Məhkəmə qərarları › İş №1(007)-194/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-194/2024

02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-194/2024 02.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1975-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Sabunçu qəsəbəsi, N.İsmayılov küçəsində fərdi evdə yaşayan, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 9,879 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla saxlamış, 23 oktyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 23/41 ünvanında yerləşən avtoservisdə həmin narkotik vasitə marixuananın 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,084 qram və 0,092 qram, ümumi təmiz çəkisi 0,176 qram olan hissəsini 20 manat pul müqabilində tanışı Şahid5, həmin tarixdə saat 19 radələrində eyni ünvanda həmin narkotik vasitə marixuananın iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qram və 0,099 qram, ümumi təmiz çəkisi 0,173 qram olan hissəsini 20 manat pul müqabilində digər tanışı Şahid1 satmış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 85 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami RPİ-yə gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 9,530 qram olan bitki mənşəli kütlə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Nizami RPİ-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 85 ünvanında Şahid5 şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami RPİ-yə gətirilib orada sonuncunun üzərində şəxsi axtarış aparılarkən əynindəki hərbi rəngli şalvarın sağ yan cibindən onun satdığı, 02 ədəd bükümdə tərkibindəki komponentlərinə və xarici əlamətlərinə görə onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 0,084 qram və 0,092 qram, ümumi təmiz çəkisi 0,176 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 85 ünvanında Şahid1 şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami RPİ-yə gətirilib orada sonuncunun üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən onun satdığı, 02 ədəd bükümdə tərkibindəki komponentlərinə və xarici əlamətlərinə görə onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qram və 0,099 qram, ümumi təmiz çəkisi 0,173 qram bitki mənşəli kütlələr, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, rayondan gələndə Bakı avtovağzalının yaxınlığında tanımadığı şəxs onu aldadaraq 30 manata marixuana satmışdır. Həmin narkotik vasitədən istifadə etmiş, üzərində az bir hissəsi qalmışdır. O, bir il olar ki, narkotik vasitə marixuana istifadə edir, başqa heç bir narkotik vasitə, psixotrop maddə istifadə etməmişdir. 24 oktyabr 2023cü il tarixdə iş yerində olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyini deyərək onu Nizami RPİ-nə aparmışlar. Polis İdarəsində onu döymüşlər, təhqir etmişlər, üzərində olan az miqdarda marixuananı götürüb cibinə böyük büküm qoymuşlar. İstintaqda verdiyi ifadəni təzyiq altında vermişdir. Polis əməkdaşları cibində olan 365 manat pulunu götürmüşlər. Necə olur ki, 30 manata “nəşə” alır, 40 manata iki nəfərə “nəşə” satır və üzərində 10 qrama yaxın “nəşə” aşkar olunur. O, heç kimə narkotik vasitə satmamışdır. Şahid5 ilə bir yerdə işləmişdir, onunla birlikdə narkotik vasitə istifadə etmişdir, lakin heç vaxt İlhama narkotik vasitə satmamışdır. Şahid5 polislərin təzyiqi altında ifadə vermişdir. Şahid1 isə ümumiyyətlə tanımır və ona narkotik vasitə satmamışdır. Elvin yalan ifadə verir. O, özünü narkotik vasitə istifadə etməkdə təqsirli bilir. Məhkəmədən ailənin yeganə qazanc gətirəni olmasını, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 24 oktyabr 2023-cü il tarixdə saat 13:00-da Nizami rayonu, Babək prospekti, 85 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyini deyərək onu Nizami RPİ-yə dəvət etmişlər. Heç bir etiraz etmədən həmin şəxslərlə Nizami RPİ-yə gəlmişdir. Polis İdarəsində xidməti otaqların birində hüquq və vəzifələri ona izah olunaraq müdafiəçi ilə təmin olunmuşdur. Vəkil Müdafiəçi ona şəxsən təqdim olunmuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılacağı ona bildirilmiş və üzərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etməyi ona təklif etmişlər. Əynində olan qara rəngli şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükümdə marixuana kimi tanıdığı narkotik maddəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Sonra üzərindən aşkar olunan kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, o, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Həmin marixuana kütləsini 23 oktyabr 2023-cü il tarixdə üzdən tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən Binəqədi rayonu ərazisində Bakı avtovağzalının yaxınlığında 30 manata şəxsi istifadəsi üçün almışdır. Təxminən 1 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir, başqa heç bir narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir. Sonuncu dəfə 23 oktyabr 2023-cü il tarixdə marixuanadan istifadə etmişdir, 24 oktyabr 2023-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlayırmış. Şahid5 tanıyır, həmin şəxslə əvvəllər eyni avtoservisdə işləmişlər. Şahid1 Tofiq oğlunu isə tanımır və əvvəllər aralarında heç bir münasibət olmamışdır. Şahid1 və Şahid5 yalan danışır. Həmin şəxslərə heç vaxt narkotik vasitə satmamışdır. Şahid1 isə ümumiyyətlə tanımır. 23 oktyabr 2023-cü il tarixdə günün ikinci yarısı spirtli içki qəbul etdiyi üçün sərxoş halda olmuşdur və olanları dəqiq xatırlamır. Ola bilsin ki, Şahid5 ifadəsində qeyd etdiyi vaxtda ona yoldaşlıq xatirinə marixuana pay vermişdir. Lakin Şahid1 üzərindən aşkar olunmuş marixuana ilə bağlı heç nə deyə bilmir. Çünki Şahid1 əvvəllər tanımamışdır. Hadisədən əvvəl istifadəsində ***-***-**-** və ***-***- **-** saylı mobil nömrələr olmuşdur, ***-***-**-** saylı mobil nömrə ilə Whatsapp proqramında qeydiyyatdan keçmiş və istifadə etmişdir. Saxlanılarkən, polis idarəsinə gətirilən zaman, eləcə də araşdırmanın digər mərhələlərində ona heç kim təzyiq etməmişdir, hadisələr ifadəsində qeyd etdiyi kimi baş vermişdir, ifadəsini öz iradəsilə sərbəst şəkildə vermişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-yə “Ziya” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. 24 oktyabr 2023-cü il tarixdə saat 13:00 radələrində Nizami rayonu, ünvan 7 ünvanın qarşısında əməliyyat məlumatında qeyd edilən şəxsə bənzər bir şəxsə yaxınlaşıb, özlərini təqdim edib, onu Nizami RPİ-yə dəvət etmişlər. Xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd şəffaf sellofan bükümdə içərisində yaşıl rəngli spesifik iyə malik olan narkotik maddəyə bənzər kütləni təqdim etmiş və həmin kütlənin ona məxsus olduğunu, həmin kütlənin “nəşə” kimi tanıdığı marixuana olduğunu bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid6 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2023cü il tarixdə keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz daşınmasında və istifadəsində şübhəli bilinən Şahid1 24 oktyabr 2023-cü il tarixdə saat 17:00 radələrində Nizami rayonu, ünvan 8 ünvanın qarşısında saxlayıb, özlərini təqdim edərək həmin şəxsə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin istifadəsi və daşımasında şübhəli olduğunu bildirib onu Nizami RPİ-yə dəvət etmişlər. Xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə Şahid1 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şahid1 könüllü olaraq əynində olan göy rəngli şalvarının cibindən iki ədəd kağız bükümü çıxarıb təqdim etmiş və həmin bükümlərdəki kütlənin “nəşə” kimi tanıdığı narkotik maddə marixuana olduğunu və Ziya adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 Şahid6 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2023-cü il tarixdə saat 17:00-da Babək prospektində olan zaman 2 nəfər şəxs ona yaxınlaşaraq, polis əməkdaşı olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyərək onu Nizami RPİ-yə aparmışlar. Otaqların birində üzərində şəxsi axtarış aparılacağı ona bildirilmiş, o, könüllü olaraq əynində olan şalvarın cibindəki iki ədəd kağız bükümdə marixuana kimi tanıdığı narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. O, həmin narkotik vasitəni 23 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs bir bükümü 10 manat olmaqla 20 manata aldığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə eyni yerdə işləmişlər. Saxlanılan gün sexin yanında dayanan zaman polis əməkdaşları yaxınlaşaraq onu Nizami RPİ-yə aparmışlar. Sonradan bilmişdir ki, ondan 2-3 saat əvvəl Ziyanı saxlayıblar. Polis İdarəsində ona tanımadığı polis əməkdaşı narkotik vasitə vermiş və həmin narkotik vasitəni Ziyadan 20 manata alması barədə ifadə verməyə məcbur etmişdir. Əvvəllər Təqsirləndirilən şəxs ilə bir yerdə narkotik vasitə alıb istifadə etmişlər. Lakin həmin gün onun üzərində narkotik vasitə olmamış və Təqsirləndirilən şəxs heç vaxt ona narkotik vasitə satmamışdır. Polis əməkdaşları ona təzyiq etdikləri üçün məcbur olub belə ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə yaşıl rəngli, bitki formasında, spesifik iyə malik olan narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, həmin kütlənin ona məxsus olduğunu, adını bilmədiyi şəxsdən Bakı Beynəlxalq Avtovağzalın yanından istifadə etmək üçün 30 manata əldə etdiyini bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 7/1490 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə....” yazı və imzalar olan zərfdə 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 9,530 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şahid1 aşkar edilmiş 2 ədəd büküm....” yazı və imzalar olan zərfdə 2 ədəd kağız bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,074 qram və 0,099 qram olmaqla, ümumi çəkisi 0,173 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şahid5 üzərindən aşkar olunmuş maddə...” yazı və imzalar olan zərfi açdıqca içərisində 2 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,084 qram və 0,092 qram olmaqla, ümumi çəkisi 0,176 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)-443/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X1-Narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 7551 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona yenidən ittiham elan edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 9,530 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalan 9,480 qram qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs heç kimə narkotik vasitə satmamasına dair ifadəsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Məhkəmə Şahid5 ifadəsini Təqsirləndirilən şəxs müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirir və ifadəsində göstərdiyi xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 9,480 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 7551 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 9,480 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar