsiz” demiş, o da ona “yaltaqlanma” demişdir. O, Afaqa demişdir ki, “sən cinayətkarsan, pul almısan”. Afaq da ona demişdir ki, “sən bələdiyyənin oğlunun qiymətlərini düzəltmək üçün pul almısan”. Həmin səs yazılarını yazıb məhkəməyə vermişdir. Afaq Əliyeva təşkilatçılıq etmişdir ki, müəllimlər onun üzünə dursunlar. Xüsusi ittihamçı X14 məhkəmə çıxışında təqsirləndirilən şəxs X13 törətdiyi cinayət əməlinin tam sübuta yetirildiyini nəzərə alıb, onun Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərək, CM-nin 148-ci maddəsinə əsasən 06 ay müddətinə və CM-nin 147.2-ci maddəsinə əsasən 03 il müddətində azadlıqdan məhrum etmə, CM-nin 66.2-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X11 nümayəndəsi (əri) Nümayəndə təmsil etdiyi şəxsin dəlillərini müdafiə etmiş və təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası CMnin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərək, CM-nin 148-ci maddəsinə əsasən 06 ay müddətinə və CM-nin 147.2-ci maddəsinə əsasən 03 il müddətində azadlıqdan məhrum etmə, CM-nin 66.2-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X18 xüsusi ittiham qaydasında şikayət əsasında cəlb edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Pedoqoji şura 19 sentyabr 2023-cü il tarixdə fövqəladə çağırılmışdır. Məktəblərində hadisə baş verdiyinə görə həmin şura çağırılmışdır. Orada məktəbin kollektivi olmuş, şagirdlər olmamışdır. Daha sonra isə valideynlər gəlmişlər. Həmin iclasda Svetlana bir neçə stul o tərəfdə əyləşmişdir. Bir neçə nəfər paylaşım etdiyinə görə direktor demişdir ki, “hansısa şərəfsizlər məktəbin imicinə xələl gətirə bilməzlər”. Pedeqoji şuranın sədri “Adam kimdir” demiş, 72 nəfər xorla “şərəfsiz” demişdir. Svetlana demişdir ki, “sən kimə şərəfsiz deyirsən, mənə deyirsən, sənsən şərəfsiz”. X40 demişdir ki, “bura pedeqoji şuradır, qaydaya əməl edək, təhqiramiz söz işlətməyək”. Svetlana demişdir ki, “səni məhkəmələrdə süründürəcəm, sən şərəfsizsən, sən rüşvət almısan”. Afaq Əliyeva demişdir ki, “adam kimdir”, onlar da qayıdıb demişlər ki, “şərəfsiz”. Svetlana ona tərəf dönüb “sən cinayətkarsan” demiş, o da “cinayətkar sənsən, sən pul alıb qiymət yazmısan, biz yazmamışıq” demişdir. Svetlana prokurorluqda ifadə verəndə ona hədə-qorxu gəlmişdir. O, təhsillə məşğul olmaqdansa məhkəmələrdə fırlanır. Svetlananın özü boş-bekardır, amma onun işi, şagirdləri vardır. O, etikadan heç vaxt kənara çıxmamışdır. Pedoqoji şuranın sədri Afaq Əliyeva paylaşım edən şəxs barədə “Adam kimdir” dedikdə, orada olan 72 nəfər xorla “şərəfsiz” demişlər. “Şərəfsiz” sözünü o, ayrıca olaraq işlətməmişdir. Hüseynova Svetlana ona qarşı qərəzlidir. Ona görə qərəzlidir ki, o, direktor müavini kimi Afaq Əliyeva ilə bağlı məhkəmə iclasında şahid olmuş, X32 Hüseynovaya “şərəfsiz” demədiyini bildirmiş, ondan sonra Svetlana Hüseynova demişdir ki, “bundan sonra sən məhkəmələrdə sürünəcəksən”. O, deməmişdir ki, “Svetlana, sən şərəfsizsən”. Svetlana ona cinayətkar deməsə idi, o, “bələdiyyənin uşağına kömək etmisən” deməzdi. Amma heç vaxt Svetlanaya deməmişdir ki, “siz rüşvət alırsız”, Svetlananı heç vaxt təhqir və təhdid etməmişdir. Əksinə, Svetalana onu həmişə təhdid və təhqir etmişdir. Ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X13 müdafiəçisi Müdafiəçi göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi X18 barəsində heç bir böhtandan və təhqirdən söhbət gedə bilməz, onun əməlində cinayət tərkibi yoxdur. X13 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X13 digər müdafiəçisi X30 göstərmişdir ki, X18 müəllimədir, xalq arasında işlədilən sözləri yaxşı bilir. Deyimlərdən düzünə istifadə edir. İttiham hökmü ehtimala əsaslana bilməz. Onun özü ehtimallara əsaslanıb heç kimi məhkəməyə verə bilməz. Hüquqlarını müdafiə etdiyi X13 əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X28 ifadəsində göstərmişdir ki, xüsusi ittihamçı X14 ilə birlikdə Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə işləmişlər, o, coğrafiya müəllimidir. 2023-cü ilin iyulun axırı, avqustun əvvəllərində onları çağırıb izahatlarını almışlar, daha sonra direktor Afaq Əliyeva onların fəaliyyətlərinin yoxlanılması barədə əmr vermişdir. Sentyabr ayının 18-i Svetlana bir paylaşım paylaşmışdır. Sentyabr ayının 19-u Pedoqoji şura çağırılmışdır. Lakin iclasa onları çağırmamışlar. Sonra Svetlana onlara demişdir ki, gəlin, gedək, onlar da iclasa getmişlər. Orada onlara demişlər ki, “niyə gəlmisiniz”, onlar da “dədənizin evi deyil” demişlər. Daha sonra mübahisə etməyə başlamışlar. İclasda məktəbin direktoru Afaq Əliyevanın barmağını uzadıb Svetlananı göstərib “Adam kimdir?” deyərək zala müraciətinə cavab olaraq Elnurəni “şərəfsiz” adlandırmış və “adam yediyi qaba tüpürməz” deyərək təhqir etmişdir. Svetlana Elnurəyə “cinayət etmisən, dərsdə olmayan insana qiymət yazırsan” demişdir. Svetlana Elnurəyə dönüb “mənə deyirsiniz şərəfsiz” soruşmuş, Elnurə də demişdir ki, “bəli, sənə deyirəm şərəfsiz”. Məhkəmə iclasında xüsusi ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X22 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə işləyir, tarix müəllimidir. 14 sentyabr 2023-cü il tarixdə məktəbin Pedoqoji şurasının iclası keçirilmiş və 3 müəllimə töhmət verilmişdir. 18 sentyabrda Svetlana “Facebook”da paylaşımlar etmiş, 19 sentyabrda isə həmin paylaşımlarla bağlı müəllimlər təcili Pedoqoji şura keçirmişlər. Afaq Əliyeva iclasda Svetlana barədə demişdir ki, “Adam kimdir”, Elnurə və digərləri “şərəfsiz” demişlər. X33 demişdir ki, “adam yediyi qaba tüpürməz”. Svetlana demişdir ki, “cinayətkarlıqla məşğul olmusunuz”, Elnurə də demişdir ki, “siz bələdiyyənin oğlundan pul almısınız”. Bundan sonra Svetlana bunu sübut etməsini demişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X23 ifadəsində göstərmişdir ki, bu situasiyada o, Elnurə müəlliməni günahlandıra bilməz, Pedoqoji şurada ümumi söhbət getmişdir. Onun özü Pedoqoji şurada iştirak etmiş, orta sıralarda oturmuşdur. Orada eşitməmişdir ki, Elnurə Svetlanaya “şərəfsiz” desin. “Adam yediyi qaba tüpürməz” isə atalar sözüdür. Əgər Elnurə şərəfsiz desə, o, eşidərdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən Məmməd-zadə Tairə Namaz qızı ifadəsində göstərmişdir ki, o, Svetlana Hüseynova ilə 24 il birlikdə işləmiş, münasibətləri o qədər yaxşı olmamışdır. Elnurə Ramazanova isə ona qızı kimi münasibət bəsləmişdir. O, heç vaxt görməmişdir ki, Elnurə söyüş söysün, amma heç Svetlananın da söyüş söyməsini görməmişdir. Hadisə 2023-cü ildə olmuşdur, tam yadında deyildir. 3-4 dəfə məktəbdə Pedoqoji şuranın iclası olmuşdur. O, təhqiredici söz eşitməmişdir. İclasda görmüşdür ki, mübahisə edirlər. İclasın sonunda Svetlana ona yaxınlaşıb demişdir ki, “yaxşı yatmışdın”. Amma o, iclasda yatmamışdı, arada mürgüləyə bilərdi. O, “şərəfsiz” sözü eşitmiş, amma konkret kimin və kimə dediyini eşitməmişdir. “Adam yediyi qaba tüpürməz” isə atalar sözüdür. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X17 ifadəsində göstərmişdir ki, onun Svetlana Hüseynova və Elnurə Ramazanova ilə münasibətləri yaxşı olmuşdur. Elnurə xanım çox mədəni, intellektual, şagirdlərlə münasibəti yaxşı olmuşdur. O, inanmır ki, Elnurə xanım xoşa gəlməyən ifadə işlətsin. 19 sentyabr 2023-cü il tarixli iclasda o, “şərəfsiz” sözü eşitməmişdir. Elnurə Svetlanaya “adam yediyi qaba tüpürməz”, “şərəfsiz” sözlərini desə, o, eşidərdi. Eşitmədiyi söz üçün heç nə deyə bilməz. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X18 28 fevral 1977-ci il tarixdə Ermənsitan Respublikası Zəngibasar rayonunda anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhəri Nərimanov rayonu, Çaykovski küçəsi, ev 4, mənzil 46-da qeydiyyatdadır; -Bakı şəhəri üzrə Təhsil İdarəsi 201 nömrəli tam orta məktəbin 30 yanvar 2025-ci il tarixli 512 nömrəli arayışından görünür ki, X18 08 oktyabr 1994-cü il tarixdən 201 nömrəli dövlət ümumtəhsil məktəbində pedaqoji fəaliyyətə başlamış, riyaziyyat-informatika müəllimi işləmişdir. 2003-2004-cü tədris ilində direktor müavini təyin edilmiş və hazıradək bu vəzifəni layiqincə icra edir. Bununla yanaşı riyaziyyat-informatika fənnini tədris etməkdə davam etmişdir; -Bakı şəhəri üzrə Təhsil İdarəsi 201 nömrəli tam orta məktəbi üzrə qərardan çıxarışdan görünür ki, 19 sentyabr 2023-cü il tarixdə məktəbin Pedoqoji şurasının iclası keçirilmişdir. Məhkəmənin baxış iclasında iş materiallarında olan 01 ədəd “CD-R” formatlı diskə əlavə edilmiş səs yazısı dinlənilmiş, həmin səs yazısının Bakı şəhəri üzrə Təhsil İdarəsi 201 nömrəli tam orta məktəbin 19 sentyabr 2023-cü il tarixdə keçirilmiş Pedoqoji şurasının iclasında qeydə alındığı müəyyən edilmişdir. Hansı ki, həmin səs yazısında, X18, X10 barəsində “Şərəfsiz”, “Adam yediyi qaba tüpürməz” ifadələrini işlətmiş, X11 dəqiqləşdirmə mənasında verdiyi “Sən kimə deyirsən şərəfsiz?” sualına cavab olaraq “Bəli, sizə deyirəm” deyə bildirmiş, bundan sonra X11 bir daha dəqiqləşdirmə aparmaq üçün “Mənə deyirsən şərəfsiz” sualına cavab olaraq X18 “Siz pul almısınız, valideynlər indi də sizdən çəkinirlər, siz pul alıb yazmısınız deyir. X7 etməsini tələb etdikdə, X18 ona, “2018-ci ildə bələdiyyənin oğlundan 2-sini düzəltmək üçün pul aldığını, bu il də elədiyini” deyir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər; 32.2 və 32.2.3-cü maddələrinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir; 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir; təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının: 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. 3-cü bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır; 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir; 6-cı bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). 20-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı CPM-nin XLİİ fəslində nəzərdə tutulmuş qaydalara əməl edilməklə keçirilir və xüsusi ittihamçı ittihamdan imtina etmədikdə və ya təqsirləndirilən şəxslə barışmadıqda hökmün (bəraət və ya ittiham hökmünün) çıxarılması ilə başa çatdırılır. Məhkəmənin hökmü CPMnin 349-354-cü maddələrinin tələblərinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra-CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin şərəf və ləyaqəti onun fundamental dəyəridir. Bu səbəbdən, şərəf və ləyaqət milli və beynəlxalq hüquqla qorunur və şərəf və ləyaqətə qəsd cinayət və ya mülki məsuliyyətə səbəb olur. Yuxarıda qeyd edildiyi kimi, təqsirləndirilən şəxs X18 Bakı şəhəri üzrə Təhsil İdarəsi 201 nömrəli tam orta məktəbin məktəb rəhbərliyinin və kollektivin üzvlərinin iştirak etdiyi Pedoqoji şuranın 19 sentyabr 2023-cü il tarixli iclasında X12 ağır cinayətdə ittiham etməklə ona böhtan atmış, eyni zamanda təhqir etmişdir və bu, həmin məlumatların kütləvi çıxış formasında yayılması hesab olunur. Hansı ki, bu sözlər və ifadələr, barəsində işlədilmiş X12 münasibətdə böhtan xarakterli olmaqla, həmin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələmiş, onu təhqir etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsinə əsasən rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulmuş əməl ağır cinayət hesab olunur, təqsirləndirilən şəxs X13 yalan olduğunu bilə-bilə xüsusi itithamçını həmin cinayəti törətməkdə ittiham etməsi ağır cinayətdə ittiham etməklə böhtan atmadır və bu çıxış 201 nömrəli tam orta məktəbin 19 sentyabr 2023-cü il tarixli Pedoqoji şurasının iclasında kütləvi çıxışla yayıldığından Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin təsiri altına düşür. Bu zaman məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət məhz Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən, Bakı şəhəri üzrə Təhsil İdarəsi 201 nömrəli tam orta məktəbin 19 sentyabr 2023-cü il tarixli Pedoqoji şurasının iclasında böhtan və təhqir xarakterli məlumatların səsləndirilərək yayılması ilə bağlı verildiyindən cinayət əməlinin törədilmə vaxtı və yeri kimi həmin vaxt və yer göstərilməklə buna dair sübutlar təqdim edilmiş, təqsirləndirilən şəxsin əməllərinə bu göstərilənlər və sübutlar əsasında hüquqi qiymət verilmişdir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, böhtan və ya iftira - olmayan bir şeyi olmuş kimi təqdim etmək hesab olunur. Böhtan və ya iftira çox mənfi olaraq qiymətləndirilir. Bu baxımdan məhkəmə qeyd edir ki, işə baxılarkən ekspertiza təyin edilməsi zərurəti o zaman yarana bilərdi ki, araşdırılan məsələlərin müəyyən edilməsi xüsusi bilik tələb edilən sahəyə aid olsun. Hazırkı halda məhkəmə törədilmiş əməldə cinayətin əlamətlərinin olmasını müəyyən edərkən, məhkəmə təcrübəsinə müvafiq olaraq, toplanmış sübutları tədqiq etməklə yanaşı, işlədilmiş ifadələrin məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən (məhkəmə-linqvistik ekspertizası keçirmədən) cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla müəyyən edilməsini mümkün hesab etmiş, “Azərbaycan dilinin izahlı lüğəti”nə də nəzər salmış (“Şərəfsiz”sözü “Şərəfi, heysiyyəti olmayan, namussuz, vicdansız, alçaq, rəzil” kimi mənalarda ifadə olunur; “Adam yediyi qaba tüpürməz” ifadəsi isə, burada, atalar sözü kimi işlədilməmiş, işlədildiyi an və yaranmış vəziyyətdə həmin ifadə nankorluq, nanəciblik mənasında işlənmişdir), təqsirləndirilən şəxs X13 xüsusi ittihamçı X11 barəsində 19 sentyabr 2023-cü il tarixdə 201 nömrəli tam orta məktəbin Pedoqoji şurasının iclasında səsləndirdiyi ifadələrin, ifadə tərzi baxımından X11 şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsini xüsusi bilik tələb edilmədən, məhkəmə-linqvistik ekspertizasının keçirilməsinə hər hansı zərurət görmədən, yəni cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi baxımından insan ləyaqəti qorunur və ona hörmət edilir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Eləcə də, İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə və 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda da həmin qaydada fikir ifadə edilmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, “…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın müqəddiməsinə əsasən bu hüquqlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli Qərarına əsasən şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüş, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, şəxsi və ailə sirri, şərəf və təmiz adı qanunun müdafiəsi altındadır. Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (De Haes və Gijsels, § 42 vəLingens, § 46). Halbuki, təqsirləndirilən şəxs X18 xüsusi ittihamçı X12 münasibətdə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları işlədikləri orta məktəbin Pedoqoji şurasının 19 sentyabr 2023-cü il tarixli iclasında səsləndirməklə yaymış, ona böhtan atmaqla təhqir etmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı X16 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz X13 aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Bununla da, məhkəmə xüsusi ittiham qaydasında işlə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq işdə iştirak edən şəxslərin, şahidlərin ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, hesab edir ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Xüsusi ittihamçı X11 şikayəti əsasında X13 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə məhkəməyə verilməsi qanuni və əsaslı olmuşdur, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Bununla bağlı məhkəmə qeyd edir ki, baxılan icraat üzrə məhkəmə müşavirə otağına gedənədək həmin əsasla işə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir, belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X13 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 147.2 və 148-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, X13 məhkumluğu haqqında məlumat yoxdur; -Bakı şəhəri üzrə Təhsil İdarəsi 201 nömrəli tam orta məktəbin direktoru tərəfindən 30 yanvar 2025-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, X18 işlədiyi yer üzrə müsbət xarakterizə olunur; -Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 38 saylı MKİS-nin rəisi tərəfindən 27 yanvar 2025-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, X18 yaşadığı yer üzrə müsbət xarakterizə olunur; -Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 38 saylı MKİS-nin 27 yanvar 2025-ci il tarixli 38/51 nömrəli arayışından görünür ki, X1, ev 4, mənzil 46 ünvanında pasport qeydiyyatındadır; -“Elektron məhkəmə” informasiya sistemində qeydə alınmış məlumatdan görünür ki, X13 övladı X24 28 avqust 2012-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X13 himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxs X13 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X13 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə təqsirləndirilən şəxs X13 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən və az ağır cinayət əməlləri törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətin dəqiqləşdirilməsindən sonra, məhkəmə çıxışı mərhələsində xüsusi ittihamçı və onun nümayəndəsi, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını tələb etməkdə haqlı olmamışlar, məhkəmə çıxışında tələb edilən cəzalar, bu barədə çıxışlar nəzərə alınmır, təqsirləndirilən şəxsə əməllərinin tövsif olunduğu maddələrin sanksiyası hüdudunda cərimə və islah işləri cəzaları təyin edilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 25 iyun 2003-cü il tarixli Qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, qanun cinayətlərin məcmusu üzrə müxtəlif növ cəzaların toplanılmasını istisna etmədiyindən, belə hallarda Cinayət Məcəlləsinin 68ci maddəsində təsbit edilən qaydalar tətbiq edilməlidir. Cinayətlərdən birinə görə cərimə, digərinə görə daha ağır cəza növü təyin edilirsə, əgər cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayət daxildirsə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə müvafiq olaraq qəti cəza cərimə və daha ağır cəzanın tam və yaxud qismən toplanılması yolu ilə təyin edilir. Cinayətlərin məcmusu istənilən variantlarda böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdən təşkil olunursa, bu halda Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq olunur və məhkəmənin mülahizəsinə görə cəzaların, o cümlədən cərimə cəzası ilə daha ağır cəzanın tam və yaxud qismən toplanılması və ya az ciddi cəzanın (yəni, o cümlədən cərimənin) daha ciddi cəza ilə əhatə olunması üsullarından biri tətbiq edilir. Cərimə, habelə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə cəzalarının ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzaları ilə toplanılması zamanı bu cəzaların vahid cəzaya çevrilməsi mümkün olmadığından, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən həmin cəzalar (o cümlədən qəti olaraq təyin olunmuş cərimə və daha ağır cəza) müstəqil icra olunmalı, hökmün nəticəvi hissəsində buna dair müddəa əks etdirilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X16 təyin olunması nəzərdə tutulan cərimə növündə cəza Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalı, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməli, eyni zamanda təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkməli, həmin cəzasını çəkmə müddətinin başlanğıcı onun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, cəzanın icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X18 hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətlərinin hesablanması və cəzaların hesaba alınması zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, X13 təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəməyə verilməsi zamanı və sonrakı mərhələdə onun barəsində qətimkan tədbiri seçilməmişdir, ona görə hazırda da qətimkan tədbiri ilə bağlı məsələ müzakirə və həll edilmir, hökmün icrasını təmin etmək məqsədi ilə qətimkan tədbirinin tətbiqinə əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır, lakin içərisində səs yazıları olan 01 ədəd disk materialın saxlanma müddəti ərzində işdə saxlanılmalıdır, iş üzrə məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 29 saat 6 manatdan, 10 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Digər vəkil isə müqavilə əsasında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirdiyindən qeyd olunan əsasla əmək haqqı ödənilməsi məsələsi müzakirə edilmir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 148-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə cəzasına, CM-nin 147.2-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.1 və 66.2-ci maddələrinə əsasən təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə X16 qəti olaraq, 1000 (bir min) manat məbləğində cərimə və hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunsun, cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. X18 islah işləri cəzasını iş yeri üzrə çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası X13 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. İçərisində səs yazılarının əks olunduğu “CD-R” formatlı 01 ədəd disk materialın saxlanma müddəti ərzində işdə saxlanılsın. X16 məhkəmə icraatı zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X25 müvafiq hesablaşma hesabı üzərindən 284 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-19/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-19/2025
30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver