Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-201/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs, Zərəçəkmiş şəxsin nümayəndəsi: Müdafiəçi2, Təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs (mülki cavabdeh): xx.xx.1953-cü il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, subay, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2nvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs övladı X4 ali təhsil aldığı Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən V.N.Karazin adına universitetin bakalavr dərəcəsilə olan B17№119926 saylı diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirəcəyinə (nostrifikasiya etdirəcəyinə) dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs 2019-cu ilin dekabr ayının əvvələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 80 saylı yaşayış binasının qarşısında 3000 manat, 15 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 92 saylı yaşayış binasının 1-ci mərtəbəsində dərzi kimi fəaliyyət göstərən sahədə 2500 manat, ümumilikdə isə 5500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2019-cu ildən tanıyır. Könüldən müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 3000 (üç min) manat pul götürmüş və həmin məbləği bir il altı ay müddətində faizi ilə birlikdə qaytarmışdır. 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısında ona oğlunun Ukrayna Respubkasında ali təhsil aldığını, təhsil aldığı universitetin diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirmək istədiyini bildirdikdə, o bu sahədə tanışının olduğunu Könülə bildirmişdir. Bundan sonra ünvan 3 ünvanın qarşısında sonradan adını Şahid1 kimi bildiyi şəxsdən 2500 manat pulu götürmüş, lakin diplomu təsdiq etdirməyi öz üzərinə götürən tanışı Eldar bir həftə sonra diplomun saxta olduğunu, bu səbəbdən təsdiq etdirə bilməyəcəyini deyib diplomu ona geri qaytarmışdır. 4-5 aydan sonra Könül verdiyi 2500 manat pulu geri istədikdə pulu və diplomu 61 saylı tam orta məktəbin qarşısında onun özünə qaytarmışdır. Zərərçəkmiş şəxs verdiyi pulla bağlı tez-tez onun evinə gələrək pulu tələb etdiyinə görə oğlu İbrahim Könülün bank kartina 750 manat məbləğində pul köçürmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə qonşu kimi münasibətləri yaranmış, mütəmadi olaraq Təqsirləndirilən şəxs ondan borca pul almış, sonra isə qaytarmışdır. X1 məxsus diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirmək üçün vasitə axtaran zaman, Təqsirləndirilən şəxs ilə bu haqda məsləhətləşmiş və sonuncu ona diplomu təsdiq etdirə biləcəyini demişdir. Təqsirləndirilən şəxs ona Təhsil Nazirliyində Eldar adlı tanışının olduğunu və həmin şəxsin diplomun təsdiq olunmasına köməklik edəcəyini bildirmişdir. Zayra ondan diplomun təsdiqi üçün 8000 manat pul istədikdə o həmin məbləğdə pulun olmadığını demiş, az müddətdən sonra Zayra həmin məsələni 5500 manata həll edə biləcəyini bildirmişdir. Həmin danışıqlardan sonra ilk dəfə Təqsirləndirilən şəxs ilə Nizami rayonu Qara Qarayev küçəsi 80 saylı yaşayış binasının qarşısında görüşüb ona 3000 manat pul vermişdir. 15 yanvar 2020-ci il tarixdə Nizami rayonu Qara Qarayev küçəsi 92 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən dərzi kimi fəaliyyət göstərən obyektdə Aytəkin adlı rəfiqəsi onun yanında Təqsirləndirilən şəxs 2500 manat pulu vermişdir. Ona məxsus 2500 manat pulun Aytəkin tərəfindən Təqsirləndirilən şəxs verilməsində məqsəd gələcəkdə sonuncunun pulu almağının danmasının qarşısını almaq olmuşdur. Danışıqdan 3-4 ay keçdikdən sonra Təqsirləndirilən şəxs verdiyi vədi yerinə yetirmədiyini görüb, aldandığını başa düşmüş və sonuncudan ya diplomun təsdiqini, əks halda isə verdiyi pulu tələb etdikdə sonuncu diplomun saxta olduğunu bildirib təsdiq edilməsinin mümkün olmadığını bildirmiş, aldığı pulu qısa müddətdə geri qaytaracağına söz vermişdir. Müəyyən müddətdən sonra Təqsirləndirilən şəxs pulu geri qaytarmadığını görüb polisə müraciət etmişdir. 2022-ci ilin fevral ayında yaşıdığı evin həyətində Təqsirləndirilən şəxs ilə görüşərkən oğlu İbrahim ona 5500 manat pulu hissə-hissə qaytaracağına bir daha söz verərək elə orada özünün istifadə etdiyi telefon vasitəsi ilə onun pul kartına 750 manat pulu köçürtmüşdür. Beləliklə Təqsirləndirilən şəxs ondan aldığı 5500 manat puldan 2022-ci ilin fevral ayında 750 manat pul geri qaytarılmış, digər 4750 manat pul isə hal-hazıradək verilməmişdir. Qeyd olunanlara əsasən ona dəymiş zərərin ödənilmədiyini qeyd edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən doqquz ilə yaxındır ki, Zərərçəkmiş şəxs tanıyır. 2019-cu ilin dekabr ayında Könül oğlu Vüqarın ali təhsil diplomunu təsdiq etdirmək üçün Təqsirləndirilən şəxs adlı xanımla danışdığını, məsələnin həlli üçün sonuncunun Könüldən 5500 manat pul istəməsindən məlumatlı olmuşdur. Könülün qeyd olunan məbləğə pulu çatmadığından, ondan borc istəmiş, o da Könül ilə münasibəti yaxşı olduğundan, ona borca pul vermişdir. 2019-cu ilin dekabr ayında Könül ondan pulu götürüb, Zayra adlı şəxslə görüşərkən, maşında əyləşib onları kənardan izlədiyini və Könülün Zayraya 5500 manat pul verdiyinin şahidi olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, doqquz ilə yaxındır ki, Zərərçəkmiş şəxs tanıyır. 2019-cu ilin dekabr ayının axırlarında Könül ona müraciət edərək, oğlu Vüqarın diplomunun təsdiqi üçün sonradan adını bildiyi Zəhrabəyim kimi çağrılan Təqsirləndirilən şəxs 5500 manat pul verəcəyini deyib, ondan borc olaraq 500 manat pul istəmiş, Könüllə biri-birilərinə mütəmadi maddi köməklik etdikləri üçün ona həmin ərəfədə 500 manat pulu yaşadığı evin yaxınlığına gələrək vermişdir. Elə orada Könüldən 2500 manat pulu götürmüş və Təqsirləndirilən şəxs vermişdir. X6 Əsgərovaya verdiyi vədi, yəni oğlunun diplomunu təsdiq etdirmədiyini və sonuncuya qarşı dələduzluq etdiyi bilmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər vəkil kimi hüquqi yardım göstərmişdir. 2021-ci ilin aprel-may aylarında Zərərçəkmiş şəxs ona müraciət edərək Zəhrabəyim kimi tanınan Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdiyini bildirmiş, o da öz növbəsində işin mahiyyəti ilə maraqlandıqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu Vüqarın Ukrayna Respublikasında universitetdə oxuması ilə bağlı aldığı diplomun təsdiq olunmasını öz öhdəsinə götürərək 2019-cu ilin axırlarında və 2020-ci ilin əvvələrində ümumilikdə 5500 manat pul almışdır. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlu İbrahimə zəng edib danışarkən aldığı pulu geri qaytarması ilə bağlı tədbir görməsini xahiş etmiş, əks tədqirdə rəsmi yolla həmin məsələni həll edəcəyini ona bildirmişdir. İbrahim isə ona əvvəl anasının əməllərindən xəbərinin olmadığını bildirsə də, sonrakı danışıqlarında anasının yerinə pulu tam şəkildə qısa müddətdə ödəyəcəyinə söz vermişdir. Axırıncı dəfə İbrahimlə telefon vasitəsi ilə 20 sentyabr 2021-ci il tarixdə danışmış, həmin vaxtı da sonuncu ona pulu qısa müddətə ödəyəcəyinə söz vermişdir. Lakin sonradan İbrahim telefon zənglərinə cavab verməmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs oğlu İbrahimlə ilk danışıqlarında sonuncu anasının pulu borc olaraq Zərərçəkmiş şəxs aldığını bildirsə də, sonradan anası Zayranın aldığı həmin pulu Təhsil Nazirliyində işləmiş Eldar adlı şəxsə verdiyini, sonuncunun isə öldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin ortalarından Zərərçəkmiş şəxs onların evinə gələrək anasından verdiyi pulu tələb etməsinə görə tanımışdır. Anası Zayradan, Zərərçəkmiş şəxs hansı səbəbdən və hansı məbləğdə borcunun olmasını maraqlandıqda, anası ona Könülün oğlunun diplomunun təsdiqlənməsi üçün 2500 manat aldığını, lakin aldığı pulları artıq ödədiyini bildirmişdir. Öz çıxışında qeyd etdi ki, Könül dəfələrlə anası Zayraya sələmə pul vermiş, lakin bütün borclar faizi ilə birlikdə Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 10 ilə yaxındır ki, Zərərçəkmiş şəxs tanıyır. 2019-cu ilin dekabr ayının əvvəllərində Könülün, oğlu Vüqarın ali təhsil diplomunu təsdiq etdirmək məqsədilə Zayra adlı xanımla danışdığını və bunun üçün 5500 manat pula ehtiyacı olduğunu bilmişdir. Həmin məbləğin verilməsində şəxsən iştirak etməsə də, Könülün Zayra adlı şəxsə yaşadığı binanın qarşısında əvvəlcə 3000 manat, daha sonra isə 2500 manat verməsindən məlumatı olmuşdur. 2021-ci ilin mart ayında Zayranın, Zərərçəkmiş şəxs oğlunun diplomunu təsdiq etdirə bilmədiyini və ümumilikdə 5500 manat pulunu ələ keçirdiyini bilmişdir. Könül ilə birlikdə pulun geri qaytarılması üçün Zayranın yaşadığı ünvana dəfələrlə getmiş və orada olan zaman Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs yaxın vaxtlarda pulu qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs oğlu İbrahimlə də bir dəfə rastlaşdığını, o da pulu qısa müddət ərzində qaytaracağını bildirmişdir. Məhkəmə iclası zamanı cinayət işi materiallarına əlavə edilmiş səs yazıları dinlənilmiş, belə ki, 1-ci səs yazısında Zərərçəkmiş şəxs, İbrahim deyərək müraciət etdiyi şəxsə anasına verdiyi pulları geri qaytarmasını xahiş edir, İbrahim adlı şəxs isə cavabında ayın 31-dək pulları qaytaracağını bildirir. Qeydə alınmış ikinci səs yazısında Şahid3 ilə Şahid4 arasında dialoq aparılmış, həmin dialoqda Şahid3 pulun Zərərçəkmiş şəxs qaytarılması ilə bağlı Şahid4 müraciət etmiş, sonuncu anasının Könüldən aldığı pulları qaytardığını bildirsə də, dialoqun digər hissəsində pulları hissə-hissə bank vasitəsi ilə oktyabr ayının sonuna kimi qaytaracağına söz verir. Üçüncü səs yazısında Zərərçəkmiş şəxs, İbrahim deyərək müraciət edib anasına verdiyi pulları geri qaytarmasını xahiş etdikdə, cavabında İbrahim ona qısa müddətdə pulları gətirib masanın üzərinə qoyacağını və kimin kimə borcunun olması barədə söhbət edəcəyini bildirir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs diplomun Təhsil Nazirliyində təsdiq olunması üçün zərərçəkmiş şəxsdən 5500 manat deyil, 2500 manat məbləğində pul aldığını, qalan 3000 manat pulu ondan borc kimi aldığını, pulların hamısını qaytardığını bildirsə də, zərərçəkmiş şəxsin və şahidlər Şahid2, Şahid1 və Şahid5 ifadələri ilə təsdiq olunur ki, diplomun təsdiq olunması üçün alınan pulların məbləği 5500 manat olmuş, həmin puldan cəmi 750 manat hissəsi qaytarılmışdır. Bundan əlavə, tərəflər arasında əvvəllər borc münasibətləri olmuşdur. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin Qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və məhkəmə icraatı aparılan dövrdə 70 yaşına çatmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, eyni tarixdə onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cinayət əməli nəticəsində ona vurulmuş maddi zərərin əvəzi kimi 4800 manat, vəkil xərci kimi 120 manat, etibarnamə alınması üçün ödənilmiş 17 manat 25 qəpik və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 70 manat pulun, cəmi 5007 manat 25 qəpik pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək 5500 manat məbləğində pulunu ələ keçirmiş, həmin pulun 700 manat hissəsini qaytarmış, 4800 manat pulu qaytarmaqdan boyun qaçırmışdır. Məhkəmədə iddia qaldırmaq üçün o, dövlət rüsumu, vəkil xərci və etibarnamə alınması üçün pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Zərərçəkmiş şəxs 5500 manat pulunu ələ keçirmiş, həmin pulun 750 manat hissəsini qaytarmış, qalan 4750 manat hissəsini qaytarmaqdan boyun qaçırmışdır. Göründüyü kimi, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Buna görə də zərərçəkmiş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə hazırkı mülki iddianı qaldırmağa haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində ona 4750 manat məbləğində maddi ziyan vurulmasını sübut etdiyinə görə həmin hissədə iddia qismən təmin olunmalı, maddi ziyanın əvəzi kimi 4750 manat pul Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs hazırkı iddia ilə bağlı vəkil xərci kimi 120 manat, etibarnamə alınması üçün 17 manat 25 qəpik və məhkəmədə iddia qaldırılması üçün 70 manat pul ödəmişdir. Buna görə də qeyd olunan pul vəsaitləri məhkəmə xərcləri kimi Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmiş və içərisində səs yazıları olan 03 ədəd flaşkart cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 179, 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il (bir il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmiş və içərisində səs yazıları olan 03 ədəd flaşkart cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi kimi 4750 manat, vəkil xərci kimi ödənilmiş 120 manat, etibarnamə alınması üçün ödənilmiş 17 manat 25 qəpik və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 70 manat pul, cəmi 4957 manat 25 qəpik məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-201/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-201/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver