Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-197/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslır: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxx 1999-cu ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Xırmandalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1993-cü ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 və tanışı X5 ilə bir qrup şəxs halında birləşib 15 iyul 2023-cü il tarixdə saat 01 radələrində ictimai yer olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 22 nömrəli ünvanda yerləşən “Monte Karlo” restoranının qarşısında həmin tarixdə saat 00:30 radələrində ofisiant işlədiyi həmin restoranın “VİP” zalında toy ziyafəti qutardıqdan sonra ayağı süfrəyə ilişdiyi üçün bir neçə boşqabın döşəməyə düşərək sınmasına həmin restoranda aparıcı-müğənni işləyən Zərərçəkmiş şəxs irad bildirməsini bəhanə edib həmin vaxt Zərərçəkmiş şəxs restoranın qarşısında taksiyə əyləşməsini görüb əvvəlcə qrup üzvləri Təqsirləndirilən şəxs2 və X15 Musayevə yaxınlaşıb sonuncunu söhbət etmək adı ilə taksidən düşürüb “Monte Karlo” şadlıq sarayının qarşısına dəvət etdikdən sonra özlərinin şəxsiyyətinin Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək Zərərçəkmiş şəxs fiziki zor tətbiq edib qrup üzvləri Təqsirləndirilən şəxs2 və Ümid Həmidov qəsdən yumruqla Zərərçəkmiş şəxs üz nahiyəsinə bir neçə dəfə zərbələr vurmuş, o, isə üzərində olan təyinatı istintaqa məlum olmayan kəsici-deşici aləti silah qismində istifadə edərək həmin alətlə qəsdən Zərərçəkmiş şəxs bel nahiyəsinə iki dəfə vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol gözətrafının qançırı, burun üst səthinin sıyrığı, bel nahiyəsinin periton boşluğuna nüfuz etməyən iki ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 iyul 2023-cü ildə 15-16 radələrində o, qardaşı Təqsirləndirilən şəxs2la birlikdə “Monte Karlo” şadlıq sarayına gələrək işə başlamış, saat 23:40 radələrində toy ziyafəti qurtarmış və bundan sonra musiqiçilər bir stolda, ofisiantlar isə 5-6 stolda əyləşib yemək yemişlər. Həmin vaxtı onun ayağı stolun üzərində olan süfrəyə ilişmiş və stolda bir ədəd boşqab döşəməyə düşüb qırılmış, bu zaman musuqiçilərin stolda əyləşmiş aparıcı-müğənni ona iradını bildirmiş, onunla aralarında söz mübahisəsi olmuş, qardaşı Təqsirləndirilən şəxs2 onu şadlıq sarayından çıxarıb Babək prospektinin əks tərəfinə aparmış və özü isə “Monte Karlo” şadlıq sarayına tərəf qayıdıb getmişdir. Təxminən 5-6 dəqiqədən sonra “Monte Karlo” şadlıq sarayının qarşısında kiminsə dava etdiyini və bərk səs-küy gəldiyini görmüşdür. Bundan sonra Babək prospektini keçib “Monte Karlo” şadlıq sarayının qarşısına gələn zaman avtotəmir sexinin yanından keçəndə yerdən metal parçası götürərək şadlıq sarayının qarşısına gəlmişdir. Həmin vaxtı aparıcı-müğənninin qardaşı Təqsirləndirilən şəxs2 üstünə gedib nalayiq söyüş söydüyünü, kənarda olan şəxslərin qardaşı Təqsirləndirilən şəxs2 və aparıcı-müğənnini ayırmağa çalışdıqlarını, həmçinin qardaşı Təqsirləndirilən şəxs2 yanında həmkəndlisi Ümid Həmidovu görmüşdür. Aparıcı-müğənni onu görən kimi onun da ünvanına nəlayiq söyüşlər işlədib üstünə gəlmiş, o da əlində olan metal parçası ilə aparıcı-müğənninin qarın boşluğunun arxa tərəfinə iki dəfə zərbə vurmuşdur. Həmin vaxtı aparıcı-müğənni qaçıb “Monte Karlo” şadlıq sarayına girmiş və qapını arxadan bağlamışdır. O, aparıcı-müğənninin dalınca qaçmış, kənarda olan şəxslər və həmkəndlisi Ümid Həmidov onu tutub saxlamış və onun əlindən olan kəsici və deşici metal parçasını almağa çalışmışlar. Bundan sonra xatırlamadığı şəxs onun əlindən metal aləti alıb kənara atmışdır. Həmin vaxt qardaşı Təqsirləndirilən şəxs2 və Ümid Həmidov onun yanma gəlib onu kənara çəkmiş və onu sakitləşdirib evə aparmışlar. Hal-hazırda törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 iyul 2023-cü ildə 15-16 radələrində o, qardaşı Təqsirləndirilən şəxs1la birlikdə “Monte Karlo” şadlıq sarayına gələrək işə başlamış, həmin günü saat 23:40 radələrində toy ziyafəti qurtarmış, bundan sonra musiqiçilər bir stolda, ofisiantlar isə 5-6 stolda əyləşib yemək yemişlər. Həmin vaxtı onun ayağı stolun üzərində olan süfrəyə ilişmiş və stolda bir ədəd boş qab döşəməyə düşmüşdür. Bu zaman musiqiçilərin stolunda əyləşmiş aparıcı-müğənni onlara öz iradını bildirmiş, o və qardaşı Təqsirləndirilən şəxs1 aparıcı-müğənniyə onun ayağı süfrəyə ilişdiyini və boş qab yerə düşdüyünü demişdir. Bundan sonra onlarla aparıcı-müğənni arasında söz mübahisəsi olmuş, o, qardaşı Təqsirləndirilən şəxs1 şadlıq sarayından çıxarıb Babək prospektinin əks tərəfinə aparmış, özü isə şadlıq sarayına tərəf qayıdıb gəlmişdir. Onun qayıdıb gəlməkdə məqsədi zərərçəkmiş şəxslə aralarında olan mübahisəni həll etmək olmuşdur. Bu zaman görmüşdür ki, zərərçəkmiş şəxs taksiyə əyləşir. O, ona yaxınlaşıb aralarındakı mübahiəsini həll etməyə və hadisəni izah etməyə çalışmış, lakin yenidən aralrında söz mübahisəsi yaranmış, bu zaman zərərçəkmiş şəxs onu geri itələmək istəyən zaman geri çəkilmiş və yerə yıxılmışdır. Daha sonra yerdən durub onun göz nahiyəsinə yumruqla vurmuş, kənarda olan şəxslər onları aralamış, onu kənara çəkmişlər. Bu zaman qardaşı Təqsirləndirilən şəxs1 zərərçəkmişə tərəf getmiş və zərərçəkmiş ona söyüş söyürmüş. O, qardaşı Təqsirləndirilən şəxs1 zərərçəkmişlə dalaşdığını görmüş, Təqsirləndirilən şəxs1 yanına gəlmiş və onun ayırıb aparmışdır. Həmin vaxtı qardaşı Təqsirləndirilən şəxs1 ona zərərçəkmiş şəxsi yerdən tapdığı metal alətlə bel nahiyəsindən vurduğunu demişdir. Hal-hazırda törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 iyul 2023-cü ildə, saat 17 radələrində o, toy ziyafətində iştirak etmək üçün “Monte Karlo” şadlıq sarayına gəlmiş, həmin günü saat 23:58-də toy ziyafəti yekunlaşmış, bundan sonra o,digər musiqiçilərlə öz stollarında əyləşib yeməyə başlamışlar. Həmin vaxtı onların qarşısında olan stolda təqsirləndirilən şəxslər əyləşmiş, bu zaman yemək masası aşmış, masanın üzərində olan bütün əşyalar döşəməyə dağılmışdır. O, həmin yerə yaxınlaşıb masanın çevirən ofisianta demişdir ki, bura çörək qazandığınız yerdi, niyə belə hərəkət edirsiniz? Onu tanıyan ofisiantlar ona yaxınlaşıb demişlər ki, spirtli içki qəbul ediblər, sən qarışma. Bundan sonra o, heç bir söz deməyib oradan uzaqlaşmış, daha sonra evə getmək üçün taksi sifariş vermişdir. 15 iyul 2023-cü ildə saat 01 radələrində taksi Babək prospektində yolun sağ tərəfinə taksi gəlmiş, o, iş yoldaşı Rəvanla birlikdə taksiyə tərəf getmiş, o, avtomobilin sağ qabaq oturacağında, Rəvan isə avtomobilin arxa sağ oturacağında əyləşmişlər. Avtomobil hərəkətə başlayan vaxtı ofisiantlardan biri ona yaxınlaşaraq onunla danışmaq istədiyini bildirmiş, o, həmin şəxsə sabah görüşüb danışmağı təklif etmiş, həmin şəxs israr etdiyi üçün o, avtomobildən düşmüş, söhbət zamanı aralarında söz mübahisəsi yaranmış, bu zaman Rəvan və avtomobilin sürücüsü avtomobildən yerə düşmüşlər. Həmin vaxtı onu söhbətə çağıran şəxsin onu yumruqla vurmaq istədiyini hiss etdiyi üçün o, tez sol əli ilə həmin şəxsin sağ əlini tutub saxlamış, bu zaman sol yan tərəfdən görmədiyi şəxs onu sol tərəfdən göz və burun nahiyəsinə iki dəfə yumruqla vurmuşdur. O, başını aşağı salmış, həmin vaxtı onu söhbətə çağıran və sol yan tərəfdə onu yumruqla vuran şəxs bir neçə yumuruqla onun baş və bədən nahiyəsinə vurmuş və bu zaman hiss etmişdir ki, arxadan bel nahiyəsinə iki dəfə bıçaq vurulmuşdur. Həmin vaxtı Rəvan və taksi sürücüsü ona tərəf gəlmişlər və o, tez şadlıq sarayınının “VİP” zalına tərəf qaçmış, həmin vaxtı onu bıçaqla vuran şəxs arxası ilə qaçaraq gəlmiş, o, tez “VİP” zalın qapısını açıb içəri daxil olmuş və arxadan qapını tutub saxlamışdır ki, həmin şəxs içəri daxil olmasın. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, 14 iyul 2023-cü ildə, saat 17 radələrində o, toy ziyafətində iştirak etmək üçün “Monte Karlo” şadlıq sarayına gəlmiş, həmin günü saat 23:58-də Zərərçəkmiş şəxs toy ziyafətini yekunlaşdırmış və bundan sonra o, Zərərçəkmiş şəxs və digər musiqiçilərlə zalda öz stollarında əyləşib yeməyə başlamış, həmin vaxt qarşı masada da ofisiantlar oturub yemək yeməyə başlamış, anidən həmin masadan söyüş-təhqir səsləri yüksəlmiş, stolda əyləşmiş üç ofısinatdan biri masanın üzərinə bir dəfə yumuruq vurub nəlayiq söyüş söymüş, Zərərçəkmiş şəxs masaya yaxınlaşıb “bu nə hərəkətdir, edirsiniz? Çörək yediyiniz yerdir” demiş və geri qayıtmış, bu zaman masaya yumruq vuran ofisiant söyüş söyüb masanı çevirmiş, masanın üzərində olan bütün əşyalar döşəməyə dağılmışdır. Zərərçəkmiş şəxs ona demişdir ki, siz evə gedin, söyüş söyülür. Bundan sonra o, çantasını götürmüş, Zərərçəkmiş şəxs onu zalda yola salmış və o, zaldan çıxıb taksiyə əyləşib evə getmişdir. Zərərçəkmiş şəxs orada sadəcə ofisiantlara öz iradını bildirmiş, heç bir təhqiredici ifadə işlətməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid6 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayından Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22 nömərli ünvanda yerləşən “Monte Karlo” şadlıq sarayının baş inzibatçı vəzifəsində işləyir. 14 iyul 2023-cü ildə, saat 23:58-də şadlıq sarayında Zərərçəkmiş şəxs toy ziyafətini yekunlaşdırmış, bundan sonra Zərərçəkmiş şəxs və digər musiqiçilər masada əyləşib yemək yeməyə başlamışlar. Həmin günü saat 00:20 radələrində o, inzibatçı Aslanı və aparıcı-müğənni Muradı otağına çağıraraq ofısinatların əmək haqqını vermək üçün Aslana və müsiqiçilərin əmək haqqını vermək üçün Murada pul vermiş, saat 00:45-də isə şadlıq sarayından çıxıb evə getmişdir. Həmin günü saat 01:20 radələrində Aslan ona zəng vurub Zərərçəkmiş şəxs ofısintların döydüyünü, ofısinatlardan birinin bıçaqla vurduğunu demişdir. O, Aslana Muradı xəstəxanaya aparmasını demiş, saat 03 radələrində özü də X8 getmiş və Zərərçəkmiş şəxs bel nahiyəsindən cərrahi əməliyyat olunduğunu görmüşdür. Zərərçəkmiş şəxs ona toydan sonra ofisinatla masanın üzərində qab-qacaq yerə düşdüyü üçün söz mübahisəsinin olduğunu, Rəvanla taksiyə əyləşib evə getmək istəyən zaman bir nəfər ofisinatın onu çölə çağırdığını, onunla söhbət edən zaman həmin ofisinatla birlikdə üç nəfərin onu döydüyün və bel nahiyəsinə iki dəfə bıçaqla vurduğunu demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayından Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22 nömərli ünvanda yerləşən “Monte Karlo” şadlıq sarayının “VİP” zalında inzibatı işləməyə başlamışdır. Onun inzibatçı kimi fəaliyyətin ondan ibarətdir ki, o, “VİP” zalında qonaqlara qulluq edən ofisinatlara nəzarət edir, masaların düzəlməsi, yeməklərin masalar çatdırılması və müştərilərə qulluğun təmin edilməsinə nəzarət edir. “VİP” zalında 14 nəfər müştəriyə 1 ofisiant qulluq edir. 14 iyul 2023-cü ildə saat 12 radələrində o, “Monte Karlo” şadlıq sarayının “VİP” zalına gəlmiş, 20-25 nəfər ofisiant “VİP” zalında stolların üzərinə süfrələr sərmiş, stolların üzərinə qablar və salatlar düzmüşlər. Həmin vaxtı hissə etmişdir ki, ofısiantarlardan Zaur spirtli işki qəbul edib, ona demişdir ki, Zaur get, birdə bura gəlmə. Zaur demişdir ki, onsuz da o, qardaşı Əli ilə sabah Masallı rayonuna gedəcəklər. Zaur çıxıb getmiş, Zaurun qardaşı Əli isə ofisiantlarla işini davam etdirmişdir. Həmin günü saat 17 radələrində müğənni-aparıcı Zərərçəkmiş şəxs və digər musiqiçilər gəlib toy ziyafətinə hazırlaşmışlar. Həmin günü saat 18 radələridə “Monte Karlo” şadlıq sarayının “VİP” zalında toy ziyafəti başlamış və ofisiantlar qonaqlara qulluq etmişlər. Həmin günü saat 23:58-də Zərərçəkmiş şəxs toy ziyafətini yekunlaşdırmış və bundan sonra Zərərçəkmiş şəxs və digər musiqiçilər masada əyləşib yemək yeməyə başlamışlar. Bundan sonra ofısinatlarda 3-3, 5-5 masalarda əyləşib yemək yemişlər. Həmin vaxtı o. ofisiantların maaşını almaq üçün baş inzibatçı Ehtiram müəllimin yanına getmişdir. O, Ehtiram müəllimlə otaqda ofisinatların maaşını hesablayan zaman “VİP” zalında səs-küy eşidib ora getmiş və görmüşdür ki, Zərərçəkmiş şəxslə ofisiant işləyən Əli arasına sözlə mübahisəsi edirlər. Əli qardaşı Zauru sakitləşdirir. O, Əlini Zaurla birlikdə zaldan çıxarmış və gedin, birdə bura gəlməyin. Bundan sonra o, Zərərçəkmiş şəxs yanma gəlmiş və soruşmuşdur ki, nə olubdur ? Zərərçəkmiş şəxs demişdir ki, ofisinatlardan biri masaya yumuruq vurdu və masanı çevirdi. O, zala baxmışdır ki, masa çevirilməyib. O, bu barədə Zərərçəkmiş şəxs demiş və həmin masanın ofisinantı Gündüz Ağayevdən soruşmuşdur ki, hadisə neəcə olub ? Gündüz Ağayev demişdir ki, toy ziyafəti qutardıqdan sonra o, masa olan boş qabları masanın bir küncünə yığmış, Əli ilə MuradMusayev sözlə mübahisə edərkən Əli masadan qalxan zaman ayağı masaya ilişib və masa nisbətə yerdən qalxan zaman masanın üzərində olan qablar döşəməyə tökülmüşdür. Bundan sonra o, ofisinatların pulu vermiş və otağa qalxıb özlüyündə qeydiyyat aparmağa başlamışdır. 