Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-196/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və Atakişiyev Süleyman Atif oğlunun, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1988-ci Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 7,02 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 126, 39 nömrəli mənzilin yerləşdiyi 3-cü bloka daşıyaraq həmin narkotik vasitə qurudulmuş marixuananı 04 ədəd bükümə bölüb birinci bükümdə təmiz çəkisi 6,23 qram marixuananı üzərində, 03 ədəd büküm olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,17 qram; 0,18 qram; 0,44 qramı isə yaşadığı mənzilin yerləşdiyi blokdakı qaz sayğacının içərisində saxlamış, 11 may 2024-cü il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri Nizami RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 126 nömrəli ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Bakı şəhəri Nizami RPİ-nin inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 6,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhəri Nizami RPİ-nin əməkdaşları tərəfindən 13 may 2024-cü il tarixdə, saat 12 radələrində onun iştirakı ilə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 126, 39 nömrəli mənzilin yerləşdiyi 3-cü blokun ikinci mərtəbəsi ilə üçüncü mərtəbəsinin aralığında ümumi istifadədə olan dəhlizə baxış keçirilərkən divara quraşdırılmış boz rəngli üzərində “X6 G4-T" yazısı həkk olunmuş Smart qaz sayğacının içərisində 01 ədəd “Winston” markalı siqaret qutusunda saxladığı 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,17 qram; 0,18 qram; 0,44 qram olmaqla, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış üzərindən aşkarlanan marixuananın tərkibləri ilə eynilik təşkil edən, ümumi çəkisi 0,79 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024 tarixdə onu yaşadığı binanın qarşısında olan “Bolmart” mağazasının qarşısında saxlamışlar. İki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. O, şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bu zaman idarə etdiyi ağ rəngli “Toyota Prius” markalı avtomobilin kimə məxsus olduğunu soruşmuşlar, o da cavabında avtomobilin onun olduğunu demişdir. Avtomobilə əyləşmək üçün icazə istəmişlər, o da icazə vermişdir. Avtomobildə əyləşən kimi içəridən qapıları bağlamışlar ki, qapılar açılmasın. Biri onun yanında, biri də sükan arxasında əyləşmişdir. Sonra onun üzərini axtarmağa başlamışlar, üzərindən “Sobranie” markalı siqareti qutusunu çıxartmışlar. Siqaret qutusunun içərisindən həmin gündən bir gün əvvəl istifadə etdiyi narkotik vasitənin qalığını aşkar etmişlər. Ondan başqa onun üzərində və avtomobildə heç bir narkotik vasitə olmamışdır. Sonra onu Polis İdarəsinə aparmışlar. Telefonunu axtarmağa başlamışlar. Ona üzərində satış məqsədi ilə narkotik vasitə və tərəzi olduğunu bildirmişlər. Ona demişlər ki, “narahat olma, səni 234.1 ilə rəsmiləşdirəcəyik, sadəcə olaraq sən çəkiliş zamanı həmin maddəni çıxardacaqsan”. Sonra demişlər ki, yaşadığı blokda əməliyyat keçirəcəklər. Onun 36 il yaşadığı binanın qarşısında, onu tanıyanların qarşısında qandallı halda orada çəkiliş etmişlər. Dedilər ki, “narkotiki buradan çıxardacağıq”. Birinci mərtəbə ilə ikinci mərtəbə arasında qaz sayğacı var, həmin sayğacın arxasına tərəzi və siqaret qutusu gətirib qoyaraq demişlər ki, bunu buradan götürəcəksən. Həmin tərəzidə onun barmaq izi ola bilməz. Oktay Əsəd adlı şəxslə yaxınlığı olmasa da, Oktay Əsəd adlı həmin şəxs onun “Laçın” Ticarət Mərkəzində zərgər dostlarının olduğunu bildiyindən üzüyünün ölçüsünü kiçiltməkdən ötrü ona müraciət etmişdir. O, da Oktay Əsəd adlı şəxsin xahişini qəbul edib, onunla xatırlamadığı ərazidə görüşüb üzüyünü ondan təhvil alıb, 2 gündən sonra üzüyü düzəltdirib həmin şəxsin özünə geri qaytarmaq istəmişdir. Həmin şəxs işi ilə əlaqədar olaraq onunla görüşmək üçün vaxt ayıra bilmədiyindən bu yolla, yəni siqaret qutusunu ağ rəngli avtomobilin sağ arxa təkərinin altında yerləşdirməklə üzüyünü ona təhvil vermək istəmişdir. O, zəhmət haqqını da ona məxsus “M10” hesabına köçürməsini tələb etmişdir. Elvin Ləzgi kimi “WhatsApp” profilindən qeydiyyatdan keçmiş şəxsin istifadəsində olan telefon nömrəsindən onun istifadəsində olan “WhatsApp” nömrəsinə "çəkməyə nəsə varmı? Mən də iş yoldaşım üçün paket götürəcəyəm” kimi mesaj yazan Elvin Ləzgi kimi tanıdığı şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bildiyindən, belə yazmışdır. Lakin bu satış hesab oluna bilməz. Əgər “mənə verməyə nəyinsə var?” deyə soruşsaydı bu satış olardı. Elvin Ləzgi kimi tanıdığı həmin şəxsə və başqa hər hansı bir şəxsə narkotik vasitə satmamışdır, qaz sayğacından aşkar olunmuş 3 büküm və elektron tərəzi ona məxsus deyildir. Valideyni onun himayəsindədir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, marixuana kimi tanıdığı ot tərkibli narkotik vasitəni iki ilə yaxındır ki, istifadə edir. Adətən həmin narkotik vasitəni o, Bakı şəhərinin ərazisində müxtəlif şəxslərdən istifadəsi üçün əldə edib, qəbul etmişdir. 10 may 2024-cü il tarixdə axşam saatlarında “instagram” sosial şəbəkəsində tanış olduğu Əhməd kimi özünü ona təqdim edən İran İslam Respublikasının vətəndaşının “WhatsApp”la ona göndərdiyi kart hesab nömrəsinə online 35 manat pul göndərmişdir. Həmin şəxs də ona narkotik vasitənin qoyulacağı ərazinin çəkilmiş fotoşəklini göndərmişdir. O, saat 22-23 radələrində narkotik vasitənin qoyulduğu ərazini müəyyənləşdirdikdən sonra Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsinin ərazisində “20ci Sahə” kimi tanınan yerdə dar məhəllələrdən birinə gedib çıxmış və orada ətrafına boylanıb, kənar şəxslərdən kiminsə onu görməmələrinə əmin olduqdan sonra yolun kənarında daşın altına qoyulmuş 01 ədəd sellofan bükümü dərhal götürüb üzərində saxlamışdır ki, özü istifadə edər. Sonra da oradan uzaqlaşıb yaşadığı ünvana gəlmişdir. 11 may 2024-cü il tarixdə, saat 12:30 radələrində də o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 126 ünvanında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onu saxlamışlar və özlərini Nizami RPİ-nin X1 əməkdaşları kimi təqdim edərək, bildirmişlər ki, şübhəli bilinir, buna görə saxlanılmış və birlikdə Nizami rayon Polis İdarəsinə getməlidir. O, etiraz etməyib, həmin polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gəlmişdir. Nizami RPİ-nin inzibati binasında onun şəxsiyyəti tam dəqiqləşdirildikdən sonra polis əməkdaşları tərəfindən polis idarəsinin xidməti otaqlarından birinə aparılaraq orada ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamaqda şübhəli olduğunu bildirib barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil siyahısı təqdim edilmişdir. Dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərində axtarış aparılacağı, videoçəkiliş vasitəsi ilə lentə alınacağı və üzərində qanunsuz olaraq narkotik vasitə və ya əşya varsa, təqdim etməsi bildirilmişdir. O, da üzərində saxladığı narkotik vasitəni gizlətməyin mənasız olduğunu, axtarış zamanı tapılacağını başa düşdüyündən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan “nəşə” kimi tanıdığı spesifik iyə malik yaşımtıl rəngli bitki mənşəli marixuana kimi tanıdığı narkotik vasitəni, əynindəki şalvarın sağ yan cibindən isə istifadə etdiyi “Honor” markalı, üzərində (055) ***-**-** və və (077) ***-**-** GSM kartları olan mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bir ədəd həmin büküm açılmış və həmin bükümün içərisində yaşımtıl rəngli bitki mənşəli, spesifik iyə malik qurudulmuş marixuana kimi tanıdığı narkotik vasitə aşkarlanmışdır. Onun üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmişdir. Lakin üzərindən narkotik vasitədən başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra bir ədəd həmin büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və bununla bağlı protokol tərtib olunmuşdur. Zərfin üzəri və tərtib olunmuş protokol onun və iştirakçılar tərəfindən doğru olduğu üçün imzalanmışdır. Üzərindən aşkar edilmiş həmin narkotik vasitəni “instagram” sosial şəbəkəsində tanış olduğu İran İslan Respublikasının tanımadığı vətəndaşının İran nömrəsindən "WhatsApp" vasitəsilə ona göndərdiyi ərazinin çəkilmiş şəkli ilə ərazini müəyyən edərək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində "20-ci Sahə" kimi tanınan ərazidə küçədə yolun kənarında daşın altından götürməmişdən əvvəl bunun müqabilində 35 manat pulu həmin tanımadığı şəxsin ‘WhatsApp" vasitəsilə ona göndərdiyi bilmədiyi kart hesab nömrəsinə göndərmişdir. Həmin vaxt sözügedən ərazidə o, ətrafına boylansa da heç kəs olmamışdır. Buna görə də həmin narkotik vasitəni əldə etdiyi şəxs və ya şəxslərin şəxsiyyəti ona məlum olmadığından bu barədə dəqiqliklə heç nə deyə bilməmişdir. Bundan başqa 13 may 2024-cü il tarixdə Bakı şəhəri Nizamı rayon Polis İdarəsinin əməkdaşları onu yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q Qarayev prospekti 126 ünvanına aparmışlar. Orada ona məlum olmuşdur ki, polis əməkdaşlarında onun tərəfindən binanın 3-cü blokundakı 2-ci mərtəbə ilə 3-cü mərtəbənin arasındakı qaz sayğacının içərisində narkotik vasitə gizlətməyi barədə məlumat vardır. Buna görə də polis əməkdaşları onun həmin yeri göstərməyini bildirmişlər. O, da artıq gizlətməyinin mənasız olduğunu və bu barədə məlumat olduğunu görüb həmin narkotik vasitəni gizlətdiyi yeri əyani şəkildə göstərmişdir. Qeyd edilən yerdən 03 ədəd büküm və 01 ədəd tərəzi aşkar edilərək götürülmüş və polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Qeyd edilənlər videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Protokol tərtib edilmiş, düzgünlüyü onların imzaları ilə təsdiq edilmişdir. Sorğu-sual edilərkən Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq onu da bildirmişdir ki, yaşadığı Nizami rayonu, Q.Qarayev prospekti 126 nömrəli binanın blokunda qaz sayğacında narkotik vasitə gizlətməsi barədə Nizami RPİ-yə daxil olmuş əməliyyat məlumatı əsasında qeyd olunan ünvanda olarkən həmin binanın üçüncü blokunda, 2-ci mərtəbə ilə 3-cü mərtəbənin aralığında dəhlizdə qaz sayğacının arxasında 03 ədəd sellofan bükümdə gizlətdiyi bitki mənşəli, spesifik iyə malik narkotik vasitəyə bənzər yaşıl rəngli kütləni də 10 may 2024-cü il tarixdə İran İslan Respublikasının tanımadığı Əhməd adlı vətəndaşından online əldə etmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə ilə eyni vaxtda onları da o, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində "20-ci Sahə" kimi tanınan ərazidə küçədə yolun kənarında daşın altından götürmüşdür. Həmin narkotik vasitələrə o, ümumilikdə 35 manat pul ödəniş etmişdir. O, narkotik vasitə olan marixuananı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində “20-ci Sahə” kimi tanınan ərazidə küçədə yolun kənarında daşın altından götürüb gətirdikdən sonra öz yaşadığı mənzilin yerləşdiyi blokda şəxsi istifadəsi üçün çəkə biləcəyi qədər hissələrə bölüb gizlətmişdir. Elektron tərəzi də onun özünə məxsusdur, narkotik vasitəni çəkməkdə istifadə məqsədilə istifadə etmişdir. O, polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Oktay Əsəd adlı şəxslə yaxınlığı olmasa da, Oktay Əsəd adlı həmin şəxs onun “Laçın” Ticarət Mərkəzində zərgər dostlarının olduğunu bildiyindən üzüyünün ölçüsünü kiçiltməkdən ötrü ona müraciət etmişdir. O, da Oktay Əsəd adlı şəxsin xahişini qəbul edib, onunla xatırlamadığı ərazidə görüşüb üzüyünü ondan təhvil alıb, 2 gündən sonra üzüyü düzəltdirib həmin şəxsin özünə geri qaytarmaq istəmişdir. Həmin şəxs işi ilə əlaqədar olaraq onunla görüşmək üçün vaxt ayıra bilmədiyindən bu yolla, yəni siqaret qutusunu ağ rəngli avtomobilin sağ arxa təkərinin altında yerləşdirməklə üzüyünü ona təhvil vermək istəmişdir O, zəhmət haqqını da ona məxsus “M10” hesabına köçürməsini tələb etmişdir. Elvin Ləzgi kimi “WhatsApp” profilindən qeydiyyatdan keçmiş şəxsin istifadəsində olan (070) ***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan (077) ***-**-** “WhatsApp” nömrəsinə "çəkməyə nəsə varmı? Mən də iş yoldaşım üçün paket götürəcəyəm” kimi mesaj yazaraq ona nə demək istəməsi ilə bağlı verilən suala cavabında isə o, bildirmişdir ki, Elvin Ləzgi kimi tanıdığı həmin şəxslə “Dəniz Mall”da işləyərkən tanış olmuşdur. Elvin Ləzgi kimi tanıdığı həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bildiyindən, aradabir ondan özü üçün də narkotik vasitə istəmişdir. Ona görə də onda istifadə üçün narkotik vasitə olub-olmadığını soruşmaq məqsədilə ona bu cür mesaj yazıb. Lakin o, narkotik vasitəni Elvin Ləzgi kimi tanıdığı həmin şəxsə pulla satmamış, pay vermişdir. Onun tutulduğunu biləndən sonra Elvin Ləzgi kimi tanıdığı həmin şəxs onunla ünsiyyətini kəsdiyi üçün hal-hazırda həmin şəxsin harada olduğunu o, bilməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 11 may 2024cü il tarixdə xidmətdə olarkən Nicat adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-yə etibarlı və mötəbər mənbədən əməliyyat məlumatı daxil olduğundan dərhal Nicat adlı həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və yaxalanması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Nicat adlı həmin şəxsin olduğu yer müəyyən edilməklə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanının qarşısında Nicat adlı şəxs saxlanılmışdır. Bu zaman onlar özlərini Nicat adlı həmin şəxsə təqdim etmişlər və hansı səbəbdən onlar tərəfindən saxlanılması izah edilərək onlarla birlikdə Nizami rayon Polis İdarəsinə getməli olduğu bildirilmişdir. Nicat adlı həmin şəxs də etiraz etməyib, onlarla birlikdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gəlmişdir. İnzibati binada Nicat adlı həmin şəxsin şəxsiyyəti Təqsirləndirilən şəxs kimi tam dəqiqləşdirilərək müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub, vəkil dəvət edilmişdir. Daha sonra onlar tərəfindən Təqsirləndirilən şəxs xidməti otaqlardan birinə aparılmışdır. Xidməti otaqda şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qanunla dövriyyəsi, əldə edilməsi, saxlaması və daşıması qadağan edilmiş əşyanın üzərində olduğu halda onları təqdim etməyi təklif etdikdə, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü və həmin şalvarın sağ yan cibindən isə 01 ədəd “Honor” markalı mobil telefonu çıxarıb, masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm açıldıqda bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər spesifik iyə malik, bitki mənşəli yaşıl kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs cavabında həmin kütlənin qurudulmuş marixuana olduğunu, həmin marixuananı bir gün əvvəl, yəni 10 may 2024-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən Əhməd adlı şəxsin hesab nömrəsinə 35 manat pul göndərməklə, dediyi yerdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa əhəmiyyət kəsb edən hər hansısa bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 9 ünvanın blokunda sayğacın içərisində narkotik vasitə saxlaması müəyyən edildiyindən 13 may 2024-cu il tarixdə təxminən saat 11:30 radələrində Təqsirləndirilən şəxsla birlikdə həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi ehtimal olunan yeri göstərməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 saylı binanın 3-cü blokuna daxil olaraq pilləkənlərlə qalxıb, 2-ci mərtəbə ilə 3-cü mərtəbənin aralığında ümumi istifadədə olan dəhlizində öz əli ilə gizlətdiyi narkotik vasitəni saxladığı yeri polis əməkdaşlarına göstərmişdir. Müstəntiq tərəfindən dəhlizin sol tərəfində divara bərkidilmiş 01 ədəd boz rəngli qaz sayğacının içərisinə baxış keçirilərək oradan 01 ədəd boz rəngli elektron tərəzi və 01 ədəd "Winston" markalı siqaret qutusu aşkar edilib götürülmüşdür. Həmin siqaret qutusü açıldıqda isə içərisindən 03 ədəd şəffaf rəngli sellofan büküm, həmin bükümlər ayrı-ayrılıqda açıldıqda hər birinin içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər, spesifik iyə malik, bitki mənşəli yaşıl kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bu bitki mənşəli yaşıl kütlənin narkotik vasitə kimi tanıdığı nəşə-qurudulmuş marixuana olduğunu, həmin bükümlərdəki marixuananı 10 may 2024-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən Əhməd adlı şəxsin hesab nömrəsinə 35 manat pul göndərməklə Bakı şəhəri, Səbail rayonunun ərazisində “20-ci Sahə” kimi tanıdığı yerdə daşın altından götürdüyünü, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Baxış davam etdirilmiş, lakin göstərilənlərdən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş şahid Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 istintaqda Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin inzibati binasında şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü və həmin şalvarın sağ yan cibindən 01 ədəd “Honor" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə nəşə, yəni qurudulmuş marixuana vardır. Həmin marixuananı bir gün qabaq sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Əhməd adlı şəxsin hesab nömrəsinə 35 manat pul göndərməklə, sonuncunun dediyi yerdən götürmüşdür. Həmin büküm açılıb içərisinə baxılan zaman orada spesifik iyə malik yaşıl rəngli ot kütləsi olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 7/736 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkısi-6,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - baxış və götürmənin aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və diskə baxış keçirilməsi barədə 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 126 nömrəli 9 mərtəbəli yaşayış binasının 3-cü blokunun qarşısında olarkən baxış və götürmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilərək videoçəkilişlə baxış və götürmə istintaq hərəkətinin keçiriləcəyi və həmin istintaq hərəkətinin keçirilməsində müdafiəçi, Bakı şəhəri 6 saylı Vəkil Burosunun vəkili X2 iştirakı olmadan keçirilməsi ilə bağlı etirazının olub-olmaması soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirmişdir. Həmçinin baxış və götürmə istintaq hərəkəti aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi ehtimal olunan yeri göstərməsi təklif edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs özü Bakı şəhəri,Nizami rayonu, Qara Qarayev prospekti 126 nömrəli 9 mərtəbəli yaşayış binasının 3-cü blokunda 2-ci mərtəbə ilə 3-cü mərtəbənin aralığında ümumi istifadədə olan dəhlizdə əli ilə gizlətdiyi narkotik vasitənin yerini göstərərək baxış istintaq hərəkəti keçirilmiş və dəhlizdə sol tərəfdə divara bərkidilmiş boz rəngli üzərində “X6 G4-T" yazısı olan Smart qaz sayğacının içərisindən 01 ədəd boz rəngli elektron tərəzi və 01 ədəd "Winston" markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Həmin siqaret qutusu açıldıqda isə içərisindən 03 ədəd sellofan büküm, həmin bükümlər ayrı-ayrılıqda açıldıqda hər birinin içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər, spesifik iyə malik, bitki mənşəli yaşıl kütlə aşkar edilmiş və hər üç büküm aşkarlandığı siqaret qutusuna qoyularaq 01 ədəd tərəzi ilə birlikdə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in "Zərflər üçün" 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür Baxış davam etdirilmiş, lakin qeyd olunanlardan başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Bakı şəhəri Nizami RPİ-nin MSY-dən azad edilmişdir. - mobil telefon aparatına baxış keçirilməsi haqqında 14 may 2024-cü il tarixli protokoldan görünür ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs Bülbaba oğlundan götürülmüş ona məxsus “Honor" markalı mobil telefona baxış keçirilərkən mobil telefonda Təqsirləndirilən şəxs aid “WhatsApp” proqramında istifadəsində olan (077) ***-**-** mobil telefon nömrəsindən Oktay Əsəd adlı ilə qeydiyyatdan keçmiş şəxsin (070) ***-**-** mobil telefon “WhatsApp” nömrəsinə “paçkanın içərisindədi, sıxmışam təkərin altına, paçkanın baş hissəsini ki, kulək vurub aparmasın, Exi səni and verirəm Allaha, 30 manatı indi götürən kimi vurarsan, gözdüyürəm səni yatmıram. Bayaqdan səni gözdüyürəm, it bat olmasın orda heç kim yoxdu süpürgəçilərdən başqa indi küçədə narahat olma”; Elvin Ləzgi kimi “WhatsApp” profilindən qeydiyyatdan keçmiş şəxs istifadəsində olan (070) ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan (077) ***-**-** “WhatsApp” nömrəsinə “çəkməyə nəsə varmı? Mən də iş yoldaşım üçün paket götürəcəyəm” məzmunda yazışma və narkotik vasitənin qoyulduğu yeri əks etdiriən foto şəklin olması müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 7/750 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...1) Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki “Winston" adlı siqaret qutusunun içərisində 03 (üç) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,17 qram; 0,18 qram; 0,44 qram olan bitki mənşəli kütlələr, tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-0,79 qramdır. Həmin kağız paketdəki 01 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur.Təqdim edilmiş 01 (bir) ədəd sellofan bükülüdə olan marixuana və 03 (üç) ədəd sellofan bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. - cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X3-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 3379 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 6,23 qram; saxladığı Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti 126 saylı binada yaşadığı mənzilin yerləşdiyi blokdakı qaz sayğacının içərisindən aşkar edilmiş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,17 qram; 0,18 qram; 0,44 qram olmaqla, ümumi çəkisi 7,02 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri olmayan elektron tərəzi cinayət işi uzrə sübut əhəmiyyətinə malik olmasını nəzərə alaraq maddi sübut qismində tanınmış və təhqiqatdan sonra qalıq qalmış 6,16 qram; 0,64 qram çəkilərdə olan narkotik vasitə qurudulmuş marixuana 01 ədəd elektron tərəzi ilə birlikdə Bakı şəhəri Nizami rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı və Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti 126 saylı binada baxış zamanı çəkilmiş videogörüntünün olduğu iki ədəd kompakt disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan sms yazışmalarının və fotoşəklin olduğu “Honor” markalı mobil telefon maddi sübut qismində tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-196/2025 saylı xx.xx.2025-ci il tarixli, qərarından görünür ki, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, sms yazışmaları, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdiyi xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yaşlı valideyninin olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 6,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 2 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 156 (bir yüz əlli altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 45 iş saatı müddətinə bərabər olmaqla, 18 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 108 (bir yüz səkkiz) manat (18x6) məbləğində, 27 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 297 (iki yüz doxsan yeddi) manat (27x11) məbləğində, cəmi 405 (dörd yüz beş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 6,8 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan “Honor” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs və ya müraciət edəcəyi halda səlahiyyətli nümayəndəsinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan 156 (bir yüz əlli altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 405 (dörd yüz beş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-196/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-196/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver