Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-196/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Bakı şəhər prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 01 iyul 2021-ci il tarixdə, saat 12:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, 26 marı 1985-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azerbaycan Respublikasının vaiandaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Məşrif kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi, ev 2 C-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 26 yanvar 2021-ci il tarixdə saat 06:20 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan və «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi «Merceds Benz 200» markalı ** NX *** dövlət nömrə nişanlı avtomobillə, Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti ilə Xətai rayonu, Əhmədli qəsəbəsi istiqamətində hərəkətdə olarkən Q.Qarayev prospekti 61D saylı ünvanda yerləşən «LGi WALKİKİ» mağazanın qarşısında "Yol hərərəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərərkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu tələblərə əməl etməyərək, ehtiyatsızlıqdan yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vuraraq, sonuncuya dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan sol baldır sümüklərinin açıq, çoxqəlpəli yerdəyişmiş sınıqları, sol əlin, təpə nahiyəsinin, sol budun əzilmiş-cırılmış yaraları, sol gözün qançırı, sol əlin sıyrığı xəsarətlərini yetirmiş, həmin xəsarətlərdən sol baldır sümüklərinin açıq, çoxqəlpəli yerdəyişmiş sınıqları nəticəsində kəskin qanitirmə zərərçəkmiş Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 yanvar 2021-ci ildə, saat təxminən 6 radələrində idarə etdiyi, texniki cəhətdən saz olan “Mercedes Benz 200” minik markalı, az ** NX *** qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Abşeron rayonu ərazisindən çıxıb, Suraxanı rayonunun Zığ qəsəbəsinə gedərkən, saat təxminən 6.30 radələrində Nizami rayonu, Q.Qarayev prospekti ilə Q.Qarayev Metrostansiyası tərəfdən Xalqlar Dostluğu istiqamətində 60 saat/km sürətlə hərəkət etmiş, sol tərəfdə yerləşən “LC Valkiki» mağazasının qarşısından keçərkən sağ tərəfdə dayanmış avtobusun qarşısından iti sürətlə yolu sağ tələfdən sol tərəfə keçmək istəyən piyadanı avtomobilin sol qabaq hissəsi ilə vurmuş və dərhal avtomobili saxlamışdır. Piyadanın vəziyyətinin ağır olduğunu görmüş, X8a və polisə zəng vurmuşdur. Hadisə yerinə polis və X8 Xidmətinin əməkdaşları gəlmişlər. Sonradan idarə etdiyi avtomobil ilə vurduu piyadanın Zərərçəkmiş şəxs olduğu məlum olmuşdur. Törətdiyi əməldən səmimi peşman olduğunun, himayəsində üç azyaşlı uşağının olmasının, zərərçəkmiş şəxsin dəfn və qəbirüstü xərclərini ödəməsinin, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi ilə barışmasının nəzərə alınaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və X1 xalası uşaqlarıdır. İqor Rusiya Federasiyasının vətəndaşıdır və orada yaşayır. Xalası uşaqlarının Azərbaycanda yaşayan ondan başqa digər qohumları yoxdur. 26 yanvar 2021-ci ildə Nizami rayonu ərazisində yaşayan xalası qızı İrinanın ölməsi barədə ona məlumat verilmiş, o dərhal İrinagilə getmişdir. Ona məlum olmuşdur ki, xalası qızı İrinanı Rüfət adlı şəxs idarə etdiyi avtomobil ilə vurmuş və hadisə nəticəsində İrina ölmüşdür. Həmin gün İrinanın meyitini morqdan götürüb “Hövsan” qəsəbəsindəki qəbirstanlıqda dəfn etmişlər. Rüfət və qohumları tərəfindən İrinanın dəfn və qəbrüstü xərcləri ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışlar, ona qarşı şikayət və tələbi yoxdur, iş üzrə verdiyi mülki iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti ilə ünvan 1 ünvanda yerləşir. İşdə olan «Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən “Mercedes Benz” 200 markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomaşın texniki cəhətdən saz vəziyyətdədir, avtomaşının ön hissəsi yad predmetlə toqquşma nəticəsində əzilmiş vəziyyətdədir. İşdə olan 26.01.2021-ci il tarixli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İşdə olan «Videogörüntüyə baxış keçirilməsi haqqında» 25 mart 2021-ci il tarixli protokoldan görünür ki, 26 yanvar 2021-ci il tarixdə, saat 06:30-da Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” 200 markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə Q.Qarayev prospekti «LC VALKİKİ» TM-nin qarşısında yolu keçən piyada Zərərçəkmiş şəxs vurmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 04.02.2021-ci il tarixli 016- 11473-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 31.05.2013-cü il tarixdə AC 200813 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat yoxdur. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/528 saylı 16 mart 2021-ci il tarixli rəyindən görünür ki, “Mercedes Benz” 200 minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət elməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan məhkəmə-tibb ekspertizasının 26 yanvar 2021 ei il tarixli rəyindən göriinür ki. Zərərçəkmiş şəxs bədən səthində - sol baldır sümüklərinin açıq, çoxqəlpəli yerdəyişmiş sınıqları, sol əlin, təpə nahiyəsinin, sol budun əzilmiş cırılmış yaraları, sol gozün qançırı, sol əlin sıyrığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl, yəni 26.01.2021-ci il tarixdə bərk kül əşyanın (əşyaların) təsirindən piyada qismində olarkən yol-nəqliyyat hadisəsi zamanı avtomaşınla vurulma nəticəsində əmələ gələ bilərlər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə sol baldır sümüklərinin açıq, çoxqəlpəli yerdəyişmiş sınıqları nəticəsində kəskin qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 4-6 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşaqları - 10.03.2010-cu il tarixdə doğulmuş X5, 08.08.2011-ci il tarixdə doğulmuş X6 və 19.12.2015-ci il tarixdə doğulmuş X7 vardır. İşdə olan 17 aprel 2021-ci il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsini, zərərçəkmiş şəxsin hüquqi varisi X3 aparılmış danışığ özündə əks etdirən 2 ədəd “CD” disklər və “Mercedes Benz” 200 markalı ** NX *** dövlət nömrə nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmışdır. İşdə oaln 16 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs, qardaşı X4 zərərçəkmiş şəxsin hüquqi varisi və Nümayəndə isə cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi qismində tanınmışdır. İşə əlavə olunmuş iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs qarşı 10 000 (on min) manat məbləğində maddi zərərə, 5 000 (beş min) manat məbləğində isə mənəvi ziyana görə iddia verilmişdir. İşə əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş zərəri ödəmiş, onlar barışmışlar, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar – zərərçəkmiş şəxsin hüquqi varisi X3 aparılmış danışığ özündə əks etdirən 2 ədəd “CD” disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, “Mercedes Benz” 200 markalı ** NX *** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 25 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 35 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar – zərərçəkmiş şəxsin hüquqi varisi X3 aparılmış danışığ özündə əks etdirən 2 ədəd “CD” disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. “Mercedes Benz” 200 markalı ** NX *** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-196/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-196/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver