Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-20/2022 04.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs-"xxxx" QSC-nin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı (hazırda 13 saylı) vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs3, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 215-də qeydiyyatda olmaqla yaşamış, 25 iyun 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 06 oktyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmiş, 19 oktyabr 2021-ci il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri, təqsirləndirilən şəxs xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 14-də qeydiyyatda olmaqla yaşamış, 25 iyun 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə törətdiyi digər cinayət əməlinə görə 31 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 4(007)-211/2021 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri, təqsirləndirilən şəxs xx xxxxxxxx 1978-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 199C-də qeydiyyatda olmaqla yaşamış, 25 iyun 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə törətdiyi digər cinayət əməlinə görə 31 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 4(007)-210/2021 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 20 mart 2021-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən saxlanc yeri hesab olunan "xxxx" QSC-nin X4 həyətinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub, deponun həyətində yığılmış həmin QSC-yə məxsus hər birinin dəyəri 23,84 manat olmaqla, ümumilikdə 381,44 manat dəyərində 16 ədəd R-50 tipli yarım yararlı rels yanlıqlarını gizli olaraq talayaraq, ümumilikdə zərərçəkmiş şəxs "xxxx" QSC-yə 381,44 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 20 mart 2021-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən saxlanc yeri hesab olunan "xxxx" QSC-nin X4 həyətinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub, deponun həyətində yığılmış həmin QSC-yə məxsus hər birinin dəyəri 23,84 manat olmaqla, ümumilikdə 381,44 manat dəyərində 16 ədəd R-50 tipli yarım yararlı rels yanlıqlarını gizli olaraq talayaraq, ümumilikdə zərərçəkmiş şəxs "xxxx" QSC-yə 381,44 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 20 mart 2021-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən saxlanc yeri hesab olunan "xxxx" QSC-nin X4 həyətinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub, deponun həyətində yığılmış həmin QSC-yə məxsus hər birinin dəyəri 23,84 manat olmaqla, ümumilikdə 381,44 manat dəyərində 16 ədəd R-50 tipli yarım yararlı rels yanlıqlarını gizli olaraq talayaraq, ümumilikdə zərərçəkmiş şəxs "xxxx" QSC-yə 381,44 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 mart 2021-ci il tarixdə saat təxminən 12:00 radələrində Keşlə qəsəbəsində yaşadığı ünvanın qarşısındakı çardaqda qonşuları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə görüşmüş, birlikdə olarkən hər üçü pulsuzluqdan şikayət etmiş və belə qərara gəlmişlər ki, pul əldə etmək üçün evlərinin yaxınlığında yerləşən türmələrin yerləşdiyi hasarların kənarına baxsınlar. Adətən həmin türmələrdən lazımsız dəmir parçalarını hasarların kənarına atırmışlar və onlar da düşünmüşlər ki, əgər qarşılarına çıxarsa, həmin lazımsız dəmir parçalarını satıb pul əldə edərlər. Lakin həmin ərazilərə baxarkən heç bir dəmir əşya aşkar etmədiklərindən yollarına davam edərək Böyük-Şor dəmir yolu deposunun yanına gəlib çıxmışlar. Deponun həyətində açıq sahədə çoxlu dəmir əşyaların olduğunu görmüşlər. Həmin dəmir əşyalar ağır olduğuna görə götürə bilməmişlər. Bir qədər qarşıda yenə də dəmir parçaların yığıldığını görmüş və ətrafa nəzər yetirib heç kimin olmadığını görüb həmin dəmir parçalarından ilkin olaraq hərəsi iki ədədini götürüb həmin yerdən təxminən 100-150 metr aralıda yolun kənarına yığmışlar, cəmi 16 ədəd dəmir parçasından götürüb həmin yerə qoyduqdan sonra taksi saxlatdırmışlar, taksi sürücüsü ilə 10 manata razılaşdıqdan sonra oğurladıqları dəmir parçalarını “Seat” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib hərəkətə başladıqdan sonra qarşılarında “Tofaş” markalı avtomobil dayanaraq, onların dayanmalarına işarə vermişlər, iki nəfər yaxınlaşıb polis əməkdaşı kimi özlərini təqdim etdikdən sonra onları X17 Şöbəsinə aparmışlar. Dəmir parçalarını oğurladıqları yerə gözətçi nəzarət etsə də, həmin vaxt ərazidə olmamış, habelə ərazi hasarlı olmamış, hasardan aşıb həmin yerə keçməmişlər. Təqsirləndirilən şəxs1 daha sonra törətdiyi əməldən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 mart 2021-ci il tarixdə saat təxminən 12:00 radələrində Keşlə qəsəbəsində yaşadığı ünvanın qarşısındakı çardaqda qonşuları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə görüşmüşlər, söhbətləri zamanı pulsuzluqdan şikayət etmişlər, həmin vaxt qərara gəlmişlər ki, pul əldə etmək üçün evlərinin yaxınlığında yerləşən türmələrin yerləşdiyi hasarların kənarına baxsınlar. Belə ki, adətən türmələrdən lazımsız dəmir parçalarını hasarların kənarına atırmışlar, belə düşünmüşlər ki, belə lazımsız dəmir parçalarını aşkar etsələr, satıb pul əldə edərlər. Lakin həmin ərazilərdə heç bir dəmir əşya tapmamışlar. Oradan Böyük-Şor dəmir yolu deposunun yanına getmişlər, deponun həyətində açıq sahədə çoxlu dəmir əşyaların olduğunu görmüşlər. Həmin dəmir əşyalar ağır olduğuna görə götürə bilməmişlər. Bir qədər qarşıda həmin dəmir parçalardan yenə də olmuşdur. Onlar dəmir parçalarından ümumilikdə 16 ədədini götürüb həmin yerdən təxminən 100-150 metr aralıda yolun kənarına yığmışlar, sonra tanımadıqları “Seat” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı bir taksi saxlatmışlar, taksi sürücüsü ilə 10 manata razılaşdıqdan sonra dəmir parçalarını avtomobilin yük yerinə yükləyib hərəkətə başladıqdan sonra qarşılarında “Tofaş” markalı avtomobil dayanaraq, onları saxlatmışdır. İki nəfər yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və onları X17 Şöbəsinə aparmışlar. Dəmir parçalarını götürdükləri yerə nəzarət edən olmamış, ərazi hasarlı olmamış, hasardan aşıb həmin yerə keçməmişlər. Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 mart 2021-ci il tarixdə saat təxminən 12:00 radələrində Keşlə qəsəbəsində yaşadığı ünvanın qarşısındakı çardaqda qonşuları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə söhbət etdikləri vaxt, hər üçü pulsuz olduqlarından, qərara gəlmişlər ki, pul əldə etmək üçün dəmir parçaları yığaraq satsınlar. Onların evlərinin yaxınlığındakı türmələrin yerləşdiyi hasarların kənarına adətən türmələrdən lazımsız dəmir parçaları atılmışdır. Lakin həmin ərazilərdə heç bir dəmir əşya tapmamışlar. Bundan sonra Böyük-Şor dəmir yolu deposunun yanına gəlib çıxmışlar, deponun həyətində açıq sahədə çoxlu dəmir əşyaların olduğunu görmüşlər. Həmin dəmir əşyalar ağır olduğuna görə götürə bilməmişlər. Bir az irəlidə yenə də dəmir parçaları olmuş, onlar həmin dəmir parçalarından cəmi 16 ədəd götürərək həmin yerdən 100-150 metr aralıda yolun kənarına daşımışlar. Sonra yoldan keçən tanımadıqları taksi sürücüsünü saxlatdırmışlar, taksi sürücüsü ilə 10 manata razılaşdıqdan sonra həmin dəmir parçalarını “Seat” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləmişlər. Avtomobillə hərəkətə başladıqdan sonra qarşılarında “Tofaş” markalı avtomobil dayanaraq, onları saxlatmış, iki nəfər yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və onları X17 Şöbəsinə aparmışlar. Onlar dəmir parçalarını götürdükləri yerə hasardan aşmaqla keçməmişlər, onun oğurluq etmək məqsədi də olmamışdır. Təqsirləndirilən şəxs3 daha sonra iki oğlunun İkinci Qarabağ döyüşlərində iştirak etdiyini, özünün xəstəliyini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdikləri ifadələrinin müvafiq hissəsi ilə məhkəmə baxışında verdikləri cari ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onların 25 iyun 2021-ci il tarixdə müdafiəçilərinin iştirakları ilə təqsirləndirilən şəxs qismində verdikləri ifadələri, müvfaiq hissədə, elan edilmişdir. Hər üç təqsirləndirilən şəxs sözügedən ifadələrində etiraf etmişlər ki, 20 mart 2021ci il tarixdə saat 13:30 radələrində Böyük-Şor dəmir yolu deposunun hasarının yanına gəlib çıxdıqdan sonra, deponun hasarının yan tərəfində taxta nərdivan olmasını görüb həmin nərdivanı hasara söykəyərək hasardan aşıb həyətə daxil olmuşlar, həyətdə açıq sahədə çoxlu dəmir əşyaların olduğunu görmüşlər. Həmin dəmir əşyalar ağır olduğuna görə götürə bilməmişlər. Bir qədər qarşıda yenə də dəmir parçaların yığıldığını görmüş və ətrafa nəzər yetirib heç kimin olmadığını görüb həmin dəmir parçalarından ilkin olaraq hərəsi 2 ədədini götürüb həmin yerdən təxminən 100-150 metr aralıda hasarın kənarına yığmış, daha sonra yenə də hərəsi 2 ədəd götürmüş, sonra isə əlavə 4 ədədini, cəmi 16 ədəd dəmir parçasından götürüb hasarın kənarına qoyduqdan sonra hər üçü həmin dəmir parçalarını hasarın üzərindən yol tərəfə aşırdıqdan sonra, oradan yol kənarına çıxmış, taksi saxlatdırmışlar, taksi sürücüsü ilə 10 manata razılaşdıqdan sonra oğurladıqları dəmir parçalarını “Seat minik” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib hərəkətə başladıqdan sonra qarşılarında “Tofaş” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşın dayanaraq, avtomaşının dayanmasına işarə vermişlər və 2 nəfər mülki geyimdə polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onları X17 Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələrinin elan olunmuş hissəsini inkar etmək üçün hər hansı dəlil irəli sürə bilməmişlər. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, 20 mart 2021-ci il tarixdə Boyük-Şor lokomotiv deposu ərazisindən oğurluq edilməsi məlum olmuşdur. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Böyük-Şor lokomotiv deposu ərazisində dəmir yollarından sökülərək depo ərazisində bir yerə yığılmış dəmir yoluna aid 16 ədəd R-50 tipli rels yanlıqları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən 20 mart 2021-ci il tarixdə saat 13 radələrində oğurlanmışdır. 16 ədəd R-50 tipli rels yanlıqları 3 saylı Böyük-Şor məntəqəsinin material hesabatına mədaxil edilmişdir. Rels yanlıqlarının 1 ədədinin qiyməti 23,84 manat olduğu üçün 16 ədədinin qiyməti 381,44 manat təşkil etdiyi nəzərə alınmaqla, "xxxx" QSC-yə ümumilikdə 381,44 manat məbləğində maddi ziyan dəymişdir. Oğurlanmış 16 ədəd R-50 tipli rels yanlıqları geri qaytarıldığı üçün dəymiş maddi ziyan aradan qalxmışdır, ona görə həmin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur, qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu st. XPŞ-nin İTQ-nun YYÇİÜ inspektoru X6 ifadəsində göstərmişdir ki, 20 mart 2021-ci il tarixdə təxminən saat 13 radələrində Sabunçu st. XPŞ-nin PPXT-nın polis nəfəri Şahid2 ona məlumat vermişdir ki, "xxxx" QSC-nin infrastruktur Departamenti 4 nömrəli Bakı yol sahəsində yol ustası işləyən Şahid4 ona zəng edərək Böyük-Şor lokomotiv deposu ərazisində 3 nəfər kənar şəxslərin olduğunu bildirmişdir. Onlar birlikdə Şahid2 məxsus avtomobillə həmin əraziyə getmişlər. Böyük-Şor lokomotiv deposu ərazisinə çatdıqda orada 3 nəfər şəxsin dəmir yoluna aid avadanlıqları “Seat” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığdıqlarını müşahidə etmişlər, avtomobil hərəkətə başladıqdan sonra dayanması barədə işarə vermiş, avtomobili saxlayaraq sürücü və sərnişinlərlə birlikdə Sabunçu st. XPŞ-nə gətirmişlər. Orada məlum olmuşdur ki, sürücü Şahid3, sərnişinlər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur, dəmir yoluna aid ümumlikdə 16 ədəd rels yanlıqları oğurlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, şahid A.Q.Sədrəddinovun ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin İnfrastruktur Departamenti 4 saylı Bakı Yol Sahəsində yol ustası vəzifəsində işləyir. Xidməti iş yeri Bakı Lokomotiv Deposudur. Bakı-Sumqayıt dəmir yolu 3 il əvvəl yenilənərkən yoldan çıxan materiallar X4 həyətində yığılıb saxlanılmışdır. Həmin mallar deponun həyətində saxlanılmasına baxmayaraq 4 saylı Bakı Yol Sahəsinə məxsusdur. 20 mart 2021-ci il tarixdə Böyük-Şor dəmir yolu stansiyasının stansiya növbətçisi Şahid5 ona zəng edərək deponun ərazisində kənar şəxslərin olduğu barədə məlumat vermişdir. Deponun ərazisi hasara alınmaqla kənar şəxslərin girişi qadağan edilmişdir. Bu səbəbdən də, kənar şəxslərin əraziyə daxil olması onda narahatçılıq yaratmış və Sabunçu XPŞ-nin əməkdaşı Şahid2 telefonla zəng edib bu barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər Sabunçu st. XPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılmış və müəyyən olmuşdur ki, həmin şəxslər, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dəmir yoluna aid 16 ədəd R-50 tipli rels yanlıqlarını oğurlamışlar. Bununla əlaqədar o, depodakı mallara baxış keçirərkən həqiqətən 16 ədəd R-50 tipli rels yanlıqlarının oğurlandığını aşkar etmişdir. Həmin rels yanlıqları yarım yararlı vəziyyətdə olmaqla bir ədədinin çəkisi 18 kq təşkil etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid5 məhkəmə iclasında iştiraklarının təmin edilməsi mümkün olmadığından onların istintaq zamanı verdikləri ifadələri elan olunaraq tədqiq edilmiş, müəyyən edilmişdir ki, Şahid5 Şahid4la eyni məzmunlu ifadə vermişdir. Şahid3 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ildən icarəyə götürdüyü “Seat minik” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində taksi kimi fəaliyyət göstərir. 20 mart 2021-ci il tarixdə saat 13 radələrində Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən keçmiş ayaqqabı fabrikinin qarşısında bir nəfər tanımadığı şəxs əl edib saxlatdıraraq bildirmişdir ki, türmələrin mərkəzi xəstəxanasının arxasında dəmir parçaları var, onları Dərnəgül şossesindəki “Şeş-Beş” restoranının yaxınlığındakı dəmir parçalarını qəbul elmə məntəqəsinə aparmaq lazımdır. O, sonuncu ilə həmin dəmir parçalarını 10 manata aparmağa razılaşmış və sonuncu yanında olan iki nəfərlə maşına mindikdən sonra dəmir parçaların olduğu yerə sürmüş, həmin dəmir parçalarını avtomobilin yük yerinə yükləyib hərəkətə başladıqdan sonra qarşılarında “Tofaş” markalı avtomobil dayanaraq avtomobilinin dayanmasına işarə vermiş, 2 nəfər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olmalarım bildirib onları X17 Şöbəsinə gətirmişlər. Bundan sonra ona aydın olmuşdur ki, həmin üç nəfər şəxsin onun avtomobilinə yığdıqları dəmir parçaları oğurluqdur. O, həmin üç nəfər şəxsi tanımır, sonuncularla həmin oğurluqla əlaqədar heç bir əlaqəsi olmamışdır. Sadəcə olaraq taksi kimi xidmət etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 28 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 20 mart 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin tarixdə Böyük X5rladıqları dəmir yoluna məxsus 16 ədəd R-50 tipli rels birləşdiricisi Şahid3 idarə etdiyi “Seat” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür. (i.v. 7-11) - 20 mart 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, polis əməkdaşlarının və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, təsdiq edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsində yerləşən X4 ərazisidir, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 nərdivandan istifadə edib hasardan aşmaqla Deponun ərazisinə daxil olduqlarını, həmin ərazidən 16 ədəd R-50 tipli rels birləşdiricisini oğurladıqlarını bildirmişlər. (i.v. 11-13) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 aprel 2021-ci il tarixli 9/1736 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Dəmir Yolları QSC İnfrastruktur Departamenti 4 nömrəli Bakı Yol sahəsi tərəfindən tərtib edilmiş 24.03.2021-ci il tarixli 118 nömrəli məktubda göstərilən 16 ədəd R-50 tipli yarım yararlı rels yanlığının hazırki bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 381.44 (16 ədəd x 23,84) manat müəyyən edilir. (i.v. 58-60) - 21 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə yerini əyani olaraq göstərmiş, hadisənin hansı qaydada baş verdiyini təsvir etmişdir. (i.v. 87-89) - 25 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, X2 hadisə yerini əyani olaraq göstərmiş, hadisənin hansı qaydada baş verdiyini təsvir etmişdir. (i.v. 94-96) - 30 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 hadisə yerini əyani olaraq göstərmiş, hadisənin hansı qaydada baş verdiyini təsvir etmişdir. (i.v. 102-104) - 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 194.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində Azərbaycan Respublikası CMnin 177.2.3-2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, "xxxx" QSC-yə məxsus 16 ədəd R-50 tipli yarım yararlı rels yanlığı maddi sübut kimi tanınmış və QSC-yə qaytarılması qərara alınmışdır. (i.v. 122-127) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dəmir parçalarının oğurlandığı ərazinin hasarlı olmaması, hasardan aşıb həmin yerə keçmədikləri, habelə Təqsirləndirilən şəxs3 oğurluq etmək məqsədinin olmaması ilə bağlı dəlillərini əsaslı hesab etmir, onların həmin mövqelərinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeləri əsassızdır və onlarla razılaşmaq olmaz, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əsaslı olması məhkəmə iclasında təkzibolunmaz sübutlarla, müvafiq iş materialları, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini təqsirli bilməmələri, Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsi isə onların hüquqlarıdır. Cinayət qanunvericiliyinə görə, yaşayış sahəsinə, binaya və s. saxlanc yerlərinə daxil olmanın qanunvericiliklə müəyyən edilmiş qaydalarını pozmaqla, habelə belə yerlərin mülkiyyətçisinin və ya sahibinin iradəsindən kənar və ya onun iradəsi ziddinə həmin yerlərə daxil olma Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əlaməti yaradır. Hansı ki, cinayət işində olan və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 nərdivandan istifadə edib hasardan aşmaqla X4 ərazisinə daxil olmuş, həmin ərazidən 16 ədəd R-50 tipli rels birləşdiricisini oğurlamışlar. Bununla yanaşı nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 son sözlərində onlara yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs2 və müdafiəçisinin ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs2 ittiham olunduğu həmin maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; müvafiq cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs2 (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında) aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 344 saat müddətinə ictimai işlər cəzasına məhkum edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən həmin cəzadan azad edilmiş, üzərindən məhkumluq götürülmüşdür. (i.v. 50-51, 72-79) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanılma müddəti nəzərə alınaraq üzərində qəti 04 il 08 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti təyin edilməklə cəzası şərti hesab olunmuş, 06 avqust 2014-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən həmin cəzadan azad edilmiş, üzərindən məhkumluq götürülmüşdür. (i.v. 53-55, 72-79) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli tələbnamədən, hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 aprel 2014-cü il tarixdə Salyan Rayon Məhkəməsinin 10 aprel 2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəinə əsasən 07 ay 27 gün müddətinə cəzadan vaxtından əvvəl şərti azad olunmuş, 07 dekabr 2014-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. (i.v. 56-57, 70-71) -Bakı şəhəri Nizami RİHB-nın Keşlə qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən 11 iyun 2021-ci il tarixdə verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri müsbət xarakterizə olunurlar. (i.v. 112, 114, 116) - 25 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 149-151) - 25 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 174-176) - 25 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 199-201) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 4(007)- 211/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablanmışdır. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 4(007)- 210/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs3 barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablanmışdır. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 1(007)- 263/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq üzrlü səbəblər olmadan məhkəmədən gizləndiyindən, məcburi gətirilməsinə dair qərarın icrası mümkün olmadığından, haqqında axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin 20 oktyabr 2021-ci il tarixli 088- 13779 nömrəli və 3 saylı istintaq təcridxanasının 23 oktyabr 2021-ci il tarixli 17/40-4357 nömrəli məktublarından görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 19 oktyabr 2021-ci il tarixdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxslər hesab edilirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə oğurlanmış əşyaların zərərçəkmiş hüquqi şəxsə qaytarılmaqla maddi ziyanın aradan qaldırılmasını və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iş üzrə oğurlanmış əşyaların zərərçəkmiş hüquqi şəxsə qaytarılmaqla maddi ziyanın aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iş üzrə oğurlanmış əşyaların zərərçəkmiş hüquqi şəxsə qaytarılmaqla maddi ziyanın aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə qeyd edir ki, hazırkı işin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmamış, həbsdə saxlanılmamışlar. Cinayət işinin məhkəmənin icaatında olduğu dövrdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri digər cinayət əməllərinə görə barələrində həbs qətimkan tədbiri seçilmişdir, ona görə onların 31 iyul 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulduqdan və 02 avqust 2021-ci il tarixdə barələrində həbs qətimkan tədbiri seçildikdən sonra həbsdə saxlanıldıqları müddət hazırkı iş üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq cəza müddətindən çıxıla bilməz, onların iş üzrə cəza müddətlərinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 isə hazırkı işlə bağlı 19 oktyabr 2021-ci il tarixdə tutulduğundan, onun cəzasını çəkmə müddətinin başlanğıcı məhz həmin tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində hazırkı iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri, öz əhəmiyyətini itirdiyindən, ləğv edilməli, digər cinayət işi ilə bağlı barələrində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş hüquqi şəxsə məxsus əmlak naturada geri qaytarılmaqla madid ziyan aradan qaldırılmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 16 ədəd R-50 tipli yarım yararlı rels yanlıqlarının zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkilləri məhkəməyədək icraat zamanı iştirak edərək iş materialları ilə tanış olmaqla birlikdə təqsirləndirilən şəxslərə (vəkil X7 Təqsirləndirilən şəxs1, vəkil X11 Təqsirləndirilən şəxs2, vəkil X3 Təqsirləndirilən şəxs3) hüquqi yardım göstərmişlər, həmin müddət hər bir vəkil üçün 35 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçilərə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin qərarı əsasında isə, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri işdə iştirak edərək iş materialları ilə tanış olmaqla birlikdə təqsirləndirilən şəxslərə (vəkil Müdafiəçi3 Təqsirləndirilən şəxs1, vəkil (hazırda 13 saylı vəkil bürosunun vəkili) Müdafiəçi2 Təqsirləndirilən şəxs2, vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs3) məhkəmə icraatı zamanı iştirak edərək iş materialları ilə tanış olmaqla birlikdə təqsirləndirilən şəxslərə hüquqi yardım göstərmişdir, həmin müddət hər bir vəkil üçün 100 iş saatı müddətinə bərabər tutulduğundan, dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində hazırkı iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, digər cinayət işi ilə bağlı barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 4(007)-211/2021 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində hazırkı iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, digər cinayət işi ilə bağlı barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 4(007)-210/2021 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Maddi sübut qismində tanınmış 16 ədəd R-50 tipli yarım yararlı rels yanlığının zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkilləri X7, X11 və X1 məhkəməyədək icraat zamanı iş materialları ilə tanış olmaqla birlikdə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərdikləri pulsuz hüquqi yardıma görə hər birinə 35 saat üçün 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 (hazırda 13 saylı vəkil bürosunun vəkili) və Müdafiəçi1 məhkəmə icraatı zamanı iş materialları ilə tanış olmaqla birlikdə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərdikləri pulsuz hüquqi yardıma görə hər birinə 100 saat üçün 600 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-20/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-20/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver