Məhkəmə qərarları › İş №1(007)-197/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-197/2021

01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-197/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş – mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi – Zərərçəkmiş şəxs Əşrəf oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1984-cü ildə Ukrayna Respublikasının Donetsk vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs ünvan 2 ünvanında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 01 iyul 2019-cu il tarixli, ********** nömrəli əmri ilə satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış həmin tarixli 00000600/2019 nömrəli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona inanılıb tapşırılmış maddi qiymətli əmlakı satış üçün götürməsi, daşıması və gündəlik satışdan topladığı pulu təhtəl hesabla MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 01 iyul 2019-cu il tarixdən 01 may 2020-ci il tarixədək olan dövr ərzində "xxxx" MMC-nin satış təmsilçisi X1 təhvil təslim aktları ilə 3.259 manat 60 qəpik dəyərində, MMC-nin ünvan 2 ünvanında yerləşən anbarından isə verdiyi sifarişlər əsasında qaimələr ilə 191.879 manat 99 qəpik dəyərində şirniyyat məhsullarını satış üçün qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 128.449 manat məbləğində satış pulunu MMC-nin xəzinəsinə, 19.522 manat 70 qəpik MMC-nin bank hesabına ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 35.559 manat 72 qəpik dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, 1.577 manat 10 qəpik dəyərində məhsul qiymət fərqinə görə öhdəsindən azaldılmış, 01 may 2020-ci il tarixli təhvil-təslim aktları əsasında 100 manat dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMC-nin satış müdiri X4 təhvil vermiş, MMC-yə məxsus özgənin əmlakı olan 9.931 manat 07 qəpik məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb "xxxx" MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin 01 iyul 2019-cu il tarixli əmri ilə satış təmsilçisi vəzifəsinə təyin edilmiş, onunla həmin tarixdə əmək müqaviləsi və tam fərdi maddi-məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Satış təmsilçisi kimi vəzifəsi MMC-nin anbarından qəbul etdiyi şirniyyat məhsullarını özü tapdığı və ona MMC tərəfindən təhkim olunmuş ticarət obyektlərinə aparıb təhvil verməkdən ibarət olmuşdur. İşlədiyi müddət ərzində məhsulların sifarişini terminal vasitəsilə "xxxx" MMC-nin anbarına vermiş, həmin sifarişlər əsasında qaimələr tərtib edilmiş, bundan sonra günəmuzd sürücülər məhsulları qaimələr əsasında ona təhkim olunmuş ticarət obyektlərinə aparıb çatdırmışlar. Ticarət obyektlərinə məhsulları təhvil verərkən tərəfindən hər hansı qeydiyyat aparılmamış, satış pullarını mağazalardan özü toplayıb MMC-nin xəzinəsinə ödəmişdir. Məhsulların satışından topladığı satış pullarını MMC-nin xəzinəsinə tam ödəmədiyinə görə keçirilmiş audit yoxlaması zamanı öhdəsində 9931 manat 07 qəpik məbləğində satış pulundan çatışmazlıq əmələ gəlmişdir. Məhsulların satışından topladığı ümumilikdə 9931 manat 07 qəpik məbləğində satış pullarını hissə-hissə özünün ehtiyaclarına sərf etmiş, ödəməyi düşünsə də imkanı olmadığına görə ödəyə bilməmişdir. Əməlindən peşmandır. Məhkəmədən əgər ona vaxt verilərsə dəymiş ziyanı ödəyəcəkdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş – mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 iyul 2019-cu il tarixli, ********** nömrəli əmri ilə satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, cəmiyyətlə onun arasında bağlanmış həmin tarixli 00000600/2019 nömrəli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona inanılıb tapşırılmış maddi qiymətli əmlakı satış üçün götürməsi, daşıması və gündəlik satışdan topladığı pulu təhtəl hesabla MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olmasına baxmayaraq, 01 iyul 2019-cu il tarixdən 01 may 2020-ci il tarixədək olan dövr ərzində "xxxx" MMC-nin satış təmsilçisi X1 təhvil təslim aktları ilə 3.259 manat 60 qəpik dəyərində, MMC-nin ünvan 2 ünvanında yerləşən anbarından isə verdiyi sifarişlər əsasında qaimələr ilə 191.879 manat 99 qəpik dəyərində şirniyyat məhsullarını satış üçün qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 128.449 manat məbləğində satış pulunu MMCnin xəzinəsinə, 19.522 manat 70 qəpik MMC-nin bank hesabına ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 35.559 manat 72 qəpik dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, 1.577 manat 10 qəpik dəyərində məhsul qiymət fərqinə görə öhdəsindən azaldılmış, 01 may 2020-ci il tarixli təhvil-təslim aktları əsasında 100 manat dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMC-nin satış müdiri X4 təhvil vermiş, MMC-yə məxsus 9.931 manat 07 qəpik məbləğində pul vəsaitini isə mənimsəmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmış, mülki iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə şahid "xxxx" MMC-nin direktoru Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, MMC-nin fəaliyyəti müxtəlif növ konditer məhsullarının satışı ilə məşğul olmaqdan ibarət olmaqla, məhsullar ticarət obyektlərinə maddi məsul şəxslər olan sürücü-ekspeditorlar və satış təmsilçiləri vasitəsi ilə çatdırılmış, Təqsirləndirilən şəxs MMC-nin 01 iyul 2019-cu il tarixli, ********** nömrəli əmri ilə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmiş və həmin tarixdə MMC ilə onun arasında əmək müqaviləsi və tam fərdi-maddi məsuliyyət haqqında müqavilələr bağlanmış, qeyd edilən müqavilələrə əsasən sonuncu ona inanılıb tapşırılmış maddi qiymətli əmlakı satış üçün götürməsi, daşıması və gündəlik satışdan topladığı pulu təhtəl hesabla MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olmuşdur. 2020-ci ilin mart ayının sonunda Təqsirləndirilən şəxs qəbul etdiyi məhsulların satışından əldə etdiyi pulu MMC-nin xəzinəsinə tam ödəməməsi və öhdəsində satış pulundan çatışmazlığın aşkar edilməsi barədə MMC-nin aidiyyəti işçiləri tərəfindən ona məlumat verildikdə, dəvət edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X5 tərəfindən audit yoxlaması keçirilmiş və bu barədə 07 may 2020-ci il tarixli audit aktı və rəyi tərtib edilmişdir. Audit zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 iyul 2019-cu il tarixdən 01 may 2020-ci il tarixədək olan dövr ərzində "xxxx" MMC-nin satış təmsilçisi X1 təhvil təslim aktları ilə 3.259 manat 60 qəpik dəyərində, MMC-nin ünvan 2 ünvanında yerləşən anbarından isə verdiyi sifarişlər əsasında qaimələr ilə 191.879 manat 99 qəpik dəyərində şirniyyat məhsullarını satış üçün qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 128.449 manat məbləğində satış pulunu MMC-nin xəzinəsinə, 19.522 manat 70 qəpik MMC-nin bank hesabına ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 35.559 manat 72 qəpik dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, 1.577 manat 10 qəpik dəyərində məhsul qiymət fərqinə görə öhdəsindən azaldılmış, 01 may 2020-ci il tarixli təhvil-təslim aktları əsasında 100 manat dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMC-nin satış müdiri X4 təhvil vermiş, nəticədə Təqsirləndirilən şəxs öhdəsində 9.931 manat 07 qəpik məbləğində satış pulundan çatışmazlıq aşkar edilmişdir. Bu səbəbdən 05 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs işdən azad olunmuş, heç vaxt məhsulların ticarət obyektlərinə çatdırılması, keyfiyyəti, miqdarı və çəkisi barədə Təqsirləndirilən şəxs narazılığı olmamış, Təqsirləndirilən şəxs öhdəsində məhsul deyil, ticarət obyektlərindən topladığı satış pulundan çatışmazlıq yaranmış, buna isə birbaşa sonuncunun özü cavabdeh olmuşdur. İş üzrə şahid "xxxx" MMC-nin anbardarı Şahid4 Tofiq oğlu məhkəməyə ərizə ilə müraciət edərək cinayət işi üzrə istintaq zamanı və məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə şahid "xxxx" MMC-nin auditoru Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək cinayət işi üzrə istintaq zamanı və məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə şahid "xxxx" MMC-nin baş mühasibi Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək cinayət işi üzrə istintaq zamanı və məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahidlər Şahid4, Şahid3 və Şahid2 istintaq zamanı Şahid1 ilə oxşar məzmunda ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması haqqında 09.03.2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin satış təmsilçiləri tərəfindən qulluq mövqeyindən istifadə edilməklə, xeyli miqdarda özgə əmlakının mənimsənilməsi faktları üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 179.2.3 və 1792.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq ibtidai istintaqı aparılmışdır. - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 19.03.2021ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin sürücü-ekspeditoru X2 Azərbaycan Respublikası CM-nin 179.2.3 və 1792.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirildiyindən və barəsində olan epizod üzrə cinayət işinin istintaqı tamamlandığından həmin epizod üzrə ********* nömrəli cinayət işi məhkəməyə verilmiş, həmin cinayət işinin materiallarından X6 və Təqsirləndirilən şəxs barələrində həmin Məcəllənin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi ayrılıb ayrı icraatda istintaq edilmişdir. - 07.05.2020-ci il tarixli audit prosedurlarının aparılmasına dair aktdan və 07.05.2020ci il tarixli auditor rəyindən görünür ki, "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs öhdəsində 01.05.2020-ci il tarixə 9931,07 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 01.07.2019-cu il tarixli, ********** saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2019-cu il tarixdən cəmiyyətə əmək müqaviləsi ilə satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 01.04.2020-ci il tarixli, ********** (2)-2020 saylı və 05.05.2020-ci il tarixli, **********-2020 saylı əmrlərdən görünür ki, cəmiyyətin satış təmsilçisi Təqsirləndirilən şəxs 01.04.2020-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 62-ci maddəsinə əsasən işdən kənarlaşdırılmış və müəssisənin sərəncamına çıxarılmış, 05 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. - "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 01.07.2019-cu il tarixli əmək müqaviləsindən və tam maddi məsuliyyət haqqında əlavə müqavilədən görünür ki, Təqsirləndirilən şəxs müəssisənin anbarından satılması nəzərdə tutulan bütün mövcud malları və məhsulları qəbul etdikdən sonra onların dəyərlərinin müəssisənin xəzinəsinə ödənilməsi ilə əlaqədar tam məsuliyyət daşımağı, işdən çıxdığı təqdirdə anbardan qəbul etdiyi malın və məhsulların dəyərlərini ödəməyi, çatışmayan hissəsi olduqda isə müəyyən olunmuş qaydada mal şəklində (natural) anbara qaytarmağı və s. öz üzərinə öhdəlik götürmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 02.04.2021-ci il tarixli, 9/1495 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi cinayət işinin materiallarında olan sərbəst auditor X5 tərəfindən 01.07.2019-cu il tarixdən 01 may 2020-ci il tarixə kimi olan dövr ərzində "xxxx" MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs öhdəsində olan mal-pul dövriyyəsi ilə bağlı aparılmış auditin nəticələri istintaq orqanı tərəfindən əsaslı hesab edildiyi halda, Təqsirləndirilən şəxs öhdəsində yaranmış çatışmamazlığın məbləği 01.05.2020-ci il tarixə 9931 manat 07 qəpik məbləğində müəyyən edilir. Qeyd edilmişdir ki, yaranmış 9931,07 manat məbləğində çatışmamazlıq, iş materiallarında olan qəbul edilmiş, qaytarılmış, ödənişlərin hərəkətinə dair terminaldan çıxarışlar, bank sənədləri, o cümlədən ödəniş qəbzləri, təhvil-təslim aktları və s. mühasibat sənədləri əsasında müəyyən edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs öhdəsində əmələ gəlmiş çatışmazlığın əmələ gəlmə səbəbi iş materiallarında olan sərbəst auditor X5 tərəfindən tərtib edilmiş 07.05.2020-ci il tarixli audit prosedurlarının aparılmasına dair aktda və audit rəyində öz əksini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 14 aprel 2021-ci il tarixli, 4/431 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 iyul 2019cu il tarixli ərizədəki imza, 01 iyul 2019-cu il tarixli 00000600/2019 nömrəli əmək müqaviləsində (kontrakt) “İşçi” qrafasındakı və “11.2” bəndindəki “İmzası:” qrafasındakı imzalar, 01 iyul 2019-cu il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilədə “Satış təmsilçisi” qrafasındakı imza, 01 iyul 2019-cu il tarixli satış təmsilçisinin vəzifə təlimatında “Şöbəsinin Satış təmsilçisi:” qrafasındakı imza, C**********6 nömrəli, C**********9 nömrəli, C**********1 nömrəli, C**********3 nömrəli, C**********5 nömrəli, C**********7 nömrəli, C**********9 nömrəli, C**********1 nömrəli, 08 iyul 2019-cu il tarixli malların anbardan təhvil alınmasına dair çıxarışlarda “Принял” qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. - sübutların qiymətləndirilməsi haqqında 19.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında 19.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin tanınması haqqında 19.04.2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC zərərçəkmiş kimi, Zərərçəkmiş şəxs zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsi kimi tanınmışdır. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 15.03.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 26.05.2012-ci il təvəllüdlü Cəfərzadə Aylin və 12.02.2015-ci il təvəllüdlü Cəfərzadə Məhəmmədəli adlı iki azyaşlı uşağı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20.03.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş "xxxx" MMC-yə məxsus 9931,07 manat məbləğində əmlakı mənimsəmə yolu ilə talaması toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, evli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında Plenum qərara almışdır ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 212 (iki yüz on iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir.. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş – mülki iddiaçı "xxxx" MMC tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 9931,07 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 9961,07 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 15 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 40 iş saatı, cəmi 55 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 330 (üç yüz otuz) manat (55x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs 9931,07 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 9961,07 manat tutularaq zərərçəkmiş – mülki iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim aktları və ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 212 (iki yüz on iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs istintaqda 15 saat, məhkəmədə 40 saat, cəmi 55 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 330 (üç yüz otuz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar