Məhkəmə qərarları › İş №1(007)-194/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-194/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-194/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, evli, heç yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 yaşayan, Təqsirləndirilən şəxs, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Barəsində ittiham irəli sürülmüş Təqsirləndirilən şəxs 24 mart 2022-cı il tarixdə saat 17 radələrində yaşadığı, ünvan 2 arvadı Zərərçəkmiş şəxs telefonla anası ilə onun haqqında pis danışması səbəbindən aralarında baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs boğazından tutub sıxaraq, sillə ilə sifət nahiyəsinə, yumruqla baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya baş beyin silkələnməsi, sol bazunun aşağı 1\3-nin iç səthinin hematoması, sol təpə-ənsə nahiyəsinin şişkinlik halında əzilməsi, sol almacıq nahiyəsinin, sol çənə nahiyəsinin və sol budun yuxarı 1\3-nin bayır səthinin qançırları, boyunun sol yarısının ön-yan səthinin, sol diz və dizaltı nahiyələrinin sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2010-cu ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları doğulmuşdur. Əvvəllər həyat yoldaşı ilə aralarında mübahisələr baş vermişdir. 24 mart 2022-cı il tarixdə, saat 17 radələrində yaşadıqları ünvan 2 evdə olarkən, arvadı Zərərçəkmiş şəxs anası ilə telefonla danışdığını və onun anası haqqında təhqiramiz ifadələr işlətdiyini eşidib əsəbiləşərək Nuranəni vurmuşdur. Hazırda həyat yoldaşı ilə barışmış və törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2010-cu ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları doğulmuşdur. Ailəli olduqları müddətdə Mehracla aralarında ara-sıra mübahisələri olmuşdur. 24 mart 2022-cı il tarixdə, saat 17 radələrində yaşadıqları ünvan 2 anası ilə mobil telefonla danışarkən, Mehrac yataq otağına daxil olaraq guya anası ilə onun haqqında pis danışdığını eşitdiyini irad tutub, onun üz nahiyəsindən sillə ilə vurmuş, boğazından tutub sıxmış, daha sonra yumruqla baş və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Hazırda həyat yoldaşı ilə barışmış, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyinə görə cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə müdafiəçi X3 hüquqularını müdafiə etdiyi şəxsin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınaraq, sonuncunun cinayət məsuliyyətindən azad edilməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı tərəflərin barışması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata xitam verilməsini təklif etmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə araşdırıb, barəsində ittiham irəli sürülmüş şəxsi və zərərçəkmiş şəxsi dinləyib, müdafiəçinin və dövlət ittihamçısının təklifini, habelə tərəflərin barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun böyük ictimai təhlükə törətməyən cinayət törətməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada zərərçəkmiş şəxslə barışıq əldə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Müdafiə tərəfinin razılığı ilə verilmiş ərizəsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, barəsində başlanmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi cəmi 10 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 60 (altmış) manat (10x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 40, 43, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs oğluna 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 60 (altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar