Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-191/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclası katibi) X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonunun, Qarabağlar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası adlı ərazidə yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakıni gizli olaraq talama nməqsədi ilə 2021-ci iyul ayının ortalarında günorta saatlarında təmirçi kimi işlədiyi Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən mebel sexindən dəzgahlara aid hər birinin qiyməti 330 manat olan 07 ədəd “Adtech” markalı, “ACH-13150C1” modelli, 1,5 kw, səkkizayaqlı “CNC” aparatının servo-matronu, hər birinin qiyməti 250 manat olan 03 ədəd “RichAuto- AutoNow-A11E” markalı “CNC” aparatının idaəredici pultunu, hər birinin qiyməti 180 manat olan 04 ədəd “Adtech" markalı, “QS7AA030M” modelli servo drayveri, 2021-ci ilin iyul ayında növbəti gün günorta saatlarında həmin sexdən hər birinin qiyməti 350 manat olan 02 ədəd “Arel" markalı ikibaşlı şpinkeli, hər birinin qiyməti 250 manat olan 02 ədəd “Arel” markalı, 1.4 kw birbaşlı şpinkeli, hər birinin qiyməti 160 manat olan 03 ədəd “Delta VFD- EL” markalı inverteri, 2021-ci ilin iyul ayında növbəti gün günorta saatlarında həmin sexdən hər birinin qiyməti 180 manat olan 06 ədəd “Adtech” markalı, “QS7AA030M” modelli servo drayveri, hər birinin qiyməti 160 manat olan 02 ədəd “Delta VFD-EL” markalı inverteri, hər birinin qiyməti 1400 manat olan 03 ədəd idaredici motoru 3 gün ərzində vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 11060 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi çətinliyi və yaranmış borclarını ödəmək məqsədilə təmirçi kimi işlədiyi və Zərərçəkmiş şəxs məxsus mebel sexindən 2021-ci ilin iyul ayının ortalarında günorta saatlarında əvvəlcə 6-7 ədəd servo matoru, 03 ədəd CNC apratının idarəedici pultunu, 4 ədəd drayveri, növbəti gün 2 ədəd ikibaşlı və 2 ədəd birbaşlı şpinkeli, 3 ədəd inverteri, növbəti gün 6 ədəd drayveri, 2 ədəd inverteri, 3 ədəd idaredici matoru oğurlamışdır. Həmin əşyaları hər dəfə bir fərqli taksi vasitəsi ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə aparmışdır. Sonuncu dəfə oğurladığı 6 ədəd drayveri, 2 ədəd inverteri, 3 ədəd idaredici matoru daşıdığı taksi sürücü ilə razılaşıb həmin avadanlıqları 1500 manata həmin şəxsə satmışdır. 01 ədəd CNC aparatının idarəedici pultunu, 03 ədəd səkkizayaqlı CNC aparatının servo-matorunu, 04 ədəd drayveri, 03 ədəd inverteri, 02 ədəd ikibalı şpinkeli və 01 ədəd birbaşlı şpinkeli 3000 manat borcunun qarşılığında Şahid1 özünə məxsus əşyalar kimi təklif etmiş və sonuncu razılaşdığından həmin əşyaları Allahverənə vermişdir. Zərərçəkmiş şəxs məxsus sexdən həmin əşyaları hissə-hissə tək çıxarmış, əşyaları satdığı və borcunun qarşılığında verdiyi şəxslərə əşyaların ona məxsus olduğunu demişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmiş və törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən "xxxx" ASC-nin ərazisində mebel sexi işlətmişdir. Mebel sexində dəzgahların təmiri ilə məşğul olan Təqsirləndirilən şəxs 2021-ci iyul ayında ona məxsus ünvan 2 ünvanda yerləşən mebel sexindən dəzgahlara aid hər birinin qiyməti 330 manat olan 07 ədəd “Adtech” markalı, “ACH-13150C1” modelli, 1,5 kw, səkkizayaqlı “CNC” aparatının servo-matronu, hər birinin qiyməti 250 manat olan 03 ədəd “RichAuto-AutoNow-A11E” markalı “CNC” aparatının idaəredici pultunu, hər birinin qiyməti 180 manat olan 04 ədəd “Adtech" markalı, “QS7AA030M” modelli servo drayveri, hər birinin qiyməti 350 manat olan 02 ədəd “Arel" markalı ikibaşlı şpinkeli, hər birinin qiyməti 250 manat olan 02 ədəd “Arel” markalı, 1.4 kw birbaşlı şpinkeli, hər birinin qiyməti 160 manat olan 03 ədəd “Delta VFD-EL” markalı inverteri, hər birinin qiyməti 180 manat olan 06 ədəd “Adtech” markalı, “QS7AA030M” modelli servo drayveri, hər birinin qiyməti 160 manat olan 02 ədəd “Delta VFD-EL” markalı inverteri, hər birinin qiyməti 1400 manat olan 03 ədəd idaredici motoru oğurlayaraq ümumilikdə ona 11060 manat məbləğində maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və sonuncuya qarşı heç bir şikayəti, İddia və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər tanıdğı Təqsirləndirilən şəxs mebel sexlərində olan kəsici alətlərin və digər avadanlıqların təmiri ilə məşğul olmuşdur. Mebel sahəsi üzrə çalışdığı üçün Təqsirləndirilən şəxs ilə münasibətləri yaranmış və bir neçə dəfə sonuncuya borc pul vermişdir. Təqsirləndirilən şəxs ona 3000 manat borcu yaranmış və sonuncunun borcu qaytarmaq imkanı olmamışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin iyun-iyul aylarında ona mebel sexində istifadə edilən kəsici dəzgahlara aid bəzi matorları və digər avadanlıqları borcunun qarşılığında vermişdir. Təqsirləndirilən şəxs matorları və digər avadanlıqları ona verərkən onların oğruluq olduğunu deməmiş və həmin avadanlıqların özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs borcunun qarşılığında ona 01 ədəd CNC aparatının idarəedici pultunu, 03 ədəd səkkizyaqlı CNC apratının servo-matorunu, 04 ədəd drayver, 03 ədəd inverter, 02 ədəd ikibaşlı şpinkel və 02 ədəd birbaşlı şpinkel vermişdir. Məhkəmə istintaqı zamanı şahidlər – Şahid2 və Şahid3 Mübariz oğlunun ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq edilmişdir. İşdə olan 04 avqust 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus mebel sexində baş yermişdir. İşdə olan 11 fevral 2022-ci il tarixli “Könüllü təqdim etmə, baxış və götürmə haqqında” protokoldan görünür ki, X1 olaraq 01 ədəd CNC aparatının idarəedici pultunu, 03 ədəd səkkizayaqlı CNC aparatının servo-matorunu, 04 ədəd drayveri, 03 ədəd inverteri, 02 ədəd ikibaşlı şpinkeli, 02 ədəd birbaşlı şpinkeli istintaqa təqdim etmiş və həmin əşyaları ona Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. İşdə olan 03 mart 2022-ci il tarixli “Əşyalara baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ona təqdim edilən 01 ədəd CNC aparatının idarəedici pultunun, 03 ədəd səkkizayaqlı CNC aparatının servo-matorunun, 04 ədəd drayverin, 03 ədəd inverterin, 02 ədəd ikibaşlı şpinkelin, 02 ədəd birbaşlı şpinkelin ona məxsus sexdən oğrulanan əşyalar olduğunu bildirmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 mart 2022-ci il tarixli 9/1496 nömrəli rəyindən görünür ki, “RichAuto-AutoNow-AHE'’ markalı CNC aparatının idaəredici pultunun bir ədədinin qiyməti 250 manat, “Adtech' markalı, “ACH-13150C1” model, 1,5 kw səkkizayaqlı CNC aparatının servo- matorunun bir ədədinin qiyməti 330 manat, “Adtech” markalı, “QS7AA030M” model servo drayverin bir ədədinin qiyməti 180 manat, “Delta VFD-EL” markalı inverterin bir ədədinin qiyməti 160 manat, “Arel” markalı ikibaşlı şpinkelin birədədinin qiyməti 350 manat və “Arel" markalı, 1.4 kw birbaşlı şpinkelin bir ədədinin qiyməti 250 manat təşkil etmişdir. İşdə olan 29 mart 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd CNC aparatının idarəedici pultu, 03 ədəd səkkizayaqlı CNC aparatının servo-matoru, 04 ədəd drayver, 03 ədəd inverter, 02 ədəd ikibaşlı şpinkel, 02 ədəd birbaşlı şpinkel maddi sübut kimi tanınmış və zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan Bakı şəhər Nizami RPİ-nin xx.xx.2022-ci il tarixli ***-**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhər Nizami RPİ-nin MSY-nə təhvil verilmişdir. İşdə olan 10 fevral 2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan 17 oktyabr 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Eyvazov Mustafa Şahid oğlu 05 may 2017-ci il tarixdə doğulmuşdur. İşdə olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmiş və sonuncuya qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Beləliklə, məhkəmədə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək həbsdə saxlandığı 04 ay 03 gün müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar - 01 ədəd CNC aparatının idarəedici pultu, 03 ədəd səkkizayaqlı CNC aparatının servomatoru, 04 ədəd drayver, 03 ədəd inverter, 02 ədəd ikibaşlı şpinkel, 02 ədəd birbaşlı şpinkel zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, cinayət işi üzrə vəkilin ibtidai istintaqda iştirak etdiyi 30 saat, məhkəmədə iştirak etdiyi 30 saat, cəmi 60 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 ay 03 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübutlar - 01 ədəd CNC aparatının idarəedici pultu, 03 ədəd səkkizayaqlı CNC aparatının servo-matoru, 04 ədəd drayver, 03 ədəd inverter, 02 ədəd ikibaşlı şpinkel, 02 ədəd birbaşlı şpinkel zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-191/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-191/2022
13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver