Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-197/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 01:20 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 61 ünvanında yerləşən “Turan Ocağı” kafesinin istirahət üçün nəzərdə tutulmuş otaqlarının birində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 100 manat müqabilində satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,910 qram çəkidə narkotik vasitə heroin əldə edib otaqda olan masanın üzərində saxlamış, həmin gün saat 01:30 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü əməkdaşlarının karantin rejim qaydalarına nəzarətlə bağlı keçirdikləri tədbir zamanı həmin otaqda narkotik vasitəni qəbul etməkdə şübhəli olduğundan polis əməkdaşlarının bu barədə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin Növbətçi Hissəsinə verdiyi məlumat əsasında həmin tarixdə saat 01:45 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 61 ünvanında yerləşən “Turan Ocağı” kafesinin istirahət üçün nəzərdə tutulmuş həmin otağına baxış zamanı masanın üzərində Təqsirləndirilən şəxs məxsus həmin 01 ədəd bükümdə 1,910 qram çəkidə qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, axşam saat 11-12 radələrində tanışının işlətdiyi “Turan Ocağı” kafesinə getmişdir. Kafenin sahibi ilə görüşmüş, sonra kafenin sahibi işləri ilə əlaqədar getmişdir. O, kafedə kabinetdə oturan zaman, çöldə bir nəfər şəxs görmüş, həmin şəxsi xarici görünüşündən narkotik satan şəxsə oxşadıb çölə çıxmışdır. Həmin şəxslə bir az söhbət etdikdən sonra, həmin şəxs əgər pulu varsa nəsə verə biləcəyini demişdir. O, həmin şəxsə 100 manat pul vermişdir. Sonra həmin şəxs kabinetə daxil olmuş, əlindəki böyük bükümdən bir qədər ayırıb “kokos” kimi tanıdığı narkotik vasitəni ona vermiş, böyük bükümü və tərəzini kabinetdə qoyub dərhal bayıra çıxmışdır. O, kafedə həmin şəxsin ona verdiyi narkotik vasitədən istifadə etmişdir. Həmin vaxt oraya polis əməkdaşları gəlmişlər. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, tarixini xatırlamadığı vaxtda pandemiya dövründə karantin qaydalarının pozulub-pozulmaması ilə bağlı profilaktik tədbirlərin keçirilməsi zamanı xidməti ərazidə olarkən gecə saatlarında kafelərdən birinin işıqlarının yanılı olduğunu görüb, həmin kafeyə daxil olmuşlar. Kabinetlərə baxış keçirərkən kabinetlərdən birində Təqsirləndirilən şəxs əyləşdiyini görmüşlər, ona karantin qaydalarını pozduğunu izah etmişlər. Təqsirləndirilən şəxs kafeyə müştəri qismində gəldiyini bildirmişdir. Onlar digər kabinetlərə baxış keçirməyə gedəndə Təqsirləndirilən şəxs onları görüb yerə nəsə atmışdır. Digər əməkdaş bunu görmüş, onlar yaxınlaşmışlar, yerə büküm atdığını görmüşlər. Aidiyyəti üzrə şöbəyə məlumat vermişlər, təhqiqatçı hadisə yerinə gəlmiş, hadisə yerinə ətraflı baxış keçirmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, idarə rəisinin əmri ilə karantin rejiminin tələblərinin pozulub-pozulmaması ilə əlaqədar tədbirlərə cəlb edilmişlər. Xidmət apararkən “Turan Ocağı” kafesinin işıqlarının yanılı olduğunu görüb içəri daxil olmuşlar. Kabinetlərdən birində Təqsirləndirilən şəxs tək əyləşdiyini, qarşısındakı stolun üzərində içərisində narkotik vasitə olan iki bükülü və tərəzi olduğunu görmüşlər. Təqsirləndirilən şəxs onları görən kimi böyük bükümü yerə atmışdır. Təqsirləndirilən şəxs böyük bükümün və tərəzinin özünə məxsus olmadığını bildirmişdir. Onlar bu barədə şöbəyə məlumat vermişlər, əməliyyat qrupu gəlmişdir. İş üzrə Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, əlavəsinin olmadığını bildirmişdir. Şahid3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının əvvəllərindən məlum pandemiya ilə bağlı o, tədbirlərə cəlb edilmişdir. Gecə saatlarında Nizami rayonunun inzibati ərazisində kafe və restoranların nəzərdə tutulmayan saatlarda fəaliyyətinin qarşısının alınması məqsədilə PPXB-nin polis nəfərləri, manqa komandiri Şahid1, polis serjantları Şahid2 və X1 iştirakları ilə yaradılmış qrupun tərkibində, mülki paltarda fəaliyyət göstərmişlər. xx.xx.2021-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 61 ünvanında yerləşən “Turan Ocağı” kafesinin qarşısından keçən zaman həmin kafenin həyətində və kabinetlərin birində işıqların yandığını görüb oranın fəaliyyət göstərdiyini bilmişlər. Onlar kafenin həyətinə daxil olduqdan sonra Vəlyəddin işıqları yanan kabinetə yaxınlaşmışdır. Onlar da Vəlyəddinin arxası ilə getmişlər və kabinetə daxil olan zaman görmüşlər ki, kabinetdə olan divanın üzərində əvvəllər tanımadığı, orta yaşlı, gözündə eynək olan bir nəfər yarı uzanıqlı vəziyyətdədir. Həmin şəxsin qarşısındakı stolun üzərində iki ədəd, biri böyük olmaqla içərisində narkotik vasitəyə oxşar maddə olan şəffaf sellofan bükümlər, kiçik elektron tərəzi və 02 ədəd falqa vardır. Həmin şəxs, sonradan istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs sağ əlində 5 manatlıq pul əskinazını bükülmüş vəziyyətdə tutmuşdur. Onlara aydın olmuşdur ki, Anar elə vəziyyətdə nakotik qəbul edirmiş. Anar onları görən kimi özünü itirmiş və bükümlərdən böyük olanını götürüb divanın arxasına tullamışdır. Vəlyəddin Anardan tulladığının nə olduğunu soruşan zaman sonuncu tulladığının zibil olduğunu demişdir. Həmin vaxt Şahid2 divanı irəli çəkərək arxasından Anarın tulladığı həmin həmin bükülünü götürüb baxanda həmin bükülünün içərisindəkinin Anarın qarşısındakı stolun üzərində olan o biri bükülüdən olduğu aydın olmuşdur. Vəlyəddin dərhal xüsusi telefon vasitəsilə fakt barədə 25-ci PŞ-nin növbətçi hissəsinə məlumat verib təhqiqatçının gəlməsini xahiş etmişdir. Tezliklə PŞ-dən əməliyyat qrupu gəlmiş və təhqiqatçı tərəfindən videoçəkilişlə sənədləşmə aparılmışdır. Tərtib edilmiş protokolu imzalarla təsdiq etmişlər. Götürülmüş bükümlər və elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Daha sonra onlar bir yerdə PŞ-nə getmişlər. Yol boyu Təqsirləndirilən şəxs onlara kafenin sahibi Fuad adlı şəxslə əlaqələrinin olmasını irad tutaraq Fuadın məlumatı və tədbiri ilə tutulduğunu deyib onlardan şikayət edəcəyini demişdir. 25-ci PŞ-nə çatdıqdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, yaxud maddə aşkar olunmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 25-ci PŞ-nin növbətçi hissəsinə Nizami RPİ-nin PPXB-nün əl efiri vasitəsi ilə daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Turan Ocağı” restoranına karantin qaydalarının yoxlanılması ilə əlaqədar reyd keçirilərkən kabinetlərin birində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış zamanı kabinetdə vətəndaş Təqsirləndirilən şəxs əyləşdiyi stulun qarşısında olan stolda 2 ədəd ağ sellofanda, 02 ədəd bükümdə içərisində boz rəngli, tozşəkilli narkotik maddəyə bənzər maddə və 01 ədəd boz rəngli elektron tərəzi aşkar edilmişdir. Kabinetdə olan Təqsirləndirilən şəxs qeyd olunan 2 ədəd ağ rəngli sellofanda olan 2 ədəd bükümdə boz rəngli, tozşəkilli maddələrin “kokos” kimi tanıdığı narkotik maddə olan heroin olduğunu və həmin maddələri tanışı olan Fuad adlı şəxsin otağa qoyaraq tərk etdiyini bildirmişdir. Həmçinin o, həmin bükümlərdən həcmcə digərinə nisbətən kiçik olanının ona çatacağını və ona görə də Fuada ödəniş edəcəyini bildirmişdir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5469 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 165” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan 03 ədəd paketdən birində 1 ədəd bükümdə təmiz çəkisi 18,430 qram qəhvəyi rəngli maddə kütləsi, digər paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,910 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, hər iki heroin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 3-cü paketdəki 01 ədəd gümüşü korpuslu elektron tərəzinin səthində heroinin izləri müəyyən edilmişdir. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmamışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-411/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - maddi sübut kimi tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan və Bakı şəhəri Nizami RPİ-nin Növbətçi Hissəsinin rəisi, polis polkovnik-leytenantı Vahid Cəfərov tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 1,910 qram heroin, təhqiqata sərf edildikdən sonra qalan 1,860 qramı maddi sübut kimi tanınmış və saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. - maddi sübut kimi tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “Turan Ocağı” kafesindəki kabinetlərin birində baxış keçirilən zaman çəkilmiş videogörüntünün əks olunduğu 1 ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X4-Narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli, 5368 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 712 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri qeyd edilir. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif olunmuş, cinayət işinin materiallarından Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 61 ünvanında yerləşən “Turan Ocağı” kafesinin otağında xx.xx.2021-ci il tarixdə saat 01:30 radələrində aşkar edilmiş 18,430 qram heroinin X3 və ya digər bir şəxsə məxsus olmasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2008-ci il təvəllüdlü Cəfərov Sabir adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. - Bakı şəhəri Xəzər RİHB-nın Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 124 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, “Turan Ocağı” kafesindəki kabinetlərin birində baxış keçirilən zaman orada olan Təqsirləndirilən şəxs əyləşdiyi divanın qarşısındakı masanın üzərində 02 ədəd, içərisində narkotik vasitəyə oxşar maddə olan sellofan bükülülər və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - heroin əldə edib saxlaması özünün, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1,860 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 163,55 (bir yüz altmış üç manat, əlli beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1,860 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 163,55 (bir yüz altmış üç manat, əlli beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-197/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-197/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver