Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-197/2025 06.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1993-cü il tarixdə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, iki uşağı olan, Sumqayıt şəhəri Heydər Əliyev prospekti, Yataqxana-2, məhəllə 18, ev 32də qeydiyyatda olan, Sumqayıt şəhəri 12-ci mikrorayon, ev 35B, mənzil 16-da yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində çəkən, baxılan işlə bağlı həmin Xidmətin 3 saylı istintaq təcridxanasına keçirilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib əmlak xarakterli ziyan vurmaqla dələduzluq edib fiziki şəxs və dövlət orqanlarının nüfuzunu ləkələyərək onların hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Belə ki, o, Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Sumqayıt şəhər X2 idarəsinin 21 nömrəli yanğından mühafizə hissəsində yanğınsöndürmə növbəsi rəisinin köməkçisi vəzifəsində, daxili xidmət leytenantı rütbəsində xidmət etməklə 11 dekabr 2023-cü il tarixdə fövqəladə hallar orqanlarında xidmətdən xaric edildikdən sonra, 2023-cü ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs ilə tanış olub sonuncuya özbaşına özünü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maliyyə idarəsinin şöbə rəisi, malik olmadığı səlahiyyətlərin daşıyıcısı olan vəzifəli şəxs kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə təşkilati-sərəncam verici və inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələrini qanunsuz olaraq öz üzərinə götürüb Zərərçəkmiş şəxs guya Fövqəladə Hallar Nazirliyində vakant olan sürücü vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə bu adla xx.xx.2023-cü il tarixdə saat 23:35-də Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospektində yerləşən “Shaurma №1” restoranında Elməddin Eynuİİayev tərəfindən tanışı Şahid2 vasitəsi ilə sonuncunun istifadəsində olan “Kapital Bank”ın 4169 7388 0605 2605 nömrəli kart hesabından onun əvvəlcədən bildirdiyi “Leo Bank”ın 4098 5844 7801 6296 nömrəli kart hesabına göndərilmiş 200 manat, 16 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Tiblisi prospektində yerləşən “Şaurma №1” restoranında Zərərçəkmiş şəxs tərəfindən nağd qaydada əlbəəl verilmiş 450 manat, 18 yanvar 2024-cü il tarixdə saat 15:40, 21:00, 21:50 və 23:05-də Bakı şəhəri, Xəzər rayonu, Binə Sovxoz qəsəbəsi, Südçülük yaşayış massivində yerləşən evdən Elməddin Eynuİİayev tərəfindən özünə məxsus “Kapital Bank”ın 4169 7388 5380 5996 nömrəli kart hesabından onun əvvəlcədən bildirdiyi “Leo Bank”ın 4098 5844 6062 4693 nömrəli kart hesabına göndərilmiş müvafiq olaraq 100 manat, 90 manat, 60 manat və 50 manat, 22 yanvar 2024-cü il tarixdə saat 16:39-da Masallı rayonu Şıxlar kəndində Elməddin Eynuİİayev tərəfindən dayısı oğlu Şahid1 vasitəsi ilə sonuncunun istifadəsində olan “Kapital Bank”ın 4169 7388 4443 7990 nömrəli kart hesabından onun əvvəlcədən bildirdiyi “Leo Bank”ın 4098 5844 6062 4693 nömrəli kart hesabına göndərilmiş 100 manat, 31 yanvar 2024-cü il tarixdə saat 17:11-də Bakı şəhəri, Xəzər rayonu, Binə Sovxoz qəsəbəsi, Südçülük yaşayış massivində yerləşən evdən Zərərçəkmiş şəxs tərəfindən “Kapital Bank”ın 4169 7388 5380 5996 nömrəli kart hesabından onun əvvəlcədən bildirdiyi “Kapital Bank”ın 4169 73** **** 1132 nömrəli kart hesabına göndərilmiş 100 manat, 05 fevral 2024-cü il tarixdə 19:06-da Masallı rayonu Şıxlar kəndində Elməddin Eynuİİayev tərəfindən dayısı oğlu Şahid1 vasitəsi ilə sonuncunun istifadəsində olan “Kapital Bank”a məxsus 4169 7388 4443 7990 nömrəli kart hesabından onun əvvəlcədən bildirdiyi, cinayətkar niyyətindən xəbərsiz olan arvadı Şahid4 məxsus “Azəri TürkBank”ın 5213 6751 1260 8477 nömrəli kart hesabına göndərilmiş 100 manat, 19 fevral 2024-cü il tarixdə saat 14:31-də Masallı rayonu Şıxlar kəndində Zərərçəkmiş şəxs tərəfindən dayısı oğlu Şahid1 vasitəsi ilə sonuncunun istifadəsində olan “Kapital Bank”ın 4169 7388 4443 7990 nömrəli kart hesabından onun əvvəlcədən bildirdiyi “Leo Bank”dan 4098 5844 6062 4693 nömrəli kart hesabına göndərilmiş 38 manat, 23, 25, 26 fevral 2024-cü il tarixlərdə müvafiq olaraq saat 14:44, 15:24, 15:34, 20:24-də Bakı şəhəri, Xəzər rayonu, Binə Sovxoz qəsəbəsi, Südçülük yaşayış massivində yerləşən evdən Zərərçəkmiş şəxs tərəfindən özünə məxsus “Kapital Bank”ın 4169 7388 5380 5996 nömrəli kart hesabından onun əvvəlcədən bildirdiyi “Leo Bank”ın 4098 5844 6062 4693 nömrəli kart hesabına göndərilmiş 300 manat, 100 manat, 100 manat, 30 manat, 27 fevral 2024-cü il tarixdə saat 19:08-də ünvan 1 ünvanından Zərərçəkmiş şəxs tərəfindən dayısı oğlu Şahid1 vasitəsi ilə sonuncunun istifadəsində olan “Kapital Bank”a məxsus 4169 7388 4443 7990 nömrəli kart hesabından onun əvvəlcədən bildirdiyi “Leo Bank”ın 4098 5844 6062 4693 nömrəli kart hesabına göndərilmiş 200 manat, ümumilikdə isə 2018 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq edib fiziki şəxs Zərərçəkmiş şəxs əmlak xarakterli ziyan vurmaqla, dövlət orqanlarının nüfuzunu ləkələyərək onların hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 310-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək əməlini etiraf etmiş, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyib barışıq əldə etdiyini göstərmiş, müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının onun barəsində tətbiq olunmasına razı olduğunu bildirmiş, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət təqibinə və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ittihamın faktiki mahiyyətinə uyğun ifadə vermiş, ona dəymiş maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışdığına, ona qarşı şikayət və tələbinin olmadığına dair ərizə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Eynuİİayev Elməddin Mirzəmməd oğlu tərəfindən araşdırmaya təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 Fövqəladə Hallar Nazirliyinə işə qəbul edilməsi üçün Zərərçəkmiş şəxs 1950 manat vəsait alması və yaxın zamanda qaytaracağını etiraf etməsi öz təsdiqini tapmışdır. (İ cild, i.v. 16) - 17 iyul 2024-cü il tarixli protokoldan görünür ki, baxışda iştirak edən Eynuİİayev Elməddin Mirzəmməd oğlu 17 iyul 2024-cü il tarixli izahatında göstərdiyi xüsusatları təsdiq edərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 33 ünvanını göstərib orada Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinə yanğın söndürən avtomobil sürücüsü kimi onu işə düzəltmək məqsədi ilə 2024-cü ilin fevral ayının 28-də 200 manat pulu onun “Leo Bank” kart hesabına həmin ünvanda dayısı oğlu Şahid1 adına olan kart hesabından göndərdiyini və göstərdiyi həmin ünvanda anası yaşadığına görə orada olduğu müddətdə Təqsirləndirilən şəxs istəyi ilə göndərdiyini bildirmişdir. (İ cild, i.v. 52-59) -Şahid1 adına olan “Kapital Bank“ın 416973******7990 nömrəli bank kartı üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan çıxarışa baxış keçirilməsi haqqında 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan kart hesabından xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 38 manat, xx.xx.2024-cü il tarixdə 200 manat pul vəsaitləri köçürülmüşdür. (İ cild, i.v. 76) -Eynuİİayev Elməddin Mirzəmməd oğlunun adına olan “Kapital Bank”ın 416973******5996 nömrəli bank kartı üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan çıxarışa baxış keçirilməsi haqqında 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan kart hesabından xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024cü il tarixdə 90, 60 və 50 manat olmaqla 150 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 100 manat və 100 manat olmaqla 200 manat və xx.xx.2024-cü il tarixdə 30 manat pul vəsaitləri köçürülmüşdür. (İ cild, i.v. 77) -Təqsirləndirilən şəxs adına olan “Leo Bank”ın 40**********4693 nömrəli bank kartı üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan çıxarışa baxış keçirilməsi haqqında 28 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan kart hesabına xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 38 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat və 30 manat, xx.xx.2024-cü il tarixdə 200 manat pul vəsaiti köçürülmüşdür. (İ cild, i.v. 200) -“Leo Bank”ın xx.xx.2023-cü il tarixli çıxarışının surətindən görünür ki, həmin tarixdə saat 23:35-də Şahid2 məxsus kart hesabından “Kapital Bank”ın 416973******2605 nömrəli kart hesabına 200 manat pul vəsaiti köçürülmüşdür. (İ cild, i.v. 247) -“Kapital Bank”ın xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görünür ki, həmin tarixdə saat 15:40-da 416973******5996 nömrəli kart hesabından 409858******4693 nömrəli kart hesabına 100 manat pul vəsaiti köçürülmüşdür. (İ cild, i.v. 262) -“Kapital Bank”ın xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görünür ki, həmin tarixdə saat 21:00-da 416973******5996 nömrəli kart hesabından 416973******1132 nömrəli kart hesabına 90 manat pul vəsaiti köçürülmüşdür. (İ cild, i.v. 263) -“Kapital Bank”ın xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görünür ki, həmin tarixdə saat 21:50-də 416973******5996 nömrəli kart hesabından 416973******1132 nömrəli kart hesabına 60 manat pul vəsaiti köçürülmüşdür. (İ cild, i.v. 264) -“Kapital Bank”ın xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görünür ki, həmin tarixdə saat 23:05-də 416973******5996 nömrəli kart hesabından 416973******1132 nömrəli kart hesabına 50 manat pul vəsaiti köçürülmüşdür. (İ cild, i.v. 265) -“Kapital Bank”ın xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görünür ki, həmin tarixdə saat 16:39-da 416973******7990 nömrəli kart hesabından 409858******4693 nömrəli kart hesabına 100 manat pul vəsaiti köçürülmüşdür. (İ cild, i.v. 233) -“Kapital Bank”ın xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görünür ki, həmin tarixdə saat 17:11-də 416973******5996 nömrəli kart hesabından 416973******1132 nömrəli kart hesabına 100 manat pul vəsaiti köçürülmüşdür. (İ cild, i.v. 267) -“Kapital Bank”ın xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görünür ki, həmin tarixdə saat 19:06-da 416973******7990 nömrəli kart hesabından 521367******8477 nömrəli kart hesabına 100 manat pul vəsaiti köçürülmüşdür. (İ cild, i.v. 234) -“Kapital Bank”ın xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görünür ki, həmin tarixdə saat 14:31-də 416973******7990 nömrəli kart hesabından 409858******4693 nömrəli kart hesabına 38 manat pul vəsaiti köçürülmüşdür. (İ cild, i.v. 235) -“Kapital Bank”ın xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görünür ki, həmin tarixdə saat 14:44-də 416973******5996 nömrəli kart hesabından 409858******4693 nömrəli kart hesabına 300 manat pul vəsaiti köçürülmüşdür. (İ cild, i.v. 270) -“Kapital Bank”ın xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görünür ki, həmin tarixdə saat 15:24-də 416973******5996 nömrəli kart hesabından 409858******4693 nömrəli kart hesabına 100 manat pul vəsaiti köçürülmüşdür. (İ cild, i.v. 271) -“Kapital Bank”ın xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görünür ki, həmin tarixdə saat 15:34-də 416973******5996 nömrəli kart hesabından 409858******4693 nömrəli kart hesabına 100 manat pul vəsaiti köçürülmüşdür. (İ cild, i.v. 272) -“Kapital Bank”ın xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görünür ki, həmin tarixdə saat 20:24-də 416973******5996 nömrəli kart hesabından 409858******4693 nömrəli kart hesabına 30 manat pul vəsaiti köçürülmüşdür. (İ cild, i.v. 273) -“Kapital Bank”ın xx.xx.2024-cü il tarixli çıxarışının surətindən görünür ki, həmin tarixdə saat 19:08-də 416973******7990 nömrəli kart hesabından 409858******4693 nömrəli kart hesabına 200 manat pul vəsaiti köçürülmüşdür. (İ cild, i.v. 236) - 22 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 310-cu maddələri ilə ittiham elan edilmiş, Şahid4 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs rüşvət vermə haqqında dövlət orqanına könüllü məlumat verdiyi üçün əməlində Azərbaycan Respublikası CM-nin 29, 312.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs tərəfindən istintaqa könüllü təqdim edilmiş bank çıxarışı, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş bank çıxarışı, qəbzlər və Təqsirləndirilən şəxs videogörüntüsü köçürülmüş CD disk, Şahid1 tərəfindən istintaqa təqdim edilmiş bank çıxarışı və qəbzlər, Şahid2 tərəfindən istintaqa təqdim edilmiş qəbz maddi sübut qismində tanınmış və cinayət işində saxlanılmışdır. (İ cild, i.v. 286-308) - 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 335-336) - 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı aparılan digər cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 4(003)- 55/2025 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, hazırkı iş üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 06 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il 08 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin əvvəli 03 fevral 2025-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 220- 222) -Zərərçəkmiş şəxs 26 fevral 2025-ci il tarixdə məhkəməyə verdiyi ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. -“Elektron məhkəmə” informasiya sistemində qeydə alınmış məlumatdan və doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, X1 07 avqust 2023-cü il tarixdə, X3 11 yanvar 2025-ci il tarixdə doğulmuşlar. -Məhkəməyə təqdim edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsinin iştirakçısı kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, Azərbaycan Respublikası Baş Nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda istinad edilən Amnistiya Qərarının tətbiq olunması ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, həmin Qərarın müvafiq müddəalarına əsasən iş üzrə cinayət təqibinə və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpasının memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərar qəbul etmişdir, həmin Qərarın: 1.1, 1.2 və 1.16-cı bəndlərinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla); öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 19.5-ci bəndinə əsasən Amnistiya məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir; 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinə əsasən özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni Məcəllənin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Bundan başqa, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəyərək onunla barışıq əldə etmişdir, o, Vətən müharibəsində iştirak etmiş və müharibədə iştirakı zamanı Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuşdur, eyni zamanda himayəsində yetkinlik yaşına çatmayan – 07 avqust 2023-cü il və 11 yanvar 2025-ci il təvəllüdlü uşaqları vardır. Bununla da, istinad edilən Amnistiya Qərarının, o cümlədən 6-cı və 7-ci hissələrin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, həmin hissələrdə nəzərdə tutulmuş məhdudiyyətlər sırasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi və az ağır cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi, tətbiqinə məhdudiyyət müəyyən edilmiş maddələr sırasına daxil edilməmişdir, sadalanan müvafiq əsaslarla Təqsirləndirilən şəxs həmin Amnistiya Qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər mövcud deyildir. Ona görə məhkəmə hesab edir ki, müdafiə tərəfinin razılığı nəzərə alınaraq, yuxarıda qeyd olunan əsaslarla Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmaqla təqsirləndirilən şəxsin barəsindəki cinayət təqibinə və işin icraatına xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olması nəzərə alınmalıdır; iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut qismində tanınmış CD disk və müvafiq sənədlər saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinə, eləcə də Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanmaqla vəkilə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirməyə sərf etdiyi müddət (iş saatları) üçün əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1, 1.2, 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə və işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış bank çıxarışı, qəbzlər, Təqsirləndirilən şəxs videogörüntüsü köçürülmüş CD disk, Şahid1 tərəfindən ibtidai istintaqa təqdim edilmiş bank çıxarışı və qəbzlər, Şahid2 tərəfindən ibtidai istintaqa təqdim edilmiş qəbz saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən (23 saat 6 manatdan, 20 saat 11 manatdan olmaqla) 358 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu (həbsdə olan məhkuma qərarın surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-197/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-197/2025
06.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver