Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-200/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Salyan rayonu Şorsulu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Şorsulu ərazi dairəsi, Boranıkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan qardaşı Amin Abışovun həbs qətimkan tədbiri müddətinin azaldacağına köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq etibardan sui-istifadə etməklə, bu adla sonuncudan xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Sevinc” kinoteatrının qarşısında 1400 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun iş yoldaşı olmuş Gülağa adlı şəxsin vasitəsi ilə tanımışdır. 2023-cü ilin sentyabr ayında Gülağa onunla əlaqə saxlayaraq “Ramin qardaşı Aminin hal-hazırda X1 saxlanıldığını, onun həbs qətimkan tədbirinin müddətini azaltmağa köməklik edəcəyi ilə bağlı adam axtarır” deyə bildirmişdir. O isə bu işi həll edəcəyi cavabını vermişdir. 13 sentyabr 2023-cü il tarixdə Ramin onunla əlaqə saxlamış və qardaşının həbs müddətini azaltmaq istəməsi barədə ona bildirmişdir. O isə bunun 1400 manat məbləğində xərcinin olduğunu qeyd etmişdir. Ramin də bununla razılaşmışdır. 14 sentyabr 2024-cü il tarixdə o, həmçinin tanışı Asif ilə birlikdə Qara Qarayev metrostansiyasınm yaxınlığında yerləşən “Sevinc” kinoteatrının qarşısında Ramin ilə görüşmüşlər. Ramin həmin vaxt ona 1500 manat pul vermişdir. O isə 100 manatı ona qaytarmış və 1400 manat pulu götürərək bu işi tezliklə həll edəcəyinə söz vermişdir. Lakin qeyd edilən məbləği şəxsi ehtiyaclarına xərcləmiş, həmçinin səhhətində problemlər yarandığından Raminin qardaşı ilə bağlı verdiyi sözə əməl edə bilməmişdir. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Gülağa adlı şəxsin vasitəsi ilə tanımışdır. O söhbət əsnasında Gülağa ilə 2023-cü ilin sentyabr ayında görüşərək “qardaşım Amin Abışov narkotik vasitələrin qanusuz dövriyyəsində təqsirləndirilərək istintaqa cəlb edilib, hal-hazırda Şüvəlan Təcridxanasındadır, istəyirəm ki, onun barəsində verilmiş 4 ay müddətinə həbs qətimkan tədbirinin müddətini azaldım, əgər belə bir tanışın varsa mənə bildir” deyə ondan bu işdə köməklik istəmişdir. Gülağa isə “bir nəfər Anar adlı tanışım var, mən ona deyərəm” deyə cavab vermişdir. O da razılaşmış və həmin gün Gülağa ona Anar adlı şəxsin mobil telefon nömrəsini vermişdir. 13 sentyabr 2023-cü il tarixdə o Anarla əlaqə saxlamış və qardaşının həbs qətimkan tədbirinin azaldılmasını xahiş etmişdir. Anar isə “mənim DTX-da tanışlarım var, tanışlarıma da lazım olan köməklik göstərirəm, sabah görüşək, lakin bu işin xərci olacaq” deyə cavab vermişdir. O nə qədər xərc olacağını soruşduqda Anar “İbtidai istintaq müddətinin azaldılması üçün 1400 manat gətirərsən, daha sonra cəzasını 1/3 hissəsini çəkdikdən sonra onu azad etdirəcəm” deyə cavab vermişdir. Özü də 14 sentyabr 2024-cü il tarixdə Qara Qarayev metrostasiyasınm yaxınlığında yerləşən “Sevinc” kiotetarmın qarşısında görüş barədə razılaşmış və onunla həmin tarixdə görüşmüşdür. Gələndə Anarın yanında Asif adlı şəxs də olmuşdur. O Anara 1400 manat və əlavə hörmət naminə 100 manat olmaqla 1500 manat pul vermişdir. Anar isə 100 manatı ona qaytarmış və 1400 manat pulu götürmüş, ona tezliklə xəbər edəcəyini bildirmişdir. Anar bu işdə də ona köməklik edəcəyini bildirmişdir. Lakin 10 gün sonra o Anarla əlaqə saxlamış, lakin onun mobil telefonuna zəng çatmamışdır. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını və onunla barışdığını qeyd edərək məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanımışdır. O əvvəllər taksi fəaliyyəti ilə məşğul olduğu vaxt Anarı idarə etdiyi “Hyundai Accent” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə istənilən yerə aparıb gətirmişdir. 14 sentyabr 2023-cü il tarixdə Anar onunla əlaqə saxlayaraq “gedək Qara Qarayev metrostansiyasmın yaxınlığında yerləşən Sevinc kinoteatrının qarşısına, orada mən bir nəfərlə görüşəcəm” deyə bildirmişdir. O da razılaşmış və 10 manat müqabilində Anan qeyd edilən ünvana çatdırmışdır. Orada o, Anar və sonradan adını Ramin kimi bildiyi şəxs də olmuşdur. Həmin vaxt Ramin və Anar arasında olan söhbəti eşitmiş və ona Anarın Raminin həbsdə olan qardaşının cəzasının azaldılmasına söz verməsi və həmin Ramin adlı şəxsin ona bunun müqabilində pul verəcəyi məlum olmuşdur. Bu zaman Ramin Anara 1500 manat pul uzatmış, lakin üzərindən 100 manat pulu götürərək qalan 1400 manat pulu Anara vermişdir. Bundan sonra onlar sağollaşmış və Anarla çıxıb getmişlər. Bir müddət sonra isə Anarın Raminə verdiyi sözə əməl edə bilməməsini öyrənmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda yaşamış və hal-hazırda Sulutəpə qəsəbəsində yerləşən “Aqua Vita” şirkətində fəhlə işləmişdir. Zərərçəkmiş şəxs onun yeznəsi olmaqla aralarında əvvəllər heç bir mübahisə və münaqişələri yaranmamışdır. xx.xx.2023-cü il tarixdə Raminin öz qardaşı Amin Abışovun həbsi ilə əlaqədar kömək göstərilməsi üçün Təqsirləndirilən şəxs adlı bir nəfər şəxsə 1400 manat pul verməsi, lakin sonradan aldadılması ona məlum olmuşdur. Sonradan Ramin bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs adlı şəxs Raminə vurduğu maddi ziyanı qarşılamaq üçün ona məxsus olan “Kapital Bank” kartına hissə-hissə olmaqla 10 və ya 20 manat hər ayın müəyyən günlərində pul göndərmişdir. Həmin şəxsin pulu Raminə yox ona göndərməsinə səbəb isə hal-hazırda Zərərçəkmiş şəxs barəsində Sabirabad RPŞ-də cinayət işini açılması, özünün isə Bakı 3 saylı İstintaq Təcridxanasmda saxlanılması olmuşdur. Təqsirləndirilən şəxs göndərdiyi pul vəsaitlərini isə o kartında saxlamış, yaxud onun Sabirabad rayonunda yaşayan anasına göndərmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1,185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. İş materiallarına əlavə edilmiş DİN BƏSİİ-dən əldə edilmiş arayış və Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR-sı CM-nin 178.2.4-cü maddəsinə əsasən 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs CM-nin 73-1.2-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. Hazırki cinayət işi üzrə əməl Bakı şəhər Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından öncə, yəni xx.xx.2023-cü il tarixdə törədildiyindən şəxsin cinayət məsuliyyətindən azad olunmasının və barəsində olan cinayət təqibinə xitam verilməsinin mümkünlüyünü istisna etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-200/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-200/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver