Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-192/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X2 İslam qızının katibliyi, Dövlət ittihamçısı, Bakı şəhər prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı hüquq məsləhətxanasının vəkili X1 iştirakları ilə, 21 avqust 1981-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 29 dekabr 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvan 2 ünvanda arvadı Zərərçəkmiş şəxs pul istəməsi və sonuncunun pul verməkdən imtina etməsi səbəbindən aralarında ailə-məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı qəsdən yumruqla Zərərçəkmiş şəxs sifət və qol nahiyəsinə bir neçə dəfə vuraraq sonuncuya sol gicgah və sağ göz ətrafı nahiyələrin qançırları, sağ bauzunun yuxarı arxa yan səthinin hematoması, alt dodağın sol yarısının iç səthinin qansızmasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə cinayət işinin materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin təkliflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2007-ci ildə ailə həyatı qurmuş və həmin nikahdan iki azyaşlı övladları doğulmuşdur. 29.12.2020-ci il tarixdə saat 21:30 radələrində yaşadıqları mənzildə arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində sonuncunu yumruqla vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır və Zərərçəkmiş şəxs ilə barışmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ildə ailə həyatı qurmuş və həmin nikahdan 2 övladı doğulmuşdur. “Stimull” klinikasında həkim-cərrah vəzifəsində işləmiş, Ramil isə heç bir yerdə işləməmişdir. Əvvəllər Ramil ilə aralarında mübahisə baş vermişdir. 29.12.2020-ci il tarixdə saat 21:30 radələrində yaşadıqları mənzildə Ramilin ondan pul istəməsi səbəbindən aralarında mübahisə baş vermiş və həmin vaxt Ramil yumruqla onun üz nahiyəsinə və qollarına vurmuş, habelə ona qarşı zorakı hərəkətlər etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X3 Anatomiya Elmi- Təcrübi və X4 rayon Şöbəsi tərəfindən verilmiş 11.01.2021-ci il tarixli 1014\02 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində olan xəsarət-sol gicgah və sağ göz ətrafı nahiyələrin qançırları, sağ bazunun yuxarı arxa-yan səthinin hematoması və alt dodağın sol yarısının iç səthinin qansızmast - bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdir, şəxsin bildirdiyi şəraitdə və müddətdə yəni 29.12.2020-ci il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə - sağ bazunun arxa-yan səthinin hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə həm ayrı-ayrılıqda həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin olunmur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03.09.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşə əlavə olunmuş sənəddən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı (15.01.2010-cu il təvəllüdlü X5 və 02.06.2011-ci il təvəllüdlü X6) övladı vardır. İşə əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və sonuncuya qarşı şikayət və tələbinin olmadığının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə əlavə olunmuş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinin tələbinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə barəsində başlanmış cinayət təqibinə xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-192/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-192/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver