Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-193/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Namiq oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 10 iyun 2021-ci il tarixdə, saat 11:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Gözəllik salonunda saç və dırnaq ustası işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə 02.04.2021-ci il tarixdə saat 18:42 radələrində ünvan 2 ünvanda yerləşən işlədiyi "DR. Mehriban gözəllik Mərkəzi”-nə müştəri qismində gələn Zərərçəkmiş şəxs məxsus 4 manat dəyərində ***-***- **-** GSM nömrə ilə işləyən **********96972 imei kodlu, 600 manat dəyərində “İpone X” markalı mobil telefonu gizli olaraq ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 604 (altı yüz dörd) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş yekun protokol qzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən “DR. Mehriban Gözəllik mərkəzi"-də dırnaq ustası işləmiş, Zərərçəkmiş şəxs təxminən 5 ildir ki, ona müştəri kimi müraciət edir onunla qərəzliyi ədavəti, qohumluq əlaqəsi yoxdur. 02.04.2021-ci il tarixdə saat 17:00 radələrində Yeganə salona gəlmiş, ona xidmət göstərdikdən sonra saat 18 radələrində Yeganə salondan çıxıb gedən zaman sonuncunu yola salmış, bir müddət sonra onunla eyni salonda işləyən Zeynab onun masasının üzərində zəng çalan telefonun ona məxsus olmasını zənn edib mobil telefonu ona vermiş, həmin vaxt özünə məxsus mobil telefon öz cibində olduğu üçün anlamışdır ki, Zeynabın ona verdiyi telefon ona məxsus deyil. Lakin, bu barədə Zeynabın özünə heç nə demədən telefonu Zeynabdan alıb əynindəki cins şalvarın arxa cibinə qoymuşdur. Həmin telefona davamlı olaraq zənglər gəldiyi üçün telefonu söndürmüşdür. Həmin ərəfədə maddi sıxıntısı olduğu üçün qərara gəlmişdir ki, telefonun onda olması barədə heç kəsə demədən, sonradan sataraq öz maddi ehtiyaclarını ödəsin. Sonradan Yeganə salona gələrək özünə məxsus telefonun salonda qalıb-qalmamasını soruşduqda o özünü itirdiyi üçün bir qədər sonra telefonun onda olduğunu gizlədərək şəxsi işi olduğunu bəhanə gətirmiş və salondan çıxıb getmişdir. Salondan gedərkən Yeganəyə məxsus mobil telefonu öz yaşadığı evə aparmışdır. Həmin gün axşam saatlarında işlədiyi salonun müdiri Şahid2 ona zəng vuraraq salonda mobil telefonun oğrulanmasından öz narahatçlığını bildirməklə təklif etmişdir ki, telefon ona məxsus əşyalara qarışması nəticəsində səhvən götürdüyü halda gətirib xəlvəti şəkildə ona qaytarsın. Bu zaman o Mehribana Yeganəyə məxsus telefonun onda olmadığını bildirmişdir. Növbəti gün işə getdikdə Yeganənin salonda olmasını görmüş, Yeganə ondan telefonunun harada olmasını maraqlandıqda telefon barədə məlumatı olmadığını bildirmiş, bir müddət sonra, Yeganə onun barəsində polisə müraciət etmişdir. Bundan sonra polis şöbəsinə dəvət olunduqda ona məlum olmuşdur ki, Yeganəyə məxsus oğurlamış olduğu “İpone X” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etməlidir. Bu səbəbdən polis şöbəsinə gələrkən mobil telefonu özü ilə götürmüş, mobil telefon onda olduğu müddət istifadə etməmiş eləcədə telefon üzərində hər hansı bir dəyişiklik etməmiş, izahatı alındıqdan sonra telefonu əldə etdiyi vəziyyətdə polisə təqdim etmiş və bununla bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmişdir. Törətdiyi əməldən səmimi peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 06 may 2021-ci ildə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, buna görə sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 5 ildir ki, dırnaq ustası kimi tanıyır. Fəridənin işlədiyi müxtəlif gözəllik salonlarına getdikdə Fəridə ona xidmət göstərmiş, aralarında əvvəllər heç bir ədavət olmamış əksinə yaxın münasibətdə olmuşlar. 02.04.2021-ci il tarixdə saat 16 radələrində Fəridənin yeni işə başladığı Nizami rayonu, Q.Qarayev prospekti 89 saylı ünvanda yerləşən “DR. Mehriban Gözəllik mərkəzi’’-nə getmişdir. Fəridə ona xidmət göstərdikdən sonra saat 18 radələrində o salonu tərk edib getmiş, getdikdən bir qədər sonra özündə olan mobil telefondan istifadə etmək istədikdə, telefonun üzərində olmadığını müəyyən etmiş və dərhal xatırlamışdır ki, özünə məxsus “İpone X” markalı **********96972 imei kodlu mobil telefonu salonda olduğu zaman Fəridənin iş masasının üzərində unutmuşdur. Bu səbəbdən yenidən Fəridənin işlədiyi Nizami rayonu Q.Qarayev prospekti 89 saylı ünvanda yerləşən “DR. Mehriban Gözəllik mərkəzi"-nə qayıtmış, mobil telefonun masanın üzərində olmadığını müəyyən etməklə Fəridədən və salonda işləyən digər işçidən mobil telefonun masanın üzəridə qaldığını soruşduqda Fəridə telefonu görmədiyini bildirmiş və salondan çıxıb getmişdir. Fəridə getdikdən sonra salonda olan digər şəxslərin iştirakları ilə telefonu axtarmağa başlamış, lakin, telefonu tapa bilməmişdir. Sonradan gözəllik mərkəzinin müdiri Şahid2 ilə birlikdə gözəllik salonunun kameralarında qeydə alınmış video görüntülərə baxdıqda müəyyən etmişlər ki, o salonu tərk edib getdikdən sonra ona məxsus mobil telefon masanın üzərində qalmışdır. Salonda işləyən Zeynab masanın üzərində olan, ona məxsus mobil telefonu götürərək Fəridəyə vermiş və Fəridə həmin telefonu Zeynabdan aldıqdan sonra əynindəki cins şalvarın arxa cibinə qoymuşdur. Növbəti gün yenidən Fəridənin işlədiyi salona gedərək orada Fəridədən xahiş etmiş ki, mobil telefonu geri qaytarsın. Lakin, Fəridə israrla telefonun onda olmadığını bildirdikdən sonra mobil telefonun Fəridə tərəfindən oğurlanması barədə polisə məlumat vermişdir. Şahid X4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o Nizami rayonu Q.Qarayev prospekti 89 saylı ünvanda yerləşən “DR. Mehriban gözəllik mərkəzi”-də saç ustası olaraq çalışır. Təqsirləndirilən şəxs təxminən bir aydır onunla eyni salonda dırnaq ustası olaraq çalışır. Aralarında şəxsi qərəzlikləri ədavətləri yoxdur. 02.04.2021-ci il tarixdə işlədikləri salona müştəri qismində gələn Zərərçəkmiş şəxs Fəridə barəsində 03.04.2021-ci il tarixdə şikayət ərizəsi ilə müraciət etməsi barədə məlumatı vardır. 02.04.2021-ci il tarixdə Yeganə ilk dəfə müştəri olaraq salona gəlmiş, Fəridə onun dırnaqlarını düzəltdikdən sonra saat 18 radələrində Yeganə solonu tərk edib getmiş və Yeganə getdikdən bir qədər sonra saat 18:42-də Fəridənin iş masasının üzərində bir ədəd “İpone” markalı mobil telefona zəng daxil olduqda və Fəridəyə məxsus olan masanın üzərində olduğundan telefonun Fəridəyə məxsus olmasını ehtimal etməklə telefonu salonun girişində dayanmış Fəridəyə vermiş, Fəridə mobil telefonu öz əmlakı kimi ondan alaraq zənglərə baxdıqdan sonra əynində ki, cins şalvarın arxa cibinə qoymuşdur. Bir qədər sonra Yeganə gözəllik salonuna gələrək mobil telefonunu salonda unudub getdiyini bildirmiş və birlikdə telefonu axtarmağa başlamışlar. Fəridədən telefonu görüb görmədiyini soruşduqda Fəridə qəti şəkildə Yeganəyə məxsus telefonun salonda qalmadığını, telefondan xəbərsiz olmasını demiş və Fəridə evdə işlərinin olduğunu əsas gətirərək gözəllik salonunu tərk edib getmişdir. Bundan sonra salonun müdiri Şahid2 salonda olan kameralarda qeydə alınmış videolara baxdıqda müəyyən etmişdir ki, masanın üzərində Yeganənin unutmuş olduğu mobil telefonu, Fəridənin olduğunu zənn edərək onun tərəfindən Fəridəyə verilmişdir. Bundan sonra Fəridə mobil telefonu ondan alaraq əynindəki cins şalvarın arxa cibinə qoyması görüntülərdə aydın şəkildə öz əksini tapmışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Nizami rayonu Q.Qarayev prospekti 89 saylı ünvanda yerləşən “DR. Mehriban gözəllik mərkəzi”-nin müdiridir. Təqsirləndirilən şəxs təxminən bir aydır tanıyır. Fəridə onun müdir olduğu gözəllik mərkəzində dırnaq ustası olaraq çalışır. Tanıdığı müddət ərzində aralarında əvvəllər heç bir ədavət olmamışdır. 02.04.2021-ci il tarixdə gözəllik mərkəzinə müştəri qismində gələn Zərərçəkmiş şəxs Fəridə barəsində 03.04.2021-ci il tarixdə şikayət ərizəsi ilə müraciət etməsindən məlumatı vardır. Fəridə onun müdiri olduğu salonda işləməzdən öncə digər salonlarda işlədiyi zaman Zərərçəkmiş şəxs onun müştərisi olmuşdur. 02.04.2021-ci il tarixdə Yeganə ilk dəfə müştəri olaraq salona gəlmiş. Fəridə onun dırnaqlarını düzəltməklə ona xidmət göstərdikdən sonra saat 18 radələrində Yeganə işi bitdiyi üçün solonu tərk edib getmişdir. Bir qədər sonra Yeganə yenidən gözəllik salonuna gələrək mobil telefonunu salonda unudub getdiyini bildirdikdə salonda saç ustası işləyən Şahid1, Yeganə ilə birlikdə telefonu axtardıqda mobil telefonu tapmamışlar. Həmin vaxt artıq Fəridə salondan çıxıb getmişdir. Yeganə ilə birlikdə salonda olan kameralarda qeydə alınmış videolara baxdıqda müəyyən etmişlər ki, Yeganə salonu tərk etdikdən sonra 02.04.2021-ci il tarixdə saat 18:42-də Zeynab Fəridənin işlədiyi masanın üzərində olan mobil telefonu götürərək həmin vaxt salonun giriş qapısında olan Fəridəni çağırmış, sonra Zeynab əlində tutduğu mobil telefonla salonun mətbəxinə keçmişdir. Onun arxasınca Fəridə də, mətbəxə keçmiş və mətbəxdə olarkən, Zeynab masanın üzərindən götürdüyü mobil telefonu Fəridəyə vermişdir. Fəridə də həmin mobil telefonu ondan aldıqdan sonra əynində olan cins şalvarın arxa cibinə qoymuşdur. Bundan sonra əmin olmuşlar ki, Yeganəyə məxsus mobil telefon Fəridə tərəfindən oğurlanmışdır. Həmin gün, axşam saatlarında o Fəridəyə zəng edərək xətrinə dəyməyəcək şəkildə Fəridə ilə söhbət etmiş və telefonun özünün belə xəbəri olmadan Fəridənin əşyalarına qarışa biləcəyini, digər şəxslərin xəbəri olmadan telefonu gətirib ona verməsini dedikdə, Fəridə qəti şəkildə Yeganəyə məxsus mobil telefonun onda olmamasını bildirmişdir. Növbəti gün ona məlum olmuşdur ki, Yeganə mobil telefonun oğurlanması barədə polisə müraciət etmişdir. Bundan sonra o, salonda qeydə alınmış video görüntüləri polis təqdim etmişdir. İş materiallarında olan 03.04.2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 tərəfindən təqdim edilmiş video görüntülərə baxış zamanı, 02.04.2021-ci il tarixdə saat 18:44-də “DR. Mehriban” gözəlik mərkəzinin işçisi X4 masanın üzərində olan “İphone X" markalı telefonu götürərək digər otağa keçdiyi və sonra həmin mobil telefonun gözəllik mərkəzinin digər işçisi Təqsirləndirilən şəxs verdiyi və sonuncunun həmin mobil telefonu aldıqdan sonra əynindəki göy rəngli şalvarının sağ arxa cibinə qoymuşdur (i.v.17). İş materiallarında olan 03.04.2021-ci il tarixli qərardan görünür ki, hadisə ilə bağlı video görüntülərin olduğu CD disk əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və materiala əlavə edilmişdir. İş materiallarında olan əşyaya baxış keçirilməsi haqqında 03.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş mobil telefona Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş və Zərərçəkmiş şəxs həmin mobil telefonun 02.04.2021-ci il tarixdə ondan oğurlanan mobil telefon olmasını təsdiq etmişdir (i.v.14). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 20.04.2021-ci il tarixıi qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “İpone X" markalı **********96972 imei kodlu mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün zərər çəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır (i.v.67-70). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzi tərəfindən verilmiş 9/2176 saylı 16.04.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “İpone X” markalı mobil telefon aparatının satış üçün kompleksləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq orta bazar qiyməti təxminən 600 ( altı yüz ) manat, ***-***-**-** saylı GSM nömrə 4 (dörd) manat müəyyən olunmuşdur (i.v.40- 42). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazrliyinin “Respublika Psixiatriya Xəstəxanasından alınmış 05.04.2021-ci il tarixli 2843 saylı məktubdan görünür ki, X5 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır (i.v.23). İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04.08.2006-cı il təvəllüdlü X1 anası – X3r (i.v.45). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, X5 əvəllər məhkum edilməmişdir (i.v.33). Beləliklə, yuxarıda göstərilən sübutlarla X2 Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri aradan qaldıraraq onunla razılıq əldə etməsini cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də barəsində ittiham irəli sürülmüş şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə barəsində ittiham irəli sürülmüş şəxs barəsində islah işləri növündə təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai araşdırma zamanı iştirak etdiyi müddət 15 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı, cəmi 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəzaya məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 180 (yüz səksən) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-193/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-193/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver