Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-201/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 nümayəndəsi – “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X8 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, xx xxxxx 2020-ci il tarixdə, saat 18:52 radələrində “facebook” sosial şəbəkəsinin “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən “AG Telekom” X2 məxsus səhifədə, həmin sosial şəbəkənin istifadəçisi X7 internet xidmətindən narazı olduğunu bildirərək “Qezi Xelilov” profili ilə “K@TV1” şirkətinin rəhbəri X5 ünvanına nalayiq sözlər söyləməklə onun şərəf və ləyaqətini alçaltmışdır. Bununla bağlı “K@TV1” şirkətinin rəhbəri Samir Qurbanov xx xxxxx 2020-ci il tarixdə, 162 nömrəli şikayət məktubu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Onun müraciəti əsasında Baş Polis İdarəsində araşdırma aparılmış, daha sonra toplanmış material aidiyyəti üzrə Nizami rayon Polis İdarəsinə və sonunda isə 25-ci Polis Şöbəsinə göndərilmişdir. 25-ci Polis Şöbəsində Qəzənfər Xəlilov izahat verərək “K@TV1” şirkətinin rəhbərinin ünvanına nalayiq ifadələrin yazılmasını bildirməklə yuxarıda qeyd olunan halları təsdiq etmişdir. Qəzənfər Xəlilov bu hərəkətləri ilə Azərbaycan Respublikası 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən Qəzənfər Xəlilov “K@TV1” şirkətinin rəhbəri Samir Qurbanovun şərəf və ləyaqətini ləkələdiyinə və alçaltdığına görə qanuna müvafiq cəza ilə cəzalandırılmalı və “K@TV1” şirkətinin rəhbəri Samir Qurbanovun pozulmuş hüquqları bərpa edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət işinin başlanması və qanunvericilikdə nəzərdə tutulan ən ağır cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 nümayəndəsi Nümayəndə bildirmişdir ki, X1 Samir Telman oğlundan üzr istəmiş, Samir Qurbanov onu bağışlamışdır. X3 barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətdən imtina edir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə “K@TV1” şirkətinin facebook səhifəsində şirkət rəhbərliyi barəsində xoşagəlməz ifadə işlətmişdir. Həmin an əsəbi olmuş, fikrini düzgün ifadə etməmişdir. Əməlindən peşmandır. Buna görə də şirkət rəhbərliyindən üzr istəmişdir. Şirkətə gələcək işlərində uğurlar arzu edir. Məhkəmədən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsini xahiş etmişdir Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi məhkəmədən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 nümayəndəsi şikayətdən imtina etdiyindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3,302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-201/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-201/2020
25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver