Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-190/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili- “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-də fəhlə işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 100A-da qeydiyyatda olmaqla yaşamış, 19 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs orta məktəbə ibtidai sinif müəlliməsi kimi işə qəbul olunmaq istəyini öyrənərək sonuncuya özünün yüksək vəzifədə işləyən şəxslərlə tanışlıq münasibətləri olması barədə yalan məlumat verərək inandırıb, əlaqələrindən istifadə etməklə Zərərçəkmiş şəxs ibtidai sinif müəlliməsi kimi işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək bu adla sonuncunun ona məxsus "xxxx" ASC-yə aid 4****2997 nömrəli kart hesabına Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Şuşa qəsəbəsi ərazisində yerləşən mağazadan “Milliön” terminalından 30 oktyabr 2021-ci il tarixdə köçürdüyü 200 manat, 31 oktyabr 2021-ci il tarixdə həmin ünvanda köçürdüyü 500 manat, 07 noyabr 2021-ci il tarixdə həmin ünvanda köçürdüyü 1000 manat, 12 noyabr 2021-ci il tarixdə həmin ünvanda köçürdüyü 700 manat, 19 noyabr 2021-ci il tarixdə həmin ünvanda köçürdüyü 600 manat, 23 dekabr 2021-ci il tarixdə həmin ünvanda köçürdüyü 204 manat, Zərərçəkmiş şəxs ona məxsus "xxxx" ASC-yə aid 416974****2720 nömrəli kart hesabına 14 may 2022-ci il tarixdə həmin ünvanda köçürdüyü 52 manat, 15 iyun 2022-ci il tarixdə həmin ünvanda köçürdüyü 75 manat, 21 iyun 2022-ci il tarixdə həmin ünvanda köçürdüyü 205 manat, 12 iyul 2022-ci il tarixdə həmin ünvanda köçürdüyü 30 manat, 08 avqust 2022-ci il tarixdə Ağdam rayonunda yerləşən "xxxx" ASC-nin filialından köçürdüyü 3100 manat, Zərərçəkmiş şəxs "xxxx" ASC-yə aid 416973****0881 nömrəli kart hesabına 18 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Şuşa qəsəbəsi ərazisində yerləşən mağazadan “Milliön” terminalından köçürdüyü 250 manat, 18 avqust 2022-ci İ tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Şuşa qəsəbəsində yaşadığı evdən Zərərçəkmiş şəxs övladı Şahid3 məxsus olan “Leo bank” hesabından ona məxsus "xxxx" ASC-yə aid 416974****2720 nömrəli kart hesabına köçürdüyü 70 manat, 28 avqust 2022-ci il tarixdə həmin ünvanda Şahid3 məxsus olan “Leo bank” hesabından köçürdüyü 50 manat, ona məxsus "xxxx" ASC-yə aid 416974****2720 nömrəli kart hesabına 12 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 34/67 ünvanında yerləşən “Milliön” terminalından köçürdüyü 3000 manat, həmin tarixdə eyni ünvanda köçürdüyü 3000 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus 13036 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə icraatı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia vermiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmişdir, eyni zamanda sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verilmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, ona məxsus 13036 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işinin gedişatı dövründə Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində yerləşən kirayə verdiyi mənzilinin kirayə haqları ona verilir. Bu səbəbdən ona dəyən zərərdən 500 manat verilmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs dələduzluq əməli nəticəsində ona vurduğu 12536 manat məbləğində zərərin və 130 manat dövlət rüsumunun əvəzinin həmin təqsirləndirilən şəxsdən alınaraq ona ödənilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və mülki iddianı qəbul edərək ifadəsində göstərmişdir ki, onun ünvan 3 ünvanında iki evi vardır, bir evində özü yaşayır, digərini isə icarəyə vermişdir. Onun Nərimanov rayonu, Aşıq Qərib küçəsi, 100A ünvanında kirayə yaşayan X2 bəzi işlərinə, yəni qızının imtahanlarının yazılmasına köməklik etmişdir. X1 ilə yaxın münasibəti olmuş, Bahara xala kimi yanaşmış, aralarında etibar formalaşmışdır. Zərərçəkmiş şəxs ilə X2 vasitəsi ilə tanış olmuşdur, həmin şəxslərin həmyerli olduqlarını, rayona gedərkən yolda tanış olduqlarını bilmişdir. Bir gün X3 ona bildirmişdir ki, Zərərçəkmiş şəxs işə düzəltmək lazımdır. O, kömək etməyə çalışacağını demişdir. Zərərçəkmiş şəxs ilə 2021-ci ilin oktyabr ayında ilk dəfə işlə bağlı telefonla danışmışdır. Zərərçəkmiş şəxs ona bildirmişdir ki, məktəblərin birinə müəllimə düzəlmək istəyir. Onun isə həmin vaxt pula ehtiyacı olmuşdur. Buna görə yalandan Zərərçəkmiş şəxs bildirmişdir ki, nüfuzlu tanışları vardır və heç bir problem olmadan onun işini həll edəcəkdir. O, Zeynəbdə özünə qarşı inam formalaşdırmaq üçün bildirmişdir ki, özünün şəxsiyyət vəsiqəsinin, diplomunun surətlərini ona göndərsin. Zeynəb də “whatcapp” vasitəsi ilə dediyi sənədlərin şəkillərini ona göndərmişdir. O, Zeynəblə telefonda danışan zaman bu işin həll edilməsi üçün 17000 manat pul lazım olmasını bildirmişdir. Lakin Zeynəb həmin məbləğdə pulunun olmadığını bildirmiş, buna görə Zeynəblə 12000 manata razılaşmışlar. O, Zeynəbə yalandan vəd vermişdir ki, Zeynəbi qaçqın məktəblərin birinə ibtidai sinif müəlliməsi düzəldəcəkdir. O, Zeynəblə telefonla danışdıqda özünə məxsus olan bank kartının şəklini Zeynəbə göndərmişdir. Zeynəb 2021-ci lin oktyabr ayında onun bank kartına 2500 manat pul göndərmişdir. Daha sonra isə elə həmin ərəfələrdə 1000 manat pul göndərmişdir. O, Zeynəblə Nərimanov rayonu ərazisində yerləşən parkda görüşmüşdür. Həmin vaxt Zeynəbin yanında adını bilmədiyi oğlu da olmuşdur. Görüş zamanı Zeynəbə bildirmişdir ki, onun işi qısa zaman ərzində öz həllini tapacaqdır. Zeynəb 08 avqust 2022-ci il tarixdə 3100 manat, bir neçə dəfə 50 və 100 manat, 18 avqust 2022-ci il tarixdə 250 manat, 12 sentyabr 2022-ci il tarixdə 3000 manat, elə həmin tarixdə yenidən 3000 manat pul göndərmişdir. Beləliklə, Zeynəb ona ümumilikdə 13036 manat pul göndərmişdir. Zeynəb pulları onun 4169 7414 3557 2720 nömrəli "xxxx" kartına göndərmişdir. Zeynəbin ona göndərdiyi pulları öz şəxsi işləri üçün xərcləmiş, Zeynəbin işə düzəldilməsi üçün heç kimlə görüşməmiş və həmin pulları da heç kimə verməmişdir. Sadəcə olaraq bu addan istifadə etməklə Zərərçəkmiş şəxs pulunu ələ keçirmişdir. Onun Zeynəblə danışdığı ilkin gündən məqsədi Zeynəbin pulunu ələ keçirmək olmuşdur. Əldə etdiyi pulları öz şəxsi işləri üçün xərcləmiş, Bahara və ya kiməsə həmin puldan verməmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, əməlindən səmimi peşmançılıq hissləri keçirir, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəmək fikrindədir, lakin bunun üçün azadlıqda olmalıdır. Bundan başqa o, evli olmuşdur, nikahı pozularkən qızı həyat yoldaşının himayəsində qalmışdır, uşağın saxlanılması üçün hər ay 160 manat aliment ödəməlidir. Qeyd etdiklərini, habelə ikinci qrup gözdən əlil olduğunu, valideynlərinin vəfat etdiyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1994-cü ildən 1997-ci ilədək Bakı Sənaye Pedaqoji kollecində oxumuş, 1999-cu ildən 2000-ci ilədək Bakı Müəllimlər İnstitutuna keçmiş, 1997-ci ildən Ağdam rayonu, Evoğlu kənd orta məktəbində ibtidai sinif müəlliməsi işləmiş, 2018-ci ildə öz ərzəsi ilə işdən çıxmışdır. Sonradan işə qəbul üçün hazırlaşsa da, işə qəbul ola bilməmişdir. Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərçiyi ev 1, mənzil 68-də yaşayır. 2021-ci ilin oktyabr ayında rayonlara işləyən “Vita” markalı avtomobillə Ağdam rayonuna getdiyi zaman sərnişin qismində yanında oturan Bahar adlı xanımla tanış olmuşdur. Söhbət əsnasında Bahara əvvəllər Ağdam rayonunun Evoğlu kəndində Ə.Əliyev adına orta məktəbdə ibtidai sinif müəlliməsi işlədiyini, 2018-ci ildən işsiz qaldığını demişdir. Bu zaman Bahar ona kirayə yaşadığı evin sahibinin çox nüfuzlu və əlaqələri geniş adam olduğunu, onu işə düzəlmək məsələlərində yardım edə biləcəyini bildirmişdir. Onlar bir-birilərinə mobil nömrələrini vermişlər. O, Bakı şəhərinə qayıtdıqdan sonra Baharın vasitəsilə 28 oktyabr 2021-ci il tarixdə onun kirayədə yaşadığı evin sahibi Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Bahar ona məxsus olan mobil nömrəni Təqsirləndirilən şəxs vermiş, Azər də onunla əlaqə saxlamış və “whatcapp”da mesaj yazmışdır. Təqsirləndirilən şəxs ondan işə düzəlmək məqsədi ilə şəxsiyyət vəsiqəsinin, diplomların, həyat yoldaşının əlillik vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin surətlərini istəmişdir. O da ***-***-**-** mobil telefon vasitəsi ilə yaradılmış “whatcapp” proqramı vasitəsilə Azərin ***-***-**-** mobil nömrəsi ilə yaradılmış “whatcapp” profilinə həmin sənədlərin şəkilini çəkib atmışdır. Telefonla danışan zaman Azər ona nüfuzlu dostlarının olduğunu, vəkil tutacağını, apellasiyaya veriləcəyini və imtiyazlı ailə olduğundan onu işlə təmin etdirəcəyini bildirmişdir. Buna görə də Azərin “whatcapp” vasitəsi ilə ona göndərdiyi kartlara, yəni "xxxx" ASC-yə aid 4****2997 nömrəli kart hesabına Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Şuşa qəsəbəsi ərazisində yerləşən mağazadan “Milliön” terminalından 30 oktyabr 2021-ci il tarixdə 200 manat, 31 oktyabr 2021-ci il tarixdə həmin ünvanda 500 manat, 07 noyabr 2021-ci il tarixdə həmin ünvanda 1000 manat, 12 noyabr 2021-ci il tarixdə həmin ünvanda 700 manat, 19 noyabr 2021-ci il tarixdə həmin ünvanda 600 manat, 23 dekabr 2021-ci il tarixdə həmin ünvanda 204 manat, 14 may 2022-ci il tarixdə həmin ünvanda "xxxx" ASCyə aid 416974****2720 nömrəli kart hesabına 52 manat, 15 iyun 2022-ci il tarixdə həmin ünvanda 75 manat, 21 iyun 2022-ci il tarixdə həmin ünvanda 205 manat, 12 iyul 2022-ci il tarixdə həmin ünvanda 30 manat, 08 avqust 2022-ci il tarixdə "xxxx" ASC-nin Ağdam rayonu filialından 3100 manat, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şüdçülük sovxozu, Şuşa qəsəbəsi ərazisində yerləşən mağazada “Milliön” terminalından 13 avqust 2022-ci il tarixdə "xxxx" ASC-yə aid 416973****0881 nömrəli kart hesabına 250 manat, 18 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Şuşa qəsəbəsində yaşadığı evdən, qızı Şahid3 məxsus olan “Leo bank” hesabından "xxxx" ASC-yə aid 416974****2720 nömrəli kart hesabına 70 manat, 28 avqust 2022-ci il tarixdə həmin ünvanda qızı Şahid3 məxsus olan “Leo bank” hesabından 50 manat, 12 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 34/67 ünvanında yerləşən “Milliön” terminalından 3000 manat, 12 sentyabr 2022-ci il tarixdə həmin ünvanda “Milliön” terminalından 3000 manat pul vəsaitini ona göndərmişdir. Azər ilkin olaraq onun işini məhkəmə vasitəsi ilə qaytaracağını bildirmişdir, daha sonra isə Nərimanov rayonu ərazisində parkda görüşdükdə demişdir ki, iş öz həlini tapır, iş birinci adamın əlindədir. Azər əvvəlcə ona 17000 manat pula işin düzələcəyini bildirmiş, lakin sonra 12000 manat pul istəmiş, özünün çoxlu nüfuzlu şəxslərlə əlaqəsi olduğunu, onun işini həll edəcəyini demişdir. Azər özünü iş adamı kimi təqdim etmiş, Azərin danışıqlarına inanaraq onu işə düzəldəcəyinə inanıb kart hesabına köçürməklə pulları Azərə vermişdir. Azərlə onun arasında olan səs yazıları, pulların göndərilməsinə dair qəbzlər iş materiallarında vardır. Təqsirləndirilən şəxs ona məxsus ümumilikdə 13036 manat pul vəsaitini mənimsəmiş, lakin həmin pulları ona qaytarmamışdır. Bununla əlaqədar məhkəmədə mülki iddia qaldırmışdır, Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində yerləşən kirayə verdiyi mənzilinin kirayə haqları ona verildiyinə görə ona dəyən zərərdən yalnız 500 manat ödənilmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, həmin şəxsin barəsində qanuni qərar qəbul olunmasını, dələduzluq əməli nəticəsində ona vurduğu 12536 manat məbləğində zərərin və 130 manat dövlət rüsumunun əvəzinin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Təqsirləndirilən şəxs anasını müəlimə işinə düzəltmək adı ilə anasından pul istəmişdir. Təqsirləndirilən şəxs “whatcapp” vasitəsi ilə anasının mobil nömrəsinə göndərdiyi 4169-7414-3557-2720 nömrəli kartı hesabına 18 avqust 2022ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şüdçülük sovxozu, Şuşa qəsəbəsində yaşadıqları evdən ona məxsus “Leo kart” hesabından 50 manat, 28 avqust 2022-ci il tarixdə yenə həmin evdən ona məxsus “Leo kart” hesabından 70 nanat pul göndərmişdir. Anası işə düzəlmək üçün Təqsirləndirilən şəxs ümumilikdə 13036 manat pul vermiş, onun verdiyi kart hesablarına köçürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ayı 200 manata kirayə yaşayır, Təqsirləndirilən şəxs onun kirayə yaşadığı evin sahibidir. Azər ona özünü iş adamı kimi təqdim etmiş, geniş əlaqələrinin olduğunu bildirmişdir. 2021-ci ilin oktyabr ayında rayonlara işləyən “Vita” markalı avtomobillə Ağdam rayonuna getdiyi zaman sərnişin qismində yanında oturan Zeynəb adlı xanımla tanış olmuş, Zeynəbin də Ağdam rayon sakini olduğunu bilmişdir. Söhbət əsnasında Zeynəb əvvəllər Ağdam rayonu, Evoğlu kəndində Ə.Əliyev adına orta məktəbdə ibtidai sinif müəlliməsi işlədiyini, 2018-ci ildən işsiz qaldığını demişdir. Bu zaman o, Zeynəbə bildirmişdir ki, kirayə qaldığı ev sahibinin geniş əlaqələri vardır, onunla söhbət edər, əgər ona kömək edə bilərsə, onları calaşdırar. Onun bu sözləri deməkdə məqsədi sadəcə olaraq Zeynəbə kömək etmək olmuşdur. Kirayə qaldığı evin sahibi olan Təqsirləndirilən şəxs ona bildirmişdir ki, özünün geniş əlaqələri vardır, işə adam düzəldə bilir, o da buna görə Zeynəbə Azəri təklif etmişdir. Sonradan bildiyinə görə Zeynəb təxminən 13000 manat pulu işə düzəlməsi üçün Azərə vermiş, lakin Azər işi düzəltməmiş, pulu isə qaytarmamışdır. Azər aldığı puldan ona heç bir məbləğdə pul verməmişdir, onun heç bir təmənnası olmamışdır. Onun istəyi sadəcə olaraq Zeynəbə kömək edilməsi olmuşdur və Azərin Zeynəbi aldatdığını başa düşdükdə Zeynəbə şikayət etməsini demişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X4 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs əvvəllər müəllimə işləmiş, lakin sonradan öz ərizəsi ilə işdən çıxmış, yenidən işə bərpa olunmaq üçün çalışsa da bərpa oluna bilməmişdir. Anası işə düzəlmək üçün Təqsirləndirilən şəxs 13036 manat pul vermişdir. Onunla birlikdə anası bir dəfə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində parkın ərazisində görüşmüş, həmin vaxt Azər bildirmişdir ki, anasının işi ilə “birincilər” maraqlanır və onlar həll edirlər. Azər anasının işə düzələcəyini və heç bir narahatçılığının olmamasını bildirmişdir. Daha sonra onlar aralaşaraq anası ilə evə getmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 17 oktyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 9-11) - 19 oktyabr 2022-ci il tarixli protokoldan və ona əlavə olunan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 14 ədəd qəbz, 01 ədəd disk və 49 vərəqədə “whatcapp” yazışmalarının mətnləri hal şahidlərinin iştirakları ilə götürülmüşdür. (i.v. 36-89) - 08 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə olunan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs mobil telefonuna baxış keçirilmiş, müəyyən edilmişdir ki, mobil telefonun “whatcapp” bölməsində “Zeynəb” adına qeyd edilmiş profil +**********69 mobil nömrə ilə yaradılmışdır. “Azər Bahar” adı ilə qeyd edilmiş profil +**********65 mobil nömrəsi ilə yaradılmışdır. “Azər Bahar” adlı profillə yazışması vardır. Həmin profildə Təqsirləndirilən şəxs profilinin olmasını bildirmişdir. Həmin profildə yazışmalarda Zərərçəkmiş şəxs işə düzəldilməsi barədə yazışmaları vardır. Həmçinin aralarında olan yazışmanın “media” bölümündə Təqsirləndirilən şəxs göndərdiyi kartın şəkli, çeklərin və sənədlərin şəkiləri vardır. (i.v. 162-178) - 04 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 308, 309, 311, 310, 178.2.3 və 29,312-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 179-188) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, təqsirləndirilən şəxsin niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı ödəməmiş, zərərçəkmiş şəxslə barışmamış, bundan irəli gələrək cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 19 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 105-106) - 21 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 19 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (144-146) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli qərarı ilə cəzası 03 ilə endirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2016-cı il tarixli qərarı ilə qanunvericilikdə edilmiş dəyişikliyə əsasən CM-nin 178.2.4-cü maddəsi hökmdən xaric edilmiş, 14 aprel 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 156-158) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında himayəsində azyaşlı uşağının olmasını cəza təyini zamanı nəzərə alınmasını xahiş etsə də, müəyyən edilmişdir ki, həmin şəxsin nikahı rəsmi olaraq pozulmuş, həyat yoldaşı ilə birgə nikahından doğulmuş uşağı anasının himayəsinə verilmişdir, belə olan halda həmin uşaq Təqsirləndirilən şəxs himayəsində sayılmaqla CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 19 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 14 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq 12536 manat məbləğində maddi ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzinin təqsirləndirilən şəxsdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi zamanı, yəni Təqsirləndirilən şəxs dələduzluq yolu ilə özgənin əmlakını, Zərərçəkmiş şəxs məxsus əmlakı (pulu) aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmişdir, nəticədə ona 13036 manat məbləğində maddi ziyan vurmuşdur, ona görə həmin maddi ziyanın ödənilməmiş 12536 manat hissəsi mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün müvafiq qaydada hesablanmaqla ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun əvəzi mülki cavabdehdən mülki iddiaçının xeyrinə alınmalıdır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 19 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Maddi ziyan qismində 12536 (on iki min beş yüz otuz altı) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 (bir yüz otuz) manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmaqla məhkəmə icraatı zamanı 14 iş saatı müddətində göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 84 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-190/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-190/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver