Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-190/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1985-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 1 ünvanında yaşayan, xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını talamaq məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 14:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 23 saylı ünvanda yerləşən 8-ci km bazarında Zərərçəkmiş şəxs əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən üzərində 20 manat dəyərində ***- ***-**-** mobil telefon nömrəsi və 5 manat dəyərində qoruyucu üzlüyü (kaburo) olan 1 ədəd 400 manat dəyərində “iPhone 6” markalı mobil telefon aparatını, ümumilikdə isə 425 manat əmlakını çıxararaq açıq yolla talamış, əmlak sahibi Zərərçəkmiş şəxs ondan mobil telefonunu qaytarmasını tələb etdikdə o, niyyətinə nail olmaq üçün oradan qaçıb uzaqlaşmaqla soyğunçuluq etmişdir . Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 14 radələrində evdən çıxıb Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 8-ci kilometr bazarına getmişdir. O, bir müddət bazarda gəzib iş axtarmış, iş tapa bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Bazarın daxilində olan pomidor satılan piştaxtanın yanında sonradan adını bildiyi Zərərçəkmiş şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibində olan mobil telefonu görüb ona yaxınlaşmış, arxadan əlini atıb cibindən telefonu götürmüş və qaçmağa başlamışdır. Həmin şəxs onun arxası ilə səslənib telefonunu qaytarmasını demişdir. O, əli ilə Zərərçəkmiş şəxs “1 dəqiqə” işarəsi edib yayındırmaq istəmiş, lakin Səbuhinin onun arxasınca qaçaraq gəldiyini görmüşdür. O, qaçaraq bazardan çıxmış, təxminən 100-150 metr aralıda yerləşən binaların arasına daxil olmuşdur. Bu zaman arxasınca qaçan bazarın mühafizəçisi onu tutub saxlamışdır. Səbuhi də onlara yaxınlaşmış, hər ikisi onu tutaraq bazar istiqamətində aparmışlar. Bazarın qarşısında onu polis əməkdaşlarına təhvil vermişlər və onu 24-cü PŞ-nə gətirmişlər. Şöbədə onun üzərinə baxış keçirilmiş və baxış zamanı o, könüllü olaraq Səbuhinin cibindən götürdüyü mobil telefonu təqdim etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 14:20 radələrində bazarlıq etmək üçün Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 8-ci kilometr bazarına getmiş, bazarda bir müddət gəzib müəyyən ərzaqlar almış, saat təxminən 14:50 radələrində pomidor satılan piştaxtaya yaxınlaşmışdır. Pomidor alaraq pulunu verib torbaları götürən zaman kiminsə arxadan əlini onun əynində olan tünd göy gödəkçəsinin cibinə salaraq cibində olan “iPhone 6” markalı mobil telefonunu götürdüyünü hiss etmişdir. Bu zaman o, arxaya dönüb baxdıqda sonradan adını bildiyi Təqsirləndirilən şəxs görmüşdür. Tural onun arxaya döndüyünü görüb qaçmağa başlamış, o, Turalın arxası ilə səslənib telefonunu qaytarmasını tələb etmişdir. Bu zaman Tural ona tərəf dönüb əli ilə “1 dəqiqə” işarəsi edərək yenə də qaçmağa davam etmişdir. O, Turalın arxasınca qaçaraq ətrafda olan şəxslərə səslənərək həmin şəxsin onun telefonunu götürdüyünü və onu saxlamalarını istəmişdir. Tural qaçaraq bazardan çıxmış, o da əlində olan ərzaq torbalarını kənara qoyub Turalın arxasınca qaçmışdır. Tural bazarın çıxışından binaların arası istiqamətinə qaçmış, təxminən 100-150 metr qaçdıqdan sonra onun Turalın arxasınca qaçdığını görən bazarın mühafizəçisi də Turalın arxasınca qaçıb binaların arasında onu saxlamışdır. O da Turala çatıb həmin şəxsin qaçmağına mane olmuş, o və mühafizəçi Turalı bazara tərəf gətirmişlər və orada Turalı polis əməkdaşlarına təhvil vermişdir. Mobil telefonunun qiyməti 400 manat, 050 *** ** ** saylı nömrə 20 manat və qoruyucu kaburo 5 manat dəyərində olmaqla ona ümumilikdə 425 manat dəyərində maddi ziyan dəymişdir. Telefonu qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, 8-ci kilometr bazarında mühafizəçi işləyir. xx xxx 2020-ci il tarixdə saat 15 radələrində bazarın girişində olan zaman bir nəfər şəxsin qaçaraq bazarın girişi istiqamətində gəldiyini görmüşdür. Həmin şəxsin arxasınca 2-3 nəfər də qaçaraq həmin şəxsin kiminsə telefonunu cibindən götürüb qaçdığını demişlər. Bu zaman o, həmin şəxsin arxasınca qaçmağa başlamış, həmin şəxs bazardan çıxıb Naxçıvanski küçəsində yerləşən binalar istiqamətində qaçmışdır. Təxminən həmin şəxsin arxasınca 100-150 metr qaçıb çataraq saxlamışdır. Bu zaman həmin şəxs cibindən “iPhone” markalı telefonu çıxarıb ona göstərərək “telefonu verim məni burax“ demiş, lakin o, həmin şəxsi buraxmamışdır. Bu zaman bir nəfər şəxs də onlara yaxınlaşmış və saxladığı şəxsin onun telefonunu götürüb qaçdığını demişdir. Bundan sonra onlar həmin şəxsi bazarın qarşısına gətirib orada xidmət aparan polis əməkdaşlarına təhvil vermişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X3 Alayının Patrul bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat təxminən 15:00 radələrində xidmətdə olan zaman 8-ci kilometr bazarında bir nəfər şəxsə qarşı soyğunçuluq edildiyi və hadisəni edən şəxsin qaçdığı barədə ona və xidmət yoldaşı Şahid3 məlumat verilmişdir. Hər ikisi dərhal həmin şəxsin qaçdığı istiqamətdə hərəkət etmiş, 8-ci kilometr bazarının qarşısında bazarın mühafizəçisi Şahid1 bir nəfər vətəndaşı gətirdiyini görmüşlər. Şahid1 onlara yaxınlaşıb həmin şəxsin soyğunçuluq etdiyini demişdir. Onlar həmin şəxsi mühafizəçidən təhvil alıb 24-cü PŞ-nə gətirərək təhvil vermişlər. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu və onun Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etdiyi məlum olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X3 Alayının Patrul bölüyünün polis nəfəri Şahid3 Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, HK-1/1221 saylı material üzrə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(007)-95/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/1413 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “iPhone” markalı, “A1586” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2020-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 160 manat müəyyən olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 352 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı bədən səthində xəsarət və xəsarət izi aşkar edilməmişdir. - toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, bir ədəd “iPhone” markalı, “A1586” modelli mobil telefon aparatı və 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, cinayət işi üzrə maddi sübut olan “iPhone” markalı, **********13419 imei kodlu mobil telefonu təhvil almışdır. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs cins şalvarının sağ yan cibindən qara üzlüklü, arxa tərəfi boz olan mobil telefon aparatını çıxarıb təqdim edərək həmin telefonu 8-ci km bazarında ələ keçirdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər... 4. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır...
7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus “iPhone 6” markalı mobil telefonu açıq talayaraq soyğunçuluq etməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-195/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd “iPhone” markalı, “A1586” modelli mobil telefon Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “iPhone” markalı, “A1586” modelli mobil telefon Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 (üç yüz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Mətanət Hacıyeva