15 iyul 2023-cü ildə saat 01 radələrində o, otaqda olan zaman ofisinatardan biri ona demişdir ki, “Monte Karlo” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs dava edir. O, “Monte Karlo” şadlıq sarayının birinci mərtəbəsində olan foeyə düşəndə görmüşdür ki, Zərərçəkmiş şəxs üz və bel nahiyəsində qan var. O, Zərərçəkmiş şəxs soruşmuşdur ki, nə olubdur? Zərərçəkmiş şəxs demişdir ki, onu “VİP” zalında mübahisə etdiyi ofisinat vurubdur. O, bu barədə baş inzibatçı Ehtirama demiş, Ehtiram demişdir ki, tez xəstəxanaya apar. O, idarə etdiyi Kia markalı Sid modelli avtomobilin sağ qabaq oturacaqda Zərərçəkmiş şəxs, arxa oturacaqda isə Rəvan isə əyləşmişdir. O, Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonunda yerləşən X8 gətirmiş və Zərərçəkmiş şəxs Qəbul şöbəsinə təhvil vermişlər. Zərərçəkmiş şəxs bel nahiyəsindən cərrahi əməliyyat olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, o, “Monte Karlo” şadlıq sarayının “Antik” zalında sintezator alətində ifa edir, Zərərçəkmiş şəxs isə həmin şadlıq sarayının “VİP” zalında aparıcı-müəğənni kimi fəaliyyət göstərir. O, Zərərçəkmiş şəxslə birlikdə işə gəlir və birlikdə işdən çıxıb taksi sifariş verib evə gedirlər. 14 iyul 2023-cü ildə, saat 23:55-də toy ziyafəti yekunlaşdıqdan sonra 15 iyul 2023-cü ildə, saat 00:30 radələrində Muradla “VİP” zalının giriş qapısının qarşısında görüşərək şadlıq sarayının qarşısına düşmüş və Murad taksi sifariş vermişdir. Həmin günü 00:50 radələrində taksi gəlib “Monte Karlo” şadlıq sarayının qarşısında Babək prospektində dayanmış, onlar taksiyə yaxınlaşmış, Zərərçəkmiş şəxs avtomobilin sağ qabaq oturacağında, o, isə avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Avtomobil hərəkətə başlayan vaxtı şadlıq sarayının “VİP” zalında ofisiant işləyən Zaur avtomobilin sağ qabaq qapısına yaxınlaşıb Murada demişdir ki, bir dəqiqə səni olar? Zərərçəkmiş şəxs həmin şəxsə sabah görüşmələrini desə də, o, təkid etmiş, Murad avtomobildən yerə düşmüş və avtomobildən 3-4 metr kənara çəkilib söhbət etməyə başlamışlar. Həmin vaxtı Zaurun yanına Ümid adlı ofisiant da gəlmiş, Zaur Murada demişdir ki, gəl keçək şadlıq sarayının yan tərəfinə, Murad isə ona taksi gözlədiyini, nə sözü varsa, burda deməsini bildirmiş, o demişdir ki, çəkilək qırağa, orada söz deyəcək. Həmin vaxtı o, avtomobildən düşüb Zərərçəkmiş şəxs yanına gəlmiş, Murad ona taksidə pul qabı olduğunu, onu taksidən götürməsini, söhbətin uzanacağını demiş, o dönüb taksiyə tərəf getmiş, taksinin sağ qabaq oturacağından Murada məxsus pul qabını götürmüş və taksi sürücüsünə demişdir ki, 5-10 dəqiqə gözlə, söhbətləri qutarsın, gedək. Elə bu zaman Muradın qışqırıq səsini eşitmiş, dönüb baxan zaman görmüşdür ki, 3 nəfər şəxsin Muradı döydüyünü görmüş, o, bunları görüb onlara tərəf qaçan zaman Murad həmin şəxslərin əlindən çıxıb “Monte Karlo” şadlıq sarayının “VİP” zalına tərəf qaçmış və “VİP” zalının qapısını açıb içəri girmişdir. Kənarda olan şəxslər həmin şəxsləri sakitləşdirib aparmışlar. Bundan sonra o, “VİP” zalına girib Muradın yanına gəlmiş, onun üzünün qanadığını və bel nahiyəsində iki ədəd deşilmiş bıçaq izi olduğunu görmüşdür. Bundan sonra Aslan Muradı öz avtomobilinin sağ qabaq oturacağına əyləşdirmiş, o, isə həmin avtomobilin arxa oturacağına əyləşmiş, birlikdə xəstəxanaya getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, o, “Monte Karlo” şadlıq sarayının “VİP” zalında saz alətində ifa edir. 14 iyul 2023-cü ildə saat 17 radələrində o, toy ziyafətində iştirak etmək üçün “Monte Karlo” şadlıq sarayına gəlmiş, saat 23:58-də Zərərçəkmiş şəxs toy ziyafətini yekunlaşdırmış və bundan sonra Zərərçəkmiş şəxs, xanım ifaçı Şahid2, üç nəfər fotoqraf zalda öz stollarında əyləşib yeməyə başlamışlar. Həmin vaxtı o, saz alətini yığmış, Muradın əyləşdiyi masaya yaxınlaşıb əyləşmək istəyən zaman qarşıda olan stolda əyləşmiş ofısinatdan biri masanı çevirmiş, masanın üzərində olan bütün əşyalar döşəməyə dağılmışdır. Zərərçəkmiş şəxs həmin masaya yaxınlaşıb masanın çevirən ofisianta çörək qazandığı yerdi, niyə belə hərəkət etdiyini demiş, orada olan ofisiantlardan biri spirtli içki qəbul etdiklərini, qarışmamasını demişdir. Bundan sonra Murad bir söz deməyib oradan uzaqlaşmış, bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs ifaçıların zəhmət haqqını vermiş, 15 iyul 2023-cü ildə, saat 00:20 radələrində o, taksiyə əyləşib yaşadığı evə getmişdir. Daha sonra Şahid1 məlumat almışdır ki, Murad bıçaqla vurulub. Həmin günü saat 02 radələrində o, Bakı şəhəri, Sabunçu qəsəbəsində yerləşən X8 gəlmiş və orada məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bel nahiyəsindən cərrahi əməliyyat olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Kürdəmir şəhəri, Hüseyn Cavid küçəsi, ev 02-də qeydiyyatda olsa da, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22 ünvanında yerləşən “Monte Karlo” şadlıq sarayında yaşayır. 2021-ci ildən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22 nömərli ünvanda yerləşən “Monte Karlo” şadlıq sarayında mühafizəçi işləməyə başlamış və həmin tarixdən də şadlıq sarayında qalır. 14 iyul 2023-cü ildə saat 12 radələrində ofisiantlar stolların üzərinə süfrələr sərməyə, stolların üzərinə qablar və salatlar düzməyə başlamışlar. Həmin günü saat 17 radələrində müğənni-aparıcı Zərərçəkmiş şəxs və digər musiqiçilər gəlib toy ziyafətinə hazırlaşmışlar. Həmin günü saat 18 radələridə “Monte Karlo” şadlıq sarayının “VİP” zalında toy ziyafəti başlamış və ofisiantlar qonaqlara qulluq etmişlər. Həmin günü saat 23:58-də Zərərçəkmiş şəxs toy ziyafətini yekunlaşdırmışdır. Həmin günü saat 00:50 radələrində musiqiçilər və digər işçilər “Monte Karlo” şadlıq sarayının “VİP” zalından çıxıb evə gedirmişlər. Həmin günü saat 01 radələrində o, “Monte Karlo” şadlıq sarayının “VİP” zalının foyesində imiş və çıxan işçilərə nəzarət edirmiş. Həmin vaxtı o, “VİP” zalının qarşısında səs-küy eşitmiş, çölə çıxmış və görmüşdür ki, “Monte Karlo” şadlıq sarayının “VİP” zalı ilə “Antik” zalının ortasına 20-30 nəfər yığışıbdır. Həmin vaxtı görmüşdür ki, Zərərçəkmiş şəxs kütlənin içindən çıxıb “VİP” zalının girişinə tərəf qaçıb gəlmiş və qapını ötüb arxadan bağlamışdır. Bu zaman bir nəfər şəxs Zərərçəkmiş şəxs arxasınca qaçaraq gəlmiş və həmin şəxsin arxasınca gələn şəxslər qaçan şəxsin sakitləşdirməyə çalışırmışlar. Həmin vaxtı o, Zərərçəkmiş şəxs arxasında qaçan şəxsdən 2-3 metr aralıda imiş. Zərərçəkmiş şəxs arxasınca qaçan şəxsi sakitləşdirib Babək prospektinin əks tərəfinə aparmışlar. Bundan sonra Zərərçəkmiş şəxs “VİP” zalından çölə çıxmış, həmin vaxtı o, foyedə imiş. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs məlum hadisə zamanı burnuna yumuruq və belinə bıçaq vurmuşlar və “VİP” zalından inzibatçı işləyən Aslan Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Şahid7 ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, o, məlum hadisə zamanı Zərərçəkmiş şəxs arxasınca qaçan şəxs eşitdiyinə görə ofisinat işləyən Əli imiş. Əli Zərərçəkmiş şəxs arxasınca qaçan zaman əlinə fikir verməmiş və Əlinin əlində heç nə görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 15-də ailəsilə birlikdə yaşayır. O, 2020-ci ildə Biləsuvar rayonu. Cürəli kənd orta məktəbinin Azərbaycan dilində bitirmiş, 2020-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına daxil olmuş və həmin akademiyanın Sosial iş fakültəsinin 4-cü kurs tələbəsidir. 01 iyul 2023-cü ildən o, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22 nömərli ünvanda yerləşən “Monte Karlo” şadlıq sarayının “VİP” zalında inzibatıçı işləməyə başlamışdır. Onun inzibatçı kimi fəaliyyəti ondan ibarətdir ki, o, “VİP” zalında qonaqlara qulluq edən ofısinatlara nəzarət edir, masaların düzəlməsi, yeməklərin masalar çatdırılması və müştərilərə qulluğun təmin edilməsinə nəzarət edir. “VİP” zalında 14 nəfər müştəriyə 1 ofisiant qulluq edir. 14 iyul 2023-cü ildə saat 15-16 radələrində o, “Monte Karlo” şadlıq sarayının “VİP” zalına gəlmiş, 20-25 nəfər ofisiant “VİP” zalda stolların üzərinə süfrələr sərmiş, stolların üzərinə qablar və salatlar düzmüşlər. Həmin günü saat 17 radələrində müğənni-aparıcı Zərərçəkmiş şəxs və digər musiqiçilər gəlib toy ziyafətinə hazırlaşmışlar. Həmin günü saat 18 radələridə “Monte Karlo” şadlıq sarayının “VİP” zalında toy ziyafəti başlamış və ofisiantlar qonaqlara qulluq etmişlər. Həmin günü saat 23:58-də Zərərçəkmiş şəxs toy ziyafətini yekunlaşdırmış və bundan sonra Zərərçəkmiş şəxs və digər musiqiçilər masada əyləşib yemək yeməyə başlamışlar. Bundan sonra ofisinatlarda 3-3, 5-5 masalarda əyləşib yemək yeməyə başlamışlar. Yemək yeyilib qutardıqdan sonra ofisiantlar “VİP” zalında stolda olan qabqaşığı yığışdırmışlar. Bundan sonra o, inzibatçı Şahid5 günlük maaşını alıb ikinci mərtəbədə foyedə pulu sayan zaman səs-küy eşitmişdir. Həmin səs-küy “VİP” zalının çıxışından gəlirmiş və o, “VİP” zalından küçəyə çıxan zaman görmüşdür ki, müğənniaparıcı Zərərçəkmiş şəxs ofisiant işləyən sonradan adını Əli və Zaur bildiyi iki qardaş döyürlər. Həmin vaxtı Əli şalvarının arxa nahiyəsindən balaca bıçağı çıxarıb Zərərçəkmiş şəxs bel nahiyəsindən 1-2 dəfə vurmuş, həmin vaxtı əvvəllər ofisiant işləyən Ümid adlı şəxs Əlini ayırmaq üçün tutmuş, Zərərçəkmiş şəxs tez “VİP” zalının qapısını açıb içəri daxil olmuş və qapını arxadan bağlamışdır. Bu zaman Əli Zərərçəkmiş şəxs arxasınca qaçıb “VİP” zalının qapısını açmağa çalışsada qapını aça bilməmiş və Ümid Əlini sakitləşdirməyə çalışırmış. Ümid və “Monte Karlo” şadlıq sarayının gözətçisi Fuad Əlini sakitləşdirib yola salmışlar. Bundan sonra “VİP” zalına gedən zaman görmüşlər ki, Zərərçəkmiş şəxs üz və bel nahiyəsində qan var. Həmin vaxtı kimsə təcili tibbi yardım satansiyasına yığıb məlumat vermişdir. Təxminən 10-15 dəqiqə gözləsələr də, təcili tibbi yardım avtomobili gəlmədiyi üçün Şahid5 idarə etdiyi Kia markalı avtomobilə Zərərçəkmiş şəxs və musiqiçi Rəvan əyləşmiş və onlar xəstəxanaya getmişlər. Bundan sonra o, da evə getmişdir. Ariz Məmmədov ifadəsinə əlavə olarq qeyd etmişdir ki, “VİP” zalından çıxan zaman Əli və Zaur Zərərçəkmiş şəxs döydüklərini və Əli Zərərçəkmiş şəxs bıçaqla vurduğunu görmüşdür. X16 Musayevi vurduğunu görməmişdir. Əli şalvarın arxa hissəsindən balaca cib bıçağını çıxarmış və Zərərçəkmiş şəxs vurmuşdur. Həmin bıçağın tiyəsinin uzunluğu 7- 8 sm olarmış. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza va Pataloji Anatomiya Birliyi X9 xx.xx.2023-cü il tarixli, 705 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bel nahiyəsinin periton boşluğuna nüfuz etməyən 2 ədəd deşilmiş- kəsilmiş yarası, sol gözətrafının qançırı, burun üst səthinin sıyrığı olmuşdur. Qeyd olunan deşilmiş-kəsilmiş yaralar iti kənara və şiş uca malik olan əşyanın (ola bilsin bıçağın) təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 15 iyul 2023-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-trasoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 3/1202 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş maykanın arxa orta hissəsində, ətəyin aşağı son kənarından 180 mm yuxarıda 10 mm ölçüdə zədə, həmin zədədən 75 mm yuxarıda 10 mm ölçüdə zədə vardır. Həmin zədələr bir tərəfi kəsici ucu dəşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakteikdir. Belə predmetə oxşar bıçaq tiyələri də aiddir. İş materiallarında olan hadisə yerinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 15 iyul 2023-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs və Şahid1 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22 nömərli ünvanda taksiyə əyləşən zaman Təqsirləndirilən şəxs2 və Ümid Həmidovun taksiyə yaxınlaşması, Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs “Monte Karlo” şadlıq sarayının qarşısına gəlməsi, Ümid Həmidov və Şahid1 kənarda durması, Təqsirləndirilən şəxs1 da onların yanına gəlməsi, mübahisə yaranması, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X10 Musayevi vurması, Zərərçəkmiş şəxs onların əlindən çıxıb “Monte Karlo” şadlıq sarayının “VİP” zalına qaçması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli isə düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 221.2.1-ci maddələrinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumluq məlumatları barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il təvəllüdlü X2 adında uşağı var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AA4074866 və AA3136971 seriyalı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X6 adında uşaqları var. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, onlar hər ikisi ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisəini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalı, Bakı şəhəri Nizami rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka qanuni sahibinə qaytarılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutlduğu və həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 06 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu və həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış hadisəini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka qanuni sahibinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 manat (bir yüz on manat) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 330 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 330 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-197/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-197/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver