Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-200/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X4, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1998-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində ünvan 2 binanın qarşısında X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, üç ədəd bükümdə ümumi təmiz çəkisi 0,470 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, onun narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 06 noyabr 2023-cü il tarixdə saat 22:15 radələrində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin inzibati binasına aparılıb, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,186 qram, 0,164 qram, 0,120 qram, ümumi təmiz çəkisi 0,470 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, “patı” adı ilə tanıdığı psixotrop maddələrdən çəkmək yolu ilə istifadə edir. Narkotik vasitələri qonşusu Nurlan Məmmədov adlı şəxslə birlikdə alırlar. Belə ki, dəfələrlə Nurlanla pulu bir yera qoyub, narkotik vasitə almışlar. 06 noyabr 2023-cü il tarixdə axşam saatlarında Nurlana zəng edərək, ona ağrıları olduğunu bildirməklə ondan “patı” istəmişdir. Bundan sonra saat 22 radələrində Nurlanın yaşadığı Nizami rayonu, R.Rüstəmov küçəsi 36 saylı saylı binada yerləşən evinə gəlmiş, daha sonra polis əməkdaşları Nurlanın yaşadığı mənzilə gəlib özlərini təqdim edərək, üzərlərində şəxsi axtarış aparılmasının zəruri olduğunu deyib, onları Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar. Nizami RPİ-də şübhəli şəxs qismində tutulmaqla, ona hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkil təyin edilmişdir. Təhqiqatçı tərəfindən, xidməti otaqda videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ona üzərində qanunsuz əldə edilmiş hər hansı əşya-maddə varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibində saxladığı psixotrop maddə “patı” olan 03 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs çıxışında qeyd etdi ki, Nurlan Məmmədov ona narkotik maddə satmamışdır, Nurlanla pulu bir yerə qoymaqla narkotik vasitə almışdır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 tərəfindən saxlanılaraq Nizami RPİ- nin 24-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs Nizami RPİ-nin 24-cü PŞ- nin təhqiqatçısı, polis Hakim Mirzəzadə tərəfindən şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılmasında PŞ-nin rəhbərliyinin göstərişinə görə iştirak etmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş və hüquqlarını müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində vəkilinin və onların iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əldə edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin 03 ədəd sellofan bükümü təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddə olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən Nizami RPİ-nin 24-cü PŞ-nə Xəyyam adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı Nizami RPİ-nin 24-cü PŞnin rəisinə raportla müraciət edildikdən sonra “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş, həmin qərara əsasən Xəyyam adlı şəxsin tutulması istiqamətində əməliyyat qrupu təşkil olunmuşdur.Əməliyyat qrupunun üzvləri o və Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 təyin edilmişdir. Bundan sonra, həmin tarixdə saat 19:00-da ünvan 5 ünvanının yaxınlığında Xəyyam adlı şəxsə oxşayan bir nəfər şəxsi müşahidə edib, ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini ona təqdim edib, Nizami RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsini istədikdə, o, özünü X6 təqdim etmişdir. Bundan sonra X12 daxil olmuş məlumata əsasən qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması bildirilmiş və ona birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə getməli olduğunu demişlər. Nizami RPİ-nin 24-cü PŞnin inzibati binasına gəldikdən sonra narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan X9 24-cü PŞ-nə gətirilməsi barədə raportla rəisə məruzə olunmuşdur. Daha sonra xidməti otaqların birində Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Həsən Məmmədov tərəfindən Xəyyam Yusifli şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş və hüquqlarını müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Xəyyam Yusifli dəvət edilərək, ona təqdim edilmiş müdafiəçiyə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, Xəyyam Yusiflinin üzərində vəkilinin və onların iştirakı şəxsi axtarış keçirilmişdir. X13 üzərində qanunsuz əldə edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Xəyyam Yusifli əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan bükümü təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddə olduğu müəyyən edilmişdir. Xəyyam Yusifli təqdim etdiyi sellofan bükümündə olan maddənin “şüşə” və ya “patı”adı ilə tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin günü Nizami rayonu, R.Rüstəmov küçəsi 36 ünvanının qarşısında tanışı Nurlan adlı şəxsdən özünün istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Xəyyam Yusiflinin üzərindən aşkar edilmiş psixotrop maddəyə oxşar kütləni aldığı şəxsin X10 olduğu müəyyən edildiyindən Nizami RPl-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə apardıqları əməliyyat-axtarış tədbirləri həmin tarixdə saat 22:15-də Nizami rayonu, R.Rüstəmov küçəsi 36 ünvanının yaxınlığında yan- yana dayanmış iki nəfərdən birinin X7 oxşadığını müşahidə edib, onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini onlara təqdim edib, Nizami RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərdən özlərini təqdim etmələrini istədikdə, biri özünü X10, digəri isə Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra X7 daxil olmuş məlumata əsasən qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması bildirilmiş və ona, eləcə də onun yanında olan Təqsirləndirilən şəxs onlarla birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə getməli olduğunu demişlər. X10 və Təqsirləndirilən şəxs onların təklifimizə heç bir etiraz etməmişlər. Daha sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs da şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş və hüquqlarını müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs dəvət edilərək, ona təqdim edilmiş müdafiəçiyə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində vəkilinin və onların iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əldə edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan bükümü təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirildikdə Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir maddə, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümündə olan maddənin “şüşə”, “patı” adları ilə tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin günü Nizami rayonu, R.Rüstəmov küçəsi 36 ünvanının qarşısında onunla birlikdə saxlanılan tanışı Nurlan Məmmədovdan özünün istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 3/5937 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülmüş üç ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,186 qram , 0,164 qram, 0,120 qram, ümumi təmiz çəkisi 0,470 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X2 xx.xx.2023-ci il tarixli 7378 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs AR-sı CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3cü maddəsi nəzərə alınmaqla 06 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 05 ay 28 gün (beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 25 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi ümumilikdə üç ədəd kağız bükümdə 0,320 qram çəkidə psixotrop maddə olan - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-200/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-200/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver