Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-196/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1992-ci il tarixdə Sabirabad rayonunun Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, Sabirabad rayonunun Şəhriyar kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli 1(008)-378/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 7(008)-775/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 ay 09 gün hissəsi 06 ay azaldılmış, 15 dekabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, həmin hökm üzrə məhkumluğu ödənilməmiş, hazırkı işlə bağlı 21 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 noyabr 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, törətdiyi digər cinayət əməlinə görə 24 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2023-cü il tarixli 4(005)-253/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talama məqsədilə 30 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində işlədiyi, ünvan 1 ünvanında yerləşən “Avtoyuma 040” adlı avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs məxsus “Opel” markalı **-GY-*** dövlət nömrə nişanlı avtomobili təmizləyən zaman avtomobilin salonundan Zərərçəkmiş şəxs məxsus 1210 manat nağd pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 oktyabr 2022-ci il tarixdən Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən “Avtoyuma 040” adlı avtoyumada yuyucu işləmişdir. Həmin avtoyumada iş yerini saytların birində yerləşdirilən elandan tapmış, gündəlik olaraq səhər saat 8-də işə getmiş, gecə saat 11-də işdən çıxmışdır. 30 oktyabr 2022-ci il tarixdə saat təxminən 12:15 radələrində işdə olan zaman “Opel” markalı **-GY-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü yaxınlaşaraq avtomobilini yudurtmaq istədiyini bildirmişdir. Orada onunla birlikdə avtoyumada işləyən Şahid avtomobili qəbul edərək onu yumağa başlamışdır. Nəsir avtomobilin çöl hissəsini yumuş, işini qurtardıqdan sonra avtomobilin salonunu yumağı ona tapşırmışdır. Bundan sonra o, avtomobilin salonunu yuyub təmizləməyə başlamışdır. Həmin vaxt avtomobilin sahibi kənarda dayanaraq onu izləmişdir. Avtomobilin salonunu təmizləyən zaman avtomobilin ön sağ və ön sol oturacaqlarının arasında “qoltuqaltı” hissəni açıb təmizləmək istədikdə orada pul topasının olduğunu görmüşdür. Onu heç kimin görmədiyindən əmin olduqdan sonra həmin pulu götürmüş, sonra isə heç kimə xəbər vermədən avtoyuma məntəqəsindən uzaqlaşmışdır. Ərazidən bir qədər uzaqlaşdıqdan sonra götürdüyü pula baxmış və 720 manat pul olduğunu görmüşdür. Həmin pulun 400 manatını özünün borclarına vermiş, 150 manatını yaşadığı evin kirayə haqqını vermiş, yerdə qalan hissəsini isə qeyri-rəsmi yaşadığı ailəsi üçün ərzaq məhsulları almışdır. Avtomobildən götürdüyü pul məbləği 1210 manat deyil, cəmi 720 manat məbləğində olmuşdur. Maddi imkanı olmadığına görə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəyə və onunla barışıq əldə edə bilməmişdir. Həm də sonradan başqa oğurluq əməlinə görə Nərimanov rayonu ərazisində həbs edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Opel” markalı **-GY-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 30 oktyabr 2022-ci il tarixdə avtomobili çirkli olduğu üçün onu yuduzdurmaq məqsədi ilə Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 24 ünvanında yerləşən “Avtoyuma 040” adlı avtomobil yuma məntəqəsinə getmişdir. Yaxınlaşıb avtomobilini orada işləyən Nəsir adlı şəxsə təvhil vermiş, Nəsir avtomobilini yumağa başlamışdır. Sonradan Nəsir avtomobili qurulamağa başlamış, o da dəsmal götürərək avtomobili qurulamaq üçün Nəsirə kömək etməyə başlamışdır. Daha sonra Nəsir onun avtomobili ilə işi bitdikdən sonra digər avtomobili yumağa başlamışdır. Asəf adlı şəxs isə avtomobilin içini təmizləməyə başlamışdır. Sonradan Asəf qəfildən yoxa çıxmışdır. O, Nəsirdən Asəfin haraya getdiyini soruşmuşdur. Nəsir Asəfin bəlkə “moyka”nın arxasına ayaqyoluna getdiyini demişdir. Nəsir gedib “moyka”nın arxasına baxmış və Asəfin orada olmadığını bildirmişdir. Belə olanda o, qəfil gələrək avtomobilin qabaq oturacaqlarının arasında yerləşən “qolaltı” deyilən yerə baxmışdır. Çünki, orada ona məxsus 1210 manat pul olmuşdur. Həmin yerə baxdıqda pulun orada olmadığını görmüş, o zaman pulu Asəfin götürdüyünü anlamışdır. Çünki, avtomobilin içini Asəf təmizləmiş, Nəsir ümumiyyətlə avtomobilin salonuna daxil olmamış, sadəcə çöl hissəsini yumuşdur. Bundan əlavə Asəf qəflətən heç kəsə demədən işdən uzaqlaşdığı üçün o, artıq pulu Asəfin götürdüyünə əmin olmuşdur. Çünki, avtomobil daim onun nəzarətində olmuş, Asəfdən başqa heç kəs avtomobilin salonuna daxil olmamışdır. Hadisə nəticəsində ona məxsus avtomobilin salonunda, “qolaltı” deyilən yerdə 1210 manat pulun olmuş, Təqsirləndirilən şəxs tərəfindən pulunun oğurlanması ilə ona 1210 manat məbləğində maddi zərər dəymişdir. Təqsirləndirilən şəxs hal-hazıradək ona hər hansı məbləğdə pul ödəməmişdir. Ona görə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 30 oktyabr 2022-ci il tarixdə “Avtoyuma 040” məntəqəsində işdə olan zaman, saat təxminən 12 radələrində “Opel” markalı **-GY-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü ona yaxınlaşaraq avtomobilini yuduzdurmaq istədiyini bildirmişdir. O, avtomobilin sahibi ilə razılaşaraq avtomobili məntəqənin yuyulma otağına verib saxlamışdır. Avtomobili yuduqdan sonra onu yuyulmuş avtomobillərin qurudulması üçün nəzərdə tutulan yerə sürmüşdür. Həmin vaxt avtoyumada yuyucu işləyən Asəf də oraya gəlmiş və avtomobilin salonunu təmizləməyə başlamışdır. Belə ki, Asəf əsasən avtomobillərin salonunun təmizlənməsi ilə məşğul olmuşdur. Yuma zamanı avtomobilin sahibi Cahid kənarda dayanmış və yuyulma prosesini izləmişdir. Sonradan Cahid yaxınlaşaraq avtomobili qurutmaq üçün ondan əlavə əski istəmiş və özü də avtomobili silməyə başlamışdır. Bir neçə dəqiqə sonra Asəfin iş başında görməmişlər, ətrafa baxsa da Asəfi tapa bilməmişdir. Həmin vaxt avtomobilin sahibi Cahid avtomobilinin saxlanc yerinə baxmış və orada olan 1210 manat pulunun yoxa çıxdığını bildirmişdir. Cahid ondan pulun harada olduğunu soruşduqda o, həmin puldan xəbəri olmadığını, onun yalnız avtomobilin çölünü təmizlədiyini bildirmişdir. O, həmin pulun konkret kiminsə götürdüyünü gözlə görməmişdir, lakin avtomobilin salonu məhz Asəf tərəfindən təmizlənmiş və işdə olduğu halda heç kimə demədən çıxıb getmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 30 oktyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə oğurluq hadisəsinin baş verdiyi yerə və avtomobilə baxış keçirilmişdir. (i.v. 9-11) - 19 dekabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsinə uyğun olaraq oğurluğu hansı qaydada törətdiyini müdafiəçisinin iştirakı ilə əyani olaraq yerində göstərmiş və istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. (i.v. 78-79) - 10 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 180.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 129-140) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 21 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 42) - 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, tutmadan azad edilmişdir. (i.v. 57-58) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli tələbnamədən, hökmün, qərarın surətlərindən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli 1(008)-378/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 7(008)-775/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 ay 09 gün hissəsi 06 ay azaldılmış, 15 dekabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 64-65, 86- 90) -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2023-cü il tarixli 4(005)- 253/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi 24 fevral 2023-cü il tarixdə tutulmuş, 25 fevral 2023-cü il tarixdə həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, müstəntiqin vəsatəti və onunla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, həbsetmənin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmaqla, barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin baxılan iş üzrə hazırlıq iclasının 18 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı aparılan digər cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2023-cü il tarixli 4(005)-253/2023 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, hazırkı iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli 1(008)-378/2019 nömrəli hökmü üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin hal hazırda böyük ictimai təhlükə törətməyən cinayət törətmiş təqsirləndirilən şəxsə münasibətdə residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 21 noyabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəlinin hansı tarixdən hesablanmalı olması məsələsinə hüquqi qiymət verərək, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi Bakı şəhəri Nərimanov RPİ-nin istintaq şöbəsinin icraatında olan cinayət işi ilə bağlı olmuşdur, ona görə təqsirləndirilən şəxsin digər cinayət işi üzrə 24 fevral 2023-cü il tarixdən həbsdə olduğu müddət, hazırda məhkəmənin icraatında Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan cinayət işi üzrə ona təyin olunacaq cəza müddətinə daxil ola bilməz, cəzaçəkmə müddətinin əvvəli cari hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri ilə bağlı məsələni həll edərək, qeyd edir ki, baxmayaraq ki, digər cinayət işi üzrə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, həmin qətimkan tədbiri hökmlə təyin olunan cəzanın icrasını təmin etmir, ona görə hazırkı hökmün icrasını təmin etmək məqsədi ilə onun barəsində həbs qətimkan tədbiri seçilməli və 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, belə ki, yuxarıda qeyd olunduğu kimi, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən həmin zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 25 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 10 may 2023-cü il tarixdən hesablansın. Hökmün icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 25 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 150 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-196/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-196/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver